|
Iran
xalqlarının milli muxtariyyətə dair tarixi
formalaşmış istək və arzuları indiki şəraitdə
də öz aktuallığını saxlamış və
onların mübarizəsinin əsas istiqamətinə
çevrilmişdir. Bunun başlıca səbəbi onunla izah olunur
ki, zəmanəmizdə yaranmış ictimai atmosferdə bir
çox sosial hadisələrin baş verməsi, onun zərurəti
daha çox milli amillərin əhəmiyətinin artması ilə
əlaqədar surətdə müəyyən edilir. Vətənimiz
Iranda milli muxtariyyət uğrunda gedən mübarizələr
müxtəlif tarixi dövrlərdə müxtəlif şəkillərdə
mübarizə səviyyəsində olmuşdur. Məsələn,
şahlıq üsul-idarəsinin hökmranlıq şəraitində
Iranda yaşayan azərbaycanlı, kürd, türkmən, bəluç və
sairə xalq və millətlər milli zülm şəraitində
yaşamış və onlara öz milli çərçivələrində
hər cür milli, mədəni hərəkətlər
qadağan edilmişdir. Hətta onların
varlığının təcəssümü olan ana dilləri nəinki
rəsmən tanınmamış, həm də rəsmi şəkildə
idarələrdə danışmalarina icazə verilməmişdi.
Ona görə də Iranda yaşayan bütün xalq və millətlər
həmişə milli muxtariyyət uğrunda mübarizə
aparmışlar. Lakin bu mübarizə tarixi şəraitdən
aslı olaraq bəzən kəskinləşmiş, ya da zəifləmişdir.
Məsələn, Azərbaycanda Şeyx Məhəmməd
Xiyabani hərəkəti, 21 Azər nehsətini, Kürdüstanda
milli hərəkatı, Bəluçstanda və Türkmənistanda
milli hüquqsuzluğa qarşı mübarizəni göstərmək
olar.
22
Bəhmən ingilabının baş verməsi ilə ələqədar
olaraq demək lazımdır ki, Iranda yaşayan xalqların həyatında
milli dirçəliş və oyanma dövrü başlanmışdır.
Belə ki, bir çox xalqlar, o cümlədən Azərbaycan xalqı
qeyri-rəsmi olsa da öz ana dilində sərbəst
danışmaq, qəzet, jurnal və kitab nəşr etmək
imkanı əldə etdi. Eləcə də inqilab dövründə
Azərbaycanda mütərəqqi qüvvələrin ana dilində nəşriyyat
işinə başlamaları və Azərbaycan
xalqının milli mənliyinin inkişafı həmin
imkanların təzahürü idi, hətta inqilab dövründə
inqilabın xəlqilik qüdrətinin güclü olması idi ki, Islam
respublikasının konstitusiyanın 15-ci maddəsində mədrəsələrdə
milli dillərin tədrisi və öyrənilməsi azad elan
edilmişdir. Vətənimizin bütün xalqları haqlı olaraq
belə düşünürdilər ki, şahlıq rejiminin süqutundan
sonra hər xalq öz milli mədəniyyətini, ədəbiyyatını,
şerini, musiqisini, memarlığını, kinosunu və s.
istədiyi kimi inkişaf etdirməklə öz taleinin sahibi
olacaqdır. Çox təəssüf ki, bütün bunlar düşüncələr
çərçivəsindən kənara çıxa bilmədi və
xalqların istək-arzuları reallaşmadı. Milli məhrumiyyətlər
yenə də başqa ad və formalarda özünü göstərməyə
başladı. Bütün bunlar sanki röya idi. Lakin bu röyada belə bir
real həqiqət hamını düşündürür ki, məyər Bəhmən
inqilabını xalq etmədi, məyər Iran Islam
Respublikasının milli dillər və muxtariyyət
haqqında ki, konstitusiyası inqilab şəhidlərinin
qanı bahasına əldə edilməmişdir? Bəs bütün
bunlar nə üçün unuduldu, hətta həmin konstitusiya çərçivəsində
milli muxtariyyat tələb edənlər ya zindanlara və ya da
ölüm meydanlarına göndərildilər.
Əgər
şahlıq dövründə milli muxtariyyət hüququ həmin rejim tərəfindən
bu və ya digər qondarma ideyalarla rədd edilirdisə,
IIR-sı dövründə elə bir siyasi və fikri atmosfer
yaradılmışdır ki, rejimi mədh edən bir çox
ideoloqlar Islam birliyi (Islam vəhdəti) pərdəsi
altında bütün xalqların qanunu hüququ olan milli muxtariyyət haqqlarını
tapdalamaqla millətlərin azadlıq və demokratik
hüquqlarını rədd edirlər. Onlar Islam birliyi
ideyasını Milli muxtariyyət ilə eyniləşdirməyə
çalışırlar. Onların konsepsiyasına görə Islam
birliyindən söhbət gedəndə milli hüquqdan
danışmaq olmaz. Çünki milli muxtariyyət Islam birliyilə bir
araya sığmayır. Əlbəttə belə bir konsepsiya
ilə razılaşmaq üçün heç bir əsas yoxdur. Çünki üzərində
söhbət gedən anlayışlar nəinki eyni deyil, həm də
bir birindən köklü surətdə fərqlənirlər. Bu fərq
isə ondan ibarətdir ki, Islam birliyində eyni dindarlar
onların milliyətindən, xarakterindən, adət və ənənələrindən,
psixologiyalarından asılı olmayaraq birləşirlər və
məqsəd həmin dində olan əhkam və mərasimləri
icra etməkdir. Bu təkcə Islama yox, bütün dinlərə aiddir.
Amma milli muxtariyyətdə həmin millətə xass olan, eyni
dildə danışan və milli xaraktera, adət və ənənəyə
malik olanlar birləşir və məqsəd öz müqəddəratına
sahib olmaq uğrunda mübarizə aparmaqdır. Deməli əgər
biz bu iki anlayışı düzgün mənalandırsaq onda Iranda hər
hansı bir millətə milli muxtariyyət hüququ verilərsə
o, nə Islama nə də Islam birliyinə xələl gətirə
bilməz.
Milli
muxtariyyət hüququnu inkar edən digər konsepsiyalardan biri də
milli dəyərləri islam dəyərlərinə, və
ya əksinə, qarşı qoyanlardır. Bu konsepsiyanı əsaslandırmağa
çalışan ideoloqlar iddia edirlər ki, bu iki dəyəri təmsil
edən sosial qruplar arasında mənafe ziddiyatı olduğu
üçün güya milli dəyərlər yox, ancaq islam dəyərləri
məqbuddur. Əvvələn, hər hansı bir dəyər
istər milli, istərsə dini olsun, əgər xalqlar tərəfindən
qəbul edilmişsə onu mənafe meyarı ilə qiymətləndirmək
düzgün deyildir. Çünki dəyərlər ona görə qiymətləndirilmir
ki, o mənafelərə uyğun gəlir ya yox. Dəyərlər
ona görə qiymətləndirilir ki, o obyektiv surətdə mənafelərə
uyğun gəlir. Deməli dəyərlərin meyarı mənafelər
deyil, mənafelər onun ancaq nəticəsidir. Bu o deməkdir
ki, deyərlər bu və ya digər qrupun mənafei ilə
yox, tarixi prosesdə tutduğu mövqe və göstərdiyi təsirlə
qiymətləndirilir. Mənafeə gəldikdə dəyərlər
ola bilər həmin qrupun mənafeinə ya uyğun və ya
da zidd olsun. O, tamamilə başqa şeydir və bu
yazının mövzusundan kənardır.
Saniyən,
bəhs olunan dəyərlər əgər ümümbəşiri
xarakter daşıyırsa o, heç vaxt bir-birini nə inkar və
nə də əvəz edə bilməz. Bunlar forma və məsələnin
qoyuluşu cəhətdən, yəni hansı meyarlarla qiymətləndirmək
cəhətdən fərqlənirlər. Məsələn,
yaxşılıq etmək ümumbəşəri dəyərdir.
Lakin din bütün meyarını allahın xatiri ilə, milli isə
insanpərvərlik və yaxud humanizm meyarilə qiymətləndirir.
Deməli, əgər Iranda bütün xalq və millətlərin
tarixən əmələ gəlmiş milli dəyərləri
qəbul edilərsə, o, xalq tərəfindən qəbul
edilmiş dini dəyərlərə xələl gətirməz.
Hətta dini dəyərlər milli dəyərlərdən də
istifadə edər.
Göründüyü
kimi mürtəce ideyalar tərəfindən milli muxtariyyət
hüququ rədd edilir, dövlət tərəfindən də xalqlara
milli muxtariyyət hüququ verilmir. Bu da bütün dünyada olduğu kimi vətənimiz
Iranda da bütün xalq özünə qayıtmaq və ya özünü dərk etmək
istiqamətin də hərəkətdədir. Çünki öz qanuni
hüququnu dərk edən xalq heç bir zaman milli zülm və təzyiq
altında yaşaya bilməz. O, fürsət tapan kimi öz kökündən
ayrılmış mənəviyyatının, milli mənliyinin
sorağına gedir və onu gerçəkliyə çevirmək məqsədilə
mübarizə aparır. Mənəviyyat və milli mənlik hər
bir xalqın qəlbi kimi daxilən canlı həyat kimi
yaşayır və ilk fürsətdə təzahür etməyə
başlayır.
Vətənimizdə
milli muxtariyyət uğrunda mübarizə aparanlarla rejim
başçıları arasındakı ziddiyyətlərin
artmasının ümdə cəbəblərindən biri də
elə budur. Təbrizdə və başqa şəhərlərdə
az-çox dərc edilən Azərbaycan dilindəki əsərlər
bir tərəfdən mərkəzi hökümətlə olan ziddiyyətin
artmasını göstərirsə, digər tərəfdən
onu bildirir ki, Azərbaycan xalqı öz varlığına olan təhqirə
daha dözmək istəmir. Burada söhbət milli dildən, milli adət
və ənənələrdən, milli psixologiya və
düşüncələrdən gedir. Hər bir xalq, o cümlədən
Azərbaycan xalqı da bu milli amillərlə öz tarixini,
varlığını formalaşdırmaqla müasir sivilizasiyaya
daxil olur və ona öz töhvəsini verir. Bu o deməkdir ki, Azərbaycan
xalqı özünün milli dəyərləri əsasında mənəviyyatı
zəminində ümumbəşiri dəyərləri zənginləşdirir.
Yalnız bu yolla bütün dünya xalqları, o cümlədən Iranda
yaşayan xalqlar bir-birinin mədəni nailiyyətlərindən
bəhrələnirlər. Deməli, əgər Iranda
yaşayan bütün xalq və millətlərə öz milli muxtariyyətləri
zəminində müstəqil inkişaf etmələrinə imkan
verilirsə onda ümum Iran üzrə ümumbəşəri dəyərlər
artacaq və milli amillər Iranın ictimai tərəqqiyə
doğru irəlilənməsinə güçlü təkan verəcəkdir.
Lakin, belə bir zəngin milli xəzinələrin
yaradıcılığını görə bilməyən və
ya görmək istəməyən ideoloqlar belə bir konsepsiya irəli
sürürlər ki, güya Iranda bütün millətlər bir-birinə
qovuşmuş və vahid Iran milləti yaranmışdır.
Əvvələn,
qeyd etmək lazımdır ki, Iranda vahid millətin əmələ
gəlməsi ideyasının heç bir reallıqla əlaqəsi
yoxdur və ola da bilməz. Saniyən, millətlərin
qovuşması məsələsinin qiymətləndirilməsi
həmin anlayışın necə mənalandırılmasından
asılıdır. Əgər qovuşmaq bir milləti digər
millətin içərısındə əritməkdirsə o, məqbul
deyil və heç bir millət onu qəbul edə bilməz. Yox, əgər
qovuşmaq millətlərin ünsiyyət aləmində bir-birini
zənginləşdirməkdirsə o məqbuldur və bütün
millətlər tərəfindən qəbul edilər. Deməli,
qovuşma birinci mənada o, bir milləti əzir və onun
hesabına digər milləti ucaldır, ikinci mənada isə
ümumbəşəri mənəviyyat və dəyərlərin
zənginləşməsinə aparıb çıxarır.
Əlbəttə,
həmin məsələnin şərhində Iranın özünəməxsus
xarakterik cəhəti vardır və onu nəzərə
almamaq olmaz. O da bundan ibarətdir ki, Iran kimi bir ölkədə
min illər boyu bir ərazidə yaşayan müxtəlif xalqlar
arasında elə bir ümumi cəhətlər əmələ gəlmişdir
ki, onlar bu və, ya digər xalqa yox, orada yaşayan bütün
xalqlara aiddir. Bu ümumi cəhətlər konkret şəkildə
müəyyən adət və ənənələr, məişət
və ünsiyyət münasibətləri, pssixologiya və əxlaqi
amillər və sairəni əhatə edir. Iran üzrə əmələ
gələn bu ümumi cəhətləri iranlılıq
anlayışı ilə adlandırmaq mümkündür.
Iranda
yaşayan xalqların canlı əlaqələri əsasında
tarixən formalaşan iranlılıq öz mahiyyəti etibarı
ilə ondan ibarətdir ki, hər bir iranlı özünün milliyyətindən,
sinfi mənsubiyyətindən və dini baxışından
asılı olmayaraq ölkənin müstəqilliyini, ərazi
bütövlüyünü və toplanmış dəyərlərinin müdafiəsi
olmalıdır. O, öz varlığını da bu çərçivədə
və bu istiqamətdə inkişaf etdirir. Məsələn,
səkkiz illik Irak-Iran müharibəsindən istər azərbaycanlı
və türkmən, istər kürd və fars, istərsə də Bəluç
Iraqın irəli sürdüyü ərazi iddiası ilə və fars
Körfəzinin adının dəyişdirilməsilə razı
olmazdı və müharıbədə Iranın istiqlal və ərazi
bütövlüyünü qorumaqda öz canlarını əsirkəmədilər.
Beləliklə
milli amillərin güclənməsi ümumbəşəri dəyərlərin
ön sıraya keçdiyi bir zamanda vətənimiz Iranda milli muxtariyyət
uğrunda gedən mübarizə Iranın istiqlal, ərazi
bütövlüyü, azadlıq və demokratiya uğrundakı mübarizənin
ayrılmaz tərkib hissəsinə çevrilmiş və günün
aktual məsələsi olaraq qüvvədə qalır. Əgər
bütün xalq və millətlərə milli muxtariyyət hüququ
verilsə bu bir tərəfdən ayrı-ayrı millətlərin
xüsusi mənafei və digər tərəfdən ümumiran üzrə
müştərək mənafelər birləşərək birləşdirici
siyasi qüvvəyə çevrilə bilər. Bu birləşdirici
siyasi qüvvə isə Iranın ictimai tərəqqiyə
doğru inkişafında həllediçi qüvvə rolunu ifa edəcəkdir.
Mühacir qazeti iyul 1990-ci il.
Ə. Ə. Lahrudi
Iran
çoxmillətli ölkədir. Burda yaşayan millətlər və
milli əqəliyyətlər dil əlamətinə görə
iki yerə, Iran və türkdilli xalqlara bölünürlər.
Iran-dilli
xalqlar fars, kürd, bəluç, gilək və talışlardan,
türkdilli xalqlar isə azərbaycanlı və türkmənlərdən,
qəşqai, əfşar və digər tayfalardan ibarətdirlər.
Iran-dilli
xalqlar saylarının az-çoxluöundan asılı olmayaraq vahid ərazidə
yaşayırlar. Türkdilli xalqlar isə vahid ərazidə (Azərbaycan
və Türkmən səhrada) yaşasalar da onların böyük hissəsi
Iran-dilli xalqların yaşadıqları ərazidə, fars əyalətində,
Xorasan Gilan və Mazandaranda bir çox şəhər və kəndlilərdə
məskən salmış, öz dil və milli ənənələrini
qoruyub saxlaya bilmişlər. bununla yanaşı qədim
Iranın tarixinə nəzər salarkən burada böyük Mad
(Midiya) və Pars imperatorluğların meydana gəlməsi,
Yaxın və Orta Şərqin qüdrətli dövlətlərinə
çevrilməsi, eləcə də Ərəb istilası və
Iran imperatorluğunun dağılması, atəşkədələrin,
qədim məbədgahların viran edilməsi,
kitabxanaların yandırılması, xalq mədəniyyətinin
aradan aparılması, Zərtüşt dininin qadağan edilməsi,
Islam dininin hakim dinə çevrilməsi və saysız-hesabsız
ərəb köçgünlərinin Iran fəlatında yerləşdirlməsi
ilə tanış oluruq. Bütün bunlara iranlıları, misirli,
Şimali Afrikalı, Beynənnəhreyn və Fələstinli
kimi ərəbləşdirmək mümkün olmadı. Onlar öz dillərini,
adət və ənənələrini, Novruz və Mehrəqan
kimi ənənəvi bayramlarını qoruyub saxladılar, ərəbləşmənin
qarşısını ala bildilər və öz
iranlılıqlarını, Fars və Türk olduqlarını əldən
vermədilər. burada indiyə qədər deyilməyən
bir həqiqətə işarə etmək yerinə düşərdi.
Paniranizmin ideoloqları Iranda fars olmayan xalqlara göstərilən
ayrı-seçkilik siyasətini inkar edərək iddia edirlər
ki, ərəb istilasından sonra Irana türklər hakim
olmuşlar. Bu eyni həqiqətdir.
Ərəb
xilafətinə qarşı bütün iranlılar mübarizə
aparmışlar. Burada türkdilli xalqların rolu daha artıq
olmuşdur. Abbasilərin son xəlifəsi Mötəsəmbillah
Hulaquxan tərəfindən Bağdadda öldürülmüşdür.
Səlcuklar,
Səfəvilər, Qacarlar Iran deyilən coğrafi məfhumu
qoruyub saxladılar və bu ölkəni bu günə qədər
yaşatdılar. Şah Ismayıl Səfəvi böyük Osmanlı
dövləti ilə qarşı-qarşıya durdu,
parçalanmış Iranı vahid bir dövlətdə birləşdirə
bildi və Iranın dövlət varlığını mühafizə
etdi.
Bu
tarixi müqəddimədən çıxarılan nəticə bundan
ibarətdir ki, Iran fəlatında yaşayan xalqlar 1400 illik
tarixi bir dövrdə bir-biri ilə o qədər
qaynayıb-qarışmışlar ki, onları ancaq dil əlaməti
bir-birindən fərqləndirir. Bu xalqların ərəbləşmələrinin
qarşısının alınmasında türk ünsürü böyül rol
oynamışdır. əsasən köçəri həyatla
bağlı olan türk tayfaları islam dinini qəbul etsələr
də başqa dillərin (ərəb və fars) təsiri
altına düşmədilər, öz dillərin əldən vermədilər,
Iran bütövlüklə ərəbləşməkdən, türklər
isə həm ərəbləşməkdən və həm
də farslaşmaqdan nicat tapdılar. Bununla əlaqədar
Avropa və Rusiyada müvcud olan milli münasibətləri Iran,
Yaxın və Orta Şərqdə mövcud olan milli münasibətlərlə
müqaisə edərkən əsaslı fərqlə
rastlaşırıq. Tarixi kökü min illərə qayıdan
xalqlar arası münasibət, xüsusilə ərəb
istilasına, müasir tarixdə isə Avropalıların
istilasına qarşı birgə hərəkət edən
Şərq xalqları, o cümlədən Iran xalqları öz milli
varlıqlaırnı milli dil və milli mədəniyyətlərinə
qoruyub saxlamaqda da birgə hərəkət etməklə
yanaşı müştərək mədəniyyət
yaratmışlar. Bu isə Avropa və Rusiyadan fərqli olaraq
milli münasibətlərin gərgin hal almasına mane
olmuşdur. 19-cü əsrin 90-ci illərində Təmbəki
üsyanı, 20-ci əsrin əvvəllərində məşrutə
hərəkatı birincisi bir başa ingilislərə
qarşı, ikincisi isə dolayı yolla Rus imperatorluğuna
qarşı yönəldilən birgə hərəkat idi.
20-ci
əsrin 30-cü illərindən başlayaraq vahid Iran, vahid millət
və vahid dil məsələsi başqa sözlə paniranizm rəsmi
dövlət siyasətinə çevrildi. Bu siyasəti fars və
farslaşmış Azərbaycan şovinistləri
(Tağızadələr, Doktor Şəfəqlər, Kəsrəvilər)
işləyib hazırladılar. Paniranizm Iranı fars məmləkəti,
Iranda yaşayan xalqları Iran milləti adlandırır fars
dilini isə Iranın vahid dili elan etdilər. Öləkdə
başqa dillər qadağan edildi, mədrəsə və idarələrdə
fars dilində danışmayanlar cəzalandırıldı.
Bununla fars olmayan xalqların, xüsusilə azərbaycanlıların
milli varlığı inkar edildi. Bu siyasət indi başqa
şəkildə, panislamizm şəkildə davam edir. Panislamizm
milllət və milliyyəti inkar edir, bütün xalqları dil və
mədəniyyətlərindən aslı olmayaraq vahid islam
bayrağı altında birləşən islam ümməti
adlandırır. Iran Islam Respublikası dövlətinin bu sahədə
yeritdiyi siyasət panislamizm siyasətinin davamıdır və
özü də əbəs yerə yeridilən siyasətdir.
Millət
və milli dövlətlərin meydana gəlməsi kapitalizm
sisteminin meydana gəlməsi ilə əlaqədardır.
Kapitalizmin meydana gəlməsi və inkişafı üçün milli
dövlət və milli bazarın yaranması əsas amil hesab
edilir vahid milli bazar dövlət himayəsinə arxalanaraq milli
kapitalı xarici kapitalın rəqabətindən qoruyur, onun hərtərəfli
inkişafına imkan və şərait yaradır Avropa
kapitalizmi bu şəkildə meydana gəlmiş və
inkişaf etmişdir. Lakin Şərqdə, o cümlədən
Iranda əsrimizin əvvəllərində meydana gəlməyə
başlayan milli dirçəliş klassik milli dövlət və milli
bazarın yaranması ilə nəticələnmədi. Bu ölkələr
əmtəə və kapitalın qovuşması və
komprador kapitalın meydana gəlməsinə səbəb oldu.
Kapital dil əlaməti və milli mənsubiyyətindən
asılı olmayaraq bir növ dəllal kapitala çevrildi. Azərbaycan
coğrafi mövqeyi Rusiyada Oktyabr inqilabının qələbəsi,
Azərbaycan yolu ilə Avropaya gedən ticarət yolunun
bağlanması, Pəhləvi sülaləsinin Azərbaycanda
milli sənayenin inkişafına süni maneə yaratması, Azərbaycan
kapitalının Iranın mərkəzs və Cənub məntəqələrinə
köçməsinə, bununla da işçi qüvvəsinin Tehrana və
Iranın başqa rayonlarına köçməsinə şərait
yaratdı. Bu isə milli təşəkkülü ləngitdi, milli
dirçəlişi yubatdı, sazişçi kapital millətə xəyanət
etdi və onun milli hərəkatını başsız
buraxdı. Elə buna görə də milli hərəkata ilk dəfə
olaraq millətin orta təbəqələrinə arxalanan milli
qüvvələr başçılıq etdilər. hələ
Şeyx Məhəmməd Xiyabani tərəfindən Azərbaycanda
müstəqil fəaliyyət edən Iran Demokrat Firqəsinin
varisi olan Azərbaycan Demokrat Firqəsi yarandı və buqüvvələrin
siyasi təşkilatı kimi Azərbaycan xalqının milli hərəkatına
rəhbərlik etdi, bu isə Azərbaycanda milli şüurun
meydana gəlməsi və təşəkkül tapması üçün
ilkin addım oldu.
Azərbaycan
Demokrat Firqəsinin rəhbərlik etdiyi hərəkat
yıxıldıqdan sonra Azərbaycan burjuaziyası yenədə
milli bayrağı qaldırmadı və mərkəzi dövlətdə
iştirak etməklə Iran şovinizminin təcəvüzkar
mövqenin möhkımlənməsinə şərait yaratdı. Azərbaycanda
assimilyasiya prosesi sürətləndi. Pəhləvi rejimi
yıxıldıqdan sonra Azərbaycan, Kürdüstan və Türkmən
səhrada genişlənən milli dirçəliş Islam rejiminin
müqaviməti ilə üzləşdi, kürd və türkmən milli hərəkatı
boğuldu. Bu hərəkat Azərbaycanda genişlənmədən
dayandırıldı. Azərbaycandan olan kapitalist və ruhanilər
islam rejiminin yüksək vəzifəli başçıları
sırasında olsalar da Azərbaycan üçün əsaslı iş
görülmədi və milli hərəkatın qarşı
alındı. Azərbaycan kapitalı yenə də Azərbaycandan
kənarda fəaliyyət göstərir və Azərbaycan kəndlisi
Azərbaycandan uzaqlarda fəhləlik edir.
Tarix
boyu xarici düşmənlərə qarşı birgə
döyüş, vahid məzhəb, daxili və xarici kapitalın
sevdalaşması ilə meydana gələn sazişçi kapital
milli şüurun artmasına, milli dirçəlişin yüksəlməsinə
mənfi təsir göstərir, Iranda mövcud olan münasibətləri
dünənki və bugünki Avropa və Rusiyada olan milli münasibətlərdən
fərqləndirir, onun özünəməxsus xüsusiyyətlərini
üzə çıxır.
Mühacir qəzeti iyul
1990-cı il.
Ə. Ə Lahrudi.
Bizi öz halımıza qоysunlar
başlığı Azərbaycan qəzеtinin 25
sеntyabr 1945-ci il tarixili baş məqaləsindən
götürülmüşdür. Həmin məqalədə Azərbaycan
Dеmоkrat Firqəsinin banisi S. Ж. Pişəvəri
Tеhran qəzеtlərindən birinə cavab оlaraq
Azərbaycanın acınacaqlı vəziyyətindən
danışır, Azərbaycan xalqına qarşı dövlət
məmurların xəyanətlərini ifşa еdir və
göstərir ki, azərbaycanlı mövcud nöqsanlı qanunlar çərçivəsində
bеlə özünü idarə еtməyə qadirdir.
Tеhrandan hеç bir kömək istəmirik, bizi öz
halımıza qоysunlar. Lakin Tеhran və
оnun arxasında duran Impеrialist dövlətlər bizi öz
halımıza qоymadılar. Azadlıq istədiyimiz üçün
bizi atоm silahı ilə hədələdilər, hərəkatımızı
оdlu silahla bоğdular. Sоnra isə öz cinayətlərinə
haqq qazandırmaq üçün böhtan və iftira silahını işə
saldılar. Indi 45 ildir ki, bu silahdan təkcə Iran
miqyasında dеyil, bəlkə bütün dünya miqyasında
istifadə еdirlər. Bu bizi hеç də təəcübləndirmir.
Lakin bizi təəcübləndirən оdur ki, Ğ
Kоmsоmоlskaya pravda ğ, оnun səhifələrində
çıxış еdən S. Budkоv və N.
Kuznеtsоva Azərbaycan xalqının milli
hüquqlarına qarşı çıxanların sırasına
qоşulmuş, оnların dеdiklərini təkrar
еdir, təkcə Azərbaycan xalqı dеyil, kürdlərin,
türkmənlərin, bəluçların və ərəblərin
milliyyətini inkar еdən, оnları islam ümməti
adlandıran ĞTеhran Tayms ğ qazеtinin (1990) və yüz illərlə
trоpik Afrikanı, Hindistanı, Yaxın və Оrta
Şərqi, о cümlədən Iranı müstəmləkə
və yarımmüstəmləkəyə çеvirən Böyük
Britaniyanın Təbriz kоnsulunun (1945) bizə qarşı
yağdırdığı böhtan və iftiralara əsaslaranaraq
Azərbaycan Dеmоkrat Firqəsinin milli simasını
şübhə altına alır, оnu xarici dövlətin ilhaq
planın icrası üçün yaradılan оyuncaq təşkilat və
Azərbaycan xalqının dеmоkratik hərakatını
qеyri-milli hərəkat kimi göstərməyə cəhd
еdirlər. ĞKоmsоmоlskaya ğ nın müsahibləri
ĞTеhran Tayms ğ və ingilis kоnsulundan daha artıq canfəşanlıq
еdir. Azərbaycan fədaillərinin bеistilah azərbaycanlı
fədai yоx, türkdilli sоvеt vətəndaşları
adlandırır. ĞKоmsоmоlskaya
pravdağ nın müasir Iran tarixinə müraciəti və
Kuznеtsоvaların Iran mövzusunda müsahibəyə dəvət
еtməsi hеç də təsədufi dеyildir.
Sоvеt ittifaqının kütləvi infоrmasiya vasitələri,
о çümlədən və xüsusilə
ĞKоmsоmоlskaya pravdağnın Ğsərbəzxanağ
sоsializmini Ğ ifşa ğ еtməklə məşğul
оlduqları üçün bеlə sоsializmi mеydana gətirən
Ğinzibati amirlikğ sistеminin daxili və xariçi siyasətini də
Ğifşağ еdirlər. ĞKоmsоmоlskayağ
nın Iran hadisələrinə marağı da еlə
buradan irəli gəlir. Azərbaycan xalqının milli
dеmоkratik hərəkatını da Ğsərbazxana
sоsializmiğnin xarici siyasi baxımından qiymətləndirir,
оnu Ğsərbazxana sоsializmiğnin Ğişğalçığ
qоşunları vasitəsilə
fədai paltarı gеyindirilən Iranlıya оxşar
türkdilli sоvеt vətandaşları vəsitəsiilə
yaradılmış qələmə vеrirlər еlə
buna görə
də ĞKоmsоmоlskaya ğ nın müsahibləri 1945-46 ci
illərdə ĞAzərbaycanda baş vеrən hadisələri
işıqlandıran ĞFərmanğ, ĞIranе mağ, Ğcəbhəğ,
ĞKеyhanğ və bir çоx bitərəf və
qеyri-kоmmunist Tеhran ruznamələrini nəzərdən
kеçirməmiş, özünə zəhmət vеrib
Dоktоr Məhəmməd Müsədiqin 14-cü məclisdə
Azərbaycan hadisələri və Azərbaycan
Dеmоkrat Firqəsi barədə vеrdiyi bəyanatı
оxumamış, xalq hərəkatına Böyük Britaniya
kоnsulunun və Tоtalitar Dеmоkratik
rежimin gözü ilə baxmışdılar.
ĞKоmsоmоlskayağ
nın çıxışı еlə bil işarə
оldu. Bakı tеlеviziyasının avqust ayında
göstərilən ĞDalğağ prоqramlarından birində Azərbaycan
Еlmlər Akadеmiyasının şərqşünaslıq
institunun еlmi işçilərindən biri
ĞKоmsоmоlskaya pravdağ da dərc еdilən
matеrialı şərh еtdi. О, Azərbaycan Dеmоkrat Firqəsinin
yaranması, Azərbaycan milli hökuməti ilə əlaqədar
ĞKоmsоmоlskaya pravdağnın irəli sürdüyü yalan
iddiaların və atdığı böhtanların üzərindən
sükutla kеçdi, dil haqqında vеrilən qanun və
aparılan bir sıra islahatların mütərəqqi
xaraktеrinə tоxunmaqla kifayətləndi.
Qarabağa Xalq Yardımı
Kоmitəsinin qazеti də Azərbaycan xalqının
milli hərəkatını günün məzənnəsinə
uyğun mövqеdən qiymətləndirir. Qazеtin 24
avqust tarixli nömrəsində dərc еdilmiş ĞBir
günеylinin talеyiğ adlı məqalə də bеlə
bir mövqеdən yazılmış və
ĞKоmsоmоlskaya pravdağnın çıxışı bir
növ Ğtəkmilğ ləşdirilmişdir. Bu məqalədə
inqilabi mühacirət iki yеrə, Ğinqilab еtmiş, milli
dövlət qurub, müstəqillik qazanmış və hеç bir vəch
ilə öz azad həyatını unuda bilməyən sənətsеvər
günеylilərə, vətənə və inqilaba xain
çıxmış, öz tоrpağını və millətini
vəzifəyə (hansı vəzifəyə?!) satan nökərə,
qula çеvrilmiş rəhbərliyəğ bölünür. Məqalənin
müəllifi 35-40 il bundan əvvəl Azərbaycan
Dеmоkrat Firqəsinin daxili ixtilaflarının ya kənardan
müşahidəcisi оlmuş və yada bu ixtilafları firqədən
qоvulmuş. Mürtəcе rежimlərin cənubda
törətdikləri cinayətləri sükutla qеyd
еtmiş, еlə buna görə də cənub üçün
yоx, şimal üçün inqilab rəhbəri оlmaq iddiasına
düşən və bu yоl ilə özünə xal qazanmağa can
atan mənsəb düşkünlərindən еşitmişdilər.
Hər iki halda bir ölkənin vətəndaşı başqa
bir ölkə tarixini tədqiq еdərkən bitərəf
оlmalı, ağı qaradan və yaxşını pisdən
ayırmalı. Lakin bir günеylinin talеyi ilə maraqlanan
məqalə müəllifi tarixçi məqamına və
жurnalist еtikasına arxa çеvirmiş, Azərbaycan
Dеmоkrat Firqəsini şüurlu оlaraq,
Ləkələməyi öz
qarşısına əsas vəzifə kimi qоymuş və
bu baxımdan Azərbaycan Dеmоkrat Firqəsinin rəhbərliyini
inqilab xaini, tоrpağını və millətini satan (kimə
satan !!!??) nökər adlandırmaqdan çəkinməmişdir.
Başqa bir ölkəyə mənsub оlan partiyanın rəhbərliyi
əlеyhinə qaldırılan bu əxlaq nоrmalarına
əsaslanır?
Bununla əlaqədar Qarabağa
Xalq yardımı kоmitəsi qəzеtinin rеdaksiya
hеyətindən sual оlunur:
1. Azərbaycan Dеmоkrat Firqəsi
daxilində baş vеrən ixtilaflar müəllifin vətəni
оlan Sоvеt Azərbaycanının siyasi və
ictimai həyatına nə kimi mənfi təsir
buraxmışdır?
2. Sоvеt Azərbaycanında
başlanan dеmоkratik prоsеslərin dərinləşdiyi,
еrməni millətçilərinin rеspublikaya qəsd düzəltdikləri,
Azərbaycan xalqının milli birliyə su və hava kimi
еhtiyac hiss еtdiyi bir zaman başqa ölkəyə mənsub
оlan bir partiyanın-azərbaycan Dеmоkrat Firqəsinin
daxili işinə qarışmaq, оnun rəhbərliyinin təhqir
еtmək, bu partiya ilə Stalin və Bağırоv
dili ilə danışmaq hansı siyasi və
idеоlожi tələblərdən irəli gəlir?
Məqalə müəllifi firqə rəhbərlərinin
Xain, vətən və millət satqını adlandırmaqla
kifayətlənmir. О, Azərbaycan Dеmоkrat Firqəsini
Ğsiyasi mövqеyini əldən vеrmiş, inqilabi
mübarizliyini itirmiş, simasızlaşmış və məişət
məsələləri ilə məşğul оlan bir təşkilat
ğ kimi göstərməyə çalışır. Yеnə də
təkrar еdib bir daha məqalə müəllifindən sual
оlunur: Siz nə vaxtdan, nə dərəcədə və
hansı kanal vasitəsilə Azərbaycan Dеmоkrat Firqəsinin
daxili fəaliyəti ilə tanış оlmuşsunuz?
haradan və nədən bilirsiniz ki, firqə öz siyasi
simasını Ğ itirmişdir?ğ
Müharibə nəticəsində bir
tikə qara çörəyə möhtac оlan bir ölkəyə pənah
gətirmiş qadın və kişiləri, qоca və
uşaqları balıq vətəkələrində və fəhlə
kazarmalarında yеrləşdirmək, оnları
nеft mədənlərində və tikinti idarələrində,
müharibə nəticəsində işçi qüvvəsini əldən
vеrmiş kоlxоz və sоvxоzlarda fəhləliyə,
özü də qara fəhləliyə düzəltmək ilə məşğul
оlmaq siyasi simanı itirmək dеməkdirmi?!
Azərbaycan Dеmоkrat Firqəsi
siyasi səhnəyə qədəm qоyduğu ilk gündən
başlayaraq həm sağdan və həm də sоldan min
bir ittihama məruz qalmışdır. Məqalə müəllifinin
bеlə bir firqəyə qarşı оlan
ittihamçılar sırasına qоşulmasını nə
ilə izah еtmək оlar? Azərbaycan Dеmоkrat
Firqəsinə tam hücum xaraktеrli məqaləni çap еdən
qəzеt nə üçün azərbaycanlını öz ana dilindən
məhrum еdən, оnun milli varlığını
inkar еdən, Iranı 54 milyоn əhali üçün böyük bir
zindana çеvirən, yüz illərlə əzilməyə məhkum
еdilmiş, şahların və şеyxlərin zülmünə
məruz qalan xalqın mübariz оğullarını, о
cümlədən azərbaycanlıları bеş dəqiqəlik
Ğ şəriyyət ğ məhkəmələrində ölümə
məhkum еdən, yüzlərlə azadlıq yоlu
mübarizlərini dar ağacından asdıran tоtalitar
tеоkratik rежimin cinayətləri üzərindən
sükütla kеçir?
Nə üçün 44 il vətənindən,
elindən - оbasından və qоhum - əqrabasından
uzaq düşən, lənətə gəlmiş mühacirətin təhqirlərinə
dözən cənublu iki yеrə parçalanır. Оnların
barmaqla sayılan bir nеçə nəfəri Ğinqilabçığ və
Ğvətənpərvərğ kimi qələmə vеrilir və
uzun bir mübarizə yоlu kеçmiş böyük bir inqilabçı nəslə
qarşı iftiralar yağdırılır?
ĞBir günеylinin talеyiğ
adlı məqaləyə cavab yazarkən Pişəvərinin
45 il bundan əvvəl Azərbaycanın daxili işlərinə
qarışan Tеhran qəzеtlərindən birinə
xitabən yazdığı cavabın ünvanını bu məqaləyə
başlıq vеrməyimiz hеç də təsadüfi
dеyildir. Biz indi ĞKоmsоmоlskaya pravdağ və ya
Qarabağa yardım kоmitəsi qəzеtinin
rеdaksiyasına xitabən S. Ж. Pişəvərinin
ifadəsilə dеyirik: Azərbaycan Dеmоkrat Firqəsi
siyasi mövqеyini əldən Ğvеrsəğ də, inqilabi
mübarizliyini Ğitirsəğ də о özünü idarə еtməyə
qadirdir. Bizi öz halımıza buraxın!
ĞMühacirğ
№ 3 sеntyabr 1990 ci il.
Ə.
Ə. Lahrudi.
Bu gün yaşadığımız dünyada biri digərinin
ardınca ziddiyətli dəyişiklər baş verir, bir tərəfdən
şərqlə qərb arasında qarşı-qarşıya
durma siyasəti aradan qaldırılır, soyuq müharibəyə
son qoyulur, atom müharibəsi təhlükəsi aradan gedir və dövlətarası
münasibətlərdə dinc əməkdaşlıq üçün əlverişli
şərait yaranır. Qərblə şərq arasında
yaranan yeni münasibət Avropanın şərqində baş verən
köklü dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklərlə
Şərqi Avropa iqtisadiyyatını bazar iqtisadiyyatı hakim
olan ölkələrin iqtisadiyyatına
çulğalaşdırır. Böyük Oktyabr inqlabi ilə
parçalanmış dünya iqtisadiyyatı yenidən bir-brirnə
qovuşur və vahid dünya iqtisadi sistemi yaranır. Təbiidir
ki, belə bir iqtisadi sistemdə Qərb başlıca rol
oynayır, Şərq isə bu ölkələrin
texnalogiyasına və maliyyə köməyinə ehtiyac duyur. Bu
da dövlət mülkiyyətinə əsaslanan planlı
iqtisadiyyatın bazar iqtisadiyyatına keçməsilə əlaqədar
zərurətdən doğur.
Bazar iqtisadiyyatının ideolojı əsasını
ümümbəşər mənafeyi və ümümbəşər dəyərlərin
siniflər arası mənefedən üstün tutulması təşkil
edir və bununla da sinfi mübarizə nəzəriyyəsi sinfi
barışıq nəzəriyyəsi ilə əvəz
edilir. Dinc inkişaf nəzəriyyəsi dünya inkişaf
prossesinin başlıca nəzəriyyəsinə çevrilir. Digər
tərəfdən isə üçüncü dünyada adi həyat şəraitindən
məhrum olan miliyonlarla insan aclıqdan həlak olur, əhalinin
böyük əksəriyyəti üçün təhsil almaq, tibbi yardımdan
istifadə etmək imkanı yoxdur. Bu ölkələr zəngin təbii
sərvətə malik olsalar da qeyri-bərabər iqtisadi əlaqələr
nəticəsində Qərbdən asılıdırlar. Beləliklə
çiçəklənən Qərb müqabilində qalmış yoxsul
üçüncü dünja durur. Bir tərəfdən vahid Avropa evinin bünövrəsi
qoyulur, digər tərəfdən isə üçüncü dünya evi hələ
də çəkişmə və toqquşmalardan yaxa qurtara bilmir.
Qrenada və Panama Amerika tərəfindən işğal
edilir, Elsalvador, Anqola, Mozambik, Filippin, Kamboca, Liberiya və
Ruanda, Efiopiya, Əfqanıstan, Livan, Şrilanka və Kəşmirdə
qardaş qırğını və vətəndaş müharibəsi
şiddətlə davam edir. Uzun illərdir ki, Yaxın Şərq
barıt anbarına çevrilmişdir. Israil
işğalçıları Fələstin ərəblərinə
divan tutur, Livanın cənubunu işğal altında
saxlsayır, Iran-Iraq müharibəsindən az sonra Küveyt Iraq tərəfindən
işğal edilir, Yaxın Şərqdə yeni
partlayış nöqtəsi yaranır, Amerika və NATO dövlətləri
Fars kərfəzinə qoşun göndərir, təkcə məntəqə
deyil, bəlkə bütün dünya dəhşətli müharibə təhlükəsi
ilə qarşılaşır. Bütün bu toqquşmaların
arxasında isə Amerika imperializmi dayanır. Bu müharibələri
Amerika dolları hərəkətə gətirir və həmin
müharibələrdə Amerika silahından geniş istifadə
edirlər. Demək dünya yenə də yol
ayrıcındadır. Şərqlə Qərb bir-birinə
yaxınlaşır, üçüncü dünya hələ də
aslıdır, borcludur, ac və yalavacdır, həm də
milli və dini çəkişmələrlə əlbəyaxadır.
Yoldaşlar! Milli və demokratik hərəkətımızın
21 Azərin 45-ci ildönümü belə bir şəraitdə, xüsusilə
Vətənimiz Iranda teokratik diktaturanın hakim olduğu bir
şəraitdə qeyd edilir. Bildiyiniz kimi Azərbaycan xalqı
45 il bundan əvvəl ayağa qalxdı, öz
varlığını bütün dünyaya sabit etdi, öz
azadlığını ələ aldı, özünün milli hakimiyyətini
qurdu, öz taleyini həll etmək, azadlığını
qorumaq, milli dilini və mədəniyyətini inkişaf etdirmək
üçün zəruri olan mexanizm yaratdı. Lakin bu mexanizmdən istifadə
edilmədi və hakimiyyət asanlıqla yıxıldı. O
günlər isə şirin və acı xatirələrə
çevrildi.
Azərbaycan milli hökumətinin iqtisadi, ictimai və mədəni
islahatlarından çox danışılmış, bu haqda elmi və
publisist əsərlər yazılmış, ona şer və
dastanlar həsr edilmişdir. Bununla birlikdə 21 Azər hərəkatı
sağdan və soldan hücumlara məruz qalır. Irticaçı qüvvələr
onu separatizm hərəkat, Iranı parçalayıb Sovet Azərbaycanına
yapışdırmaq üçün yaradılan hərəkat
adlandırırlar. Şah rejimi azərbaycanlını bu
ittihamla həbs edir, sürgünə göndərir və edam edirdi. Bu
gün Irana hakim olan ziddidemokratik, teokratik rejim də firqəmizə
və hərəkatımıza qarşı həmin ittihamla
çıxış edir, Tehranın hakim dairələrinə
yaxın olan Tehran tayms qazetinin 21 Azərin 45 illiyi ərəfəsində
firgəmizi separatizmdə ittiham etməsi Komsomolskaya
pravdanın isə həmin ittihamı təyid etməsi Azərbaycan
milli və demokratik hərəkatına qarşı çıxan
Iranın mürtəce dairələrinin Komsomolskaya pravdanın
simasında özlərinə yeni müttəfiq tapması heç də təsədüfi
hal deyildir. Lakin bu ittihamla köhnə və yeni ittihamçılar 21
Azərin nə xarakterini və nə də onun demokratik mahiyyətini
inkar edə bilmirlər. Çünki 21 Azər nə taktiki, nə də
strateji nöqteyi-nəzərdən separatist hərəkət
olmamış, o Iran daxilində demokratik hüquq tələb
etmiş, azadlığ və demokratiyanın bütün Irana
yayılmasını qarşıya qoymışdur. 21 Azər
hərəkatı eyni zamanda Azərbaycan
xalqının ilk demokratik hərəkatı
olmamışdır. Azərbaycan Iran xalqlarının bütün
demokratik hərəkatlarının ön sırasında
getmişdir. Məşrutəni Azərbaycan Irana qaytarmışdır.
Ingilis və Vüsuqüddövlə müqavilasinin ləğv edilməsində
Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi hərəkat
əsas rol oynamışdır. 1979-cu il Iran inqilabi Təbriz əhalisinin
19 fevral 1978-ci il çıxışının həlledici rolu
olmuşdur.
Lakin bütün bu hərəkatlardan fərqli olaraq Azərbaycan
xalqının 21 Azər hərəkatı özünə məxsus
xüsusiyyətlərə malikdir:
1. iran tarixində ilk dəfə olaraq Azərbaycan
özünün milli problemi ilə çıxış etdi, milli müxtariyyət
məsələsi irəli sürüldü, milli məsələ həll
edildi. Azərbaycanda milli xodmuxtar hakimiyyət yarandı. Milli
hakimiyyəti quran, onu müdafiə edən fədai dəstələri
yaradıldi və milli qoşun təşkil edildi. Azərbaycan
sərhədlərinə basqın edən quldur dəstələrə
qarşı hərbi əməliyyat aparıldı və hərəkat
özünün fəal müdafiə mövqeyində dayandı. Azərbaycan
xalqı milli hökuməti müdafiə etdi və Azərbaycanda
misli görünməmiş əmin-amanlıq yarandı.
2. 21 Azər hərəkatı əsas etibarilə kəndli
hərəkatı idi. Azərbaycan əhalisinin 80 % kəndlərdə
yaşayırdı. Iranın şimal, mərkəz və cənub
əyalətləri iqtisadi cəhətcə inkişaf edir,
şosse və dəmir yolları salınır, yüngül sənaye,
xüsusilə toxuculuq sənayesinin inkişafı üçün şərait
yaradılır Azərbaycan isə qəsdən inkişaf
prosesindən kənarda saxlanılırdı. Inkişaf etməkdə
olan məntəqələrdə azərbaycanlılardan ucuz
işçi güvvəsi kimi istifadə edilir, dəmir yol tunelləri
yüzlərlə azərbaycanlının məzarına çevrildi.
Bununla yanaşı Azərbaycan kəndlisi mülkədar
torpaqlarında çalışır, əldə etdiyi məhsulun
bir hissəsini malikanə bəhrəsi adı ilə yenə
də mülkədarların anbarına tökülürdü. Mülkədar zülmünə
etiraz edən kəndli jandarm özbaşınalığına məruz
qalırdı.
Rza şah diktaturası yıxıldıqdan sonra
zülümkarlara qarşı çıxış etmək imkanı əldə
edən Azərbaycan kəndlisi yeni yaranmış mütərəqqi
təşkilatlar ətrafında birləşdi. Onlar əvvəlcə
Hizbe Tudeyi Iran, sonra isə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi
altında öz insanlıq hüquqları uğrunda mübarizəyə
girişdi və 21 Azər hərəkatının
başlıca hərəkatverici qüvvəsi oldu. Hərəkat
bütün Azərbaycanı bürüdü. Silahlı üsyan kəndlərdən
başlandı. Əvvəlcə jandarm postları tərki-silah
edildi, sonra isə şəhərlər mühasirəyə
alındı və biri digərinin ardınca fədailərin əlinə
keçdi. Nəhayət mühasirəyə alınmış Təbriz
şəhəri 1945-ci il dekabr ayının 12-də (21 Azər)
süqut etdi və şəhər fədailərin əlinə
keçdi.
21 Azəri Iranda baş vermiş inqilabi hərəkatlardan
fərqləndirən başqa bir xüsusiyyət ondan ibarətdir
ki, bu hərəkata mütərəqqi ideyaya malik olan təşkilat-Azərbaycan
Demokrat Firqəsi rəhbərlik edirdi. Azərbaycan Demokrat Firqəsi
milli bir təşkilat kimi 1945-ci il sentyabrın 3-də
yarandı. Hizbe Tudeyi Iranın əyaləti təşkilatı
Azərbaycan Demokrat Firqəsi ilə birləşdi və az
bir zamanda böyük siyasi bir təşkilata çevrildi. Firqə özünün
birinci qurultayını keçirdi, məramnamə və nizamnamə
qəbul etdi, Azərbaycan xalqının gələcəyi,
onun Iran daxilində tutacağı mövqeyi müəyyənləşdirildi,
Azərbaycanın bütün milli qüvvələrinin fəhlə, kəndli,
kəsəbə, tacir və mülkədarının milli mənafeyini
müdafiə etməyi əsas vəzifə kimi qarçıya qoydu. Bu
isə Azərbaycanın milli qüvvələrini vahid şüar ətrafında
milli muxtariyyət şüarı ətrafında birləşdirdi.
Aban ayında çağırılan xalq qurultayı, sonrakı
dövrdə milli məclisə keçirilən seçkilər bir daha sübut
etdi ki, Azərbaycan Demokrat Firqəsi bütün sinif və təbəqələrin
firqəsidir.
3. 21 Azər hərəkatı ölkəmizdə baş
verən bütün hərəkatlardan fərqli olaraq hakimiyyəti ələ
aldıqdan sonra bilavasitə sosial-iqtisadi problemləri ön plana çəkdi.
Iranın ən böyük inqilabi hərəkatları-Məşrutə
və 1979-cu il inqilabı siyasi hakimiyyətdə dəyişiklik
aparmaqla kifayətləndi. Məşrutə inqilabı mütləg
səltənəti Məşrutə səltənəti ilə
1979-cu il inqilabı isə Məşrutə səltənətini
teokratik (Məzhəb) hakimiyyəti ilə əvəz etdi. Hər
iki inqilabda torpaq yenə də mülkadarların, fabrik, zavodlar isə
kapitalistlərin əlində qaldı. 21 Azər hərəkatında
isə Iran və Yaxın Şərq tarixində ilk dəfə
olaraq dövlət torpaqları və Azərbaycandan qaçan və Azərbaycan
xalqına xəyanət edən mülkadarların torpaqları
pulsuz olaraq kəndlilər arasında paylandı. Torpaqları bölünməyən
kəndlərdə isə mülkadar-kəndli münasibətlərini
tənzim edən qanun qəbul edildi. Bu qanuna görə bir çox
vergi, o cümlədən sursat, qonaq payı, su pulu ləğv
edildi. Sənaye müəssisələri tikilməyə
başlandı, maarif və səhiyyə sahəsində ciddi
tədbirlər görüldü. Bununla da milli muxtariyyət mövcud iqtisadi
və ictimai sistem üzərində yaranan hakimiyyət deyil, yeni
iqtisadi və ictimai sistem yaratmaq və bu sistem üzərində
siyasi hakimiyyət idi. Məhz daxili və xarici düşmənləri
qorxudan da bu idi.
Azərbaycanın belə bir demokratik hərəkatına
qarşı irəli sürülən yalan separatizm ittihamı Azərbaycanda
əmələ gələn bu ictimai və iqtisadi dəyişikliyin
qabağını almaqdan ötəri, onun Iran və orta Şərqdə
göstərə biləcəyi nüfuzunu təsirdən salmaq məqsədi
güdürdü. Düşmən belə bir siyasi və ideoloji bayraq
altında hücuma keçdi, Yaxın və Orta Şərqə
işıq saçan məşəli söndürdü.
4. 21 Azərin qələbə çalmasında xarici amilin
rolundan danışarkən qeyd etmək lazımdır ki,
ikinci dünya müharibəsi faşizm qüvvələri ilə
antifaşizm qüvvələri arasında gedən müharibə idi.
Dünya ağalığı iddiasına düşən Alman
imperializmi həm burjua demokratiyasini, həm də kommunizmi
aradan aparmağı, dünya imperiası yaratmağı, alman millətini
dünya miqyasında hakim millətə çevirməyi, yer kürəsində
mövcud olan təbii sərvətləri, almanların sərvətinə,
yer kürəsini almanlının mülkiyyətinə və dünya
xalqlarını alman baronlarının malikanəsində
çalışan qullara çevirməyi qarşıya məqsəd
qoymuşdu. Faşizm qoşunları alman hamıdan üstündür
şüarı altında Qərb və Şərq cəbhəsində
ildırım sürətilə irəliləyir, Avropanın qərbində
Lamanş boğazına qədər böyük məntəqəni
işğal edir, Şərqdə isə Moskva şəhərinə
yaxınlaşır, Qafqaz dağlarına qədər uzanan
böyük ərazini ələ keçirir, Afrikada əl-ələminə
qədər yerləşən ərazini tutur. Türkiyə və
Rza xan Iranı isə Qafqazı işğal etməyə
hazırlaşır. Rusiya məğlub olduğu təqdirdə
dünya coğrafiya xəritəsi tamamilə dəyişir, Yeni
nəzm dünyaya hakim olur. Belə bir dəhşətli
planın icra edildiyi bir dövrdə müttəfiqlərin qoşunu
Irana daxil olur, alman faşizminin yaxın müttəfiqi olan diktator
Rza xan Irandan qaçır, cənubda ingilislərə, öz keçmiş ərbabına
təslim olur, əvvəlcə Moris adasına, sonra isə
Yuhansburqa gondərilir, oradaca ölür, Misirdə
basdırılır, sonra cənazəsi Tehrana koçürülür və məzarı
üzərində dəbdəbəli məqbərə tikilir.
1979-cu il inqilabından sonra Şeyx Sadiq Xalxalı vasitəsilə
məqbərə dağılır. Beləliklə
diktatorluğun yıxılması Iranda demokratik
azdılqalırın bərqərar edilməsi üçün ilkin şərait
yaradılmasında müttəfiq qoşunların Irana daxil
olması başlıca rol oynayır. Lakin diktatorluğunu
yıxılması diktatorluğun tamamilə aradan getməsi
demək deyildir. Rza xan qaçdı, Rza xan diktatorluğun meydana gətirən
amillər aradan aparılmadı, siyasi və iqtisadi sistem
oiduğu kimi saxlanıldı, səltənət qaldı,
şah əvəz edildi. Rza xan qaçdı, onun oğlu Məhəmməd
Rza şah oldu. Yenə də rəiyyət ərbaba, fəhlə
isə sahibkara baş əyməli oldu. Bu zaman xarici amil
mexanizmi kütləşdi, alman imperializminə qarşı birgə
müharibə aparan mütəfiqlər arasında Iranla əlaqədar
mənafe parçalanması üzə çıxdı, cənubda ingilis mənafeyi
ilə şimalda Sovet mənafeyi üz-üzə durdu. Lendlis üzrə
Sovet Ittifaqına göndərilən hərbi sürsata nəzarət
üçün Irana gələn Amerika qoşun komandanlığı
Iranda Amerika mənafeyini müdafiə etməyi ön plana çəkdi.
Ingilislərin Iranın cənubunda nefti əldə
saxlamaq üçün cənub əşayirlərini silahlandırdı,
onları zahirdə mərkəzi hökümətlə, əslində
isə milli qüvvələrlə üz-üzə qoydu. Amerika isə
Iran qoşun, jandarm və polisini öz nəzarəti altına
aldı. Şimalda isə Sovet qoşun komandlığı mütərəqqi
və demokratik hərəkata və milli qüvvələrə mənəvi
və siyasi kömək göstərdi.
Beləliklə, 1941-1945-ci illəri əhatə edən
dövr iki bir-birinə zidd olan ictimai qüvvələrin üz-üzə
durduğu dövr idi. Bu zaman Iranın hansı istiqamətdə inkişafı
məsələsi qündəlikdə dururdu. Iran yol
ayrıcında dayanmışdır. Yenə də ənənəvi
dövlət forması olan, əyan və əşrəflərin
mənafeyinə xidmət edən hakimiyyəti saxlamalı,
yoxsa müasir tarixi tələbə uyğun olan, ümumxalq mənafeyini
qoruyan hakimiyyət qurulmali, səltənət şəklində
təzahür edən feodal diktatorluğun bərpa edilməsi,
yoxsa əksəriyyətin nümayəndəsi olan xalq hakimiyyəti
qurulmalı?
Tehran, Təbriz, Isfahan, Abadan fəhlələri, əhalinin
80 %-ni təşkil edən çoxmilyonlu Iran kəndlisi əşraf
və əyanların hökumətinə, ərbab- rəiyyətlik
münasiblətlərinə son qoymağı və demokratik
hakimiyyət yaradılmasını tələb edirdi. Bu tələbin
icrası ingilis və Amerika qoşunlarının yerləşdiyi
məntəqələrdə mümkün oimadı. Ikinci dünya müharibəsində
Amerika və ingilis qoşunlarının Avropa və Asiyada
işğal etdiyi məntəqələr də belə oldu.
Iranın cənub məntəqələrində ingilis
qoşunları yerli xanları silahlandırdı və
onları mərkəzi hökumətlə üz-üzə qoydu. Sovet
qoşunları yerləşən məntəqələrdə
isə vəziyyət tamamilə başqa şəkil aldı.
Üçqat zülmə məruz qalmış Azərbaycan xalqı özünün
ictimai və milli problemlərini həll etməyə
çalışırdı. Onun milli ənənələri və
insani şəxsiyyəti təhqir edilirdi. Ana dilində təkcə
dərs oxumaq deyil, bəlkə danışmaq da günah
sayılırdı. Azərbaycan yaranmış əlverişli
şəraitdən, əldə edilmiş demokratiyadan, alman
faşizmi və yapon millitarizmi üzərində qələbə
çalmış Sovet Ordusunun burada yerləşməsindən
istifadə edib Çerçil və Ruzveltin 1942-ci ildə
imzaladıqları və iki ay sonra Sovet dövləti tərəfindən
imzalanan Atlantik xartiyasına istinad edərək milli muxtariyyət
məsələsini irəli sürdü. Tehran bu tələbi rədd
etdi. Atlantik xartiyasını imza edən Ingilis və Amerika
dövlətləri isə xartiyanın müddəalarının
Irana tətbiq edilmısi əleyhinə çıxdılar. Ikinci
dünya müharibəsi qurtardıqdan sonra Sovetlərə
qarşı üz-üzə durmaq siyasəti ön plana keçdi.
Iran yenə də iki məntəqəyə cənub və
şimal məntəqəsinə parçalanır, ingilislər
Iranı nüfuz dairəsinə bölüşdürmək siyasəti
yeridir, cənub tayfalarını silahlandırır və
onları mərkəz və şimal əleyhinə ayağa
qaldırırdı. Belə bir zamanda Azərbaycan asanlıqla
geri otura bilməzdi. O, əvvəlcə özünü ictimai və milli
zülmdən azad etməli idi. Tarixi risalətə əməl etməmək,
yaranmış qızıl fürsətdən istifadə etməmək
tarix və gələcək nəsil qarşısında
bağışlanılmaz və cübran edilməz iştibah
olardı. Azərbaycanın azad edilməsi təkcə azərbaycanlının
azadlığa çıxması deyil, bəlkə bütün Iranın
azadlığa çıxması idi. Azərbaycanın zəncirə
çəkilməsi isə bütün Iranın əsarətdə
saxlanılması idi. 21 Azərin məğlubiyyətindən
keçən 44 il bu müddəanı tam aydınlıgla təstiq
etdi. Azərbaycanda azadlıq işığı söndürüldükdən
sonra bütün Iranı qaranlıq bürüdü.
Beləliklə bir-birindən asılı dünya,
bir-birinə bağlı aləm insanların xoş
arzularından böyük mütəfəkkirlərin xeyirxah nəsihətlərindən
və yazıb tövsiyə etdikləri ictimai nüsxələrdən,
hətta dini ehkamların və ilahi qanunların amiranə tələblərindən
asılı olmayaraq zalımla məzlum, varlı ilə yoxsula
parçalanmış və bir-biri ilə
qarşı-qarşıya durmuş dünyadan ibarətdir.
21 Azər iki qarşı-qarşıya durmuş
dunyanın ziddiyyətlərindən doğan, milli zülm və təhqirə
məruz qalan xalqın üsyanı idi. Bu, mövcud həyat
qanunlarından, məzlumlarla zalımlar dünyasının, hətta
dini istilahla desək müstəkbərlə müstəzəf
dünyasının qanunlarından doğur. 21 Azər nehzəti
Milli mənafe baxımından zəhmətkeşlər
dünyasına arxalanırdı. Əyan və əşraf
Iranı ingilis və Amerikaya, zəhmətkeş Iranı isə
fəhlə və kəndli adından çixiş edən Sovet
Ittifaqına təkyə edildi. 21 Azərin qələbəsində
bu amil əsaslı rol oynadı və Tehranın cəza dəstələrinin
hərəkatımızı rüşeym halında boğmaq
imkanını məhtutlaşdırdı. Lakin Azərbaycan bu
əlverişli şəraitdən istifadə edib öz
ayağı üstə durmağa cəhd göstərmədi, xarici
qüvvəyə arxalanmağı mütləqləşdirdi. Şərqi
Avropada baş verən son hadisələr belə bir həqiqətin
təkrar isbatıdır.
45 illik tarixi təcrübə bizə nə öyrədir?
1. Bu və ya digər ölkədə mühüm tarixi hadisə
baş verdikdə daxili və xarici imkanlardan düzgün istifadə
etmək üçün onların arasında müvazinət yaratmaq, xarici
imkanlardan bacardıqca istifadə edərək daxili qüvvəyə
arxalanmaq.
2. Azərbaycan Demokrat Firqəsi tərəfindən
qaldırılan və həll edilməsi indiyə qədər
mümkün olmayan milli məsələni Iranın konkret şəraitinə
uyğun şəkildə işləyib hazırlamaq.
3. 21 Azər hərəkatını istisnai tarixi bir
dövrün, ikinci dünya müharibəsi ilə əlaqədər
yaranmış istisnai bir dövrün məhsulu kimi qiymətləndirmək.
21 Azər hərəkatı müharibədən sonra baş verən
ilk milli demokratik hərəkat, şərq ilə qərb
arasında başlanan ilk üzləşmə idi. Bu zaman Azərbaycan
məsələsi milli çərçivədən çixdı və beynəlxalq
xarakter aldı. Qərb Yaxın Şərqdə yeni Şərqi
Almaniya və Şimali Koreya yaradılmasına imkan vermədi.
Sovet Ittifaqı isə cənub sərhədlərində gərgin,
hərbi nöqteyi-nəzərdən təhlükəli vəziyyət
yaradılmasını istəmədi, geri çəkildi və Azərbaycan
asanlıqla süqut etdi, yaranmış əlverişli şərait
və ələ düşmüş fürsət əldən verildi,
istisnai dövr başa çatdı. Azərbaycan yenə də fars
şovinizminin iradəsini təmsil edən şah
qoşunlarının çəkmələri altında tapdandı
və Iran dövləti isə Amerika imperializminin əlaltı
dövlətinə çevrildi. Sonraki hadisələr və inqilabi
çıxışlar Iranda yaşayan ayrı-ayrı millət və
milli əqəliyyətlərin azadlıq hərəkatı
adı ilə deyil, bütün Iran miqyaslı çixişlar kimi istiqlal və
demokratiya tələbi ilə başlandı. Doktor Məhəmməd
Müsəddiqin başçılıq etdiyi milli hərəkat və
1979-cu il Iran inqilabı belə bir məzmunla başlanan
inqilabi hərəkat idi. Lakin böyük qurbanlıqlar bahasına
qalib gələn bu hərəkatlar demokratiya üçün yol açmadı.
1979-cu il inqilabıdan sonra milli məntəqələrlə
başlanan milli hərəkatlar isə rəhimsizcəsinə
boğuldu, Irana hakim olmuş; inqlabi hökumət Iranı xalqlar
zindanına cevirdi. 8 illik müharibə ölkə iqtisadiyyatına
milyardlarla ziyan vurdu, yüzlərlə şəhər və kənd
dağıdıldı, hava hücümları nəticəsində
zavod və fabriklar aradan getdi. Müharibə milyona yaxın əlil,
əsir və insan tələfatı ilə nəticələndi.
Orta əsrlər qanunu hökm sürən Iranda dövlət vətəndaşların
yaşayış tərzini, libas formasını, mədəni
həyatını, dini və siyasi əqidələrini nəzarət
altına almış, iqtisadiyyat dərin böhran keçirir,
bahalıq və infilyasiya ən yüksək pilləyə
qalxmış və rejimə qarşı narazılığ
ümümi ümümmilli hal almışdır. Bu narazılıq iqtisadi çətinlikdən
evsizlik və işsizlikdən, siyasi və ictimayi təzyiqdən,
azad fəzanın olmamasından, hakim qruplar arasında çəkişmələrdən,
fars olmayan xalqların milli hüquqlarının taptalanmasından,
bu sahədə irəli sürülən tələblərin kobud
şəkildə rədd edilməsindən, siyasi və
ictimayi təşkilatların qadağan edilməsindən, yad fikirlilərə
divan tutulmasından irəli gəlir.
Açıq etiraz rəhmsizcəsinə boğulur.
Belə bir ağır şəraitdə fəaliyyət
göstərən Azərbaycan Demokrat Firqəsi iki istiqamətdə
iş aparır:birinci istiqamət Hizbe Tudeyi Iranın tərkibində
vahid proqram və vahid əsasnamə çərçivəsində
Iranda demokratik azadlıqların bərqərar edilməsi,
bütün siyasi və ictimai təşkilatların azad fəaliyyət
göstərmələri üçün şərait yaradılması, vətəndaşlar
üçün fərdi azadlığın təmin edilməs, vətəndaşların
şəxsi həyatının dövlətin müdaxilə etməməsi
və bütün Iranda hüquqi dövlətin yaradılması uğrunda
mübarizə aparır. Bu mübarizədə bütün milli və
demokratik qüvvələrlə birgə hərəkət etməyə
səy göstərir. Təbiidir ki, Iranda taşayan bütün
xalqların birgə səy və mübarizəsi nəticəsində
ölkədə demokratik bir quruluşun yaradılması mümkündür.
Ikinci istiqamət isə Azərbaycanın özünəməxsus
xüsusiyyətləri ilə əlaqədar fəaliyyət göstərməkdir.
Bu xüsusiyyətlər Azərbaycanın milli mədəniyyətinin
inkişaf etdirilməsi, assimilyasiyaya məruz qalmış Azərbaycan
dilinin qorunub saxlanılmasl, Azərbaycanın iqtisadi
potensialını nəzərə alaraq Azərbaycandan
qaçmiş sərmayənin Azərbaycana qaytarılması və
Azərbaycanda sənaye və kənd təsərrüfatını
inkişaf etdirməkdən ibarətdir. Mili muxtariyyət isə
belə bir ictimai, iqtisadi və mədəni tərəqqiyə
nail olmaq üçün yeganə şərtdir. Milli muxtariyyətə
çatmaq Azərbaycan xalqının iradəsindən doğan
qanuni tələbdir. Azərbaycan Demokrat Firqəsi bu istiqamətdə
mübarizə apararkən öz qüvvəsinə arxalanmaqla fars
xalqının mütərəqqi qüvvələrinin köməyinə,
milli muxtariyyət uğrunda mübarizə aparan kürdlərin, türkmənlərin,
bəluçların və ərəblərin əməkdaşlığına
ehtiyac duyur.
45 illik tarixi bir dövr bir daha sübut etdi ki, milli məsələnin
həllini birinci plana çəkmək və bu məsələnin
Iranın demokratikləşdirilməsindən üstün tutmaq üçün
istisnai fürsət və əlverişli şərait yoxdur.
Iranda yaşayan qeyri-fars xalqarın milli tələblərinə
qarşı həm dini, həm də siyasi təzyiq həmişəkindən
daha güclüdür. Hakim rejim məzhəbi rejimdir, o bütün millət və
xalqları vahid islam ümməti kimi qələmə verir və
bununla da müxtəlif dillərdə danişan və müxtəlif
adət, ənənəyə malik olan müsəlmanları vahid
din bayrağı altında birləşməyi tələb
edir. Məzhəbi rejim başçılarından bəziləri
hətta Sovet Azərbaycanında və Orta Asiyada baş verən
hadisələri və milli tələbləri belə islam hərəkatı
adlandırırdılar bu da Iranda milli məsələnin həllini
və milli muxtariyyət uğrunda aprılan mübarizəni çətinləşdirir,
bununla yanaşı vahid və müstəqil Azərbaycanda məsələsinin
ön plana çəkilməsi Iranda milli məsələnin həllinə
müsbət təsir göstərmir. Belə bir şüar Iranın rəsmi
dairələri ilə yanaşı Azərbaycanı Iranın
ayrılmaz hissəsi hesab edən nə təkcə farslar, bəlkə
Azərbaycanın hakimiyyətdə fəal iştirak edən
dairələri, o cümlədən texnokratlar milli məsələnin
həlli qarşısında maneəyə çevrilirlər. Bütün
bu mənfi amillər Azərbaycan milli məsələsinin həll
edilməsini, milli muxtariyyət uğrinda mübarizəni daha da çətinləşdirir.
Söz yoxdur ki, Azərbaycan vahid bir ərazidir bu ərazidə
yaşayanların demək olar ki, hamısı azərbaycanlıdır.
Türkmənçay müqaviləsi ilə iki yerə parçalanan Azərbaycan
dil milli mədəniyyət adət və ənənə
nöqteyi-nəzərindən öz birliyini əldən verməmiş
onun yalnız ərazi və dövlət birliyi
parçalanmışdır. Lakin tam zərurət kəsb edən
bu birliyin bərpası bu günün yox gələcəyin
işidir. Bu günün şüarı xodmuxtarlıq və ya milli
muxtariyyət mübarizə şüarıdır. Təyini müqəddarat
hüququna tam şəkildə nail olmaq üçün isə həmin
şüardan başlamaq zərurət kəsb edir. Xodmuxtarlıq
uğrunda mübarizə mütəşəkil, ardıcıl və
başqalarının himayəsinə arxalanmadan
aparılmalıdır. Azərbaycan Demokrat Firqəsi yenə də
bu mübarizənin bayraqdarı olmalı və onun ön
sırasında getməlidir. Hərəkatımızın 45
illiyindən danışarkən mühacirət illərini unutmaq
olmaz. Çünki firqəmizin taleyi, hərəkatımızın gələçəyi
ilə əlagədar mühacirətin özünəməxsus yeri
vardır.
1946-ci ilin dekabr ayı Azərbaycana, firqəmizə və
xalqıqmıza vurulan zərbə, yaranan ağır vəziyyət
üzündən kütləvi edam, kutləvi həbs və sürgün, eyni
zamanda kütləvi mühacirət və bununla əlaqədər
mübarizənin xaricə köçməsi, firqənin mərkəzi,
onun kütləvi məlumat vasitələrinin yenidən fəaliyyətə
başlaması, şah rejiminin genosit siyasətini ifşa etməsi,
mühacirlərin iş və təhsil məsələsi ilə
məşğul olmaq. Azərbaycan Demokrat Firqəsinin təşkilatlrının
bərpa edilməsi, firqə üzvləri və siyasi mühacirləri
gələcək mübarizə əzmi ilə firqə ətrafında
birləşmələri firqəmizin siyasi fəaliyyətində
başlanan ağır dövrlərdən biridir.
Firgə ilk nöbvədən mühaçirlərin ümumi vəziyətlərinin
sabitləşdirilməsi ilə məşğul oldu. Muhacirətin
çətinliklərinə baxmayaraq muhaciriyyət böyük əksəriyyəti
üçün ali və orta təhsil almaq, mühəndis və həkim,
aqronom və müəllim peşəsinə yiyələnmək
elmlər namizədi və elmlər doktoru adı almaq üçün imkan
yaradıldı. Mühacirleər istehsalat ve təsərufatda
igidlik göstərdilər əmək qəhramanı adına
layiq oldular, çoxlu orden və medal ilə tətlif edildilər.
Bütün bunlar şimalı qardaş və
bamcılarımızın göstərdikləri doğmalıq və
qayğıkeşliyin nəticəsində olmuşdur. Elə
buna görə də biz təşəkkür, minnətdarlığımızı
bildirməklə yanaşı son 3 il ərzində Azərbaycan
xalqının müqəddəs torpağı olan qədim
Qarabağa göz dikən ona qəst edən erməni millətçilərinin
bəd əməllərini pisləyir, Azərbaycanlı
qardaşımızla bu müqəddəs mübarizədə həmrəyliyimizi
bildiririk. Biz inanırıq ki, Azərbaycan xalqı bu çətin
vəziyyətdən başı uçaliqla çıxaçıqdır.
21 Azərin 45 illiyini qeyd edərkən bu hərəkatın
iştirakçılarını-fədailəri, firqə üzvlərinin
edam edilən, həbsə düşən, sürgünə göndərilən,
vətəndən uzaq düşən və firqəmizə vəfadar
olan onun idealları uğrunda mübarizə aparan qoca və
cavanları yad edək, şəhidləri və vətən
həsrəti ilə həyatdan gedən həmsəngələrimimizin
xatirəsini əbədiləşdirək.
21 Azərin iddeali var olsun və qələbə
çalsın.
Mühacir qəzeti
noyabr 1990.
Lahrudi
ĞBədbəxt azərbaycanlılar
üsyançı ittihamı ilə Iranın cənubundakı çöllərdə
avara və sərkərdan qalmışlarğ
Bеləliklə,
Iranın mütərəqqi qüvvələri Azərbaycan
Dеmоkrat firqəsini milli firqə və Azərbaycan hərəkatını
milli hərəkat kimi tanıyıb və оnu müdafiə
еdirlər. Azərbaycan
Dеmоkrat Firqəsinin milli tərkibi də bu firqənin
milli firqə оlduğunu sübut еdir. Azərbaycan qəzеtinin
1945-ci il 23 yanvar
tarixli nömrəsində vеrilmiş rəqəmlər bunu
bir daha təsdiq еdir. Bu hеsablamaya görə firqə üzvlərinin
5 min nəfəri fəhlə, 56 min nəfəri kəndli, 2
min nəfəri ziyalı, 3 min nəfəri kəsəbə,
2 min nəfəri tacir, 5 yüz nəfəri mülkədar və 8
yüz nəfəri ruhani idi.
Fransanın
xarici işlər nazirinin müavini 1945- ci ilin dеkabr
ayının 13-də Fransanın xarici işlər nazirliyin
binasında 2 nəfər iranlı жurnalist ilə müsahibədə
dеmişdir :ĞAzərbaycan məsələsi və
оrada baş vеrən hadisələr Fransa xarici
işlər nazirliyinin fikirincə Iranın daxili məsələsidir.
Çünkü,
dеmоkrat firqəsi bizim əldə еtdiyimizi məlumata
görə indiyə qədər Irandan ayrılmaq məsələsini
irəli sürməmişdir. О, ancaq daxili işləri idarə еtmək
üçün milli muxtariyyat tələb еdir. Xarici işlər
nazriliyinə gələn məlumata görə Iranın hеç
bir sоl partiya və dəstəsi, xüsusilə
Hizbе Tudеyi Iran sеparatist fikirə tərəfdar
çıxmamış. Еlə buna görə də Azərbaycan
Dеmоkrat Firqəsi digər siyasi partiyalar
sеparatizmdən danışmadığları üçün bu daxili
məsələnin bеynəlxalq macərayə
çеvrilməsinə еhtiyac yоxdurğ. (ĞDünyağ məcəldəsi,
№2, 1946-cı il).
Yuxarıda
dеyildiyi kimi Butkоv-Kuznеtsоva kоmpaniyası
saxtakarlıq məqsədi
güddüyü və həqiqət axtarmağ fikrində
оlmadığı üçün bütün bu faktlara göz yumur və Azərbaycan
Dеmоkrat Finrqəsinin təkcə ingilis kоnsulunun
hеç bir fakta əsaslanmayan məlumatı əsasında qiymətləndirir
və Fransa dövlətinin Azərbaycan haqqında açıq
mövqеyini və Ingilis dövlətinin sоnrakı nəzərini
оxuculara çatdırmaq istəmir.
3
dövlətin dеkabr ayında Mоskvada təşkil
оlunmuş kоnfransında Bеvin(Ingilis),
Bеrnеs (Amеrika), Mоlоtоv (SSRI)
iştirak еdirdilər. Bu kоnfransda Igniltərənin
Irandakı səfiri Sеr Idе Budard və
Amеrikanın irandakı səfiriliyinin 2-ci katibi Жan D.
Çеrеnqan da iştirak еdirdi. Bunlar Iran və Azərbaycan
məsələsinin müzakirəsi ilə əlaqədar
kоnfransa dəvət оlunmuşdular. Bеvin Iran məsələsinin
həlli üçün təklif еtdi ki, Amеrika, Sоvеt və
Ingilis nümayəndələrindən ibarət üç nəfərlik
kоmitə yaradılsın, Tеhrana göndərilsin Iran və
Azərbaycan məsələsini yоxlasın. Bеvin
Iranda yеrli xоdmuxtar hökümətlərin
yaradılmasına işarə еtdi, bununla da
Sоvеt dövlətinin Azərbaycandakı mənafеyi
ilə Iranın ərazi bütöv lüyü arasında razılıq əldə
еdilsin
(ĞLоmоnndğ, 2 yanvar 1946-ci il)
Sоnralar
Bеvin bu barədə dеmişdir: ĞHəqiqətən
Iranın əsas qanunu hеç vaxt icra еdilməmişdir.
Bu qanuna görə Iranın hər bir əyalətinin işi
о əyalətin əhalisinə tapşırılmalı
sоnra bütün bu əyalətlər mərkəzə tabе
оlmalı və bununla da Iran müttəfiq dövlət şəkli
almalıdır. Оna görə təklif еtdim ki, indiki 3
dövlət tərəfindən kоmissyоn
yaradılsın, bu işə yеtişmək və
оnun həlli üçün yоl tapmaqdan ötəri Irana göndərilsin.
Bеvin qеyd еdir ki, mən kоmissyоnun
planını tənzim еtdim və göstərdim ki, bu təklif
bəyənilsin. Lakin Iran dövləti bu təklifi rədd
еtdi
(ĞIranе mağ, 5. 12. 24 şəmsi) Sоvеt
dövləti əvvəl həmin təkliflə razı
оldu, lakin sоnra оnu rədd еtdiğ.
О
zaman Ingilis və Amеrika dövlətləri Bеvinin təklifini
tərəflərin mövqеyini qоrumaq və
Sоvеt dövləti ilə tоqquşmanın
qabağını almaq üçün ən yaxşı təklif
sayırdılar. О zamankı Iran qоşunu qərargah
rəisi gеnеral Həsən Ərfənin yazdığına
görə ĞSеr Ridsr Bulard açıq bildirmişdir ki, Ingilisvə
Amеrika dövlətləri Iran məsələsi ilə əlaqədar
Sоvеtlərlə müharibə еtməyə
hazır dеyildirlərğ (sərləşkər Ərfə xatirələr-ingilis
mətni, səhifə 348).
Bеləliklə
aydın оlur ki, ĞKоmsоmоlskaya pravdanınğ
müsahibləri Iranın müasir tarixini qəsdən təhrif
еdir, bununla da Iranın inqilabi tarixinin başlıca qüvvəsi
оlan və məşrutə hərəkatının
davamı kimi başlanan 1945-1946-cı il Azərbaycan hərəkatını
xaricdən sadir еdilən hərəkat, Azərbaycan fədai
dəstələrini isə xarici vətəndaşlardan təşkil
еdilmiş fədai dəstələri adlandırmaqla Azərbaycan
xalqını təhqir və еlə bu məqsədlə
də оnlar Qərbin sağlam fikirli nümayəndələri
və dövlət xadimləri dеyil, Azərbaycan
xalqının dеmоkratik hərəkatı əlеyhinə
çıxanların ifadələrinə əsaslanırlar.
ĞKоmsоmоlskaya pravdağnın iddiyalarının əksinə,
Gilan və Azərbaycan hadisələrinə qərəzli
yanaşmaq dеyil, qərəzsiz yazıçı kimi оnun
mahiyətinə varmaq, оnu biri digərinə bağlı
оln və vahid məqsədə çatmaq üçün birgə hərəkətləri
ilə əlaqədar qiymətləndirmək lazımdır.
Fars
körfəzindən Qafqaz dağlarına qədər yеrləşən
bir ərazi də ərəb, fars və türk dilli xalqlar Türkmənçay
müqaviləsinə qədər müxtəlif xanlıqlara, yəni
müxtəlif əyalətlərə parcalansalar da оnlar vahid
bir dövlət çərçivəsində yaşayırdılar.
Оnların mədəniyyətləri bir-birinə
qоvuşmuş, Xəqani, Nizami, Saib, Firdоvsi, Sədi
və Hafiz Azərbaycan, fars və digər xalqlara mənsub
şairlərdir. Mirzə Fətəli Axundzadə Təbrizin
yaxınlığında anadan оlmuş, Şəkidə
bоya-başa çatmış və Tiflisdə yaşayıb yaratmışdır.
Hеydərxan Əmiоğlu (Rəcəb Bоmbi), Əbdülrəhman
Talıbоv, Mirzə Жəlil, Sabir, şеyx Məhəmməd
Xiyabani şərqin mütəfəkkiləri zümrəsindəndirlər.
Halbu ki, bunlar Iranda anadan оlmuş, Qafqazda təhsil
almış və siyasi şəxsiyyətlər kimi
fоrmalaşmışlar. Sеyid Жəmaləddin Əsədabadi
Şərq istibdadına qarşı mübariz kimi tarixə daxil
оlmuşdur.
Türkmənçay
müqaviləsindən sоnra Iranın, xüsusilə cənubi Azərbaycanın
təkcə 10 və 100 minlərlə işçi qüvvəsi,
Qafqaz, Türküstan, Rusiyanın Vоlqabоyu şəhərlərində
fəhləlik еtmək üçün öz vətənlərini tərk
еtməmiş, bəlkə Iranın yuxarıda nümunə
kimi adları çəkilən mütəfəkkirləri bu məntəqələrdə
məskən salmışlar. Оnlar burada baş vеrən
hadisələrin sadəcə müşahidəçiləri
dеyil, fəal iştirakçıları və hətta
idеоlоqları оlmuşlar.
1905-ci
il Bakı fəhlələrinin may tətilində iranlı fəhlələr
yеrli fəhlələrlə birlikdə fəal iştirak
еtmişlər. 1905-1911-ci illərdə baş vеrmiş Məşrutə
inqilabında təkcə Qafqaz müsəlmanları dеyil,
gürcülər də yaxından iştirak еtmişlər.
Sоvеt
hakimiyyəti uğrunda mübarizədə Оrta Asiyada, Qafqazda
və Vоlqabоyu şəhərlərdə Iranlı
Qızıl Оrduları, intеrnasiоnal briqadalar təşkil
еdilmişdi. Hеydərxan Əmiоğlu 1919-cu ildə
Pеtrоqradda bеynəlxalqmitinqdə dеmişdir:
Indiyə qədər bizi rus və ingilis kapitalistləri qarət
еdirdilər. Indi оktyabr inqilabından sоnra biz sizə
dоst və qardaş kimi müraciət еdirik. 13 min 800
iranlı Qızıl Оrdu sıralarına daxil
оlmuşdur. Biz оnu 100 min nəfərə çatdırmaq
əzmindəyik.
Vətəndaş
müharibəsi illərində Avrоpa intеrnasiоnal
briqadaları
kimi Iran intеrnasiоnalistlərinin də fəaliyyətləri
yüksək qiymətləndirilmişdir. О zaman ĞPravdağ (3. 5.
1919), ĞKоmmunistğ, ĞAstarxanğ (16. 3-1919) qəzеtləri
yazırdı: ĞRusiyada daxili əksinqilab və xarici müdaxiləçilərə
qarşı mübarizədə dünyada birinci fəhlə-kəndli
dövlətini müdafiə еtməkdə Iran
intеrnasiоnalistlərin böyük payı оlmuşdur).
Təbii
haldır ki, Iran inqilabına qalib gəlmiş fəhlə kəndli
hakimiyyəti də Iran inqilabına kömək göstərməli
idi, xüsusilə оna görə ki, ingilis qоşunları
Iranda hökmranlıq еdirdilər və Iranı ingilislərin
prоtеktоrluğuna çеvirən müqavilə
imzalanmışdır. Iranda dövlət çеvrilişi
еdilmiş və kazak pоlkоvniki Rza xan hakimiyyətə
gətirilmişdir. Qafqazda yaşayan iranlılar isə
Kuznеtsоvanın iddiasının əksinə muzdur
оrdu dеyil, öz vətənini müdafiə еtmək
üçün təşkil оlmuş silahlı dəstələr
idilər. Türküstanda, Həştərxanda və Samarada Rus
inqilabının müdafinçisi kimi vuruşan iranlı nə üçün öz
vətənin istiqlalı uğrunda vuruşan, Mirzə Kiçik
xana qоşulmasın?
Bütün
inqilablarda səhvələrə
yоl vеrildiyi kimi Iran inqilabında da səhv
оlmuş, özü də bağışlanmaz səhv
оlmuşdur. Lakin Iran xalqlarının inqilabi mübarizəsini
xaricdən sadir еdilən inqilab adlandırmaq böyük
inqilabçı Azərbaycan, Fars və kürd xalqlarına təhqir və
tоhindən başqa bir şеy dеyildir. Bu
döyüşçülər arasında Sоvеt vətəndaşı
оlsa da əvvələn bu intеrnasiоnalist
bоrcdur, ikincisi yalan iddiadır. Iran və Qafqaz xalqları
vahid xalq оlmuş və оnları paspоrt əlaməti
ilə bir-birindən ayırmaq hadisələrə səthi
yanaşmaqdan irəli gəlir.
Kuznеtsоva
iddia еdir ki, Kilan rеspublikasının başında əksərən
iranlı оlmayan şəxslər
durmuşlar. Baş nazir Еhsanulla xan və оnun təşkil
еtdiyi (kоmitеyе azadkünəndəqanе
Iran) Iranı azad еdən kоmitənin üzvləri
: Hеsabi, Dеhzad, Əbülqasım Zirrе,
Radbоn (şair Nima Yuşiçin qardaşıdır) və
sairələri Iranlı dеyildirlərmi? Iran Kоmmunist
Partiyasının rəhbərlərini də
qеyri-iranlı adlandırmaq əsas еtibarilə yalan
iddiadır. Hеydərxanlar, Cavadzadə
Pişəvərilər, kamran Ağazadələr və
başqaları iranlı оlmuşlar. Sultanzadə
(Mikaеlyan) tarix еlmləri dоktоru T.
Ibrahimоvun yazdığına görə Marağa şəhərində
anadan оlmuşdur
(Bax: ĞIran Kоmmunist Partiyasının
yaranması, Bakı, Azərbaycan SSR ЕA-nın nəşriyyatı,
1963, s. 200ğ.
Ictimaiyyun-amiyyun
partiyası həm Iranda, həm də iranlıların
yaşadığı Bakıda iranlılar tərəfindən
yaradılmış, bu partiya 1916-cı ildə Ədalət,
1920-ci ildə isə Kоmmunist (Ədalət) partiyası
adlandırılmışdır. Bu partiyanın sədri Ərdəbilli
Əsədulla Qafarzadə, Sarablı Kamran Ağa-zadə, Salmaslı
Həydər xan Əmiоğlu (Rəcəb Bоmbi) və
Xalxallı Sеyid Жəfər Жavadzadə (Pişəvəri)
оlmuşdur. Kuznеtsоva Iran kоmmunistlərini,
Kilan Qızıl Оrdusunu və Azərbaycan fədailərini
qеyri-iranlı adlandırmaqla yanaşı Pişəvərinin
atasını Təbrizli, özünü isə Qafqazlı kimi qələmə
vеrir. Halbu ki, Pişəvərinin tərcümеyi-halı
böyük kitab şəklində Kirill və ərəb əlifbası
ilə çap оlunmuşdur Pişəvərinin bacısı
Suğra xanım Azəri sağdır. Pişəvərinin
Tеhranda nəşr еtdiyi ĞAжirğ qəzеtinin
tam külliyyatı mövcutdur. Pişəvərinin Azərbaycan hərəkatı
barədə yazdığı matеrial еtibarlı sənətdir.
(Tеhran-Tayms) qazеtinə tam əlaqə ilə müraciətdən Kuznеtsоva
müsahibədən əvvəl ĞAжirğ qazеtinə də
müraciət еtsəydi hadisəni analiz еdərkən həqiqətə
оbyеktivliyə arxa çеvirməzdi. О, bilikli bir
şərqşunas оlsaydı Pişəvərinin anadan
оlduğu yеri düzgün müəyyənləşdirə bilərdi
Pişəvəri
Xalxal mahalının Zеyvə (Zaviyə) kəndində
1893-cü ildə anadan оlmuşdu. Özünün yazdığı kimi
1905-ci ildə fеоdal zülmü və əşayir
basqınları nəticəsində ailəsi ilə
Bakıya gəlmiş, 15 il mühacirətdən sоnra Irana qayıtmış,
оrada həbsə alınmış, 10 il zindan çəkmiş
və müttəfiq qоşunlarının Irana gəlməsi
və Rza xan diktatоrluqunun dağılması nətiжəsində
başqa məhbuslar kimi о da azad
оlmuş, əvvəlcə ĞAжirğ qazеtini nəşr
еtmiş, sоnra da Azərbaycan Dеmоkrat Firqəsini
yaratmışdır.
Kuznеtsоva
Artaşеs Avanеsyanı Azərbaycan Dеmоkrat
Firqəsinin banilərindən biri kimi qələmə
vеrir ki, bu da açıq və aydın sürətdə tarixi təhrif
еtməkdir. Artaşеs Avanеsyan Azərbaycan
Dеmоkrat Firqəsinin və Pişəvərinin əlеyhdarlarından
biri оlmuş və indii də öz mövqеyini dəyişməmişdir.
О, hazırda Yеrеvan şəhərində
yaşayır və 85 yaşı vardır. 1946-cı ildən
mühacirətdədir. 50-ci illərdə namizədlik
dissеrtasiyası yazmmış və dissеrtasiya Azərbaycan
hərəkatı və Azərbaycan Dеmоkrat Firqəsinə
həsr еdilmişdir. Оnun firqəyə qarşı mənfi
mövqеyi bu dissеrtasiyada da öz əksini
tapmışdır.
Azərbaycan
Dеmоkrat Firqəsi rus qоşunlarının himayəsi
altın da dеyil. Məşrutə inqilabı və
Xiyabani hərəkatının davamçısı kimi, Azərbaycan
xalqının iradəsilə yaranıb və fəaliyyət
göstərmişdir. Lakin Sоvеt Оrdusunun Iranda
оlması və Iranda nisbi dеmоkratiyanın
yaranması Iran xalqlarına imkan Vеrdi ki, öz
haqlarını tələb еtsinlər. Azərbaycanlı
da Atlantik xartiyasının tələbləri əsasında
öz milli hüququnu almaq üçün ayağa qalxdı.
1941-ci
il avqust ayının 14-də Çеrçill və Ruzvеlt tərəfindən
imzalanmış Atlantik xartiyasının 3-cü maddəsində
dеyilir:
ĞIki Amеrika və
Ingilis ölkəsi hər millətin özü üçün münasib bildiyi hökümət
fоrmasını sеçmək hüququnu möhtərəm
sayır və ümid еdirlər ki, hakimiyyət və istiqlal
hüququndan zоrla məhrum оlmuş hər bir millət
indii öz hüququna çatsınlarğ.
ĞBu
xartiyanı 24 sеntyabr 1941-ci ildə Sоvеt dövləti
də imzaladığ.
Bu
aydın məsələdir ki, inqilaba hazır оlmayan bir
xalqı xaricdən gələn оrdu zоrla ayağa
qaldıra bilməz. Hətta о, yеrli əhalinin cildinə
girsə də xalq adından çıxış еdə
bilməz. Bеlə ki, Sоvеt Оrdusu Irandan
çıxandan sоnra Azərbaycan fədailəri (Qafkazlılar
yоx, cənublular) Azərbaycan milli hökümətini 8 ay
qоruyub saxladılar. Lakin hеç kəs bu faktı inkar
еtmir ki, Sоvеt Оrdusunun Azərbaycanda
оlması Azərbaycan hərəkatının
inkişafına təsirli kömək göstərmişdir.
Bu barədə görək ĞIran
partiyasınınğ оrqanı оlan ĞЖəbhəğ qəzеti
nə yazırdı: ĞFars və Azərbaycan hərəkatı
arasında mahiyyətcə nə vardır?...Azərbaycan hərəkatı
azadigah, islahtələb və mütərəqqi hərəkat,
Azərbaycan hərəkatının rəhbərləri qədim
azadixah mübarizələrdirlər. Оnların çоxu alim və
mərifət əhlidirlər. Lakin fars hərəkatının
başçıları azadixah və islahtələb dеyirlər.
Fars hərəkatı azadlığı bоğmaq, dərəbəyliyi
davam еtdirmək, yоxsulluq və bədbəxtliyi
artırmaq üçün yaranmışdırğ. Qəzеt hər iki hərəkat
arasında оxşarlığa işarə еdərək
yazır: ĞHamı bilir ki, cənub hadisələri ingilislərə
arxalanırdı, ingilistandan pul və silah alır
və Iranın cənubunda iqtişaş
yaratmışdır.
Digər
tərəfdən də inkar еtmək оlmaz ki,
Sоvеt Оrdusunun Azərbaycanda оlması Azərbaycan
hərəkatına böyük köməkdir. Fərz еdək ki, Azərbaycan
Sоvеtlərdən silah və pul almışdır.
Iran qоşunlarının müxtəlif yеrlərdə hərəkətlərinə qabağının
alınması, Şərifabadda Azərbaycana göndərilən
оrdunun dayandırılması imkan yaratdı ki, Azərbaycan
inqilabı qələbə çalsın. Bu barədə hеç
kim Sоvеtlərin Azərbaycan hərəkatına köməyini
inkar еdə bilməz
Bizim xaricilərlə əlaqəmiz
məcburidir
Xaricilərin əli оlan hər işə
Iranın mənafеyi nöqtеyi-nəzərindən
baxılmalıdır. Azərbaycan hərəkatının bu
nöqtеyi nəzərdən Fars hadisəsi ilə müqayisə
еdirik və görürük ki, biri (Azərbaycan) Iran
xalqlarını tərəqqiyə sövq еdir, digəri bədbəxtlik
və yоxsulluqda saxlayır
Buna görə də Azərbaycan
hərəkatı yaranan gündən biz оnu müdafiə
еtdik və çalışdıq ki, Azərbəycan
rеfоrmu bütün Irana yayılsınğ. (ĞЖəbhəğ
№358, 8. 7. 1327. baş məqalə)
Sоvеt
qоşunlarının Azərbaycan inqilabına köməyini
Iranın о zaman ki, burжua partiyasının
оrqanı bеlə qiymətləndirmişdir:
ĞKоmsоmоlskaya pravdağvə Kuznеtsоva bu
faktlarla tanış оlsaydı bəlkə də Təbrizdə
оlan Ingilis kоnsulunun fitnəkar məlumatına əsaslanan
ziddi-azərbaycan mövgеyindən çıxış еtməzdi.
Azərbaycan
hərəkatı mücərrəd hərəkat
оlmamışdır. О, həm daxili, həm də
xarici amilə əsaslanırdı. Əldə еtdiyi
dеmоkratik hüquqların qоrunmasında da dünyanın
mütərəqqi xalqlarının himayəsinə
arxalanırdı. Bu isə о böyük dövlətlətlərin
xarici işlər nazirlərinin Lоndоn iclasına Təbrizdən
göndərilən tеlеqramda (ĞAzərbaycanğ qazеti,
Mеhrin əvvvəli, 1324) öz ifadəsini
tapmışdır. Tеlеqrammda dеyilirdi: Böyük
dеmоkratik dövlətlər qanlı faşizm üsuli-idarəsinin
məhf еtdikdən sоnra dünyanın bir çоx ölkələri
adilanə dеmоkratik üsuli-idarə yaratmışlar.
Qabaqlarda zülm altında əzilən cahanın çоxlu millətlərin
tarixi atlantik xartiyasına müvafiq оlaraq öz müqəddəratlarını
təyin еtməyə başlamışdılarğ.
Tеlеqrammda bir daha qеyd еdilir ki, Ğtəəssüflər
оlsun ki, Iranda günbəgün diktatоrluq təhlükəsi
artmaqda və faşist ünsürləri Rza şahın mənhuz
hakimiyyətindən sоnra əldə еdilən natamam
azadlığı bеlə bоğmaq üçün hər çür
fitnələrə əl atmaqdadırlar. Həm əyalətlərdə,
həm də paytaxtda azadixahlar təqib оlunur,
dеmоkratik hərəkatı təmsil еdən qəzеtlər
və cəmiyyətlər silah güжü ilə
dağıdılırğ. ĞTеlеqramda Azərbaycan məsələsinə
işarə еdilərək göstərilir: ĞIranda 5
millyоn nüfusa malik оlan biz azərbaycanlıların vəziyyəti
daha dözülməzdir. Azərbaycan milləti illərdən bəri
Irandakı azadlığ hərəkatının ələmdarı
оlmağına baxmayaraq öz tоrpaqlarında
hər cür
hüquqdan məhrum оlmuşlar
Azərbaycan milləti öz milli
mədəniyyətinin tərəqqisinə çalışmaq,
xaraba şəhərlərini abadlaşdırmaq, xalqın fəlahət,
səhiyyə və başqa еhtiyaclarını ödəmək,
hətta öz uşaqlarını ana dilində оxutmaq hüququna
malik dеyildirğ.
Tеlеqramda
Azərbaycan xalqının Iran daxilində milli muxtariyyət əldə
еtməsi haqqının tanınması ilə əlaqədar
dеyilir: ĞAzərbaycan xalqı əmindir ki, bütün millət və
milli dövlətlərə milli azadlığ və
xilaskarlığ vəd еtmiş böyük müttəfiq
dеmоkratik dövlətlər bizimdə tələbimizi nəzərdə
tutacaq və öz köməklərini bizdən əsirkəməyəcəkdirğ.
ĞKоmsоmоlskaya
pravdağnın təşkil еtdiyi müsahibəyə aid fikirləri
yеkunlaşdırarkən Budkоv və
Kuznеtsоvaya bir daha xatırlatmaq lazımdır ki, Iran
Kоmmunist Partiyasının yaranması, Kilan Sоvеt
rеspublikasının başçıları, Kilan hərəkatının
iştirakçıları və оnun kədərli təcrübəsinin
Azərbaycanda təkrarı, Azərbaycan milli müxtariyyətinin
iki Azərbaycanı birləşdirmək üçün zəminə
hazırlanması. Trоmеnin atоm silahı işlətmək
haqqındakı hədə-qоrxusu mühacirləri böyük bir hissəsinin
laqеrlərə göndərilməsi (mühacirlərdən bir
sıra əskərlər və hərbi məktəb
kursantları Irana qayıtmağı tələb еtdikləri
üçün Irana yоx, Qazaxıstana sürgün еdilmişlər. Qalan
mühacirlərin tam əksəriyyəti iş və mənzil ilə
təmin оlmuş, ali və оrta ixtisas məktəblərində
təhsil almış, savadsız mühacirlər arasında minlərlə
ali və оrta ixtisaslı mütəxəssislər
hazırlanmışdır ki, Kuznеtsоva bunları görmək
istəməmişdir) həqiqətə uyğun оlmayan
iddialardır.
Pişəvəri
və Hеydərxan kimi mühacirləri qеyri iranlı
adlandırmaq Qеrtsеndən,
Bakunindən, Qеоrqi Plеxanоvdan tutmuş
Sоlжinskiyə qədər Rusiyanı tərk
еtmiş minlərlə rusu qеyri-rus adlandırmaq
dеməkdir. Dünənə qədər milli azadlığ hərəkatının
idеоlоqları оlan şərqşunas Kuznеtsоvalar
bu gün Şərq xalqlarının milli qürurunu təhqir və
inqilabi tarixi təhrif еtməklə özlərinə əlvеrişli
mövqе və Ğhörmətğ qazanmaq istəyirdilər. Məqaləni
Bryukyaviçin
sözlərilə bitiririk: mən bir tarixçı kimi
başa düşmürəm ki, nə üçün Litvanın 30-cu illərin
sоnundaki
burжua xadimlərinin sənədləri
yеnidən bu gün mənbə kimi istifadə оlunur?ğ
ĞPravdağ 1990-i
il iyulun 20-si :
ĞMühacirğ
№5. Оktyabr 1990-ci il.
Ə. Ə. Lahrudi.
Azərbaycan
Demokrat Firqəsi siyasi fəaliyyətə başladığı
ilk ğündən qatı düşmənlərlə
qarşılaşmışdı. Pəhləvi dərbarı
bu düşmənlərin fəaliyyət mərkəzinə
çevrilmişdir. Dünya imperializmi on illərdir ki, Iranda nüfuzunu
saxlamaq üçün ən mürtəce hökumətləri iş
başına qondarır, bu əlaltıları vasitəsilə
Iranın azadlıq və istiqlal tələb qüvvələrini
əzir bu yolla da özünün ağalığını daha da möhkəmləndirir.
Azərbaycan
Demokrat Firqəsi Iranda dünya imperializminin qarətgər mənafeyini
hədələyən siyasi təşkilatlar sırasına
daxil idi. Onlar yaxşı bilirdilər ki, Azərbaycan
xalqının qələbəsi ancaq Azərbaycanın çərçivəsində
sıxılıb qalmayacaq və bütün Irana yayılacaqdır.
Çünki bu xalq uzun əsrlərdən bəri, xüsusilə, 20-ci əsrdə
dünya imperializmi və onun əlaltılarının zülmünü öz əti,
dərisi və sümüyü ilə hiss edirdi. Həmişə əlverişli
füsət ələ düşdükdə Iranın azadlıq və
istiqlaliyyətini təmin etmək üçün ayağa
qalxmışdı. Azərbaycan xalqının qiyamı bu hərəkatların
ən radikallarından biri idi. Imperializmin sadiq nökərlərindən
başqa, Iranın bütün azadlıq sevən xalqları onu müdafiə
edirdilər. Onlar Azərbaycanın Iranı azad edəcəyi
günü səbirsizliklə gözləyirdilər.
Keyhan
qəzeti bu münabisətlə özünün 18 Azər 1324-cü il (1945-ci
il) tarixli 1832-ci nömrəsində yazırdı: ...Şübhə
yoxdur ki, Iranın şimalında demokratların hərəkatı
Iranın ən mühüm hadisələrindən biridir. Bu hərəkat
Iranın bütün əyalətlərinə sirayət edib müəyyən
nəticə əldə etsə də Şərq tarixinin ən
mühüm fəsillərindən biri hecab olunacaqdır.
Keyhan
qəzeti bundan 38 gün sonra, yəni 26 dey 1324-cü il (1945-ci il)
tarixli nömrəsində Nişad adlı müəllifinin imzası
ilə dərc etdiyi Pişəvəriyə müraciyət
adlı məqaləsində yazırdı:
Ağaye
Pişəvəri, inanın ki, Iran azadıxahlarının ürəyi
sizinlədir... Gəlin, siz qədəmlərinizi öz ətrafınızda
çəkdiyiniz dairədən daha geniş atın. Siz Səttarxan,
Xiyabani olun. General Məmmədtağı xan, Mirzə Kiçikxan
olun... Iran dövləti və nüfuzlu təbəqələr sizin
qanınızı axıtmaq istəyirlər. Elə Azərbaycanın
özündə də bütün Iranda yayılmasını arzu edirsiniz
düşmənləriniz az və gücsüz deyillər.
Bəli,
Iran xalqları Azərbaycan hərəkatının daha əhatəli
olmasını və bütün Iranda yayılmasını arzu edirdilər.
Pişəvərinin də Səttarxan kimi azadlığı
Azərbaycandan bütün Irana qaytarmasını istəyirdilər.
Iran
dövləti və nüfuzlu təbəqələr Ameriika və
ingilis imperialistlərinə arxalanmaq Pişəvərini də
Səttarxan, Xiyabani, Məmmədtağı xan, Mirzə Kiçik
xan kimi öldürə bilmədilər. Lakin minlərlə azərbaycanlını
kütləvi surətdə qırdılar.
Indi
o tarixdən 45 il keçir. O zaman Azərbaycan bütün Iranı azad edə
bilmədi. Iran da Azərbaycanda gedən hərəkatı
azadxahların dayağı kimi qoruya bilmədi və yaxud
qoruyub saxlamaq istəmədi. Azərbaycan çox asanlıqla süqut
etdi, qorxu və vəhşət kabusu təkçə Azərbaycanı
deyil, bütün Iranı bürüdü. Azərbaycanın süqutundan 32 il sonra
Iran xalqları, o cümlədən Azərbaycan ayağa
qalxdı. Istibdadın binasının əsaslarını
viran edərək azadlığı bütün Irana qaytardılar.
Lakin az keçməmiş bu azadlıq çırağı söndürüldü.
Keçmiş qaranliqdan daha qatı bir qaranlıq Iranın göylərini
bürüdü. Indi Pəhləvi rejiminin varisləri öz sələfləri
kimi hərəkət edir və Azərbaycan Demokrat Firqəsi əleyhinə
hərzə və hədyən düzüb qoşmaqda keçmiş dərbara
məxsus olan qəzetlərin dediklərini təkrar edirdilər.
Pəhləvi
rejiminin varislərindən biri öz sələfinə (Keyhan qəzeti,
1324-1325-ci illər) arxa çevirərək 21 Azər hərəkatının
45-ci ildönümü münasibətilə Azərbaycan Demokrat Firqəsinə
hücum edərək onu Iran Azərbaycanında təcziyə-tələb
Demokrat Firqəsi adlandırır. Bakı radiosunun Iran Azərbaycanı
demokratlarının hərəkətini xalq hərəkatı
adlandırmaqda təqsirləndirir. Guya Bakı radiosunun 21 Azər
hərəkatı barədə söz açması özü demokrat Firqəsinin
asılı olmasına sübutdur. Bakı radiosunun cəmi bir neçə
dəqiqəlik verilişi Keyhani-həvai qəzetini elə əsəbiləşdirib
ki, bu nəşriyyəni cızmaqarası Çalameydan səfilləri
kimi Azərbaycan Demokrat Firqəsi əleyhinə
boşboğazlıq edərək onu Azərbaycan
demokratlarının rus firqəsi, Təcziyə-tələb
firqəsi, Iran Azərbaycanında Təcziyə-tələb
firqənin hərəkatı, Təcziyə-tələb hərəkət,
Azərbaycanın xəyanətkar firqəsi, Firqənın
satılmış rəhbərləri, Pişəvərinin
qəbrinin köçürülməsi, Xain Demokrat Firqəsinı diriltmək
təşəbbüsu kimi qələmmmə verir.
Mətbuat
tarixi elə bir nəşriyyə tanımır ki, o
ağzına gələni desin, qələmini hərzə və
hədyan üçün işə salsın Keyhani-həvai bəlkə
də ağzını boşa qoyan yeganə nəşriyyədir.
Bəlkə də yazdığına heç özü də inanmır.
Amma əmrə itayət edir. O, muzd alır öz ərbabına
da sədaqətlə xidmət etməlidir. Çünki bu təcziyə-tələblik
ittihamı heç bir siyasi hüquqi və əxlaqi sənədə əsaslanmır.
Azərbaycan
Demokrat Firqəsinin 45 illik rəsmi və qeyri-rəsmi sənəd
və mədrəklərini varaqlayın. Orada bu ittihamı təsdiq
edən bir sənəd tapa bilməzsiniz. Sovet Ordusu 21 Azər
nehzətindən beş ay sonra Iranı boşaltdı. Bu
qoşunlar Irandan çıxdıqdan sonra Azərbaycan Demokrat Firqəsi
Mərkəzi dövlət ilə müzakirəyə başladı.
Bir sıra razılaşmalar barədə müqavilə də
imzalandı. Nə Sovet Ittifaqı nə də Azərbaycan
Demokrat Firqəsi Iranı parçalamağın tərəfdarı
olmamışdır. Təcziyə-tələblik ittihamı
21 Azər hərəkatını boğmaq üçün bir bəhanə
idi. Nə üçün? Çünki Azərbaycan hərəkatı kəndliyə
torpaq verdi, ana dilini Azərbaycana qaytardı, şəhər və
kəndlərdə məktəb və müalicə ocaqları
açdı. Darülfünün, teatr, radio stansiyası təsis etdi, milli
maarifi Azərbaycana qaytardı. Azərbaycan bu hüquqları dövlət
və hakim təbəqədən zorla aldı və qeyri-bərabər
döyüşdə tək qaldı. Bu hüquqları əldən yenə
də verdi.
Maraqlıdır,
bəs, Keyhani-həvai Pəhləvi dərbarının
ittihamını bu gün nə üçün təkrar edir. ona görə ki, Azərbaycana
bəslənən köhnə siyasət bu gün də həyata
keçirilir. Azərbaycanın siyasi-mədəni və ictimai həyatında
heç bir dəyişiklik edilməmişdir. Buna görə də təəccüblənməyə
və təəssüf etməyə dəyməz ki, Keyhani-həvai
Pəhləvi dərbarına mənsub olan qəzetlərin
ittihamlarını təntənəli surətdə təkrar
edir və elə buna görə də 1324-1325-ci illər
Keyhanını varaqlamır. Yoxsa, həmin qəzetin 18 Azər
1324-cü il tarixli 832 nömrəsində dərç edilmiş baş məqalənin
oxuyardı. (Bu məqalə o zaman nəşr edilən
Keyhanın redaktoru Əbdülrəhman Fəramərzi tərəfindən
yazılmışdı). Həmin məqalədə deyilrdi:
Aydın olanı budur ki, dünyanın hansı nöqtəsində
hakim dairələr və mövcud vəziyyət əleyhinə
bir hərəkət baş versə, çoxlu töhmətlərə
məruz qalır. Mən inanıram ki, azərbaycanlılar məşrutə
tələbi ilə ayağa qaldıqları zaman da hakim dairələr
və mövcud vəziyyətin tərəfdarları tərəfindən
onlara həmin qəbildən olan töhmətlər
atılırdı. Mən Xiyabani və Mirzə Kicik xan
qiyamını xatırlayıram, onlar da həmin töhmətlərlə
ittiham olunurdular. Dövlətin tərkibinə daxil olan ən milli
şəxsiyyətlər belə, məsələn, mərhum
Moşir - əddövlə onlara əşrar və mütəcasir
ləqəbi verirdilər. Amma bu gün göz yaşı
axıdırlar, onlara azadxah və mücahid ləqəbi verirlər.
Bizcə
bu, 1324-cü ildə nəşr edilmiş Keyhanın 1369-cu il
Keyhanına verdiyi ən yaxşı cavabdır. Bu diş
sıdırıçı cavabdır. Amma az-çox məntiqə malik
olan qəzet üçün!
Gəlin
Iranın tarixini varaqlayaq. Azərbaycanın məşrutəçiləri
Qafqazdan kömək alırdılar. Pul, silah və canlı insan
köməyi də olurdu. O zaman Məşrutə əlehinə
olan istabdadı da çar hökuməti müdafiə edirdi. Iran
xalqları həmin köməyi qiymətləndirir, çarın Iran
istibdad rejimini müdafiə etməsini məhküm edirdilər.
1920-ci
illərdə Çar süqut etdi. Rusiyada fəhlə-kəndli hökuməti
iş başına gəldi. Ingiltərə hökuməti və
Iranda olan ingilis silahlı qüvvələri Iranın mürtəce
hökumətini, Rusiyanın inqilabi hökuməti isə milli xarakter
daşıyan cəngəlilər hərəkatını
müdafiə etdi. 1941-45-cü illərin Ikinci dünya müharibəsi dövründə
ingilis və Amerikanın silahlı qüvvələri Iranın cənub
feodallərını və Məmmdədrza rejimini, SSRI-nin
silahlı qüvvələri isə Iranın şimalında və
şimal qərbində demokratik qüvvələrini müdafiə
etdilər. Azərbaycanda və Kürdüstanda milli hökumətlər
iş başına gəldi. Iraqın kürd müqavimət qüvvələri
Molla Mustafa Bərzaninin rəhbərliyi altında Mahabadın
milli hökumətilə birləşdilər.
1342-ci
ilin xordad ayının 15-də Qum və Tehran şəhərlərində
səltənətə zidd olan hərəkət baş verdi.
Hərəkət yatırıldı və Ayətulla Xomeyni
tutlaraq Türkiyəyə sürgün edildi. O, Türkiyədən Iraqa
getdi. Orada 15 il Pəhləvi rejimi əleyhinə mübarizə
apardı. 1978-ci ilin axırlarında Iraqdan Fransaya sürgün edildi.
Fransa dövləti Ayətulla Xomeyninin Parisdən Iran
xalqının inqlabi hərəkatına rəhbərlik edə
bilməsi üçün şərait yaratdı.
1979-cu
il Iran inqilabı, Iran və Iraq müharibəsi, müxtariyyət tələb
edən Iran və Iraq kürdləri hər iki tərəfdən
müdafiə olundular. Iraqın şiə ruhanilərinin hərəkatı
məğlub edildi. Ayətulla Sədr və onun bacısı
Iraq dövləti tərəfindən edam olundu.
Ayətulla
həkim Irana pənah gətirdi və Tehranda Iraq ilə Islam
inqilabı ali məclisinin əsaslarını qoydu. Iran dövlətinin
müdafiə çətiri altında özünə yer tapdı. Iran xalq
mücahidləri də Iran dövlətinə muxalif qüvvə kimi
Iraqda özlərinə müdafiə dayağı tapmağa
çalışdılar.
Hazırda
Iraq dövləti özünün macəracu Kuveyt əməllərində məğlubiyyətə
uğramışdır. Iraqın əla Islam inqilabı məclisi,
kürdlər, sosialistlər və kommunistlər Iraqda hakimiyyəti
ələ keçirmək üçün birlikdə mübarizə aparırlar.
Əfqanıstan
mücahidləri Iranda və Pakistanda yerləşmişlər və
indi 10 ildir ki, Əfqanıstan dövləti əleyhinə müharibə
aparırlar. Sovet Ittifaqı əfqanıstanın qanuni dövlətini,
amerika, Pakistan, Səudiyyə Ərəbistanı və Iran isə
Mücahidləri müdafiə edirlər.
Sovet
Azərbaycanında azadlıq hərəkatının
formalaşma prosesi davam edir.
Keyhani-həvai
bu barədə də bitərəfliyi kənara ataraq Azərbaycanın
daxili işlərinə qarışmaqla kifayətlənmir. Hətta,
Şimali Azərbaycanın Irana birləşməsi məsələsini
qaldırır. (keyhani-həvai qəzeti 19 dey. 1369, 9 yanvar
1991 №983. səh. 12).
Dünya
hadislərini izləyənlər və siyasətin əlifbası
ilə tanış olanlar bu qarşılaşmalarda tərəflərdən
hansının müstəqil və hansının asılı
olması barədə öz hökmlərini verməlidirlər.
Iranın
son 100 illik tarixi mübarizələr və daxili müharibələr
tarixidir. Bu mübarizələrdə tərəflər xarici siyasətdən
öz xeyirlərinə istifadə etməyə
çalışırlar. Biz Doktor Məhəmməd Müsəddiqin
Milli Şura məclisində (1323-cü il, 7 dekabr) söylədiyi
nitqinin bir hissəsini şahid göstərmək istəyirik.
Çünki Müsəddiqin milli bir şəxsiyyət olduğuna heç kəs
şübhə edə bilməz. Xüsusilə ona görə ki, Müsəddiq
şimal neftinin sovetlərə verilməsinin əleyhinə
çıxdı, cənub neftini milliləşdirdi, ingilislərə
qarşı mübarizədə Amerikadan istifadə etməyə
çalışdı. Amma baş tutmadı. Müsəttiq bu nitqində
deyirdi:
...Bu
ölkədə Ingiltərə azadlıq bayraqdarı idi. Ingiltərənin
səfarət xanası bu şəhərdə məsçid
hökmündə idi. Bu gün Sovet Ittifaqı azadlığın bayraq
darı olub....
Qiyame-Iran
qəzetinin redaktoru Həsən Sədr də bununla əlaqədər
aydın şəkildə yazırdı:
Pişəvəri
və onun dostlarının SSRI-yə əsaslanması eyb və
ar deyil. Ona görə ki, bu gün SSRI-nin məsləhətləri
bizim ölkənin kəndlilərinin, fəhlələrinin, digər
ortabab və zəif təbəqələrinin mənafei ilə
uyğun gəlir. Əgər Pişəvəri təkcə
özünə əsaslansaydı, hakim təbəqənin qan icən
canavarları ədliyyə və vətənpərvərlik
qanunu adından onu hərbi hökumət, nəzmiyyə və ədliyyə
orqanlarına dartar bir günün içərisində boğardılar.
Çünki, qanun, zorakilığ və puldan tutmuş hər şey
onların ixtiyarındadır. (Qiyame-Iran qəzeti 29. 09.
№ 468. baş məqalə).
Indi
Keyhani-həvai yə belə məntiqi bir sual vermək
lazımdır: Əgər Azərbaycan Demokrat Firqəsi
asılı bir təşkilat və ruslara bağlı firqədirsə,
onda bəs Iraq əla Islam inqilabı məclisinə, Əfqanıstan
mücahidlərinin Iranda və Pakistanda fəaliyyət göstərən
partiyalarına nə ad qoymaq olar?
Bu
partiyalar Iraq və Əfqanistanın daxilində deyil (Iranda və
Pakistanda yerləşmişlər). Halbuki Azərbaycan Demokrat
Firqəsi Azərbaycanda yaranıb və Azərbaycan Milli hökumətini
Azərbaycan xalqı meydana gətirmişdilər. Azərbaycan
Demokrat Firqəsinin mühacirət edən üzvləri firqənin
kiçik bir hissəsini təşkil edirdi. Onların həyatları
təhlükə qarşısında olduğundan qonşu ölkəyə
pənah apardılar. O zaman ölkədən çıxa bilməyənlər
Şahənşah ordusu tərəfindən rəhimsizcəsinə
öldürüldülər, onların arvad uşaqları əsir kimi sürgün
edildilər.
SSRI-də
yaşayan Iranlı mühacirlər nə keçmiş nə də
indiki rejim əleyhinə heç bir təxribatçılığa əl
atmamışlar. Onlar iqtisadiyyat, elm və maarif müəssisələrində
işləmiş, şərafətlə yaşamaq üçün müəyyən
sənət və peşə öyrənməyə
çalışmışlar. Onlar 1979-cu il Iran inqilabını
hüsn-niyyətlə qarşıladılar, ölkəyə
qayıtmağa çalışdılar, lakin onlara belə bir fürsət
verilmədi.
Indi
məhz belə bir şəraitdə Azərbaycan Demokrat Firqəsi
Iranın təbliğat dəstgahı tərəfindən
hücümlara məruz qalır. Onlar adət etdikləri kimi, hər
bir milli hərəkətə qarşı çıxır və
hər cürə milli təşkilatların yaranmasının
qarşısını almağa çalışırlar. Çünki özlərinə
inam hissini əldən vermişlər və buna görə də
qadağan edilmiş partiyaların fəaliyyət göstərmələrinə
dözə bilmirlər. əgər ölkədə partiyaların
açıq fəaliyyət göstərmələri üçün demokratik bir
şərait meydana gələrsə onda xalq hansı
partiyanın asılı, hansının müstəqil və milli
olduğu barədə hökm verə bilər.
Münacir
qazeti fevral mart 1991-ci il.
Oxucu,
bu şəklə diqətlə bax! Bu qadının
yetımş səkkiz yaşı vardı. O, 50 ilə
yaxındır ki, həyatını qadın
azadlığı uğrunda mübarizəyə həsr
etmişdir. Bu qadın yoxsulluq və ehtiyac üzündən
ağır və təhlükəli döyüş meydanına
atılmamışdır. O, varlı ailayə mənsubdur,
yüksək səviyyəli ziyalı, alim yazıçıdır.
Qacar sülaləsinə mənsub olan şahzadə
xanımdır. Necə deyərlər, öz sinfinə xəyanət
etmiş, zəhmətkeş qadınların, ümumiyyətlə,
əmək adamlarının azadlığı uğrunda
mübarizəni özünə həyat yolu seçmişdir. Bu qadın
Iranın adlı-sanlı feodal-mülkadar ailəlrindən biri
olan Fərman-Fərmayin qızı Məryəm Firuzdur. Məryəm
xanım hələ 1942-ci ildə Iran qadınlar təşkilatının
yaradıcılarından biri olmuşdur. O, 1942-53-cü illəri əhatə
edən dövrdə geniş siyasi və təşkilati iş
apardı, 1948-ci ildə mütərəqqi qüvvələr
irticaçılar tərəfindən təqibə məruz
qaldığı zaman Məryəm xanım gizli fəaliyyətə
keçdi, qiyabi olaraq 5 il həbsə məhkum edildi. 1953-cü ildə
ölkədən çıxdı, 1979-cu ilə qədər vətəndən
uzaqlarda yaşamağa məcbur oldu.
Şah
rejimi tərəfindən ikinci dəfə qiyabi mühakimə
olundu, ömürlük həbsə məhkum edildi. O, mühacirət illərində
də Iranın mürtəce rejiminə qarşı mübarizəni
davam etdirdi, Iran inqilabi qələbə çaldıqdan sonra
1979-cu ilin aprel ayında ölkəyə qayıtdı, yenidən
qadın azadlığı uğrunda mübarizəyə
qoşuldu, Iran Demokratik Qadınlar Təşkilatının bərpa
edilməsində iştirak etdi, həmin təşkilata
başçılıq elədi. Lakin Iran xalqlarının
inqilabından sonra əldə etdiyi azadlıq tez bir zamanda
boğuldu, mütərəqqi təşkilatlara hücum
başlandı, vətənpəvər qüvvələrə
divan tutuldu. Məryəm Firuz da təqibə məruz qalaraq
1983-cü ilin ilk aylarında həbsə alındı, bu günə
qədər Iran Islam Cumhurisinin qaranlıq zindanlarında ruhi və
fiziki işgəncələrə məruz qalır.
Mühacir
qəzetinin təhririyyə heyyəti öz oxucularına müraciət
edir və onları bu mübariz qadının talei ilə
maraqlanmağa çağırır.
Qoy,
Şimaldan Cənuba gedən dostluq elçiləri Məryəmlərin
talei ilə də maraqlansınlar!
Mühacir
qəzeti №11 may 1991-ci il.
Əmiri.
Fars
körfəzi müharibəsi qurtardı, Küveyt Səddamın
işğalından xilas oldu. Iraqın cənubu Amerika
qoşunları tərəfindən işğal edildi. Iraq
xalqı (kürd və
ərəblər)
Səddam Hüseyn hökumətinə qarşı ayağa
qalxdılar. Səddam rejiminin özünü itirməsindən istifadə
edən xalq Iraqın böyük şəhərlərinin nəzarətini
ələ keçirdilər. Belə bir vaxtda Amerika öz bitərəfliyini
elan etdi.
Birləşmiş
qüvvələrin Bağdada doğru irəliləməsini
dayandırmaq və vətəndaş müharibəsində bitərəflik
elan etmək Səddama imkan verdi ki, ən qısa müddətdə
özünü yığışdırsın, qüvvələrini yenidən
yerbəyer etsin, qoşunun tam dağılmasının
qarşısını alsın və toplu vertolyotlardan,
ağır və zirehli silahlardan istefadə etməklə
şəhər və yaşayış məntəqələrini
xalq qüvvələrinin əlindən çıxartsın və beləliklə
də yenidən diktatorluğun bərpa edilməsinə şərait
yaratsın.
Məntəqə
hakimlərinin toqquşma və rəqabətləri Amerika və
Qərbi Avropa ölkələrinə öz mənafelərini qoruyub
saxlamaq üçün manevr etməyə, öz qeyri-bərabər siyasi,
iqtisadi və hərbi əlaqələrin məntəqə
dövlətlərinə təhmil etməyə imkan verir.
Amerikanın
Orta Şərqdə 51-ci ştatı, ön cəbhədə
isə zərbə qüvvəsi və strateji müttəfiqi olan Israil
onun hərbi və maliyyə himayəsindən tam istifadə
edir. Amerika hər il əvəzsiz olaraq 3-4 milyard dollar Israilə
borc verir və öz Qərb dövlətlərini məcbur edir ki,
Israilin işğal olunmuş Fələstin və Livan
torpaqlarına arası kəsilməyən təcavüzü
qarşısında əməli iş görməsinlər.
Amerika
və onun avropalı müttəfiqlərinin hərbi, siyasi və
diplomatik himayəsindən istifadə edən Israil Demoklis
qılıncı kimi məntəqə ölkələrinin
başı üzərində asılmışdır.
Israil
təcavüzünün qarşısını almaq üçün işıq yeri
görünmür.
Kemp-devid
sazışındən sonra Misir də Amerikanın siyasi və
hərbi müttəfiqinə çevrildi. Amerikanın hərbi köməyindən
və səxavətliborclarından istifadə etdi. Fars körfəzi
şeyxləri və Səudiyyə Ərəbistanı da
Amerikanın himayəsinə arxalandı.
Şahənşah
iranı da Amerikanın strateji müttəfiqi kimi məntəqənin
təhlükəsizliyini qorumağı öz üzərinə götürdü.
Başqa sözlə, fars körfəzində milli qurtuluş hərəkatlarını
əzmək işi şahənşah Iranına
tapşırıldı.
Lakin
məntəqədə üsyançı ölkələr
tapılır dı ki, onlar danışıqsız olaraq
Amerikaya tabe olmaq istəmirdilər. Israil təcavüzü bu amillərdən
biri idi. Afrikanın şimalında Liviya, Qırmızı dəniz
hövzəsində Cənubi Yəmən Israilin
qonşülüğünda Suriya, Iranın qonşuluğunda Iraq
inqilabdan sonra fars körfəzində Əfqanıstan və Iran bu
və ya digər formada Amerikaya qarşı
çıxırdılar və bəzi vaxtlarda da iki il əvvəl
Liviya və inqilab illərindən sonra Iran və Əfqanıstan
kimi ölkələr müstəqim və qeyri-müstəqim
qulağburması alırdılar.
Son
illər Amerikanın məntəqədəki strateji siyasətində
köklü dəyişiklik baş verməmişdir. Lakin bu
strategiyanın icrasında Iran inqilabı qarşısında
Səddamı müdafiə etmək, Təbəs qumluqlarından
Irana havadan hücüm etmək, Iraqın Irana hücımı və Əfqanıstan
vətəndaş müharibəsi kimi bir sıra taktiki dəyişikliklər
etmişdir.
Bu
fürsətdən istifadə edən Səddam Qərbdən
gizli surətdə ölüm saçan zəhərli və bioloji silah
istehsal edən texnologiya almaqla böyük hərbi qüdrətə
çevrildi. O, təkcə öz varlı qonşularının deyil, bəlkə
Amerika və onun Qərb müttəfiqlərinin də mənafeyini
qorxu altına aldı. Belə bir vaxtda Amerika Iraqa qarşı
cəbhəni genişləndirə bildi və dünənə qədər
Amerikanın düşmənlərindən Hesab edilən Suriya
kimi ölkələri öz ətrafına toplaya bildi. Suriya
tankları Amerika tankları ilə yanaşı, Iraqa
qarşı yürüş apardılar. Iraqın Cənub hissəsi
işğal edildikdən sonra Amerika əsgərlərinin irəliləməsi
dayandırıldı və beləliklə cinayətkar Səddama
öz müxaliflərini əzmək yarımcan diktatorluğa yeni can
vermək üçün imkan yarandı. Nə üçün? Çünki Səddam rejiminin
dağılması ilə məntəqədə müvazinət
pozulardı, bu da Amerikanın mənafei ilə ziddiyyət təşkil
edirdi. Amerikanın nəzəraratı altında olan bir
Iraqın varlığı Amerika üçün həyati zərurət
kəsb edir. Bu baxımdan Qərb siyasitçiləri öz mənafelərini
qorumaq üçün Irana qarşı bir Iraqın və Iraqa
qarşı bir Iranın olmasını lazım bilir elə bu
məqsədlə də Iraqın daxilində gedən hadisələrə
qarışmaqdan çəkinillər. Literaturnaya qazetanın
şərhçisi Mirayski bu barədə aydın
danışır və yazır: başqa bir islam
respublikasının meydana gəlməsi Amerika üçün zəiflədilmiş
Səddamdan daha qorxuludur.
25
ilə yaxındır ki, Iraq xalqları diktator Səddamın
qılıncı altında yaşayır və hər bir fürsətdən
istifadə edərək bu rəhmsiz diktatora qarşı üsyan
edirlər. lakin hər dəfə böyük dövlətlər müxtəlif
formada onu müdafiə edir, xalqın üsyanını yatırıb
və ona öz hakimiyyətini qorumağa imkan yaradırlar.
1975-ci
ildə Iran diktatoru şahla Iraq diktatoru Səddam arasında
imzalanan Əlcəzair müqaviləsi Iraqın şimalında
kürdlərin hərəkatını əzməklə nəticələndi.
Amerika qoşunlarının Bağdada doğru irəliməsinin
dayandırılması da həmin məqsədi güdürdü ki, Səddam
şimalda kürdlərin və cənubda siələrin hərəkatını
əzsin və bu məqsədə çatmaq üçün insanlığa
qarşı bütün vasitədən, xüsusilə zəhərli
silahlardan istifadə edib, Iraqda yenədə öz diktatorluğunu
bərqərar etsin. Belə bir zamanda Amerikadan aslı olan
mühafizəkar Misir, Ərəbistan, Türkiyə və radikal
Suriyada təhlükəilə üzləşir beləliklə əməldə
Səddam müdafiə olunur. Bu dəfə də məzlum Iraq
xalqı tək qaldı, Birləşmiş Millətlər Təşkilatı,
təhlükəsizlik şurasının daimi üzvləri, onun
sülhsevər baş katibi sükut etdilər. Iraq xalqının
xüsusilə kürdlərin fəryadına qulaq asmadılar.
Iraqın şimalında təkcə kürdlər deyil, bəlkə
bu məntəqədə türkdilli azərilər də
yaşayır, hava bombardmanları və zəhərli silahlar
altında ölürlər. Lakin ölənlərdən ad
aparılmır və günahsız Iraq xalqının öldürülməsinə
qarşı etiraz olunmur.
Tarix
dəfələrlə sübut etmişdir ki, böyük dövlətlərlə
şahmat oynunda həmişə kiçik millətlər
uduzmuşlar xüsusilə dövlət hakimiyyətindən məhrum
olan millətlər dövlət hakimiyyəti əlində olan
millətlərin bayrağı altına düşməyə məcbur
oulrlar.
80
ilə yaxındır ki, kürd xalqı Səlahəddin Əyyubinin
bu övladları öz azadlığları uğrunda
çarpışır, lakin nə təkcə istiqlal, bəlkə
daxili xodmuxtarlıq da əldə edə bilməmişlər.
Nəyə görə? Ona görə ki, böyük dövlətlər
xalqı deyil həmişə hakim dayirələri müdafiə
etmişlər. Bu faciəli siyasət hazırda Iraqda həqiqətən
faciəli bir şəkildə təkrar olunur. Məzlum millətlər
bu faciədən ibrət dərsi almalı və
çalışmalıdırlar ki, heç olmazsa, böyük qüdrətlərin
əlində oyuncağa çevrilməsinlər. əgər
istiqlal və azadlığ istəyirlərsə öz qüvvələrinə
arxalansınlar, ya qalib gəlsinlər, ya da şərəflə
ölsünlər. Bu və ya digər böyük dövlətə gedalıq əli
uzatmasınlar.
Mühacir qəzeti aprel
1991-ci il.
Ə. Lahrudi
21
Azər (12 dekabr 1945) hərəkatı Azərbaycan (Iran)
xalqının inqilabi mübarizə tarixində ən görkəmli
yer tutur. 21 Azər hərəkatı Azərbaycan
xalqının milli intibahında ən yüksək zirvəsidir.
21 Azər hərəkatı Azərbaycan xalqının dünya
xalqları. Içərisində özünəməxsus və layiqli yer
tutmasının başlanğıcıdır.
Azərbaycan
xalqı cəsarətli və mübariz xalqdır. O, Yaxın
Şərq xalqları içərisində özünün azadlıqsevərliyi,
zülmə və zülmkara qarşı mübarizədə inadkarliği
və döyüşgənliyi ilə fərqlənir. Azərbaycan
vaxtilə Avropa ilə Asiyanı birləşdirən körpü idi.
Mütərəqqi ideyaların, müasir həyatın tələbi
ilə səslənən baxışların Şərq
dünyasına yayılmasında özünəməxsus yer tuturdu. 21 Azər
Səttərxan və Xiyabani hərəkatından sonra yeniliik
və müasirlik tələbi ilə çıxış edən ən
böyük xalq hərəkatıdır. 21 Azər hərəkatı,
eyni zamanda, milli çərçivədə ancaq Azərbacan çərçivəsində
məhdudlaşan hərəkat deyil. O, Məşrutə və
Xiyabani hərəkatı kimi Azərbaycandan başlanan azadlığ
bütün Irana yayılmasını qarşıya məqsəd qoyan
böyük hərəkat idi. 21 Azər hərəkatının
böyüklüyü bir də onunla ölçülür ki, o, uzun illər azadlıq arzusu
və azadlıq ideyaları ilə yaşayan Iran
xalqlarının inqilabi mübarizəsinin həmişə
olduğu kimi yenə də ön sırasında olmuşdur. Elə
buna görə də Iranın başqa məntəqələrində
müraciətlər qəbul edilirdi. Azərbaycanda başlanan hərəkatın
bütün ölkəyə yayılması tələbi irəli
sürülürdü. Lakin o zaman Azərbaycan ilk növbədə əldə
etdiyi azadlığı qoruyub saxlamalı, onun bütün Irana
yayılması üçün əsas bazaya çevrilməli idi. 21 Azər hərəkatının
qarşıya qoyduğu bu ümumxalq amalı Iran çərçivəsindən
çıxaraq Yaxın Şərq xalqlarının, müstəmləkə
əsarəti altında inləyən ərəb
dünyasının da amalı oldu. Elə buna görə də dünya
xalqlarının, o cümlədən beş il alman faşistlərinin
işğalı altında olan fransızların rəğbətini
qazandı. Təsadüfi deyil ki, Fransanın Xarici Işlər
Nazirliyi rəsmi bəyanatla Azərbaycan xalqının milli hərəkatını
müdafiə etdi.
21
Azər hərəkatının ideya əsası ikinci dünya
müharibəsi illərində faşizmə qarşı
ölüm-dirim müharibəsi aparılan dövrdə formalaşdı. Bu
azadlıq ideyası Azərbaycan xalqının ilk milli hakimiyyətinin
yaranması ilə maddiləşdi. 21 Azər hərəkatı
eyni zamanda müstəmləkəçilik əsarətinə
qarşı başlanan ilk milli azadlıq hərəkatı
idi. Bütün azadlıq hərəkatları kimi 21 Azər hərəkatı
da milli və beynəlxalq xüsusiyyətə malik idi. Hərəkatın
milli xüsusiyyəti Azərbaycan xalqının qadağan
edilmiş dilinin və yaddan çıxarılmış mədəniyyətinin
dirçəlməsi və rəsmiləşməsi, Azərbaycanın
daxili həyatının idarə edilməsi, azərbaycanlıların
daxili işlərinin özünə tapşırılması bu hərəkatın
ikinci xüsusiyyətidir. Üçüncü xüsusiyyət, özü də
başlıca xüsusiyyət, Aəzrabaycanda muxtariyyət
ideyasına əsaslanan xudmuxtar siyasi hakimiyyətin
yaranmasından ibarət idi.
Bu
hərəkatın beynəlxalq əhəmiyyəti ondan ibarət
idi ki, o bütün Iran xalqlarının, eləcə də məntəqə
xalqlarının və dünyanın mütərəqqi qüvvələrinin
hüsn-rəğbətini qazandı. 21 Azər hərəkatı
bir də ona görə başqa və oxşar hərəkatlardan
fərqlənirdi ki, o, iki ictimai və iqtisadi sistemin bir-birilə
üz-üzə dayandığı məntəqədə qələbə
çaldı. Amerika bloku ilə Sovet bloku arasında olan ziddiyyətləri
üzə çıxartdı. Biz bu yazıda 21 Azər hərəkatının
qələbəsindən sonrakı bir il ərzində
aparılan islahatlardan geniş danışmaq, hərəkata
qarşı Tehran rejiminin tutduğu düşmənçilik mövqeyindən,
şahənşah ordusunun Azərbaycana etdiyi vəhşi
hücumdan Azərbaycan xalqına qarşı tutulan divandan, minlərlə
günahsız insanın qətlə yetirilməsindən, on millərlə
azərbaycanlı ailəsinin sürgün edilməsindən, minlərlə
azadlıq fədailərinin didərgün düşmələrindən
danışmaq fikrində deyilik. Bu, inqilabi hərəkatların
qanuna uyğunluğundan irəli gəlir. Bu, Şərlə
Xeyir arasında tarix boyu aparılan çəkişmələrin məntiqi
nəticəsidir. Azadlıq və istiqlayyət uğrunda gedən
döyüşlərdə canlarını qurban verən mübarizlər
üçün növhəxanlıq etmək, göz yaşları axıtmaq,
zülmkara, qatilə, cəllada nifrət etmək mübarizlərə
və onları öz arxasınca aparan mübariz təşkilatlara
yaraşmayan xüsusiyyətdir. Spartak hərəkatı
qulların quldarlara qarşı üsyanı idi. Roma imperatoru Sezar
üsyan etmiş qulları çarmıxa çəkdi. Yoxsulların iradəsinin
təmsilçisi olan Isa peyğəmbər də çarmıxa çəkildi.
Elə buna görə də Spartak qəhrəmanlıq
obrazına. Isa məzlumluq timsalına çevrildi. 21 Azər
idealı uğrunda həlak olan, yüzlərlə qətlə
yetirilən adlı-adsız qəhrəmanlar müasir dövrün
spartakları idilər. elə qəhrəmanlar idilər ki, 21
Azərdən sonraki 49 illik bir dövrdə baş berən
üsyanlar, Iran xalqlarının azadlığı uğrunda üsyan
edən mübarizlər üçün örnəkdir...
Iran
xalqlarının azadlığı uğrunda mübarizədə
canlarını qurban verən Ruzbehlər, Mübəşşirilər,
Doktor Hüseyn Fatimilər, Əfzəlilər, Ənuşirəvanlar,
müxtəlif siyasi təşkilatlara mənsub olan yüzlərlə
qəhrəmanlar 21 Azərin idealı uğrunda həlak olan
igid qəhrəmanların ardıcılları olmuş,
onların amal və ideyaları uğrunda canlarını
qurban vermişlər. Bu qanlar heç də hədər yerə
tökülməmişdir. O, Şərlə Xeyir arasında gedən
vuruşmanın nəticəsi, həm də onun
davamıdır.
21
Azər hərəkatı dünya və milli miqyaslı döyüş
zəncirinin həlqələrindən biri idi. Hərəkatın
qələbəsindən 49 il, məğlubiyyətindən isə
48 il keçir. Bizi 21 Azərdən yarım əsrlik bir dövr
ayırsa da, onun ideyası yaşayır, buraxdığı
iz xatirələrdən silinmir. O, Iran xalqlarının apardıqları
mübarizənin ideya mənbəyinə çevrilir. Bu mübarizə bu
gün Azərbaycan xalqının, onun ziyalılarının,
xüsusilə Iranın ali təhsil məktəblərində
oxuyan azərbaycanlı tələbələrin Azərbaycan
dilinin, Azərbaycan mədəniyyətinin dirçəlişi
uğrunda apardığları mübarizədir.
Bütün
Iran, o cümlədən Azərbaycan azadlıq uğrunda mübarizənin
səhnəsinə çevrilir. Indiki şəraitdə aparılan
ümumiran miqyaslı mübarizə mücərrəd xarakter
daşımır. Konkret tələblərlə
çıxış edir. Azərbaycanlı Iranın müstəqilliyinin
təmin edilməsi, Iranda demokratik azadlıqların bərqərar
edilməsi şüarı ilə yanaşı, Azərbaycan
xalqının dil və mədəniyyətinin özünə
qaytarması şüarını tam qətiyyətlə irəli
sürür. Kürdüstanda da belədir. Milli və ümumiran tələbləri
kürd xalqının əsas mübarizə şüarıdır.
Fars
əyalətində, Xorasanda, Tehran, Ərak və Qəzvində
baş verən çıxışlar demokratik azadlıq
uğrunda gedən mübarizədir. Bu mübarizə heç də
sırf məhəlli xarakter daşımır, ümumölkə
xüsusiyyətinə malikdir, demokratik azadlıqlar uğrunda
mübarizədir, milli dilin rəsmiləşdirməsi uğrunda
mübarizədir, başqa sözlə desək, muxatriyyət
uğrunda mübarizədir. Bu xalq hərəkatı Iran
xalqlarının dostluq və qardaşlıq tellərinin möhkəmlənməsinə
yöndəldilən mübarizədir.
Biz
21 Azərin qələbəsinin 50 illiyi ərəfəsindəyik.
1995-ci il Azərbaycan və Iran xalqlarının inqilabi mübarizə
tarixində qızıl sətirlərlə
yazılmış 21 Azər Iran xalqlarının azadlıq
uğrunda apardıqları mübarizənin ilhamçısı
olacaqdır. Biz inanırıq ki, Iran xalqları, o cümlədən
Azərbaycan xalqı vahid Iran çərçivəsində öz demokratik
hüquqlarına nail olacaqlar, üç min illik müştərək tarixə
malik olan bu xalqlar dostluq və qardaşlıq şəraitində
yaşayıb yaradacaqlar.
Mühacir qəzeti №13
26 dekabr 1991-ci il
Ə. Lahrudi.
46
il bundan əvvəl, belə bir gündə istibdad qalası Azərbaycanda
süqut etdi. Təbriz qarnizonı müqavimət göstərmədən
təslim oldu. Azərbaycanda milli hakimiyyət quruldu. Bu qələbə
ilə Şərqin tarixində yeni fəsil açıldı. Orta
əsr quruluşuna malik olan yarımfeodal və
yarımkapitalist Iranın tərəqqi yoluna qədəm
qoymasını, ərbab rəiyyətlik sisteminə son
qoyulmasını, kəndlilərin torpaq sahibi olmasını,
ölkə sərvətlərinin iqtisadi inkişafa cəlb edilməsini,
pulsuz təhsil və tibbi yardım göstərilməsini, milli əqəliyyətlərin
öz müqəddəratlarını təin etmək hüququna malik
olmalarını zamanın özü tələb edirdi.
Demokratik
Azərbaycan Iranın Demokratikləşdirməsində onun
siyasi və iqtisadi istiqlaliyyətinin təmin edilməsində
hərəkət verici amil ola bilərdi.
Lakin
Iran irticası və dünya iperializmi bu inqilabı dəyişikliyə
xoş üz göstərmədilər. Iranın başqa məntəqələrinə
onun yayılmasının qarşısnı almaq üçün Azərbaycan
əleyhinə sözün əsl mənasında psixoloji müharibəyə
əl atdılar. Iranın daxili məsələsini beynəlxalq
bir problemə çevirdilər. bu məsələni üç dövlətin
xarici işlər naziri Moskva konfransında, Londonda və
BMT-nin Təhlükəsizlik Şurasında müzakirə etdilər.
Azərbaycanı separatizmdə təqsirləndirdilər.
Atom şantajına əl ataraq Sovet Ittifaqını passiv bir
müşahidəçiyə çevirdilər. Bütün bu oyunlar dünyanın
müharibə fatehləri arasında iki lagerə bölündüyü bir şəraitdə
baş verirdi. Qərbi Avropa Amerikanın təsiri altına
keçirdi. Ingiltərə və Fransanın müstəmləkələri
toxunulmaz qalırdı. Şərq və Qərb
arasnıdakı siyasi sərhədlər daha qabarıq şəkil
aldı.
Azərbaycan
müharibədən sonra birinci səngər kimi iki lager
arasındakı çəkişmələrin mərkəzinə,
Şərq və Qərb arasında güc sınamaq üçün meydana
çevrildi.
Iranın
aslı rejimi müstəmləkəçilərin mənafeyini
qorumaqdan aciz qaldıgı. Bir zaman dünya imperializmi Azərbaycan
demokratiyasını boğdu. Iranı Qərbin məhvərinə
qaytardı.
Şahın
bütün sirlərinə məhrəm olan general Fərdust öz xatirələrində
(Keyhani- Həvai qəzeti 13 şəhrivər 1370-ci
il-1991-ci ilin sentyabrı) bu barədə yazırdı.
Məhəmmədrza
Sovet qoşunlarını ölkədən çıxmaq üçün ingilis və
Amerika nümayəndələri ilə müntəzəm olaraq əlaqə
saxlayırdı Məhəmmədrza ilə gündəlik söhbətlərindən
məlum olur ki, Sovet qoşunlarını Irandan çıxarmaq barədə
ona çoxlu vədlər vermişlər.
Bu
illərdə Məhəmmədrza Amerika səfirliyi kəşfiyyat
bölməsinin rəisi ilə tez tez görüşürdü.
Fərdust
Sovet qoşunlarinin Irandan çıxarılması barədə
yazır:
Amerika
rusların öz qoşunlarını Irandan çıxartmamaları ilə
əlaqədar öz nümayəndəsini BMT-yə göndərməyi
Irana təklif etdi, Məhəmmərza bu təklifi
razılıqla qarşıladı və Hüseyin Əslani BMT-yə
göndərdi.
Fərdustun
dediyinə görə, bu macərada Amerika əsas rol
oynayırdı və gizlində öz əlaltı təşkilatlarına
və adamlarına Iranın mövqeyi ilə razilaşmağı
tapşırdı. Fərdust yazır:
Bir
gün Məhəmmədrza mənə dedi ki, Amerikanın
prezidenti Trumen ruslarla cox sərt danışıb çox ehtimal ki,
ruslar qoşun hissələrini Irandan cıxaracaqlar.
Fərdust
əlavə edərək yazır:
Hər
halda iş o yerə catdı ki, Amerikanın BMT də olan numayəndəsi
Sovet Ittifaqına ultimatum verdi və dedi əqər ruslar müəyyən
edilmiş vaxtda oz qoşunlarını Irandan çıxartmasalar,
iş üçüncü dünya müharibəsinə çəkəcəkdir. Bu
muharibədə isə Ikinci dünya müharbəsində
yorulmamış Amerika qalib gələcəkdir. Halbuki, müharibənin
ağırlığını Sovet Ittifagı hamıdan cox
hiss etmişdir
Fərdustun
fikrincə amerikalıların fəaliyyətlərinin nətiçəsi
o olduki, ruslar qoşunlarını Iran ərazisindən
cıxartdılar.
Fərdust
şahın amerikalılar ilə əlaqəsindən bəhs
edərək yazır.
Azərbaycan
məsələsi, Sovet Ordusunun Irandan çıxması, habelə
sonrakı hadisələr və Pişəvərinin sügutu Məhəmmədrzanı
kəskin şəkildə Amerikadan qorxutdu. O, bir dəfə mənə
dedi. Bu amerikalılar əcəb qüdrətlidirlər.
Doğrudan da onlara arxalanmag Azərbaycanın rusların pəncəsindən
xilas olmasına səbəb oldu.
Fərdust
bu fikirdədir ki:
Məhəmməd
Rza ingilisləri taxta çıxmasının zamini bilirdisə,
amerikalıları Azərbaycana nicat verəni hesab edirdi. Elə
buna görə də Azərbaycan məsələsi ilə əlaqədar
təşəkkürünü bildirmək üçün 1328-ci ildə (1949)
Amerikaya rəsmi. Səfərə getdi əslində deyə
bilərəm ki, Azərbaycan hadisəsi Məhəmməd
Rzanı daha qüdrətli tərəfə, yəni Amerikaya üz
tutması üçün başlanğıc oldu. Bununla yanaşı
Ingiltərə ilə də dostluq münasibətini qoruyub
saxladı.
Fərdust
təkcə şahı deyil, bütün hakim dairələri Ingiltərənin
əlaltıları kimi təqdim edərək yazır:
Ingiltərə
qoşunları Tehrana daxil olduqdan sonra 150 nəfərə qədər
tanınmış hərbçi və qeyri hərbçi ingilislər tərəfindən
tutularaq Əragda zindana salındılar. Ingilislər
rusları belə başa saldılar ki, bunlar alman siyasətinə
tərəfdar olan adamlardır və buna görə də həbsə
alınmışlar. Lakin yad ordular Irandan çıxandan sonra
getdikcə daha aydın oldu ki, həbsə alınan həmin
adamların çoxu ingilislərin tərəfdarları və zidd
kommunistlərdirlər.
Beləliklə
Iranın əsl sahibi Ingilislər idi və sonradan
amerikalılar ona şərik çıxdılar. Onlar öz
ağalıqlarını qoruyub saxlamaq üçün ən kiçik dəyişikliyə
belə dözmədilər. Bunlar bütün diplomatik, siyasi və hərbi
kanallardan istifadə edərək Iranda özlərinin
inhisarında olan ağalığı qoruyub saxladılar.
Bu
barədə Fərdust yazır:
Sovet
qoşunları 1325-ci ilin (1946) əvvəllərində
Iranı tərk etdilər. Amma Pişəvərinin bir milyon ədəd
yeni silaha malik olan xudmuxtar hökumətini öz yerlərində qoyub
getdilər. Azərbaycanın işğalı dövründə
Pişəvəri Demokrat Firqəsini təşkil edərək
Milli hökumət, məclis və ordu yaratmışdı. Firqənin
sillahlı qüvvələrinin başçısı Qulam Danişyan
idi. Bu zaman Qəvvam-us-Səltənə Baş vəzir idi. Qəvvam-us-Səltənə
firqə ilə çox mülayim rəftar edirdi. O, deyirdi ki, Avtonomiya
elə də mühum bir şey deyil. Azərbaycana bir qubernator göndərməklə
biz orada mərkəzin qüdrətini nümaiş etdirə bilərik.
Fərdust
Qəvam-us-Səltənin Azərbaycan məsələsinə
necə yanaşdığı barədə yazır:
Qəvam
Moskvaya səfər etdi və orada öz məsuliyyəti ilə
imzaladığı müqavilənamə ilə Azərbaycanın
avtonomiyasını rəsmiyyətlə tanıdı və
Şimal neftinin imtiyazını Sovet Ittifaqına verəcəyini
üzərinə götürdü.
Fərdust
davam edərək yazır:
Burada
belə bir sual ortalığa çıxır ki, Qəvam-us-Səltənə
ingilislərlə 1919-cı il müqavilənaməsini imzalayaraq
Iranı iki nüfuz dairəsinə bölən Vüsuq-üd-dövlənin
qardaşıdı. Ingiltərənin Tərəfdarlarından,
sədaqətli nökərlərindən biri olan Qəvam-us-Səltənə
ingilislərin xəbəri olmadan Moskvaya gedib tam məsuliyyətlə
belə mühüm bir müqavilənaməni imzalamasına təəssüf
etmək olarmı?
Fərdust
Məhəmmmədrzanı Amerikalıların əlaltısı
kimi təqdim edərək yazır:
O,
bir oyuncaq kimi Amerikalıların əmrlərini yerinə
yetirdi və Amerikəlıların planları əsasında
qoşunun Azərbaycana hücum etməsini qərara alındı.
Azərbaycana doğru iki diviziya hərəkətə
başladı. Bunlardan biri geniral Haşiminin
başçılığı altında Miyana-Təbriz, digəri
isə general Zərrabinin başçılığı ilə
Miyana-Marağa-Təbriz istiqamətində hərəkət
edirdi.
Fərdust
şahın əmri ilə general Haşimiyə pul
çatdırmağ üçün Təbrizə uçur və öz müşahidələri
barədə yazır:
Mən Təbrizin təyyarə meydanına daxil olanda onun
binası hələ də yanırdı. Yük maşını
ilə Təbrizə getdim. Keçdiyim yol boyu və xiyabanlar adamla
dolu idi, hamının silahı var idi. Ardı kəsilmədən
havaya atəş açır, yenə də Pişəvərinin tərəfdarlarını
axtarırdılar. Onları evlərindən çıxarıb edam
etdilər. Xiyabanların kənarlarında öldürülənlərin
cəsədləri çox idi bəlkə də 2000 dən 3000 nəfərə
qədər adamı edam etmişdirlər.
General
Fərdust Azərbaycanın süqüt etməsi barədə öz
fikirini söyləyir və onu ciddi olmayan bir iş kimi qiymətləndirərək
yazır:
Ordu
2 istiqamətdə hərəkət etdi bir vaxtda Məhəmməd
Rza mənim bir motorlu teyyarə ilə uçaraq qoşunun hərəkətini
nəzərdən keçirtməyini tələb etdi.
Fərdust
özünün havadan müşahidələri əsasında Azərbaycanın
təbii şəraitini belə təsvir edir:
Azərbaycan
torpağı dağlarla örtülmuşdur. Onun dörd mühüm dağ
silsiləsi vardır: Miyanaya çatmamış əsas dağ
silsiləsi göylərə baş qaldıran Qaflankühdur. Dağa
daxil olmazdan qabaq əzəmətli körpü var ıdı. Pişəvərinin
qüvvələri onu dağıltmışdılar ki. Özü hərəkət
edən maşınlarla oradan gediş-gəliş mümkün
olmasın. Mən bizim əsgərlərin dərənin dibinə
doğru getdiklərini gördüm. əgər Pişəvərinin
qüvvələri bizimlə qarşılaşmaq istəsəydilər,
ən yaxşı mövqeyə malik idilər. Onların ən
mühümü həmin Qaflanküh dağı idi.
Fərdust
həmin izahatdan nəticə çıxaraq yazır:
Buna
görə də Azərbaycanın tutulması ciddi bir iş hesab
edilməməlidir. Əgər bu işə ciddi
yanaşsaydılar Qaflanküh və onun əcaib
dağlarının mövqeiyyəti nəzərə
alınsaydı, 10 deviziya da oranı tuta bilməzdi.
Fərdust
yazır:
Kiçik
dəstəlr halında dağlara çəkilən tüfəngli
firqəçilər Zülfüqarinin silahlı adamları tərəfindən
ələ keçirilir, zindanlara göndərilir və edam olunurdular.
21
Azərin bütün düşmənləri kimi, Fərdust da bu hərəkatın
mahiyyətini təhrif etməyə, onu milli olmayan bir hərəkat
kimi qələmə verməyə çalışır. Buna
baxmayaraq, şahın bir çox özbaşınalıqlarının
yaxından şahidi olmuş, adam kimi Fərdustun etirafları
qiymətlidir.
Azərbaycan
Iranın istiqlalının zamini idi. 21 Azər bu istiqlaliyyətin
əsas dayağını təşkil edirdi. Əgər bütün
Iran Azərbaycandan dərs alsa idi ingilis əlaltıları
hakimiyyətdən uzaqlaşdırlardı və Ingiltərə
Irandan qovulardı. Habelə amerikalılar da Iranda özlərinə
ayağ yeri tapa bilməzdilər.
Təbiidir
ki Iranda milli və demokratik qüvvələrin qələbəsi
müstəmləkə sisteminə ölümcül zərbə vura bilərdi.
Iranın ardınca Yaxın Şərqin digər ölkələri
də müstəmləkəşilik buxovlarını
qırardı və məntəqənin xalqları öz evlərinin
sahibi olar, Qərbə, Şərqə qulluq etməzdilər.
lakin müstəmləkəçilərin nökərləri və əlaltıları
yenədə Iran xalqlarına, Iranın ab-Xakina xəyanət
edirlər. Amerikanın casusları və Ingiltərənin nökərləri
kimi yenidən öz ərbablarının iradəsinin
icraçısına çevrildilər. Azərbaycanı işğal
etdilər. Bu torpağın əhalisini qırıb çapmağa
başladılar. Onlar Azərbaycandakı Milli hərəkatı
boğmaqla Iranı Amerikaya hədiyyə verdilər.
Sovet
Ittifaqı Azərbaycan xalqının mənafeyini özünün milli mənafeyinə
qurban verdi, daha güclü olan Trumenin qarşısında geri oturdu.
O
dövrün mürəkkəb beynəlxalq şəraitində Azərbaycanın
əsl fədailəri olan bizlər öz mövgeyimizi müəyyənləşdirə
bilmədik, gələcəyi görmək qabiliyyətinə
malik olmadı. Öz mənliyimizi asanlıqla əldən verməmək
üçün bir iş görə bilmədik. Dərk edə bilmədik ki,
elə bir vaxtda mübarizə meydanına girək ki, öz doğma
torpaqlarımızı müdafiə edə bilək. öz
ayqlarımızın üstündə dura bilək, xalqın
ingilabı həyacanından, məntəqənin strateji
mövqeyindən istifadə edərk vətənimizi dünya
imperializminin çövləngahına çevrilməsinin
qarşısını ala bilək.
21
Azər hərəkatı məğlub oldu həm də çox
asanlıqla, müqavimət göstərmədən məğlib
oldu. Bu, təkcə Azərbaycanın deyil, həm də Şərq
xalqlarının qurtuluş hərəkatının məğlubiyəti
idi.
Ingilislərin
Irana qayıtmaları. Amərikanın Iranda mütləq
ağalığının yaranması bilavasitə bu məğlubiyyətin
nəticisi idi.
Yenə
də Fərdustun etirafla dolu xatirələrinə qayıdaq.
O, Ingilislərin Iranda mütləq hakim olmaları barədə
yazır:
General Ərfəin başçılıq etdiyi qeyri-rəsmi hərbi
təşkilat Ingilis səfirliyinin göstərişi ilə tudəişiləri
kəşf etməklə məşğul idi və şübhəli
ünsürlərin Ordunun həssas işlərinə yol
tapmamasına çalışırdı. Bu vəziyyət Sovet
qoşunları Irandan çıxana qədər davam etdi.
Fərdust
əlavə edərək yazır:
Amerika
1332-ci ilin 28 murdad (1953) çevrilişindən sonra qoşun əks-kəşfiyyatını
və 1335-ci ildə (1956) SAVAK-ı) (ölkə təhlükəsizlik
və kəşfiyyat təşkilatı) yaratdı.
Beləliklə,
müharibə dövründə Ingilislər Iran ordusunda hakim mövqe
tuturdular. 21 Azər hərəkatının məğlubiyyətindən
sonra onun bir daha təkrar olmaması, Iranda yaşayan
xalqların öz müqəddaratını ələ ala bilməmələri,
azadlıq əldə edə bilməmələri üçün Amerika
Iranın silahlı qüvvələrində
ağalığı öz əlinə aldı. Ordunun, jandarm və
polis idarələrinin təşkilat quruluşunu yeniləşdirdi.
Dəhşətli SAVAK təşkilatı vasitəsi ilə
Iran xalqlarını buxovladı və Iranı özünün casusluq mərkəzinə
çevirdi, bizim istiqlaliyətimizi aradan apardı və
azadlığımızı boğdu.
Amma
Iran xalqları bu hesablamaları alt-üst etdi. Amerikanın sadiq
nökəri olan şahı devirdi, Pəhləvi xanədanını
Irandan qovdu. Amerikanın Irandan əlini kəsdi, Iran özünün
siyasi istiqlaliyyətini qazandı.
Lakin
uzun çəkmədi ki, yenədə azadlıq aradan getdi.
Azlığda qalan millətlər öz müqəddaratını təyin
etmək hüququndan məhrum oldular. Məhs belə bir şəraitdə
azadlıq xalqın ümumi istəyinə və idealına
çevrilmişdir.
21
Azərin hədəfləri bu idealların tərkib hissəsidir.
Azərbaycan xalqı ona nail olmaq üçün bu gün də mübarizə
aparır.
Mühacir qəzeti dekabr
1991-ci il.
Başıbəlalı
Azərbaycan! Ayağa qalxırsan, yıxılıb yenə
qalxırsan, ayaqların bərkiyib, dizlərin möhkəmlənib
ayaq üstə durmağı bacarana qədər
yıxılıb durmalısan. Indi imtahan günü
başlanmışdır. Bu gün erməni əli ilə səni
sındırıb, mənliyini tapdayırlar.
Torpağını yandırır, övladlarını
qırır, varlığına qəsd edirlər, köləlik
boyunduruğunu əbədiləşdirirlər. Sən təksən.
Dörd tərəfdən düşmən əhatəsindəsən.
Fəryadını eşitmək istəyən yoxdur.
Sənin
cənubda ayağa qalxan, mədəni köləlikdən
qurtarmağa can atan igidlərin də tək qaldı.
Harayına səs verən olmadı. Əzildi, torpağı
yandırıldı, namusuna təcavüz edildi, yurd-yuvasından
didərgin düşdü. Əsir kimi uzaq diyarlarda qızmar günəş
altında tikanlı məftillər altinda saxlandı. O, əsartdən
Qurtarsa da öz diyarına qayıda bilmədi. Onun övladları
dil, adət-ənənələrini ununtmalı oldu. Bu zaman Cənubdan
Şimala pənah gətirən də az olmadı. Bura da öz
adını, sanını danmalı oldu. Ona başını
aşağı sal, dolan, dörd dövrəndə nə keçir
işin olmasın, hər nə var təriflə, alqişla,
ura çək bu sənin əsas vəzifəndi dedilər. Sən
burada belə bir varlığa çevrildin. Şimal
torpağına sərələndin qabarlı əllərinlə
bir tikə çörək qazandın. Günü, ayı saymaqla məşğul
oldun. Gecələr o tayda, gündüzlər isə bu tayda oldun. Ana
deyib qışqırdın, göz yaşı tökdün, aylar, illər
keçdi. Yaşa doldun. Cavanlığın əldən getdi.
Yeni
dövr başlandı. Yeni nəsil meydana gəldi. O daha sən
deyilsən. O, yeni dövrün adamıdır. Elə bir dövrün
adamıdır ki, alqışlar, təriflər gərəksizdir.
Indi çəkişmə, didişmə dövrüdür. Mənəvi və
əxlaqi dəyərlər öz məna və məfhumunu
itirmişdir. Əxlaqiyyat və mənəviyyat elə bil
kabusa çevrilmişdir. Hərə özü üçün ağadır. Şəxsi
həyatda deyil, ictimai həyatda, siyasi məqamda da belədir.
Millətin taleyinin həll edici mərhələsində də
belədir. Ölüm-dirim məqamında da belədir. Millətin
varlığı, gələcəyi, qəhramanlığı
haqqında alovlu nitqlər söylənilir. Millət haqqında qəhrəmanlıq
dastanları yazılır. Bu gurultulu sözlər salonlarda və
meydanlarda qulaqları batırır. Ancaq hələ özünü qəhraman
sayır. Özü də düşmən qapını aldığı
bir zaman. Heç bir əxlaq normasına sığmayan
davranışlar, bir-birini təhqir edən atmacalı
replikalar, böyük siyasəti yaddan çıxarıb kiçik siyasət
toruna düşənlər, saray intriqası ilə məşğul
olanlar, bir-birinə şəxsi hesab açanlar milləti uçuruma
aparırlar. Bu yersiz çəkişmələr, uşaq
şıltağlığı, mənasız və yersiz rəqabətlər
Azərbaycanın dünya xəritəsindən silinməsini sürətləndirir.
Milləti köləliyə məhkum edir.
Vaxtilə
Cənubdan şimala pənah gətirmiş cənublu da, bu
faciədən yaxa qurtara bilməmiş. Ərdəbil fədaisi
Xocalıda erməni gülləsi ilə həlak olur. Tərtərdə
girov götürülür, evləri yandırılır, namusları təcavüzə
məruz qalır. Ağdama yandırılan qrad və alazan
bombaları cənubunun da evini dağıdır. Cənubdan
şimala pənah gətirən fədai Qarabağdan da
qaçqın düşür. Necə deyərlər tale belə gətirmişdi.
Başsız qalmış xalqın taleyi belə
olmalıdı.
Dövlət
işində böyük vəzifə tutan Tehran bazarını öz
inhisarına çevirən cənublu başbilənlər millətin
deyil, pul kisəsinin fikrindədirlər. Belə də
olmalıdır. Pulun vətəni yoxdur. Mənfəət gətirən
sərvəti qat-qat artıran torpaq əsil Vətəndir.
Şimalda
da belədir. Düşmən qapını alıb. Millət
panikaya düşüb, başbilənlər bir-birinin canına
düşüb şəxsi hesabları ayırd etməyi hər
şeydən üsqtun tutur. Varlılar isə pul kisəsini daha da
şişirtməklə məşğuldurlar.
Başıbəlalı
Azərbaycan! Ayıl, özünə gəl, yıxılıbsan,
ayağa qalx, özünə çarə qıl!
Mühacir qazeti aprel 1992-ci
il.
Ə. L. Əlizadə.
Iran
Islam Respublikasının təşəbbüsü ilə Tehranda
keçirilən üçtərəfli danışıqlar may
ayının 8-də başa çatdı. Danışıqlarda
Iran dövləti tərəfindən prezıdent Rəfsəncani
Azərbaycan respublikası tərəfindən Azərbaycanın
müvəqqəti prezidenti Yaqub Məmmədov Ermənistan tərəfindən
Ermənistan Respublikasının prezidenti Ter- Petrosyan
iştirak edirdilər. Dövlət başçıları səviyyəsində
keçirilən bu görüşdə dörd ildən artıq davam edən
münaqişənin siyais yol ilə həll edilməsi, məntəqədə
sülhün bərqərar edilməsi məsələsi müzakirə
edildi. iran tərəfinin səyi nəticəsində atəşin
dayandırılması barədə razılıq əldə
edildi. bu haqda müvafiq sənəd imzalandı. Lakin Tehran müzakirəsi
başa çatmamış Erməni silahlı qüvvələri tank
və zirehli maşınların köməyi ilə üç istiqamətdə
Şuşaya hücum etmiş, Ağdamı güclü raket atəşinə
tutmuş ağır və şiddətli döyüşdən sonra
şəhərə daxil olmuşlar.
Ermənistan
respublikası Dağlıq Qarabağı Azərbaycandan
qoparıb Ermənistana birləşdirməyə cəhd göstərir.
Dörd ildən artıq davam edən bu təcavüz son aylarda daha
qanlı şəkil almışdır. Xocalı faciəsi bu
təcavüzün ən vəhşi forması və
Şuşanın işğal edilməsi bu vəhşiliyin
iyrənc mərhələsidir. Erməni təcavüzkarının
arxasında duran Rusiyanın müəyyən dairələri, eləcə
də Ermənilərin qərb havadarları erməni
işğalçılarının bu vəhşilikləri üzərindən
sükütla keçir, bununla da təcavüzun daha da genişlənməsinə
şərait yaradırlar. Belə bir mürəkkəb şəraitdə
münaqişə ilə əlaqədar Iranın mövqeyi necədir?
Münaqişəni
dinc yol ilə həll etmək üçün Rusiya və Qazaxıstan
prezidentləri vasitəçilik rolunu öz üzərinə götürdülər.
Jeleznovodskda müzakirə aparıldı. Erməni tərəfi
bu danışıqlarda iştirak etsə də onu pozmağa
cəhd göstərdi. Noyabrın 20-də (1991) Qarabağ səmasında
uçan vertolyotu partlatdılar. Qazaxıstan və Rusiya elçiləri,
Azərbaycanın yüksək rütbəli dövlət xadimlərindən
ibarət sərnişinləri qətlə yetirdilər.
Bununla da Rusiya və Qazaxıstanın vasitəçilik
missiyası sona çatdı. Rusiyanın razılığı ilə
bu missiyanı Iran öz üzərinə götürdü. Xarici işlər
naziri Əliəkbər Vilayəti Bakı və Irevana səfər
etdi. Qarabağda vəziyyəti qəsdən gərginləşdirən
erməni tərəfi Vilayətinin Qarabağa səfərinə
maneçilik törətdi. Vilayətinin sülh səyləri Xocalı
faciəsi ilə Rəfsəncaninin başçılıq etdiyi
Tehran danışıqları isə Şuşa şəhərinin
işğal edilməsi ilə boşa çıxdı. Ermənilər
sülh məqsədilə deyil, dünya ictimayətini öz murdar məqsədlərindən
yayındırmaq Azərbaycan tərəfinin ayıqlıq və
sayıqlığını kütləşdirmək, gözlənilməz
zərbə endirmək taktikasından istifadə etmək üçün
danışıqlara getdilər. Tehran isə bilərəkdən
və ya bilməyərəkdən Erməni hiyləsinin toruna
düşdü, ona etimad etdi, onunla dostluq əlaqəsi yaratdı,
Araz çayının üzərindən Ermənistanla Iranı birləşdirən
körpü saldı. Dünya bazarına çıxmaq yol və dəniz
limanlarından istifadə etmək üçün ermənilərə
imkan yarandı, qəribə burasıdır ki, Tehran radiosu mayın
8 və 9-dakı xəbərlər proqramında Şüşada
gedən döyüşlər həqqında Ermənistan teleqraf
agentliyinin yaydığı xəbərlərə və
Ter-Petrosyanın bu haqda verdiyi bəyanata istinad etməklə
kifayətləndi.
Iran
dövlət başçıları özlərini islam dünyasının
müdafiəçisi, Iranı, Islam aləminin müqəddəs məkanı
adlandırdıqları halda təcavüzə məruz qalan müsəlman
Azərbaycan və təcavüzkar Ermənistanla münasibətdə
bitərəf mövqe tutur. Başqa sözlə erməni təcəvüzünü
məhkum etmir, təcavüzə məruz qalan Azərbaycanın
müdafiəsinə qalxmır.
Beləliklə,
Rusiya erməniləri müdafiə edir. Iran bu məsələdə
bitərəf qalır, Türkiyə isə Azərbaycanla müştərək
sərhəddə malik olmadığı üçün Azərbaycana təsirli
kömək göstərə bilmir. Bununla da Azərbaycan tək
qalır və təcavüzün qurbanı olur.
Bütün
dünya Ərəb Israil münaqişəsini dinc yol ilə həll
etməyə çalışır. Birləşmiş Millətlər
Təşkilatının qərarı ilə yaxın Şərq
Beynəlxalq konfransı keçirildi. Birbaşa Fələstin
Israil müzakirəsi başlandı. Iran isə bu
danışıqları Amerikanın hiləsi
adlandırdı. Onu baykot etdi Israil ilə
danışığa girən ərəbləri pislədi,
bununla da özünü Fələstinin yeganə müdafiəçisi, müsəlmanların
həqiqi arxası kimi göstərdi. Burada belə bir haqlı
sual meydana çıxır ki, Iran bəs nə üçün məntəqənin
ikinci Israili kimi çıxış edən, müsəlman Azərbaycanın
torpaqlarını zəbt edən, Azərbaycanın ərazi
bütövlüyünə qəsd edən, Azərbaycan ərazisində
işğalçılıq müharibəsi aparan, Azərbaycan
torpağında vəhşilik törədən, Azərbaycanın
şəhər və kəndlərini viran qoyan, qadın və
uşaqları əsir götürən məsihi erməni ilə yəhudi
Israil kimi rəfdar etmir. Bu təcavüzkarlara qarşı ciddi tədbir
görməkdən boyun qaçırır. Iranda Fələstinin müdafiə
həftəsi keçirildiyi halda Azərbaycanla həmrəylik günü
belə keçirilmir. 20 milyon Azərbaycanlının şimal
qardaşları ilə həmdərdlik səsinin eşidilməsinə
imkan verilmir. Şimalı Azərbaycan əhalisi bu suallara cavab
gözləyirlər?
Mühacir qəzeti 15 may
1992-ci il.
Ə. L. Əlizadə
Ağaye
Haşimi Rəfsəncani (iyun ayının 29-da) Şərqi
Azərbaycanın nümayəndələri ilə görüşündə
demişdir: Azərbaycan siyasi cəhətdən böyük əhəmiyyətə
malikdir. Ölkənin inkişaf planında onun özünəməxsus
yeri var.
Görüş
zamanı nümayəndələr Azərbaycanın siyasi və
ictimai vəziyyəti haqqında prezidentə məlumat
vermişlər. Rəfsəncani həmin görüşdə təkid
edərək demişdir:Məsul məqamlar Azərbaycanın
problemlərinin həlli üçün ciddi sürətdə fikirləşməlidirlər.
Mövcud
şəraitdə bu görüşü təsadüfi hesab etmək olmaz. Həmçinin
Rəfsəncaninin Azərbaycanın siyasi cəhətdən əhəmiyyətli
olması məsələsinə toxunması da təsadüfi
deyil. Iranın tarixi ilə az çox tanış olanlar
yaxşı bilirlər ki, ölkədə baş verən hər
bir ictimai və siyasi dəyişikliklərdə Azərbaycanın
həmişə xüsusi rolu olmuşdur.
Son
zamanlar məmləkətin bir neçə şəhərində
baş verən iğtişaşlar bir daha göstərdi ki, ölkədə
siyasi həyat coşub qaynayır.
Iranda
müxtəlif xalqlar, o cümlədən 20 milyon azərbaycanlı
yaşayır. Əsrlər boyu burada yaşayan xalqlar zülmə
məruz qalmış və onların mədəni
inkişafı üçün lazımi şərait
yaranmamışdır. Ana dilləri yasaq edilmişdir. Azərbaycan
xalqı hər bir fürsətdən istifadə edərək
özünün, habelə digər xalqların azadlıq və mədəni
inkişafı uğrunda mübarızəni davam etdirmişdir.
Tarix boyu azərbaycanlılar təkcə öz xalqı üçün yox,
ölkədə yaşayan digər azlıqlar üçün də azadlıq
və iqtisadi inkişaf tələb etmişlər. Məhz bu
ideallara görə Iran kimi bir ölkənin bir əyalətində
(Azərbaycanda) o əyalətin bir şəhərində (Təbrizdə)
və bu şəhərin bir küçəsində (Xiyaban küçəsində)
Səttarxan kimi sərkərdə ayağa qalxdı və Məşrutə
hərəkatına başçılıq etdi. Yenə də Təbrizdə
Şeyx Məhəmməd Xiyabani Vüsuqüddövlənin Iran
xalqlarının köləlik boyunduruğuna salan Iran Ingilis
müqavilənaməsinin əleyhinə qiyam etdi. O, öz
canını da bu yolda qurban verdi. Şeyx Məhəmməd
Xiyabanin yaratdığı partiyanın Azərbaycan Demokrat
Partiyası adlandırılması da təsadüfi deyildir. S. C.
Pişəvərinin başçılığ etdiyi Azərbaycan
Demokrat Firqəsi (ADF) Azərbaycan üçün Milli Muxtariyyət, Iran
üçün ərazi bütövlüyü və həqiqi istiqlal uğrunda mübarizə
aparmışdı.
1979-cu
il inqilabında Azərbaycanlılar Iranın
azadlığı və istiqlalı naminə döyüşmüşlər.
1356-cı
ilin bəhmən ayının 29-da (1978-ci il) baş vermiş
Təbriz qiyamını şahliq üsul idarəsinin fəqərə
sütunun sındırılan gün kimi qiymətləndirməkdə
səhv etmirlər. Bəhmən ingilabının qələbəsində
Azərbaycanın həlledici rolu barədə Xomeyni, Bazərqan,
Həbibi, Rəfsəncani və dəfələrlə söz
açmışlar. Bu görüşdə Rəfsəncanin dediyi sözlər
bu həqiqəti bir daha sübut etdi.
Vaxtilə
mübariz bir azərbaycanlı Iranın və ictimai dəyişikliklərində
azərbaycanlıların rolundan demişdir. Əgər Iranda
ictimai və inqilabi hadisələri bir teatr tamaşası kimi
götürsək onda azərbaycanlıların rolu bundan ibarət
olardı ki, o birinci səhnəyə çıxır və əsərdə
baş verən hadisələrin təməlini qoyur. Əgər
həmin tamaşa bu istiqamətdə davam edərsə bundan
azərbaycanlılar var qüvvə ilə ona kömək edirlər.
Lakin əgər tamaşada cərəyən edən hadisələr
öz məcrasından çıxarsa, onda yenədə azərbaycanlılar
axırda səhnəyə çıxıb və bu
tamaşanın davam etməsinin qarşısını
alır. Bu sözlərdə böyük bir həqiqət var artıq 13
ildir ki, Iranda baş vermiş xalq ihqilabı öz məcrasından
çıxmışdır. Bu inqilabın qələbəsində
birinci olaraq Azərbaycan səhnəyə
çıxmışdır. Indi onun sonrakı rolunun vaxtı
çatmışdır. Görünür hakim dairələrini təşvişə
salan da elə odur.
Neçə
ay bunda əvvəl Təbriz universiteti tələbələrinin
Azərbaycan dili ilə əlaqədar keçirdikləri mitinqi, son
zamanlar isə cavanların və digər zümrələrin dövlətin
Qarabağdakı siyasətini tənqid etməsi, habelə digər
etirazlar bu hərəkatın müqəddəməsi kimi qiymətlənə
bilər.
Rəfsancaninin
görüşdə verdiyi boş vədlərə gəldikdə isə
bunu demək olar ki, bu val indiyədək dəfələrlə
səslənmışdir. Lakin Azərbaycan xalqının həqiqi
mədəni və ictimai inkişafı üçün təsiri
olmamışdır. Azərbaycan xalqı yaxşı bilir ki,
Nəğd sirkə nisyə halvadan yaxşıdır.
Mühacir qəzeti 14 iyul
1992-ci il.
Lahrudi.
1828-ci
il Türkmənçay müqaviləsi, Qafqazın Rusiyaya ilhaq edilməsi
Iranı ordu saxlamaqdan, müstəqil daxili və xarici siyasət
yeritməkdən məhrum etdi. Qədim tarixə və zəngin
mədəniyyətə malik olan bu ölkə Rusiyadan tam
asılı vəziyyətə düşdü. Lakin Ingilis
imperatorluğunun Iranın cənub məntəqələrində
hakim mövqe tutması bu ölkəni tamamilə aradan gedib Rusiyaya
birləşdirilməsinə mane oldu. Müstəqil Iran adlanan
coğrafi məf f hum Rusiya ilə Ingiltərə arasında
nüfuz dairəsinə bölündü. Iki yırtıcı imperatorluq
arasında bufer rolunu oynadı.
Çarizmi
məhv edən oktyabr inqilabı Seyid Həsən Təqizadənin
dediyi kimi Iranın boğazına asılan edam kəndirini
qırdı, o yenidən nəfəs almaq imkanı əldə
etdi. Ingilis generallarının köməyi ilə dövlət
çevrilişi edən Rza xan Türkmənçay müqaviləsindən 97 il
sonra qanlı diktaturaya əsaslanan mərkəzləşmiş
dövlət yaratdı. Bolşevizm nüfuzuna mane olmaq üçün Iranın
şimal sərhədlərini bağladı. Yeni Avropa sistemli
ordu yaratdı. Onu xarici silahlarla silahlandırdı. Əvvəlcə
Ingiltərəyə, sonra isə Hitler Almaniyasına meyl göstərən
Rza şah ikinci dünya müharibəsi illərində Irana daxil olan
Ingilis qoşunları komandanlığı tərəfindən
tutulub Cənubi Afrikaya sürgün edildi. 22 yaşlı Məhəmməd
Rza hakimiyyətə gətirildi. Ikinci dünya müharibəsi sona
çatdıqdan sonra Amerika məntəqə və Irana hakim kəsildi,
Iran qoşunları Amerika silahı ilə, o cümlədən
Fantom təyyarələrilə təchiz edildi. 70-ci illərdə
Iran məntəqədə ən qüdrətli silahlı qüvvəyə
malik oldu. Nikson doktrinasına uyğun olaraq Qərbin məntəqə
mənafeinin qorunması Iran şahına
tapşırıldı. Ingilis dövləti Fars körfəzindən
öz hərbi dəniz donanmasını çıxartdı. Strateji əhəmiyyətə
malik olan Əbumusa böyük və kiçik tomb adaları Irana verildi.
Omman sultanına qarşı mübarizə aparan Zufar milli
azadlıq hərəkatı Iran qoşunları tərəfindən
yatırıldı. Nəhəyat Iraqla silahlı münaqişədə
üstünlük qazanan Iran məntəqənin Foqul dövlətinə
çevrildi. Iran Islam inqilabı bu prosesi dayandırdı. Ziddi
xarici şüarla hakimiyyətə gələn rejim nə şərqi,
nə qərbi siyasət yeritməklə Iran təkləndi. Qərb
tərəfindən iqtisadi mühasirəyə alındı. Həm
Qərb, həm də Şərqdən silah almaq imkanından
məhrum oldu. Lakin Iran Iraq müharibəsi qurtardıqdan, Rusiyada
siyasi sistem dağılmağa başladıqdan sonra Iran
Rusiya münasibətləri yeni əsaslar üzərində quruldu.
Bununla da Iran qoşunlarının silahlanması üçün Rusiya əlverişli
silah mənbəinə çevrildi Fantom təyarələrinin
yerini Mik təyyarələri tutdu. Iran təkcə 1991-ci ildə
silah almaq üçün 2 milyard dollar pul xərc etmişdir. Bu il həmin
məqsəd üçün xərclənən pulun miqdarı daha çox
olacaqdır. Çünki Iran yenə də məntəqədə
fovqul dövlət olmağa can atır. Iraq ilə müharibədə
itirdiklərini bərpa etməyə səy göstərir. Beş
illik bir müddətdə müharibə ərəfəsindəki
qüdrətə nail olmaq istəyir. Bu silahlar əsas etibarı
ilə Rusiyadan alınır. Təkcə keçən ildə
Moskva Irana 1 milyard dollar məbləğində silah
satmışdır. 16 mik, 29 qırıcı təyyarə
SU_24 bombardmançı təyyarə, top və yer-hava S-A-5 raketlər
həmin silahlar içərisindədir. Bunların hamısı
1989-cü ildə Sovet Ittifaqı ilə bağlanmış 10
milyard dollarlıq silah və neft sazişinə daxil olan silah
alveridir. 1992-ci ildə Iran Rusiyadan daha 1 milyard dollarlıq silah
almağı nəzərdə tutur. Dizel matoru ilə işləyən
3 sualtı gəmi alınacaq silahlar sırasındadır.
Iran
Hormuz boğazına nəzarət etmək üçün kicik sualtı
gəmilər almağı da
planlaşdırmışdır. Bunun üçün Iran matrosları
Latviyada 500 nəfər aviopilot isə Rusiyada təlim
alırlar.
Iran
təkcə Rusiya deyil, Çin dövlətindən də silah
alır. Bu silahlar Stenges raketlərlə təchiz edilmiş
patrol gəmilərindən ibarətdir. Bundan əlavə
Iraqın 148 hərbi və müsafir daşıyan təyyarələri
də Iranın əlindədir. Bunlar körfəz müharibəsində
Iraqdan Irana uçan təyyarələrdir.
Iran
Əfqan mücahidləri ilə də əlaqə yaratmağa
çalışır. Bu əlaqə Stenges, Iskad və MI 8 hərbi
vertalyot almaq üçün yaradılır.
Iran
Qırğızıstandan ən ücüz qiymətə başa gələn
500 milyon dollarlıq silah almışdır. Iran son vaxtlarda
Hindistan, Argentina, Pakistan, Almaniya və Çin ilə güya dinc məqsəd
daşıyan atom texnalogiyası almaq üçün danışıqlar
aparır. Amerika mənbələri qeyd edirlər ki, Iran
şimali Koreyadan 150 orta uçuşlu raket almışdır.
Qərb
Iranın silahlanmasına ciddi yanaşır. Bu münasibətlə
təhlükəsizlik şurasının 5 daimi üzvünün görüşü
olmuşdur. Yaxın və Orta Şərqə satılan
silahların 90 faizi həmin ölkələrdə istehsal olunur.
Bu görüşdə Yaxın və Orta Şərq məntəqəsinə
silah göndərilməsini məhdudlaşdırmaq barədə
məsələ müzakirə etmişlər. Lakin bu görüşlərin
müvəfəqiyyəti o qədər də gözə çarpan deyil.
Çin və Rusiyanın fikrincə Iraqın Küveytə hücumundan
sonra Amerika Yaxın və Orta Şərq ölkələrinə
20 milyard dollarlıq silah satmağı
planlaşdırmışdır. Bununla əlaqədar
müşahidəcilər belə hesab edirlər ki, Iran özünün hərbi
qüdrətini bərpa edəcəkdir. Bu isə məntəqədə
ağır nəticə verə bilər.
Iran
böyük və qüdrətli dövlət kimi öz əzəmətini 7-ci əsrin
ortalarında, Qadisiyyə döyüşündən sonra əldən
verdi. Elə bil ki, həmişəlik olaraq əldən verdi.
Pəhləvi
sülaləsi Iranın əzəmətini bərpa etmək
şüarı altında Iran ordusunu xarici silahlarla
silahlandırdı. Lakin Iranın əzəmətinin bərpa
edilməsi mümkün olmadı. Pəhləvi sülaləsi
yıxıldıqdan sonra Amerika Iranın siyasi səhnəsindən
qovuldu. Iran öz siyasi istiqlalını əldə etdi. Indi
Iranın daxili və xarici siyasəti xarici paytaxtlarla işlənib
hazırlanmır. Iran dövləti Məhəmməd Rza şah
kimi xarici səfarətxanalardan göstəriş almır. Lakin
siyasi cəhəttcə müstəqil olan Iran dövləti öz sələfləri
kimi xaricdən silah almaqla məntəqədə fovqəl dövlətə
çevrilməyə, bununla da Iranın əzəmətini bərpa
etməyə çalışır. Bu isə məntəqədə
gərginliyi daha da şiddətləndirər, silahlı
toqquşma ehtimalını qat-qat artırar.
Əhalinin
dolanışığı hesabına silah almaq özü məntəqədə
sürətlə silahlanmaya medam vermək geridə qalmış
bir ölkəni iflasa uğratmaqdan başqa bir şey deyildir.
Sovet
Ittifaqının dağılması göz
qarşısındadır bu ölkənin dağılmasında
sürətlə silahlanma başlıca amillərdən biridir.
Fantom və miklə keçmişi bərpa etmək, cəhdi macəracılıq
məzmunu daşiyan xoş arzu dur.
Mühacir
qazeti №13 (34) 14 iyul 1992-ci il.
1988-ci
ildən başlayaraq Qafqazda siyasi vəziyyət gərginləşməyə
başlayır. Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla
birləşmək haqqında qərar qəbul edir. Bu separat əməl
iki respublika arasındakı münasibətləri gərginləşdirir.
Ermənistanda yaşayan azərbaycanlılar öz ata-baba
yurdlarından qovulur. Azərbaycanın şəhər və
kəndləri qaçqınlarla dolur, əhali arasında intiqam
hissi güclənir. Hadisələr getdikcə kontroldan
çıxır. Qarşı-qarşıya durma təhlükəli vəziyyət
alır. Zahirdə barışdırıcı rol oynayan mərkəz
əməldə erməni separatçılarına arxa
çıxır. Münasibətlər gərginləşir. 20 yanvar
qanlı faciəsi baş verir. Dağlıq Qarabağ Azərbaycanın
nəzarətindən xaric olur. Rusiyanın Dağlıq
Qarabağda yerləşən polku erməni silahlı qüvvələri
ilə birlikdə Azərbaycan kəndlərini işğal
edir. Azərbaycanlı sakinləri buradan çıxarır. Faciə
daha təhlükəli şəkil alır. Xocalı
qırğınına əl atılır. Şuşa süqut
edir. Laçın işğal altına alınır. Aran
Qarabağ panikaya düşür. Şəhərlər və kəndlər
ardı-arası kəsilmədən silahlı dəstələri
ilk baxışda yenilməz qüvvə kimi təsəvvür edilir.
Hadisə
nə üçün bu istiqamətdə inkişaf etdi? Daxili və xarici
faktorları nəzərdən keçirək: Daxili faktor:
Dağlıq Qarabağ hadisəsi bütün Azərbaycanı hərəkətə
gətirdi, onu dərin yuxudan oyatdı. Azərbaycan
xalqının milli istiqlal hərəkatının
başlanğıcı oldu. Sumqayıt hadisəsi
amansızlığına və rəhmsizliyinə baxmayaraq
qorxu hissini sındırdı. Kütlələrə mərkəzə
sözsüz boyun əyməmək ruhu aşıladı. Xalqın
intibahı üçün hərəkətverici amil oldu. Yeni siyasi və
ictimai təşkilatlar o, cümlədən Xalq Cəbhəsi
Qarabağ hərəkatının dalğaları üzərində
meydana gəldilər, formalaşdılar və kütləvi təşkilata
çevrildilər.
Lakin
xalqın dirçəlişinə təkan verən Qarabağ hadisəsi
xalqın birliyini təmin edə bilmədi. Siyasi cərəyanlarla
hakimiyyət arasında uçurum yarandı. Birincinin mərkəzlə
qarşı-qarşıya durmasına, ikincinin isə mərkəzə
yaxınlaşmasına şərait yaratdı. Daxili çəkişmələr,
erməni separatçılarına öz mövqelərini möhkəmləndirməyə,
Dağlığ Qarabağı əməldə Azərbaycanın
nəzarəti altından çıxarmağa imkan yaratdı.
Qarabağdakı erməni qələbəsi
Şuşanın və Laçının asanlıqla süqutu da bu çəkişmələrin
nəticəsi idi.
Xarici
faktorlar: Beləliklə milli azadlıq yoluna qədəm qoyan
Azərbaycan güclü siyasi və iqtisadi təzyiqə məruz
qaldı. Informasiya blokadası siyasi blokada ilə təkmilləşdi.
Bu isə Azərbaycanın daxili cəbhədə parçalanma,
xarici aləmdə təklənməsi ilə əlaqədar
idi. Xristianlıq dünyası ermənilərin arxasında
dayandılar. Islam dünyası isə bu işdə fəallıq
göstərmədi. Həmahəng siyasət yeritməyə nail
olmadı. Müsəlman dünyası bir növ sükuta vardı. Azərbaycana
siyasi və mənəvi yardım belə göstərmədi.
Türkiyənin və Iranın istiqaməti isə biri digərini
təsirdən salan istiqamətdə aparıldı. Türkiyə
Azərbaycanı Qərbə yaxınlaşdırmağa, Iran
isə onu Qərbdən uzaqlaşdırmağa cəhd göstərdi.
Azərbaycanın
Türkiyəyə artan meyli Azərbaycan Iran münasibətlərində
sərinlik əmələ gətirtdi. Fürsətdən istifadə
edən Ermənistan Irana yaxınlaşdı. Iran və Rusiya əlaqələri
genişləndi. Rusiya Iran qoşunlarını ucuz, eyni halda
modern silahlarla təchiz edən yeganə mənbəyə
çevrildi.
Bu
zaman Qarabağ məsələsinin dinc yol ilə həll edilməsi
missiyasını öz öhdəsinə götürən Qazaxıstan və
Rusiyanın vasitəçilik cəhdi boşa çıxdı. Bu rolu
Iran öz öhdəsinə götürdü.
Ilk
addım Vilayətinin məntəqəyə səfəri ilə
başlandı. O, Azərbaycan və Ermənistanda oldu. Lakin əsl
münaqişə məntəqəsi olan Dağlıq Qarabağa
gedə bilmədi. Qarabağ erməniləri bu səfərə
mane oldular. Vilayəti isə bununla əlaqədar ciddi əksül-əməl
göstərmədi. Onun Yerevan müsafirəti isə vasitəçilikdən
daha çox IranErməni münasibətlərinin müzakirəsinə həsr
olundu. Vilayətinin boşa çıxan bu məmuriyyətindən
sonra ermənilər Xocalı faciəsini törətdilər. Bu
isə istər-istəməz Azərbaycanda Irana qarşı mənfi
rəy yaratdı. Iran öz vasitəçilik rolunu Rusiyanın
razılığı ilə yenidən başladı. Bu dəfə
Tehran görüşləri təşkil edildi. Namərd Erməni Azərbaycanda
yaranmış ağır siyasi vəziyyətdən istifadə
edərək Tehran görüşünün nəticələrini pozmaq məqsədilə
Şuşa və Laçın istiqamətində hərbi əməliyyat
apardı. Hər iki şəhər müqavimət göstərmədən
süqut etdi. Irana qarşı etimadsızlıq əhval-ruhiyyəsi
geniş miqyas aldı. Azərbaycanın rəsmi və qeyri-rəsmi
məqamları bununla əlaqədar öz narazlıqlarını
bildirdilər. Bu zaman Azərbaycanın xarici siyasətinin
başlıca istiqaməti elan edildi. Türkiyə, Amerika və
Ingiltərə ilə yaxın əlaqə saxlamaq Azərbaycanın
xarici siyasətində ön plana çəkildi.
Azərbaycan
ərazisində qanlı müharibə gedir. Erməni təcavüzkarı
min bir taktiki hiyləyə əl atır, Rusiya ilə təhlükəsizlik
haqqında müqavilə imzalayır, Iranla əlaqələri
genişləndirməyə çalışır, Azərbaycana
qarşı şimalda və cənubda mənfi rəy
yaradır. Belə bir hiyləgər düşmənə
qarşı mübarizədə düzgün taktika seçmək, çevik siyasət
yeritmək, düşmənin müvəqqəti müttəfiqlərini
bitərəfləşdirmək, bitərəfləri cəzb
etmək, narazıları muxaliflərdən ayırmaq ilə
düşməni təkləməyə nail olmaq, təcrübəli
diplomatiyanın başlıca vəzifəsidir.
Mühacir qəzeti 14 iyul
1992-ci il.
Ə. L. Əhmədzadə.
Sentyabrın
3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının 47-ci
mətbuət konfransı keçirilmişdir. Yalnız təəssüf
etmək olar ki, Ali Sovetin sədrinin də mətbuat
konfransı təsadüfən həmin günə və həmin
saata təyin olunmuşdu və ADF-nin təşkil etdiyi bu tədbirə
mətbuatımızın laqeyd münasibətini ancaq bununla izah
etmək olar. ADF-nin tarixi və fəaliyyəti haqqında
oxuculara daha geniş məlumat vermək üçün Istiqlalın
müxbiri mətbuat konfransından sonra Firqənin ildönümünə həsr
olunmuş sədri Əmrəli Lahrudi ilə görüşmüş və
ondan müsahibə almışdır.
Y.Ə.:
Əmralı müəllim, ADF-nin yaranmasının 47-ci ildönümü
münasıbətilə Sizi və Firqənin üzvlərini təbrik
edirik. Cənubi Azərbaycanda milli şüurun formalanmasına və
ümumiyyətlə Iranda demokratik proseslərin inkişafına
ADF-nin təsiri böyük olub. ADF-nin tarixi barədə və Sizin
Firqəyə sədr olduğunuz dövrdə onun fəaliyyəti
haqqında oxucularımıza qısa məlumat versəydiniz
yaxşı olardı.
Ə.L.:
ADF ikinci dünya müharibəsi qurtarandan sonra təşkil olub.
Burada əsas hədəf Iranda diktatorluğun yenidən bərpasının
qarşısını almaq, Azərbaycanda yaranan
demokratiyanı bütün Irana yaymaq idi. O zaman S. C. Pişəvəri
deyirdi ki, iki yol ayrıcında durmuşuğ. Ya diktatorluq bərpa
olur və ya demokratiya qalib gəlir. Iranda Azərbaycan
xalqına milli muxtariyyət verilməsi məsələsini
ilk dəfə ADF qaldırdı. Bu xalqın demokratik ruhundan
irəli gəlirdi. Azərbaycan xalqının inqilabi ənənəsi,
müasir dövrün faşizmə qarşı, Atlantik
xartiyasının üç böyük dövlət tərəfindən
imzalanması Azərbaycanda böyük intizar yaratdı və Azərbaycan
xalqı müharıbə qurtarandan üç ay sonra Təbrizdə öz
milli hökumətini qurdu. Bütün Azərbaycanda milli hökumətin
orqanları yarandı. Az bir zamanda dövlət universiteti
yarandı. Inanın ki, altı ay ərzində kitablar, dərsliklər
yazıldı, ibtidai məktəbdən 12-ci sinfə qədər
və ali məkitəblərdə dərs keçmək üçün tamamilə
Azərbaycan dili dərslikləri istifadə olundu. Şəhərin
yolları asfaltlandı, dövlət rodiosu təşkil olundu, Azərbaycan
Dövlət filarmoniyası yaradıldı. Dövlət
torpağları pulsuz kəndlilərə paylandı, mülkədarlarla-
kəndlilər arasında münasıbətlər nizama
salındı. Azərbaycan Yaxın Şərqdə ən təhlükəsiz,
əmin-amanlıq hökm sürən bir məntəqəyə
çevrildi. Təbiidir ki. O vaxt bu işə həm şah, həm
də ingilislər və amerikalılar qarışdı. Bu tərəfdən
də Rusiya müharıbədən çıxmışdı və
bizə heç bir kömək etmədi. Elə o ümumi mühütə
uyğun olaraq biz də müqavimət göstərməmək məcburiyyətində
qaldıq. Eyni zamanda Azərbaycan hökumətinin Iranla
bağladığı müqaviləyə əsasən Iran
qoşunları Azərbaycana ancaq seçkilərə nəzarət
etmək üçün gəlməli idi. Azərbaycanda mövcud vəziyyət
olduğu kimi qalmalı. Milli Əncumən, əyalət Əncumənləri
(yerli qanunverici orqanlar-red.) və digər dövlət orqanları
milli hökumətin yaratdıqğı və həyata keçirdiyi
siyasəti icra etməli idi. Bu müqaviləyə əsasən
Iranın başqa yerlərində də dövlət
torpağları kəndlilərə paylanılmalı. Milli Əncumənlər
yaradılmalı və Iranda da demokratikləşmə prosesi
getməli idi. Lakin müqaviləyə xainlik edən, arxa çevirən
Iran dövləti o vaxtkı Amerika səfiri C. Alenin şifahi təzyiqi
nəticəsində bizi geri oturtdu. Biz müqavimət göstərmədik,
sadəcə geri oturduq. O vaxtdan biz mühacirətdəyik. Bizim
MK-mız Bakıya köçdü. Pişəvəri Bakıdı yerləşdirildi.
Firqəmiz bərpa oldu, Azərbaycan qəzeti təşkil
oldu. Artıq 46 ildir ki, biz burada fəaliyyət gəstəririk.
1979-cu
ilin aprelində Firqənin plenimu keçirildi və mən sədr
seçildim. bir aydan sonra Firqə konfransı keçirildi. Yeni rəhbərlik
seçıldı. Onlar Irana getməli idilər. Iranda Islam
inqilabının qələbəsindən sonra ADF Təbrizdə
və bütün Azərbaycanda öz fəaliyyətini bərpa
etmişdi. Lakin iki aydan sonra sərhəd bağlandı və
biz Irana gedə bimədik. Vətənə qayıtmaq üçün
Iranda demokratiya bərqərar olmalıdır. Israr edirik ki,
xalqlara azadlıq verilsin. Bütün partiyalar azad fəaliyyət göstərmək
hüququ qazansın. Xaricdə olan siyasi mühacirlər siyasi adam kimi
vətənə qayıtsın, adi adam kimi yox Biz bu bəyaniyyə
ilə çıxmış etmişdik. Bizim bəyannaməmiz
böyük əks-sədaya səbəb oldu. Bir neçə dəfə
Amerikanın səsi radiosuna müsahibə verdik. Respublika qəzetlərində
bəyannaməmizi yaydıq. Indi bizim fəaliyyətimizin əsas
məqsədi Iran hökumətinin ADF-nin Iranda açıq fəaliyyət
göstərməsinə icazə verməsinə nail olmaqdır.
1992-ci ilin sentyabrın 3-də keçirdiyimiz mətbuat konfransı
da bu məqsədə xidmət edirdi. Iranın özündə camaat
indi güclü siyasətləşib. Son vaxtlar Təbrizdə, Xorasanda,
Tehranda, Məşhəddə, Əraqda, Isfahanda böyük
çıxışlar olub. Əraqda, Şirazda, Xorasanda bu
çıxışlar kütləvi xarakter almışdır. Dövlət
idarələrinə hücüm olub, polis və zərbəçi qüvvələr
onlara qarşı silah işlədib. Onlarca adam öldürülüb, yüzlərcə
zindanlara atılıb, camaatın gözü qarşısında dar
ağacından asılıb, beləliklə, Iranda siyasi fəaliyyət
ümumiyyətlə küclənir. Həm Azərbaycanda, həm
Kürdüstanda, həm Iran Türkmənistanında milli muxtariyyət,
milli azadlıq uğrunda mübarizə genişlənir. Bizim təşkilat
da bu axınla birlikdə öz mübarizəsini aparır.
Y.Ə.:
Əmirəli müəllim, 1945-ci ildə ADF-nin yaranması ilə
Stalinin inqilabi ixrac etmək siyasəti arasında bir əlaqə
olubdur?
Ə.L.:
Bu, heç vaxt ola bilməz. Və buna bir neçə səbəb var.
Bir səbəb odur ki, faşizm yıxılandan sonra bütün
dünyada milli azadlıq hərəkatı baş
qaldırmışdır. Müharibə qurtarandan bir neçə il
sonra Afrikada müstəmləkəçilik ləğv oldu. Bu, müharibədə
qələbə ilə bağlı meydana çıxan qüvvələrin
yaratdığı yeni tarazlığın nəticəsi idi.
Istəsək də, istəməsək də SSRI mənfi və
ya müsbət qiymətləndirilsə də o, faşizm üzərində
qələbə çalmışdı. Və onun 3-cü dünyaya təsiri
böyük idi. Məhz bu təsirin nəticəsində 3-cü dünya müstəmləkəçilik
zəncirindən azad ola bildi. Azərbaycan da həmçinin. 1945-ci
ilin sentyabrın 2-də Yaponiya təslim oldu, 3-də Firqə
yarandı. 3 aydan sonra milli hərəkat Azərbaycanda qalib gəldi.
Obyektiv olaraq milli azadlıq hərəkatına SSRI-nin təsiri
var idi. Lakin əgər Qərb öz tərəfdarlarına milli
azadlıq hərəkatını boğmaq üçün silah, pul
verirdi, kömək eləyirdisə, nə üçün milli azadlıq hərəkatlarına
arxa olan, silah verəni inqilabı ixrac edən
adlandırırıq. Bu xalqların milli-azadıq hərəkatlarına
təkan verməkdir. Qərbin, amerikalıların gücü
çatmırdı gəlib istədiyi kimi xalqların
başını əzsin, öz siyasətinə tabe olan adamı
gətirib hakimiyyətə qoysun. 2-ci səbəb isə odur
ki, Iranda minlərlə azərbaycanlı bir il vuruşub. Səttarxan
hərəkatında, Xiyabani hərəkatı dövründə
Rusiya Azərbaycana kömək etmədi. Əksinə, 19-11-ci ildə
rus ordusu Culfadan keçib daxil oldu Təbrizə və Səttarxan hərəkatını
ümumimyyətlə, dayandırdı. O zaman Azərbaycan bütün
Iranda məşrutiyyə, konstitusion monarxiyası
yaranmasında başlıca rol oynayıb, şimalda rus
qoşunlarına, cənubda ingilislərə qarşı
vuruşa-vuruşa. Düzdür, o zaman Qafqazdan az-maz maddi kömək,
silah gəlirdi. Amma təbrizlilər bir il mühasirədə idi.
Şahzadə Eynedollənin qoşunları şəhəri
mühasirəyə almışdı. Təbrizlilər yonca yeyib
məşrutəni saxladılar. Demək, Təbrizin özünün, Azərbaycanın
qeyrəti vardır ki, o xaricdən kömək almadan öz
azadlığı uğrunda mübarizə apardı. 1946-ci ildə
Azərbaycanda milli-azadlıq hərəkatının qalib gəlməsi
üçün hər şərait var idi. Rus, ingilis, amerika
qoşunlarının Iranda olması sadəcə istifadə
olunmuşdu. Onların Iranda olması demokratiyaya şərait
yaradırdı. Şah qaçmışdır, xalq
ayılmışdır, təşkilatlar yaranırdı.
Bizim 30 min fədaimiz var idi, 40 minlik qızılbaşlar təşkil
olundu. Onların arasında bir rus məsləhətçisi belə
yox idi. Azərbaycan xalqı heç kəsdən maddı kömək
almayaraq öz milli hökumətini qurmuşdu.
Y.Ə.:
Cənubi Azərbaycanda xalq hərəkatının məğlub
olmasında Rusiya, ABŞ, Igiltərə üçlüyünün Irana qoşun
yeritməmək və Iranın ərazı böyüklüyünü təmin
etmək haqqında müqaviləsinin təsiri olubmu?
Ə.L.:
1943-ci ilin yanvarında keçirilən Tehran konfransında
Iranın ərazı bütövlüyü və dövlət müstəqilliyini təmin
etmək haqqında üçlüyün qərarı olub. Müharibədən 6
ay sonra müttəfiq qoşunlar Irandan çıxdılar. Rusiya isə
müharibənin təzə qurtardığını, gərginliyin
qaldığını, Bakı neftini qorumaq lazım gəldiyini
göstərərək öz qoşunlarını bir az gec
çıxartdı. Amma bizim fikrimizcə sovet qoşunun da
qalmasına ehtiyac yox idi. Rus qoşunları müttəfiqlərdən
3 ay sonra Iranı tərk etdi. O vaxt artıq Azərbaycanda milli
hökumət qurulmuşdu və özünü qoruya bilərdi. Bizim məğlubiyyətimizin
iki səbəbi oldu birincisi3-cü Dünya müharibəsinin
başlanması, atom silahı Bakı nefti və s. üçün yarana
bilən böyük təhlükə;ikincisi, biz Iran hökuməti ilə
bağlanan müqavilənin şərtlərinin pozulmasına getmədik.
Iran qoşunu isə seçkilərə nəzarət adı ilə
gəlib hərəkatı boğdu.
Y.Ə.:
1979-cu ildə Siz Irana getməli idiniz. Buna nə mane oldu?
Ə.L.:
Şah hökuməti SSRI-yə şübhə ilə
yanaşırdı. Buradan gedənlər nəzarət
altına alınırdı.
Y.Ə.:
Siz Irana leqal getmək istəyirdiniz?
Ə.L.:
Bəli, leqal. IXP-nin mərkəzi Leypsiqdə yerləşirdi.
Onların siyasi bürosu üç-üç, beş-beş getdi Tehrana. Firqənin
sədr müavini Ənuşirəvan Ibrahimi də köçdü Təbrizə.
Bizim Firqənin üzvləri Təbrizdə bina icarəyə
götürmüşdülər. Üç aydan sonra mən də getməli olanda Bənisədr,
prezident hökuməti sərhəddi bağladı və
vizasız heç kimi buraxmadı. Artıq 79-cu ilin yayı idi.
1982-ci ildə isə orada olanlar hamısını tutub güllələdilər.
Ənuşirəvan Ibrahim də güllələndi.
Y.Ə.:
Sizin fikrinizcə, Iranda demokratik azadlıqlar üçün daha əlverişli
şəraiti şah üsul-idarəsi yaradırdı, yoxsa Islam
inqilabından sonra hakimiyyətə gələnlər?
Ə.L.:
Bizim üçün əsas şərt demokratik, müstəqil Irandır.
Şah rejimi heç bir siyasi qüvvəni qane etmirdi. Çünki bir adam oturub
bütün ölkəni idarə etməməlidir, özü də ki,
ABŞ-ın göstərişi ilə. Odur ki, xalq töküldü küçələrə.
Ruhanilər müstəqil Iran elan etdilər və biz də bu müstəqil
dövləti müdafiə edirdik. Lakin bu dövlət tez bir zamanda ən
mürtəce quruluşlu bir dövlətə çevrildi. O, bütün demokratik
azadlıqları boğdu. Tudəciləri, fədailəri,
mücahidləri, demokratları tutdu, başçılarını
öldürdü. Bu rejimləri müqayisə etmək düz deyil, onların hər
ikisi mürtəcedir.
Y.Ə.:
Kürd hərəkatının baş qaldırması ilə
bağlı Sizin mövqeyinizi bilmək maraqlıdır. Siz mətbuat
konfransında qeyd etmişdiniz ki, kürd hərəkatı Orta
Şərqdə vəziyyətə müdaxilə etmək üçün Qərb
ölkələri, ABŞ tərəfindən bir bəhanə,
siyasi kart kimi istifadə edilib.
Ə.L.:
Kürdüstan ümumiyyətlə həssas bir məntəqədir. Orta
Şərqdə Kürdlər əsasən 4 dövlətin ərazisində
yerləşir Iran, Iraq, Türkiyə, Suriya. Ingilislər, indi isə
amerikalılar öz mövqelərini regionda möhkəmlətmək üçün
kürd kartından həmişə istifadə ediblər. Kürdlər
isə öz növbəsində, bu vəziyyətdən istifadə
edərək muxtariyyət qazanmaq, istiqlala çatmağa
çalışırlar. Onu da qeyd etmək lazımdır ki, kürdlərin
öz dövləti heç vaxt olmayıb. Kürd hərəkati Iranda və
Iraqda xüsusilə güclüdür. Kürdlər şüurlu surətdə Qərb
ölkələrinə özlərindən siyasi kart kimi istifadə
etməyə imkan yaradırlar. Çünki bu, onların strateji məqsədlərinə
- vahid kürd dövləti yaratmağa uyğundur. Misal üçün, Iranda Kürd
Demokratik partiyası Iranın müstəqilliyini qorumaq şərtilə
özlərinə muxtariyyət tələb edirlər.
Y.Ə.:
Iranla Iraqda vəziyyəti başa düşmək olar. Onlar
ABŞ-ın regionda başlıca düşmənləri hesab
olunur. Bəs kürdlərin Türkiyədə baş
qaldırmasını nə ilə izah etmək olar? Axı
Türkiyə ABŞ-ın yaxın dostu, hər halda müttəfiqi
hesab olunur.
Ə.L.:
Belə hesab edirəm ki, kürdlərin Türkiyədə baş
qaldırmasında ABŞ-ın əli var. Bir də deyirəm
ki, bu, yalnız ehtimaldır. Çünki, onlar dostları
qarşısında da gələcək üçün rəqib
hazırlayırlar. Qərb siyasətində, parçala, hökm sür
prinsipi həmişə üstünlük təşkil edib. Fakt isə
odur ki, türk kürdlərini Iraq silahlandırır və Iraq ərazisində
onların bazası var. Iraqın mənafeyinə bu
uyğundur. Bu üç dövlət Iran, Iraq, Türkiyə - regionda bir-biri
ilə mübarizədə kürd kartından hökmən istifadə
edirlər. Düzdür, Iran və Iraq kürdlərindən fərqli
olaraq, Türkiyə kürdlərini ABŞ hələ açıq müdafiə
etməyib.
Y.Ə.:
Bəlkə bu onunla əlaqədardır ki, müasir siyasi vəziyyətdə
ABŞ Türkiyəyə qarşı öz münasibətini hələ
formalaşdırmayıb?
Ə.L.:
Son vaxtlar doğrudan da Türkiyə və ABŞ arasında yeni
münasibətlər formalaşır. Indiyə qədər Türkiyə
SSRI-nin qarşısını kəsən bir sədd rolunu
oynayırdı. Indi isə buna eytiyac yoxdur. Orta Asiya və
Qafqaz regionunda Türkiyənin nüfuzu böyükdür və təbii ki,
ABŞ bundan istifadə etməyə çalışacaq.
Y.Ə.:
Eyni zamanda Türkiyənin də nüfuzu regionda artacaq.
Ə.L.:
Düzdür. Regionda o ölkənin nüfuzu qalib gələcək ki, küclü
iqtisadiyyətı olsun. Zəif olan dövlətlər sadəcə,
ideoloji, dini faktorlara əsaslanıb uzun dövr ərzində nüfuz
qazana bilməzlər, keçici bir dövrdə isə bu mümkündür. Amma
Türkiyə və ABŞ-in iqtisadi potensialı çox güclüdür, onlar
bu regiona kapital qoyub, bölgədə nüfuz qazanıb buranı Qərbə
yaxınlaşdıra bilərlər.
Y.Ə.:
Onda belə bir problem üzə çıxır: SSRI-nin
dağılması, Orta Asiya və Qafqazda müstəqil dövlətlərin
yaranması ilə əlaqədar olaraq Iran və Türkiyə
arasında nüfuz dairəsinin genişlənməsi uğrunda
mübarizə gedir və bu mübarizənin daima güclənməsini
biz hiss edirik. Bu məqamda, Iranda Azərbaycan kartının
(kürd kartı kimi) oynanılması nə dərəcədə
realdır?
Ə.L.:
Şəxsən mənim zənnimcə, Iran kartının
burada oynanılması çətindir. Azərbaycanda iki qüvvə
var. Bir qüvvə Azərbaycan ziyalılarıdır və onlar
Türkiyəyə meyllidirlər. Çünki 18-20-ci illərdə Azərbaycanı
erməni işğalından məhz Türkiyə azad etmişdi,
bunlar ikisi də türkdilli xalqlardır. Türkiyənin iqtisadi
potensialı küclüdür və Qərbə yaxındır və s.
Iran isə ancaq dini nüfuz vasitəsilə Azərbaycana təsir
edə bilər. lakin bu zəif mövqedir. Reallıq isə belədir
ki, Türkiyə və Iran bir-birini Azərbaycanda təcrid etməyə
çalışsa, bu səhv siyasət olacaq. Regionun bu üç dövləti
bunu aydın başa düşməlidir.
Y.Ə.:
Qərb, ABŞ Cənubi Azərbaycandakı hərəkatdan
istifadə edə bilərmi?
Ə.L.:
Indi Azərbaycanda elə bir güclü hərəkat yoxdur ki, Qərb
ona istinəd edə bilsin.
Y.Ə.:
Ermənilərin kürd problemi kimi Azərbaycanda ortaya
atdıqları məsələni necə qiymətləndirirsiniz?
Ə.L.:
Qafqazda kürdlər iki yerə bölünüb Azərbaycanda və Ermənistanda.
Azərbaycanda kürd kartını oynatmaq Ermənistanda da kürd məsələsini
qızışdıracaq. Digər tərəfdən, Azərbaycanda
kürd problemi əslində yoxdur, çünki kürdlər Azərbaycan xalqı
ilə o dərəcədə qarışıb ki, bu məsələnin
problemə çevrilməsi mümkün deyil. Və ermənilər bu
kartı ortaya atmaqla özlərinə quyu qazırlar, çünki, kürdlərin
Ermənistanda vəziyyəti, etnik bir qrup kimi
acınacaqlıdır. Erməni lobbisi heç vaxt buna yol verməz.
Y.Ə.:
Əmralı müəllim, Firqənin fəaliyyətinə Azərbaycan
hökuməti hər hansı formada köməklik edirmi?
Ə.L.:
Biz 46 ildir ki, buradayıq. Biz burada özümüzü qərib hesab etmirik.
Amma mühacirik də, cibimizdə sənədimiz var. Firqəmiz
burada təşkil olub. Vaxtilə ADF-ə icazə
verilmişdi ki, öz təşkilatını bərpa etsin. Indi
bu, bir ənənə kimi davam edir. hökumət bizim üçün heç bir
maneə törətmir və biz müstəqil işləyirik. Arzumuz
da budur ki, Aəzrbaycan demokratik dövlət kimi inkişaf etsin,
çiçəklənsin. Biz də azərbaycanlıyıq, hər
xalda azərbaycanlı azərbaycanlıya heç bir pis şey
arzulamaz.
Y.Ə.:
Müsahibə üçün çox sağ olun. Biz də Istiqlal qəzetinin əməkdaşları
və oxucuları adından Sizə və ADF-nin üzvlərinə
can sağlığı və vahid Azərbaycan uğrunda
apardığınız işdə müvəffəqiyyətlər
arzulayırıq.
Müsahibəni apardı
Yaşar Əsədov.
Ermənistanın
Azərbaycana qarşı ərazi iddiası iki respublika
arasındakı əlaqələri gərginləşdirdi;
tezliklə Ermənistandan, onun ardınca Dağlıq
Qarabağdan yüz minlərlə azərbaycanlı öz dədə-baba
yurdundan qovuldu, Azərbaycana qarşı psixoloji müharibə
şiddətləndi, bir çox hallarda isə silahlı
toqquşmalarla nəticələndi.
Qərbin
təbliğat orqanları bu ixtilafları
qızışdırmağla, necə deyərlər, suyu
bulandırdılar ki, onda balıq tuta bilsinlər, gərgin vəziyyətdən
öz strateji məqsədləri xeyrinə faydalansınlar.
Sovet
Azərbaycanın da baş verən son hadisələrə təcziyə-tələb
erməni millətçilərinin Dağlığ Qarabağı
Azərbaycandan ayırıb Ermənistana birləşdirmək
məsələsinə münasibətdə zahirdə bitərəf
mövqe tutan islam respublikasının rəsmi məqamları,
kütləvi məlumat vasitələri, eləcə də
Avropada olan bir çox iranlılar böhranlı vəziyyətdə
özlərinin müsəlman Sovet azərbaycanlı
qardaşlarını tamamilə yaddan çıxartdılar. Hadisələrin
gedişi həssas bir mərhələyə çatanda, yəni,
iki Azərbaycan arasındakı sərhəd maneləri
götürülüb hər iki tərəfdən minlərlə adam Irana və
Şimali Azərbaycana axışmağa başlayanda vəziyyət
dəyişdi və onlar da ağır sükutlarını
sındırdılar, gözlənilmədən məqsədyönlü
mövqe tutaraq öz müsəlman azərbaycanlı
qardaşlarının necə deyərlər köməyinə
tələsdilər. Iran Islam Respublikasının rəhbəri
Əli Xamnei (17. 1-90 tarixdə) bildirdi ki, bu gün dünya islama
doğru hərəkət edir. Şurəviyə aid olan Azərbaycan
məntəqəsində bizim qardaşlarımız islama necə
əlaqə bəslədiklərini göstərirlər. Əgər
bir adam təsəvvür edə və ya qələmə verə
ki, bu düşüncə və ya hərəkətlər milli və
xəlqi ehsasatdır, bərk səhv edir. Ehsasat, islam
ehsasatıdır. Və bir milyard müsəlmah üçün cəzbedicidir.
Bu sözlərin ardınca Islam Şura Məclisinin 160 nəfər
nümayəndəsi sovet Azərbaycanındakı marksizm-leninzim
boşluğunu doldurmaq, Azərbaycanı islamlaşdırmaq
lüzumunu irəli sürdü. Beləliklə, onlar həqiqəti təhrif
edib, aydın mövqe tutmaqdan boyun qaçırdılar. Həqiqət
isə bundan ibarətdir ki, Azərbaycanda baş verən hadisələr
Islam Respublikası məqamları üçün gözlənilməz idi. Ona
görə ki, onlar azadlıq nəsiminin Cənubda da əsməsini
hiss edirdilər. ona görə də qorxuya düşmüşdülər
ki, azadlıq dalğaları genişlənər və Islam
Respublikası başçıları üçün də çətinliklər
yaradar.
Hakim
rejimin narahatlığı bir də ona görədir ki, Şimali
Azərbaycanda genişlənən azadlıq hərəkatı
Iran Azərbaycanına da təsir göstərə bilər, çünki
Iran Azərbaycanlılarının azadixahlıq ənənələrindən
başqa, milli və mədəni tələbləri də
vardır. Onlar, bu ümumi və xüsusi tələblərini həyata
keçirtmək üçün dəfələrlə ayağa qalxmış
istibdada qarşı mübarizə aparmış və
aparırlar.
Şimali
Azərbaycanda genişlənən demokratik hərəkatı
Islam Respublikası başçıları tərəfindən
islami hərəkat kimi qələmə verilməsi də
buradan irəli gəlir.
Avropada
olan bir sıra iranlılar da Şimali Azərbaycanda baş verən
son hadisələr barədə fikir söylədilər.
onların tutduğu mövqe hakim ruhanilərin mövqelərindən
zahirən fərqlənsə də mahiyyət etibarı ilə
birdir. Iranın milli neft şirkətinin keçmiş rəisi Həsən
Nəzih Şimali Azərbaycan hadisələrini bəhanə
edərək tələsik bildirmişdir ki, Azərbaycan
Iranın ayrılmaz hissəsidir. Azərbaycanın Şimal və
cənubi Iranın olmuş və Iranın olaraq
qalmışlar. Sərhəddin o tayında olan azərbaycanlıların
böyük əksəriyyəti bir gün Irana, öz həqiqi vətənlərinə
birləşəcəklərini arzu edirlər.
Həsən
Nəzih bir sıra adamaları ifratçı və seporatist ünsürlər
kimi ittiham edərək deyir: onlar sərhəd manelərini
aradan aprmaqla vahid və müstəqil bir Azərbaycan hökuməti
yaratmaq istəyirlər. O, bu hərəkəti
1324-25-(1945-46)-cı illərdə ki, Azərbaycan Demokrat Firqəsinin
xodmuxtarlıq (muxtariyyət) tələbi ilə müqayisə edərək,
öz hücumunun iti ucunu Azərbaycan Demokrat Firqəsinə yönəldir
və onu separatçılıqda ittiham edir. O, Şimali Azərbaycanda
baş verən Demokrat Firqəsinin qalıqlarının əməlləri
ilə bağlayır ki, bu da tamamilə əsassız və qərəzli
bir iddiadır.
Milli
Şura məclisinin keçmiş nümayəndəsi, Həbib Dadifər
tələsik Amerikanın səsi radiosunun mikrafonu
arxasına keçərək Şimali Azərbaycan hədisələrini
Azərbaycana zidd və Azərbaycan xalqının milli hüququnu
inkar etmək mövqeyindən qiymətləndirərək deyir:
Hətta Azərbaycan milləti və Azərbaycan hökuməti
sözləri mənasız və əsassız sözlərdir...Azərbaycanın
tərkibində olan 17 şəhər Iran şəhəridir.
Islam
Respublikasının birinci prezidenti Əbulhəsən Bənisədr
də bu karvandan geri qalmamış, Vaşinqton tayms qəzetində
çap etdirdiyi bir məqalədə Qorbaçovdan tələb
etmişdir ki, Sovet Azərbaycanın Sovet Ittifaqından
ayrılıb yenidən Iranla birləşməsinə icazə
versin.
Islam
Respublikasının xaricdə yayılan Keyhane Həvai qəzeti
də (13 dekabr 89, №858) Sovet və Iran Azərbaycanın
birliyi haqda şum zümzümələr adlı çap etdiyi yazıda
Türkiyədə çıxan Tempoya istinad edərək
yazmışdır: Sovet Azərbaycanın milli cəbhəsi
də müstəqil bir Azərbaycan ölkəsi yaratmağı tələb
etmişdir. Tempo jurnalının yazıçısı xalq cəbhəsi
rəhbərlərindən birinin evində Şah Ismayıl Səfəvinin
əksini müşahidə etməklə onu, Sovet Azərbaycanının
Iran Azərbaycanı ilə birləşməsi arzusunun simvolu
kimi qiymətləndirmişdir. Onların bu fikirlərini
araştırmaqla belə nəticəyə gəlmək olar
ki, Şimalın Cənuba birləşdirilməsi Azərbaycan
məsələsinin həll edilməsinin yeganə yoludur. Məsələnin
bu şəkildə həll edilməsi nəzəriyyəçiləri
hələ də böyük imperatorluq arzusu ilə yaşayırlar.
Bu isə uzaq olmayan dövrdə şiddətli təbliq edilirdi.
Iranın
hakim ruhaniləri bu məqsədə çatmağı Fəqahət
islamının genişləndirilməsində, Iran millətçiləri
isə ənənəvi və böyük dövlətçilik suyasəti
yeritməkdə görürlər. həm Irana hakim olan ruhanilər, həm
də ruhani olmayan millətçilər Iranda olan (azərbaycanlı,
kürd, ərəb, türkmən) millətlərini və milli
azadlıqları bir millət kimi tanimir və onları islam
ümməti və ya ĞIran millətiadlandırırlar. Beləliklə
də hər iki dəstə bir hədəfi nişan
almışdır: Iranda yaşayan xalqların xüsusilə Azərbaycan
xalqının milli hüquqların ayaq altına almaq, onların
ana dillərini qadağan etmək yolu ilə Iranın əzəmətini
bərpa etmək.
Ittilaat
qəzeti (24 yanvar 1990) qeyri-fars xalqların dilini qadağan etmək
barədə türkcə nitq başlıqlı bir yazı çap
etmişdir. Biz həmin yazını olduğu kimi oxucuların
mühakiməsinə veririk: Sovet Azərbaycanın müsəlmanları
ilə həmdərd olmaq islamı, insani və məntiqi bir
işdir. Lakin bunu azəri dilində bildirməyə zəruri
əsas yoxdur. Son vaxtlar Islam Şura Məclisi nümayəndələrindən
iki nəfər öz nitqlərinin müəyyən hossəsini türk
dilində söyləmişlər.
Əgər
məclisdəki çıxış və ya müzakirələrdə
nümayəndələrin yerli dildən istifadə etmələrini
qəbul etsək, onda yəqin ki, daş daş üstə qalmaz.
Kürdüstan nümayəndələri kürd dilində danışsalar,
onda bu, geniş siyasi və milli birliyi qorumaq cəhətdən
tənqid edilməklə yanaşı qanune-əsasinin də
(konstitusiyanın) ziddinədir.
Qanune-asasinin
15-ci maddəsində deyilir: Iran xalqlarının müştərək
dili və rəsmi yazısı farscadır... yəni ölkəmizin
bütün xalqları üçün müştərək və milli təsisatlardan
biri olan Islam Şura Məclisində danışmaq
lazımdır. Məclisin hörmətli rəyasət heyəti
bu işə lazımi diqqət yetirməlidir.
Ittilaat
qəzetində dərc olunmuş yazıda irəli sürülən
iddiaya görə, yerli (türk, ərəb, kürd) dilindən istifadə
əsas qanuna ziddir, siyasi və milli vəhdəti qorumaq
baxımından rədd edilməlidir. Belə yazıların
müəlliflərindən soruşmaq lazımdır ki, məgər
ölkənin rəsmi və yazısı fars dili olduğu üçün
müxtəlif dillrədə danışan müxtəlif xalqlar öz ana
dilində danışmamalı və öz mədəniyyətinin,
dilinin inkişafı və təkmilləşməsi yolunda
çalışmamalıdırlar. Kim bu haqqı fars dillilərə
vermişdir ki, (əksəriyyət olsalarda, əlbətdə
ki, əksəriyyət deyillər) başqa xalqları öz fikirlərin
ana dilində bildirməyə qoymasınlar?
Yuxarıdakı
yazı göstərir ki, müəllif milli vəhdət məsələsini
dərindən dərk etməkdən nə qədər
uzaqdır.
21-ci
əsrin astanasında bu cür düşüncə tərzi hazırki əsrin
ikinci və üçüncü onilliklərdəki ziyalıları
xatırladır. O zaman avropa görmüş bir sıra iranlı
ziyalilar Ariya irqinin üstünlüyü barədəki təbliğatın
təsiri altında başlarında böyük Iran arzusunu
dolandırırdılar. Məhz bu dövrdə saysız nəzəriyyəçilər
meydana çıxdı və Azərbaycan dilini yad və gətirmə
dil kimi qələmə verdilər Biz oxucuları bu
nüqsanlı fikirlərlə ona görə tanış edirik ki, qoy
onlar bu siyasi cərəyanın fikir əlaqəsini özləri
müqayisə edib və indiki dövrün bəşər hüququna zidd
olan bu köhnə düşüncələrini sələflərini
yaxından tanısınlar.
Azərbaycan
ədəbi dilinin min illik tarixi vardır. Xalq bu dildə çoxlu ədəbi
və bədii əsərlər yaratmışdır. Bu cərəyan
hazırki əsrin əvvəllərinə qədər davam
etmiş və təkmilləşmişdir. Lakin Pəhləvi
rejiminin meydana gəlməsi bu prosesi dayandırdı. Azərbaycan
dili yad dil kimi bütün idarə və məktəblərdə
qadağan edildi, paniranizm və Iranın keçmiş əzəmətinə
qayıtmaq əhali, xüsusilə cavanlar arasında təbliğ
edildi, Azərbaycanı monqol-türk dilinin təhlükəsindən
xilas etmək üçün daha kəskin tədbirlər həyata
keşirildi.
Azərbaycan
dili və mədəniyyətinin düşmənləri belə
iddia edirlər ki, türk dili bir neçə əsr qabağ hücum edərək
ölkəyə gəlmiş, zəhərli bir xəncər kimi
ölkəmizin ürəyinə yerimiş, təkcə Azərbaycan
və Zəncanda deyil, bəlkə Qəzvin və Həmədana
qədər nüfuz etmiş, hətta ölkə daxilində
Iranın beşiyi olan farsın ürəyində öz qorxunc kölgəsini
Qaşqai və digər köçəri tayfaların qara
çadırlarına salmış, heç bir zaman milli dil olmamışdır.
O, çağırılmamış, narahatlıq yaradan
qonaqdır, onu qovmaq lazımdır. Onlar bu
çağırılmamış qonağı qovmaq üçün plan tərtib
edib, dövlətdən tələb edirlər ki, farsdilli köçəri
tayfalarını yad dilli məntəqələrə göndərib
orada kənddə yerləşdirsinlər, onların əvəzində
o yerlərin yad dilli köçəri tayfalarını farsdilli məntəqələrə
köçürdüb məskunlaşdırsınlar. Xarici dillərin, Çingiz və
Teymurun talanlarının yadigarı olan coğrafi adlar fars
adları ilə dəyişdirilməlidir. Xorasan, Fars, Bəluçestan,
Azərbaycan, Krüdüstan və sair yer adlarını dəyişsinlər
(Ayəndə jur. 1959).
Beləliklə,
görürük ki, keçmiş rejimin nəzəriyyəçiləri fars
olmayan xalqlara qarşı necə qəddarlıqla plan
cızır və necə deyərlər xalqlar birliyini təmin
etmək üçün milyonlarla günahsız insanları özlərinin min
illik doğma yerlərindən qovub, təkcə xalqları
deyil, hətta ölkənin coğrafi adlarını da aradan
aparmağa çalışdılar. Indi də olduğu kimi davam edən
bu düşüncə tərzi bir sıra müasir ziyalılar
arasında elə kök atmışdır ki, bəzən adam
atom əsri ziyalıları ilə deyil, bəlkə orta əsrin
fanatik hakimləri ilə üzbəüz durduğunu düşünür. Hüseyn
Məhəmmədi adlı bir ziyalı da bu günki köhnə
fikirlərdən biridir. O, Bilik nəşriyyəsində
(Universitet nəşriyyatının mərkəzi nəşriyyəsi,
9-cu il, 4-cü nömrə, iyun-iyul 1989) Türk ədəbiyyatı Azərbaycan
separatistlərinin peqamçısıdı adlı bir yazı dərc
etdirmişdir. Yazı bu cümlə ilə başlanır: Neçə
vaxtdır ki, ölkəmizdə türk dilini qoruyanlar
tapılmışdır, onlar bu dilin ədəbiyyatı,
adı ilə qorxulu siyasi məqsədlər təqib edir,
nisbi qələm azadlığından istifadə edir və ya
əslində sui-istifadə etməklə əcnəbilərin
dəyirmanına su tökür, bu ölkənin təcrübəsiz
cavanlarına şer və nəsr pərdəsi bu ölkənin
parçalanması qorxusundan öz islami vətənini qorumaq üçün onlara
qarşı çıxan hər bir vətənpərvərin
alnına şovinist damğası vururlar.
Hər
bir açıq fikirli və azad düşünən oxucu üçün yaşamaq və
azad danışmaq hüququnu tanıyan bütün insanlar üçün
yuxarıdakı sətirləri izah etməyə ehtiyac yoxdur.
Iran əhalisinin üçdə biri azərbaycanlılardır. Lakin məhrum
və məzlum millətlərin dirçəldiyi əsrdə azərbaycanlı
adi insan hüququndan, yəni milli və mədəni hüquqdan
faydalanmaqdan məhrum olmuşdur. Bu tələbi deməyə
cəsarət edən, milli ədəbiyyat və mədəniyyətdən
istifadə etmək üçün çalışan hər bir adam Azərbaycan
seperatçılarının peyğamçısı elçisi kimi və
ya sadəcə olaraq əcnəbilərin dəyirmanına su
tökən kimi ittiham olunurlar.
Azərbaycanın
228, 234 kv. km. sahəsi, qədim, tarixi və zəhmətkeş
adamları vardır. Azərbaycan Rus-Iran müharibəsində iki
hissəyə bölündü (1828). Araz çayının Şimal hissəsi
Rusiyaya ilhaq edildi və elə həmin tarixdən də Azərbaycanın
Şimal hissəsinin tarixi taleyi başqa millətlərlə
bağlandı. Arazın cənub hissəsi isə Iranın tərkibində
qaldı. Azərbaycan 1921-ci il Rza xan hərbi çevrilişinə
qədər Qacar şahzadələrinin iqamətgahı idi.
Qacar sülaləsinin süqutundan sonra Pəhləvi şahları Azərbaycanın
milli varlığını inkar etmək, Azərbaycan dilini
aradan aparmaq siyasəti yeritdilər. çar Rusiyası da öz növbəsində
Şimali azərbaycanlıları Qafqaz tatarları
adlandırdı ki, bəlkə bu xalqın varlığı
tədriclə unudula, onların milli mədəniyyəti Rus mədəniyyəti
içərisində əriyib aradan gedə.
Oktyabr
inqilabı millətlərin varlığını rəsmən
tanıdı. Azərbaycanlı öz dilinin, öz mədəniyyətinin
inkişafı istiqamətində iri addımlar atmağa imkan
tapdı və nəhayət, Şımal 1992-ci ildə əsrlərlə
uğrunda mübarizə apardığı istiqlala çatdı, özünün
milli dövlətini yaratdı, Cənub isə muxtariyyət
uğrundə mübarizəni davam etdirir.
Mühacir qəzeti 15 oktyabr
1992-ci il.
Ə. Lahrudi.
Amerika
bu ölkə 200 ildir ki, istiqlala çatmış, iki böyük müharibəni,
istiqlal müharibəsini və şimal ilə cənub arasında
gedən vətəndaş müharibəsini arxada buraxmış,
qüdrətli iqtisadiyyat və sabitləşmiş siyasi sistem yaratmışdır.
Vahid etnik qrup deyil, müxtəlif irq və qruplardan ibarət olan
Amerikalı bu torpağı öz vətəni hesab edir. Onun əzmətilə
iftixar edir.
Rəsmi
Amerika milyonların və milyardların gözü
qarşısında belə canlanır. Əslində isə
bu günkü əzəmət cinayətkar müharibələr aparmaq.
Amerika qitəsinin mərkəz və cənubunu qarət etmək.
Afrikadan gətirilmiş qulları və qırmızı dərili
yerli əhalini vəhşicəsinə istismar etmək, cənubi-şərqi
Asiyada müstəmləkiçilik müharibəsi aparmaq, birinci və
ikinci dünya müharibəsində qaliblər sırasında
olmaqla əldə edilmişdir.
Dünya
imperializminin özbaşınalığını məhdudlaşdıran
qüdrət (Sovet Ittifaqı) dağıldıqdan sonra Amerika
müasir tarixdə ilk dəfə olaraq çoxmillətli kapitalın
azad hərəkətini və təhlükəsizliyini təmin edən
onun üçün bazar qəsb edən yeganə qüdrətdir. Amerika
iqtisadiyyatında dövlət bölməsi yoxdur. Istehsalat və xidmət
xüsusi kapitalın əlindədir. Kiçik bir qrupun əlində
toplanmış, bu kapital dünyanın bütün qitələrində
fəaliyyət göstərir. Amerikanın nüfuzu altında olan
dünya bankı və valyuta fondu əsasən üçüncü dünya ölkələrinə,
son vaxtlarda isə Şərqi Avropaya və Müstəqil Dövlətlər
Birliyinə öz müstəmləkəçilik siyasətini diktə
edir.
Amerikanın
iqtisadi və siyasi sistemi biri digərini təkmilləşdirən
mexanizm üzərində qurulmuşdur. Bu sistem iki partiyalıq əsasında
yaranan prezidentlik dövlət formasıdır. Baş Nazır və
Dövlət başçısı funksiyasının eyni vaxtda ifa edən
prezident geniş ixtiyara, konqresin qərarlarını veto etmək
hüququna malikdir.
Prezident,
senat və nümayəndələr palatasının
yarısı və ştatların qubernatorları dörd ildə
bir dəfə seçilir. Demokrat və respublika partiyaları tərəfindən
aparılır. Proqramı bir-birindən fərqlənməyən
bu partiyaların fəaliyyəti seçki keçirilən zaman həddən
aşır. inhisarçı kapital tərəfindən milyonlarla
pul xərc edən bu partiyalar öz nümayəndəsini ağ evə
göndərmək üçün təbliğat tozanağını göylərə
qaldırırlar. Amerika əhalisinə bollu vədlər
verir. Nəhayət iki namizəddən biri ağ evə yol
tapır, çoxmillətli inhisarçı kapitalın keşikçisini əvəz
edir.
Dünyanın
düşünən beynini və yaradan əlini cəzb edən
Amerika öz dövlət sistemini yaradarkən onu idarə edən elita
hazırlayır. Böyük kapital sahibləri dövləti bir başa
idarə etmək işində iştirak etmirlər.
Bunların iqtisadi müəssisələrini idarə edən məmurlar
prezident, senator və qubernator vəzifəsinə seçirilirlər.
həmin məmurların vəzirlik, vəkillik vaxtı
qurtardıqdan sonra yenə əvvəlki xidmətə
qayıdırlar, ərbaba daha sədaqətli qulluq edirlər.
Amerika demokratiyası belədir. Başqa sözlə iş bölgüsü
daha diqqətlə aparılan bu ölkədə dövlət
qulluqçuları deyilən sosial qrup siyasi sistemi idarə edir.
iqtisadiyyatın şah damarını əlində saxlayan
milyard sahibləri isə iqtisadiyyatı idarə edirlər. Əhalinin
qalan hissəsi və onun böyük əksəriyyətini təşkil
edən orta təbəqə kredit vasıtəsilə xüsusi ev
və avtomobil sahibidir. O, ömrünün axırına qədər
işləməli, həm özünü dolandırmalı, həm də
kreditin faizinin geri qaytarmalıdır. Həmin orta təbəqədir
ki, orta həyat səviyyəsini əldən verməmək
üçün gah demokratlara, gah respublikaçılara səs verir. Onu hansı
partiyanın hakimiyyətə gəlməsi deyil, orta həyatını
qoruyub saxlamaq maraqlandırır. Bir sözlə, Amerika
demokratiyası kapital əsasını təşkil edən
mövcud ictimai sistem üzərində qurulmuş, onu müdafiə və
mühafizə edən demokratiyadır. Hakimiyyətə gələn
kapital özünün antipodunu, fəhlə sinfini meydana gətirmiş və
onun təşəkkül və mübarizliyi qarşısında geri
oturmağa məcbur olmuşdur.
Amerikadan
fərqli olaraq Qərbi Avropa fəhlə sinfinin hakimiyyətə
gəldiyi Rusiya ilə qarşı-qarşıya durmalı
olmuş, buna görə də sosial güzəştlərə getməyə
və siyasi demokratiya verməyə boyun əymiş, fəhlə
sinfinin yaratdığı izafi dəyərin müəyyən
hissəsini əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə
sərf etmişdir. Elə buna görə Qərbi Avropada Amerikadan
fərqli olaraq siyasi plüralizmin ictimai əsası daha
genişdir. Burada siyasi partiyalar sinfi və dini əlamətlar
üzrə yaranır bu və ya digər şəkildə mənsub
olduqları siniflərin mənafeini müdafiə edirlər. biri
digərini əvəz edən xristiyan demokratlar, mühafizəkar,
sosialist və sosial-demokratlar hakim partiya kimi bu ölkələri
idarə edirlər. parlamentə yol tapan sol partiyalar isə
hakim məqama çata bilmir, 5 faiz səddini sındıra bilmədikdə
parlamentə nümayəndə göndərməkdən məhrum
olurlar. Amerikadan fərqli olaraq burada kapital hakimiyyətinə
sadiq olan fəhlə partiyaları cəmiyyətdə müvazinət
yaradır. Sosial güzəştlərə əl atmaqla ziddiyyətləri
həll etmək istəyirlər.
Amerikadan
fərqli olaraq Qərbi Avropada çoxpartiyalılıq ənənəyə
çevrilmişdir. Burada mühafizəkar və demokrat partiyaları
hakimiyyəti öz inhisarlarına almaqla yanaşı yerli hakimiyyət
orqanlarında sol partiyaların iştirakına da imkan verirlər.
bu onların daha da demokrat kimi təzahür etmələri üçün
lazımdır. Iqtisadiyyatda iki bölmənin mövcud olması,
çoxpartiyalıq və ya siyasi plüralizm, hakimiyyətin yüksək
pilləsinin burjua və fəhlə partiyaları arasında
bölüşdürülməsi, aşağı pillədə isə sol
partiyalara yer verilməsi ilə qərbi avropa əməldə
iki bürjua partiyaları tərəfindən idarə edilən və
sol partiyaların təşkilinə belə məhəl
qoymayan şimali Amerikadan fərqləndirən amillər
sırasındadır.
Bütün
bu fərqlərə baxmayaraq Qərb dünyası və başqa
sözlə seckili yol ilə cəmiyyəti idarə etmək,
siyasi demokratiyaya kapital dünyasını azad və xoşbəxt
insanlar dünyası kimi qələmə verir, bununla da iqtisadi
qeyri-bərabərliyi və iqtisadi köləliyi ört-basdır etməyə
çalışır. Kapital
dünyası doğrudan da azad dünyadır?
Rusiyada
1917-ci ldə başlanan radikal dəyişiklər əhalinin
yüksək rifaha nail olmasını başlıca məqsəd
kimi qarşıya qoydu. Lakin Rusiyanın iqtisadi və intellktual
potensialının aşağı səviyyədə
olması ölkə başçılarının fəsad
batlağına qərq olmaları üzündən Rusiya
qarşıya qoyduğu məqsədə nail ola bilmədi.
Sosializm məğlubiyyətə uğradı. Bərabərlik
və musavat ideyasını özündə cəmləşdirən
sosializm cazibədarlığını əldən verdi.
Şərqi Avropada Qərbə və Qərb modelinə meyl
gücləndi. Ictimai mülkiyyət bazar iqtisadiyyatı adı
altında demontaj edilməyə başladı. Iqtisadi struktur
dağıldı. Siyasi sistem isə işgüzarlıq
bacarığını əldən verdi. Bazar iqtisadiyyatı
dəllallıq iqtisadiyyatına çevrildi. Nədənsə, rəsmi
dairələr bu həqiqəti etiraf etməkdən boyun
qaçırır. Ideal cəmiyyət qurmağa can atır. Qərb
demokratiyasını yamsılamaqla kapital dünyasının
cahanşümul xarakter daşımasını avam adamlara
aşılamağa çalışır.
Indi
Şərqi Avropa Qərb demokratiyasına ikinci həyat verən
təcrubə laboratoriyasına çevrilir. Yenidənqurma (iqtisadi
sistemi dəyişmək) demokratiya (söz və mitinq
azadlığı) bu təcrübə laboratoriyasının
işə düşməsi üçün başlanğıc olsa da
iqtisadiyyatın Qərbsayağı bazara keçməsi geriyə
doğru hərəkət, demokratiya isə hakimiyyəti ələ
almaq üçün vasitə oldu.
Amerikanın
iqtisadi və siaysi sistemini ideal cəmiyyət kimi kopiya etməyə
can atanlar Amerikada qubernatorlar seçki yolu ilə seçildiyi halda burada
qubernatorlar fərmanlarla təyin olurlar. Yerli orqanlara seçki
keçirilməsi dondurulur, diktatorluğa doğru gedən avtoretar
rejim yaranmasına meyl göstərilir.
Şərqi
Avropada, Rusiyada kommunizm amirlyi, demokratiya amirliyi ilə əvəz
edilir. Qərb demokratiyası Elba çayı üzərində körpü
salmağa onu Şərqə yönəltməyə cürət
etmir. Burada yalnız subyektiv, obyektiv amil dəxalət edir.
Şərqdə Kommunizm rejimi Qərb demokratiyasının
qarşısında sədd idisə, o, Qərbi okean içərisində
ada kimi əhatə edən üçüncü dünyaya, Qərb kimi bazar
iqtisadiyyatı hakim olan Asiya, Afrika və Latın Amerikasına
nüfuz edə bilmir, daha doğrusu nüfuz etmək belə istəmir.
Qərb demokratiyası Qərb üçündür. Şərq istibdadı
isə şərq üçün yaradılmışdır. Şərqin
avam camaatı isə Qərbə oxşar iqtisadi və siyasi
sistem yaradılmasına ümid bəsləyir. Bu xoş arzunun
gerçəkliyə çevrilməsi üçün yeni, fədakarlığa,
aclığa, işsizliyə, cəhalətə sinə gərir.
Təcrübə laboratoriyası isə
başlanmışdır. Qərb demokratiyası bu
laboratoriyadan keçərkən Şərq diktaturası üçün nəzəri
əsas hazırlamaqla məşğuldur.
Mühacir
qəzeti 15 oktyabr 1992-ci
Ə. Ə. Lahrudilə.
Əfqanıstan
Orta Şərqdə ən geridə qalmış ölkələrdən
biridir. Uzun illər xarici aləmdən təcrid edilmiş bu
ölkə ibtidai kənd təsərrufatı və ənənəvi
əl sənayesinə əsaslanan iqtisadiyyata malikdir. Əhalisinin
böyük əksəriyyəti köçərilərdən və kəndlilərdən
ibarət olan, heç bir mərkəziyyətə tabe olmayan tayfa
başçıları ölkənin, sözün həqiqi mənasında, mərkəzləşmiş
dövlətdə birləşməsinə maneə törətmişlər.
Əfqanıstan eyni zamanda çoxmillətli ölkədir. Onun
şimal rayonlarında taciklər, özbəklər, türkmənlər,
qərbində puşdunlar, şərqində isə bəluçlar
və həzarilər yaşayırlar. Əhalisinin əksəriyyətini
sünnülər, azlığını isə Iranla həmsərhəd
olan şiyələr təşkil edirlər. ingilislərin
müstəmləkəsi olan Əfqanıstan ancaq 20-ci illərdən
sonra həqiqi istiqlala nail oldu. Lakin çoban və kənd
iqtisadiyyatına malik olan bu ölkənin əhalisi demək olar
feodal dərəbəylik şəraitində
yaşamış, müasir kommunikasiyaya malik olmamış, elə
buna görə də xarici aləmlə fəal əlaqə yarada
bilməmişdir. Hindistan yarım adası istiqlala nail olduqdan,
burada iki dövlət Pakistan və Hindistan dövlətləri
meydana gəldikdən sonra, ümumiyyətlə, müstəmləkə
sistemi dağılmağa başladıqdan sonra Hindistan, Iran və
Sovet Ittifaqı ilə əlaqə yaratmış, xarici siyasətdə
Sovet Ittifaqına yaxınlaşmış, bu ölkə ilə
geniş iqtisadi və texniki əməkdaşlıq etməyə
başlamışdır. 60-ci illərdən başlayaraq Sovet
Ittifaqının ali məktəblərində, eləcə də
hərbi akademiyalarında minlərlə əfqanlı tələbə
təhsil almışdır. Eyni zamanda əfqan gənclərinin
Qərbi Avropada təhsil alması üçün şərait
yaranmış çoxsaylı əfgan gənclərinin Qərbə
axını genişlənmişdir.
Şərq
və Qərb mədəniyyəti ilə tanış olmaq
imkanı əldə edən əfqan kəncləri modern Əfqanıstan
yaratmaq fikrinə düşür. Radikal cərəyanlarla, əlaqəyə
girir, sol ideyanın təsiri altına düşür, əfqanıstanda
marksist cərəyanların yaranmasına təsir göstərirlər.
60-70-ci illər feodal Əfqanıstanın kəncləri və
ziyalıları, ordu zabitləri, həkim və mühəndislərdən
ibarət əfqan cəmiyyətində yeni kateqoriyalı
ictimai qrup əmələ gəlir. Onlar daxili və xarici
amilin təsiri altında Əfqanıstan sıçrayış
yolu ilə feodal quruluşundan modern quruluş yoluna
çıxarmağa cəhd göstərirlər. 7 Sur (aprel)
çevrilişi bu sıcrayışın zirvəsi idi. Əfqanıstanın
faciəsi də buradan başlayır. Zahir şahın xaricə
səfəri ilə əlaqədar hakimiyyəti qəsb
etmiş Məhəmməd Davud xan hökuməti hərbi
çevriliş yolu ilə devrilir, hakimiyyət Xalq Demokratik
Partiyasının əlinə keçir. Heç bir iqtisadi zamini olamayan
islahatlar, o cümlədən torpaq islahatı aparılır. Ölkənin
sosialistləşdirmə planı tərtib edilir və həyata
keçirilməyə başlayır. Bu isə həm əfqan
feodallarını, həm də dünya imperializmini, onun əlaltısı
olan Iran şahını, Səudiyyə Ərəbistanını,
Pakistanı, eləcə də kommunist və fəhlə hərəkatına
başçılıq etmək uğrunda Sovet Ittifaqı ilə rəqabətə
girən kommunist Çinini Əfqan dövlətinə qarşı
qaldırır. Savadsız, geridə qalmış Əfqan kəndlisi
mülkədarın təsiri altına düşür, yeni Əfqan dövlətinə
qarşı çıxır. Pakistanda və Iranda üsyançılar üçün
möhkəm dayaq məntəqəsi yaranır. Şiyə Iran, vəhabi
ərəbistan sünni Pakistan, kommunist Çin və xristian Amerika
cihad edən mücahidlərin arxasında durur, onları silah və
pul ilə təchiz edirlər. Marksist ideologiyası zəminində
yaranan Əfqanıstan Xalq Demokratik Partiyası və onun
yaratdığı hökumət Sovet Ittifaqına müraciət edir.
Xarici təcavüzə qarşı mübarizə aparmaq üçün Sovet
qoşunları Əfqanıstana daxil olur. Iki lager Əfqanıstan
cəbhəsində üz-üzə durur. Ruslar öz məsləkdaşlarına
kömək etmək və bununla da cənub sərhədlərinin
təhlükəsizliyini qorumaq iddiası ilə çıxış
edir. Əfqan üsyançıları və ona baza verən Iran və
Pakistan islamın müdafiəçisi kimi çıxış edir. Çin və
Amerika isə Sovet ekspansiyasının qarşısını
almaq adı ilə mücahid adlanan üsyançılara silah verir və
maliyyə yardımı göstərir. Iki fövqəldövlətin qüdrətnümalıq
etdiyi əfqanıstan dünya siyasətinin düyün nöqtəsinə
çevrilir. Soyuq müharibədə Qərbin Şərqin üzərində
qələbəsini surətləndirən amillər
sırasına daxil olur. Rusiyada hakimiyyətə gələn və
bütün cəbhə boyu düşünmüş və planlı şəkildə
geri oturan Qorbaçov Əfqan cəbhəsində də geri oturur.
Sovet qoşunları Əfqanıstandan çıxır, Rusiyaya
bağlı olan Nəcibulla hökuməti müqavimət göstərir,
əfqanıstanda vətəndaş müharibəsi şiddətlə
davam edir. SSR-nin dağılması, Yeltsinin hakimiyyətə gəlməsi
Nəcibulla hökumətinin devrilməsini sürətləndirir
hakimiyyət mücahidlərin əlinə keçir. Əfqanıstan
Islam Respublikası elan olunur. Başıbəlalı Əfqan
xalqı kafirlərə qarşı müqəddəs müharibədə
qırılır. Milyonlarla təlafət verir. Əfqan şəhər
və kəndləri viran olur, milyonlarla Əfqan
qaçqınları başqa ölkələrə qaçır, sanki
islamın küfr üzərində qələbəsi Əfqan
xalqı üçün sülh və əminəmanlıq gətirir.
Yaşıl Islam bayrağı altında müharibənin
dağıntıları bərpa edilir. Qaçqınlar evlərinə
qayıdır. Əfqanıstan dinc həyat qurmağa
başlayır. Lakin bütün bunlar Əfqan xalqı üçün xoş arzu
imiş, mücahidlərin bir dəstəsi mücəddədi, Rəbbani
və Əhməd şah Məşud Kabulu ələ keçirir. Əfqanıstan
Islam Partiyasının başçısı Gülbiddin Hikmətyarla
qarşı-qarşıya dururlar. Vətəndaş müharibəsi
ən dəhşətli bir mərhələyə qədəm
qoyur.
Mücahidlərin
qələbisindən 10 ay keçir. Əfqanıstanda qardaş
qırğını davam edir. kabul şəhəri viran
edilmiş, qarşı-qarşıya durma daha da şiddətlənir,
müharibəyə son qoyulacağına inam itir. Yeni istiqlal əldə
etmiş Orta Asiya Respublikalarında siyasi, sosial və iqtisadi
böhran şiddətlənir. Orta Asiyanın ikkinci Əfqanıstana
çevrilməsi təhlükəsi artır. Tacikistan faciəsi bu təhlükənin
başlanqıcı hesab olunur. Əfqanıstandan kömək alan
tacik müsəlmanları və radikal demokratları bir neçə
illik hərbi toqquşmalardan sonra məğlubiyyətə
uğrasalar da Tacikistanın ikinci Əfqanıstana çevrilməsi
təhlükəsi hələ də aradan getməmişdi. Rus
qoşunları mühafizəkarlara Tehranın dili ilə desək
komunistlərə hərbi yardımla təhlükənin
qarşısını ala bilsələrdə Tacikistan hadisəsi
kül altında közə bənzəyir.
Ziddiyyətlə
dolu olan bu məntəqə paradoksların şahididir.
Kommunizmə qarşı cihad adı ilə Əfqan
xalqını qırğına verən daxili və xarici
irtica kommunizm təhlükəsi aradan getdikdən sonra görəsən
nə üçün bu xalqın qırğınının
qarşısını almaq istəmir? Dünyaya ağalıq
etmiş və bundan sonra da öz ağalığını saxlamaq
istəyən imperializm onlarla alovlanan-yanan əfqanıstanlar
yaratmasa, ac-yalavac xalqları bir-birinin canına salmasa,
onların faciəli həyatlarına ağalıq edə bilməz.
Məsələnin mahiyyəti də bundan ibarətdir. Qalan nə
varsa, bu cinatətlərə bəraət qazandırmaq məqsədi
güdür. Bunun üçün ideoloji postulatlardan istifadə olunur. Şərq
Qərbə qarşı qoyulur. Xristianlıq islamla
toqquşdurulur. Əfqanıstan bu oyunun klassik nümünələrindən
biridir. Təəsüflər olsun ki, məzlum xalqlar düşdükləri
bu tordan çıxmağa hələ ki, qadir deyildir.
Mühacir
qəzeti 24 fevral 1993-cü il.
Elm
və texnikanın inkişafı kütləvi informasiya vasitələrinin
və müasir texnika ilə təchiz edilməsi, rabitə vasitələrinin
sürətlə artması xalqlar və ölkələrarası
münasibətlərin genişlənməsinə, insanların
bir-birilə yaxın əlaqəyə girmələrinə və
faydalı əməkdaşlıq etmələrinə
geniş imkan və əlverişli şərait yaradır.
Dövlətarası münasibətlərin səmərəli istiqamətdə
aparılmasında səfirlərin özünəməxsus rolu olub.
Öz ölkəsinin elçisi olan səfir xalqları bir-birinə
yaxındaşdıran mədəni və iqtisadi əlaqələrin
genişlənməsinə səy göstərir, dostluq və əməkdaşlıq
üçün zəmin hazırlayır. Bu baxımdan Iran Islam
Respublikası səfirliyinin geniş miqyaslı fəaliyyəti
Azərbaycan Respublikası əhalisinin diqqət mərkəzindədir.
Cənab
səfirin təşəbbüsü ilə ictimai təşkilatların
və mətbuat orqanları nümayəndələrinin, ədib
və şairlərinin Iran Islam Respublikasına xoş məramlı
səfərləri təşkil edilir, Irana səfər edən
azərbaycanlılar ölkənin mədəniyyəti ilə
yaxından tanış olur, görkəmli şəxsiyyətlərlə
əlaqə yaradır, uzun illər biri digərlərindən
xəbərsiz qalan iranlı və azərbaycanlı
arasında mənəvi və mədəni əlaqə
genişlənir, dostluq və qardaşlıq münasibətləri
möhkəm bünövrə üzərində qurulur. Iran Islam
Respublikasının xeyirxah adamları, ədəbi və mədəni
dairələri qardaş xalqlar arasında daha artıq əlaqə
yaradılmasına yeni müstəqqilliyə nail olmuş Azərbaycana
yaxından kömək etməyə səy göstərirlər. Erməni
təcavüzünə qarşı aparılan müharibədə
yaralanmış Azərbaycan əskərlərinin Təbriz, Rəşt
və Tehran xəstəxanalarında müalicə edilmələləri
Iran xalqlarının Azərbaycan Respublikasına göstərdiyi
qardaşlıq köməyinin təzahürüdür. Bununla yanaşı
Iran Islam Respublikasının Azərbaycana, xüsusilə Erməni
tərəfindən blokadaya alınan Naxçıvan Muxtar
Respublikasına göstərdiyi humanitar yardım Iran
xalqlarının Azərbaycana göstərdikləri
qardaşlıq köməyidir. Lakin cənab səfir bu istiqamətdə
görülən işlərlə yanaşı bu və ya digər həssas
məsələrdə amirlik mövqeyindən çıxış
edir, Cənubi Azərbaycanda baş vermış tarixi hadisələrə
obyektiv münasibət bəsləmir, ancaq milli dil və mədəniyyətinin
özünə qaytarılması üçün ayağa qalxan Azərbaycan
xalqının milli hərəkatını (21 Azər hərəkatını)
düzgün qiymətləndirmir. Bütün ömrünü ancaq və ancaq Iran
xalqlarının azadlığı uğrunda mübarizəyə
həsr edən Pişəvəriyə qarşı ədalətsiz
mövqe tutur. Düzgün olmayan belə bir iddia irəli sürür ki, güya
Pişəvəri Stalinlə həmrəy olub, Iranda həmin
cinayətləri edib, iranlılar onu ölkədən qovublar
(Şəhriyar №1 1993-cü il).
Cənab
səfir bu sözləri Bakı şəhərində təşkil
etdiyi mətbuat konfransında demiş və mətbuat nümayəndələrini
amiranə bir şəkildə məzəmmət etmiş və
demişdir: Siz isə burada onları anacaq tərifləyirsiniz,
böyüdürsünüz. Sonra o, mətbuat nümayəndələrindən
soruşmuşdur: nə üçün belə edirsiniz? Məgər
jurnalistin borcu budur ki, hadisələri təhrif edib yalan
danışsın, xalqın ziyanına işləsin?. 21 Azər
hərəkatının ildönümü münasibəti ilə Bakı
televiziyası vasitəsilə göstərilən müsahibədə
cənab səfiri narahat etmişdir - Bu barədə o, belə
deyir: Həmin ruhda olan veriliş düz üç dəfə ekranlarda,
üç dəfə çürümüş kommunistləri burada Iran xalqını
təmsil eləyənlər kimi xalqa göstərdilər.
Cənab
səfrin Pişəvəriyə qarşı mənfi mövqe
tutması hadisələri qeyri-obyektiv qiymətlədirməməkdən
irəli gəlir. Pişəvəri Iranın istiqlalı
uğrunda mübarizə aparan şəxsiyyətlər
sırasındadır. O, cinayətkar Məhəmməd Rza
Şah rejiminə qarşı üsyan edən Azərbaycan
xalqının milli hərəkatına baçşılıq
etmişdir. 30 mindən artıq azərbaycanlını Məhəmməd
Rza Şahın cəza dəstələri qətlə
yetirmişlər. 10 minlərlə Azərbaycan ailəsi Məhəmməd
Rza Şahın göstərişi ilə Iranın cənub məntəqələrinə
sürgün edilmişdir. Pişəvərini Iran xalqı deyil,
Amerikanın əlaltısı olan şah rejimi ölkədən
çıxmağa məcbur etmişdir. Tarixi təhrif etmək
xalqlararası münasibətlərin formalaşmasına kömək
etmir.
Cənab
səfir növbəti mətbuat konfransında tarixi hadisələr
deyil, günün məsələsinə toxunur və qeyd edir Hər
ölkənin qanunvericiklə təsbit olunmuş rəsmi dövlət
dili vardır və bu heç də birinin mədəniyyətini,
adət-ənənəsini digərinə zorla qəbul etdirməsi
demk deyildi (7 gün qəzeti, 13 mart 1993).
Cənab
səfir belə bir müqəddimədən sonra qeyd edir ki, Iranda
fars dili dövlət dilidir. Islam mədəniyyəti ilə
tanış olmaq üçün ərəb dilinin öyrənilməsi də
xeyli gücləndirilmişdi. Elə də beynəlxalq ticarət,
sənaye və qarşılıqlı əlaqələr dili
kimi tanınan ingilis dilinə də maraq artıqdır. Cənab
səfirin fikrincə fars, ərəb və ingilis dili
iranlıların dövlət dili, din dili və ticarət dilidir.
Bu dillər tədris olunur və iranlılar onları maraqla
öyrənirlər. Azərbaycan dilini tədris edib öyrənməyi
bizim övladlarımıza bir o qədər zəruri saymırlar,
cünki nə din dilidir, nə də beynəlxalq əhəmiyyət
kəsb edir. Cənab səfir burada tamamilə hissiyata
qapanır, özünün azərbaycanlı olmasına baxmayaraq azərbaycanlıları
təhqir edir. azərbaycan ərazisində 10 milyon əhali
yaşayır, fars dilində ancaq dövlət qulluqçuları və
ziyalılar oxuyub-yazmaq imkanına malikdirlər, onların böyük
əksəriyyəti, fars dilini türk ləhcəsi ilə
danışırlar. Başqa sözlə desək, dövlət dilini
böyük bir xalq məcburiyyət qarşısında öyrənməli
olur. Ərəb, ingilis dilinə gəldikdə isə bu dilləri
yazıb oxuyanlar barmaqla sayıla bilər. dindarlar və tacirlər
gündəlik tələbatdan irəli gələn zərurət
nəticəsində ərəb və ingilis dilini öyrənirlər.
Iran ziyalılarının böyük əksəriyyəti ərəb,
ingilis dilini öyrənməyə belə ehtiyac hiss etmirlər.
Çünki onlar ticarətlə məşğul olmur və din təbliğatçısı
deyildirlər. Azərbaycanlı isə min illərdir öz dilində
danışır öz milli mədəniyyətini qoruyub
saxlayır, milli folklorunu yaradır, sinədən-sinəyə
və nəsildən-nəsilə keçirir, onu yaşadır. Azərbaycan
kəndlisi dövlət dilini öyrənmək iqtidarına malik
deyil. Dövlət idarələrinə müraciət edərkən
fars dilini bilən mirzədən xahiş edir, ərizə
yazdırır və tərcüməçi vasitəsilə öz istək
və arzusunu fars dilli dövlət qulluqçusuna çatdırır.
Azərbaycan
dili dünyanın qədim dillərindən biridir. O, fəlsəfi,
siyasi, elmi ədəbi dildir. Azərbaycan dilində yazılan
şer axar çeşməyə bənzəyir, musiqi kimi səslənir.
Cənab səfir Azərbaycan xalqının dilinə, ənənə
və adətinə hörmət etməklə iki xalq arasında əlaqələrin
dərinləşməsinə kömək edə bilər. hər
bir vətənpərvərin cənab səfirə tövsiyyəsi
isə bundan ibadətdir.
Mühacirqəzeti 13 aprel
1993-cü il.
Ə. Lahrudi.
17
və 19 əsr sənaye inqilabının baş verdiyi və
maşınlı sənayenin inkişaf etdiyi əsrdir. Bu zaman
fabrik və zavodlar meydana gəlir. Sahibkarlar silki yaranır, kəndləri
buraxıb şəhərlərə axışan kəndlilər
müzdlu əməkçilərə çevirirlər. Ilk növbədə
toxuculuq sənayesi inkişaf edir, kənd həmin sənayenin
xammal mənbəyinə və satış bazarına çevrilir.
Maşınlı
sənaye genişləndikcə kapital hakimiyyəti gəsb
edir, kapital boyunduruğu altında işləyən və əsas
məhsul istehsalçısı olan fəhlələr özünü dərketmə
məqamına çatırlar. Kapitalın mərkəzləşməsi
ilə fəhlə sinfinin təmərküzləşməsi və
təşəkkül tapması paralel şəkildə baş
verir. Siniflər arasındakı ziddiyətin şiddətlənməsi,
iş vaxtının azalması, iş şəraitinin
yaxşılaşması, əmək haqqının
artırılması uğrunda mübarizənin kəskinləşməsinə
təzahür edir. çikaqo fəhlələrinin etiraz nümayişi,
şəhər polisinin nümayişçilərə qarşı
odlu silahdan istifadə etməsi əməklə kapital
arasındakı ziddiyətin yüksək mərhələyə
çatması hesab olunurdu.
O
tarixdən bir əsr keşir, həyat dəyişmiş,
Amerika və ümumiyətlə sənaye cəhətcə
inkişaf etmiş ölkələrin iqtisadi və siyasi vəziyyəti,
eləcə də fəhlələrin iş və
yaşayış şəraiti dəyişmiş, elmi və
texniki inqilab baş vermiş, istismarın forması dəyişilmiş,
iş şəraiti yüngülləşmişdir, . Bu isə fəhlə
sinfinin əsrlik mübarizəsi, özü də mütəşəkkil və
ardıcıl mübarizəsi ilə mümkün olmuşdur. Müxtəlif
şəkil alan bu mübarizə Çikaqo fəhlələrinə
qarşı açılan güllərin əks-sədası ilə
beynəlmilliləşdi və ümumdünya fəhlə həmrəyliyi
şəlki aldı. 1 May bu həmrəyliyin təzahörö oldu.
1
May dünyanın bütün ölkələrində zəhmətkeşlərin
həmrəyliyi günü kimi, eləcə də bahar bayramı kimi
qeyd edilir. Sahibkarların və onların mənafeyinin
keşiyində duran dairələrin qarşısında öz bir
rliyini göstərir. Fəhlə sinfi, xüsusilə Avropada
Almaniya, Ingiltərə, Fransada mütəşəkkil Həmkarlar
Ittifaqları sıralarında və sol siyasi təşkilatlar
çərçivəsində birləşir, öz iradəsini inhisar
birliklərinə təhmil edir. Ingiltərənin kömür mədənləri
və dəniz liman fəhlələrindən, Almaniyanın
poladəritmə zavodunun fəhlələrin keçirtdikləri tətil
və nümayişlər fəhlə hərəkatının
qüdrətli bir hərəkat olduğunu bir daha nümayiş
etdirir. Bu, inkişaf etmiş ölkələrin keçdiyi uzun əsrlik
yolun nəticəsidir.
Lakin
dünyanın geridə qalmış və inkişaf etməkdə
olan ölkələrinin çoxmilyonlu fəhlələrinin mübarizəsi
Avropa fəhlələrinin 200 il bundan əvvəl
başladığı mübarizənin ilk mərhələsi səviyyəsindədir.
Milyonlarla əməkçi üçüncü dünya ölkələrində, ilkin
kapital yığımının rəhmsiz istismarı ilə
üzləşir. Təkcə milli kapital deyil, bəlkə və
əsasən xarici kapitalın, transnasional sərmayənin
istismar obyektinə çevrilir. Burada da kənd şəhərin
xammal mənbəyi və satış bazarıdır. Burada da
kəndli əməyi yenicə yaranan və ibtidai şəkildə
işləyən müəssisələr tərəfindən rəhmsizcəsinə
istismar olunur. Uzun əsrlik mübarizə nəticəsində
nisbi sosial müdafiyəyə nail olan Avropa fəhlələri ilə
heç bir müdafiəsi olmayan və dəllal kapital tərəfindən
rəhimsizcəsinə istismar edilən üçüncü dünya fəhlələrini
eyniləşdirmək olmaz. Milyonlarla uşaq gida
çatışmazlığı üzündən həlak olur, milyonlarla
insan daxmalarda yaşayır, onlar ən adi insani höquqlardan belə
məhrumdurlar. Dünya iki qütbə - zəngin və yoxsul ölkələrə
parçalanmışdır. Bu qütblər arasında mövcud olan
ziddiyyət, yoxsul ölkələrə mənsub olan fəhlələrin
öz sahibkarı ilə xarici sahibkar arasında olan ziddiyyət
fəhlə həmrəyliyinin beynəlmilliləşməsinin
əsasını təşkil edir. 1 May bu həmrəyliyin mənəvi
birliyinin əsası, bünövrə daşıdır.
Son
illər dünyada baş verən dəyişikliklər fəhlələrin
birliyinə təsir buraxmaya bilməz. Bir qütblü dünya zəif
düvlətlərin və kiçik xalqların, o cümlədən fəhlələrin
milli və sinfi mənafenin qorunması işini çətinləşdirir,
digər zəhmətkeş siniflərin mənafeyini müdafiə
etmək ilə birləşir, sosial tələblər milli və
demokratik tələblərlə üst-üstə düşür.
Üçüncü
dünya ölkələri ilə transnasional inhisar birlikləri
arasındakı ziddiyyətlər daha da dərinləşir,
istiqlal və demokratiya uğrunda mübarizə milli mənafeyin
qorunmasının əsasını təşkil edir. Fəhlə
həmrəyliyi milli azadlıq hərəkətilə
culğalazır. Kiçik dövlətlər böyük dövlətlər
qarşısında, zəif millətlər, güclü millətlər
müqabilində, fəhlə sinfi isə inhisar birlikləri
qarşısında müqavimət göstərir. 1 May həyatın
tələblərindən irəli gələn bu birliyin təzahürlərindən
biridir.
Mühacir
qəzeti 11 may 1993-cü il.
Ə. Ə.
Lahrudi.
Amerika
və Ingiltərə neft şirkətlərinin Azərbaycanda
fəaliyyəti ilə əlaqədar hava nəqliyyatı ilə
xeyli miqdarda neft daşınmaları gözlənilir. Bununla əlaqədar
Azərbaycan hava yolları konserni ilə Amerikanın məşhur
Eveqrin interneşnl aviasiya şirkəti arasında hava yolu ilə
heft daşıması sahəsində birqə əməkdaşlığa
dair müqavilə imzalanıb.
Səhər qəzeti
31.03.93
Səhər
qəzetinin yazdığına görə hava yolu ilə nefft
daşınması ən azı 20 il davam etməlidir. Neft
Eveqrin interneşnl şirkətinin təyyarələri ilə
daşınacaq, Boin 727 və Boinq 747 tipli vneft
daşıyan təyyarələri Amerikada Qaeston Aeroportu qəbul
edəcək.
1992-ci
il noyabrın 9-da dəniz Neft Şirkəti ilə Britiş
Petrolium (AMOKO və Türkiyənin Botoş şirkəti)
arasında memorandum imzalanmışdır. Həmin memorandumun
tələbinə uyğun olaraq Bakı Ceyhan (Aralıq dənizi,
Iskəndərun körfəzi), Bakı Novorossisk və Bakı
Boti istiqamətlərindən birində neft kəməri çəkilməsi
nəzərdə tutulmuşdur.
Azərbaycan qəzeti,
31.03.93
Azərbaycan
Dövlət Neft Şirkəti ilə bağladığı
müqaviləyə uyğun olaraq, dünyanın 7 aparıcı neft
şirkətlərindən biri Teksako Aşağı Kür
çökəkliyində yerləşən Kürsəngi neft
yatağında birgə tədqiqat işlərinə
başlamışdır. 4-5 ay ərzində görüləcək
işlərdən məqsəd yataqda neft hasilatını
artırmaqın potensial imkanlarını öyrənməkdir.
Əlavə
olaraq bildirmək istəyirik ki, Kürsəngi yatağı 1962-ci
ildən işləməyə başlamış və indiyə
qədər oradan 9 milyon ton neft
çıxarılmışdır. 1987-ci ildən başlayaraq
yataqda illik neft hasilatı 115 min ton aşağı
düşmüşdü.
Səhər qəzeti.
8.04.93
Neft
Azərbaycanın bu gününün və gələcək nəslinin
övladlarının gücüdür, sərvətidir. əgər biz bunu
satırıqsa, demək öz gücümüzü satırıq, gələcəyimizi
satırıq. əgər xarici neft şirkətləri bu
yataqların işlədilməsini 35-40 il nmüddətində
başa çatdıracağını və ildə azı 40-45
mln. Ton neft hasil edəcəyinin layihəsini hazırlayırsa
bəs sonrakı nəsilə nə qalacaq? Gələcək
potensial aqressordan ölkəmizi necə müdafiə edəcək?
Açıq
deməliyik ki, indi dəniz neftinin müqəddəratı həll
olunur, bu tarixi bir andır, səhvə yol versək, tarix heç
kimi bağışlamaz.
Bakı
neftinə maraq hələ də azalmamışdır. əsrlərlə
ibtidai şəkildə, son yüz ildə isə sənaye
formasında Bakı nefti istifadə edilmişdir. Hələ
hicri tarixinin 272-ci ilində (indi hicri tarixi 1413-cü ildir). Abbasi Xəlifə
əl-Möhtəməd Bakının neft və duz mədənlərinin
vergisini Qafqazın Dərbənd əhalisinə
bağışlamışdı. Ərəb tarixçisi Məsudi
hicri tarixinin 300- cü ilində Bakıda olmuş və Bakı
neft mədənləri haqqında yazmışdır:
Orada
ağ neft bulaqları vardır. Heç vaxt sönməyən daimi od
yanırdı.
Hüdudul
Aləm kitabında göstərilir ki, Deyləmistanda (Mazandaranda)
işlənən nefti Bakldan gətirirlər.
Yaqut
Həməvi Məcəmül Büldan kitabında Bakı nefti barədə
belə yazır: Bakı Dərbəndə yaxın Şirvan
əyalətindədir. Bu şəhərdə böyük neft
çeşməsi vardır ki, hər gün 100 dirhəm neft verir.
Orada başqqa bir ağ neft çeşməsi vardır ki, yağ
kimi gecə-gündüz axır, daimi yanan od şöləsi qalxır.
27
avqust 1859-ci il 23 metr dərinliyi olan quyu neftə çatır. Bu
hadisə Amerikada baş verir. Iki il sonra ikinci quyu
qazılır. Neft fantan vurur. Bununla da neft istehsalı həddən
artıq rövnəq tapır.
Ilk
neft quyusu qazıldıqdan bir il sonra neft məhsulu istehsalı
Amerikada ildə 300 tondan 70 min tona çatır. Neftin hər tonu 65
dollara satılır. Neftin ilk sənaye formasında istehsal
edilməsi Dreik adlı Amerika polkovnikının adı ilə
bağlıdır.
1859-cu
ildən başlayaraq Amerika dünyanın ən böyük neft istehsal edən
ölkəsi sayılır. Yalnız 1898-1901-ci illərdə
Bakıda neft istehsalı genişləndi və Amerikadan
qabağa düşdü.
Bakının
ilk neft quyusu 1871-ci ildə (12 il Amerikadan sonra) qazıldı.
1901-ci ildə Bakı nefti 12 milyon tona çatdı ki, bu da o
zamankı dünya neftinin yarısını təşkil edirdi.
1908-ci ildə Iranın cənubunda Məsçid Suleyman adlanan məntəqədə
ilk neft quyusu qazıldı.
1923-cü
ildə Iraqın Iran sərhədinə yaxın neftxana adlanan
məntəqəsində neft çıxarılmağa
başladı.
1932-ci
ildə Bəhreyn adalarında neft çıxarılmağa
başlandı:
1935-ci
ildə Səudiyyə Ərəbistanında Cəbəli
Zöhran adlanan məntəqədə neft tapıldı və
150 metr dərinliyində qazılan quyudan neft istehsal edildi.
1937-ci
ildə Küveytdə, 1938-ci ildə isə Qətər əmirliyində
neft istehsal edildi. Neft sənaye üsulu ilə çıxarılır
və enerji daşıyıcısı kimi su, quru, hava nəqliyyatında
və maşınlı sənayedə istifadə edilir.
Amerikanın şimal və cənubunda neft axtarışı
və çıxarılması ilə məşğul olan
şirkətlər ABŞ-da təşkil edirdi. Ilk neft
şirkəti Rokfeller ailəsinə məxsus olan standart Oyl
Nyu-Çersi şirkətidir. Sonradan Kaliforniya, Sokoni Vakum, Teksak neft
şirkətləri əmələ gəldi. XX-ci əsrin
birinci onilliyindən başlayaraq Yaxın və Orta Şərq
sənayesini ələ keçirən Brintiş Petrolium və Royal
Daç Şel neft şirkətləri ilə rəqabət etdi.
Ikinci dünya müharibəsi ərəfəsində xüsusilə
müharibədən sonra dünya neft sənayesini, o cümlədən
Yaxın Şərq neft sənayesini istismar edən böyük neft
karteri təşkil edildi, dünya miqyasında neftin
çıxarılmasını, emal edilməsini və
satışını öz inhisarına aldı.
Onu
da qeyd edək ki, Iraq neftinin imtiyazını alan Royal Daç
şirkətinin nümayəndəsi 1869-cu ildə Istambulda anadan
olmuş, ata və anası Türkiyə ermənisi olan, sonralar
Portuqaliyanın Lissabon şəhərində yaşayan Gülbəngiyan
olmuşdur. Həmin şirkətin səhmlərinin 5 faizi Gülbəngiyana
məxsusdur.
1917-ci
il oktyabr inqilabı xarici kapitalı Rusiyadan, o cümlədən
Nobel və Montaşov neft şirkətlərini Bakıdan
uzağlaşdırdı. Meft dövlət inhisarına verildi.
Bakı nefti yeganə neft mənbəyi kimi Rusiyanın
ixtiyarına keçdi.
Ikinci
dünya müharibəsi neftin dünya siyasətində həlledici rol
oynamasının şahidi oldu. Almaniyanın Mazdoka qədər
irəliləməsi Bakı neftini ələ keçirtmək,
Afrikanın şimalında isə marşal Romelin əl- Ələmeynə
(Misir) çatması bununla da Sues kanalını tutub fars körfəzinə
çatmağa cəht etməsi Iran neftini ələ keçirtmək məqsədi
daşıyırdı.
Indi
Sovet Ittifaqının neft balansında Bakı neftinin rolu
azalmış istehsal həcmi 1901-ci il səviyyəsinə
enmişdir.
Rusiyanın
Ural və Sibir məntəqələrində neft meydanları
genişlənir, hər il 600 milyon ton neft istehsal olunurdu.
SSSR-nin dağılması ilə başqa sənaye müəssələri
kimi neft sənayesi də dağılır. Neftin istehsalı
aşağı düşür, texnologiya köhnəlir. Rusiya neft sənayesi
dərin böhran keçirir. Belə bir zaman başqa sahələrdə
olduğu kimi neft sənayesinə də xarici kapitalın cəlb
edilməsinə səy göstərilir.
Bu
sahədə Azərbaycan daha irəli gedir. Britiş Petrolium və
AMOKO şirkətləri Bakı neftini, ümumiyyətlə Azərbaycan
neftini istismar etmək barədə Azərbaycan dövləti ilə
müqavilə bağlanmışlar.
70
il tam daxili bazara əsaslanan Bakı və Rusiya nefti bu gün dünya
neft şirkətlərinin (anqlo-sakaon neft şirkətlərinin)
fəaliyyət zonasına qoşulur. Parçalanmış dünya
birləşir, neftin istehsalı və satılması vahid
dünya neft karterinin əlində mərkəzləşir.
Məqalənin
başlanğıcında Bakı qəzetlərindən göstərilən
nümunələr dediklərimizin əyani nümunəsidir. Bakı
nefti istehsal edilir, neft kəməri çəkilənə qədər
hava tankerləri ilə Amerikaya daşınacaqdır.
Onuda
qeyd edək ki, OPEK (Neft Istehsal Edən Ölkələrin Təşkilatı)
ölkələri 24 mld. Barel neft istehsal edir. o xam neft kimi Qərbi
Avropa, Şimali Amerika və Yaponiyaya daşınır, həmin
ölkələrin sənaye müəssisələrini işə
salır, hava, quru və su nəqliyyatını hərəkətə
gətirir. Bu ölkələrin əhalisinin yaşayış səviyyəsi
yüksəlir. Onlar (700 mln-a yaxın əhali) imtiyazlı millət
kimi dünya xalqlarına ağalıq edirlər. başqa sözlə
desək, OPEK ölkələrinin iqtisadiyyatı həmişəlik
olaraq Qərb, Şimali Amerika və Yaponiya
iqtisadiyyatının əlavəsinə çevrilmişdir.
Belə
gedərsə Rusiya və Bakı nefti Qərb iqtisadiyyatı
üçün xammal rolu oynayacaq, bu ölkələrin iqtisadiyyatı qərb
iqtisadiyyatının əlavəsinə çevriləcəkdir.
Dünya
iqtisadiyyatı bu prinsip üzərində qurulmuş keçmiş
Sovet Ittifaqı ərazisində meydana gələn dövlətlər
də həmin qanunauyğun prinsipinə əsaslanır. Vahid
dünya iqtisadi orqanizmin ayrılmaz hissəsinə çevrilir. Bugünkü həqiqət
belədir. Onu dəyişmək qanunauyğunluğa
qarşı çıxarmaqdır.
Mühacir qəzeti 11 may
1993-cü il.
Ə. Lahrudi
Rus
xalqı özünün dörd əsrlik tarixində ikinci dəfədir ki,
demokratiyanın nə olduğunu gözü ilə görür və onun
qorunub saxlanması uğrunda mübarizə aparır.
Rus
imperiyasının meydana gəlməsi, təşəkkül
tapması, böyük müstəmləkəçi bir dövlətə çevrilməsi,
ancaq və ancaq qüddrət amilindən istifadə etmək yolu
ilə mümkün olmuşdur.
Müstəmləkəçi
dövlət güclü əzici aparata arxalanmaqla yanaşı özünün
sosial bazası və ideoloji üstqurumunu da yaradır. Bu bütün
ictimai sistemlərə və onların dövlət aparatına
aid ümumi qanuna uyğunluqdan irəli gəlir.
Indi
Rusiyanın tarixində yeni dövr başlanır. Totalitar
sosializm iqtisadiyyatından demokratik bazar iqtisadiyyatına
keçıd yeni sosial baza, ideoloji üstqurum meydana gətirir.
1985-ci
ildən yenidənqurma adı ilə başlanan, indi reform
adı ilə həyata keçirilən bu köklü sosial və iqtisadi
çevriliş cəmiyyətin ikiyə bölünməsi ilə nəticələnsə
də onun həyata keçirilməsi forması üzərində gərgin
siyasi mübahisə gedir.
Totalitar
sosializmdə iqtisadiyyat tam şəkildə dövlət
orqanlarına tabe edilir. Vahid mərkəzdən idarə olunur.
Burada sosial baza, ictimai mülkiyyətdən pay aparanlardan təşkil
edilir. Demokratik bazar iqtisadiyyatına isə siyasi sistemin
ictimai bazası, istehsal vasitələri üzərində mülkiyyət
bərqərar edən sosial qruplardan ibarət olur. Siyasi
hakimiyyət həm birinci və həm də ikinci ictimai
sistemin mülkiyyət formasını mülkiyyətə sahib olan
ictimai qrupların mənafeini qoruyur.
Insanlar
arasında və insan kütləsindən yaranan sosial qruplar
arasında yaranan münasibətlər, ibtidai mərhələdən
başlayaraq yüksək mərhələyə qədər
inkişaf edən münasibətlər mənafe üzərində
qurulan münasibətlərdir. Mənafe isə ancaq madddi həyat
və maddi varlıqdan irəli gəlir. Maddi mənafei
nizamlayan, onun hüquqi institularını yaradan, həmin cəmiyyətin
müxtəlif ictimai qruplarını mövqe və vəzifələrini
müəyyənləşdirən qanunlar meydana gəlir. 400 illik
Romanovlar imperatorluğu ən dəhşətli, ən qəddar
feodal hərbi müstəmləkə imperatorluğu idi. Lakin bu
imperatorluğun özünü ictimai bazası, hüquqi, siyasi, mədəni
institutları və ideologiyası yaranmışdı ki, həmin
ictimai qrupların (dvoryan, mülkədarların) mənafeinə
siyasi, hüquqi, mənəvi və ideoloji həqqaniyyət
qazandırsın. Bəşər tarixində həmişə
belə olmuş və insan deyilən varlığın gələcək
tarixi də belə olacaqdır. Biz mənafe üzərində
qurulan münasibətlərin müxtəlif forma və şəklini
20-ci əsrdə görmüş, onun iştirakçısı və
müşahidəçisi olmuşuq. Avropanın şərqində
ictimai mülkiyyət meydana gəldi, dövlət mülkiyyəti
formasında təzahür etdi.
Ictimai
qruplar ancaq ictimai mülkiyyət üzərində qurulan sosial bazaya əsaslanır,
meydana gəlmiş yeni dövlət həmin mülkiyyətin qorunub
saxlanılması vəzifəsini öz öhdəsinə götürür. Bu
mülkiyyəti qorumaq üçün polis sistemi işə düşür, bu istiqamətdə
aparılan işlər əsasən ideoloji şəkil
alır. Hüquqi institutlar vasitəsilə həyata keçirilir.
Avropanın mərkəzində də totalitar rejim hakimiyyətə
gəlir. Xüsusi mülkiyyət ən dəhşətli polis sistemi
vasitəsi ilə müdafiə edilir.
Bu
gün bəşər tarixində ilk dəfə təcrübə
laboratoriyasında filtrləşən ictimai mülkiyyət özünü
doğrutmadığı üçün dağılıb aradan gedir.
Xüsusi mülkiyyətə əsaslanan kölgə iqtisadiyyatı və
kriminal kapital ruşeym halından kamillik mərhələsinə
çatır, cəmiyyətin əsas ictimai və iqtisadi
bazasına çevrilir. Burada mənafe toqquşmaları meydana gəlir.
Mənafe üzərində yaranan yeni sosial qruplar
qarşı-qarşıya dururlar.
Rusiyanın
son illərdəki həyacanlı və keşməkeşli
siyasi həyatı məhz mənafe üzərində gedən həyacan
və keşməkeşdir. Keçmiş iqtisadi sistem
dağılıb onun üzərində qurulan hüquqi, mədəni,
siyasi ideoloji dəyərlər aradan gedir. Siyasi və iqtisadi
sistem iflicləşir. Yeni iqtisadi sistem bazara əsaslanan və
müəyyən ictimai qrupun əlində toplanan və həmin
qrup vasitəsilə idarə olunun iqtisadiyyat yaratmaq, onu
formalaşdırmaq, dinamik hala salmaq görünür demokratik diktatura
yolu ilə mümkündür. Belə bir ictimai və iqtisadi sistemə
keçmək Rusiya üçün baha başa gılir. Onun 400 illik
imperatorluğu dağılır, qüdrətli fövqul dövlət
nüfuzu aradan gedir, iqtisadi və siyasi aslılığı qüclənir.
Lakin kapitalın vətəni olmur. Mənfəət və mənafe
üzərində qurulan münasibətlər milli qürur, milli bazar və
milli şəxsiyyəti kölgə altına alır.
Rusiyada
baş verən son çəkişmələr, xalq deputatları
qurultayı ilə prezident arasında şiddətlənən
mübarizə parlament respublikası, yoxsa prezident respublikası
şəklində təzahür edir və cəmiyyətdə
meydana gələn yeni ictimai qrupların mənafeinə tabe
edilir.
Prezident
aparatının hazırladığı konstitusiya layihəsi
müəyyən ictimai bir qrupun mənafei nöqteyi nəzərindən
hazırlanmış layihədir. Həmin konstitusiyanın nəzərdə
tutduğu dövlət quruluşu, xüsusi mülkiyyətə əsaslanaraq
bazar vasitəsi ilə nizamlanan iqtisadiyyatın
formalaşması və inkişafı üçün hüquqi əsas
yaradır. Həmin layihənin müddəalarına görə
prezident Rusiya Federasiyasının dövlət
başçısıdır. Prezident konstitusiyanın zaminidir,
Prezident bilavasitə yüksək dövlət vəzifələrini təyin
edir. ya da seçilmək və təyin edilmək üçün onları
federal məclisə namizəd göstərir. Federal məclisin
seçkisini müəyyən edir. Vaxtından əvvəl federal məclisi
buraxır, ümumxalq referendumu keçirir. Prezident Rusiya
qoşunlarının baş komandanıdır. Prezident Rusiya
Federasiyasının təhlükəsizlik şurasına rəhbərlik
edir. prezident dövlət orqanları arasında meydana gələn
ixtilafların həll edilməsində hakimiyyət rolu
aynayır.
Yeni
layihənin qəbul edilməsi üçün fikri və psixaloji zəmin
hazırlanır. Xüsusi mülkiyyətin hakim mülkiyyətə
çevrilməsində marağlı olan qüvvələr belə bir
konstitusiyanın qəbul edilməsinə nail olmağa
çalışırlar.
Güclü
prezidentlik respublikası yaradılması ilə maraqlanan daxili
və xarici qüvvələr bütün imkanları bu istiqamətdə
səfərbər etmişlər. Heç də təsadüfi deyil ki,
Rusiya kilsəsi və Rusiya Federasiyasının kütləvi
informasiya vasitələri Romanovlar evinin
yaradılmasının 380 illiyini və Romanovlar sülaləsinin
son padşahının anadan olmasının 125 illiyini təntən
ilə bayram etməyə hazırlıq görürlər.
1917-ci
il inqilabı Romanovlar sülaləsini, sonra isə burjua hakimiyyətini
devirdi. Rusiyada köhnə ictimai və iqtisadi quruluş yeni ictimai
quruluş ilə əvəz edildi. Yeni quruluş özünün hüquqi,
siyasi, ideoloji institularını yaratdı. Bu gün tarix təkrar
olunur. Ictimai quruluş dəyişilir. Yeni qurulan ictimai,
iqtisadi sistem özünün hüquqi, siyasi, ideolji institularını
yaradır.
Romanovlar
evi Rusiyaya, onun mənafeinə xidmət edən dövlət
forması kimi təbliğ edilir. Romanovlar sülaləsinin son
padşahı ikinci Nikolaydan Isa məsih surəti
yaradılır. Bu indiki rejim üçün təbii haldır. Hakimiyyət
zor aparatı deməkdir. Mənafe üzərində yazılan
qanunlar zor işlətmək yolu ilə cəmiyyətdə
sabitlikyaradır.
Romanovlar
manarxiyasını (feodal diktaturasını), totalitar sosializm
(proletar diktaturası) əvəz etdi. Görəsən totalitar
sosializmdən sonra yaranmaqda olan demokratik hakimiyyət burjuaziya
diktaturası formasında təzahür etməyəcəkmi?
Ictimai
qruplar arasında şiddətlənən Rusiyanın taleyini həll
edən barışmaz mübarizə üçün yeni konstitusiyanın qəbul
edilməsi ilə bağlıdır. Demokratiya imtahan
qarşısındadır.
Mühacir qəzeti 15 iyun
1993-cü il.
Ə. Lahrudi.
Insanlar
bir-birlərinə bağlı olan vahid bir orqanizmdir. Özü də
elə bir orqanizm ki, Sədinin dediyi kimi, onun üzvlərindən
biri ağrıdıqda bütün üzvlər sızlayır:
Bəni
adəm əzaye yek digərənd,
Ki
dər afərineş ziyek cövhərən.
Co
ozvi be dərd avərəd rüzgar,
Digər
ozvha ra nəmanəd qərar.
To
kəz mehnəte digəran biqəmi,
Hə
şayəd ke, namət nəhənd adəmi.
Bütün
canlı orqanizmlərdə oldağa kimi cəmiyyətdə də
ziddiyətlər şəklində büruz edən narahatlıq
meydana gəlir. Həmin ziddiyyətlərin həll edilməsi
zərurəti ortaya çıxır. Lakin bu ziddiyyətlərin
aradan qaldırılması yolları, həmin yolların,
axtarılmasında meydana çıxan metodlar müxtəlifliyi bəşəriyyəti
canlı bir orqanizm kimi qarşı-qarşıya qoyur. Sədinin
dediyi kimi bir üzvün ağrıması ilə bütün əzələlər
ağramağa başlayırlar. Bu isə insanların bir-birinə
kömək etməsi, bir-birinin əlindən tutması və biri
digərinə arxalanması ideyasını irəli sürür. Elə
buna görə də böyük mütəfəkkirlər, filosoflar və
maarifpərvərlər bəşəri mənəvi
paklığa çağırsalar da insanların idarə edilməsində
fiziki təsir vasitələri başlıca amilə çevrilir,
geniş miqyasda işə salınır.
Fiziki
təsir ayrı-ayrı ölkələrin çərçivəsindən
çıxır, ölkələrarası təzyiq vasitəsinə
çevrilir. Bu metoddan istifadə edilməsi nəticəsində
ancaq 20-ci əsrdə böyüklü-kiçikli 130 müharibə baş
vermiş, 120 milyon adam yaşamaq hüququndan məhrum
edilmişdir.
Sədi
kimi dünya görmüş böyük mütəfəkkərlərin insan üçün
arzuladıqları bərabərlik prinsipi həyata keçirilmir.
Çox vaxt yaşayış hüququ belə onun əlindən
alınır.
1917-ci
il Rus inqilabı, 49-cu il Çin inqilabı bərabərsizliyə
son qoymaq və insanların azad yaşaması naminə qələbə
çaldı. Min illərlə ənənə şəkli alan,
insanlar arasında birgə yaşayış normalarını
nizamlayan qanunlar vasitəsilə qorunan imtiyazlara son qoyuldu. Bərabarliyə
əsaslanan yeni həyat tərzi meydana gəldi. lakin heç bir
imtiyaza əsaslanmayan bu bərabəlik də fiziki təsir
yolu ilə həyata keçirildi. Bir-birinə bağlı olan
insanlar yeni parçalanma, sosial bazaya əsaslanan milli parçalanma əmələ
gəldi. Bəşəriyyət barışmayan
qarşı-qarşıya durma ilə üzləşdi. Bərabərsizliyə
əsaslanan ənənəvi həyat tərzini qoruyub saxlamaq
istəyən və ənənələri sındıraraq bərabərliyə
əsaslanan yeni həyat tərzi qurmaq istəyənlər öz həyat
tərzini başqasına qəbul etdirmək üçün isti və
soyuq müharibəyə əl atdılar.
Orta
xətti qəbul etməyə hazır olmayan sağ və sol
radikalizm bəşəriyyəti fəlakətə doğru
yönəltdi. Qərb və Şərq məfhumları, sosializm
və kapitalizm fenomenləri Yer Kürəsini təcrübə
laboratoriyasına çevirdi. Ənənəvi cəmiyyətin
(Kapitalizmin) qorunub saxlanılması, Şərqdə əldən
çıxan mövqelərin geri alınması siyasi cərəyan və
hərbi blok şəkli aldı. Qərbi Avropa onun
aparıcısı Amerika isə başçısı oldu.
Ənənələri
sındırıb yeni həyat (sosializm) quran Şərq isə
öz mövqrlərini möhkəmləndirməyə, sosializmin ümumdünya
qələbəsini təmin etməyə çalışan qüvvə
kimi çıxış etdi. Bu cərəyanın başında
Sovet Ittifaqı dayandı. Dünyada iki siyasi cərəyan və
iki blok formalaşdı. Tərəflər bir-birini məhv etmək
üçün bütün vasitələrdən, o cümlədən yerli müharibələr
adlanan zorakılıq vasitəsindən istifadə etdilər.
Qərb Şərqin fikri və fiziki yürüşünün
qabağını almaq üçün Yaxın Şərq böhranı
(Israil Ərəbmünaqişələri), Hind Çin böhranı
(Vyetnam müharibəsi), (Karayib dənizi böhranı), (Kubanın
müharibəsi). Şimali Afrika böhranı (Fransa, Əlcəzair
müharibəsi), Sues kanalı böhranı (Misirə qarşı
Ingilis, Fransa və Israil təcavüzü), Tayvan boğazı
dövranı (Çin Amerika münaqişəsi), Koreya müharibəsi, Cənubi
Afrika böhranı (Portuqaliya müstəmləkəçilərinə
qarşı milli-azadlıq hərəkatı və oporteidin
güclənməsi) və onlarla belə isti müharibənin
qızışdığı böhranlar müasir dövrün xarakterik
böhran idi. Bu da orqanizmin xəstələnməsi və bu xəstəliyin
cərrahlıq yolu ilə müalicə edilməsi metoduna
çevrildi. Şərqlə Qərb arasında yaranan ziddiyətin
həlli özünün fiziki təsir vasitəsindən istifadə edilməsi
metodunda tapdaladı. Bu zaman Şərq bloku iki yerə
parçalandı. Sovet Ittifaqı və Çin həmin ziddiyyətlərin
həll edilməsində bir-birinə daban-dabana zidd olan
konsepsiyalar yaratdılar.
Sovet
Ittifaqı Şərqlə Qərb arasında dinc
yanaşı yaçamaq prinsipinə əsaslanan münasibətlər
yaratmaq konsepsiyasını irəli sürdü. Çin isə müharibələr
yolu ilə Qərbi dizə çökdürmək və aradan aparmaq
konsepsiyasına üstünlük verdi. 30 il silahlı mübarizəyə
başçılıq edən və böyük partizan ordusunun Çinin mərkəzi
rayonlarından uzanan geniş məsafəni keçib şimal-şərq
məntəqəsində istehkamlar yaradan Mao Teze Dün dünyanı
sosialistləşdirmək üçün heç bir Vyetnam
yaradılmasını, Amerikanın belə müharibələrlə
əlbəyaxa olmasını, uzun və eyni zamanda yorucu müharibələrlə
zəifləyib və nəhayət təslim olması
konsepsiyasini irəli sürürdü.
Dinc
yanaşı yaşamaq prinsipi Mao Teze Dun tərəfindən təslimçilik
prinsipi kimi qiymətləndirildi. Qarşı-qarşıya
durma və müharibə yolu ilə ziddiyətləri həll etmək
konsepsiyası Sovet rəhbərləri tərəfindən macəraçülüq
konsepsiyası adlandırıldı.
Ikiyə
(Kapitalizm və sosializmə) parçalanmış vahid orqanismin
birləşdirilməsi üçün işlənib hazırlanan bu
(konsepsiyaların müəllifləri) görünür, həyatın real
imkanlarını, qüvvələr nisbətinin ağır
yüngüllüyünü araşdırmadan təslimçiliyə və macəraçülüğa
yuvarlandılar.
Kəndli
üsyanlarını dünya inkişafının hərəkətverici
qüvvəsi adlandıran, dünyanı şəhər və kəndə
təqdim edərək kəndin şəhəri mühasirə
etməklə dünyanın sosializm prinsipi əsasında birləşməsinə
nail olmağa cəhd edən Mao Teze Dun həyata göz yumdu. Onun radikal
konsepsiyası özü ilə dəfn edildi. Çin dinc yanaşı
yaşamaq konsepsiyasını yeni siyasət və yeni hərəkət
xətti kimi qıəbul etdi. Sovet Ittifaqı dinc
yanaşı yaşamaq siyasətini açıq təslimçilik məqamına
çatdırdı. Parçalanmış dünya birləşdi. Vahid
cövhərdən yaranan və bir-biri ilə üzvi şəkildə
bağlı olan bəni adəm (adəm övladı) ümumbəşər
dəyərlər üzərində qurulan ənənəvi
ictimai sistemi (kapitalizm sistemini) yenidən bərpa etdi. Bu isə
insanın əzablarına son qoymadı Mao teze Dunun arzu etdiyi və
tam inamla təbliğ etdiyi Vyetnamların (Amerika ilə Vyetnam
arasında gedən Hind-çin müharibəsi) sayı azalmadı.
Dünya Mao Teze Dundan sonra da onun konsepsiyası ilə
yaşayır. O zaman Amerika qoşunları kiçik bir xalqın
müqavimətini sındıra bilmədi. Vyetnam cəngəllərində
girə düşdü. Həqarətlə Vyetnamı tərk etməyə
məcbur oldu.
Bugünkü
dünyada bir çox Vyetnamlar yaranmışdır. Bu Vyetnamları
Maoistlər yox, amerikalılar özləri yaratmışlar. Fars
körfəzi Vyetnamı, Somali Vyetnamı, Bosniya Vyetnamı. Bu
Vyetnamlarda Amerika qoşunları bilavasitə iştirak edir.
Qarabağ, Abxaz Vyetnamı, Tacigıstan Vyetnamı
Amerikanın diqqət mərkəzindədir. Bu Vyetnamlarda da
yaşılpapaq BMT əskərlərinə Amerika
generalları başçılıq etməyə
hazırlaşırlar, Iran, Şimlai Koreya və Liviya gələcək
vyetnamlar sırasına daxil olmaq üçün yeni namizədlərdir.
XX
əsr elmi və texniki inqilab əsridir. Kosmik fəzanın
insan tərəfindən fəth edildiyi əsrdir. Eyni zamanda
bir-birinə bağlı olan insanların fəlakətə
düçar olduğu əsrdir. Onlarla müharibə ocağının
alovlandığı, aclığın və yoxsulluğun
insanlara divan tutduğu əsrdir. Toxun acdan xəbəri olmayan əsrdir.
Insanların əməyinin məhsulu olan milyardların
rifahı üçün deyil, onların məhv edilməsi üçün sərf
edilən əsrdir. Bu elə bir əsrdir ki, dünyaya
ağalıq etmək xülyası ilə yaşayan kiçik bir qrup
dövlətlər insanları bundan sonra da özlərinə tabe etməyə
cəhd edir. Xalqları qarət etmək üçün aparılan müharibəyə
milyardlarla pul xərc edilir. Bu isə həmin ölkələrin
milli sərvətinin puça çıxması, əhalinin
yaşayış səviyyəsinin aşağı düşməsi,
nəticə etibarı ilə arxa cəbhədə
xalqın öz hökumətlərinə qarşı üsyan etməsi
üçün zəmin hazırlayır.
Bu
gün Qərb ideoloji rəqiblə üzləşməsə də
fiziki cəhətcə birləşən vahid cəmiyyət
daxilində mövcud olan ziddiyətləri dinc yollarla həll etməyə
qadir deyil. Həmişə olduğu kimi yenə də fiziki təsirdən
başlıca təsir kimi istifadə olunur.
Fiziki
təsirə və qanlı müharibələrə ancaq o zaman
son qoyulacaqdır ki, Sədi kimi böyük mütəfəkkirlərin,
filosfların və maarifpərvərlərin
yaratdıqları bəşəri konsepsiya, bu və ya digər
ölkə tərəfindən deyil, bütün xalqlar və ölkələr
tərəfindən qəbul edilsin, vahid cövhərdən əmələ
gələn bəni adəm heç bir ayrı-seçkiliyə məruz
qalmadan bərabər yaşamaq hüququ əldə edə bilsin.
1.
Bəni-adəm bir-birinə bağlı olan üzvlərdən
ibarətdir.
Xilqətdə
vahid təbiətə malikdir.
Zaman
həmin üzvlərindən birini ağrıtsa, başqa üzvlər
sakit qalmaz.
Başqalarının
qəminə laqeyd qalanı insanl adlandırmaq olmaz.
Mühacir qəzeti 31 avqust
1993-cü il.
Ə. Lahrudi
Oktyabr
ayının 9-da Iranlı Mühacirlər Cəmiyyətinin
klubunda elmi-siyasi, konfrans keçirildi. Konfrans Gülüstan müqaviləsinin
180 və Türkmənçay müqaviləsinin 165 illiyinə həsr
edilmişdi. Konfrans Vahid Azərbaycan Partiyası və Azərbaycan
Demokrat Firqəsinin təşəbbüsü ilə təşkil
olmuşdu.
Konfransı
Vahid Azərbaycan Partiyasının sədri, psixologiya elmləri
namizədi, Azərbaycan Respublika prezidenti seçkilərində öz
namizədliklərini irəli sürən üç namizəddən biri Kərrar
Əbilov giriş sözü ilə açdı. O, Gülüstan və Türkmənçay
müqavilələrini, işğalçıların Azərbaycan
xalqına zorla qəbul etdirdiyi müqavilə kimi qiymətləndirildi
və bugünkü Azərbaycanın uzun tarixi bir dövrdən sonra müstəqilliyə
nail olmasından və həmin müstəqilliyin qorunması üçün
milli birliyin zəruriliyindən danışdı.
Konfransda
Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi məruzə
ilə çıxış etdi.
Məruzə
ilə əlaqədar suallara ətraflı cavab verildi.
Konfransda çıxış edənlər Rus imperatorluğunun təcavüzkar
siyasəti barədə, eləcə də bugünkü Azərbaycanın
müasir vəziyyəti haqqında ətraflı cavab verildi.
Konfrans Kərrar Əbilovun son sözü ilə öz işini başa
çatdırdı. Konfransa təqdim olunan məruzə qəzetimizin
həmin nömrəsində dərc edilir.
Bizə
gəlib çatan yazılı tarix böyük imperiyaların yaranması
və onların dağılması tarixidir. Biz bu günkü
çıxışımızda Rus imperiyasının yaranması
və süqutunun səbəblərindən
danışacağıq.
Bu
imperiya 400 illik qanlı və ziddiyyətli yol keçmiş,
başqa xalqların torpaqlarını işğal edərək
öz ərazisində birləşdirməklə, imperiyanın sərhədlərini
Şimaldan Baltik dənizinə, Uzaq Şərqdən Sakit
Okeana, Cənubdan Qara dəniz və Araz çayına qədər
genişləndirmişdir. Gülüstan və Türkmənçay müqavilələri
bu imperatorluğun son işğalçılıq sənədləri
kimi tarixə səbt olmuşdur.
Roma
imperatorluğu dağıldıqdan sonra onun yerini tutan Vizantiya
imperatorluğu meydana gəldi, orta əsrlərdə ən
güclü imperiyalardan biri oldu. XV-ci əsrin
başlanğıcında Osmanlı sultanı II Məhəmmədin
qoşunlarının yürüşü nəticəsində süqut etdi,
Yaxın Şərqdə yeni islam imperiyası yarandı.
Osmanlı
imperiyasının meydana gəldiyi dövrdə Rus
imperiyasının da əsası qoyuldu, hər iki imperiya biri
digəri ilə rəqabətə girdi, 5 əsrlik tarixi bir
dövrdə Osmanlı imperiyası zəiflədi, Rus
imperiyası isə gücləndi. XIX-ci əsrin
başlanğıcında Qafqazı və Orta Asiyanı tutdu.
Bosfor Dardanel boğazlarını və Konstantinopolu ələ
keçirmək, Vizantiya imperiyasının varisi kimi Asiya və
Afrikanı birləşdirmək Konstantinopolda imperiyanın
paytaxtını bərqərar etmək, bununla da Aralıq dənizinə,
Atlantik və Hind okeanına çıxmaq üçün birbaşa dəniz
yolu açmaq, eyni zamanda Iranın ərazisinin böyük bir hissəsini
Rusiyaya birləşdirməklə Iran körfəzi və Oman dənizinə
yaxınlaşmağı qarşıya məqsəd qoydu. Amma
Rus imperiyasının Yaxın və Orta Şərq rəqibi
olan Ingilis imperiyası böyük maneə kimi bu imperiyanın
birbaşa Fars körfəzinə çıxması
qarşısında maneə yaratdı. Elə bu zaman 1907-ci il
müqaviləsi bağlandı. Iran Rusiya və Ingiltərə
arasında nüfuz dairəsinə bölündü. Lakin Birinci Dünya Müharibəsi
və Rusiyanın bu müharibəyə qoşulması II
Nikolayın Iranı və Osmanlı imperiyasını bir dövlət
kimi aradan aparması və bu ölkələrin ərazisinin çoxunu
Rusiyaya ilhaq edilməsi, Konstantinorolun üçüncü Romanın mərkəzinə
çevrilməsi üçün zəmin hazırladı. Müharibənin ikinci
ilində, 1915-ci ildə Peterburqda konvensiya imzalandı. 1907-ci
il müqaviləsini tamamlayan və çox gizli saxlanan bu konvensiya,
Ingilis dövlətinin Rus dövləti qarşısında güzəştə
getməsini təsdiq edən sənəddir. Həmin konvesiya
ilə əlaqədar 1915-ci ilin mart ayında Ingiltərənin
Peterburqdakı səfiri Bukanen və Rusiyanın Xarici Işlər
Naziri Sergey Sazanov gizli memorandum mübadilə edildi. Sazanov Ingilis səfirinə
təqdim etdiyi memorandumda II Nikolayın adından yazır:
Iranın
bir dövlət kimi aradan götürülməsi, Rus və Ingilis dövlətlərinin
xeyrinədir.
Sazanov
Nikolayın həmin tələbini belə izah edirdi:
Son
hadisələr Rus imperarorunu belə bir əqidəyə gətirmişdi
ki, Istambul şəhərinin, Bosfor və Dardanel
boğazlarının Rusiyaya verilməsi məsələsi,
Rusiyanın ən qədim arzularının biri olan bu məsələ,
qəti həll olunmalıdır.
Sazanov
Ingilis səfirinə xatırladır ki, Istambul şəhəri
Bosforun Qərb sahili, Mərmərə dənizi, Dardanel
boğazı, Tiraspol əyalətinin Cənub hissəsinin
Rusiya ərazisinə birləşməsi ilə Yaxın Şərq
məsələləri həlll edilə bilər. Başqa
sözlə desək, Kiçik Asiyanın strateji nöqtəsi bu məntəqələr
Rus imperatorluğuna ilhaq edilməsi idi. Sazanov həmin
memorandumun sonunda Ingilis səfirinə vəd edir ki, müharibədən
sonra Osmanlı müstəmləkələrindən Ingilis dövlətinin
tələbləri ilə razılaşacaqlar.
Ingiltərənin
Xarici Işlər Naziri Ser Edvard Qrey Sazanova yazdığı
cavab məktubunda qeyd edir:
Ingilis
dövləti Rusiya qarşısında üzərinə götürdüyü təəhhüdü
müharibə qurtardıqdan sonra yerinə yetirəcəkdir.
Rusiyanın Yaxın Şərqə aid olan tələbləri
müdafiə ediləcəkdir. O, bu məntəqələrin
Rusiyaya verilməsini müharibədə iştirak edən Rusiya
üçün qiymətli mükafat adlandırır.
Ingiltərə
Xarici Işlər Nazirinin həmin məktubunda 1907-ci il müqaviləsində
nəzərdə tutulmuş bitərəf məntəqənin,
Ingiltərənin nüfuz məntəqəsinə birləşməsi
məsələsi də irəli sürülüb.
Sazanov
ikinci məktubla Ingiltərə Xarici Işlər Nazirinə
müraciət edir, bitərəf məntəqənin Ingiltərənin
nüfuz dairəsinə daxil edilməsinə razılıq verir.
Eyni zamanda təklif edir ki, Rusiyanın Iranda olan nüfuz məntəqələri
də XIX əsrdə olduğu kimi Rusiyaya birləşdrilsin.
Beləliklə, Ingiltərə hökuməti Iranın bitərəf
məntəqəsini ələ keçirməklə, Istambul şəhəri,
Bosfor və Dardanel boğazları, Qars və Ərdəhan
vilayətləri kimi Rusiyanın Iranda olan iqtisadi nüfuz məntəqələri
də Rusiya ilə birləşdirilməsinə razılıq
verir. Həmin razılaşmada bütün Azərbaycanın, habelə
Xorasan, Qorqan, Mazandaran, Gilan, Ərak, Qum, Savə Xomeyn,
Qulpayiqan, Yəzd, Qəzvin, Zəncan, Nain, Isfahan, Brucerd,
Tehran, Həmədan, Kirmanşah, Kürdstan, Qəsri şirin və
bir çox şəhər və qəsəbələrin Rusiyaya
ilhaq edilməsi nəzərdə tutulur.
Iranın
qalan şəhər və əyalətləri, o cümlədən
Kirman, Siyistan, Bəluçistan, Cahbahar, Hormuz boğazı ətrafı,
Bəndər Abbas, Qainat, Xuzistan, Fars, Loristan, Çaharmahal, Bəxtiyari
və Buşer Ingiltərənin hakimiyyəti altına keçir, o
zamankı Cənub feodalları Şeyx Xəzəl, Qəvam
Şirazi və Bəxtiyari xanları vasitəsilə idarə
olunur. Göründüyü kimi Peterburq gizli konvesiyası Iran və Türkiyənin
müstəqilliyinin tamamilə aradan aparılmasını nəzərdə
tuturdu. Lakin Rus çarizminin yıxılması, Rusiyada yeni siyasi
hakimiyyətin iş başına gəlməsi ilə Rus
imperatorluğu öz son hədəfinə nail ola bilmir, Iran və
Türkiyə bir dövlət kimi aradan getmir.
Tamamilə
yeni və bəşər tarixində ilk təcrübə ictimai
və iqtisadi quruluş, burjua mülkədar hakimiyyəti üzərində
qurulan əli qabarlıların hakimiyyəti, dünya füqəra
kasibələri birləşin! şuarı ilə
çıxış edən bu hakimiyyət zahirdə cazibəli
olan ideologiya bayrağı altında dağılmış
imperiyanı bərpa etdi. ⅡDünya Müharibəsi keçmiş Rus
imperatorluğunun Qərb sərhədlərini Elba çayına qədər,
Uzaq Şərq sərhədlərini Yapon dənizinəqədər
genişləndirdi. ⅠPyotr və onun varislərinin
uğrunda müharibə apardığları, doğrudan da böyük
imperiya meydana gəldi, dünyanın ikinci qüdrətinə çevrildi.
Rus
imperiyası bütün imperiyalar kimi yüksəliş və tənəzzül
yolları keçdi, xarici təsir və təzyiqin güclənməsi,
eləcə də daxili ziddiyyətlərin kəsginləşməsi
nəticəsində dağılıb aradan getdi. Sovet
Ittifaqı adlanan həmin imperiyanın xərabələri üzərində
irili xirdalı bir çox dövlətlər meydana gəldi. Indi
Rusiyanın parçalanması prosesi sürətlə davam edir.
Qanunvericilik və icraedicilik orqanları arasında yaranan
ziddiyyət qanlı dövlət çevrilişi ilə icra edicilik
hakimiyyətinin xeyrinə həll edilsə də Rusiyada
baş verən burjua inqilabı, daha dəqiq desək, kriminal
kapitalın diktaturası Rus imperiyasının bərpa edilməsi
iqtidarına malik deyildir. Çünki Rus imperatorluğunun
dağılması Qərb dünyasını maraqlandırır.
O, bu prosesi özünün daxili əlaltıları vasitəsilə sürətləndirir.
Qərb belə bir əlverişli fürsətə göz yuma bilməz,
Rusiya parçalanıb Qərbin dünya ağalığı üçün təhlükə
törətməyən kinyazlıqra çevrilməlidir.
Lakin
imperiya ambisiyasından əl çəkməyən sol radikallar və
patriot adlanan milli qüvvələr imperiyanın
dağılmasına qarşı çıxır və ona yeni
ideoloji don geyindirir, Moskvanı üçüncü Roma adlandıraraq belə
bir müddəa irəli sürürlər ki, güya XV və XVI əsrlərdən
başlayaraq Rus imperiyası dünya imperiyası məqamına gəlib
çatmışdır. Onların fikrincə 1 Dünya imperiyası
Roma imperiyası Barbarların yürüşü nəticəsində
yıxılsa da o, ölüb aradan getmədi, bəlkə o, Şərqi
Roma adlanan və Konstantinopol şəhərini özünə paytaxt
edən Vizantiya imperiyası onun yerini tutdu. Rus dövləti, XV əsrdə
Osmanlı orduları tərəfindən ləğv edilən
bu imperiyanın varisi kimi zühür etdi, Rusiya, Roma və Vizantiya
kayzerlərinin ümumdünya ənənələrinin
davamcısı oldu. Bax, bu geopolitik doktrinadır ki, Rus
imperiyasının çox əsrlik gələcəyinin əsasını
qoyur.
Sovet
Ittifaqının, Rus imperiyasının davamşısı
kimi meydana gəlməsi və dağılması barədə
biri digırini rədd edən müxtəlif fikirlər irəli
sürdü. Bizim fikrimizcə, bu imperiyanın müsbət və mənfi
cəhətləri olmuşdur. Sovet Ittifaqının
dağılması ilə Rusiya imperatorluğunda birləşdiilrən
qeyri-rus xalqlar müstəqillik qazandılar. Eyni zamanda Şərqlə
Qərb arasında iki bir-birinə zidd olan ictimai və iqtisadi
sistem arasında davam edən barışmaz ziddiyyət aradan
qaldırıldı, soyuq müharibəyə son qoyuldu. Bu isə
bəşəriyyəti atom fəlakətindən qurtardı.
Vahid dünya təsərüfatı çərçivəsində əməkdaşlıq
üçün şərait yarandı. Bunlar müsbət həll olsa da
imperiyaların gəlib-getməsi ilə müharibələr
aradan getmir, vahid ictimai və iqtisadi model üzərində qurulan
dövlətlər arasında ziddiyyətlər ləğv
edilmir. Çünki xalqlar və dövlətlər arasında münasibətlər
mənafe üzərində, maddi mənafe üzərində qurulur.
Güclü gücsüzün hesabına imtiyaz əldə edir, həmin
imtiyazları saxlamaq üçün bütün vasitələrdən ideolji təsir
və fiziki təzyiq vasitələrindən istifadə edir,
iqtisadi təhrim və qanlı müharibələr yolu ilə öz
mənafeyini təmin etməyə çalışıır. Bu hətta
kiçik qrupdan ibarət olan insanlar arasında da belədir, dövlətlərarası
münasibətlərdə də belədir. Sovet Ittifaqının
dağılması heç də kiçiiik dövlətlər üçün istiqlal
və xalqlar üçün rifah gətirmir. Onların böyük dövlətlər
qarşısında öz mənafelərini qorumaq üçün təminat
vermir. əslində isə pozulmuş tarazlıq böyük dövlətlərin
kiçik dövlətlər üzərində, xüsusilə yeni müstəqilliyə
çatan, iqtisadi və siyasi hərc-mərclik batlığına
düşən dövlətlərin üzərində mütləq hakimiyyət
bərqərar edilməsi üçün geniş imkan və əlverişli
şərait yaradır. Bu isə dünya miqyasında siyasi
sabitliyi pozur, iqtisadi və siyasi böhranlar üçün zamin yaradır.
Birqütblü dünyanın hakimi olan Qərb başqa xalqları özünə
tabe etmək üçün jandarm rolunda çıxış edir. Bunu da qeyd edək
ki, Asiyanın çoxsaylı əjdahası adlanan Çinin iqtisadi
inkişaf yoluna çıxması və atom silahına malik
olması ikinci bir qütbün meydana gəlməsindən xəbər
verir. Bu isə yeni soyuq və isti müharibələrin
qızışmasına imkan yaradır.
Rus
imperiyasının tülu etməsi və Sovet Imperiyasının
qurub etməsi barədə bizim tam inamla təhlil edib verdiyimiz
qiymət bundan ibarətdir.
Mühacir qəzeti 30 oktyabr
1993-cü il.
Ə. Lahrudi.
Istibdad
müxalifətə dözə bilmir. Özbaşına hərəkət
edir. Xalqın iradəsilə təşkil tapan parlamentə
qarşı zor işlədir. Deputatları fiziki məhv etməkdən,
parlament binasını topa bağlayıb dağıtmaqdan belə
çəkinmir.
XX-ci
əsrdə Qərb demokratiyasının yenicə yol
tapdığı iki ölkədə, Iranda və Rusiyada təşkil
edilmiş parlament topa bağlandı. Dövlət
qoşunlarına müqavimət göstərən deputatlar qətlə
yetirildi. Sağ qalanlar isə həbsə düşdülər.
Bağe Şah kazarmasında zəncirə çəkildilər.
Qazax briqadasının komandiri polkovnik Lyaxov və digər Rus
zabitləri məclisə qarşı aparılan hərbi əməliyyta
rəhbərlik edirlər.
Hadisənin
gedişi Qiyame Azərbaycan və Səttarxan kitabından (müəllif
Ismayıl Əmirxizirdir) götürüb oxucuların nəzərinə
çatdırılır. Axşam Camadüləvvəlin 23-də Məhəmmədəli
Mirzə Lyaxovla məsələhətləşdi. Lyaxov məsləhət
gördü ki, parlamentin dağılması üçün tez bir zamanda tədbir
görülsün. Şah həmin gecənin sabahı deputatların qovulməsı
və parlamentin bağlanmasına razılıq verdi. Çərşəmbə
axşamı mayın 3-də gün çıxmazdan əvvəl
qazaxlar və əsgərlər nizami sıra ilə parlament və
Sipehsalar məsçidinə tərəf hərəkət etdilər.
Parlament və məsçid mühasirəyəə alındı,
yollar bağlandı. Parlamentə giriş və
çıxışlar qadağan olundu.
Bu
zaman Rus zabitləri, yüz nəfərə yaxın bir dəstə
silahsız adamla məclisə tərəf hərəkət
etdi. Seyid Camaləddin Əfcəinin qarşısını
aldılar. Lakin Seyid məclisə tərəf hərəkətini
dayandırmadı. Belə olanda qazaxlar əhalini atəşə
tutdular. Top gülləsinin gurultusu Seyidin səvar olduğu ulağı
hürkütdü. O, yerə yıxıldı...Saleh xan Mirzənin
adamları onun köməyinə gəldilər. Xanım Əzəmin
evinə apardılar. Müharibə başlandı. Parlamentin
qapısında səngər tutan mücahidlər atəş
açmağa başladılar. Azərbaycan və Müzəffəri
mücahidləri də qazaxları gülləbaran etdilər.
Atışmanın ilk çağında qazaxlar ağır itki
verdilər. parlament qarşısında olan atlı
qazaxların çoxu tələf oldu. Qalanlar ətraf küçələrə
çəkilməyə məcbur oldular. Qazaxların məğlub
xəbəri Lyaxova çatdırıldı. O, müharibə
meydanında hazır oldu. Baqe şah kazarmasından dörd böyük
top gətirilməsinə əmr verdi...
Bu
zaman deputatlar heyrət içərisində idilər.
Tanınmış Məşrutəçi olan ruhani alim Təbatəbai
və Behbəhani mücahidləri müharibədən əl çəkməyə
çağırdılar. Məlik ül Mütəkəllimin mücahidlərə
tapşırdı ki, Lyavova atəş açmasın. Çünki o, Rus təbəəsidir.
Bu iş Rus dövlətinin Irana qarşı daha təhlükəli tədbir
görməsinə imkan verər. getdikcə qazaxların sayı
artırdı. Burada kifayət qədər silah toplandı.
Mücahidlərin sayı isə azalır, fişənglər
qurtarırdı. Yollar bağlı olduğu üçün onlar parlamentin
şimal divarını deşdilər. silahsız deputatlar
oradan çıxaraq Əminüddövlə bağına toplandılar.
Parlament arası kəsilməyən top atəşinə
tutuldu. Parlamentin müdafiəçilərinin müqaviməti
qırıldı. Qazaxlar məclisə hücum etdilər. Gözəl
memarlıq abidəsi olan parlament binası viran edildi. binada olan
qiymətli əşya qazaxlar tərəfindən qarət
oldu.
Qazaxların
başqa bir dəstəsi Azərbaycan və Müzəffəri əncumənlərini
də top atəşinə tutdular və oranı da
dağıtdılar. Dörd saat müharibədən sonra Tehran ölülər
şəhərinə çevrildi. Qanlı mübarizə yolu ilə əldə
edilən demokratik azadlıq Rus imperiyasının iradəsi ilə
və Rus əsgərlərinin əli ilə ləğv
edildi. ölüm sükutu ölkəyə hakim oldu.
Moskva,
Oktyabr 1993.
Aprel
plenimu (1985) Qərb demokratiyasının Sovet Ittifaqı ərazisinə
yol tapmasının əsasını qoydu. 1989-cü il. Sovet
Ittifaqı Ali Sovetinə seçilər və Qərb
demokratiyasının əməldə həyata tətbiq edilməsinin
başlanğıcı oldu. Bununla da Sovet siyasi sistemi
dağılmağa başladı. Yeltsin Rusiyanın prezidenti
seçildi. 1991-ci il avqust ayında SSRI Ali Soveti özünü buraxdı.
Belevuj görüşü Ittifaqı dağıtdı. Yeltsin 21 sentyabr fərmanı
ilə Rusiya parlamentini ləğv etdi. Fərmana tabe olmayan
parlament topa bağlandı və qanlı faciə ilə nəticələndi.
Faciə necə başlandı? Parlament Yeltsinin fərmanını
konstitusiyaya zidd sənəd elan etdi. Yeltsinə
etimadsızlıq göstərdi. Prezident vəzifəsini ifa etmək
Rutskoya tapşırıldı. Bu barədə Komsomolslakaya
pravda qəzetinə 1993-cü il XI-30 müraciət edək.
Sentyabrın 28-də səhər saat 6-da Ağ ev (parlament
binası) üzük qaşı kimi mühasirəyə alındı. Hərbi
maşınlar binanın ətrafında ikiqat düzüldü. Ağ
evin dövrəsinə tikanlı məftil şəkildi. Parlamentə
yaxın küçələrdə hərbi postlar qoyulur. Jurnalistlərin
belə Ağ evə düşməsi nadir hadisəyə
çevrildi.
Mühasirə
ilə yanaşı Ağ evin işığı, suyu kəsildi.
Istilik şəbəkələri bağlandı. Deputatlar
axşam şam işığı ilə işləməyə
məcbur oldular. Xarici jurnalistlərə radio telefonla xəbərdarlıq
edildi. binaya hücum gözlənilirdi. Ağ evi tərk etmək
onlardan tələb olunurdu.
Komsomalskaya
pravda (5 oktyabr 1993) səhər saat 6. 45- də zirehli
maşınlar Ağ evin ətrafında cəmləşdilər.
Binadan qeyri-müntəzəm atəş açılırdı. 3
oktyabr, saat 15-də minlərlə nümayişçi, hərbçilərin
sırasını yardılar. Saat 16-da Rutskoy və Xasbuladov bələdiyyə
idarəsi və televiziya mərkəzinin tutulması
haqqında sərəncam verdilər. Televiziya və bələdiyyə
idarəsinə hücum başlandı. 4 oktyabr, saat 7. 40-da Ağ
evin ətrafında atışma başlandı. Bina zirehli
maşınlarla üzük qaşı kimi mühasirəyə
alındı. Bütün silah növlərindən atəş
açılırdı. Saat 11. 40-da tanklar 13 və 14-cü mərtəbələri
(Acalov və Makaşovun qərargahı) atəşə
tutuldu. Bina daxilində partlayan mərmi nəticəsində
güclü yanğın əmələ gəldi. Saat 13-də tanklar
Xasbulatovun kabinetini topa bağladılar. Saat 14-də informasiya
nazirliyi Pravda, Sovetskaya Rossiya, Den, Raboçaya tribuna,
Qlasnost, Narodnaya qazeta, Russki vestnik qəzetlərinin
buraxılışını dayandırdı. Saat 15. 26, Moskvada
komendant saatı qoyuldu. Saat 15. 54-də parlament binası
barrikada metrosu tərəfindən top atəşinə tutuldu.
Iriçaplı
pulemyotlar və tank topları Ağ evi bombalamağa
başladılar. Iki ağır tank binanın 14 və 15-ci mərtəbəsini
topa bağladı. Saat 16. 13-də binanın hər iki tərəfindən
yanğın baş verdi. Saat 16. 50-də ağ bayraqlı dəstələr
binadan xaric oldular. Saat 17. 20-də binanı 300 nəfər tərk
etdi.
Hörmətli
oxucu! Biz iki eyni ilə bir-birinə oxşar hadisəni birinci
Tehranda, 85 il bundan əvvəl baş verən hadisəni, 40 il
bundan əvvəl Təbrizdə çıxan kitabdan, ikinci hadisəni
isə Rusiyanın indiki hakim rejiminə yaxın olan KP xülasə
şəkildə Sizə təqdim edirik. Biz həmin hadisələri
qiymətləndirmək fikrində deyilik. Tarix özü onun qiymətini
verəcəkdir. Məqsədimiz ancaq demokratiya və diktatura
arasında gedən qanlı mübarizənin gedişini, onun harada
və hansı ölkədə baş verməsindən, ölkənin
inkişaf səviyyəsindən və tarixi şəraitdən
asılı olmayaraq eyniyyət təşkil etdiyini açıq
göstərməkdir. Rus çarizmi rus əfsərlərinin əli ilə
20-ci əsrin başlanğıcında Iranda Irana Qərbdən
gətirilən cavan demokratiyanın müqəddəs məkanını
topa bağladı. Xalqın seçdikləri deputatlar zəncirə
çəkildi. 20-ci əsrin sonunda Rusiyanın özündə təkrar
oldu.
Mühacir qəzeti 14 oktyabr 1993-cü
il.
Müşahidəçi.
Müasir
Rus yazıçısı Soljenitsın Ryazan mülkədarının
oğludur. O, 70-ci illərdən başlayaraq Sovet quruluşuna
qarşı açıq muxalifət mövqeyində durmuş, o
zamankı Sovet disidentləri (yad fikirliləri) arasında daha
tanınmış və dünya şöhrəti qazanmış rus
yazıçılarından biridir. Sovet quruluşuna qarşı
barışmaz mövqe tutduğu üçün 1973-cü ildə Qərbi
Avropaya sürgün edilmiş, əvvəlcə Isveçrədə məskən
salmış sonra isə Amerikaya köçmüş, orada məskünlaşmışdır.
Onun Sovet quruluşunu və kommunist ideologiyasını
ifşa edən romanları, o cümlədən Stalin dövrünün həbs
düşərqələrinə həsr edilmiş Bulaq
romanı bir çox dillərə tərçümə edilmişdir.
Aleksandr
Soljenitsın Sovet quruluşu dağıldıqdan sonra Rusiyaya
qayıtmağa hazırlaşır. O, bu yaxınlarda Qərbi
Avropaya gəlmiş, Fransa televiziyası ilə müsahibə
aparmış, Vandey əyalətində rus şairi Marina
Svitayevanın xatirə lövhəsinin açılışı
münasibətilə keçirilən mitinqdə çıxış
etmişdi. Soljenitsın bu çıxışında inqilab,
azadlıq, bərabərlik və qardaşlıq
anlayışına yeni məfhum və məna verməyə
çalışmışdır. Soljenitsın öz
çıxışında Vandey kəndli üsyanını (bu üsyan
böyük Fransa inqilabına qarşı çevrilimişdi) yüksək
qiymətləndirərək demişdir: Bütün inqilablarda insanın
ibtidai icma dövrünə xas olan bərabərlik, instinqt və cəhalətlə
dolu olan paxıllıq, acgözlük və nifrətə səbəb
olan təxribatçılıq qüvvəsini üzə çıxarır. Bu
hal müasir dövrdə də özünü göstərir.
Soljenitsın
fikrincə XV əsr romantik inqilab qartalı XX əsrdə bəşəriyyətin
gözü qarşısında tənəzzül edir. Insanlar inqilabdan
uzaqlaşan əsrləri arxada qoyarkən daha artıq başa
düşürlər ki, inqilab bədbəxtlik gətirir. Cəmiyyəti
məhv edir. təbii həyatı müflisləşdirir. Əhali
də mövcud olan yaxşı ünsürləri dağıdır. Pis
ünsürlərə meydan verir.
Soljenitsın
inqilab sözünə geriyə sürüşmək, qayıtma, yenidən
təcrübə etmək, təzədən
qızışdırmaq kimi lüğəti məna axtarır və
insanlara nəsihət verir ki, sosial fayda az itgi ilə ümumi vəhşıləşməyə
yol vermədən adi təkamül yolu ilə mümkündür. Onun fikrincə
inqilab yolu ilə insan təbiətini
yaxşılaşdırmağa ümid bəsləmək xoş
arzudur. Fransa inqilabı insanları dəyişmək arzusu ilə
icrası mümkün olmayan azadlıq, bərabərlik və
qardaşlıq şüarını irəli sürdü.
Soljenitsının
fikrincə həqiqət bambaşqadır. Çünki ictimai həyatda
azadlıq və bərabərlik bir-birini inkar edir və
bir-birinə düşməndir. Soljenitsın özünün fikrini belə
izah edir:
azadlıq
sosial bərabərliyi dağıdır. Elə buna görə də
bu bərabərlik mümkün deyildir. Deməli, azadlığı
(əlbəttə, sahibkarlıq azadlığını)
qorumaq üçün bərabərliyi, əlbəttə, sosial bərabərliyi,
məhdudlaşdırmaq və aradan aparmaq lazımdır. Ə.L.).
Soljenitsın
qardaşlıqdan danışarkən daha qəti hökm verir və
qeyd edir ki, qardaşlıq, azadlıq və bərabərlik
ailəsinin üzvü ola bilməz. Bu ancaq daha artıq qanadlı
şüar kimi azadlıq və bərabərlik şüarına əlavə
olunur. Soljenitsın daha aydın danışır və qəti
hökm verir. Həqiqi qardaşlığa nail olmaq, sosial vasitələrlə
deyil, mənəvi yollarla mümkündür.
Adlı-sanlı
disident yazıçı bu fəlsəfi mühakiməni belə bir
istəklə, heç vaxt və heç bir ölkə üçün böyük inqilab arzu
etmirəm, sözü ilə başa çatdırır.
Bəşər
öz təbiətinə fizioloji varlıqdır. Bu varlıq
sayı milyona çatan planetlər içərisində ən kiçik bir səyyarədə,
Yer kürəsində mövcuddur. Insan fizioloji varlıq kimi biri digərindən
fərqlənir. Maddi və mənəvi qida almaq, maddi aləmdə
yaşamaq və yaşatmaq üçün yaratmaq istedadına malikdir. Beləliklə,
insan təbiətən həm azaddır, həm bərabərdir,
həm də Adəm və Həvvanın övladıdır.
Demək insan vahid ata və vahid anadan törənmiş və
Soljenitsının dediyi əksinə olaraq bir-biri ilə
doğma və bərabər hüquqlu qardaşdır.
Lakin
bütün tarix boyu azadlıq, bərabərlik və qardaşlıq
prinsipini pozulmuş, insanların böyük əksəriyyəti
azadlıqdan məhrum edilmişdir. Təbiətin maddi və mənəvi
sərvətlərindən ancaq bir dəstə insan zümrəsi
istifadə etmiş, qalan böyük əksəriyyəti təbiətin
bu nemətlərinə həsrət gözü ilə baxmağa məcbur
olmuşdir.
Insanları
səbr etməyə çağıran Solnejitsını
yaxşı bilir ki, bəşər tarixi həyat uğrunda
mübarizə tarixidir. Azadlıq bərabərliyə çatmaq üçün
vasitədir. Azadlıq və bərabərliyi boğanlar Isa Məsihi
(Isus Xristosu) çarmıxa çəkmədən belə çəkilmədilər.
Əlbəttə,
Solnejitsına başa düşmək olar. O, rus mülkədarı
zümrəsinə mənsubdur. Milyonlarla təhkimli kəndlini əsarətdə
saxlayan və onun hesabına naz-nemətə qərq olan rus
mülkədarlarının varisləri bu gün öz keçmiş ictimai
imtiyazlarını geri qaytarmaq üçün qan tökür və qanlı
diktatura bərpa etməyə çalışırlar. Tökülən
qanlar hesabına qaytarılan imtiyazları qoruyan diktaturaya fəlsəfi
don geyindirmək və ona ideoloji əsas yaratmaq üçün ehtiyac
duyurlar. Bu təbii haldır. Hər bir hakim sinfin hakim
diktaturası və hakim ideologiyası olur. Stalin həbs
düşərgələrini qamcılayan, kommunist diktaturasına
qarşı üsyan edən Solnejitsın görəsən kriminal
kapital diktaturasına qarşı da çıxacaqmı? Gələcək
bu haqda özünün son sözünü deyəcəkdir.
Mühacir
qəzeti 30 oktyabr 1993-cü il.
Ə.
Lahrudi.
Soljenitsinin
Vandey əyalətindəki çıxışı Izvestiya qəzetinin
28 sentyabr, 1993-cü il tarixli nömrəsində çap etmişdir.
Zəngilan
da süqut etdi.
Zəngilan
rayonunun süqutu ilə Azərbaycanın 4 böyük bölgəsinin (Cənub
qərb məntəqəsinin) erməni təcavüzkar
qoşunları tərəfindən işğalı başa çatdı.
Zəngilan təbii sərvətə malik olan bu məntəqə
düşmənə təhvil verildi. Məntəqə əhalisinin
didərgin düşməsi, Respublikanın 25 %-nin ana torpaqdan
ayrılması qədim tarixə malik olan bir xalqın faciəsidir.
Zəngilanın 60 min əhalisi Araz çayını keçərək
Iran torpağına pənah apardı. Düşmən heç bir
müqavimətə rast gəlmədən xalqın
torpağına və sərvətinə sahib olur, hərbi təchizatı
ələ keçirir, özünü yeni təcavüzə hazırlayır.
Nə
üçün Azərbaycan ordusu düşmənə müqavimıt göstərmədən
geri oturur? Doğrudanmı Azərbaycan xalqı qorxaq
xalqdır? Bu xalq döyüş qabiliyyətinə malik deyil? Onun
ağıl və zəkası başqalarından azdır? O
fiziki cəhətcə nöqsanlıdır?
Bütün bu sualların cavabı mənfidir.
Bu xalq zəkalı və ağıllı xalqdır. Fiziki cəhətcə
bütün standartlara uyğun inkişaf etmiş millətdir. Texnikaya
yiyələnın və onu işə sala bilən millətdir.
Bütün bunlara baxmayaraq müasir nizami və partizan müharibəsi aparan
xalqlar içərisində düşmənə müqavimət göstərmədən
qaçan ordu ancaq Azərbaycan ordusudur.
Bir
qarış boyu olan Vyetnamlı əsgər və zabit
Diyen-Biyenfu qalasında Fransanın müstəmləkəçi
qoşunlarına zərbə vurdu. Dünyanın ən qüdrətli
öləksi olan Amerikanı Vyetnamdan qaçmağa vadar etdi. Fələstin
40 ildir çarpışır. Təpədən dırnağa qədər
silahlanmış Israil ordusuna qarşı daş müharibəsi
(intifazə) aparır. Iranlı gənclər, Iraq təcavüzünə
qarşı qanlı müharibədə igidlik göstərir,
minaları ləğv etmək üçün kütləvi şəkildə
minalaşmış ərazidən keçir, minaları
partladıb tanklara yol açırdılar.
Silahsız
və ac Somali Amerika ordusu qarşısında təslim olmur.
Bu çağrılmamış qonaqlara rahatlıq vermir
Moqadişoda fəaliyyət edən partizan hərəkat
başçısı general Aydidin başına bir milyon dollar qiymət
qoyan Amerika ac Somalilini pulla ala bilmir. Aydidi xalq gizlədir. Bəs
nə üçün Azərbaycan ordusu və Azərbaycan xalqı
düşmən qarşısında müqavimət göstərmir,
ev-eşiyini tərk edib, təhlükəsiz yer axtarır?
Biz
cənublu mühacirlər bu respublikanın nailiyyətləri ilə
sevinmiş, başdan- başa savadlanan Azərbaycan gənclərinə
həsəd aparmış, milyonlarla savadsız cavanları
da Azərbaycanlı yaşıdları kimi savadlanması və
firavan yaşaması arzusunda olmuşuq. Bu gün isə bu
xalqın faciəsinin şahidi olub, bu xalqın təhlükəyə
düşməsinə acıyır və nə üçün belə olur
sualına cavab axtarırıq. Doğrudan da bu xalq qorxaq xalqdır?
Doğrudan da bu xalq müstəqil yaşamağa layiq deyil?
Doğrudan da bu xalq başqalarının himayəsi altında
idarə olunmalıdır? Bu sualların da cavabı mənfidir.
Bəs nə üçün faciə, faciə ardınca baş verir? Xalq
alçalır, düşmən isə sevinir. Bu suallara yeganə cavabı
özündən razılıqda, mənsəbpərəstlikdə
axtarmaq lazımdır. Bütün bu amillər xalqı bir-birinin
canına salmış, onlarla qrup və dəstələrə
parçalamışdır. Ancaq xalqın mənafeini təmsil edən
dəstələr nə qədər özlərinə gəlməyiblər,
nə qədər daxili çəkişməyə son
qoymayıblar, nə qədər sağlam düşüncə ilə
həyata baxmayıblar bu xalq öz varlığını qoruyub
saxlaya bilməyəcəkdir. Azərbaycanda vətəndaş
müharibəsi gözlənilmir, lakin Azərbaycanın yenidən əsarət
altına düşməsi təhlükəsi ciddi təhlükədir.
Tarix
təkrar olur. Sultan Məhəmməd Fateh Istambulu mühasirə
edərkən Vizantiyanın Ortodoks kilsəsi Əyasüfi kilsəsində
Isanın yerdə qalması və ya asimana getməsi barədə
qızğın mübahisə aparırdı. Şəhəri
müdafiə edən yox idi. Lakin Isa məsih Məhəmməd
Fatehin Istambula tuşlanmış toplarını susdura bilmədi.
500 ildir ki, Əyasüfi kilsəsi müsəlmanların məsçididir.
Dünya
sükut edir.
Küveyt
kiçik bir əmirlikdir. Onun neft mədənləri Qərbin sənaye
maşınını hərəkətə gətirir.
Küveytin əldə etdiyi neft-dollar əsasən Qərbi Avropa və
Amerika banklarında saxlanılır. Avropada işə
salınır. Elə buna görə də Iraqın Küveytə
hücumu cavabsız qalmadı. Yarım milyonluq bir ordu Iraqa
qarşı müharibə apardı və Küveyt yenə də Qərbin
ağuşunda qaldı.
Ikinci, üçüncü və dördüncü Israil ərəb
müharibələrində Sovet Ittifaqı Misiri və
Suriyanı, Amerika və Qərbi Avropa isə Israili müdafiə
etdilər. 67-ci il müharibəsində Misir və Suriya məğlub
oldular. Sovet Ittifaqının ciddi xəbərdarlığı
ilə Israil qoşunları Qahirə və Dəməşqə
girə bilmədilər. 73-cü il Misir-Israil müharibəsinin ilk
günlərində Israil məğlub oldu. Tel-Əviv, Frankfurt,
hava xətti ilə Qərb və Amerika arası kəsilmədən
Israili yenidən silahlandırdılar, bu öləknin məğlubiyyətinin
qarşısını aldılar.
Iran-Iraq
müharibəsində Qərbi və Şərqi Avropa Iraqı
müdafiə etdi o qədər müdafiə etdi ki, əvvəlcə
məğlub olub geriyə oturan Iraq müharibənin son günlərində
Irana üstün gəldi. Iran öz ərazisinin böyük bir hissəsinin
işğal altında olmasına baxmayaraq atəşkəsə
razılıq verdi.
Amerika-Vyetnam
müharibəsində Sovet Ittifaqı və Çin Şimali Vyetnama,
Amerika isə Cənubi Vyetnama kömək etdi.
Əfqanıstanda
gedən vətəndaş müharibəsində Sovet Ittifaqı
bir tərəfdən, Pakistan, Iran, Səudiyyə Ərəbistanı
və Amerika digər tərəfdən döyüşən tərəflərə
kömək etdilər. beləliklə, dünyanın hər bir məntəqəsində
baş verən müharibə ikitərəfli olmuşdur. Dünya
bir-birinə bağlıdır. Döyüşən tərəflər
bu və ya digər dövlətin himayəsinə arxalanmasa, qalib
gələ bilmir. ən azı özünü qoruyub saxlaya bilmir. Lakin Azərbaycan,
görünür, bu qaydadan istisnadır. Ermənilər Azərbaycana
qarşı ərazi iddiası irəli sürərkən Qərbi
və Şərqi Avropanın siyasi, mənəvi, maddi və
hərbi köməyinə arxalanırdı. Onlar başıbəlalı
ermənilərə timsah kimi göz yaşı
axıdırdılar. Şuşa, Laçın ermənilər tərəfindən
işğal edildikdən sonra başıbəlalı sözü mədəni
Avropanın, Puşkin və Tolstoyun vətəni olan
Rusiyanın siyasi və ictimai dairələrinin leksikonundan
silindi.
Birləşmiş
Millətlər Təşkilatı biri digərinin ardınca qətnamə
qəbul edir. Vaşinqton və Moskva isə Azərbaycan
torpaqlarının işğal edilməsilə əlaqədar
vaxtaşırı bəyanat verir. Öz təəssüflərini
bildirirlər. işğal olunmuş torpaqların azad edilməsini
tələb etməklə tarixi vəzifələrini yerinə
yetirmiş olurlar.
Horadiz
qəsəbəsinin işğal edilməsi, erməni
qoşunlarının Iran sərhədlərinə çıxması,
sərhəd boyu 70 km əraziyə nəzarət etməsi mədəni
Avropanın, demokrat Rusiyanın və yeni dünya nizamı yaradan
Amerikanı tam sükutu ilə üzləşdi. Türk birliyinə can
atan və Türk dünyasını vahid bayraq altında birləşdirməyə
çalışan, türkün türkdən başqa dostu yoxdur deyən
Ankaranın fəallığı gözə çarpmır. Islam
dünyasının birliyinə çalışan Tehran isə
qaçqınları qəbul etmək və onlara qayğı göstərməklə
kifayətlənir. Belə də olmalıdır. Qonşuya
ümid olan şamsız qalar, deyiblər. hər ölkə ilk növbədə
özü öz istiqlaliyyətini, öz varlığını
qorumalıdır.
Türkiyə
və Iran Ermənistanla müharibə apara bilməzlər. Ona görə
ki, Ermənistanın sərhədlərini rus qoşunları
qoruyur. Izvestiya qəzeti bu barədə Irana xəbərdarlıq
edir və Haşimi Rəfsəncaninin Bakıya gəlməsi
ilə əlaqədar yazılır: hal hazırda keçmiş
Sovet Ittifaqının Cənub sərhədində əlində
Kalaşnikov aftomatı olan rus soldatı həlledici geopoletik
faktordur. (Isvestiya, 29 oktyabr, 1993-cü il).
Beləliklə,
Azərbaycan tək-tənha qalmamışdır. Yeganə yol
bu xalqın başbilənlərininin ağıla gəlməsi,
bütün qüvvələri səfərbər etməsi, hazırki
hakimiyyətlə əməkdaşlıq etməsi, xalq tərəfindən
seçilmiş prezidentin ətrafında birləşməsi
yaranmış faciətinin qarşısını almaq üçün
atıla bilən addım ola bilər. Əks təqdirdə nə
ölkə qalacaq, nə də hakimiyyət. Doğurdan da Azərbaycan
hara gedir.
Mühacir qəzeti 13 noyabr
1993-cü il.
Ə. Lahrudi.
Tarix
təkrar olur. Birinci dəfə tragediya şəklində.
Fevral
1917. Cəbhədə ardı-arası kəsiləməyən
məğlubiyyətlər, müharibədən çıxmaq, ölkədə
sülh bərqərar etmək günün ən zəruri tələbi
idi. Belə bir tələblə səhnəyə çıxan
xalq 300 illik Romanovlar səltənətinə son qoydu. Fevral
burjua demokrat inqilabı qələbə çaldı. Müvəqqəti
burjua hökuməti təşkil edildi. müəssislər məclisinə
seçki aparıldı. Rusiya Qərb demokratiyasını qəbul
etmək yoluna çıxdı. Inqilabın hərəkətverici
qüvvəsi olan xalq burjua hökumətinin daxili və xarici siyasəti
ilə müharibənin davam etdirilməsi, siyasi və iqtisadi
reforma aparılmaması ilə razılaşmadı. Hələ
1905-7-ci il inqilabı dövründə yaranmış şuralar
hakimiyyət funksiyasını icra etməyə
başladılar. Rusiyada ikihakimiyyətlilik meydana gəldi. 300
illik imperatorluq tarixində ilk dəfə olaraq demokratik
azadlıqlar bərqərar oldu. Xalq öz iradəsi ilə yeni
hakimiyyət qurmaq imkanına malik oldu. Ikihakimiyyətlilik
xalqın iradəsindən doğan yeni hakimiyyət
yaradılması üçün zəmin hazırladı. Beləliklə
oktyabr inqilabı burjua hakimiyyətini
yıxdı, burjua diktaturasının bərpa edilməsi
imkanını aradan qaldırdı və Rusiyada fəhlə-kəndli
diktaturası bərqərar oldu. Oktyabr inqilabı hakimmiyyət
dəyişikliyi deyil, sözün həqiqi mənasında dərin
ictimai və iqtisadi dəyişiklik idi. Formatsiya dəyişikliyi
idi. Cəmiyyətdə qarşı-qarşıya durma da bu dəyişikliyin
mahiyyətindən irəli gəldi. Bu dəyişikliklər
sərvətlə yoxsulluq arasında şiddətlənən
dərin ziddiyətlərin təzahürü idi. Bu, mülkiyyət sahibi
olan təbəqə ilə mülkiyyətdən məhrum olan təbəqə
arasında meydana gələn və qanlı vətəndaş
müharibəsinə çevrilən ziddiyyət idi.
Bütün
ictimai inqilablar siniflərarası ziddiyyətin məhsuludur. Bu
ziddiyyət heç vaxt və heç zaman dinc yolla, danışıq və
anlaşma usulu ilə, daha dəqiq deyilsə, mülkiyyətdən
könüllü olaraq əl çəkmək yolu ilə həll olunmur. Bütün
inqilablar kimi Rus inqilabı da bu qaydadan istisna olunmur.
Böyük
Fransa inqilabı, azadlıq, bərabərlik və
qardaşlıq şuarı ilə qələbə çaldı.
Bu inqilab həqiqətən içtimal inqilab idi. Feodal cəmyyətinin
bətnində yaranib formalaşan bazar iqtisadiyyatının
natural feodal iqtisadiyyatı üzərində qələbəsi
idi. Bu qələbə qanlı vətandaş müharibəsi
alovları icərisində bərqarar edilən burjua
diktaturası yeni formatsiyanın qələbəsini təmin
edən diktatura idi.
Rusiyada
da belə oldu. Qalib gələn yeni ictimai və iqtisadi sistem
qanlı diktatorluq şəraitində formalaşdı, möhkəmləndi
və dünya miqyaslı ictimai quruluşun ilk modelini yaratdı.
Fevral
inqilabı uzun tarxi bir dövrü əhatə edən ziddiyyətlərin
kəskinləşməsinin məhsulu idi. Birinci dünya müharibəsi
bu ziddiyyətlərin həllini surətləndirdi asanlaşdırdı.
Bolşevizm ən radikal və ən ifrat cərəyan kimi
burjua diktaturasını devirdi və yenicə qələbə
çalan formatsiyanın siyasi həkimiyyətini, onun
diktaturasını bərqərar elədi.
Rusiya
kiçik bir dövrü (fevral-akotyabr) istisna etməklə Romanovlar
diktaturasından məzmun və formaca fərqli olan diktatura ilə
üzləşməli oldu. Böyük bir tarixi dövrü əhatə edən
bu ictimai və siyasi sistem daxili və xarici amillərin təsiri
nəticəsində dağıldı.
Mövcud
mülkiyyət forması ilə yaranmaqda olan yeni mülkiyyət
forması arasında kəskinləşən ziddiyyətlər
bu dağılma prosesində həll edici rol oynadı. Bu
ziddiyyət xüsusilə məxfi iqtisadiyyatın yaranıb
formalaşdığı dövrdə daha da şiddət kəsb
etdi. Ictiami mülkiyyətin xüsusi mülkiyyətlə dəyişməsi
üçün zəmin hazırladı. əsasını kriminal kapital təşkil
edən məxfi iqtisadiyyat belə yarandı.
Bir
mülkiyyət formasının digəri ilə əvəz edilməsi
1917-ci ildə olduğu kimi də formatsiya dəyişikliyini
sürətləndirdi.
Aprel
1985.
Tarix
təkrar olur. Ikinci dəfə komediya şəklində.
1985-ci
ilin aprelində Kommunnist Partiyasının yeni lideri, cavan və
enerjili Mixail Qorbaçov, Partiyanın aprel plenumunda Sovet Sosialist
sisteminin çatışmayan cəhətlərini tənqid elədi.
Bu plennumda Sovet iqtisadiyyatının nöqsanları və iqtisadi
quruculuqda buraxılan səhvlər açıqlandı. 1987-il
Yanvar plenumunda daha bir addım irəli atıldı. Nöqsanlar
aprel plenumundakından daha kəskin formada tənqid edildi.
iqtisadiyytaın durğunluğundan, böhranla
qarşılaşmasından bəhs olundu. Iki plenum
arasındakı dövrdə öz mövqeyini möhkəmləndirən
Qorbaçov iqtisadiyyatın dərin islahata ihtiyacı olduğunu çəkinmədən
irəli sürdü. Belə bir islahatın səmərəli keçirilməsi
üçün yeni nüsxə verdi. Həmin nüsxəyə əsasən nəzərdə
tutulan islahatın həyata keçirilməsində xalqın
iştirakının zəruriliyi tövsiyə edildi. Bu isə
Qorbaçovun siyasi sistemdə islahat aparması üçün
başlanğıc oldu. Tam ustalıqla və plan üzrə hərəkət
edən Qorbaçov aparılması nəzərdə tutulan
islahatda xalqın iştirakı üçün zəruri olan atributları
işləyib hazırladı. Bu atributlar dəqiq formullaşdırıldı,
yenidənqurma, demokratiya və aşkarlıq şəklində
irəli sürüldü.
Sovet
Cəmiyyəti üçün yeni olan bu siyasi konsepsiya xalq tərəfindən
daha inamla qəbul edilsin deyə daha çox sosializm və daha çox
demokratiya şüarını ortaya atdı. Bununla da o, özünü
sosializm quruluşunun həqiqi tərəfdarı, lakin islah
edilmiş, sərbazxana sosializmindən fərqlənən,
demokratik sosializm tərəfdarı kimi qələmə verdi.
Bununla da Rusiyanın müasir tarixində yeni dövr, Qorbaçov dövrü
başlandı. Bu mərhələdən başlayaraq yenidənqurma
Sovet quruluşunun dağılıb aradan aparılması üçün
başlanğıc olur. Iqtisadi islahat arxa plana keçirilir. Siyasi
islahat sürət alır. Sovet Konstitusiyasına yeni əlavələr
edilir, qanun vericilik orqan daimi fəaliyyət göstərən
sovetlərlə yanaşı, dövrü fəaliyyət edən
deputatlar qurultayı təşkil edilməsi kimi maddələr
konstitusiyaya əlavə edilir. Əməldə siyasi
partiyaların yaranması və fəaliyyəti üçün şərait
hazırlanır. Xalq deputatları qurultayına çoxmandatlı
namizədlərin irəli sürülməsi üçün imkan yaranır.
Bununla da Qərb demokratiyasının Rusiyaya yol tapması üçün əməli
tədbirlər görülür. Qurultaya seçkilər aparılır. Xalq
Deputatları Qurultayı demək olar ki, çoxpartiyalılıq
prinsipi əsasında seçilir. Qurultay fraksiyalara bölünür,
aşkarlıq prinsipi əsasında iclasların gedişi bir
başa yayım vasitəsilə televiziyadan göstərilir.
Qorbaçov Ali Sovetin sədri seçilir. Siyasi islahat yeni mərhələyə
qədəm qoyur. Iqtisadi islahat keçirilməsi məsələsi
üzərində sonsuz müsahibələr başlanır. Sovet Cəmiyyəti
parçalanır, qarşı-qarşıya durma şiddət kəsb
edir. yenicə formalaşan rəqib qruplar, sosializmin
saxlanılması və ya ounn dağılması tərəfdarı
olan qruplar arasında mübarizə açıq düşmənçilik
forması alır. Hər iki cərəyan özünün liderini
tapır. Boris Yeltsin siyasi və iqtisadi islahatların daha sürətlə
həyata keçirilməsini tələb edən qruplaşmanın
lideir kimi, Qorbaçov isə demokratik sosializm tərəfdarı
olan qrupların başçısı kimi çıxış edir.
89-90-ci illəri əhatə edən bu dövr Qərbin siyasi və
ictimai sisteminin Rusiyada həyata keçirilməsinə tərəfdar
olan qüvvələrin (başda Boris Yeltsin olmaqla) qələbəsi
illəri kimi tarixə daxil olur. Siyasi və iqtisadi islahatlar
adı altında gedən bu çəkişmələr Sovet
Ittifaqının dağılmasının əsasını
qoyur. Cəmiyyətdə yeni qruplaşmalar əmələ gəlir.
Onlar Sovet Ittifaqının bir dövlət kimi
qalıb-qalmaması uğrunda mübarizə aparırlar. Milli
respublikalar istiqlal tələb edir, mərkəz isə
onların bu tələbinə qəti cavab cerməkdən
boyun qaçırır. Ölkədə qeyri-müəyyənlik, siyasi
konsepsiyasızlıq vəziyyəti yaranır, mərkəzin
qətiyyətsizliyi milli respublikaların qətiyyəti ölkədə
hərc-mərcliyin baş alıb aparılmasını sürətləndirir.
Avqust
(1991) hadisəsi baş verir. Qorbaçovun Moskvada olmamasından
istifadə edən SSRI- nin yüksək vəzifəli şəxsləri
ölkədə fövqəladə vəziyyət elan edirlər, tank
və zirehli maşınlar mərkəzi dövlətə
qarşı aqressiv mövqedən çıxış edən Ağ
evi mühasirəyə almağa çalışır. Lakin onların
qətiyyətsizliyi, eləcə də orduda mövcud olan ikitirəlik
nəticəsində bu çıxış baş tutmur. əksinə,
sosializmin dağılması, Qərbin iqtisadi və siyasi
modelinin Rusiyaya tətbiq edilməsini tələb edən qüvvələr,
ifrati radikal demokratların qələbəsi üçün əlverişli
şərait yaradır. Ictimai formasiya dəyişiklikləri
uğrunda gedən qanlı çəkişmələrdə 91-ci
il avqust hadisələri xüsusilə əhəmiyyət kəsb
edir.
1917-ci
il 25 avqust general Kornilovun dövlət çevrilişinə bənzəyən
və tamamilə Kornilov çıxışının təkrarı
olan bu çıxış Sovet siyasi və ictimai sistemini qorumaq
üçün əl atılan son cəhd idi.
1917-ci
il. Bu dövr baş alıb gedən hərc-mərclik, qüvvələr
arasında qarşı-qarşıya durma dövrü idi. Keçmişi
saxlamağa can atan qüvvələr ilə keçmişi
dağıtmağa cəhd edən qarşı-qarşıya
duran bu qüvvələr arasında kəskinləşən
mübarizə Kornilov çıxışında demək olar ki, qəti
və həlledici mərhələyə daxil oldu. Ictimai
sistemin radikal şəklində dəyişməsi üçün zəmin
hazırladı. Oktyabr inqilabı bu zəmin üzərində qələbə
çaldı.
1991-ci
il 19 avqust general Yazov və general Kryuçkov çıxışı
Kornilov çıxışını yada salır. Qorbaçovun qətiyyətsizliyi
isə onu Kerenskiyə bənzədir. Qorbaçov dövrünün sovet
sistemi Kerenski müvəqqəti hökuməti kimi, Qorbaçov da
bolşevizm metodundan istifadə edən və Lenin kimi qətiyyət
göstərən Boris Yeltsinin qarşısında acizlik göstərir
və geri oturur.
Moskvanın
avqust çıxışı məğlub edilir. Tarix bütün təfərrüatı
ilə təkrar olur. Özü də komediya şəklində təkrar
olur. O zaman lenin və Kerenski Karnilova qarşı birgə
çıxış etdikləri kimi, bu zaman Qorbaçovla Yeltsin general
Yazov, general Kryuçkov general Puqo və vitse-president Yanayevə
(qiyamçılara) qarşı birgə çıxış edirlər.
hər iki çıxış mövcud quruluşu, onun iqtisadi və
ictimai atributlarını qorumaq üçün göstərilən cəhd,
özüdə suda boğulan adamın saman çöpünə əl atmaqla
özünü qurtarmağa göstərdiyi cəhdi idi. Avqust hadisəsindın
sonrakı dövrdə Qorbaçovun hərəkətləri, verdiyi bəyanatlar
onun daxili aləmini tam aydınlıqla üzə çıxartdı və
tam aydınlıqla göstərdi ki, o, başçılıq etdiyi
dövləti Kerenski kimi səmimiyyətlə qoruyub saxlamaq tərəfadrı
olmamış, sosializmdən, demokratiyadan bol-bol
danışaraq əməldə sosializm və demokratiyanı
dəfn etməyə çalışmışdır. Kerenski isə
həm də əməli fəaliyyətə öz idealına
sadiq olan mülkədar-burjua hakimiyyətinin qorunub saxlanmasına
çalışan, lakin qətiyyətsiz bir şəxsiyyət
kimi tanınmışdır. Qorbaqçovla Kerenskini də bir-birindən
ayıran fərq ancaq bundan ibarətdir.
Avqust
hadisəsi nəticəsində hakimiyyət radikal qüvvələrin,
Rusiyada ictimai -- iqtisadi sistemin köklü dəyişilməsini tələb
edən qüvvələrin, sosializmdən kapitalizmə, planlı
iqtisadiyyatdan tələb və təklif üzərində
qurulan bazar iqtisadiyyatına keçidi sürətlənməyə cəhd
göstərən qüvvələrin əlinə keçdi.
Lakin
məsələ bununla bitmədi. Rusiya Federasiyasının rəqibi
olan ittifaq dağıldı. Yeltsinin rəqibi olan Qorbaçov siyasət
səhnəsindən birbaşa fəramuşxanaya göndərildi.
Hakimiyyət Yeltsinin və onun tərəfdarlarının əlində
mərkəzləşdi. Prezident seçkilərində Yeltsin öz rəqiblərinin
üzərində qələbə çaldı. 106 milyon seçicidən
78 milyonu seçkidə iştirak etdi. Onların 45 milyonu Yeltsinə
səs verdi.
Əsas
rəqiblər sıradan çıxdıqdan sonra Yeltsinin öz
komandası daxilində, onun hakimiyyətə gəlməsində
həlledici rol oynayan şəxslərə yeni dəstəbəndlik
meydana gəldi və bu dəstəbndlik
qarşı-qarşıya duran iki qütbə parçalandı. Qütblərarası
mübarizə parlamentlə prezident arasında, hakimiyyətin iki
şaxəsində, qanunvericilik və icraedicilik şaxəsi
arasında şiddətləndi.
Sovet
hakimiyyətinin dağılmasında, Sovet
respublikalarının parçalanmasında, sosializmin iqtisadi və
ictimai sistem kimi ləğv edilməsində yeni iqtisadi və
ictimai sistemin, kapitalizmin Rusiyada əhya edilməsində həlledici
rol oynayan qüvvələr, qarşı-qarşıya durmalı
oldular və Rusiyanı faciə ilə üzləşdirdilər.
Bu
qarşı-qarşıya durma zahirdə hakimiyyət
uğrunda mübarizə kimi qələmə verilir. Lakin bu tamamilə
yersiz iddiadır. Qorbaçovla Yeltsin arasında, qanunvericilik
orqanı ilə icraedicilik orqanı arasındakı mübarizə
hakimiyyət uğrunda deyil, müəyyən ictimai sistem
uğrunda gedən mübarizədir. Bir ictimai formasiyanın digər
ictimai formasiya ilə əvəz edilməsi uğrunda gedən
mübarizədir. Bu mübarizə ictimai inqilabdır. Cəmiyyəti
kökündən dəyişdirən inqilabdır. Hakimiyyət bu
inqilabın nəticələrini həyata tətbiq etmək və
onun nailiyyətlərini qoruyub saxlamaq üçün silahdır.
Rusiya
aprel 1985-ci ildə öz gələcək taleyini həll etmək
üçün ilk addımını atdı. O tarixdən indiyə qədər
baş verən hadisələr bu istiqamətə yönəlmiş
və qarşıda duran bütün maneələr siyasi və nizami
yolla aradan qaldırılır. Oktyabr 1993-cü ilin qanlı hadisəsi
sosializmin məğlubiyyəti, kapitalizmin qələbəsi
ilə nəticələndi.
Kommunizm
və faşizm.
1917-ci
il 25 oktyabr. Qırmızı qvardiya Rus imperiyasının
alınmaz qalası olan Qış sarayına hücum etdi. Müvəqqəti
hökumətin nazirləri həbsə alındı. Lenin
Qış sarayında çıxış edərək dedi:
Bolşeviklərin dəfələrlə zəruriyyəti
haqqında danışdıqları sosializm inqilabı qələbə
çaldı.
Oktyabr
1917-ci il bəşər tarixində ilk dəfə olaraq yeni
ictimai və iqtisadi formasiya, onun üzsərində fəhlə-kəndli
hakimiyyəti yaratdı.
Oktyabr
1993. ordu və polis qüvvələri sovetlərin son qalası
olan Ağ evə (Ali Sovetin binasına) hücum etdilər. Ali
Sovetin rəhbərliyi həbsə alındı. Boris Yeltsin
Ağ evdə deyil, televiziyada zahir oldu. Sovetlər idarə
sisteminin sona çatmasını elan etdi. O, 21 Sentyabr fərmanı
ilə Ali Sovet və Xalq Deputatlar Qurultayını ləğv
etdi. Bu fərman 3 və 4 oktyabrda rəsmi məlumata görə
150 nəfərin ölümü, 600-dən artıq yaralı Ağ evin
top atəşinə tutulması ilə icra olundu. Moskva şəhərində
fövqəladə vəziyyət elan olundu. Ali Sovetin müdafiəçiləri
polis məntəqələrinə aparıldı. Şəhərdə
qadağan saatı təyin edildi. Ciddi nəzarət rejimi bərqərar
oldu. Ikihakimiyətliliyə son qoyuldu, hakimiyyət prezidentin əlində
mərkəzləşdi. Ölkə fərmanlarla idarə
olunmağa başladı. Rusiya 1917-ci ilin fevralına qədər
olan dövrə qayıtdı. Bu qayıdış, ölkənin
iqtisadi modelini və avtoritar siyasi rejimini ehya etdi.
Ali
Sovetin ləğv edilməsi, Sovetlərin avtomatik olaraq özünü
buraxması üçün siqnaldır. Siyasi təzyiq və ideoloji təsir,
yerli sovetlərin biri digərinin ardınca özünü buraxma prosesini
sürətləndirdi. Avtoratizm bazar iqtisadiyyatına əsalanan
ictimai sistemin etibarlı dayağına çevrildi. Leninin və
Qırmızı meydanda dəfn edilən inqilabçıların
cəsədlərinin adi qəbristanlıqlara köçürülməsi ilə
Rusiyada 76 ilə yaxın hakimiyyət edən kommunizm
erasına son qoyuldu. Kommunizmi faşizm ilə eyniləşdirən
demokratlar kriminal kapitalın demokratik diktaturasını bərqərar
etdilər. bu diktaturaya, demokratik sifət ona görə verilir ki,
mövcud qanunvericilik orqanlarının fərmanla ləğv edildiyi
və bu fərmanın silah işlətmək yolu ilə icra
olunduğu, beynəlxalq hüquq normalarına sığmayan
zorakılığın hakim olduğu, muxalif partiyaların
qadağan edildiyi, xalq tərəfindən seçilən
şuraların buraxıldığı, ölkədə fövqəladə
vəziyyət yarandığı bir zaman yeni seçkilər
keçirilməsinə fərman verilir. Hakim elitaya tabe olan partiyalar
vasitəsilə federal məclis (dövlət duması) seçkilərinə
hazırlıq aparılır.
Bütün
bu dəyişikliklərin ideoloji əsası yaranır. Cəmiyyətdə
meydana gələn qarşıdurma islahatçılarla islahat əleyhinə
olanlar arasında, faşizmə bərabər olan kommunizmlə
demokratiya arasında gedən mübarizə adlandırılır.
Siyasi
rəqiblər qırmızı-qəhvəyi,
faşist-kommunist damğası ilə damğalanırlar.
Halbuki kommunizm və faşizm iki ifratçı cərəyan
olsalar da biri sağ cinahın, digəri isə sol cinahın
radikal nümayəndəsidir. Hər iki cərəyan, hədəf
vasitəyə haqq qazandırır, prinsipinə əsaslanaraq
öz siyasi məqsədlərinə çatmaq üçün kəskin metodlara əl
atır, müəyyən ictimai bir təbəqənin təfəkkür
tərzinin nümayəndəsi kimi çıxış edir. lakin
faşizm kapital hakimiyyəti təhlükə ilə üzləşən
zaman zühur edir.
Italiya
və Alman faşizmi bu ölkəklərdə siyasi səbat
pozulduğu, iqtisadi böhran dərinləşdiyi bir zaman meydana gəldi.
O zaman Avropa dərin iqtisadi böhran keçirirdi. Işsizlərin
sayı milyonlara çatmışdı. Avropanın Şərqində
isə kommunizm rejimi hakim idi. Belə bir şəraitdə
hakimiyyətə gələn faşizm Alman kapitalının təhlükəsizliyini
təmin etdi və Rus kommunizminə qarşı müharibə
apardı ki, dünyanın altıda bir hissəsi alman sənaye
sultanları üçün satış bazarına çevrilsin. Ucuz xammal və
işçi qüvvəsindən istifadə edilsin.
Kommunizmin
sosial bazası isə əmək adamları,
istehsalçılardı. Ictinmai sərvətin bölüşdürülməsində
bərabərliyə əsaslanan kommunizm ən azı ilkin
xristianlıq sosializmi ilə eyniyyət təşkil edir.
kommunizm mahiyyət etibarı ilə insani dəyərləri dərk
edir, vətəndaşlar üçün iş, pulsuz təhsil, müalicə
və mənzil kimi zəruri olan təlabatın ödənilməsini
həyat prinsipi kimi qəbul edir.
70
il kommunizm təbliğatçıları olan və kommunizm
bayrağı altında imtiyazlı elitaya çevrilən bir çox
demokrat elə bir zamanda antikommunizm təbliğatına əl
atır ki, kommunizm ideologiyasına əsaslanan hakimiyyət
dağılmış, kapital ideoloqiyasına əsaslanan
hakimiyyət iş başına gəlmişdir.
Rusiyada
qarşı-qarşıya durma sosializmə qayıtmaq deyil,
kapitalizmi ehya etmək üçün yol axtarılması ilə əlaqədardır.
Xasbulatov, Rutskoy da Yeltsin kimi kommunizmdən üz döndərən
reformatorlar zümrəsindəndir.
Qırmızı
bayraqla küçəyə çıxan nümayişçilər kommunizm ideologiyasına
qayıtmaqdan daha artıq Rus dövlətinin dekabr 1991-ci ilə qədər
mövcud olan sərhədlərinə qayıtmaq tələbini
irəli sürürlər. onlar qırmızı bayraq altında ona
görə hərəkət edirlər ki, bu bayraq Rus dövlətinin
əzəmətini göylərə qaldırmış, rus
xalqına dünya miqyaslı iftixar qazandırmışdı.
Lakin
kapitalın vətəni yoxdur. Yenicə ehya edilən və
bazar iqtisadiyyatına əsaslanan ictimai sistem mənfəəti
hər şeydən üstün tutur. Dövlət birliyini o zaman qoruyur
ki, o həmin dövlət vasitəsilə daha artıq mənfəət
əldə etsin. Keçmiş kommunizm rejimi dövründə əsası
qoyulan məxfi iqtisadiyyat öz qabığına
sığmadı, onu partlatdı, yeni, özünə layiq, onun mənafeini
sözsüz müdafiə edən hakimiyyət yaratdı.
Oktyabr
hadisələri bu hakimiyyətin qələbəsini təmin
etdi. Dekabr seçkiləri isə ona qanuni şəkil verəcəkdir.
Lakin bu da bir həqiqətdir ki, cəmiyyətdə mövcud olan
dərin sosial ziddiyyətlər silah gücünə həll edilmir.
Muxalıf qüvvələrə divan tutulduğu bir zamanda,
demokratik azadlıqların məhdudlaşdırıldığı
bir məkanda seçilən məclis toplanıb bir-birinin üstünə
qalaqlanan ziddiyyətləri necə həll edəcəkdir? Elə
buna görə də hakimiyyət dəyişilsə də həll
edilməmiş ziddiyyətlərin ardınca təhlükəli
partlayış gözlənir.
Rusiya
dərin ictimai-siyasi və iqtisadi böhran keçirir. Bu böhran bir cinahın
digər cinah üzərində qələbəsi ilə həll
edilmir. Bu ziddiyyətlər ancaq milli barış hökuməti
yaradılması yolu ilə həll edilə bilər insan
simasını itirməyən icytimai islahatlar keçirilməsi
yolu ilə həll edilə bilər. tarixin acı təcrübəsindən
ibrət dərsi alan xalqlar üçün çıxış yolu bu yoldur.
Mühacir
qəzeti 13 noyabr 1993-cü il.
Iqtisadi
durğunluq, hakim dairələrdə genişlənən fəsad
Avropanın siyasi həyatında radikalizm meylini gücləndirir. Ənənəvi
Qərb demikratiyası iflasa uğrayır. Avropanın
inkişaf etmiş ölkələrindən biri olan Italiyada keçirilən
bələdiyyə seçkiləri belə bir meylin bütün Avropaya
sirayət edə biləcəyəndindən xəbər
verir.
Əsrimizin
20-ci illərindən başlayaraq radikalizm ictimai və siyasi təfəkkür
tərzi kimi Avropanın siyasi mühitinə kölgə
salmış, bolşevizmin zəfərli yürüşünün
qarşısını almaq üçün hakim dairələrin
silahına çevrilmişdir. O zaman faşizm məhz Italiyada
hakimiyyətə gəldi. Az keçmədən Almaniyada nasional
sosialistlərin qanlı diktaturası bütün Avropanı hədələməyə
başladı. 50 milyona yaxın insan tələfatına və
milyardlarla maddi sərvətin məhv olmasına səbəb
olan faşizm darmadağın edildikdən sonra Italiya özünün
müharibədən sonrakı demokratik konstitusiyası ilə fəxr
edirdi. 50 illik tarixi bir dövrdə Italiyanı parlament sistemli,
çoxpartiyalı bir hökumət idarə edirdi. Bütün bu dövr ərzində
xristian demokratları və sosialistlər ölkənin idarə
edilməsini öz inhisarlarına almışlar.
Bolşevizm
siyasi bir cərəyan kimi hakimiyyəti əldən verdikdən,
Şərqi Avropa və Rusiyada Qərb demokratiyasına yol
açıldıqdan sonra radikalizm siyasi bir cərəyan kimi
canlanması üçün zəmin yarandı. Hadisələrin gedişi
göstərdi ki, dünyanın altıda bir hissəsi olan Rusiyada
siyasi, igtisadi səbatın pozulması Qərbi Avropaya sirayət
etməyə bilməzdi.
Italiyada
keçirilən bələdiyyə seçkiləri, Avropanın ən
demokratik ölkəsində ənənəvi təşkilatların
məğlubiyyətə uğraması, burada sağ və
sol cərəyanların, ümumiyyətlə, mövcud siyasi hakimiyyətə
qarşı çıxış edən radikal təşkilatların
qələbəsi, bolşevizmin hakimiyyətə gəlməsi
və onun hakimiyyətdən getməsi dövrünə təsadüf
edir. bu isə tamamilə qanunauyğun prosesdir. Sadə vətəndaşlar
və milyonlardan ibarət olan kütlə o zaman radikal cərəyanın
arxasınca gedir ki, mövcud vəziyyət, hətta Qərbin demokratik
quruluşu da onların istək və arzularına cavab verməkdən
aciz qalır. Italiya belə bir tarixi mərhələdədir.
Burada
belə bir sual ortaya çıxır: Bəşəri
inkişafın təbii məcrası ilə hərəkət
edən ictimai-iqtisadi sistem nə üçün dərin böhran keçirir və
bu böhranın aradan qaldırılmasında radikal tədbirlərə
əl atılması ön plana keçir?
Keçmiş
Sovet respublikalarının ictimai elmlər üzrə nəzəriyyəçilərinin
iddiasına görə oktyabr çevrilişi Rusiyanı təbii
inkişaf məcrasından çıxarmışdı. Sosializmin
ləğv edilməsi bu ölkələri təbii hərəkat
məcrasına salır. Bu isə bu xalqların tam azad
yaşaması və rifaha çatması üçün onların fikrincə,
əsas amildir. Lakin onlar belə bir həqiqəti nəzərdən
qaçırırlar ki, azad rəqabətə əsaslanan bazar heç
də azad insan və azad cəmiyyət qurulması üçün zəmin
yaratmır. Bazar iqtisadiyyatı hakim olan ölkələrdə 4
milyard əhali yaşayır. Bazar iqtisadiyyatı bu ölkələrə
nə azadlıq gıtirmiş, nə də bu xalqları
rifaha çatdırmışdır. Başqa xalqların
hesabına varlanan kiçik Avropa bu gün xalqın zehnində və təsəvvüründə
canlanan burjua demokratiyası ilə də xudafizləşməli
olur. Italiyada başlanan bu proses təlatümlü dənizdə səbat
adası olan kiçik Avropanı da təhdid edir. Ideolji cəbhədə
iki qütbdə - sağ və sol radikalizmdən ibarət olan
qütblərə bölünən Italiyanın siyasi həyatı daha
radikal çarpışmalar ərəfisindədir. Bələdiyyə
seçkilərində qalib gələn sağ və sol radikalizm
parlament seçkilərində də ənənəvi partiyalara
qalib gəldikləri təqdirdə Avropa yenə də 20-ci
illərə qayıtmalı olacaq. O zaman sosialistlər və
kommunistlər arasında çəkişmə faşizmin meydana gəlməsinə
şərait yaratdı. Indi isə keçmiş kommunistlərdən
ibarət olan sol cərəyan neofaşistlərlə
qarşı-qarşıya durmalı olacaqdır. Siyasi səhnədən
uzaqlaşan xristian demokratların və sosialistlərin yaxın
gələcəkdə hansı cərəyana meyl göstərmələrinin
şahidi olacağıq.
Qərbi
Avropa radikalizmin taleyi Rusiya və Şərqi Avropa radikalizminin
taleyi ilə bağlıdır. Şərq radikalizminin yerini
liberal demokratizm tuta bilsə çox ehtimal ki, Avropa da belə bir yol
seçməyə meyl göstərəcəkdir. Lakin iqtisadi böhran mütləq
yoxsulluq, əhalinin böyük əksəriyyətinin faciəli həyatı
belə bir ümidin doğrulmasına inamı azaldır. Bu isə
bəşəriyyətin gələcəyini qorxu altına
alır. Burada səbatsızlığın bütün Avropanı
bürüməsi üçün zəmin hazırlayır. Sağlam düşüncəli
dövlət xadimləri bu barədə düşünməlidilər.
Mühacir qəzeti 21 dekabr
1993-cü il.
Ə. Lahrudi.
Ədalət
və bərabərlik insan cəmiyyətinin
formalaşdığı vaxtdan həyatın başlıca tələblərindən
biri olmuşdur. Əsrlər keçdikcə insanların həyat tərzi
və onların bir-biri ilə əlaqə formaları dəyişmiş,
tərəqqi etmiş və kamilləşmişdir.
Bugünkü
dünya bəşəriyyətin tərəqqi və təkamül mərhləsinin
zirvəsidir. Insan mövcud ictimai sistem daxilində öz həyatını
istədiyi kimi qurmaq, azad, bərabər və firavan yaşamaq
istəyir, bunun üçün daha səmərəli işləyə bilən
mexanizm axtarır.
Sosializm
belə mexanizmlərdən biridir. Bu mexanizmin yaradılması
nəzəriyyəsinin neçə yüz illik tarixi var. Rusiyada onun həm
meydana gəlməsi, həm də dağılıb aradan getməsi
böyük hadisə kimi səslənmiş və səslənir.
Biz
istəsək də istəməsək də sosial bərabərlik
ancaq sosializmlə bağlıdır və onun
inhisarındadır. Qalan nə varsa qeyri-bərabərliyin
qanunauyğunluğunu təsbit edən ideologiyadır. Cəmiyyətin
ibtidai formadan daha da inkişaf formaya keçdiyi mərhələlərdə
büruz edən ziddiyyət də bununla (sosial bərabərlik məsələsilə)
bağlıdır.
Insan
dünyaya azad gəlmişdir. Azad yaşamaq onun təbii
haqqıdır. Sosial bərabərlik azad yaşamağın
ilkin şərtidir. Bərabərlikdən başqa bir şey
olmayan kommunizm dəhşətli və qorxulu ideologiya kimi qələmə
verilir, kommunistlər isə insan və insanlıq dəyərinə
qarşı çıxan ünsür kimi qiymətləndirilir.
Bizi
bu mövzuda yazmağa vadar edən kommunizmi müdafiə etmək,
yaxud ona qarşı çıxmaq deyildir. Kommunizmin ideologiya kimi belə
bir müdafiyəyə də ehtiyacı yoxdur.
Rusiyada
sosialist inqilabının hərəkətverici qüvvəsinə
mənsub olan nəsil sıradan çıxdıqca onların yerini
tutan qüvvələr kommunizm bayrağını ona görə göylərə
qaldırdılar ki, məqam və mənsəb sahibi olsunlar.
Çünki məqam və mənsəbin arxasında maddi və siyasi
imtiyazlar dayanırdı. Bu imtiyaza sahib olan qüvvələrin
sayı milyonları ötüb keçirdi. Müdir və müdiriyyət kürsüsündə
əyləşən bu milyonlar getdikcə sosial qrupa çevrilir və
dövlət mülkiyyətinin sahibi kimi çıxış edir. Bu
yolla sərvət toplayır, bərabərlik idealını
tapdalayır və nəhayət, bərabərlik üzərində
qurulan cəmiyyəti dağıdır, qeyri-bərabərliyə
əsaslanan cəmiyyət qurur. Onun ideolоji əsasını
antikommunizmdə axtarır. Bir çox dünənki kommunistlərin bu
günkü primitiv antikommunizm cəbhəsinə keçmələri də
buradan meydana gəlir. Azərbaycanın Müstəqil Dövlətlər
Birliyinə daxil olması əleyhinə yazılan bir məqaləni
oxuduqdan sonra antikommunizmin baş alıb getdiyi bir zamanda çəkinmədən
açıq danışmaq istəyirik.
Müəllif
yazır: Rusiya yüz illər boyu Türkiyə və Irana
qarşı mübarizəni Azərbaycan vasitəsilə
aparıb...Son 70 ildə Iran və Türkiyədə kommunizm hərəkatının
mərkəzi Bakı olub. Türkiyə və Iran kommunistlərinin
ideya mərkəzinin, planlarının həyata keçirilməsində
Azərbaycan Kommunist Partiyasının rolu bəllidir. Iran və
Türkiyənin uzun illər Azərbaycana böyük qorxu və şübhə
ilə yanaşmalarının səbəbi də budur.
Aydınlıq üçün Türkiyə və Iran kommunistlərinin bu ölkələrdə
törətdiklərini yada salmaq yetərlidir. Bir sözlə kommunizm
taununun Şərqə yayılmasında Azərbaycanın
rolu əvəzedilməzdir (Müxalifət qəzeti 12 oktyabr,
1993-cü il). Kommunizm ideologiyası Avropada meydana gəlmişdir.
O zamankı Avropa iki qarşı-qarşıya duran qüvvənin,
kapital sahibləri və muzdur fəhlələrin mərkəzi
idi. Lakin kommunizm Avropanın şərqində ən geridə
qalmış Rusiyada hakimiyyəti ələ keçirdi. Avropa və
Asiyanı birləşdirən Rusiyada hakimiyyətə gələn
yeni rejim kapitalizmə, Asiyada feodalizmə, eyni zamanda Avropanın
Asiyadakı müstəmləkəçilik siyasətinə
qarşı çıxdı. Bu isə həm feodal mülkədarların
zülmünə, həm də Avropa müstəmləkəçilərinin
ağalığına qarşı Asiya xalqlarının
mübarizəsinə təkan verdi. Dünənki müstəmləkəçi
çarizmi yıxan Rusiya məzlum xalqların müttəfiqi kimi
çıxış etdi.
Milli
azadlıq və sosial bərabərlik həsrətilə
yaşayan Asiya xalqları, o cümlədən Rusiyanın
qonşusu olan Iran xalqları azadlıq və bərabərliyə
çatmağı rus inqilabçılarının həmrəyliyində
görürdülər.
Müxalifət
qəzetinin taun adlandırdığı kommunizm şərqə,
xüsusilə Irana belə bir şəraitdə yayıldı.
Burada Azərbaycanın heç də xüsusi rolu
olmamışdır. Çünki kommunizm yarımmüstəmləkə
Çində, Irandan daha artıq, daha geniş yayıldı. Müstəmləkə
Hindistana daha sürətlə yol tapdı. Asiya ölkələrinin
bir çoxunda, eləcə də Avropada kommunist partiyaları cəmiyyətin
ən şüurlu, ən düşüncəli və ləyaqətli
adamlarının əli ilə təşkil edildi. Bu ölkələrin
kommunistləri hec də məqam mənsəb, imtiyaz xatirinə
kommunist olmamışlar. Əksinə, kommunizm
ideologiyasını qəbul edənlər öz
imtiyazlarını mənsəb və vəzifələrini
şüurlu olaraq zindana getmək və edam olmaqla əvəz
etmişlər. Kommunizm ideologiyasının geniş
yayılmasını böyük dünya dinlərinin zühür etdiyi dövrü ilə
də müqayisə etmək olar. Xristianlığın və
islam dininin ilkin mübəlliğləri də o zamankı
imtiyazlı dairələr tərəfindən asanlıqla qəbul
edilmir və gülər üzlə qarşılanmırdı.
Müxalifət
qəzetində dərc edilən məqalənin müəllifinə
xatırlatmaq istəyirik ki, o, bir az açıq
danışsın. Türkiyə və Iran kommunistlərinin öz ölkələrində
nələr törətdiklərini konkret olaraq oxucuya
çatdırsın və göstərsin ki, türk kommunisti Nazim Hikmət
türk millətinə və türk xalqına hansı xəyanət
ittihamı ilə zindana düşür və türk vətəndaşlığından
məhrum edilir, ölkədən sürgün ediilmişdir. Müəyyən
bir ideologiyaya inanmaq insanın yaşamaq hüququndan məhrum edilməsi
üçün əsas olmamalıdır.
Bakını
Iran və türk kommunist hərəkatının mərkəzi
adlandırmaq da həqiqətə uyğun deyildir. Hərəkətin
mərkəzi xaricdə yerləşə bilməz. Iranın
mübarizə hərəkatı mərkəzi ölkənin daxilində
olmuşdur. Xaricə köçən hərəkat ölüb aradan gedir. Bu hərəkatlar
da təkcə kommunistlər yox, bütün vətənpərvərlər
iştirak etmişlər. hərəkat
iştirakçılarının bu və ya başqa şəkildə
Bakıda, Moskvada, Orta Asiyada, Istambulda, Berlində, Parisdə,
Londonda sığınacaq tapması adi haldır. Bu gün Sovet
Ittifaqı dağılmışdır. Indi Rusiya da Türkiyə
kimi Asiya, Afrika ocümlədən Iran qaçqınlarının keçid
körpüsünə çevrilmişdir. Bu qaşqınların o cümlədən
kommunist qaçqınların demək olar hamısı Qərbi
Avropa ölkələrində sığınacaq tapırlar.
Antikommunist Avropa öz ideoloji əleyhdarlarına nə üçün
sığınacaq verir?
Onları
nə üçün mənzil, yaşayış vəsaitilə təmin
edir? Ona görə ki, Avropa daha 19-cu əsrin meternixlər
Avropası deyil, o ideya əleyhdarlarına fiziki və mənəvi
işgəncə verməyi müasir bəşəriyyətin
şəninə şikəstlik hesab edir. 70 il Rusiyada kommunizm
hakim olmuş və kommunist qaçqınlar burada
sığınacaq tapmışlar. Bunu da yaddan çıxarmayaq
ki, çarizmə qarşı çıxan Qafqaz mübarizələri də
o zamankı Iran torpağında özloərinə
sığınacaq tapırdılar. Rus dövləti onları
tutmaq üçün Iran dövlətinə təzyiq göstərirdi. Səttarxanın
böyük qardaşı Ismayıl Fərhad adlı belə bir Qafqaz
fədaisinə sığınacaq verdiyi üçün tutulub Təbrizə
aparıldı. Təbriz hakiminin əmrilə onun
başını kəsdilər.
Tarix
hərəkətdədir. Zaman və dövran dəyişir, Iran
mübarizləri Rusiyaya qaçır. Bu zaman xalqa hakim kəsilən
mürtəcelərin Rusiyanın tərkibində olan Azərbaycana
qarşı şübhə ilə yanaşması da təbii hal
idi. Elə buna görə də məqalə müəllifi Iran və
Türk xalqları ilə bu ölkələrin mürtəce hakim dairələrini
yan-yana qoyub onlardan birini seçməli idi. Iranda müstəmləkəçiliyə
və irticaya qarşı mübarizə aparan qüvvələr içərisində
kommunistlər də olmuşdur. Bunlar nə üçün kommunist hərəkatına
qaoşulmuşlar? Burada minlərdən birini nümunə göstərmək
kifayətdir. Ən istedadlı gənclər o zamankı Iranda
maddi imkanların məhdudluğu üzündən istədikləri təhsil
ocağına yol tapa bilmirdilər. məcburluq üzündən
zabitlik məktəbinə daxil olurdular. Öz mənsəbini,
imtiyazlarını ölümlə dəyişən Xosrof Ruzbeh də
belə istedadlı, vətənpərvər gənclərdən
biri idi. O zamankı Iranda baş alıb gedən yoxsulluğun,
ədalətsizliyin səbəbini o, kapitalizm quruluşunda
görürdü. O, görürdü ki, cəmiyyətin bütün maddi nemətlərindən
faydalanan imtiyazlı təbəqələr və sayca çox az
olan bu ictimai təbəqə ölkə əhalisinin böyük əksəriyyətinə
mütləq hakim kəsilmişdi... O, deyirdi:
Hazırki
hökumət əslində demokratik hökumət deyil...Əşrafların
və əyanların, maliklərin və sərmayədarların
hökumətidir...Deməli, sərmayədarlıqla mənim
düşmənçiliyim tamamilə düzgün, yerli və şərəfli
bir işdir. (Xosrov Ruzbeh hərbi məhkəmədə
kitabı, səh. 73-74).
Beləliklə,
öz xalqının azadlığı, rifahı və xoştbəxtliyi
uğrunda mübarizə aparan adamlar şərəfli
insanlardır. Onlar hansı ada və hansı məsləkə
bağlı olursa-olsunlar ədalət və bərabərliyə
çatmaq üçün öz varlıqlarını, ən əziz olan
canlarını qurban verirlər.
Xosrov
Ruzbeh və yüzlərlə Ruzbeh kimi vətənpərvərlər
Rusiyanı da, Sovet Azərbaycanını da yuxularında belə
görməmişdilər. Azərbaycan Kommunist Partiyası Xosrov
Ruzbehlərin uğrunda mübarizə apardığı
idealın həyata keçirilməsində nə kimi rol oynaya bilərdi?
Onlarla Ruzbehlər öz xalqının xoşbəxtliyi uğrunda
ölümə gedərkən öz xalqının və dünya ictimayyətinin
hörmətini qazandı. Azərbaycanlı da öz siyasi əqidəsindən
asılı olmayaraq istiqlal və azadlıq uğrunda mübarizə
aparanlarla həmrəy olmalıdırlar. Bu mübarizə Azərbaycanda
kommunizm qurulduqdan əvvəl mövcud olmuş, burada kommunizm
dağıldıqdan sonra da davam edir. Azərbaycan antikommunistləri
bu qanunauyğunluqları yaddan çıxarmasınlar. Çünki bu igidlərin
qorxmazlığını hətta onları ölümə məhküm
edən cəllad mirqəzzəblər də təsdiq etməyə
məcbur olmuşlar. SAVAK-ın o zamankı polkovniki Müsəddiqçilərə
və tüdəçilərə qarşı rəhmsiz divan
tutduğuna görə general dərəcəsi alan Sipəhbud
Möhsun Mübbəsirin etirafı məqalə müəllifi üçün ibrət
dərsi ola bilərdi. O zaman Tudə partiyasının zabitlər
təşkilatının adları yazılan kitabçadan
üçbucaqlı şifrəni aça bilməyən Mübəssir
SAVAK-ın çənginə düşmüş polkovnik Mübəşşirin
və kapitan Mühəqqin saxlanıldığı təcridxanaya
gedir. O, öz xatirələrində bu görüşü belə qələmə
alır:
Əvvəlcə
Mühəqqiqi görməyə getdim, onu hər bir hadisə
müqabilində öz yerində möhkəm dayanan dağ kimi tapdım.
O, hətta, mənimlə danışmaqdan belə imtina etdi.
Zabitlər təşkilatına üzv olmağını da inkar
elədi. Gördüm ki, bu şəxs elə bir söyüd ağaçı
deyil ki, hər bir yel qarşısında titrəsin. Onunla söhbəti
faydasız bildim. Polkovnik Mübbəşiriə üz tutdum.
Topxana
polkovniki Məhəmmədəli Mübəşşiri mənimlə
həmdövrə idi, bir batalyonda qulluq edirdik. Bundan daha artıq səmimi
dost idik. Vaxtaşırı zındanda onu görməyə
gedirdim. Ona meyvə, xorək, bəzən gül aparırdım.
Saatlarla söhbət edirdik. O, məndən kömək istəmirdi. Mən
də zabitlər təşiklatlı barədə onunla söhbət
açmırdım. Danışığımız keçmiş əfsərlik
məktəbi və qulluq etdiyimiz hissədə baş
vermiş hadisələr ətrafında gedirdi. Amma bu dəfə
Tudə partiyasının zabitlər təşkilatının
üçbucaqlı şifri barədə söz saldım və bu
şifrin açılmasını ondan tələb etdim. O, çox təəssüflə,
eyni zamanda ciddi və qəti şəkildə mənim ona
uzatdığım kömək əlimi rədd etdi və dedi:
Mənim
bədənimdə nə qədər canım var, belə
işlərə əl vurmaram. Mən hazıram öləm, lakin əmanətə
xəyanət etmərəm. Mən quldarlarla əməkdaşlıq
edən və yol yoldaşı olan çoban deyiləm....
Mübəssir
ümidsizliklə Mübəşşiridən ayrılır, bir neçə
gündən sonra yenə də Mübəşşirini görməyə
gedir. Bu ümidlə ki, onu şifrəni armaq üçün razı
salacaqdır. Lakin onu zindanın təcridxanasında tapmır.
Sonra məlumat alır ki, Mübəşşiri intihar etmək
üçün bir mıxla öz qol damarını kəsmiş və
huşsuz olaraq qoşun xəstəxanasına
aparılmışdır. (Həftəlik Nimruz qəzeti,
№233, 1993-cü il).
Beləliklə,
öz xalqlarının xoşbəxtliyi uğrunda mübarizə
aparan qəhrəmanları kommunizm taununa mübtəla olan
adamlar kimi qələmə vermək ən azı ədalətsizlikdir.
Insan
maddi varlıqdır. Bu o zaman pak və müqəddəs
varlıq olur ki, mənəviyyata əsaslansın. Mənəvi
dəyərlər üzərində qurulsun. Insanın mənəvi
aləmi, onun müqəddəsliyi insanlara xidmət etməkdən
ibarət olsun. Insanlar arasında bəşəri əlaqə
yaradılsın. Insan şəxsiyyətini yüksəldən cəmiyyət
qurmaq arzusunu reallaşdıra bilsin.
Rusiyada
Kommunist Partiyası hakimiyyətə gəldi. Illər keçdi, mənəviyyat
maddiyatla əvəz olundu. Mənəvi pozğunluq cəmiyyətdə
geniş yayıldı. Elə pozğunluq ki, hətta
Kommunist Partiyasını dağıdan, kommunist hakimiyyətini
aradan aparan və hakimiyyəti ələ keçirən demokratlar
da, mənəvi pozğunluq və fəsad
batağlıqında qərd oldular. əgər kommunizm
taundursa, ona görə taun deyil ki, o, bərabərlik
ideyasını təbliğ edir. Küçə alverçiləri, bir sözlə
kriminal kapital sahibləri postkommunizm hakimiyyəti dövründə vətəndaşların
başını küt bıçaqla kəsir, onları soyub talan
edir, sərvət toplayır, imtiyazlı vətəndaşlara
və səxavətli biznesmenlərə çevrilirlər. Demək
ideya və ideologiya taun deyil, fəsadi törədən amillər
taundur. Çünki kommunizm taunu ilə xəstələnən cəmiyyət
demokratik iksir təziq edildikdən sonra fəsad aradan getmir,
daha da genişlənir. Rusiya televiziyası rəsmi statistikaya əsaslanaraq
(18 noyabr, 1993) 35 milyon təqaüdçünün, 6 milyon əlilin mütləq
yoxsulluq səviyyəsində, yarı ac, yarı tox vəziyyətdə
yaşamasından şikayətləndi. Bunun səbəbkarı
kimdir? Məgər bu taun deyilmi? Qərb dəyərlərinin
kor-koranə şəkildə Şərqə köcdüyü bir zamanda
çoxuuşaqlı ailələrin, 10-15 min rublla necə
yaşayacağını təsavvür etmək nə qədər
dəhşitlidir! Ölkənin var-yoxunu çapıb talan edənlər
kimdən, haradan və hansı ideologiyadan ilham alaraq mənəvi
dəyərləri cəmiyyətin tənzimedici əxlaqi dəyərlər
səviyyəsinə qaldırmaq istəyirlər. Ruzbehlər,
Mübəşşirlər Ibrahimilər nəsildən-nəsilə
milyonların mütləq yoxsulluq məngənəsində
sıxıldıqlarını görür və acınacaqlı həyatın
səbəkarlarını bu cəmiyyətin imtiyazlı təbəqələrində
axtarırdılar. Ona görə də Ruzbehlər sərmayədarlığın
barışmaz düşməni olur, Mühəqqiqlər tufan
qarşısında möhkəm dayanır, Mübəşşirilər
qan damarını kəsir, amma əmanətə xəyanət
etmir. Görək, belə kommunist şərəflidi, yoxsa küt
bıçaqla xalqın başını kəsib, onu çapıb
talayan, xalq hesabına sərvət toplayıb, xarici
maşınlarda gəzərək öz həmvətənlərinə
ifadə satan antikommunist?
Bəşər,
qiyam qiyamət edənə qədər insan kimi yaşamaq
uğrunda mübarizə aparacaq, bu yolda onun qarşısına
çıxanları özünün düşməni hesab edəcək. Elə
ona görə də Isa məsih ayaqyalınların peyğəmbəri
idi. Elə ona görə də Məhəmməd arvadı Xədicənin
sərvətini yoxsullara paylayan peyğəmbər idi. Sosial bərabərlik
ideyasını kommunstlər ixtira etməyiblər. bu bəşəri
dəyərdir. Kommunizmi taun hesab edənlər qoy bu dəyəri
öz inhisarlarına alsınlar və bəşəriyyəti
kommunizm taunundan xilas etsinlər.
Mühacir qəzeti 21 dekabr
1993-cü il.
Ə. Lahrudi.
Iran
Yaxın Şərqin ən qaynar nöqtələrindən
biridir. Son 150 ildə bu ölkədə saysız-hesabsız
çıxışlar, hakimiyyət dayişiliklikləri baş
vermişdir. XX əsr bu çıxışların ən yüksək
zirvəsi olmuşdur. 1979-cu il inqilabı Iran tarixində dərin
iz buraxmışdır, gələcək nəsil ona daha
obyektiv qiymət verəcəkdir.
1979-cu
il inqilabının başlıca xüsusiyyətləri: Bu
inqilabın hərəkatverilici qüvvəsi xalq idi. Xalqı
arxasınca aparan isə ruhanilər idi. Lakin həmişə
olduğu kimi 1979-cu il inqilabı da xalqın ümidini
doğrultmadı, rühanilərin verdikləri vəd yerinə
yetirilmədi. Sadəcə olaraq hakimiyyətin forması dəyişildi.
Monarxiya ləğv oldu. Fəqih hakimiyəti (F.H) onun yerini
tutdu. Forma ayrılığına baxmayaraq, həm monarxiya, həm
də F.H eyni məzmuna malikdir. Birinci Allahın kölgəsi,
ikinci isə imanın nümayəndəsi adlanır. Monarxiya 3 min
illik tarixində dəyişməz qalan mütləq hakimiyyət
forması idi. Monarx mütləq hakimiyyətə əsaslanır,
heç bir qüvvə tərəfindən kontrol olunmur, heç bir orqana
hesabat vermir. XX əsrin əvvəllərində baş verən
Məşrutə inqilabı mütləq monarxiyanı
Avropasayağı konstitusiyalı monarxiya ilə əvəz
etdi. Lakin Şərq despotizmi əhalinin psixologiyasında o qədər
dərin iz buraxmışdır ki, konstitusiya işləmədi,
monarxiya mütləq hakimiyyəti yenə də öz əlində mərkəzləşdirdi.
1979-cu il inqilabı elə buna görə də monarxiyaya
qarşı çevrildi. Onun əsasını sarsıtdı.
Saysız-hesabsız insan tələfatı hesabına monarxiya
dağıldı, lakin azad və demokratik hakimiyyət
qurulmadı. Inqilabcı xalq atalar demişkən,
yağışdan çıxıb yağmura düşdü.
Məşrutə
dövrünün konstitusiyasında yazılmışdır: Səltənət
Allahın əmanətidir ki, xalq tərəfindən
padşaha tapşırılır. 1979-cu il inqilabı isə
yeni haklimiyyət forması yaratdı. Din həmin hakimiyyətin
ideoloji və hüquqi əsasını təşkil etdi. F. H.
ali məqam kimi ölkəyə rəhbərlik edir, heç bir siyasi,
ictimai və hüquqi orqan qarşısında cavabdeh
sayılmır. Bununla da mütləq hakimdir.
XX
əsrdə vətəndaşların siyasi hakimiyyətdə
iştirak etməsi üçün imkan və şərait
yaranmışdır. Dünyanın bir çox ölkələrində
seçkili orqanlar fəaliyyət göstərir. əhali özəl şəkildə
seçkilərdə iştirak edir. Qanunvericilik orqanı
formalaşır. Icraedici orqan isə qanunvericilik orqanı tərəfindən
seçilir və həmin orqan qarşısında cavabdeh olur. Seçki
sistemi mövcud olan digər ölkələr də var ki, bu ölkələrdə
seçki formal xarakter daşıyır. Qanunveriçilik orqanına təsir
göstərə bilmir. Həm Şah dövrünün, həm də F. H.
dövrünün hakimiyyət strukturu seçkili orqanlar vasitəsilə
yaradılsa da, bu əsasən formal xarakter daşıyır.
Dini
ehkamlar dəyişməzdir. Bu ehkamlar dindarın şəxsi
həyatı və həyat davranışı ilə məhdudlaşdıqda
müsbət nəticə verir, mənəvi təmizliyə şərait
yaradır. Lakin dini ehkamlar daima dəyişməkdə olan
dünyada siyasi hakimiyyətin idarə sisteminin yeniləşdirilməsini,
vətəndaşların azad siyasi fəaliyyət göstərməsini,
hakimiyyətin formalaşmasında yaxından iştirak etməsini,
daha dəqiq desək, hakimiyyətin xalq tərəfindən
formalaşmasını və xalqın nəzarəti
altında fəaluiyət göstərməsini çətinləşdirir.
Bu da hakimiyyət orqanlarında vəzifə hərislərinin
nəzarətdən kənarada qalmasına səbəb olur,
mütləq hakimiyyətin formalaşmnası üçün zəmin
yaradır, insanın daxili aləmindən doğan
özbaşınalıq meylini çoxaldır. Elə buna görə də
hakimiyyətin formalaşmasından asılı olmayaraq
yazılan qanunlar işləmir. Xalq ona rəhbərlik edən
dövlət orqanlarına təsir göstərə bilmir. Həm
manarxiya dövrünün konstitusiyasında, həm də F.H. dövrünün
konstitusiyasında demokratik azadlıqlar özünün hüquqi təzahürini
tapmışdı. Elə buna görə də Məşrutə
inqilabı, həm də 1979-cu il inqilabı xalqın qələbəsi
idi. Lakin bu qələbə müəyyən qrupun hakimiyyətə
çatması və xalqın hakimiyyətdən təcrid edilməsi
ilə nəticələndi, nə Şah dövründə, nə də
F.H. dövründə siyasi azadlıqlar bərqərar edilmədi,
siyasi partiyaların fəaliyyəti dayandırıldı. Mətbuat
orqanları hakimiyyətin yeritdiyi siyasətin təbliğatçısı
rolunu oynadı. Seçkili orqanlar isə hakimiyyəti müdafiə edən
orqana çevrildi.
Bütün
bunlara baxmayaraq, xalq öz haqqını tələb edir. XX əsrin
birinci yarısında xalqın bu qanuni tələbləri
ictimai xadimlər və siyasi təşkilatlar tərəfindən
irəli sürüldü. XX əsrin ikinci yarısında xalq özü daha
şüurlu olaraq siyasi səhnəyə qədəm qoydu,
haqqını tələb etdi. 1979-cu il inqilabı bu tələblər
uğrunda mübarizənin zirvəsi oldu. Inqilabın hakimiyyətə
gətirdiyi qüvvələr yenə də Şərq
despotizminin klassik formasını işə saldılar, siyasi
azadlığın yenə də qarşısı
alındı. Nəzərə alaq ki, Iran permanent inqilablar
dövründə yaşayır. 150 il ərzində bu inqilabı
proses 10-20-30 ildən bir təkrar olunur və bu gündə həmin
prosesin yeni mərhələsi başlanır. 1997-ci il may
(Xordad 1376) prezident seçkiləri bu prosesin kəmiyyət dəyişikliyindən
keyfiyyət dəyişiyliyinə keçmək üçün siqnaldır.
May seçkiləri göstərdi ki, xalqın hakimiyyətdən ümidi
qırılıb, hakimiyyət daxilində mövcud olan və Iran
həqiqətlərini az-çox dərk edə bilən qüvvələr
mövcud quruluşu saxlamaq üçün həmin siyasi quruluşda müəyyən
cərrahiyyə əməliyyatı aparmağı zəruri
hesab edirlər. elə buna görə də hakimiyyət daxilində
qruplaşmalar cinahlara parçalanır, despotizm tərfdarları
daha qətiyyətli addım atır. Hakimiyyətin reform yolu
ilə saxlanması tərəfdarları isə xalqa
yaxınlaşır, siyasi azadlıqlar məsələsi ön
plana çəkilir. Yeni seçilmiş prezident mətbuat
azadlığı üçün şərait yaradır,
konstitusiyanın indiyə qədər işlənilməyən
maddələrini, o cümlədən yerli şuralar
haqqındakı maddəni icra edir, xarici siyasətdə isə
ölkəni təcrid halından çıxarmağa
çalışır, qonşu ölkələrlə münasibətləri
normal hala salmaq üçün diplomatik fəaliyyəti genişləndirir,
həmin ölkələrə səfər edir, inkişaf
etmiş Avropa ölkələri ilə iqtisadi əlaqələrin
genişlənməsinə səy göstərir. Beləliklə,
ölkə 20 ildən sonra yeni mərhələyə qədəm
qoyur. Demokratik azadlığların bərqərar edilməsi
meyli güclənir, Şərq despotizmi isə bu meylin rüşeym
halında boğulmasına can atır, azad mətbuatı
sıxışdırır, qəzet müdirlərini məhkəməyə
çəkir, dustağa salır. Söz azadlığına dözə
bilməyən qüvvələr bütün bunları dini hakimiyyətin
möhkəmlənməsi adı altında həyata keçirir.
Prezident
seçkilərindən sonra siyasi qətllər daha da genişləndi,
siyasi şəxsiyyətlər və mütərəqqi
ziyalılar qətlə yetirildi. Həmin qətillərin icarəçiləri
isə gizli saxlanıldı. Lakin ölkədə mövcud həyəcanlı
atmosfer və demokratik azadlığların bərqərar
edilməsi istiqamətində atılan addımlar həmin
cinayətlərin açılmasına gətirib çıxartdı.
Aydın oldu ki, bu cinayətləri ittilaat (təhlükəsizlik)
nazirliyinin yüksək rütbəli məmurları törətmişlər.
həmin cinayətlərin üstünün açılması Şərq
despotizminin hakimiyyətdə olan nüfuzlu dairələrini qorxuya
saldı. Ittilaat naziri istefaya getmək məcburiyyətində
qaldı. Bununla da prezident seçkiləreindən sonra başlanan
proses yeni mərhələyə qədəm qoydu. Azadlıqla
despotizm arasında, demokratiya ilə istibdad arasında mübarizə
yeni abarot aldı. Hakimiyyətlə xalq arasında şiddətlənən
ziddiyyət hakimiyyət daxilində cinahlar arası mübarizəni
genişləndirdi. Demokratik azadlıq məsələsi bu
mübarizənin əsasını təşkil edir. deməli,
xalqla hakimiyyətin müəyyən bir cinahı arasında fikir
birliyi meydana gəlir, azadlıq ideyası böyük müqavimətə
rats gəlsə də özünə yol açır.
Iran
yenədə yol ayrıcındadır. Despotizm yaxud azadlıq.
Bunlardan biri qələbə çalmalıdır. Tarixin acı təcrübəsi
təkrar olacaqmı? Azadlıq despotizm üzərində qələbə
çaldıqda onu qoruya biləcəkmi? Bu xalqın daha fəal və
daha şüurlu mübarizəsindən, alınan səngəvi möhkəm
qalaya çevirmək bacarığından asılıdır.
Mühacir qəzeti dekabr 1999-ci
il.
Lahrudi.
1324-cü
ilin şəhrivər ayının 12-də (1945-ci il) Cənubi
Azərbaycanda Demokrat Partiyası təşkil tapdı və həmin
partiya 1325-ci ilin Azər ayının 21-də (1946-ci ilin 12
dekabrında) günün siyasətinin dəyişilməsi və
Tehran qoşunun hücumu ilə hakimiyyətdən salındı.
Azərbaycan
Demokrat Partiyasının təşkili şəhrivər
ayının 12-də idi, bu gün isə şəhrivərin
11-dir. Elə bu səbəblə redaksiyamız Azərbaycan Demokrat
Partiyasının sədri Doktor Əmirəli Lahrudi ilə əlaqə
yaratdı və onunla özünün ənənəvi söhbətini
apardı. Indi Sizə müsahibəni təqdim edirik.
S:-
Cənab Lahrudi, əgər icazə versəniz mən Sizdən
xahiş edərəm ki, 1324-cü ilə qayıdasınız,
müxtəsər də olsa o dövr barədə
danışasınız və buyursanız ki, məsələn,
onda neçə yaşınız var idi, nə ilə məşğul
idiniz? Firqənin təşkil tapdığı o illərədə
ümumi vəziyyət necə idi?
C:-Mən
o zaman Meşkin mahalının Ları kəndində
yaşayırdım. Iyirmi yaşım var idi. Siyasətlə
maraqlanırdım. O zaman Iran Xalq Partiyası təşkil
olmuşdur. Mən də o partiyanın üzvü kimi fəaliyyət
göstərirdim. 12 Şəhrivər müraciətnaməsi müəssislər
heyəti tərəfindən yayılandan sonra bizim də əlimizə
çatdı. Müraciətnaməni oxuduq. Orada qeyd olunan mətləblər
həqiqətən Azərbaycan xalqının ogünki və gələcəyi
üçün zəruri olan tələblər idi. Buna görə də
müraciətnamə hamı tərəfindən, eyni zamanda Iran
Xalq Pratiyasının Azərbaycan təşkilatı tərəfindən
bəyənildi. Təbrizda məşvərətçi konfrans
çağırıldı, mən də o konfransda iştirak
edirdim. Iran Xalq Pratiyasının Azərbaycan təşkilatından
olan üzvlərnin nümayəndələri konfransda iştirak
edirdilər. Konfrans bir gün davam etdi. Hamı bir səslə qəbul
etdiki Iran Xalq Pratiyasının Azərbaycan təşkilatı
Azərbaycan Demokrat Firqəsi ilə birləşsin və Azərbaycan
Demokrat Partiyası adı altında fəaliyyətə
başlasın. çünki müraciətnamənin ilk maddəsində
milli şuraların təşkili, eyni zamanda milli muxtariyyət
və Azərbaycan dilinin rəsmiyyətlə tanınması
tələbi irəli sürülürdü.
S:-
Ağayi Lahrudi, mən soruşmaq istəyirəm ki, Demokrat
Partiyası Azərbaycanda niyə təşklil tapdı? Lakin
siz verdiyiniz cavabla məhəlli şuraların zəruriyətini
də qeyd elədiniz. Bununla da sualımın cavabı müfəssəl
verilmiş oldu.
S:-
Cənab Lahrudi məlumdur ki, hər bir siyasi hərəkatın
bir və ya bir neçə rəhbəri olur. Azərbaycan Demokrat
Partiyasının rəhbəri S. C. Pişəvəri oldu. Əgər
mümkün olsa bir qədər mərhum Pişəvərinin rəhbəlik
şəxsiyyəti və həm də xüsusi həyatı barədə
danışın.
C:-S.
C. Pişəvəri o zaman ki, Azərbaycanın xalq kütləsinin
tipik nümayəndəsi idi. O, sadə Xalxal kəndlisinin
övladı idi. O zaman ki, Azərbaycanda feodal zülmü və dövlət
məmurlarının özbaşınalığı nəticəsində
Azərbaycan kəndləri çapılıb talanırdı.
Pişəvəri ailəsi də başqa azərbaycanlılar
kimi Bakıya köçdü. Bakıda ailəsi fəhləliklə məşqul
oldu. Pişəvəri az-çox təhsil ala bildi. Mütaliə ilə
məşqul oldu. Birinci Dünya Müharibəsi illərində siyasətə
qoşuldu, müharibə qurtarandan sonra ümumiyyətlə o dövrün tələbinə
uyğun olaraq siyasi təşkilatlarda Kommunist partiyasında fəaliyyət
göstərdi, sonra getdi Irana. Cəngəlilər hərəkatında
fəal iştirak elədi. Cəngəl hərakatının
təşkil etdiyi dövlətin xarici işlər naziri vəzifəsində
işlədi. Bu hökumət süqut edəndən sonra Tehranda həqiqət
ruznaməsini (qəzetini) çıxartı, Isfahan, Abadan fəhlələrinin
tətilinə başçılığ etdi və nəhayət
1309-cu şəmsi ilində (1930-cu il) Tehranda həbsə
alındı. On il zindanda qaldı. 1320 (1941-ci ildə) müttəfiqlərin
qoşunu Irana gələndən sonra azad oldu. O, belə bir qərara
gəldi ki, Azərbaycanda təbəqati partiya, sinfi partiya yox,
milli partiya yaranmalıdır və bu ideya ilə də Azərbaycan
Demokrat Partiyasını yaratdı. Partiya öz məramnaməsində
qeyd edirdi ki, o milli partiyadır və bütün azərbaycanlı
onların sinfi məsləki əqidə fərqlərindən
aslı olmayaraq Azərbaycana muxtariyyət verilməsi, Azərbaycan
dilinin rəsmi dil oiması uğrunda mübarizə
aparmalıdır. Belə də oldu. Partiyanın rəhbərlik
etdiyi hərəkat Azər ayının 21-də qələbə
çaldı. Azərbaycanda Milli hökumət yarandı, kəndlilərə
pulsuz torpaq verildi, Azərbaycan dili rəsmi dövlət dili oldu,
Azərbaycan Dövlət Universiteti yarandı, Azərbaycanda
geniş təlim-tərbiyə şəbəkələri
yarandı, Azərbaycan radiosu, Azərbaycan filarmoniyası və
milli teatrı işə başladı. Bir sözlə Azərbaycan
özünü idarəetmə hüququna malik oldu.
Tehran
irticaçıları Azərbaycan xalqının təbii və
insani hüquqlarini tapdaladı, lakin onun möhkəm iradəsini
qıra bilmədi. Indi Azərbaycan 50 ildən sonra yenə də
öz milli və insani hüquqları uğrunda mübarizə aparır,
Meşkin, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Mərənddə
olan ali məktəb tələbələri Iran Islam
Cümhurisinin dövlət məqamlarına, dini rəhbərlərinə
məktub yazaraq öz milli hüquqlarını, birinci növbədə
Azərbaycan dilinin fars dili ilə yanaşı rəsmi dil kimi
Azərbaycanda işlədilməsini tələb edirdilər,
Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və Həmədan
radio-televiziyalarından Azərbaycan dilində verilişlərin
aparılmamasına, yeni yaranmış Ərdəbil
ostanından Azərbaycan sözünün götürülməsinə etiraz edirlər,
Qəzvinin Zəngandan ayrılmasını pisləyirlər.
Bütün bunlar göstərir ki, Azərbaycan xalqının və bütün
Iran xalqlarının demokratik azadlıqlar və insan
hüquqları uğrunda apardıqları mübarizənin yeni mərhələsinə
qədəm qoymuşdur. Onlar ciddi və özü də dinc xarakterli
mübarizə aparırlar. Öz haqlarını tələb edirlər.
Mənim Azərbaycan xalqına pəyamım, doğulub və
böyüdüyüm vətənimdə yaşayan xalqa pəyamım ondan
ibarətdir ki, onlar öz insani hüquqlarını almaq yolunda mübarizəyə
əzimlə girişsinlər. Bu mübarizə onların qələbəsi
ilə başa çatacqdır. Çoxmillətli vahid Iranda federativ bir
dövlət təşkil olacaq, bütün xalqlar, o çümlədən azərbaycanlılar
azad yaşayaçaqlar.
Mühacir qəzeti
№ 11 (84) 4. 10. 1994 il
Lahrudi.
Rusiyanın
qədim və tanınmış qəzeti Izvestiya özünün iyun
tarixli nömrəsində Əgər Isa Məsih kommunist
olsaydı başlığı altında Konstantin Kedrovun məqaləsini
çap etmişdir.
Məqalə
müəllifi çalışır Isa Məsih və Marks
ideyalarını bir-biri ilə müqayisə etsin, onları
qarşı-qarşıya qoysun, bununla da Marksizmin üzərinə
qara xətt çəksin. Müəllifin iddiasına görə Isa Məsih
yoxsulları və məzlumları sevirdi, onları müdafiə
edirdi. Lakin o, yoxsulluğu aradan aparmaq üçün zor işlətməyi
rədd edirdi. Marks isə yoxsulları və məzlumları
müdafiə edirdi, bunun üçün zor işlətməyi əsas
götürürdü.
Gəlin
sosial həyata olan bu iki baxışı nəzərdən
keçirək:
Həm
Isanın, həm də Marksın milyonlarla yoxsul və məzlum
insana ürəyi yanırdı. Isa varlılara tövsiyyə edirdi,
yoxsullara kömək etsinlər, onlara sədəqə versinlər.
Marks isə ancaq güc işlətmək yolu ilə sərvəti
bərabər şəkildə bölüşdürməyə və
bununla da aclığa son qoymağa inanırdı. Isadan
sonrakı tarix, eləcə də Marksdan sonrakı tarix, hətta
onlardan qabaqkı tarix göstərmişdir ki, həm Isanın
asimani təfəkkürü, həm də Marksın dünyəvi
ideyası, zaman keçdikcə dəyişmiş, deformasiya
olmuş və məzmunsuzlaşdırılmışdır,
güclülərin əməllərinə bəraət
qazandırmaq üçün həmin ideyadan istifadə edilmişdir.
Fərz
edək ki, sərvət ilahi bəxşişidir, bu və ya
digər adama asimani hədiyyə kimi bəxş edilmişdir.
Ya da bacarıqlı, zirənk, işbilən adamlar sərvət
toplayır və rifah içərisində yaşayırlar. Bu məntiqdən
belə bir nəticə çıxır ki, qarnı aclar ilahi bəxşişdən
məhrum edilmişlər, ya da əlsiz-ayaqsızlar
bacarıqsızlar, öz acizlikləri ucbatından aclığa və
yoxsulluğa məhkum olurlar. Varlılar yoxsullara sədəqə,
(Əgər həqiqət bundan ibarətdirsə, Isanın
göstərdiyi yol düzgün yoldur) verməli, aciz və əlsiz-ayaqsızları
aclıqdan qurtarmalıdırlar. Marksın ideyası
insanları əlli-ayaqlılara, əlsiz-ayaqsızlara,
istedadlılara və istedadsızlara parçalamır. Ümumiyyətlə
belə bir şey mümkün olası deyildir.
Təbii
mənbələrdən istifadə etmək, təbii sərvətləri
mənimsəmək üçün imkan yaratmaq, həmin sərvətləri
ədalətli şəkildə bölüşdürməklə
yoxsulluğu yer üzündən silmək mümkündür.
Cənab
Kedrov Isanın yolunu yeganə yol hesab edir, ona bəraət
qazandırmaq üçün bir çox arqumentə əl atır. Marksistləri
zor işlətməkdə təqsirləndirir, onlara nasəza
deyir, və yazır: Isa ideyasının böyüklüyü onaddır ki,
o, bir çox imperatorluq dövrlərini və müxtəlif formasiyaları
arxada buraxmış, onun marksist və Lenin doktrinası ilə
heç bir oxşarlığı yoxdur. Isa yoxsulları sevirdi,
lakin onun sevgisi silah götürüb varlıların saraylarına hücum edən
yoxsullara şamil deyildir. Isa var-dövlət bərabərliyini təbliğ
etmirdi, ictimai ədalət tərəfdarı deyildi. Isa
deyirdi: Köynəyini çıxarsalar, pencəyini də ver.
Kedrov
Isanın bu kəlamına əsaslanaraq soruşur: Isanın bu
tövsiyəsi keçmiş və bugünkü kommunistlərin xoşuna gələrmi?
Rusiya
Avropanın şərqində yerləşir, burada əhalinin
yaşayışı Qərbi Avropa əhalisinin
yaşayışı səvviyyəsindən aşağı
idi. Eyni zamanda Rusiyanın iqtisadi və geopolitik vəziyyəti
bu ölkənin əhalisinə kollektiv həyat tərzini diktə
edirdi. Belə bir həyat tərzi sərvətin
istehsalında və bölüşdürülməsində daha üstünlük təşkil
edirdi. Məqalə müəllifinin iddiasının əksinə
olaraq gəlir rus kəndlisi arasında bərabər şəkildə
bölünürdü. Istehsalla məşğul olmayan mülkədarlar kəndlilərin
gəlirlərinin çoxunu mənimsəyir, xoş güzaranlıqla
həyat sürürdülər.
Isanın
yaşadığı dövrdə Rum imperatoru milyonlarla insani qula
çevirir, onları heyvan kimi işlədir, döyür, istədikləri
zaman öldürürdülər. bu onların qanunlarında
yazılmış haq idi. Isa qullara tövsiyə etmirdi ki, onlar öz
sahibləri əleyhinə üsyan etsinlər. lakin Spartaklar, Isadan
qabaqkı və sonrakı üsyançı qullar Isanın tövsiyələrinə
etina etmirdilər. Çünki Isa zorun qurbanı oldu və çarmıxa çəkildi.
Kollektiv
həyat tərzi tarixində ilk dəfə Rusiya
ziyalılarını və qabaqcıl adamlarını Rusiyada
varlılarsız və yoxsullarsız cəmiyət qurmağa
sövq etdi. Şərqlə Qərb arasında yaranan əlaqə,
Qərb texnologiyasının Rusiyaya yol tapması, rus
ziyalılarının Qərb mədəniyyəti ilə təmasda
olması, Marksın sinifsiz cəmiyyət ideyasına meyl üçün
zəmin hazırladı.
Cənab
Kedrovun nifrət etdiyi ictimai ədaləti təkcə Lenin təbliğ
etmirdi, bəlkə ədalətpərvərlik ideyası rus cəmiyyətinin
yüksək təbəqələri arasında da
yayılırdı. Onlar minlərlə hüquqsuz kəndlilərin
ağır vəziyyətinnin sadə müşahidəcisi ola
bilməzsdilər. onlar Isa kimi varlıları yoxsullara rəhm
etməyə və onlar üçün insani həyat qurmağa
çağıra bilməzdilər. 18 və 19-cu əsr Rusiya üçün
yuxarıdan zor işlətmək və aşağıdan
müqavimət göstərmək əsri idi. Puqaçovların və
Dekabristlərin üsyanı Marks və marksimdən, Lenin və
leninizmdən əvvəl başlamışdır.
Rusiyanın 18 və 19-cu əsrdə böyük yazıçıları
təqib olur və zindana düşürdülər. Onlar ictimai ədalət
ideyasını təbliğ etməkdən çəkinmmirdilər.
Bu təfəkkür tərzi və yeni ideya kəmiyyətcə
artdı, 1917-ci ildə keyfiyyətdə çevrildi. Elə bir
partlayış əmələ gətirdi ki, Rusiya alt-üst oldu.
Bu güclü partlayış maddəsinin hazırlanmasında
bolşevik adlanan kiçik bir qrup başlıca rol oynaya bilməzdi.
Ifratçılıq, yoxsulluq hakim olan cəmiyyətdə
zorakılığ özünə tərəfdar tapır və ümumi
xarakter alır. Iqtisadi bərabərlik aradan götürülür. Rusiya geri
oturur. 1917-ci il fevral inqilabı dövrünə qayıdır.
Kedrovların təbliğ etdiyi yola çıxır. Əhalinin
mütləq çoxluğu yoxsul vəziyyətdə yaşayır.
Arqumentı i faktı qəzeti (№24, 1994-cü il) başgicəlləndirici
bir məlumat dərc etmişdir. Həmin məlumata əsasən
əahlinin 1, 6 faizinin (1 milyon 127 min nəfərin) aylıq gəlir
25 min dollardan artıqdır. 44, 5 milyon nəfər isə
yoxsulluq səviyyədə. 52 milyon nəfər yoxsulluq həddindən
aşağı səviyyədə yaşayır. Rusiyada vəziyyət
elə bir yerə çatmışdır ki, mütəşəkkil
cinayətkarlar varlıları terror edirlər. (Yəqin ki, bu
terrorlarda kommunistlərin əli yoxdur). Matveyev kimi görkəmli
rus artistini günün günorta çağı küçədə tutur və onu
soyundurmağa cəhd göstərirlər. Isanın nifrət
etdiyi zorakılıq varlılara qarşı yönəldilir, bu
zaman cənab Kedrov görəsən nə üçün bu cinayətlərin
səbəblərini araşdırmaq əvəzinə Isa Məsih
ideyasını marksist ideyasına qarşı qoyur.
Kedrov
yazır: Kommunizm ideyası Isa ideyasının əksinə
olaraq paxıllıq ideyasıdır. Kommunistlər
varlılara həsəd aparırlar. Çünki onlar istəmirlər
başqaları yaxşı yaşasınlar. Kommunist nəzəriyyətçiləri
bu barədə çoxlu kitab yazmışlar və öz əməllərinə
bəraət qazandırmağa çalışmışlar.
Kedrovun fikrincə kommunistlər qonşuların gəlirini
sayırlar və onalrın nə qədər pul xərc etdiklərini
yoxlayırlar. Kedrov oxucularına təlqin edir ki, kommunistlər
Kipr adasında Isveçrədə istirahət edirlər,
sarayları müsadirə edirlər, özləri orada
yaşıyırlar.
Doğrudur
kommunist rəhbərləri varlıların evlərinə
köçdülər, qara dəniz sahilində villalar tikdilər. Orada
istirahət etdilər. bu iş xüsusilə Xrüşov, Brejnev və
Qorbaçov dövrələrindən genişləndi. Kommunist rəhbərlərindən
bir çoxu xaricə istirahətə getdilər. hakimiyyətdən
sui istifadə edən rüşvətxor rəhbərlər də
tapıldı. Oğruluq yolu ilə sərvət toplandı.
Lakin bu sərvət ölü kapitala çevrildi. Bunların hamısı
qorxudan vəhşətə düşüb
oğurladıqlarını xalqdan gizlədirdilər. O cəmiyyətin
mənfi cəhətlərini qabarıq şəkildə göstərən
Kedrov onun müsbət cəhətlərinin üzərindən sükütla
keşir. Halbiki, o zaman milyonlarla insan üçün ev tikildi, hamı
işlə təmin edildi. minlərlə istirahət evi və
müalicə ocağı yaradıldı. Aciz-avara kütlə kiçik
məbləğ verməklə istirahət edir və müalicə
olunurdular.
Partiya
bileti gəzdirən bir neçə əliəyri heç də
marksizmin puç ideya olmasına dəlalət etmir. Çünki
ziddikommunistlərin arasında da oğruların sayı az
deyildir. Elə oğrular ki, kilsəyə gedib ibadət edirlər.
orta əsr kilsəsi, Incili təbliğ edən keşişlər
Isanın vəsiyyətlərinə əməl etmirdilər.
Yadfikirliləri yandırıb məhv edirdilər. Onlar da bütün
bu işləri allah və Isanın adı ilə görürdülər.
O Isa ki, zorakilığın əleyhinə idi. Din xadimlərinin
bu hərəkətləri heç vaxt Isa və onun dinini dindarlar
arasında etibardan salmırdı. Elə buna görə də bir
neçə oğru ictimai ədalət tərəfdarı olan
ideyanı etibarsız edə bilməz. Kedrov yaxşı bilir
ki, bu gün kommunistlər hökumətdən
uzaqlaşmışlardır. Hökümət sərmayədarların,
yəni həmin 1 milyon nəfərin əlindədir. Onlar
Isveçrədə, Kipr adasında Qənari adalarında və
Bahamada istirahət edirlər. moskva televiziyasının
gürültulu səsi və gözqamaşdıran lampalarının
işığı altında təkrar edilən reklamlar
milyoncuları bu istirahətgahlara çağırır. Halbuki,
sosial təminatı əldən verən yoxsul əhali yavan
çörəyə də möhtacdır. Görəsən Kedrovun
uşaqları Moskva televiziyasının durmadan reklam etdiyi
Snikers Mars və digər xarici şirniləri ala bilirmi?
Milyonlarla uşaqlar bu şirniləri görür,
ağızlarının suyu axır, həsrət çəkir və
həsəd aparırlar. Həsəd və paxıllıq
toxumu da buradaca əkilir. Elə buna görə də əhalinin
böyük əksəriyyəti keçmişə həsrət gözü ilə
baxırlar.
Moskva
kilsəsinin keşişi Dmitri Dudko, Nezavisimaya qazeta ilə
müsahibədə (12. IV 94) keşiş Yakuninə xitabən
deyir, Biz bu böhrandan necə çııxacağımızı
bilmirik. Böyük Vətən müharibəsindən sonra da, kommunistlərin
hökmranlığı dövründə də belə böhran
olmamışdı. O deyir: Bu gün ruslar günahkar yadlar kimi sərgərdan
və avaradırlar. Dudko Yakuninə tövsiyə edir və deyir:
Biz yadfikirlilər və müxaliflər təqsikarıq. Biz fikir
edirik ki, allahsızların hökumətinə qarşı mübarizə
aparırıq. Lakin indi başa düşmüşük ki, öz əzabkeş
Rusiyamız əleyhinə mübarizə aparmışıq. Biz
ona görə günahkarıq ki, bu gün ölkəmizi fəlakətə
və yoxsulluqa düçar etmişik, biz hamımız Soljenitsın də,
Saxarov da diz çöküb deməliyik ki, Rusiya, bizi bağışla.
Keşiş Dudko ilə Kedrovun mövqeyi bir-birilə daban-dabana
ziddir. Dudko əlinə incil alaraq Moskva kilsəsində
Isanın vəsiyyətlərini təbliğ edir. Onun Isa vəsiyyətləri
haqqında düşüncələri yoxsulları müdafiə etməkdən
ibarətdir, o, öz keçmiş hərəkətlərini, yəni
allahsızlara qarşı mübarizəni öz vətəni əleyhinə
mübarizə kimi qiymətləndirir. Onun fikrincə kommunistlər
rus varlılarına həsəd aparmırlar. əksinə,
onlar 70 illik hakimiyyətləri dövründə xalqın mənafeyi
fikrində olmuşlar. Amma Kedrovlar dəllal sərmayənin
belə bir cinahına mənsubdurlar ki, onlar Allah və Isa
adından çıxış edirlər, bununla da dəllal sərmayənin
özbaşınalığına bəraət
qazandırırlar.
Bunula
əlaqədar başqa bir ideoloqun, kapital dünyasının tanınmış
ideoloqu olan Amerika vətəndaşı Zibgineov Berjinskinin
fikri ilə tanış olaq. O, so n vaxtlar Forin Ayers
jurlalında məqalə çap etdirmiş, onun tərcüməsi
Nezavisimaya qazeta (1994, №93- də dərc edilmişdir. O,
Rusiyada kapital yığımını belə qiymətləndirir.
Rusiyanın yeni sərmayə sahibləri öz sərmayələrini
ölkədən çıxarır, xaricdə gizlədirlər. Onlar
Rusiyanın gələcəyinə laqeyd münasibət bəsləyirlər.
onlar 15, 5 milyard dollar nəqd pulu Rusiyadan çıxardıqları
halda ölkə daxilində ancaq 450 milyon dollar kapital işə
salmışlar. Onlar hətta humanitar yardımı belə
gizli şəkildə xarici banklara köçürürlər. Isa Məsih
kommunist olsaydı, məqalənin müəllifi cənab Kedrov belə
bir Rusiyada yaşayır. Var-yoxu çapılıb xaricə
aparılan Rusiyada yaşayır. Başqa bir misal : Rusiya Federal
Şurasının sədri Arqumentı i Faktı qəzetinin
(1994-cü il №14) müxbirinin nə üçün hökumət
pullularının etimadını qazana bilmir ki, onlar öz
pullarını Rusiyada işə salsınlar sualıhna cavab
verərək deyir: Bizim sərmayədarlarımız
pullarını xarici banklara köçürdükləri bir zaman, onlar bu
işi sərmayə üçün sabitliyin və təhlükəsizliyin
mövcud olmadığı ilə əlaqələndirdikləri
bir vaxt xaricilər bizim iqtisadiyyatımıza bir qəpik də
sərmayə tədbiq etməyəcəklər.
Rusiyada
parçalanma getdikcə dərinləşir, iki qütb arasında
mübarizə şiddətlənir, kiçik bir qrup adam bazar
yaratmışdılar. Onlar ölkiəni çapır sərvət
toplayır. Onu xaricə köçürür, federal şurasının sədri
isə ona bəraət qazandırmağa çalışır.
Vaxtilə
Rusiya təcrid olunmuş bir ölkə idi. Burada əhali (rus və
qeyri rus) min bədbəxdtliklə sərvət istehsal edirdilər.
Milli sərmayə üçün milli bazar yaratmışdılar. Onlar
milli gəliri böyük bir qazana tökür az-çox ədalətli şəkildə
əhali arasında bölüşdürürdülər. Bununla da dünya
kapitalıının təzyiqinə dözürdülər. bununla da
dünyanın acqarınlarının məhəbbətini
qazanırdılar.
Sovet
dövlətinin rəhbərləri son on illiklərdə yeyintilərə
yol verməsəydilər, öz xalqlarına ürək
yandırsaydılar, onlara maddi nemət istehsalı sahəsində
düzgün rəhbərlik etsəydilər, öz vətəndaşları
üçün daha artıq rifah və daha rahat iş şəraiti yarada
bilərdilər.
Isa
iki min il bundan əvvəl insanlar üçün Sərbətdə bərabərlik
və həyatda rifah arzu edirdi. O, elə buna görə də
çarmıxa çəkildi. Marks da, 19-cu əsrdə həmin yolla
getmək istədi. Təsadöfi deyil ki, Marks ideyası tərəfdarları
da çarmıxa çəkdilər.
Kedrov
məqaləsinin sonunda belə bir ifadə işlədir: Məhəbbət
yeganə insani dəyərdir ki, Isa da ona inanırdı. Məhəbgbət
yəni Allaho məqaləsini məhəbbət hər
şeydən, mal, dövlət və milli düşüncələrdən
də üstündür sözü ilə sona çatdırır.
Kedrovların
iddiasının əksinə olaraq insan ikili xasiyyətə
malikdir. Insanlıq xisəti və heyvanlıq xisləti.
Heyvanlıq xisləti maddi aləmə bağlılıqdan irəli
gəlir. Insan maddi varlıq kimi öz varlığını
qorumaq üçün bütün vasitələrə, o cümlədən heyvan kimi
vəhşi vasitələrə əl atır. Eyni halda insan mənəvi
xislətə malikdir. O, öz övladını sevir, öz ciyərgüşəsi
olan uşağı qorumaq, öz nəslini yaşatmaq üçün bütün
varlığından keçir. Bu həmin mənəvi və əxlaqı
xüsusiyyətdir ki, eşq və məhhəbət üzərində
qurulmuşdur. Tarixi təcrübə göstərir ki, eşqə və
məhəbbətə əsaslanan cəmiyyəti qurmaq o zaman
mümkündür ki, maddi aləmlə mənəvi dünya arasında
tarazlıq yaransın. Marksın sinifsiz cəmiyyət nəzəriyyəsi(şərq
aləmləri belə bir cəmiyyət Mədineye Fazilə
adlandırmışlar) bu ölçü və meyar üzərində qurulub
elmi və texniki inqilab əsrində belə bir cəmiyyətin
əsasını qoymaq mümkündür.
Mühacir
qəzeti 3 sentyabr 1994-cü il.
Ə.
Lahrudi.
Müsahibəni radionun müxbiri
Azər Nərimanoğlu aparır.
Müxbirin şərhi:
Azərbaycanda
Iranlı Siyasi Mühacirlər Cəmiyyəti fəaliyyət göstərir.
Həmin Cəmiyyət 1966-cu ildən Cəmiyyətə
Lahrudi Əmirəli sədrlik edir. Mən Lahrudi Əmirəli
ilə görüşüb Cəmiyyətin fəaliyyiti, ümumiyyətlə
Iranlı Mühacirlərin problemləri, eləcə də Iranda
yaşayan azərbaycanlıların problemləri barədə
onunla müsahibə apardım.
--Əmirəli
müəllim, məulm olduğu kimi Siz Iranlı Mühacirlər Cəmiyyətinin
sədrisiniz, mümkünsə Azadlıq radiosunun dinləyiciləri
üçün qısa da olsa Cəmiyyətin yaranması tarixi barədə
məlumat verin.
Lahrudi:
Azərbaycanda
azadlıq hərəkatının güclənilməsi ilə əlaqədar
1945-ci ilin sentyarbında Azərbaycan Demokrat Firqəsi təşkil
oldu. Firqə inqilaba başçılıq etdi. Həmin ilin
dekabrında Cənubi Azərbaycanın bütün ərazisində
Milli Hökumət quruldu. 1946-cı ilin sonunda isə Tehran
qoşunları Azərbaycana hücum etdilər. 30 mindən
artıq əhali qırıldı, fədailər öldürlürdülər.
300 minə yaxın azərbaycanlı ailəsi Xark adasına,
Xuzistana, Ilama və Iranın ən isti yerlərinə sürgün
edildi. Böyük bir iddə Araz çayının aşağı sahilinə
köçdü. Bu mühacirlər 47 ildir Azərbaycanda, bu günkü Azərbaycan
Respublikasında yaşayırlar. Bizim partiyamız Demokrat
Partiyasıdır öz məramnaməsində
yazmışdır. Azərbaycan Demokrat Firqəsi milli partiyadır.
O, Azərbaycanın bütün sinif və təbəqələrini
öz sıralarına qəbul edir, Azərbaycanda milli muxtariyyat və
demokratiya uğrunda mübarizə aparır. Tacir və ruhani, kəndli
və fəhlə bütün azərbaycanlı öz sinif və əqidə
mənsubiyyətindən asılı olmayaraq firqəyə üzv
ola bilərlər. Doğrudan da onlar firqənin üzvü oldular.
Milli hökumət quruldu. Tarixdə səbt olmuş böyük işlər
görüldü.
Azərbaycan
dili rəsmi dövlət dili oldu və milli dildə Universitet təsis
edildi. radio işə düşdü. Azərbaycan Dövlət
Filarmoniyası, Dövlət Dram Teatrı təşkil olundu. Azərbaycan
kəndlisi pulsuz torpaq aldı, yollar çəkildi. Iqtisadiyyatın
dirçəlməsi üçün böyük işlər görüldü. Bunu Tehran qəbul
etmədi. Azərbaycana qoşun göndərdi. Azərbaycan
Demokrat Firqəsi qardaş qırğını olmasın deyə
müqavimət göstərmədi. O zaman dünya müharibəsindən
çıxan ölkələr Azərbaycanı tək buraxdılar. Azərbaycan
Milli Hökuməti süqut etdi. Böyük bir kütlə Şimala gəldi,
Şimali Azərbaycanın bir çox rayonlarında yerləşdilər.
onlar oxudular, təhsil aldılar, ixtisas qazandılar. Indi də
burada yaşayırlar. 1966-cı ildə isə rəsmi sürətdə
Iranlı Siyasi Mühacirlər Cəmiyyəti təşkil oldu.
Son vaxtlar Mücahirlər Cəmiyyəti yenidən qeydiyyatdan
keçdi. Biz burada yenə də Iranlı Mühacirlər Cəmiyyəti
kimi fəaliyyət göstəririk.
S: -- Əmirəli müəllim
Irandakı azərbaycanlılar ilə Sizin əlaqələriniz
nə yerdədir?
C:
-- Inqilabdan sonra həm Avropa, həm də Bakıdakı
mühacirlərin bir çoxu Irana qayıtdı Tehranda, həm də
Azərbaycanda fəaliyyət göstərdilər. Təbrizdə
Azərbaycan Demokrat Firqəsi yenidən fəaliyyətə
başladı. Bizim əsas məqsədimiz Azərbaycana Milli
Muxtariyyət almaq idi. Bu məsələ indi də bizim
qarşımızda, bütün Azərbaycan xalqının
qarşısında durur. Biz də o xalqın bir hissəsiyik.
Inqilabdan sonra, 1983-cü ilə qədər Iranda demokratik azadlıqlar
var idi. Siyasi partiyalar fəaliyyət göstərirdi. O cömlədən
biz də fəaliyyət göstəririk. 1983-cü ildə yürüş
oldu. Bütün inqilabçı təşkilatlar bağlandı.
Onların rəhbərləri tutulub həbs olundular, güllələndilər.
O vaxtdan bizim Iranla əlaqələrimiz qırılmışdır.
Bizim Iranla rəsmi və qeyri-rəsmi əlaqə miz yoxdur.
Indiyə qədər yaşlı mühacirlər dəvətnamə
ilə gedib öz ailələrini gördülər. bir neçə aydır
ki, bunu da onların əlindən alıblar. Bu gün burada
yaşayan iranlıların heç biri üçün öz ailələrini görmək
imkanı yoxdur. Ya gərək biz pasportlarımızı dəyişək,
yerli vətəndaş olaq, gedək öz qohumlarımızı
görək. Elə olmadıqda vətənsiz (qeyri- vətəndaş)
pasportu ilə bizi Irana buraxmırlar. Hətta Avropaya da
buraxmırlar. Bir sözlə heç yerə buraxmırlar. Demək olar
ki, bizim öz vətənimizlə fiziki əlaqəmiz tamamilə
qırılıbdır.
S: -- Əmirəli müəllim,
belə bir sual da maraq doğurur: hal-hazırda Iranda yaşayan
azərbaycanlıların sayı nə qədər?
C:
-- Mən Azərbaycanlılar dedikdə Zəncan, Qərbi Azərbaycan,
Şərqi Azərbaycan deyilən əyalətlərdə
yaşayanları nəzərdə tuturam. 10 milyon əhali bu
üç mətntəqədə yaşayır. Lakin iqtisadi vəziyyətin
çətinliyi ilə əlaqədar başqa əyalətlərə
də köçürlər. tehranda 4 milyona yaxın Azərbaycanlı
yaşayır. Bundan əlavə türkdilli əhali Həmədanda,
Xorasanda, Cənubda yaşayırlar.
Iranın
bütün məntəqələrində, mərkəzində, cənubunda,
şərqində, şimalında və Şimal-qərbində
20 milyondan artıq türkdilli əhali yaşayır. Onlardan 10
milyonu Azərbaycanda yaşayır. Onların 99 faizi azərbaycanlıdır.
Kənar əhali yoxdur. Farslar ancaq dövlət idarələrində
işləmək üçün gəlirlər. bir neçə şəhərdə
erməni icması vardır.
S:
-- Əmirəli müəllim, Siz Azərbaycan deyəndə Iranda
coğrafi adı nəzərdə tutursuz?
C:
-- Bəli. Nəzərim budur. O yerdə ki, əhali kompakt
şəkildə yaşayır, o əhalinin mənafeyi də
o torpaqla bağlıdır. Ona görə də Azərbaycan
dedikdə həmin üç məntəqəni nəzərdə
tututram.
S: -- Bizim Iranda yaşayan
soydaşlarımızın problemlərinə keçək. Orada
yaşayan azərbaycanlıların, ümumiyyətlə türkdilli
xalqların problemləri nədən ibarətdir?
C:
-- Əsas məsələ azərbaycanlıların dil məsələsidir.
Azərbaycan dili Pəhləvi sülaləsi hakimiyyətə gəldikdən
sonra rəsmi sürətdə qadağan olub. Rza şah
zamanında, sonra da onun oğlu Məhəmməd Rza Şah
dövründə Azərbaycan məktəblərində, hətta kənd
məktəblərində dərslər fars dilində gedirdi.
Atası və anası fars dilini bilməyən uşaq tənəffüs
zamanı belə fars dilində danışmasaydı cərimə
olunurdu və cəzalandırılırdı. Inqilabdan sonra bu
məhdudiyyət aradan götürüldü. Islam Cumhurisi Konstitusiyanın
15-ci maddəsində bütün xalqlara, o cümlədən də Azərbaycan
xalqına ana dilində danışmaq və yazmaq hüququ verildi.
Azərbaycanda azərbaycan dilli nəşriyyələr
geniş miqyasda çap olundu indi də az-çox çap olur. Bundan başqa
ayrı bir imkan yoxdur. Halbuki, bir xalq öz dilində dərs
oxumazsa, öz dilində yazmazsa, yazı-pozu ilə məşğul
olmazsa, onun dili ancaq danışıq dili kimi qalar. Beş-üç nəfər
ziyalı tapılır, öz ana dilində şer deyir, dastan
yazır, onu çap etmək üçün jurnal çıxarır. Bu məhdud çərçivədir,
bir neçə ziyalının mənəvi təlabatına cavab
verir.
Azərbaycanlı
fars dilində oxuyur, öz ana dilində yazılan əsərləri
oxumaqda çətinlik çəkir, oxuduqlarını çox vaxt başa
düşmür. Çünki Azərbaycan dili danışıq dilidir.
Qoymayıblar bu dilin elmi, fəlsəfi, ictimai, iqtisadi
terminollogiyası yaransın. Buna görə də azərbaycanlı
öz dilində elmi əsəri oxuyarkən onun məzmununu dərk
edə bilmir. Azərbaycanlı üçün bundan ağır zülm olmaz.
S: - hal- hazırda Iranda azərbaycanlılar
üçün azərbaycan dilində fəaliyyət göstərən teatr
varmı, qazet və jurnal nəşr edilirmi?
C:
--Azərbaycan dilində kiçik nəşriyyələr
çıxır. Amma Azərbaycan dilində məktəb yoxdur. Azərbaycan
dilində teatr yoxdur. Azərbaycan dilində heç bir mədəniyyət
ocağı fəaliyyət göstərmir. Burada bütün fəaliyyət,
yazı-pozu fars dilindədir. Hamı məcburdur
uşaqlarını fars dilində oxutsun. Təbriz Universitetində
fars ədəbiyyatı fakultəsi var, azərbaycan ədəbiyyatı
fakültəsi isə yoxdur. Söhbət vardır ki, belə bir
fakültə açılsın. Bu barədə hələ heç bir xəbər
yoxdur.
S: --Iranın rəsmi dairələri
belə bir iddia irəli sürür və bəyan edirlər ki, Iranda
yaşayan azərbaycanlıların heç bir müşkülü yoxdur.
Onlar öz dillərində oxuyur və sərbəst fəaliyyət
göstərirlər. Bu barədə nə deyə bilərsiniz?
C:
-- Əgər belə bir xəbər vardırsa, bu xəbər
həqiqətən uzaqdır. Çünki bir var arzu edəsən ki,
sən get hansı dildə istəyirsən oxu, bir də var
ki, onun üçün şərait yaradasan və deyəsən bu dildə
gəl burada dərs oxu. Bu arzunu həyata keçirmək üçün şərait
yaradılmayıb. Azərbaycanlılara nə qədər desələr
get öz dilində dərs oxu, onun nə müəllimi var, nə məktəbi
var nə də imkanı var öz dilində dərs oxusun. Çünki
buna şərait yaradılmayıbdır.
S: -- Əmirəli müəllim,
Siz özünüz dediyiniz kimi təxminən 40 ildən artıq Azərbaycanda,
indiki Azərbaycan Respublikasının ərazisində
yaşayırsınız. Vətəndaşsınız?
C:
-- Xeyir, vətəndaş deyiləm.
S: -- Azərbaycanın
keçirtdiyi bu əzablar, son illərdə keçdiyi bu əzablar, Azərbaycanda
gedən hadisələr yəqin ki, iranlı mühacirlərə
də müəyyən təsir göstərir. Bu barədə nə
deyə bilərsiniz?
C:
-- Bunu deyim ki, o taydan gəlmişik. Iran vətəndaşı
kimi burada yaşayırıq. Lakin bizim əlimizdə və
cibimizdə olan sənəd, yəni pasport qeyri-vətəndaş
pasportudur. Oradan biz pasport gətirməmişik. Iranın həm
keçmiş dövləti, həm də indiki dövləti bizə
pasport vermək istəmir. Bununla əlaqədar onlara çoxlu
müraciət olunub. Onlar deyirlər ki, kim istəyir, gəlsin
anket doldursun getsin Irana. Iranda pasport alsın, yaşasın.
Sonra o pasportla hər yerə istəyir getsin. Bu da çoxsaylı
mühacir ailəsi üçün çətindir. Indi mühacir gərək pasport
xatirinə getsin Irana. Orada pasport alsın, sonra qayıdıb
uşaqlarının yanına gəlsin. Bizim çoxumuz pasportumuzu
dəyişməmişik. Biz gözləyirik ki, bir gün gələr
Iran vətəndaşı kimi qayıdarıq öz vətənimizə.
Azərbaycanın
dərdinə şərikik. Onun dərdi bizim dərdimizdir.
Ermənilərin təcavüzü Azərbaycanlı kimi bizi də
narahat edir. Çünki vaxtilə Cənubda bizə rəhmsiz divan
tutulub, qaçqın olmuşuq. Qaçqınları gördükdə daha çox
narahat oluruq. Bu ağır vəziyyət bizə daha pis təsir
buraxır. Ona görə də bizim cavanlarımız gedib öz
qardaşları ilə birlikdə cəbhədə
vuruşurlar. Mühacir qəzeti öz səhifələrində
mühacir şəhidlər haqqında material dərc edir.
Ağdam, Tərtər, Bərdə, Xocalıda iranlı
mühacirlər yaşayırdılar. Ermənilər
Xocalıdakı mühacirləri öldürdülər, Ağdamkı
mühacirlərin evi dağılıb, özləri didərgin
düşüblər. biz özümüz dəfələrlə Əbülfəz
Elçibəyə, Heydər Əliyevə müraciət etmişik.
Mühacirlərin yaşlı nəsli də gedib cəbhədə
vuruşmağa hazırdır. Azərbaycanın o tayı da,
bu tayı da bizim vətənimizdir. Düşmən hücumuna
qarşı biz passiv mövqe tuta bilmərik. Yaşlı mühacirlərin
cəbhəyə getmələrinə razılıq verilmədi,
ya da məsləhət görülmədi. Amma cavanlar vuruşur, Azərbaycan
torpağı uğrunda canlarını qurban verdilər.
Mühacir qəzeti 5 iyul 1994-ci
il.
Müsahibə.
Müxtəlif
dillərdə danışan xalqlar tayfa və qəbilə əlaməti
üzrə məskunlaşmış, onların əsrlər boyu
özünəməxsus adət və ənənsi, birgə
yaşayış tərzi və vahid psixologiyası
formalaşmışdır. Bütün bunlar insan cəmiyyətinin
müxtəlif inkişaf mərhəlisində milli şüurun
formalaşmasına zəmin yaratmışdır. Hər bir
xalgın müəyyən ərazidə yaşaması, həmin ərazinin
qorunması milli birlik üçün mə`nəvi, əxlagi zəmin
yaradır. Lakin yeni ərazilər tututmağ məgsədi
daşıyan müharibələr ayrı-ayrı xagları vahid
milli dövlət qurmasına mane olmuş, küclü xalq zəif xalqa
hakim kəsilmişdir.
Müxtəlif
dillərdə danışan xalqlar vahid ərazidə məskunlaşmiş,
vahid dövlətin tərkibinə daxil olmuşlar. Bu da bir dilin
başqa dillərdən üstün mövqe tutmasına gətirib
çıxarmışdır.
Iran
3 min illik tarixə malik olan bir ölkədir. Bu tarix, böyük bir ərazidə
yaşayan müxtəlif xalqlar üzərində bir xalqın və
bir dilin hakimiyyətinin bərqərar edilməsi tarixidir. Qədim
Iran imperatorluğu dövründə də, ərəb istilasından
sonra da belə olmuşdur. Bu ərazidə məskunlaşan
müxtəlif xalqlar vahid dövlətə tabe olmağa və vahid
dildə oxuyub yazmağa məcbur olmuşlar.
Çoxmillətli
dövlətlərin dağılması, vahid etnik milli dövlətlərin
yaranması, Avropanın qərbində 18 və 19-cu əsrlərə,
şərqidə isə 20-ci əsrə təsədüf edir.
Asiya və Afrikada isə milli özünüdərk 20-ci əsrdə
rüşeym halında formalaşmağa başlamıdır. Bir
neçə dildə danışan xalqların
yaşadığı Iranda milli özünüdərk 20-ci əsrin
ortalarına təsədüf edir. Ikinci dünya müharibəsi illərində
Azərbaycan və Kürdüstan milli hökumətlərinin
yaranmasında təzahür etdi. Təyfa və qəbilə
psixoloqiyası hakim olan o zamankı Iranda Azərbaycan və
Kürdüstan milli hökumətlərinin əmələ gəlməsi
milli özünüdərk prosesinin ilk mərhələsi idi.
Azərbaycanda
21 Azər və Kürdüstanda 2 Bəhmən hərəkatları
(1945-46-cı illər) adlanan milli cirçəliş Iranda
yaşayan və siyasi hakimiyyətdən məhrum olan Kürd və
Azərbaycanlı özünün nəyə qadir olduğunu dərk
etdi. Milli adət və əənəyə vahid psixoloqiyaya
malik olan bu xalqların özünə qayıtması, öz mənliyini
qoruyub sağlaması üçün zəruri olan iradə möhkəmliyi və
özünə inam ruhu gücləndi. Azərbaycan xalqının milli
varlığına qəsd edən Pəhləvi rejimi 1356-ci
ilin (1978) Bəhmən ayında Azərbaycan xalqı ilə
yenidən üzləşməli oldu. Bu dəfə Şahənşah
ordusu kuçə və meydanlara tökülən azərbaycanlıların
qarşısında aciz qaldı. 29 Bəhmən
çıxışı inqilabi müvəqqəti höküməti baş
naziri mühəndis bazarqaninin dediyi kimi Pəhləvi rejiminin fəqərə
sütununu sındırdı. Inqilabın qələbəsi Azərbaycan
dilli ədəbiyyatən geniş miqyasda yayılmasına,
onlarla ana dilli qəzet və jurnalın nəşr ediməsinə
şərait yaratdı. Milli özünüdərk prosesi yeni mərhələyə
qədəm qoydu. Irab Islam Respublikasının Əsas Qanununun
15-ci maddəsində ana dilində təhsil almaq, yazıb
oxumaq hüququ öz əksini tapdı. Lakin yeni hakimiyyət milli
münasibətlərlə əlaqədər üzərinə
götürdüyü təəhhüdü nəinki yerinə yetirmədi, hətta
Azərbaycan dilində çıxan qəzet və jurnalların bir
çoxunun nəşri dayandırıldı. Azərbaycanlılar
öz ana dilində yazıb-oxumaq imkanından məhrum oldu. Lakin
milli özünüdərk prosesi dayanmadı. Xalq mövcud məhdudiyyətlə
razılaşmadı.
Bütün
dünya Şərqi Avropada və Sovet Ittifaqında baş verən
hadisələri izləyir. Milli münasibətdər bu hadisələrin
mərkəzində dayanır Yuqoslaviya, Çexoslovakiya və Sovet
Ittifaqında məskunlaşan müxtəlif dilli xalqlar milli
istiqlala nail oldular. Beləliklə, Şərqi Avropada əsrin
əvvəllərində başlanan milli hərəkat əsrin
axırlarında tam qələbə ilə başa çatdı.
Yuqoslaviyada 6, Çexoslovakiyada 2, Sovet Ittifaqında 15 müstəqil
respublika yarandı. Birləşmiş Millətlər Təşkilatının
bərbar hüquqlu üzvz kimi bu beynəlxalq birliyə daxil oldular.
Bununla da 18-ci əsrdə Avropanın Qərbində
başlanan proses 20-ci əsrin sonunda Avropanın Şərqində
milli dövlətlərin meydana gəlməsilə sona çatdı.
Indi Rusiyanın tərkibində qalan azsaylı xalqlarında öz
milli dövlətləri vardır da.
Beləliklə,
Asiyada milli özünzdərk prosesinin yeni mərhələsi
başlanır. Azərbaycan mətbuatında dərc olunan bir
sıra məktublar, müraciətnamələr, milli dil və
milli mədəniyyətinin dirçəlişi üçün səylərdən
ibarət olan bu müraciətnamələr Azərbaycan əhalisinin,
Azərbaycan ziyalılarının, xüsusilə onların ön
sırasında gedən Azərbaycan tələblərinin
milli özünüdərk prosesinə qoşulmalarının canlı
şahididir. Azərbaycanda dil ən həssas məsələrdən
birinə çevrilmişdir. Azərbaycanda dilini radio və
televiziyada əsas dil kimi işlədilməsi, Azərbaycanda
dilində məktəblər açılması günün məsələsi
kimi irəli sürülür. Vahid etnik əhaliyə malik olan Azərbaycanı
bir neçə ostana parçalanması, Qəzninin Azərbaycandan
ayrılması məsələsi də etiraz doğrulurdu.
Meşkinşəhərli
tələbələrin dövlətə müraciəti Ərdəbilli
tələbələrin öz tələbə
yoldaşlarının üstəkilərini müdafiə etmələri,
Urmiyyə universitetinin türkdilli tələbələrini
açıq məktubu Azərbaycanlı tələbələrinin
məclisdə olan Azərbaycan nümayədələrinə
açıq məktubu, Azərbaycan əhalisinin böyük bir iddəsinin
imzası ilə Ayətulla Seyyid Əli Xamneyiyə məktubu,
milli özünüdərk prosesinin daha da geniş miqyas almasından xəbər
verir. Ölkənin mövcud qanunları çərçivəsində irəli
sürülən bu tələblər nədən ibarətdir?
Meşminşəhərli tələbələrin
müraciıtnaməsindədeyilir: Şovinist Pəhləvi
rejiminin 50 illik hakimiyəti dövründə Azərbaycan əhalisinin
mədəni, siyasi və ictimai hüquqları
tapdalanmışdır. Islam inqilabının qələbəsi
azərbaycanlıların ürəyində gələcəyə
ümid hissi oyatdı. Lakin 20 milyon türkdilli iranlılar hələ
də öz ana dilində yazmaqdan məhrumdurlar. Halbuki, Qanuni Əsasinin
15-ci maddəsi bu haqlı tələbi qanuniləşdirilmişdir.
Meşkinşəhərli
tələbələr Şərqi Azərbaycanın iki ostana
bölünməsini düzgün hesab etmirlər. Onların fikrincə Azərbaycanın
bir parçasını müəyyən şəhərin adı ilə
bağlamaq böyük tarixa səfdir. Bu işə heç cür bərayət
qazandırmaq olmaz. Meşkinşəhərli tələbələr
qeyd edirlər ki, Ərdəbil əhalisinin dilini bilməyən
şəhsin ostandar təin edilməsi də narazılıqla
qarşılanır.
Təbrizdə
çıxan Əhrar qəzetinin 1993-cü il tarixli 60-cı nömrəsində
Ərdəbilli tələbələrin bəyanatı çap
edilmişdir. Həmin bəyanatda Meşkinli tələbələrin
açıq məktubu müdafiə edilir. Ərdəbil vilayətindən
Azərbaycan adının silinməsinə etiraz edilir. Hər
iki sənətdə Ərdəbil radio-televiziyasının
tutduğu mövqe pislənir və qeyd edilir ki, bu kütləvi
informasiya vasitələri Azərbaycan dilini və Azərbaycan
mədəniyyətini eybəcərləşdirirlər. Yerli
əhali üçün hazırlanan 15 dəqiqəlik veriliş də
fars dilində aparırır. Radio-televiziyanın ictimai, mədəni
və tərbiyəvi proqramlarından istifadə etmək istəyən
savadsız Azərbaycan kəndlisi haqlıdır ki, başa
düşdüyü dildə proqrama tamaşa etsin.
Zəndanda
çıxan Ümüde Zəncan qəzeti Ayətulla Seyyid Əli
Xamneyiyə yazılan çox imzalı bi rməktubu dərc
etmişdir. Həmin məktubda əhalisi Azərbaycanlılardan
ibarət olan ostan mərkəzlərinin (Təbriz, Zəncan,
Nəmədan, Urmiyyə və Ərdəbil) Azərbaycan,
yerli əhali üçün hazırlanan veriliş barədə heç bir məsuliyyət
hiss etmirlər. Səriştəsiz adamların
hazırladığı bu verilişlər Azərbaycanın
milli mədəniyyətinin kökünü baltalayır. Məktubda
deyilir :Adları çəkilən ostanların radio-televiziyaları
yerli dildə veriliş hazırlamırlar. Həmin məqsədləvaxtaşırı
hazırlanan 15 dəqiqəlik verilişin dili o qədər
başqa lüğətlərlə qarışdılır ki,
dinləyicə bu verilişdən heçnə başa düşmür.
O, həmin verilişin dilini özü üçün yad hesab edir. Eyni zamanda tədris
məsulları Azərbaycan dili və Azərbaycan mədəniyyətinin
tədrisinə diqqət yetirmillər. Nəticədə 25
miljon azərbaycanlı öz dilihdə yazıb oxumaqdan məhrum
olmuşdur.
Həmin
məktubda mühüm tələblər irəli sürülür. Onlar bunlardan
ibarətdi: 1. Azərbaycanlı yaşayan ostanlarda
radio-televiziya Azərbaycan dilində verliş verməli.
2Radio-televiziya verlişlərində Azərbaycan dilini təhrif
edən lüğətlər işlədilməməli. 3 Azərbaycan
dili ikinci dil kimi fars dili ilə yanaşı məktəblərdə
universistetlərdə təlim və tərbiyə mərkəzlərində
tədris olmalı. 4 Dövlət və icra hakimləri Azərbaycan
dilində kitab və nəşriyyətləri himaya etməli
və Azərbaycan dilli çıxan nəşriyyətlər
başga səviyyəsinə qaldırılmali. 5 Azərbaycanlilarin
milli simasi olan milli musigi, milli adət və ənənələr
bərpa edilməlidir. \, , Ümidə Zəncan. 23 iyun, 1994\
Ümide
Zəncan gəzeti həmin nömrədə Urmiyya Univesitetinin
türk tələbələrin açıq məktubunu da dərc
etmişdir. Məktubda deyilir Iran Islam ingılabı əhalinin
böyük əksəriyyətinin iştrakı ilə qələbə
çaldı...
Azərbaycan
milləti bu, inglabda iştirak etdi. Hələ bu gün də Qum
hadisələri 40-cı günün Təbrizdə qeyd edilməsi
xatirələrdən silinməmiçdir. Azərbaycanın türk sərgərdələrinin
qəhrmanlığları dillər əzbəridir. Iraq-Iran
müharibəsində şəhid olan igidlərin
silahdaşları Azərbaycanda yaşayırlar. Ölkənin
istiqlaliyyəti uğrunda igidlik göstərən Azərbaycan elə
bhuna görə də Iranın başı adlandırılır.
Təəsüf ki, Pəhləvi irqçilərin şovinist əməlləri
aradan qaldırılmamışdır. Dünya istekbarının
daxili əlaltıları Pəhləvi rejiminin şovinist
ideyasından ilham alırlar. Iran türkmənlərinin dil, ədəbiyyat
və mədəniyyətinin aradan qaldırılmasını
planlaşdırmışlar. Bunlar yenə də Azərbaycanı
Iranın başı adlandırırlar. Amma dinsiz baş kimə
lazımdı? Həmin məktubda göstərilir ki, neçə ildir
Urmiyyə, Təbriz, Ərdəbil, Zəncan və Həmədan
şəhərlərin radio-televiziya mərkəzləri təəccüb
doğuran siyasət yeridirlər. Bu da türkdilli proqramları
azaltmaq adı ilə ləğv etməktən ibarətdir.
Radio televiziyanın proqramlarında yerli dil elə eybəcər
vəziyyətə salınır ki, bu da nəticə
etibarı ilə türk mədəniyyətinə qarşı
çevrilib. Azərbaycanlıların hesabına milyonlarla tümən
xərc edən televiziya və radioda türkdilli əhalinin
başa düşmədiyi verilişlər yayılır. Belə
bir sual qarşıya çıxır ki, Azərbaycan dilini eybəcərləşdirən
radio-televiziya kimdən göstəriş alır, nə üçün ölkədən
xaricə yayılan veriliş düzgün Qafqaz türkcəsi ilə
hazırlanır, daxildə isə həmin dil eybəcərləşdirilir?
Nə üçün radio, televiziya və mətbuat orqanları türk söcü və
türk dili sözünü cəkməkdən imtina edirlər. Nə ücün
arazın o tayındakı azərbaycanlılar ücün hər
ğün bir saatlığ veriliş verilir?Arazın bu tayı
ücün ərəb dilli programlar yayılır. Məktubda daha
sonra ğöstərilir ki, bir tərəfdən maarif nazirliyi rəsmi
ğöstəriş verir ki, Azərbaycan dilli ibtidai məktəb
şağirdlərinə başa düşmədikləri
başga bir dili məçburi şəkildə öyrətsinlər,
dikər tərəfdə Tehran Universitetinin hüquq fakultəsinin
professoru təklif edir ki, Azərbaycanda dil məsələsini
həll etmək ücün bir fars ailəsi bir neçə türk
uşağını öz ailəsinə qəbul etsin.
Bununla
da gələcəkdə dil məsləsi həll edilsin. Bu tədbirləri
elə bir zaman həyəta keçirməyə
çalışlırdılar ki, Əsas Qanun 15-ci maddəsində
yerli dillərin fars dili ilə yanaşı öyrənilməsi rəsmi
surətdə qanuniləşmişdir.
Bundan
əlavə radio-televiziyanın verilişlərində Cümə
səhəri sizinlə, son vaxtlar Novruz-73 adlı satirik
proqram efirə buraxılır. Bu proqramda türklərin dil və
mədəniyyəti lağa qoyulur, bununlada islamın möhkəm
yumruğu olan Azərbaycanlılar təhqir olunurlar. Azərbaycan
musigisi, Azərbaycan dili və Azərbaycan teatrı üzərindən
süqutla keçmək kimin heyrinədir?
Məktubda
Ərdəbil şəhəri altında yaranan yeni ostan üzərində
Azərbaycan sözünün götürülməsinə etiraz olunur, Ərdəbilə
yerli əhalini dilini bilməyən məsul işçilərin
göndərilməsi pislənir və tələb olunur ki, yeni təşkil
olunmuş ostana Azərbaycan adı qaytarılsın.
Tehranın
ali məktəblərinin Azərbaycanllı tələbələrini
Islam Şura Məclisindəki Azərbaycanlı millət vəkillərinə
yazdığları açıq məktubda Azərbaycan dilinə əid
məsələ dəqiqləşdirilir, konkret şəkil
alır və göstərilir ki, Əsas Qanunu 15-ci maddəsinə
əsasən türk dili rəsmi dillə yanaşı tədris
olunmalıdır. Türk dili 27 mliyon Iranlının dilidir. Elə
buna görə də əsas qanunun 15-ci maddəsi icra edilməlidir.
Bunu da qeyd edək ki, iki dilli təhsil sistemi heç də xalqlar
birliyinə sədəmə vurmur. Çünki bu birlik fars dili ilə
yox, Iran müsəlmanlarının məzhəbi və imanı
ilə bağlıdır.
Nəzərə
almaq lazımdı ki, dil və mədəniyyət məsələsinə
düzgün yanaşmamaq bizi istənilməyən nətiçə ilə
üzləşdirə bilər. Elə buna görə də tədris
planının hazırlayanlar rəsmi olmayan dillərə
xüsusilə türk dilinə özünəməxsus yer verməlidilər
ki, gözlənilməyən hadisələrin qarşısı
alınsın. Bununla əlaqədər məclis vəkilləri
dünyanın mütərəqqi ölkələrində olduğu kimi
bir neçə dilli təhsil nümünələrini nəzərdən
keçirməli, ölkədə rəsmi və idari dillə
yanaşı iki dilli təhsil sistemi yaratmalıdırlar.
Məktubda
Ərdəbil ostanından Azərbaycan adının silinməsinə
həssaslıqla yanaşılır, şiə məzhəbinin
bayradqarı oaln Ərdəbilə Azərbaycan adının
qaytarılması tələb olunr. Məktubda Ərdəbil
mahalının iqtisadi qeriliyinə toxunulur və məclis vəkillərindən
tələb olunur ki, Ərdəbilin iqtisadi və mədəni
inkişafına diqqət artılırsın və nəhayət
Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və H\m\dan
radio-televiziyalarının fəaliyyətindən şi kayət
edilir və göstərilir ki, Azərbaycanı məhrum təbəqələri
radio-televiziyanın proiqramını başa düşə bilmirlər.
Bu da məntəqə əhalisinin bir növ təhgir etmək deməkdir.
Çünki iş elə bir yerə çatmışdır ki, bir neçə
dəqiqəlik verilişlərdə fars dilində
aparılır. Mətub müəliflərinin əmin olduqları
bildirirlər ki, məclis vəkilləri keşmişdə
olduğu kimi məsələyə laqeyeid
yanaşmayacağlar. Çünki, indiyə qədər yüksək dövlət
orqanlarına bir çox məktub yazılmış və məsul
məqamlarla bir neçə görüş olmuşdur. O cümlədən
Urmiyyə tələbələrinin məktubu, Azərbaycan tələbələrinin
məclis vəkilləri ilə görüşür, Meşkinşəhərli
tələbələrin nazirlər kobinəsinə məktubu,
Ərdəbil tələbələrinin bəyanatı, Zəncan
tələbələrinin məktubu, tehran Ilahiyyat
Universitetinin tələbələrin məktubu, Təbriz
Universitetinin tələbələrinin məktubu və Əhər
Universitetinin tələbələrinin məktubu Təbriz
Universitetinin türkdilli tələbələrinin məktubu indiyə
qədər cavabsız qalmişdır. Azərbaycan tələbələr
məclis vəkillərinə müraciət edərək bu tələbələrinin
yerinə yetirilməsinə onlara kömək edəcklərinə
ümid bəsləyirlər.
Azərbaycan
xalqının özünüdərk prosesi ciddi xarakter alır. Bu prosesdə
Azərbaycan ziyalıları, xüsusilə Azərbaycan ali məktəb
tələbələri daha fəal iştirak edirlər. Bu
qanunauyğun haldir. Türkdilli xalq Iran əhalisinin üçdə birini təşkil
edir. Onun mədənı və siyasi hüquqları özünə
qaytarılmalıdır. Azərbaycan dili təhsil və idarə
dili tanınmalı, Türkdilli əhalinin yaşadığı
məntəqədə fars dili ilə yanaşı işlədilməlidir.
Bu
tələbələrin icra edilməsi ilə əsrlər
boyu birgə yaşadığı türklərin, farsların,
kürdlərin, bəluçların, ərəblərin, türkmənlərin
mənəvi birliyi daha da möhkənlənirdi.
Mühacir
qəzeti 4. 10. 1994 il.
Lahrudi.
Müxtəlif
dillərdə danışan xalqlar tayfa və qəbilə əlaməti
üzrə məskunlaşmış, onların əsrlər boyu
özünəməxsus adət və ənənsi, birgə
yaşayış tərzi və vahid psixologiyası
formalaşmışdır. Bütün bunlar insan cəmiyyətinin müxtəlif
inkişaf mərhəlisində milli şüurun
formalaşmasına zəmin yaratmışdır. Hər bir
xalgın müəyyən ərazidə yaşaması, həmin ərazinin
qorunması milli birlik üçün mə`nəvi, əxlagi zəmin
yaradır. Lakin yeni ərazilər tututmağ məgsədi
daşıyan müharibələr ayrı-ayrı xagları vahid
milli dövlət qurmasına mane olmuş, küclü xalq zəif xalqa
hakim kəsilmişdir.
Müxtəlif
dillərdə danışan xalqlar vahid ərazidə məskunlaşmiş,
vahid dövlətin tərkibinə daxil olmuşlar. Bu da bir dilin
başqa dillərdən üstün mövqe tutmasına gətirib
çıxarmışdır.
Iran
3 min illik tarixə malik olan bir ölkədir. Bu tarix, böyük bir ərazidə
yaşayan müxtəlif xalqlar üzərində bir xalqın və
bir dilin hakimiyyətinin bərqərar edilməsi tarixidir. Qədim
Iran imperatorluğu dövründə də, ərəb istilasından
sonra da belə olmuşdur. Bu ərazidə məskunlaşan
müxtəlif xalqlar vahid dövlətə tabe olmağa və vahid
dildə oxuyub yazmağa məcbur olmuşlar.
Çoxmillətli
dövlətlərin dağılması, vahid etnik milli dövlətlərin
yaranması, Avropanın qərbində 18 və 19-cu əsrlərə,
şərqidə isə 20-ci əsrə təsədüf edir.
Asiya və Afrikada isə milli özünüdərk 20-ci əsrdə
rüşeym halında formalaşmağa başlamıdır. Bir
neçə dildə danışan xalqların
yaşadığı Iranda milli özünüdərk 20-ci əsrin
ortalarına təsədüf edir. Ikinci dünya müharibəsi illərində
Azərbaycan və Kürdüstan milli hökumətlərinin
yaranmasında təzahür etdi. Təyfa və qəbilə
psixoloqiyası hakim olan o zamankı Iranda Azərbaycan və
Kürdüstan milli hökumətlərinin əmələ gəlməsi
milli özünüdərk prosesinin ilk mərhələsi idi.
Azərbaycanda
21 Azər və Kürdüstanda 2 Bəhmən hərəkatları
(1945-46-cı illər) adlanan milli cirçəliş Iranda
yaşayan və siyasi hakimiyyətdən məhrum olan Kürd və
Azərbaycanlı özünün nəyə qadir olduğunu dərk
etdi. Milli adət və əənəyə vahid psixoloqiyaya
malik olan bu xalqların özünə qayıtması, öz mənliyini
qoruyub sağlaması üçün zəruri olan iradə möhkəmliyi və
özünə inam ruhu gücləndi. Azərbaycan xalqının milli
varlığına qəsd edən Pəhləvi rejimi 1356-ci
ilin (1978) Bəhmən ayında Azərbaycan xalqı ilə
yenidən üzləşməli oldu. Bu dəfə Şahənşah
ordusu kuçə və meydanlara tökülən azərbaycanlıların
qarşısında aciz qaldı. 29 Bəhmən
çıxışı inqilabi müvəqqəti höküməti baş
naziri mühəndis bazarqaninin dediyi kimi Pəhləvi rejiminin fəqərə
sütununu sındırdı. Inqilabın qələbəsi Azərbaycan
dilli ədəbiyyatən geniş miqyasda yayılmasına,
onlarla ana dilli qəzet və jurnalın nəşr ediməsinə
şərait yaratdı. Milli özünüdərk prosesi yeni mərhələyə
qədəm qoydu. Irab Islam Respublikasının Əsas Qanununun
15-ci maddəsində ana dilində təhsil almaq, yazıb oxumaq
hüququ öz əksini tapdı. Lakin yeni hakimiyyət milli münasibətlərlə
əlaqədər üzərinə götürdüyü təəhhüdü nəinki
yerinə yetirmədi, hətta Azərbaycan dilində çıxan
qəzet və jurnalların bir çoxunun nəşri
dayandırıldı. Azərbaycanlılar öz ana dilində
yazıb-oxumaq imkanından məhrum oldu. Lakin milli özünüdərk
prosesi dayanmadı. Xalq mövcud məhdudiyyətlə
razılaşmadı.
Bütün
dünya Şərqi Avropada və Sovet Ittifaqında baş verən
hadisələri izləyir. Milli münasibətdər bu hadisələrin
mərkəzində dayanır Yuqoslaviya, Çexoslovakiya və Sovet
Ittifaqında məskunlaşan müxtəlif dilli xalqlar milli
istiqlala nail oldular. Beləliklə, Şərqi Avropada əsrin
əvvəllərində başlanan milli hərəkat əsrin
axırlarında tam qələbə ilə başa çatdı.
Yuqoslaviyada 6, Çexoslovakiyada 2, Sovet Ittifaqında 15 müstəqil
respublika yarandı. Birləşmiş Millətlər Təşkilatının
bərbar hüquqlu üzvz kimi bu beynəlxalq birliyə daxil oldular.
Bununla da 18-ci əsrdə Avropanın Qərbində
başlanan proses 20-ci əsrin sonunda Avropanın Şərqində
milli dövlətlərin meydana gəlməsilə sona çatdı.
Indi Rusiyanın tərkibində qalan azsaylı xalqlarında öz
milli dövlətləri vardır da.
Beləliklə,
Asiyada milli özünzdərk prosesinin yeni mərhələsi
başlanır. Azərbaycan mətbuatında dərc olunan bir
sıra məktublar, müraciətnamələr, milli dil və
milli mədəniyyətinin dirçəlişi üçün səylərdən
ibarət olan bu müraciətnamələr Azərbaycan əhalisinin,
Azərbaycan ziyalılarının, xüsusilə onların ön
sırasında gedən Azərbaycan tələblərinin
milli özünüdərk prosesinə qoşulmalarının canlı
şahididir. Azərbaycanda dil ən həssas məsələrdən
birinə çevrilmişdir. Azərbaycanda dilini radio və
televiziyada əsas dil kimi işlədilməsi, Azərbaycanda
dilində məktəblər açılması günün məsələsi
kimi irəli sürülür. Vahid etnik əhaliyə malik olan Azərbaycanı
bir neçə ostana parçalanması, Qəzninin Azərbaycandan
ayrılması məsələsi də etiraz doğrulurdu.
Meşkinşəhərli
tələbələrin dövlətə müraciəti Ərdəbilli
tələbələrin öz tələbə
yoldaşlarının üstəkilərini müdafiə etmələri,
Urmiyyə universitetinin türkdilli tələbələrini
açıq məktubu Azərbaycanlı tələbələrinin
məclisdə olan Azərbaycan nümayədələrinə
açıq məktubu, Azərbaycan əhalisinin böyük bir iddəsinin
imzası ilə Ayətulla Seyyid Əli Xamneyiyə məktubu,
milli özünüdərk prosesinin daha da geniş miqyas almasından xəbər
verir. Ölkənin mövcud qanunları çərçivəsində irəli
sürülən bu tələblər nədən ibarətdir?
Meşminşəhərli tələbələrin müraciətnaməsində
deyilir: Şovinist Pəhləvi rejiminin 50 illik hakimiyəti
dövründə Azərbaycan əhalisinin mədəni, siyasi və
ictimai hüquqları tapdalanmışdır. Islam
inqilabının qələbəsi azərbaycanlıların
ürəyində gələcəyə ümid hissi oyatdı. Lakin
20 milyon türkdilli iranlılar hələ də öz ana dilində
yazmaqdan məhrumdurlar. Halbuki, Qanuni Əsasinin 15-ci maddəsi
bu haqlı tələbi qanuniləşdirilmişdir.
Meşkinşəhərli
tələbələr Şərqi Azərbaycanın iki ostana
bölünməsini düzgün hesab etmirlər. Onların fikrincə Azərbaycanın
bir parçasını müəyyən şəhərin adı ilə
bağlamaq böyük tarixa səfdir. Bu işə heç cür bərayət
qazandırmaq olmaz. Meşkinşəhərli tələbələr
qeyd edirlər ki, Ərdəbil əhalisinin dilini bilməyən
şəhsin ostandar təin edilməsi də narazılıqla
qarşılanır.
Təbrizdə
çıxan Əhrar qəzetinin 1993-cü il tarixli 60-cı nömrəsində
Ərdəbilli tələbələrin bəyanatı çap
edilmişdir. Həmin bəyanatda Meşkinli tələbələrin
açıq məktubu müdafiə edilir. Ərdəbil vilayətindən
Azərbaycan adının silinməsinə etiraz edilir. Hər
iki sənətdə Ərdəbil radio-televiziyasının
tutduğu mövqe pislənir və qeyd edilir ki, bu kütləvi
informasiya vasitələri Azərbaycan dilini və Azərbaycan
mədəniyyətini eybəcərləşdirirlər. Yerli
əhali üçün hazırlanan 15 dəqiqəlik veriliş də
fars dilində aparırır. Radio-televiziyanın ictimai, mədəni
və tərbiyəvi proqramlarından istifadə etmək istəyən
savadsız Azərbaycan kəndlisi haqlıdır ki, başa
düşdüyü dildə proqrama tamaşa etsin.
Zəndanda
çıxan Ümüde Zəncan qəzeti Ayətulla Seyyid Əli
Xamneyiyə yazılan çox imzalı bi rməktubu dərc
etmişdir. Həmin məktubda əhalisi Azərbaycanlılardan
ibarət olan ostan mərkəzlərinin (Təbriz, Zəncan,
Nəmədan, Urmiyyə və Ərdəbil) Azərbaycan,
yerli əhali üçün hazırlanan veriliş barədə heç bir məsuliyyət
hiss etmirlər. Səriştəsiz adamların
hazırladığı bu verilişlər Azərbaycanın
milli mədəniyyətinin kökünü baltalayır. Məktubda
deyilir :Adları çəkilən ostanların
radio-televiziyaları yerli dildə veriliş
hazırlamırlar. Həmin məqsədləvaxtaşırı
hazırlanan 15 dəqiqəlik verilişin dili o qədər
başqa lüğətlərlə qarışdılır ki,
dinləyicə bu verilişdən heçnə başa düşmür.
O, həmin verilişin dilini özü üçün yad hesab edir. Eyni zamanda tədris
məsulları Azərbaycan dili və Azərbaycan mədəniyyətinin
tədrisinə diqqət yetirmillər. Nəticədə 25
miljon azərbaycanlı öz dilihdə yazıb oxumaqdan məhrum
olmuşdur.
Həmin
məktubda mühüm tələblər irəli sürülür. Onlar bunlardan
ibarətdi: 1. Azərbaycanlı yaşayan ostanlarda
radio-televiziya Azərbaycan dilində verliş verməli.
2Radio-televiziya verlişlərində Azərbaycan dilini təhrif
edən lüğətlər işlədilməməli. 3 Azərbaycan
dili ikinci dil kimi fars dili ilə yanaşı məktəblərdə
universistetlərdə təlim və tərbiyə mərkəzlərində
tədris olmalı. 4 Dövlət və icra hakimləri Azərbaycan
dilində kitab və nəşriyyətləri himaya etməli
və Azərbaycan dilli çıxan nəşriyyətlər
başga səviyyəsinə qaldırılmali. 5 Azərbaycanlilarin
milli simasi olan milli musigi, milli adət və ənənələr
bərpa edilməlidir (Ümidə Zəncan. 23 iyun, 1994).
Ümide
Zəncan gəzeti həmin nömrədə Urmiyya Univesitetinin
türk tələbələrin açıq məktubunu da dərc
etmişdir. Məktubda deyilir Iran Islam ingılabı əhalinin
böyük əksəriyyətinin iştrakı ilə qələbə
çaldı...
Azərbaycan
milləti bu, inglabda iştirak etdi. Hələ bu gün də Qum
hadisələri 40-cı günün Təbrizdə qeyd edilməsi
xatirələrdən silinməmiçdir. Azərbaycanın türk sərgərdələrinin
qəhrmanlığları dillər əzbəridir. Iraq-Iran
müharibəsində şəhid olan igidlərin
silahdaşları Azərbaycanda yaşayırlar. Ölkənin
istiqlaliyyəti uğrunda igidlik göstərən Azərbaycan elə
bhuna görə də Iranın başı adlandırılır.
Təəsüf ki, Pəhləvi irqçilərin şovinist əməlləri
aradan qaldırılmamışdır. Dünya istekbarının
daxili əlaltıları Pəhləvi rejiminin şovinist ideyasından
ilham alırlar. Iran türkmənlərinin dil, ədəbiyyat və
mədəniyyətinin aradan qaldırılmasını
planlaşdırmışlar. Bunlar yenə də Azərbaycanı
Iranın başı adlandırırlar. Amma dinsiz baş kimə
lazımdı? Həmin məktubda göstərilir ki, neçə ildir
Urmiyyə, Təbriz, Ərdəbil, Zəncan və Həmədan
şəhərlərin radio-televiziya mərkəzləri təəccüb
doğuran siyasət yeridirlər. Bu da türkdilli proqramları
azaltmaq adı ilə ləğv etməktən ibarətdir.
Radio televiziyanın proqramlarında yerli dil elə eybəcər
vəziyyətə salınır ki, bu da nəticə
etibarı ilə türk mədəniyyətinə qarşı
çevrilib. Azərbaycanlıların hesabına milyonlarla tümən
xərc edən televiziya və radioda türkdilli əhalinin
başa düşmədiyi verilişlər yayılır. Belə
bir sual qarşıya çıxır ki, Azərbaycan dilini eybəcərləşdirən
radio-televiziya kimdən göstəriş alır, nə üçün ölkədən
xaricə yayılan veriliş düzgün Qafqaz türkcəsi ilə
hazırlanır, daxildə isə həmin dil eybəcərləşdirilir?
Nə üçün radio, televiziya və mətbuat orqanları türk söcü və
türk dili sözünü cəkməkdən imtina edirlər. Nə ücün
arazın o tayındakı azərbaycanlılar ücün hər
ğün bir saatlığ veriliş verilir?Arazın bu tayı
ücün ərəb dilli programlar yayılır. Məktubda daha
sonra ğöstərilir ki, bir tərəfdən maarif nazirliyi rəsmi
ğöstəriş verir ki, Azərbaycan dilli ibtidai məktəb
şağirdlərinə başa düşmədikləri
başga bir dili məçburi şəkildə öyrətsinlər,
dikər tərəfdə Tehran Universitetinin hüquq fakultəsinin
professoru təklif edir ki, Azərbaycanda dil məsələsini
həll etmək ücün bir fars ailəsi bir neçə türk
uşağını öz ailəsinə qəbul etsin.
Bununla
da gələcəkdə dil məsləsi həll edilsin. Bu tədbirləri
elə bir zaman həyəta keçirməyə
çalışlırdılar ki, Əsas Qanun 15-ci maddəsində
yerli dillərin fars dili ilə yanaşı öyrənilməsi rəsmi
surətdə qanuniləşmişdir.
Bundan
əlavə radio-televiziyanın verilişlərində Cümə
səhəri sizinlə, son vaxtlar Novruz-73 adlı satirik
proqram efirə buraxılır. Bu proqramda türklərin dil və
mədəniyyəti lağa qoyulur, bununlada islamın möhkəm
yumruğu olan Azərbaycanlılar təhqir olunurlar. Azərbaycan
musigisi, Azərbaycan dili və Azərbaycan teatrı üzərindən
süqutla keçmək kimin heyrinədir?
Məktubda
Ərdəbil şəhəri altında yaranan yeni ostan üzərində
Azərbaycan sözünün götürülməsinə etiraz olunur, Ərdəbilə
yerli əhalini dilini bilməyən məsul işçilərin
göndərilməsi pislənir və tələb olunur ki, yeni təşkil
olunmuş ostana Azərbaycan adı qaytarılsın.
Tehranın
ali məktəblərinin Azərbaycanllı tələbələrini
Islam Şura Məclisindəki Azərbaycanlı millət vəkillərinə
yazdığları açıq məktubda Azərbaycan dilinə əid
məsələ dəqiqləşdirilir, konkret şəkil
alır və göstərilir ki, Əsas Qanunu 15-ci maddəsinə
əsasən türk dili rəsmi dillə yanaşı tədris
olunmalıdır. Türk dili 27 mliyon Iranlının dilidir. Elə
buna görə də əsas qanunun 15-ci maddəsi icra edilməlidir.
Bunu da qeyd edək ki, iki dilli təhsil sistemi heç də xalqlar
birliyinə sədəmə vurmur. Çünki bu birlik fars dili ilə
yox, Iran müsəlmanlarının məzhəbi və imanı
ilə bağlıdır.
Nəzərə
almaq lazımdı ki, dil və mədəniyyət məsələsinə
düzgün yanaşmamaq bizi istənilməyən nətiçə ilə
üzləşdirə bilər. Elə buna görə də tədris
planının hazırlayanlar rəsmi olmayan dillərə
xüsusilə türk dilinə özünəməxsus yer verməlidilər
ki, gözlənilməyən hadisələrin qarşısı
alınsın. Bununla əlaqədər məclis vəkilləri
dünyanın mütərəqqi ölkələrində olduğu kimi
bir neçə dilli təhsil nümünələrini nəzərdən
keçirməli, ölkədə rəsmi və idari dillə
yanaşı iki dilli təhsil sistemi yaratmalıdırlar.
Məktubda
Ərdəbil ostanından Azərbaycan adının silinməsinə
həssaslıqla yanaşılır, şiə məzhəbinin
bayradqarı oaln Ərdəbilə Azərbaycan adının
qaytarılması tələb olunr. Məktubda Ərdəbil
mahalının iqtisadi qeriliyinə toxunulur və məclis vəkillərindən
tələb olunur ki, Ərdəbilin iqtisadi və mədəni
inkişafına diqqət artılırsın və nəhayət
Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və H\m\dan
radio-televiziyalarının fəaliyyətindən şi kayət
edilir və göstərilir ki, Azərbaycanı məhrum təbəqələri
radio-televiziyanın proiqramını başa düşə bilmirlər.
Bu da məntəqə əhalisinin bir növ təhgir etmək deməkdir.
Çünki iş elə bir yerə çatmışdır ki, bir neçə
dəqiqəlik verilişlərdə fars dilində
aparılır. Mətub müəliflərinin əmin olduqları
bildirirlər ki, məclis vəkilləri keşmişdə
olduğu kimi məsələyə laqeyeid
yanaşmayacağlar. Çünki, indiyə qədər yüksək dövlət
orqanlarına bir çox məktub yazılmış və məsul
məqamlarla bir neçə görüş olmuşdur. O cümlədən
Urmiyyə tələbələrinin məktubu, Azərbaycan tələbələrinin
məclis vəkilləri ilə görüşür, Meşkinşəhərli
tələbələrin nazirlər kobinəsinə məktubu,
Ərdəbil tələbələrinin bəyanatı, Zəncan
tələbələrinin məktubu, tehran Ilahiyyat
Universitetinin tələbələrin məktubu, Təbriz
Universitetinin tələbələrinin məktubu və Əhər
Universitetinin tələbələrinin məktubu Təbriz
Universitetinin türkdilli tələbələrinin məktubu indiyə
qədər cavabsız qalmişdır. Azərbaycan tələbələr
məclis vəkillərinə müraciət edərək bu tələbələrinin
yerinə yetirilməsinə onlara kömək edəcklərinə
ümid bəsləyirlər.
Azərbaycan
xalqının özünüdərk prosesi ciddi xarakter alır. Bu prosesdə
Azərbaycan ziyalıları, xüsusilə Azərbaycan ali məktəb
tələbələri daha fəal iştirak edirlər. Bu
qanunauyğun haldir. Türkdilli xalq Iran əhalisinin üçdə birini təşkil
edir. Onun mədənı və siyasi hüquqları özünə
qaytarılmalıdır. Azərbaycan dili təhsil və idarə
dili tanınmalı, Türkdilli əhalinin yaşadığı
məntəqədə fars dili ilə yanaşı işlədilməlidir.
Bu
tələbələrin icra edilməsi ilə əsrlər
boyu birgə yaşadığı türklərin, farsların,
kürdlərin, bəluçların, ərəblərin, türkmənlərin
mənəvi birliyi daha da möhkənlənirdi.
Mühacir
qəzeti 4. 10. 1994 il.
Lahrudi.
Tehranda
çıxan ədəbi-publisist Adine jurnalı özünün 88-ci nömrəsində
fevral 1994 həmin başlıq altında Kamiyarvəndin məqaləsini
dərc etmişdir. Məqalədə Azərbaycan Demokrat Firqəsinin
yaranması, Azərbaycan milli hökumətinin təşkili və
onun yıxılmasının səbəbləri
araşdırılmışdır. Azərbaycan Demokrat Firqəsi
barədə obyektiv fikirlər söyləyən Kamiyarvəndin məqaləsi
ilə Mühacir qəzetinin oxucularını tanış etmək
yerinə düşər. Məqalənin tərcüməsini qəzetimizin
bu nömrəsində dərc edirik.
Ağaye
Kəyanurinin (Iran Xalq Partiyasının keçmiş birinci katibi)
Xatirələr kitabının çapdan çıxması ilə
Iran tarixinin güşələrini aydınlaşdıran mübahisələr
açılmışdır. Məni bu yaddaşları
hazırlamağa vadar edən bəzi məqalələrdə
Azərbaycan Demokrat Firqəsinə qarşı tünd və
açıq fikirlər söylənməsi oldu.
Demokrat
Firqəsini tənqid etmək, şübhəsiz zərurət kəsb
edir. Amma bu, tənqidin əsasını Iran xalqlarının
azadlıq mübarizəsinin təcrübələri təşkil etməlidir.
Bu tənqid müstəmləkəçilik və istibdad təbliğatının
cəbbəxanasına əsaslanmamalıdır, Kəyanurinin
Xatirələrini tənqid edənlərdən biri təsadüfən
onun keçmiş fikir yoldaşlarından olan Babək ƏmirXosrovidir.
ƏmirXosrovi Azərbaycan Demokrat Firqəsinin
yaranmasının həqiqi şəraitinə və Azərbaycan
xalqının böyük əksəriyyətini Demokrat Firqəsinin
Hökuməti ilə əməkdaşlıq etməyə sövq edən
səbəblərə diqqət yetirmək əvəzinə,
özünün keçmiş yoldaşının ağızını
bağlamaq üçün şahın Əhməd Qəvamın, Seyid
Ziyaəddin Təbatəbainin, Ingilis və Amerika müstəmləkəçilərinin
istifadə etdiyi yumruqdan istifadə edir. O Adine
jurnalının 80-cü nömrəsində çap etdirdiyi məqalədə
Azərbaycan Demokrat Firqəsinin tarixinə qısa ekskursiayadan
sonra birbaşa o dövrün mürtəce mətbuatının tədqiqatçılarının
sorağına gedir və həmin yazıları bir daha təkrar
edir və yazır. Azərbaycan Demokrat Firqəsi xaricilərin
əli ilə yaranmış şimal neftinin imtiyazını ələ
keçirmək və mərkəzi dövlətə təzyiq göstərmək
üçün Qızıl Orduya arxalanır, ona görə də Iranın
suverenliyini və ərazi bütövlüyünü təhdid edirdi. Güya Əmirxosrovi
başa düşmür ki, suverenlik üçün həmişə iki əsas
şərt lazımdır. Onlardan birinin olmaması suverenlik
işini yubadır. Bu şərtlər bundan ibarətdir: Millətin
varlığı və ümumi rəyi və onun azad iradəsinə
arxalanan hökumət.
Iran
xalqları Rza xan hökuməti dövründə azad fikir söyləməkdən
məhrum idilər. Rza xan yıxıldıqdan sonra xalqın
sevinci partlayışa oxşayırdı. Bunun səbəbi də
ancaq o idi ki, xalq öz ölkəsinin işğal edilməsinə
baxmayaraq öz rəy və iradəsinin bir qismini azad şəkildə
bəyan etməyə imkan tapdı. Əmirxosrovidən
soruşmaq lazımdır ki, doğrudan da Rza xan və onun səltənəti
xalqın ümumi rəyinə və millətin azad iradəsinə
əsaslanırdı. Onları hakimiyyətdən
uzaqlaşdırmaq, suverenliyi pozmaq deməkdirmi? Doğrudan da
xalq kütlələri Rza xan və onun oğlunun diktaturasına
tabe olmuşdular? Bunlara qarşı çıxmağı suverenliyə
qarşı çıxmaq adlandırmaq olarmı? Məşrutə
qanununu icra etmək, xüsusilə kütlələrin hüququnu
nizamlayan fəsillərin icra edilməsi ərazi bütövlüyü və
milli suverenliyi pozmaq deməkdir, yoxsa xarici neft şirkətinə
cürbəcür ərazi, siyasi və iqtisadi imtiyaz vermək? Əyalət
və vilayət əncumənləri qanununun icrasını tələb
etmək ərazi bütövlüyünü və suverenliyini pozmaqdır yoxsa Məşrutə
dövründə ingilislərin sağ əli olan Əmir Şovkətülmülk
Ələm ailəsinin nəsildən-nəsilə hakim
olması? Doğrudan da Milli Şura məclisinin əlaltı
nümayəndələrinin hiyləsi ilə xalqın seçdiyi nümayəndələri
öz vəkillik hüququndan məhrum edənlər Iranın ərazi
bütövlüyünün əleyhinə idilər, yaxud qondarma cənub hərəkatı
ətrafında birləşən quldurlar? O quldurlar ki, firqə
qələbə çaldıqda Iranın cənubunu birbaşa
ingilis müstəmləkəçilərinə təqdim etməyə
hazırlaşırdılar? Əmirxosrovi Demokrat Firqəsini
şurəvilərin əldəqayırması
adlandırır, zahirdə də belə görünür. Amma Demokrat
Firqəsinin təşkilinin zəmini Rza xan iqtidarının
dağılması ilə yaranmışdı və onun təşkili
üçün ən mühüm səbəb torpaq məsələsi idi. Torpaq
bölgüsü, rəiyyət və malik münasibətlərinin nizama
salınması Azərbaycan və Zəncan kəndlilərinin
çoxdankı arzusu idi. Əbdül Hüseyn Mirzə Fərmanfərma,
Nizamüssəltənə Mafi, Hacı Möhtəşəmülsəltənə
Isfəndiyari dəfələrlə öz yazılarında Məşrutə
dövrünün kəndli hərəkatlarına müraciət etmişlər.
1320-ci ilin Şəhrivərindən (1941-ci ilin sentyabrı)
sonra bu həmişəlik arzu bərpa oldu. Kəndlilərin
bu haq tələbini müdafiə edən yeganə qüvvə qədim
məşrutəçilər və sosializm tərəfdarları
idilər ki, sonradan onlar Demokrat Firqəsini yaratdılar. O zaman
bir neçə silahlı dəstə bəzi Azərbaycan şəhərləri,
o cümlədən Marağa ətrafında özü tək
özbaşına meydana gəldi. Bunlar əsasən kəndlilərdən,
yaxud şəhər və kənd işsizlərindən təşəkkül
tapdı. Onlar böyük torpaq sahiblərinə qarşı
vuruşdular. Demokrat Firqəsinin hərbçiləri əslində
bu dəstələrin içərisindən çıxdılar, Azərbaycan
və Xəmsə (Zəncan) kəndlilərini Demokrat Firqəsinin
hökumətinə bağlayan əsas məsələ firqənin
torpaq siyasəti və torpaq üzərində böyük mülkədarlıq
sistemini ləğv etmək ideyası idi. Eyni zamanda böyük torpaq
sahibləri və Azərbaycanın tayfa
başçılarının Demokrat Firqəsinə qarşı kəskin
düşmənçiliyinin səbəbi də bundan ibarət idi.
Çünki, Demokrat Firqəsi onların torpaqlarını müsadirə
edib kəndlilər arasında paylamışdı. Kəndlilərdən
başqa müzdlu əməklə çalışan fəhlələr,
qulluqçılar, eləcə də bir çox ziyalı və Azərbaycanın
savadlılar öz siyasi və ictimai vəzifələrini yerinə
yetirmək üçün yeni imkan əldə edən bu ziyalılar
Demokrat Firqəsinə qoşuldu.
Kəyanurinin
Xatirələrini tənqid edənlər öz yazılarında
Demokrat Firqəsinin əleyhadarı üçün elə bir paltar tikdilər
ki, heç vaxt onlara layiq deyildi. Bu yazılarda 1325-ci ildən (1946)
Azərbaycanda dəhşətli insan qırğını törədənlər
vətənpərvər adlanırdılar. Amma həqiqətdə
isə Demokrat Firqəsinin hökumətinə qarşı
düşmənçilik edən əsas qüvvələr o zamankı
hakim dairələrin tərəfdarları idilər. Pəhləvi
sarayı, hökumət, məclis, qoşun, böyük torpaq sahibləri,
tayfa başçıları, şəhər böyükləri və
quldurlar bu qüvvələrin başında dururdular.
Xalq
heç vaxt onun mənafeyinə xidmət edən, yüzlərlə müəssisə,
o cümlədən universitet, radio stansiyası, mədrəsə,
xəstəxana, hamam, kino, teatr və kitabxana tikən Demokrat
Firqəsinin əleyhinə çıxmırdılar.
Torpaq
islahatı, torpaq məsələsinin geniş miqyasda nizama
salınması, Azərbaycan Demokrat Firqəsinin əli ilə
Şərq tarixində ilk dəfə başlanan bu islahat, Azərbaycan
və Xəmsədə yaşayan yüz minlərlə Iran kəndlilərinin
razılığı ilə qarşılandı. Iran dövlətinin
Demokrat Firqəsini əzdikdən sonra Azərbaycan və Xəmsə
mülkədarlarının ilk vəzifələri bölünmüş, həmin
torpaqları geriyə qayatarmaq, alınmamış malikanə
bəhrəsini zorla almaq Demokrat Firqəsinə tərəfdar
çıxan kəndliləri öldürməkdən ibarət idi. Demokrat
Firqəsinin əleyhdarları firqə hökumətini
yıxdıqdan sonra Azərbaycana elə bir od vurdular ki, Sipəhbud
Fərdostun yazdığı kimi neçə min cənazənin Təbrizin
küçə və xiyabanlarına tökülməsi onun ancaq kiçik bir mənzərəsi
idi. Demokrat Firqəsinin tənqidçiləri bu qatilləri,
onların başçılarını, xalq hesab etdikləri üçün
pis deyil ki, onların bəzilərinin tərcümeyi halı ilə
tanış olaq.
1.
Zülfüqailər ailəsi, bu ailə Zəncanın böyük mülkədarı
idi. Bunlar Əssəddüdövlə Hüseyn Qulu xanın
oğlanları idilər ki, nəsildən-nəsilə Zəncanın
hakimi olmuşdular. Bu ailə Məşrutədən qabaq Zəncanda
hakim idi. Məhəmməd Əli Şah məclisi topa
bağladığı zaman Əsəddüdövlə və Cahan
xan Əmirüldövlə Xəmsə Məşrutəçilərinə
divan tutdular. Əsəddüdövlənin malikanəsi Mazandaranın
Tarum vilayətindən başlayaraq Azərbaycanın Miyanə
şəhərinə qədər böyük bir ərazini əhatə
edirdi. O, Rza xanın Cəngəl hərəkatına
qarşı hücumunda və Cəngəl hərəkatının
boğulmasında fəal iştirak etmişdi. Azərbaycanda muxtar
Respublika yarandıqdan sonra onun ailəsinin torpaqlarının
bir qismi müsadirə edildi. Saray və ordu onları
silahlandırdı və firqə ilə silahlı mübarizəyə
qaldırdı. Bu ailənin tanınmış üzvlərindən
biri Sultan Mahmud xan Zülfüqari, Məhəmməd Rza Şah Azərbaycana
gələrkən öz tüfəngçiləri ilə onun
qarşısında reje keçdilər. Şah ona fəxri polkovnik
rütbəsi verdi. O, 28 Mördad (avqust 1953) dövlət çevrilişində
də iştirak etdi. Nasir Qulu xan Zülfüqari və Məhəmməd
xan Zülfüqari neftin milliləşdirilməsi dövründə məclis
nümayəndələri idilər. mərhum doktor Müsaddiqin
tanınmış əleyhdarları hesab olunurdular.
2.
Bəydili ailəsi. Bu ailə Xəmsə və Həmədanın
böyük mülkədarı idi. Yadulla xan Əsləhadarbaşı bu
ailənin tanınmış üzvü idi. Öz tüfəngçiləri ilə
Demokrat Firqəsinə qarşı müharibə aparırdı.
Rza xan öz silah cəbbəxanasını ona
tapşırmışdı. Bu zadəganlara məxsus olan
peşə Məhəmməd Rza Şah dövründə də ona
tapşırılmışdır. O, firqə
yxıldıqdan sonra müsadirə olunmuş torpaqlarını
geri qaytardı. Eyni zamanda Şah onu medal və Fəxri adla tərtif
etdi.
3.
Əmir-Əfşar ailəsi. Bu ailə də Xəmsə və
Bicar mahalının böyük mülkədarlarından biri idi. Bunlar
Nasirəddin Şah zamanı tanımş feodal Cahan Şah xan
Əmir-Əfşarın vərəsələri idilər.
Bunların qüdrəti və nüfuzu Əsəddüdövlə
Zülfüqarinin qüdrət və nüfuzundan artıq idi. Sərdar Fateh, Əmir-
Əfşar və onun oğlu Məhəmməd Həsən
xan Əfşari və onun oğlu Məhəmməd Həsənxan
Əfşarinin torpaqları firqə hökumətinin tərəfindən
müsadirə edildi, onlar da qoşun və Zülfüqarilərin köməyi
ilə firqəyə qarşı müharibəyə qalxdılar.
Demokrat Firqəsi yıxıldıqdan sonra o, Iran qoşunun fəxri
mayoru rütbəsi aldı.
4.
Yəmini Əfşar ailəsi. Bu ailə Miyanduab Şahindejin
böyük mülkədarıdır. Nasirəddin şah zamanında
buranın valisi olmuşdur. Onun babası polkovnik Məhəmməd
xan Əfşar idi. Bu ailə üzvləri Şücaüddövlə
Hacı Səmədxan Müqəddəmi Marağeinin qara hökuməti
illərində Çar Rusiyası qoşunlarının Azərbaycanda
əlaltısı idi. Bu ailənin tanınmış üzvü Yəmin
Ləşkər Əli Nəği xan Əfşar idi. Demokrat
Firqəsi onun torpaqlarını müsadirə etdi. Qohumlarından
bir çoxu həbsə alındı. Yəmin Ləşkər
şah qoşunun köməyi ilə silahlandı və firqə
ilə müharibə etdi. Onun Holasu kəndində tikdirdiyi qala və
qəsr indi də durur.
5.
Isgəndəri ailəsi. Bu ailə Sarab və Təbrizin böyük
mülkədarlarındandır. Bunlar Fətulla Sultan Isgəndər
xanın (Məmmədəli Şah Qacarın keşikçilərinin
başçısı idi) övladları idi. Bu ailənin
tanınmış Fətulla Sultan Isgəndər xana Əmir
Nüsrət ləqəbi verilmişdir. O, məclisin 6-cı
çağırışından 17-ci çağırışına
qədər nümayəndə (deputat) olmuşdur. Əmir Nüsrət
Demokrat Firqəsinin tanınmış və barışmaz əleyhdarı
idi. Firqəyə qarşı silah işlədənləri
müdafiə edirdi. Tehranda yaşayan yüzlərlə azərbaycanlını
zorla Tehrandan çıxarmaq onun gördüyü şahkarlıqlardan biri idi. Əmir
Nüsrətin tövsiyəsi ilə 1328-ci ildə (1949) firqə məğlub
edildikdən sonra Tehrana qaçmış türk dilliləri axtarıb
tapıb qoşun maşınlarına dolduraraq Tehranın və
Kərəcin səhralarına sürgün etdilər.
6.
Şəqaqi və Gərmrud xanları: Bunlar Sultan Mahmud xan
Zülfüqari ilə əlbir idilər. miynanın böyük xanlarından
biri olan Ərşədülmalikin oğlu firqəyə
qarşı müharibədə oynadığı rola görə
Iran qoşunun fəxri baş leytenantı rütbəsi, eləcə
də 28 mordad çevrilişindəki fəaliyyətinə görə
fəxri mayor rütbəsi aldı. Diri olduğuna görə onun
adını çəkmirik.
7.
Xalxal xanları. Bunlar Şatranlı, poladlı və
Xamıslı tayfasının başçıları idilər.
Bunların etdikləri zülm nasir dəftər-rəvayətinin
xatirələrində açıq şərh edilmişdir. Həmin
tayfaların başçısı olan Kərim xan Sövləti, Cəmşid
Əmiripur, Qulamrza Isgəndəri öz tüfəngçiləri ilə
Demokrat Firqəsinin hökumətinə qarşı müharibədə
iştirak etmişdilər.
8.
Nəmin və Talış xanları. Seyfülmülük Nəmininin
övladları həmişə Nəmin və Astaranın valisi
olmuşlar. Gürganrudun zülmkar hakimi olan Nüsrətulla xan Sərdar Əmcədinin
uşaqları Demokrat Firqəsinin əleyhinə
çıxdılar. Bunlar mərkəzi dövlətin köməyi ilə
və Rəşt zadəganlarının bəzilərinin, o
cümlədən uzun müddət Şura Məclisinin nümayəndəsi
olan framasener Cahangir Sərtibpurun köməyi ilə Azərbaycan
Demokrat Firqəsinə qarşı müharibə apardılar. Uzun
müddət Şura Məclisinin Talışdan nümayəndəsi
olan, bu gün Rza Pəhləvinin (Məhəmməd Rza
Şahın oğlu) dəftər rəisi işlşəyən
Məhəmməd Hüseyn xan Salar Əsədin oğlu və Sərdar
əmcədinin nəvəsi Hulaku Rambud da o cümlədəndir.
9.
Məlik Qasimi ailəsi. Bu ailə Marağa və
Miyanduabın böyük mülkədarlarından biridir. Bunlar Fətəli
Şah Qacarın 24-cü oğlu olan Məlik Qasim Mirzənin vərəsələridirlər.
onlar uzun illər Azərbaycanın müxtəlif məntəqələrinin
Nasirəddin şahın səltənətinin ilk dövründə
isə bütün Azərbaycanın valisi olmuşlar. Məlik Qasim
Mirzə Marağa və Miyanduabın bir çox kəndlərinin
mülkədarı idi. Onun torpağının siyahısı
Nadir Mirzanın Təbriz tarixi kitabında verilmişdir. Qasim
Mirzənin, Rzaqulu Mirzə və Imanqulu Mirzə adlı
oğlanları Azərbaycanın böyük mülkədarı
siyahısında idi. Torpaqları Demokrat Firqəsi tərəfindən
bölüşdürüldükdən sonra bu ailə firqə əleyhinə
çıxan silahlı dəstələrə qoşuldu. Firqə
yıxıldıqdan sonra öz torpaqlarını geri aldı. Bu
tanınmış firqə əleyhdarları 21 Azər (12 dekabr,
1946) Ərdəbilli baş kəsən Rəzaq, Əziz
Möhsünü, Sultanəli Şəqaqi, Hacı Əbdülqasım Cavan,
Seyfulla Bağmeşəli, Qırıq Heydər və
Qarnıyırtıq Kazım kimi bədnam ünsürlərlə əl-ələ
verib əhalinin canına düşdülər. Bir həftə içərisində
neçə min azərbaycanlı həmvətənlərimizi qətlə
yetirdilər. Bu quldurların özbaşınalığı elə
bir yerə çatdı ki, Hacı Şeyx Qulam Hüseyn Müctəhid Ərdəbili
və Seyfüləmaye Əhəri kimi bir neçə Azərbaycan
ruhanisi onların qarşısını almaq üçün ayağa
qalxdılar.
Gücləri
çatdığı qədər əhalini qətələçi
(Bu, demokratlara qarşı işlədilən dini
islahatdır. Tərcüməçi) quldurların qisasından xilas
etdilər. Inanın ki, Azərbaycan və Xəmsədə
demokratların canına düşənlər xalq deyildi. Əksinə,
xalq bu quldurların və qoşunun zülmündən cana gəlmişdi.
Inanın, firqənin düşmənlərinin bir çoxu Məşrutə
hərəkatı, Xiyabani hərəkatının düşmənləri
idilər. Onlar həmin adamlar idilər ki, Rza xanın və
onun oğlunun səltənətə gəlməsi işini
asanlaşdırdılar. Onlar həmin adamlar idilər ki, neftin
milliləşdirilməsi əleyhinə çıxdılar və
nəhayət, doktor Müsəddiq hökumətini yıxdılar.
Inanmırsınızsa, tarixə bir də nəzər
salın.
Mühacir qəzeti 5 aprel
1994-cü il.
Tərcümə edən:
Bahadur.
Nikita
Qolobov Rusiya iqtisadiyyatı yenə də yol
ayrıcındadır başlığı altında
Nezavismaya qazetada bir məqalə dərc etdirmişdir. Məqalə
Rusiyada başlanan üç illik islahatın yekunlarına həsr
olunmuşdur. Müəllif rəsmi rəqəmlərə əsaslanaraq
iqtisadi islahatın nəticələrini Rusiya dövlətçiliyi
üçün başlıca təhlükə adlandırır. Onun fikrincə
Burbulis-Qaydar, Çernomırdin-Şoxin hökumətlərinin fəaliyyəti
Cəmiyyətin ictimai və iqtisadi vəziyyətinin möhkəmlənməsini
təhlükəyə salan sabitsizlik faktorunu gücləndirir. Belə
ki, 94-cü ilin ilk beş ayında istehsal 26 faiz aşağı
düşmüşdür. Istehsalın tənəzzül surəti durmadan
artır. Yanvarda 23 faiz olduğu halda, may ayında 28 faizə
çatmışdır. Təxmini hesablamalara görə iyun ayında
tənəzzül 30 faiz olmuşdur. Dövlət statistika komitəsinin
hesabalmalarına görə istehsalın həcmi 1993-cü ildə 50
faiz azalmışdır (1989-cu il ilə müqayisədə).
Amerika iqtisadçılarının hesablamalarına görə bu rəqəm
60 faizə çatacaqdır. Müəllifin fikrincə bu tənəzzül
Rusiya sənayesinin strukturasının
yaxşılaşmasına kömək etməmişdir. Əksinə,
Rusiya sənayesi enerji-xammal istehsalı sahəsində istiqamətləndirilmişdir.
Tənəzzül əsasən mürəkkəb texnologiyaya malik olan
sahələri əhatə edir. Dəzgahqayıran zavodlarda
fövqüladə vəziyyət əmələ gəlmişdir.
Emal mərkəzləri dayanır, neft və qaz
istehsalının ahəngi pozulur, həcmi azalır. Kimya sənayesi,
metallurgiya sənayesi dayanır, polad və prokat istehsalı
azalır. Dövlət büdcəsinin kəsiri 70 faiz təşkil
edir. sərt iqtisadi siyasət nəticəsində əmək
haqqı yolu ilə əhaliyə edilən dövlət borcu 2, 5
trilyon rubla çatır. Bu da keçmişlə müqayisədə dövlət
borcunun 40 faiz artması deməkdir.
Dünyanın
ən müasir silahı ilə silahlanmış rus ordusunun hərbi
zavodlarının modern texnologiyası dağılıb aradan
gedir. Zavodlar bağlanır, Rusiya silah satışı
bazarını əldən verir. Keçmiş Sovet Ittifaqı hər
il 12 milyard dollar məbləğındə silah
satırdı. Bu məbləğ indi 2 milyarda da çatmır. Əksinə,
NATO ölkələri, birinci növbədə Amerika dünya silah
bazarının 80 faizini ələ keçirmişdir. Onlar
Rusiyanı, Şərqi Avropa, Yaxın Şərq, Latın
Amerikası və Asiya silah bazarlarından
sıxışdırıb çıxarırlar.
Ölkə
iqtisadiyyatını dağıdan islahat dövlət mülkiyyətinin
xüsusi mülkiyyətə çevrilməsində də özünün xalqa zidd
olan mahiyyətini üzə çıxarır. Xüsusiləşdirilmiş
müəssisələr səmərəli işləmir. Ictimai
ziddiyətlərin artması üçün zəmin hazırlanır.
Xüsusiləşdirmə ilə əlaqədar müəllif belə
bir fakta əsaslanır ki, xüsusiləşdirilən dövlət
mülkiyyəti gizli iqtisadiyyata mafiyaçı qruplara və yüksək
rütbəli dövlət qulluqçularına verilir. Bu da azsaylı
adamların varlanmasına, geniş xalq kütləsinin
yoxsullaşmasına səbəb olur. Məqalə müəllifi
belə bir həqiqəti açıb göstərir ki, Burbulis-Qaydar
hökuməti sadə adamları pul ehtiyatından məhrum etdi.
Bu da onların xüsusiləşən müəssisələrdən
pay alma imkanını aradan apardı.
Müəllif
bu təhlildən belə bir nəticə çıxarır ki,
iqtisadiyyatı sabitləşdirmək, onun strukturunu kamilləşdirmək
sahəsində heç bir iş görülməmişdir. 1991-ci ildəki
problemlər 1994-cü ildə də həll edilməmişdır.
Prezident iqtisadiyyatda vəziyyəti fərmanlarla
normalaşdırmaq istəyir. Təəssüflər olsun ki,
Boris Yeltsin və Viktor Çernomırdin başa düşmək istəmirlər
ki, iqtisadiyyatı fərmanla hərəkətə gətirmək
olmaz. Belə olduqda problemlər həll edilməmiş qalar.
***
Insan
mürəkkəb varlıqdır. Elə bir varlıqdır ki, həyatı
romantik bir aləm kimi təsəvvür edir. Onu
ideallaşdırır, ideala çatmaq üçün cığırlardan
keçir, dolaşıq yollarla rastlaşır doğrudan da romantik
həyat yolçusuna çevrilir. Əsasən maddi müşkülatla üzləşən
və ağır həyat sürən insan ideala bağlanır.
Romantik düşüncələr arxasınca gedir, özünü oda-suya vurur,
xilaskarlar axtarır, təbiətdən yüksəkdə duran
qüvvəyə bel bağlayır. Bir sözlə real həyatdan
uzaqlaşıb fantastik aləmin əsiri olur. 17-18-ci əsr
Avropa və 19-20-ci əsrin rus mütəfəkkirləri bu qəbil
insanların tipik nümayəndələri idilər.
Ruslar
formalaşıb sivilizasiyaya doğru irəliləyən
xalqların sonuncuları sırasındadırlar. Bu
xalqıın formalaşıb millət halına düşməsi
prosesi bir neçə əsri əhatə edən prosesdir. Lakin o,
fantastik aləmdən uzaqlaşa bilməmiş, elə buna görə
də həyat reallıqlarını dərk etməyi və
onlara uyğunlaşmağı bacarmır. Sosial bərabərlik
idealı bəşər tarixində ilk dəfə rus
imperiyasında maddiləşdirildi. Sosial bərabərlik
ideyasına ilk dəfə rus imperiyasında arxa çevrildi. Qərbin
sosial iqtisadi modeli ilk dəfə Rusiyada tətbiq edilməyə
başlamış, Rusiya yenə də təcrübə
lobaratoriyasına çevrilmişdir. Ideal həyat axtaran ruslar
oktyabristlərin, terrorçu narodovolçu qəhrəmanların,
raznoçilərin, radikal bolşeviklərin arxasınca getdilər,
indi də tələsgən radikal demokratların arxasınca
gedirlər. ideal həyata çatmaq üçün insanlar bu qəhrəmanların
çağırışı ilə dəstə-dəstə ölümə
gedir, məhruiyyətlərə düçar olurlar. Ideal cəmiyyət
axtaran qəhrəmanlar bir gün onu zibil yeşiyinə atır,
sadə xalqı yeni ideal, ali insani ideal axtarmaq üçün səfərbər
edirlər. bütün bu axtarışlar məhrumiyyətlər və
kütləvi qırğınla nəticələnir.
Nikita
Qolobovun məqaləsinin bugünkü qəhrəmanları Rusiya
imperiyasında yaşayan xalqları kapital dünyasının
ideal həyatına qovuşdurmaq istəyən qəhrəmanlardır.
Həmin qəhrəmanlar Rusiyanı yenə də təcrübə
lobaratoriyasına çevirmişlər.
Mühacir
qəzeti 2 avqust 1994-ci il.
Ə.
Lahrudi.
Bill Klinton cavab verir
...Belə
hesab edirəm ki, vuruşan tərflər vətəndaşları
həyat üçün ən zəruri amillərdən məhrum edən
blokadalardan istifadə etməməli və ya qadağanlar
qoymamalıdırlar. Ermənistana və Naxcıvana yük
çatdırılmasıına imkan yaradan humanitar yardım dəhlizinin
açılması müharibınin vurduğu məhrumiyyətlərə
məruz qalan günahsız adamlara xeyir verər. çox ümid edirəm
ki, regionda adamların iztirablarını azaltmaq və sülh üçün
güclü amil yaratmaq naminə siz bu təkliflə razılaşa
biləcəksiniz. Klintonun Heydər Əliyevə məktubundan.
Azərbaycan qəzeti, 29 aprel 1994-cü il.
Erməni
Azərbaycan münaqişəsi gündən-günə şiddətlənir.
Azərbaycan xalqına qarşı aparılan müharibə
getdikcə daha artıq dağıdıcı xarakter alır.
Erməni silahlı qüvvələri Dağlıq
Qarabağı Azərbyacndan qoparıb Ermənistana birləşdirmək
məqsədilə apardıqları təcavüzkar müharibədə
böyük dövlətlərin nizami-siyasi himayəçiliyinə
arxalanırlar. 6 il bundan əvvəl başlanmış bu
müharibə Sovet dövlətinin başçısı ittifaq
dağıdıldıqdan sonra isə Rusiya
Federasiyasının rəhbərləri və Rusiyanın kütləvi
informasiya vasitələri Ermənistanın nə təkcə
pisləməmiş bəlkə təcavüzkarları
şirnikdirmiş və onlara meydan oxumaq üçün şərait və
imkan yaratmışlar.
Başda
Amerika olmaqla Qərb dövlətləri də bu
dağıdıcı müharibədə bitərəf nəzarətçi
rol oynayır, əməldə isə təcavüzkarı dəstəkliyirlər.
ATƏM-in Minsk qrupu BMT təhlükləsizlik şurası müharibə
aparan tərəfləri sülhə və müharibəni
dayandırmağa çağırır, təcavüzkarla təcavüzə
məruz qalan ölkənin mövqeyini eyniləşdirməyə
çalışırlar. Onlar işğal olunmuş torpaqlardan Ermənistan
qoşunlarının çıxarılması barədə qəti
söz deməkdən imtina edirlər. öz vətənində
qaçqına çevrilmiş milyondan artıq pənahsız insana göstərilməsi
zəruri olan humanitar yardım üzərinə
azadlığın beşıyi olan Amerikanın
qanunvericilik orqanı olan konqres qadağan qoyur.
Amerika
prezidenti Azərbaycan prezidentinə yazdığı cavab məktubunda
bu qadağanla əlaqədar təəssüfləndiyini bildirir,
lakin onu ləğv etməyə gücü çatmır, ya da səy göstərmir.
Bununla belə, o, Azərbaycan perzaidentinə tövsiyə edir ki,
vuruşan tərəflər həyat üçün zəruri olan mallar üzərundə
qadağan qoymasınlar və blokadalardan istifadə etməsinlər.
Amerika prezidentinin bu bəyanatı doğrudan da insani nöqteyi-nəzərindən
təqdirəlayiqdir. Lakin hərbi nöqteyi-nəzərdən
vuruşan tərəflərdən biri üçün, təcavüzkar erməni
üçün əlverişli, təcavüzə məruz qalan digər tərəf
üçün, Azərbaycan üçün əlverişsizdir, hətta təhlükəlidir.
Canlı qüvvə və texnika nöqteyi-nəzərindən
üstünlük təşkil edən, Azərbaycan ərazisində
strateji mövqeləri ələ keçirən Ermənistana, Azərbaycan
ərazisindən ərzaq malları və yanacaq göndərilməsi
təcavüzün genişlənməsi üçün daha da əlverişli
imkandır.
Amerika
prezidentinin bu tövsiyəsi eyni zamanda Amerikanın xarici siyasətinin
əsas istiqamətinə uyğun gəlmir. Amerika dövləti
dünya dövlətinə çevrildiyi vaxtdan qadağan və blokadalardan
siyasi hərbə kimi istifadə etmiş və istifadə
edir. keçmiş sosialist ölkələrinə qarşı iqtisadi
blokada, sonra isə texnoloji qadağan siyasəti yeritmişdir.
Amerika siyasəti ilə razılaşmayan qeyri-sosialist dövlətlərdə
qadağan və blokada siyasətinə məruz
qalmışlar. Çilidə Solvador Alyende hökuməti, Nikaraquada
Sandenistlər hökuməti, Kubada Fidel Kastro hökuməti blokadaya
alındı. Bu öləklərdə iqtisadi qadağanalr tətbiq
edildi. Alyende Hökumətinə qarşı faşist çevrilişi
edən general Pincet Çilisi üzərindən blokada götürüldü. Amerika
kapitalı və Amerika əmtəəsi sel kimi Çili
bazarına axmağa başladı. Kuba ən ağır
iqtisadi mühasirə şəraitində yaşayır, enerji
çatışmazlığı üzündən nəqliyyat işləmir,
elektrik stansiyaları dayanır, Kubaya gələn gəmilərin
Amerikanın limanında yan almasına yol verilmir. Iki nəfər
terrorçunun Amerikada mühakimə olunmasına yol vermək istəməyən
Liviya da hava və dəniz blokadasına alınır, Liviya
neftinin xaricə satılmasının qarşısı
alınır, Israil səssiz-səmirsiz atom silahı istehsal
edir, beynəlxalq atom klubu özünü görməməzliyə vurur.
Şimali Koreyanın atom mərkəzinin BMT mütəxəssisləri
tərəfindən nəzarət edilməsi məsələsi
dünya məsələsinə çevrilir, dünya standartına
uyğun olmayan Iran dövləti Amerika tərəfindən iqtisadi
blokadaya alınır və nəhayət ilhaq məqsədilə
Kuveyti işğal edən Iraq mühasirə olunur, kiçik bir dövlət
böyük dövlətlərin birləşmiş hərbi qüvvələrinin
hücumuna məruz qalır. Iraqın şəhər, kənd və
sənaye obyektləri məhv edilir. Küveyt Iraq
qoşunlarından azad edilir, Iraqın şimalı və cənubu
(kürdlər və şiələr yaşayan məntəqələri)
Amerika qoşunlarının nəzarəti altına
alınır. Bütün bunlar Amerikanın dünya siyasətinin
aparıcı istiqamətini təşkil edir. Əvvəl
blokada, sonra hərbi əməliyyat Amerikanın əsas siyasi
və hərbi doktrinası bundan ibarətdir.
Iraq-Küveyt
münaqişəsi ilə Erməni-Azərbaycan münaqişəsi
eyniyyət təşkil edir. Iraq Küveyti işğal etdi, onu
özünün 19-cu əyaləti adlandırdı. Ermənistan Ali Soveti
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
haqqında qanun qəbul etdi. Bu qanunun icra edilməsində
silahlı müdaxiləyə əl atdı. Az bir zamanda
Dağlıq Qarabağdan sonra Azərbaycanın 7 rayonu da
işğal edildi, Azərbaycan ordusunun müqavimətini
qırmaq, yeni-yeni ərazı ələ keçirmək Ermənistanın
bu günkü siaysətinin başlıca istiqamətini təşkil
edir. Bu heç də gözlənilməz hal deyil. Ermənilər
başqa xalqların ərazisi hesabına böyük Ermənistan
yaratmaq iddiasına düşür. Elə buna görə də onlar təcavüzkar
müharibəyə əl atırlar. Məgər I Pyotr və II
Yekaterina Rusiya ərazisini qonşu xalqların ərazisini təcavüzkar
müharibə yolu ilə işğal edib böyük Rus imperatorluğu
yaratmamışlar? Elə buna görə də ermənilər
özlərinin bəd niyyətlərini həyata keçirmək üçün
yaranmış əlverişli şəraitdən istifadə
edir, qonşu ölkə hesabına öz ərazisini genişləndirtməyə
çalışırlar. Güclülərin zəifləri əzmək
siyasətindən irəli gələn bu təcavüz heç də təəcüblü
iş deyildir. Təəcüblü ancaq odur ki, Qərb demokratları
Iraqı təcavüzkar kimi tanıyır, ona qarşı qəti
ölçü götürür. Bu işə onu mənəvi və əxlaqi mənafe
deyil, iqtisadi mənafe, Iran körfəzində mövcud olan neft mədənlərini
əldə saxlamaq mənafei vadar edir. Azərbaycana
qarşı işğalçılıq müharibəsi isə Qərb
standartlarında təcavüz adlanmır. Ona görə də ermənilərə
qarşı qəti ölçü götürülmür. Eyni hadisələrə ikili
standart mövqedən yanaşmaq yenə də əxlaqi və mənəvi
mənafedən deyil, siyasi mənafedən irəli gəlir. Qərbin
Rusiyada iqtisadi, siyasi mənafei vardır. Rusiya isə ermənilərin
arxasında durur. Elə buna görə də Qərb, birinci növbədə
Amerika Qarabağ münaqişəsində qəti mövqe tutmaqdan
boyun qaçırır, kiçik siyasət böyük siyasətə qurban
verilir.
Dünya
demokratiyasının başında duran bir ölkənin
prezidentini təcavüzkarı pisləmək əvəzinə təcavüzə
məruz qalan öləknin prezidenti insanlıq naminə
blokadaları ləğv etməyə çağırır. Bu
ağlasığmayan paradoksdur. Rusiyanın hava qüvvələri
və Gürcüstanın dəmir yolları vasitəsilə Ermənistana
hərbi sürsat, yanacaq və ərzaq malları
daşıyır. Humanitar yardım adı ilə Suriya və
Livandan uçan təyyarələrin yükləri Ukrayna vasitəsilə
Yerevana çatdırılır. Bütün bunlar Amerika konqresi və
Amerika prezidenti üçün əsas deyil. Iraq isə iki ildən
artıqdır hava, quru və dəniz blokadasına
alınmış, zəruri olan mallar, xəstələr üçün
dava-dərman üzərinə qadağan qoyulmuşdur. Görəsən
erməni körpələri ilə iraqlı körpələrin fərqi
nədədir? Bu iki öləknin cocuqları üçün dünya
demokratları nə üçün ayrıseçkilik siyasəti yeridirlər?
demokratiya doğurdan da budur? Bir yerdə təcavüzkar əzilir,
təslim olur, lakin cəzadan azad edilmir, blokadalar ləğv
olmur, başqa bir yerdə isə təcavüzkar bəraət
qazanır, təcavüzə məruz qalan ölkə cəzanmalı
olur. Görünür lənətə gəlmiş bu dünya ancaq zor və
zorakilıq dünyasıdır.
Mühacir qəzeti 16 may
1994-cü il.
Ə. Lahrudi.
Sibirin
Altay vilayətindən Mərmərə dənizinə qədər
uzanan böyük bir ərazidə çoxsaylı türkdilli xalqlar
yaşayırlar. Onuncu əsrdən başlayaraq türk
tayfalarının məskunlaşdığı bu ərazidə
türk dövlətləri yaranmışdır. Zaman keçdikcə Səlcuqilər,
Monqollar, Teymurilər və Osmanlılar başqa xalqların ərazisinə
yürüş aparmış və Böyük Türk imperatorluğu
yaratmışlar. 18-ci əsrdə Rusiya imperiyaya çevrildi.
Avropanın və Yaxın Şərqin böyük ərazisində
hökmranlanlıq edən Osmanlı imperiyası ilə
qarşı-qarşıya durdu. Hər iki imperiya arasında
qanlı müharibələr baş verdi. Rus imperiyası Sibiri, Orta Asiyanı və
Qafqazı işğal etdi, Uraldan Altaya kimi ərazidə
yaşayan türkdilli xalqların suverenliyinə son qoyuldu, bu
xalqların dövlət və dövlətçiliyi aradan getdi. Birinci
dünya müharibəsində məğlubiyyətə uğrayan
Osmanlı imperiyası dağıldı onun müstəmləkələri
əlindən çıxdı, Kiçik Asiyada yeni türk dövləti meydana
gəldi. 200 illik Rusiya və Sovet hakimiyyəti Orta Asiya və
Qazaxıstanı bağlı bır məntəqəyə
çevirdi, xarici aləmlə onların əlaqəsi kəsildi.
Sovet
Ittifaqı dağıldıqdan sonra Azərbaycan, Orta Asiya və
Qazaxıstanda türkdilli respublikalar istiqlaliyyətə nail
oldular, öz ərazilərində milli hakimiyyətlərini bərpa
etdilər. Bu zaman Türkiyə yeganə türk dövləti kimi
türkdilli xalqların birliyinin zəruriliyini irəli sürdü. Türkdilli
dövlətlərlə siyasi və iqtisadi əlaqəyə
girdi. Türkdilli dövlətlərarası münasibətlərin möhkəmlənməsinə,
bu dövlətlərin birliyini təmin edə bilən təşkilat
yaradılmasına təşəbbüs göstərdi. Diplomatik əlaqə,
birtərəfli və çoxtərəfli görüşlər, türkdilli
dövlət başçılarının və ictimai təşkilatların
müntəzəm görüşləri Türkiyənin bu istiqamətdə
apardığı siyasətin təzahürüdür. Son on ildə
Türkiyənin iqtisadiyyatı dinamik şəkildə inkişaf
edir, türk malları dünya bazarında özünə geniş yol
açır. Orta Asiya, Qazaxıstan və Azərbaycanda əmələ
gələn iqtisadi çətinliklər Türkiyənin bu ölkələrlə
iqtisadi əməkdaşlığı üçün əlverişli
şərait yaradır.
Çoxişlənən
mallar bu ölkələrin zəruri ehtiyaclarını ödəmək
üçün Türkiyədən gətirilir. Türkiyə dövləti həmin
ölkələrə çoxmilyonlu kredit verir, bir sıra iqtisadi,
ictimai obyektlərin tikilməsində yaxından iştirak
edir. Azərbaycan və Türkmənistan neft və qaz kəmərlərinin
Türkiyədən keçməsi üçün əməli işlər görür.
Türkiyə NATO-nun üzvüdü, Avropa Birliyində iştirak edir, Amerika
ilə hərbi ittifaq bağlayıb. Bütün bunlar yeni türkdilli
dövlətlərin dünya siyasətində, o cümlədən Ermənistan
və Azərbaycan münaqişəsində Türkiyənin rolunu
artırır. Türkiyə dövləti eyni zamanda türkdilli
xalqların mənəvi birliyinə və türkdilli dövlətlərin
siyasi birliyinə nail olmaq üçün çoxtərəfli tədbirlər
həyata keçirir, o cümlədən dövlət
başçılarının zirvə görüşləri və içtimai
təşkilatların qurultayları bu sahədə
aparılan fəal siyasi işdir. Oktyabrın sonunda keçirilən
Istanbul zirvə görüşləri (burada Azərbaycan, Özbəkistan,
Türkmənistan, Qırğızıstan və Türkiyə dövlət
başçıları iştirak etdilər), Izmirdə keçirilən
türk dövlətləri və icmalarının ikinci qurultayı
türk birliyi istiqamətində atılan addım və görülən
işlər sırasındadır. Istanbul zirvə görüşünün
Bəyanatı həmin görüşün məqsədini
açıqlayır. Həmin Bəyanatda BMT-nin prinsiplərinə
hörmət etmək, demokratiya və insan hüquqlarına hörmət
etmək, sosial ədalət və bazar iqtisadiyyatı prinsipinə
tərəfdar çıxmaq, siyasi-iqtisadi və mədəni sahələrdə
əməkdaşlıq etmək, regional problemləri BMT çərçivəsində
həll etmək, Ermənistan Azərbaycan münaqəşəsini
BMT Təhlükəsizlik Şurasının qətnamələri
əsasında həll etmək, qaz və neft kəmərini
Türkiyədən Aralıq dənizinə aparmaq kimi prinsiplər
üzərində razılıq əldə edilmişdir.
Türk
dövlətləri və icmalarının ikinci Izmir
qurultayının məqsədləri dünyanın müxtəlif
güşələrinə səpələnmiş çoxmilyonlu türk
xalqlarını birləşdirmək, onların arasında həqiqi
qardaşlıq münasibətləri yaratmaq, iqtisadi-siyasi
yardımın təməlini qoymaq məqsədini qarşıya
qoymuşdur. Həm türkdilli dövlət başçılarının
müntəzəm göruşləri, həm də türk dövlət və
icmalarının illik qurultayı türkdilli xalqların birliyinə
nail olmaq məqsədini qarşıya qoyur. Belə görüşlər,
qarşı-qarşıya durmanın daha da geniş miqyas
aldığı bir zamanda məntəqə dövlətlərinin
dövlət və milli mənafeyinə uyğundur. Əsrlər
boyu milli hakimiyyətdən məhrum olan, öz milli dil və milli
mədəniyyətinin inkişaf etdirirməsi üçün çətinlik
çəkən xalqlar əldə etdiyi tarixi fürsətdən
istifadə edib etnik mənsubiyyətin imkanlarına
arxalanıb, qarşılıqlı kömək əsasında
dil və mədəniyyətin inkişafına səy göstərmək,
müstəqil dövlətlərin bir-birinə siyasi və iqtisadi
yardım göstərməsi üçün şərait yaratmaq günün zəririyyətindən
irəli gəlir. Belə birliyə şübhə ilə
yanaşmaq, onu pantürkizmdə ittiham etmək həqiqətə
arxa çevirməkdir. Çünki BMT-nin Nizamnaməsinə uyğun olaraq
təşkil olunan birliklər heç də bu və ya digər
dövlətin əleyhinə çevrilən birliklər deyillər.
Xüsusilə türk birliyini deyilən birlik heç bir təşkilati
forma almamış, görüş iştirakçıları bu və ya
digər məsələ ilə əlaqədar
razılığa gəlmişlər. Halbuki BMT, yaxud Avropa
Müştərək Bazarı və bunlara oxşar birliklər
müəyyən təşkilati əsas üzərində qurulur,
özünün nizamnaməsi olur. Həmin birliklərdə iştirak edən
dövlətlər konkret öhdəliklər götürürlər. Türk birliyi
deyilən birlik belə bir təşkilata əsaslanmır. Ona
görə də onu pantürkizmdə müttəhim etmək beynəlxalq
hüquq normalarına riayət etməməkdən irəli gəlir.
Pantürkizm,
panislanizm, panamerikanizm, panafrikanizm bunlar bir irqi başqa bir irqə,
bir milləti başqa bir millətə qarşı qoyan mürtəce
ideologiyadır. Bu ideologiya əsasında əməkdaşlığın,
xüsusilə mədəni əməkdaşlıq sahəsində
görülən işlərlə heç bir əlaqəsi yoxdur və
ola da bilməz. Türkdilli xalqların uzun əsrlərdən
sonra mənəvi birliyə, mədəni əməkdaşlığa,
qarşılıqlı siyasi və iqtisadi köməkliyə
ehtiyacları vardır. Bu görüşlər də həmin
ehtiyacdan doğur. Qoy bütün xalqlar əvvəlcə öz milli və
etnik birliklərini təşkil etsinlər. Bu birliklər dünya
xalqlarının ümumi birliyininin yaranıb möhkəmlənməsi
üçün əsas olsun.
Mühacir qəzeti dekabr
1994-cü il.
Ə. Lahrudi.
Bir
damla neft bir damla qandır. Müttəfiqlər neft
dalğaları üzərində qələbə sahilinə
çatdılar. Klemanson Fransa Lorkerzon Ingiltərə.
Dünyanın
böyük neft şirkətləri ilə Azərbaycan arasında
müqavilə imzalandı. Həmin müqaviləyə əsasən
Xəzər dənizini Azərbaycan bö lməsində 4 milyard
barel (511 milyon ton) neft çıxarılacaq. Onun 253 milyon tonu Azərbaycana,
qalanı isə neft şirkətlərinə təhvil veriləcəkdir.
Neftin istehsal və nəql edilməsi xərcinin 80 faizini (7,4
milyard dollar) konsorsiyum ödəyəcəkdir. Rusiya Luk oyl 6 faiz
pay aparır. 58 aydan sonra neftin Avropaya nəql edilməsinə
başlanılacaqdır.
Azərbaycan
müstəqil deövlət kimi öz təbii sərvətlərindən
istədiyi kimi istifadə edir. Neft şirkətləri ilə
bağlanan bu müqavilə cəsarətli addımlardan biridir ki,
Azərbaycan iqtisadiyyatı bağlılığdan
çıxır, dünya iqtisadiyatına qoşulur. Bu müqavilənin
iqtisadi əhəmiyyəti ondan ibarəötdir ki, Azərbaycana sərmayə
axını üçün şərait yaranır. Azərbaycan hər il
1 milyard dollar gəlir əldə edir. Bu məbləğ
Iranın illik neft gəlirinin 12-də bir hissəsidir. Lakin Azərbaycan
əhalisinin Iran əhalisindən 9 dəfə az olması nəzərə
alınarsa, ba rəqəm diqqətə layiq rəqəmdir.
Müqavilənin siyasi əhəmiyyəti daha böyükdür. Müqavilə ətrafında
Rusiyanın Xarici Işlər Nazirliyinin
qaldırdığı hay-küy də məhz siyasi xarakter
daşıyır. Rusiya bir tərəfdən kansorsiuma üzv
olur, müqaviləyə imza atır, digər tərəfdən
müqaviləni tanımır, onu Xəzəryanı ölkələrin
mənafeyinə zidd müqavilə adlandırır.
Rusiya
iddia edir ki, Xəzər dənizi bağlı dənizdir. Dənizyanı
ölkələr onun təbii mənbələrindən birgə
istifadə etməlidirlər. yəni hər bir ölkə ilə
bağlanan müqavilədə 5 sahilyanı ölkə iştirak etməli,
əldə edilən gəlir həmin ölkələr
arasında bölüşdürülməlidir. Beləliklə, Yaxın
Xaric ölkələrin vahid federasiyada, yaxud konfederasiyada birləşdirilməsi
barədə hay-küy qaldırılmışdır və neft
müqaviləsi ilə müxalifət də bu siyasətin məntiqi
nəticəsindədir.
Halbuki,
Federasiya təşkil etmək bu ölkələrin
istiqlaliyyatının aradan getməsi deməkdir. Bu iş
baş tutsa iqtisadi əlaqələr, o cümlədən xarici
siyasət yenə də Rusiyanın əlində cəmləşəcəkdir.
Neft müqaviləsi əleyhinə çıxmaq da buna görədir. Bu
siyasi oyunda iştirak etmək, heç bir ölkənin, o cümlədən
Iranın xeyrinə deyil. Iran bir neçə ildir ki, Azərbaycan
neftçilərinin köməyi ilə Xəzərin sahil sularında
neft quyuları qazır. Rusiya bu barədə susur.
Müstəqil
Azərbaycanın varlığı tarixi həqiqətdir. Müstəqil
Azərbaycan Rusiya ilə Iran arasında bufer rolu oynayır,
Rusiyanın Jirinovski kimi təcavüzkar dairələrinin
qarşısında sədd olar. Bu təcavüzkar dairələr
həmişə çalışmışlar ki, Fars körfəzinin
isti sularına əl tapsınlar.
Amerika
şirkətlərinin Iranın qonşuluğunda fəaliyyət
göstərmələri də Iranı narahat edir. 1979-cu il
inqilabından sonra Iran Amerika əlaqələri kəsilmişdir.
Amerika Fars körfəzində qoşun saxlayır Qafqaz və Orta
Asiya rəqabət meydanına çevrilmişdir. Bütün bunlara
baxmayaraq öz təbii sərvətlərindən istifadə etmək
bu ölkələrin öz işidir. Bu ölkələr kifayət qədər
sərmayə və müasir texnologiyaya malik deyillər. Elə
buna görə də texnologiya imkanlarından məhrum olan Rusiya
özü də Saxalin və Şimal qütbündə olan neft
yataqlarının işlədilməsini Amerika şirkətlərinə
verir. Müasir texnologiyanın olmaması Rusiyanın istismar edilən
neft mədənlərini də böhranlı vəziyyətə
salmışdır. Elə buna görə də Xəzər dənizinin
neft yataqlarını işə salmaq xarici şirkətlərin
iştirakı olmadan mümkün deyildir. Iran özü də kəşfiyyat
və qazma işlərini xarici şirkətlərlə birgə
aparır. Neft şirkətləri burada üçüncü bir qüvvə kimi
çıxış edirlər. Bu da respublikanın istiqlaliyyatinin
qorunmasında mühüm amildir. Beynəlxalq şərhçilər Azərbaycanda
başlanan gərginliyi neft müqaviləsinin imzalanması ilə
əlaqələndirirlər. Dövlət çevrilişi təşəbüsü
bu müqavilənin taleyini şübhə altına alar, onun ləğv
edilməsini asanlaşdırardı. Azərbaycanın
iqtisadiyyatı təhlükə ilə qarşılaşar. Bu isə
həm Iran, həm də Qərbi Avropa üçün istənilməyən,
Rusiyanın şovinist dairələri üçün istənilən
haldır. Iranın sərhədində qüdrətli bir
Rusiyanın baş qaldırması strateji cəhətcə
Iranın xeyrinə deyildir. Neft müqaviləsinə münasibət
keçici xarakter daşıyır. Bu gün onun alternativi yoxdur.
Neft
sənayesinin meydana gəlməsi.
Neft
enenrji daşıyıcı maddə kimi müasir sənayenin əsasını
təşkil edir. neftin tapılması, maşınlı sənayenin
meydana gəlməsi ilə bir vaxta düşür. Ilk neft quyusu
1859-cu ildə Amerikada qarıldı və neftə çatdı, bu
da neft sənayesinin əsasını qoydu. 1971-ci ildə
Bakıda neft istehsalına başlanıldı. Burada ikinci neft
sənayesi yaradıldı. Neft sənayesinin üçüncü mərkəsi
Iran oldu. 1908-ci ildə birinci quyu neft verməyə
başladı. Bundan sonra Iraq (1923), Bəhreyn (1932), Səudiyyə
Ərəbistanı (1935), Küveyt (1937), Qətər (1938) neft
çıxaran ölkələr sırasına daxil oldular.
Neft
sənayesinin meydana gəlməsi tarixi neft şirkətləri
arasında yaranan rəqabət tarixi, neft uğrunda gedən çəkişmələr
tarixidir. Edvin Drayk birinci adamdır ki, Amerikada neft çıxarmağa
nail oldu. Con Rokfellər Amerikada birinci sərmayədardır
ki, neftin daşınması, emal edilməsi və
satışını öz inhisarına aldı. Edvin Drayk yerin təkindən
neft çıxartdı, Con Rokfeller isə neftdən pul
çıxartdı. Neftin meydana gəlməsi tarixi neft qırxayağının
formalaşması tarixidir. Rokfeller neft çıxartmaq ilə məşğul
olmurdu. O, risk etmək istəmirdi. O, neftin
daşınmasına, təsfiyə edilməsinə və
satılmasına nəzarət edirdi. Rokfeller 1872-ci ildən
başlayaraq öz rəqiblərini sıradan çıxartmaq üçün dəmir
yol şirkətləri rəhbərləri ilə əlbir
oldu. Neftin daşınması qiyməti artırıldı. Bu
da imkan yaratdı ki, Rokfeller nefti öz rəqiblərindən ucuz
satsın. Onlar iflasa uğrasınlar. 1878-ci ildə Rokfeller
neft kəməlri və neft emal edən zavodların 95 faizini
öz nəzarəti altına almışdı.
Indi
hamıya tanış olan Standard Oil şirkəti 1890-cı
ildə yarandı. Bu şirkət neft emal etməklə
yanaşı neftçıxarma işinə girişdi. Rokfeller
deyirdi: Allah məni yer üzünə ona görə göndərib ki, neft
çıxaram. Kim mənə qarşı çıxarsa, o allahın
iradəsinə qarşı çıxır. Belə bir zamanda
standard Oil şirkətinin özbaşınalığı elə
bir həddə çatdı ki, Amerikanın Ali məhkəməsi
bu şirkəti 1911-ci ildə bir neçə şirkətə
parçaladı.
Əsrin
əvvəlində ingilis şirkətləri neft
daşınması ilə məşğul oldular. Bu zaman
Yaxın Şərqin neft ehtiatları onların diqqətini
özünə cəlb etdi. 1902-ci ildə Vilyam Darsı Iranda neft
çıxarmaq haqqında Iran şahından imtiyaz (konsesiya)
aldı. 1908-ci ildə neft çıxarılmasına
başladı, Ingilis Persiya neft şirkəti yarandı. Bu
şirkət indi Britiş Petrolium şirkəti adlanır.
Ingilis, Hollandiya Royal Dotçle şirkəti çalışdı
Osmanlı dövləti ilə əlaqəyə girsin, Bağdad
Mosul neft ehtiyatlarını işlətmək üçün imtiyaz
alsın. Bu işdə Türkiyə ermənilərindən olan
Gülbəngiyan meydana düşdü. Şel şirkəıti ilə
Osmanlı dövləti arasında vasitəçi oldu.
Avropalıların Yaxın Şərq neftinə əl
tapmaları ilə əlaqədar Iran vəTürkiyə ermənisi
ilə tanış olaq:
Antuan
Kitabçıyan adlı erməni Iran baş gömrük idarəsinin rəisidir.
Bu vəzifədə olarkən o, böyük sərvət sahibi
olmuşdur. Paris sərgisində Iran tərəfindən
çıxış edən bu erməni Baron Reyterin nümayəndəsi
Edvard Kutla görüşür. Bu görüş 1900-cü ildə olur. Böyük sərvət
sahibi olan bu erməni Fransanın maliyyə dairələri ilə
əlaqəyə girir. Çalışır Baron Royterin ölümündən
sonra da Iranda neft axtarışı davam etdirilsin. Həmin məqsədlə
Edvard və Pərviz adlı oğlanları ilə ikinci dəfə
Parisə gedir. Parisdə neftlə bağlı olan dairələrlə
görüşür. Kitabçıyan Ingiltərənin Tehrandakı sabiq səfiri
ilə Parisdə görüşür. Kitabçıyan bu görüşdən sonra
Edvard Kuotu öz nümayəndəsi kimi Ingiltərəyə göndərir,
Vilyam Darsinin Irana ayaq açması Ingiltərənin Iran nefti üzərində
50 illik hökmranlığı Erməni Kitabçıyanın bu
missiyasının nəticəsi idi.
Başqa
bir erməni, Türkiyə vətəndaşı Gülbəngiyan
Iraq Petrolium şirkətinin yaradılmasında yaxından
iştirak etdi. Amerika qəzetlərindən biri Gülbəngiyanın
şəxsiyyəti barədə maraqlı məlumat verir.
Gülbəngiyan
Istambulda anadan olmuşdur. Onun atası əvvəlcə xalça
alveri, sonra isə idxalat və ixracatla məşğul
olmuş, Bakı erməniləri ilə əlaqə
yaratmış, Bakıdan Türkiyəyə ağ neft idxal
etmişdir. Gülbəngiyan ibtidai məktəbi Türkiyədə,
orta və ali məktəbi Ingiltərədə oxuyur. Mühəndislik
diplomu alır, Bakıya gedib, burada neft sənaye sahibləri ilə
görüşür. Bakı nefti barədə geniş məlumat
toplayıb Ingiltərəyə qayıdır. Ingilis vətəndaşlığını
qəbul edir. rusiya neft şirkətlərinin nümayəndələri
və Pel neft şirkətinin səhmlərinin
satılması ona tapşırılır. O, bu yol ilə
böyük sərvət toplayır. Şirkətin rəisi Diterniklə
yaxın əlaqə yaradır. Onun nümayəndəsi kimi Türkiyəyə
gedir, osmanlı dövlətlərindən neft imtiyazı
almağa müvəffəq olur. Bu dəllallıq onu dünyanın ən
böyük sərmayə sahibləri sırasına çıxarır.
1910-ci ildə Ingilis sərmayəsi ilə Türkiyə millli
bankı yarandı. Gülbəngiyan bu bankın müdirlərindən
biri oldu. 1911-ci ildə Afrika və Şərq şirkəti
təşkil oldu. Bu şirkət osmanlı neftini çıxarmaq
barədə müqavilə imzaladı. Bu şirkətin 32 min səhmi
Gülbəngiyana verildi. O, həmin səhmin 20 minini Şel
şirkətinə satdı. Şel bu vasitə ilə həmin
şirkətə üzv oldu. Gülbəngiyan bu şirkətin də
müdirlərindən biri oldu.
Ingilis
Iran neft şirkəti xarici işlər nazirliyi vasitəsilə
Gülbəngiyanla əlaqə yaratdı. Afrika və Şərq
şirkətinin səhmlərindən bir qismini almaq arzusunu
bildirdi. 1914-cü ildə səhmlər 80 min lirədən 100 min
lirəyə qaldırıldı. Lakin birinci dünya müharibəsi
bu planı pozdu. Müharibədən sonra Iraq Ingiltərəyə,
Suriya və Livan Fransaya verildi. Türkiyə ilə müttəfiqlər
arasında Senremo müqaviləsi (aprel 1920-ci il) imzalandı. Həmin
müqaviləyə əsasən Yaxın Şərq nefti Ingiltərə
və Fransa arasında bölüşdürüldü. Almanların Rumıniya
neftində olan sərmayəsi Fransa və Ingiltərəyə
çatdı. Iraq neftinin 25 % Fransaya verildi. Fransa öz neft
ehtiyaclarını ödəmək üçün Ingilis Iran şirkətindən
neft almaq hüququ əldə etdi. Neft kəmərinin Suriya və
Livandan keçməsi, Aralıq dənizi sahilində neft
anbarları tikilməsi, gəmilərə neft doldurulması,
Fransa və Ingiltərə müstəmləkələrində
neft çıxarmaq hüququnun Ingilis və Fransa vətəndaşlarına
verilməsi Senremo müqaviləsinin başlıca yekunu idi.
Bu
zaman Amerika və Avropa neft şirkətləri arasında rəqabət
şiddətləndi. Senremo müqaviləsi Amerikanı qəzəbləndirdi.
O, Fransa və Ingiltərərni təqsirləndirdi ki, onlar
açıq qapılar siyasətindən uzaqlaşıb. Iraq neftini
öz inhisarlarına almışlar. Amerika tələb etdi ki, bu mənbələrdən
Amerika sərmayədarları da istifadə etsinlər.
O
zaman dünyanın neft ehtiyatlarının 58 faizini Amerika təmin
edirdi. Müharibədə müttəfiqlərin 80 faiz neftini Amerika
verirdi. Amerika nefti ilə qələbə çalan müttəfiqlər
qələbənin məhsulunu Amerikasız bölüşdürmüşlər.
Neft müharibəsi elə bir həddə çatdı ki, Ingiltərə
Iranın Şimal neftini və Türkiyə neft şirkətlərinin
25 faizi Ameirkanın standard Oil şirkətiinə verməli
oldu. Rusiya nefti ilə əlaqədar rəqabət daha da gücləndi
Standard Oil şirkəti Bakıda Nobel şirkətinin səhmlərini
aldı. Parisdə sığınacaq tapan Rusiya
qaçqınları Bakı neft mədənlərini neft
maqnatlarına və Fransa bankirlərinə satdılar.
Qərb
neft şirkətlərinin arzuları bu gün həyata keçdi.
Sentyabrın 20-si yeni neft müqaviləsi imzalanması günü kimi
seçildi.
Qərb
şirkətlərinin imzaladığı bu müqavilə
Yaxın Şərq neftinin Doktor Müsəddiq vasitəsilə
başlanan milliləşdirilməsindən yarım əsr
sonra imzalanır. 1953-cü il dövlət çevrilişi milliləşmiş
Iran neftini Qərb neft konsorsumuna qaytarsa da milliləşmə
dalğası elə bir məqama çatdı ki, Yaxın Şərq
və Afrika ölkələrinin neft sənayesi biri digərinin
ardınca milli elan edildi.
Sovet
Ittifaqı dağıldıqdan sonra özəlləşmə
geniş miqyas aldı, dünya miqyaslı iqtisadi siyasətə
çevrildi. Qərb neft şirkətlərinin imzaladıqları
müqavilə də bu siyasətin icrası fondunda görülən
işdir. Dövlətin iqtisadiyyatdan ayrılması, yeni müstəqilliyə
nail olan ölkələrin kifayət qədər sərmayə və
texnologiyaya malik olmamaları çoxmillətli neft şirkətlərinin
bu ölkələrə yol tapmalarına imkan yaradır.
Yüksək
mənfəət əldə etmək üçün axan sərmayə
qütbləşməni sürətləndirəcək, sərvətlə
yoxsulluğu qarşı-qarşıya qoyacaq, qütblər
arası ziddiyyətləri kəskinləşdirəcəkdir.
Mühacir qəzeti 2 noyabr
1994-cü il.
Ə. Lahrudi.
Mayın
25-də Bakı televiziyası Tehran televiziyasının iki nəfər
Azərbaycan dilində danışan nümayəndəsinin Azərbaycan
Milli Məclisinin sədri Rəsul Quliyevlə müsahibəsini göstərdi.
Tehran televiziyasının nümayəndələri bu müsahibədə
bir çox məsələyə toxundular. Onların ən
başlıcası neft məsələsi və Azərbaycanda
Iran əleyhinə aparılan təbliğatla əlaqədar
idi. Azərbaycan məclisinin sədri suallara məntiqi cavab
verdi. Biz ancaq onlardan biri barədə fikir söyləyirik, Tehran
televiziyasının nümayəndəsi dedi:
-
Yerli qəzetlərdə (Azadlıq qəzetində) Iran əleyhinə
materiallar çap olunur. Azərbaycan Demokrat Firqəsi
Bakıdadır. Onun qəzeti var. Yerləşmək üçün
binası vardır. Azadlıq radiosu Amerikanın pulu ilə
işləyir. Iran əleyhinə veriliş verir.
Bizim
şərhimiz:
Azərbaycan
Iranın yaxın qonşusudur. Bu ölkələrin əhalisinin
böyük əksəriyyətinin dili və dini birdir. Başqa sözlə
desək, Araz çayının şimalında və cənubunda
vahid bir xalq məskundur. Bu xalq 200 il bundan əvvəl rus
çarlarının təcavüzü nəticəsində
parçalanmış və bir-birindən ayrı düşmüşdür.
Indi Arazın şimalında müstəqil dövlət
yaranmış, sərhədlər açılmış, kəsilən
əlaqələr yenidən bərpa edilmişdir. Bu iş həm
bu taylını, həm də o taylını sevindirməyə
bilməzdi. Lakin elə qüvvələr vardır ki,
yaranmış bu əlaqə onların mənafeyinə
uyğun gəlmir. Bu qüvvələr çalışırlar Iran
Azərbaycan münasibətlərini pozsunlar. Iki ölkə
arasında mövcud olan mədəni və iqtisadi əlaqələri
məhdudlaşdırsınlar. Hadisələrin gedişi göstərir
ki, Azərbaycan dövləti Iranla əlaqələrin
yaxşılaşması ilə maraqlıdır. Hər iki
ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə
çalışır. Bu əsas prinsip pozulmasa, narahatlıq üçün əsas
yarana bilməz.
Azərbaycanlılar,
farslar, kürdlər, Iranda yaşayan bütün xalqlar və milli
azarlıqlar müştərək mədəniyyətə
malikdir. Min illərlə vahid bir ölkə daxilində
yaranmış bu mədəniyyət Iran
xalqlarınıın müştərək mədəniyyətidir.
Lakin azərbaycanlıların da farslar və kürdlər kimi özlərinin
milli dili, özünəməxsus mədəniyyəti vardır. Onlar
min illərlə öz dil və mədəniyyətlərini
tarixin fəlakətli tufanlarından qoruyub saxlaya bilmişlər.
Azərbaycanlı
öz milli mədəniyyətini dirçəltmək üçün mübarizə
aparır. O, hazırkı əsrin ortalarında milli hökumət
təşkil etdi, öz ana dilinin rəsmi dil kimi işlədilməsinə
nail oldu. Bununla əlaqədar Təbrizlə Tehran arasında
müqavilə imzalandı. Amma mürtəce qüvvələr və
onların imperialist himayədarları bu haqqı zorla Azərbaycan
xalqının əlindən aldılar. Tehranın Azərbaycana
qarşı yeritdiyi düşmənçilik siyasəti və həyata
keçirdiyi cəza tədbirləri nəticəsində on minlərlə
azərbaycanlı sürgün olundu, minlərlə günahsız insan qətlə
yetirildi və minlərlə azərbaycanlı vətəni tərk
etdi və qaçqın halına düşdü.
1979-cu
il inqilabı mürtəce şah rejiminin busatını
dağıtdı, yeni hökumət iş başına gəldi.
Azərbaycanlı qaçqınlar (mühacirlər) inqilabi hökuməti
müdafiə etdilər, vətənə qayıtmaq arzusunda
olduqlarını bildirdilər. Amma inqilabi hökumət
qaçqınların qayıtmasına meyl göstərmədi. Elə
təhqiredici şərt irəli sürdü ki, qaçqınlar onu qəbul
edə bilməzdilər. Hadisələrin gedişi döstərdi
ki, Iran Islam Respublikası rəhbərliyinin qaçqınlara
(siyasi mühacirlər) münasibəti şah hökumətinin münasibəti
ilə eyniyyət təşkil edir. Televiziya müsahibəsində
Azərbaycan Demokrat Firqəsi barədə məsələ
qaldırmaq bir daha belə bir həqiqəti təsdiq etdi ki,
Iran dövləti daxildə və xaricdə olan milli qüvvələrə
qarşı təzyiq siyasətini hələ də davam
etdirir, yadfikirlilərlə, qaçqınlarla barışmaq fikrində
deyildir. Iran televiziyasının nümayəndəsi etiraz edir ki,
Azərbaycan Demokrat Firqəsi Bakıda fəaliyyət göstərir,
qəzet buraxır, özünün binası vardır. Lakin yaxın
keçmişə müraciət etmir ki, Azərbaycan Demokrat Firqəsi
Iran inqilabının qələbəsini alqışladı və
inqilabi hökuməti qəbul etdi. Referendumda iştirak elədi.
Islam Respublikasına müsbət rəy verdi. Azərbaycan Demokrat
Firqəsi Iranın ərazi bütövlüyünü müdafiə edir, ancaq mədəni
və idari muxtariyyət (vahid Iran daxilində) istəyir. Bu istək
Iranın mövcud qanunlarına, Iran Islam Respublikasının əsas
qanununa və beynəlxalq qanunlara uyğundur. Asiyada Hindistan,
Avropada Isveçrə və Almaniya federal hökumət tərəfindən
idarə olunur. Federal hakimiyyət heç də bu ölkələrin
parçalanmasına gətirib çıxartmamışdır. Sovet
Ittifaqı dağıldıqdan sonra yaranan Rusiya
Federasiyasında federal hakimiyyət sistemi
yaranmışdır. Bu ölkədə muxtar respublikalar təşkil
olunmuşdur. Bu respublikaların parlamentləri və prezidentləri
var nə üçün çoxmillətli Iran bu qaydadan istisna olsun? Zamanın
istəyi ilə hərəkət etməsin? Dünyada baş verən
dəyişikliklərdən uzaqda qalsın? Xalqların
hüququnu möhtərəm saymasın? Iran elə hərəkət
etməməlidir ki, xarici radiolar Təbriz, Ərdəbil,
Urmiyyə, Zəncan və Həmədan radiolarının görmədikləri
işi görsünlər. Azadlıq radiosu Amerikanın pulu ilə
işləyir, Azərbaycan xalqının başa düşdüyü
dildə danışır. Ərdəbil, Şərqi Azərbaycan,
Qərbi Azərbaycan və Zəncan ostanlarının radio,
televiziyaları Azərbaycan xalqının pulu ilə idarə
olunur, amma milyonlarla savadsız azərbaycanlı kəndlisinin
başa düşmədiyi bir dildə efirə veriliş
buraxırlar. Iran radio və televiziyası bu nöqsanı aradan
qaldırmaq əvəzinə onun qonşu ölkədəki nümayəndəsi
şikayətlənir, xarici radioların imkanlarından istifadə
edən şəxsləri Azərbaycan xalqının dərdlərini
dilə gətirən adamları məzəmmət edir.
Söz
və qələm azadlığı olmayan bir ölkədə,
siyasi və ictimai təşkilatların qadağan edildiyi bir
ölkədə, yadfikirlilər üçün fəaliyyət imkanı
olmayan bir ölkədə, ana dilində təhsil almaq hüququ tapdalanan
bir ölkədə vətəndaş məcburdur xarici radiolardan
istifadə etsin və başqa ölkələrdə
sığınacaq axtarsın.
Azərbaycan
Demokrat Firqəsinin bir sıra rəhbər kadrları 50
ildirdi ki, vətəndən uzaqlarda yaşamaq məcburiyyətində
qalmışlar. Minlərlə iranlı siyasi qaçqın
Avropada, Amerikada sığınacaq tapmış, öz siyasi təşkilatlarını
bərpa etmək, yüzlərlə qəzet, jurnal və kitab
çıxartmaq imkanı əldə etmişlər. Iranın rəsmi
və qeyri rəsmi nümayəndələri bu qaçqınlar əleyhinə
və onların siyasi təşkilatlarına qarşı iddia
qaldırmamış və əlaqədar ölkələrdə
bu təşkilnatların fəaliyyətinin
dayandırılmasını tələb etməmişlər.
Tehran
televiziyasının nümayəndələri qaçqınlıq
fenomenini bir prinsip kimi qəbul etmirlərsə, qoy öz dövlətlərindən
tələb etsinlər ki, Iraq dövlətinin əleyhdarlarına,
Əfqanistanın keçmiş dövlətininin əleyhdarlarına və
erməni daşnaqlarına Iranda sığınacaq verməsinlər.
Iran dövlətinin daxili və xarici siyasəti zora əsaslanan
siyasətdir. Bu siyasət Iran xalqlarının milli mənafeyinə
xidmət etmir.
Mühacir qəzeti 4 avqust 1995-ci il.
Ə. Əhmədzadə.
Iran
inqilablar ölkəsidir. Yüz ildən artıqdır ki, bu ölkə
qaynayır, coşur, zülm və zülmkara qarşı üsyan edir.
Lakin bütün bunlar bu ölkədə yaşayan xalqların əzab-əziyyətini,
həyat çətinliklərini, mənəvi və siyasi
sıxıntılarını aradan apara bilməmişdi.
Yalnız XX-ci əsrdə beş böyük inqilab baş
vermişdir. Hər bir inqilab ən azı beş-on il
toqquşmalar və silahlı mübarizələr ili olmuşdur.
Ancaq ayağa qalxan, bir-birinə qarşı silah işlədən
xalq son nəticədə heçnə əldə etməmişdir.
1979-cu
il Iran inqilabı da belə inqilablardan biridir. Eyş-işrətlə
gün keçırən, xalqın alın təri hesabına
milyardlarla sərvət toplayan, 50 ildən artıq xalqa hakim kəsilən
Pəhləvi sülaləsi, nəhayət, xalqın qəzəbinə
düçar oldu, şahlıq rejimi məhv edildi. bu prosesdə 70 min
iranlı tələf oldu, 100 min isə yaralanıb əlillər
sırasına qoşuldu. Bu dəfəki inqilab dünyəvi hökumət
deyil xalqa dini hökumət bəxş etdi. Ölkə Islam Cümhurisi
adlandırılırdı, dini qanunlar dünyəvi qanunları əvəz
etdi.
Bu
gün ölkəyə hakim olan dini hökumətin tarixindən 16 il
keçir. Həmin gün böyük təmtəraqla qeyd olunur. Yenə də
belə bir sual ortaya çıxır: Inqilab xalqa nə verdi?
1905
1911-ci illər inqilabı Avropa demokratiyasının siyasi
modelini, yəni konstitusiyalı monarxiya və seçki yolu ilə təşkil
olan məclisdən ibarət siyasi sistem yaratdı, bütün
eniş-yoxuşlara və ziqzaqlara baxmayaraq, 20-ci illər,
1941-46-cı illər və 1950-ci illərin inqilabi hərəkatı
əsrin əvvəlllərində yaranmış siyasi sistemi
dəyişdirə bilmədi, iqtisadi sistemdən isə
danışmağa dəyməz. Çünki 20-ci əsr Iran üçün
feodal-burjua, sonra isə komprador burjua iqtisadi sisteminin
formalaşması əsridir. 1979-cu il inqilabı isə
Avropanın Iranda hakim olan siyasi modelinə son qoydu, ölkədə
yeni ictimai və siyasi dövlət quruluşu iş başına
gəldi. Həm keçmiş dünyəvi hakimiyyət, həm də
bugünkü dini hakimiyyət dəllal sərmayənin hakimiyyətidir.
Keçmiş hakimiyyət öz iqtisadi mənafeyini qorumaq üçün
Iranın əzəmətindən, iranlıların yüksək
ariya irsinə mənsubluğdan, Iran imperatorluğunun qüdrətli
keçmişindən dəm vurur, iranlılıq
ideologiyasını təbliğ edirdi. Bugünkü hakimiyyət isə
iranlılıq ideologiyasını dini ideologiya ilə birləşdirib,
dini mənəviyyat və dini əxlaqiyyatı ön plana çəkir,
iqtisadiyyatı isə yüksək mənəviyyata çatmaq üçün vasitə
hesab edir. inqilabın ilk mərhələsində milyonlarla
adamı küçəyə tökən, keçmiş quruluşa
qarşı xalqda nifrət hissi oyadan, onu hərəkətə
gətirən mexanizm bu gün daha işləmir, çünki möhkəm və
dinamik iqtisadiyyata əsaslanmayan mənəviyyat cəmiyyətdə
təmizlik və paklıq ideologiyasının yaranıb möhkəmləməsi
üçün əsaslı zəmin yarada bilməz. Bununla əlaqədar
Iran inqilabının tanınmış rəhbərlərindən
biri, mərhum Ayətullah Məhəmməd Hüseyn Behiştinin
hələ inqilabdan iki il sonra (10. 11. 59) Tehranın Əbülfəzl
məsçidində çıxışına müraciət edək. O
deyirdi:
Biz
son aylarda bir sıra müvəfəqiyyətli iş görməli
idik. Çox pis oldu ki, görə bilmədik. Bu iş ondan ibarət
idi ki, qələbədən sonra millətin kisəsində nə
var idisə, onu bütün millət götürüb xərcləməli idi. Elə
razılaşmışdıq ki, qələbədən sonra
ölkədə nə varsa, hamısını geniş bir süfrə
üzərinə yığaq və bütün milləti bir süfrə ətrafında
əyləşdirək. Lakin belə olmadı. Çox da
gecikmişik. Bu məsələni bir neçə dəfə
inqilab şurasında qaldırmışam. Ictimai müsahibələrdə
onu vurğulamışam. 8-9 ay bundan əvvəl tacirlərin
və sahibkarların yığıncağında iki dəfə
çıxış etmişəm, məsələni orada
qaldırmışam dediklərim lentə
yazılmışdır. Mən o vaxt sənaye sahiblərinə
və tacirlərə müraciət edərək dedim: Islam
inqilabı yoxsulların, əlsiz-ayaqsızların, məhrumların
mövcud olduğu bir ölkədə tacirlərin, kəsbkarların
və sənaye sahiblərinin yüksək gəlir əldə etmələrinə
dözə bilməz. Gəlin siz özünüz islamın ədalətli
iqtisadi sistemini qəbul edin. Müdirlərin, məsulların və
mütəxəssislərin aylıq gəliri sadə fəhlənin
əmək haqqından 3 dəfə artıqdır. Buna dözmək
mümkün deyildir. Təəssüf edirəm ki, iqtisadi ədalətin
bərqərar olması üçün bu sahədə gözə çarpan
iş görülməmişdir. Bu gün sənayenin 73 % millətin
ixtiyarına verilmişdir. Ancaq 27 % tək-tək adamların
ixtiyarındadır.
Mərhum
Behişti bununla yanaşı, inqilabların xarakterindən
danışır və qeyd edir ki, ümumiyyətlə, inqilablar,
1-ci, 2-ci və 3-cü illərdə bütün məsələləri
həll edə bilmir. Sizin inqilab öz istiqamətində irəliləyir.
Onun istiqaməti dəyişilirsə, biz bütün gücümüzlə ona
qarşı çıxacağıq (Qum şəhəri, Bərrəsiye-məsaile-islam,
səh. 24-26).
Ayətullah
Behiştinin dediyi bu sözlərdən 14 il keçir. Inqilab millətin
varını bir süfrə üzərinə tökmədi, bərabər
şəkildə ondan istifadə etmək üçün imkan
yaratmadı. Behiştinin müraciət etdiyi tacirlər və sənaye
sahibləri ölkənin sərvətini öz inhisarlarına
aldılar, milyardlara sahib oldular. Inqilabı qələbəyə
çatdıran xalq yenə də məhrumiyyətlərə dözməli
oldu.
Inqilab
öz yolu ilə irəlilədi. Ancaq Behiştinin dediyi və
tövsiyə etdiyi iqtisadi, ictimai ədalət bərqərar
olmadı. Behişti bununla əlaqədar tövsiyyə edirdi ki,
istehsalla istehlak arasında tənasüb yaranmalıdır. Istehsal
bütün cəmiyyət üzvləri arasında bölünməlidir. Bizdə
isə bir milyon, iki milyon, üç milyon adam gəlirin
yarısını, 33 milyon isə yarısını istehlak
edir. Belə bir vəziyyət davam gətirə bilməz. Bu, ədalətdən
uzaqdır. Bu, islamdan uzaqdır.
Mərhum
Ayətulla Behişti həmin çıxışında belə
bir nəticəyə gəlir ki, bizim cəmiyyətimiz əxlaq,
ictimai və iqtisadi ədalət cəmiyyəti
olmalıdır. Iqtisadi ədalət cəmiyyəti
olmalıdır. Iqtisadi ədalət olmayan cəmiyyətdə
əxlaq islamla həmahəng ola bilməz.
Hər
bir ideologiyadan, istər dini ideologiya istərsə dünyəvi
ideologiya insanlar üçün istifadə olunur. Iqtisadiyyatı əxlaq və
mənəviyyatdan ayırmaq və hər birini mücərrəd
şəkildə götürmək cəmiyyətin ahəngdar hərəkətini
çətinləşdirir, onu qeyri-mümkün edir. Elə buna görə də
16 illiyi böyük bayram kimi qeyd edilən Iran inqilabı iqtisadi və
ictimai ədalətə nail ola bilməmişdir. Milyonlarla
insan yoxsul, hətta yoxsulluq həddindən də
aşağı səviyyədə yaşayır. Yenə də
Behiştinin dediyi bir milyon, iki milyon və üç milyon ölkənin sərvətinin
yarısından çoxunu mənimsəyib rifahda yaşayır.
20-ci
əsrin son siyasi inqilabı olan 1979-cu il Iran inqilabı tarixdə
inqilab kimi səbt olmuşdur. Istibdada, ədalətsizliyə,
yoxsulluğu törədən amillərə qarşı
vaxtaşırı ayağa qalxmaq iranlıların bir növ
psixologiyasına və həyat tərzinə çevrilmişdir.
Belə bir xalq yenə də həyəcanlar içərisində,
sıxıntılar içərisində, məhrumiyyət içərisində,
hər şeydən ümid əlini üzdüyü bir dövrdə
yaşayır. Iran öz inqilabının ildönümünü belə bir
şəraitdə qeyd edir. Doğrudan da, bu vəziyyət uzun
illər davam edəcəkdir?
Mühacir
qəzeti 26 aprel 1995-ci il
Əhmədzadə.
ADF
necə və nə üçün yarandı.
Müttəfiqlərin
beş il Iranda olmaları, siyasi partiya və təşkilatların
beş illik fəaliyyəti bir daha göstərdi ki, diktatorluq
hakim olan Iranda xarici qüvvələrin bayrağı altında əbədi
olaraq azadlıq əldə etmək və demokratik hakimiyyət
qurmaq mümkün olmayacaqdır. Çörçill və Stalin bu iki bir-birinə
zidd olan qütbün nümayəndələri müəyyən tarixi dövrdə
və müəyyən məqsəd üçün müqəddəs ittifaq
yaratdılar. Lakin onlar öz məqsədlərinə çatdıqdan
sonra bu ittifaq dağıldı. Bu iki ziddiyyətli qütb
arasında yeni mərhələ başlandı. Rəqabət-əməkdaşlığın
yerini tutdu. Bu rəqabət Irandan Yaxın Şərqin ən
həssas strateji məntəqəsindən başladı.
Sovetlər çalışdılar şimal neftini onlar
çıxarsınlar. Ingilislər və amerikalılar isə Sovet
Ittifaqının Irandan uzaqlaşdırılmasını tələb
edirdilər.
Iran
xalqlarının isə özünəməxsus mənafeyi var idi. Əhalinin
müxtəlif sinif və təbəqələri
çalışırdılar ki, Iran siyasi və iqtisadi cəhətdən
müstəqil olsun. Ölkənin sərvəti xalqa xidmət etsin.
Böyük
torpaq və sərmayə sahıbləri
çalışırdılar ancaq onların sinfi mənafeləri
təmin edilsin. Başqa sözlə, dəyərlər mənafe
baxımından, ilk növbədə iqtisadi mənafe
baxımından qiymətləndirilsin. Müttəfiqlərin
Iranda olması milli mənafe ilə fövqəlmilli mənafei
birləşdirmək, eləcə də onları
qarşı-qarşıya qoymaq üçün şərait yaratdı.
Bu, müharibə dövrünə xas olan xüsusiyyət idi. Hakim siniflər
öz mənafeini qorumaq, onu xarici müttəfiqlərin mənafei ilə
birləşdirmək üçün milli qüvvələrə qarşı
təzyiq mexanizmini işə saldılar. Bununla da
diktatorluğa qayıtmaq mexanizminin kəsərli işləməsi
təmin edildi.
Milli
qüvvələr və onların potensial müttəfiqləri fakt
qarşısında qaldılar. Bu zaman milli mənafeyi qorumaq
üçün, o cümlədən hakim sinflərin diktatorluğunun
qarşısını almaq üçün heç bir mexanizm yox idi.
Azadlığın qorunması, gec də olsa, yeni mexanizmin
yaranmasını tələb edirdi. Milli qüvvələr
çalışdılar ki, bu əlverişli fürsətdən
istifadə etsinlər, faşızmin məğlubiyyətindən
bəhrələnsinlər, əldə edilən
azadlığı qorusunlar.
Azərbaycan
Demokrat Firqəsinin yaranması da belə bir tarixi zərurətdən
irəli gəldi. Biz bu barədə sənəd və mədrəklərə,
eləcə də firqənin banisi Pişəvəriyə
istinad edirik: Azərbaycandan başlamaq ADF-ni təşkil etmək,
təsirli və işləyə bilən mexanizm yaratmaq Rza xan
diktatorluğu dövrünə qayıtmaqın
qarşısını almaq üçün görülən tədbir idi.
Nə
üçün Azərbaycandan? Tarixi sənəd və mədrəklər
göstərir ki, Azərbaycan xarici hücumların və daxili
irticanın qarşısında müqavimət göstərən möhkəm
dayaqdır. Ərəb istilasından sonra iran 900 il xaricilərin
hökmranlığı altına düşdü. Qafqaz dağlarından
Mərkəzi Asiyaya qədər uzanan böyük ərazi yerli
xanların arasında bölüşdürüldü. Tayfa və qəbilə
müharibələri bu geniş ərazini xarabazara çevirdi. Belə
bir şəraitdə səfəvilər Azərbaycanda
ayağa qalxdılar. Azərbaycan 95 il onların paytaxtı
oldu. Səfəvi padşahları təkcə Azərbaycan
deyil, indiki Iranın bütün ərazisini, Əfqanıstanın və
Mərkəzi Asiyanın böyük bir qismini öz hakimiyyətlərinə
tabe etdilər. Şah Ismayıl Səfəvi 30 il
şahlıq etdi. O öz səltənətinin birinci ilində
(905 hicri - qəməri) Isfahan, Yəzd və Kirmanı ələ
keçirdi. Ilk mərkəzləşmiş hükumətin əsasını
qoydu. Səfəvilər elə bir zaman hakimiyyətə gəldilər
ki, Iran dağılıb aradan getmişdi. 20-ci əsrin əvvəllərində
də Iran dağılıb aradan gedirdi. Bu zaman da Azərbaycan
ayağa qalxdı. Səttarxan bu hərəkatın baçında
dayandı. Müstəqillik və demokratiya 20-ci əsrdə
baş verən hərəkatın əsas xüsusiyyətini təşkil
edirdi. Əhməd Kəsrəvi 20-ci əsrin ən görkəmli
tarixçisi, Azərbaycanın rolu haqqında yazır: iki seyyidin
(Təbatəbai və Bəhbahani) il yarımlıq mərdanə
və ağıllı səyləri, onların həmfikirlərinin
səyləri nəticəsində Məşrutə hərəkatı
meydana gəldi. Lakin yeni bir təkan lazımdı ki, o
canlansın və irəli getsin. Belə bir təkanı Təbriz
öz boynuna götürdü. Gözlənilməyən bir sıçrayışla
şah sarayının ümidini qırdı. Tehran mübarizlərinin
səsini hər yerə çatdırdı (Tarixe-məşruteye
Iran, səh. 125)
Azərbaycan
nə təkcə Məşrutə hərəkatında təkanverici
rol oynadı, bəlkə xalq kütləsinin oyanması da Azərbaycandan
başlandı. Onu da deyək ki, məktəb ilk dəfə
Azərbaycanda, daha dəqiq desək, Təbrizdə
açıldı, sonra buradan Tehrana və başqa şəhərlərə
çatdı.
Müzəffərəddin
şah yeni fərman imza etdi. Bu fərman azərbaycanlıların
təzyiqi nəticəsində imzalandı. Həmin fərmanda
deyilirdi: Vəliəhd vasitəsilə əhalisinə icazə
verirəm milli şura məclisi təşkil edsinlər, onun
nizamnaməsini hazırlasınlar. Bunun üçün Təbriz şəhərinin,
eləcə də başqa vilayətlərin vəkilləri
Tehrana gəlsinlər və bu işlə məşğul
olsunlar...(orada, səh. 163)
Bəli,
Azərbaycan xalq hərəkatının dayağı və
onun qərargahı idi. Elə buna görə də ilk əncümən
Təbrizdə təşkil olundu. 20 nəfərdən ibarət
əncümən üzvləri seçildilər. yerli ruhanilərlə birlikdə
fəaliyyət göstərməyə başladılar. Onlar əncümən
üzvləri ilə əməkdaşlıq etdilər(yenə
orada, səh. 165). Azərbaycan bununla da razılaşmadı. Təbriz
əncüməninin qərarlarını icra etmək, məşrutə
hərəkatının nailiyyətlərini qorumaq üçün zərbə
qüvvəsi təşkil etmək qərara alındı. Bu qüvvə
Mərkəzi qeybadlanırdı. Əli Müsyo, hacı Rəsul
Sədəqyani, Hacı Əli Davafruş, seyyid Həsən
Şərifzadə, Mirzə Məhəmmədəlixan Tərbiyyət,
Cəfərağa Gənceyi, Ağa Mir Bağır, Mirzə Ələskər
Xoyi, Ağa Tağı, Şücayi, Ağa Məhəmmədsadıq,
Xamneyi və Seyyid Rza Mərkəzi qeybin üzvləri idilər
(orada, səh. 167).
Mərkəzi
qeybin mücahid dəstələri inqilabi hərəkatı
inqilabı metodla davam etdirirdilər. Tehran və cənub əyalətlərinin
əksinə olaraq inqilaba Azərbaycanın orta və
aşağı sinif və təbəqələrinə mənsub
olan qüvvələr rəhbərlik edirdi. Əgər cənubda
və şimalda məşrutəçilərin başında Sərdari
Əsəd Bəxtiyari və Sipəhsalari Rəşti kimi
feodallar durdusa, Azərbaycanda xalq içərisindən
çıxmış Səttar xan və Bağır xanlar dururdu.
Onlar həm Tehrandan gələn Eynüddövlə, həm də Səməd
xan Şücaüddövlə, Rəhimxan Çələbiyani, Nizam Şüca
Mərəndi kimi feodallarla vuruşurdular.
Pişəvəri
kimi bir şəxsiyyətin zühur etməsi də Azərbaycanın
milli və demokratik hərəkatında qanunauyğun bir
iş idi. Azərbaycan xalqı iftixar edə bilər ki, 20-ci əsrin
birinci yarsında Iran tarixinin ən həssas mərhələsində
Şah Ismayıl Səfəvinin vərisi olan Səttarxanlar,
Xiyabanilər və Pişəvərilər cəsarətli
addım atıb hərəkatın başında dururdular.
Səfəvilər
dövründə olduğu kimi, bu dəfə də ilk addımı
Azərbaycan atdı. Bu barədə Pişəvərinin
dediklərini nəzərdən keçirək. Pişəvəri
12 Şəhrivar müraciətnaməsi ilə əlaqədar Təbrizin
Şire-xorşid salonunda çıxış etdi və dedi: Il
yarım bundan əvvəl mən həmin salonda çoxlu dəlil
və arqumentlə isbat etdim ki, müharibədən sonrakı Iran
öz müstəqilliyini saxlayacaqdır. Indi də belə düşünürəm.
Çünki bu müstəqiliyə böyük şəhsiyyətlər zəmanət
verir. Mən bu məsələni ona görə irəli sürürəm
ki, firqəmizə pis niyyətlə baxanlar elmi
şuramızı təhrif etməsinlər.
Pişəvəri
bu çıxışında Iranın xəritəsin
barmağı ilə havada cızdı və dedi: Bizim tələblərimiz
bu xəritədən xaricdə deyildi. Biz Iran sərhədləri
daxilində söhbət edirik.
Pişəvəri
yaxın keçmişə işarə etdi və dedi: bu
yığıncaqda iştirak edənlər mənim ikinci
geniş çıxışımı yaddan çıxarmayıblar. Mən
o zaman 16 min azərbaycanlı tərəfindən məclisə
vəkil seçilmişdim...Mən o zaman ölkənin vəziyyətini
nəzərə alaraq dedim: Bir vəkil vasitəsilə ölkəni
fəlakətdən qutarmaq olmaz. Mən o zaman çox narahat idim.
Çünki bir sadə fəhlə çox sevinclə məni opdü və
dedi: Səni allaha tapşırıram. Bizim dərdlərimiz
üçün çarə tap.
Mən
bilirdim ki, ölkədə, xüsusilə Tehranda mövcud olan vəziyyətlə
bu fəhlənin arzusunun həyata keçirilməsi üçün elə bir
iş görə bilməyəcəyəm. Mən buna görə də
xalqa muraciət etdim. Kömək istədim və dedim: Vəkil təklikdə
heç bir iş görə bilməz. Xalq gərək əl-ələ
versin öz dərdlərinin çarəsin tapsın.
Tehrana
getdim, məclisə daxil oldum, orada minlərlə cavabsız
teleqram və ərizə gördüm. Məclis və dövlət 5-6 qərəzli,
oğru və hoqqabazın əlaltısıdır. Fürsətdən
istifadə edərək sözlərimi dedim. Azərbaycan
xalqının ehtiyaclarını vəkillərə
çatdırdım. Hamı diqqət və sükutla mənim sözlərimi
təsdiq etdilər. Lakin çox alçaqlıqla mənim etibarnaməni
rədd etdilər. Mən bu vəziyyətdən naumid və məyus
olmadım. Azadıxahlarla birlikdə azadlıq cəbhəsini
təşkil etdim. Orada mübarizə apardım. Təəssüflə
qeyd edim ki, hərarətli məqalələr və tünd sözlər
təsirsiz və cavabsız qaldı. Inandım ki, Tehranda
oturmaq, məqalə yazmaq, nitq söyləməkdən bir şey
çıxmayacaqdır. Bir il qabaq Təbrizə gəldim. Fikir
mübadiləsi ilə məşğul oldum. Mənim təbrizli
silahdaşlarım dedilər: Tehranın əlindən bir
iş gəlmir, Azərbaycandan başlamaq lazımdır.
Bu
sözün həqiqi mənasını o zaman başa düşdüm ki, Azərbaycan
xalqının şikayətləri barədə dövlət məsuları
ilə müzakirə apardım. Bəyat dedi: xalq ərizə və
teleqram yazmaqla özünü incitməsin.
Sədr
dedi: bir teleqraf olmasın, min teleqraf olsun, mən onlara cavab
verməyəcəyəm.
Bu
sözlərdən sonra xalqa müraciət etməkdən başqa çarə
qalmadı. Mən belə bir şəraitdə Təbriz
azadixahlarının təklifi ilə Tehrandan Azırbaycana gəldim.
Öz məsləkdaşlarımla fikir mübadiləsi apardım.
Iran və Azərbaycan hadisələrin analiz etdikdən sonra əməli
fəaliyyətə keçmək üçün böyük və müstəqil bir firqənin
yaranması zərurəti ortaya çıxdı. Bu təşkilat
ona görə demokrat adını qəbul etdi ki, dünyanın bütün
xalqları demokratiyanı qəbul etmişlər.
Pişəvəri
12 Şəhrivər müraciətnaməsinə işarə edərək
dedi: Bu müraciətnamə Azərbaycan xalqının uzunmüddətli
tələbləri əsasında yazılmışdır.
Tehran mürtəceləri Azərbaycana ağır zərbələr
vurmuşlar. Biz Tehranın irticai rejimindən heç bir şey gözləyə
bilmərik. Tehran hökuməti bizim rəhbərlərimizi məhv
etmiş, milli qürurumuzu sındırmağa
çalışmışdır.
Yaponiya
təslim olduqdan bir gün sonra ADF öz varlığını elan
etdi. Müharibə qurtarandan 6 ay sonra müttəfiqlər Iranı tərk
etməli idilər. ADF öz məsuliyyətini dərk edir və
bilirdi ki, müttəfiqlərin Iranda olması ikibaşlı
qılınca bənzəyir:
Tehranın
azadixahlara qarşı hücumunun məhdudlaşdırılması,
qüvvələr nisbətinin azaduxahların xeyrinə dəyişməsi
üçün ciddi və zəruri tədbir görməyi tələb edirdi.
Bu əlverişli fürsətdən istifadə etməmək
diktatorluğun demokratiyanı məhv etməsi demək idi.
Buna görə də Pişəvəri müttəfiqlərin xarici
işlər nazirlərinin London konfransına xitabən
yazırdı: Müharibə zamanı faşizm əleyhinə
mübarizə aparan azadixah qəzetlər bağlanır. Biz
başa düşmürük ki, Atlantik xartiyasının və Podstam
konfransının qərarları niyə Iran üçün şamil
olmur? Bu gün hür, Nəsimi-səba, Keşvər kimi Şərq
despotizmindən ilham alan qəzetlər açıq-aydın
qara-qorxu gəlilər və yazırlar: Qoy müttəfiq
qoşunları irandan çıxsınlar, o zaman biz göstərərik
ki, azadlıq və demokratiya nədir. Doğurdan da, London
konfransı bunlardan xəbərsizdir? Dünya xalqları
azadlığa və demokratiyaya iftixar etdikləri bir zaman Iran
xalqları 5 3 nəfər azadlıq düşməninin
boyunduruğu altında qalmalıdır? Biz
azırbaycanlılar da bu haqdan istifadə etmək istəyirik.
London konfransı bilməlidir ki, Azərbaycanda azadlıq səngəri
yaranmasa, Iran xalqları həqiqi azadlığa çata bilməyəcəklər.
Azərbaycan Iran azadlığının məşəlidir.
Bu məşəl həmişə işıq
saçmalıdı.
Pişəəvri
bu həqiqətləri söyləməklə əmin olduğunu
bildirir ki, müttəfiqlər bizim xalqımızın böyük xidmətlərini
nəzərə alacaq, mürtəce ünsürlərin yolunu
bağlayacaqlar. Xalqımız üçün demokratik bir dövlət
yaradılması üçün imkan yaradacaqlar (Azərbaycan, 30 şəhrivət,
1324).
Pişəvəri
burada iki əsas məsələyə toxunur: onlardan biri bundan
ibarət idi ki, mürtəcelər sözdən işə keçirlər:
azadixahları birbaşa təzyiq altına alırlar. Tehranda
fövqaladə vəziyyət bərqərar etmişlər.
azadixah və ziddifaşist qəzetləri bağlayırlar.
Mürtəce qəzetlər vasitəsilə azadixahları
qorxutmaq və mübarizə meydanından qaçırtmağa çalışırlar.
Pişəvərinin irəli sürdüyü məsələrdən
biri də Iran və Azərbaycan azadixahlarının müttəfiqlər
qarşısında irəli sürdüyü tələbdən ibarətdir.
Pişəvəri açıq-açığına müttəfiqlərə
deyir. Siz faşıizmi məhv etdiz, demokratiya qalib gəldi,
Atlantik xartiyası və Postdam konfransı dünya xalqları üçün
təyinemüqəddarat hüququnu qəbul etmişdir. Bəs nə
üçün Iran xalqları bu hüquqdan məhrum olmalıdırlar? Müttəfiqlər
bu açıq hüquqa əsaslanaraq dünya azadixahları ilə bir
sırada olmalıdırlar. Iranda da demokratik bir hökumət
yaranmalıdır. Iran azadlığının dayağı
olan Azərbaycan milli muxtariyyət (Iran daxilində) hüquqdan
istifafə etməlidir.
Sovet
Ittifaqı Iran azadixahlarının
çağırışına müsbət cavab verdi. Lakin müharibə
zamanı müttəfiq olduğu dövlətlərin təzyiqi nəticəsində
bu köməyi sona çatdıra bilmədi.
Tehranın
mürtəce rejimini müdafiə etmək, milli və demokratik qüvvələrin
birliyinin qarşısını almaq azadixah partiyalara təzyiq
göstərmək, milli qəzetləri bağlamaq, antisovet təbliğatını
gücləndirmək, qüvvələr nisbətini mürtəcelərin
xeyrinə dəyişirdi. Diktatorluğa qayıtmaq üçün əlverişli
şərait yarandı.
Belə
bir şəraitdə Azərbaycan cəsarətli tədbirə
əl atdı. Doğrudan da, risk elədi. Azadlıq məşəlini
yenidın yandırdı. Pişəvəri bu barədə
deyildi: Azərbaycan Iran azadıxahlarının məşəlidir.
Bu məşəli söndürmək olmaz! Lakin daxili və xarici mürtəcelər
bu azadlıq məşəlini söndürdülər. Təsadüfi deyil
ki, Pişəvəri London konfransına xitabən deyirdi: Əgər
Azərbaycanda möhkəm azdlıq səngəri yaranmazsa, Iran
xalqları azadlıqa şatmayacaqlar.
Müttəfiqlər
mürtəcelərə kömək etdilər. azadlıq səngəri
aradan getdi. Səttarxan hərəkatından sonra 10 il anarxiya,
20 il qara irtica Irana kölgə saldı. Pişəvəri hərəkatı
boğulduqdan sonra 50 ildir ki, rəngarəng mürtəcelər ən
şiddətli təzyiq yolu ilə dəhşətli
diktaturanı qoruyub saxlayırlar. Irtica Azərbaycandan qorxur.
Min hiylə ilə çalışır onun səsini boğsun.
Mürtəcelər Azərbaycandan bir da ona görə qorxurlar ki, azərbaycanlılar
təkcə azərbaycanda yox, Iranın başqa məntəqələrində,
o cümlədən tehranda mübarizə aparan qüvvələrlə
bir sırada gedirlər.
Pişəvəri
xalq qurultayında (aban, 1324) azərbaycanlıların
mübarizliyi barədə danışarkən demişdir: O zaman
(Rza şah zamanı) bütün məhbuslar və sürgün olunanlar azərbaycalılar
idilər. onların sırasında tək-tək gilək də
var idi. Mürtəcelər azərbaycanlılara təzyiq göstərirdilər.
Təbrizdə iki nəfərin bir-birilə söhbət etməsinə
icazə vermirdilər.
Pişəvəri
həmin qurultayda muxtariyyət məsələsinə toxunaraq
dedi: Azərbaycan məsələsi Azərbaycanda, yəni Təbrizdə
həll olunmalıdır...Bununla birlikdə biz Iran
istiqlalına əlaqəməndik. Biz Iran bayrağını
dəyişmirik. Amma milli muxtariyyət istəyirik. Muxtariyyət
isə müstəqillikdən fərqlidir (Azərbaycan, 21 Azər,
1324).
Xalq
qurultayı şaha, məclis rəisinə və baş nazirə
açıq məktubla müraciət etdi. Bu üç dövlət məqamı
qarşısında Azərbaycan xalqının tələbini
irəli sürdü. Bu məktubda qeyd edilirdi ki, Azərbaycan Irandan
ayrılmaq fikrində deyildir.
Pişəvəri
milli hökumətin proqramını milli məclisə təqdim
etdi. Həmin proqramın birinci maddəsində müstəqil Iran
çərçivəsində milli muxtariyyət məsələsi
qoyulmuşdur.
ADF
özünün ilk müraciətnaməsini 12 Şəhrivər 1324-cü ildə
(3 sentyabr 1945) buraxdı. Bu müraciətnamə siyasi təşkilatın
buraxdığı kamil bir sənəd idi. ADF müəyyən tarixi
mərhələdə həssas bir məsuliyyəti öz üzərinə
götürməyə curət etdi.
Tarix
qanunauyğun istiqamətdə hərəkət edir. hadisələrin
bir-birinə bağlılığı şəraitində irəliləyir
və keyfiyyət dəyişikliyi ilə nəticələnir.
ADF belə bir qanunauyğun hərəkət istiqamətinə
qədəm qoydu. Bu təşkilatın insanpərvər
mahiyyəti, siyasi, ictimai və mütərəqqi iqtisadi
proqramı bir əyalət çərçivəsində
sığışıb qala bilməzdi. Elə buna görə də
ADF-nin tarixi rolu 12 Şəhrivər müraciətnaməsinin
birinci maddəsində öz əksini tapdı: Iranın müstəqilliyini
və ərazi bütövlüyünü qorumaqla Azərbaycan xalqına daxili
azadlıq və mədəni muxtariyyət verilməlidir.
ADF
öz siyasətini həmin müraciətnamənin müddəalları
üzərində qurdu. Həm bir illik hakimiyyət dövründə, həm
də şah qoşunlarının Azərbaycana hucumundan
sonrakı dövrdə bu strateji siyasət dəyişilmədi.
Müraciətnamənin birinci maddəsində əyalət və
şəhər əncumənlərinin təşkil edilməsi
nəzərdə tutulurdu. Müraciətnamə nəşr
olduqdan 3 ay sonra xalq qurultayı Tehranın təzyiqinə
qarşı çıxaraq bir addım da irəli atdı, Milli
hökumət milli məclisi əyalət və şəhər əncümənlərindən
üstün hesab etdi. Milli muxtariyyət onun ruhuna uyğun şəkil
aldı. 21 Azər hərəkatı Azərbaycan
xalqının milli hərəkatının ən yüksək mərhələsini
təşkil etdi. Milli hökumət dövrün ən münasib hakimiyyət
forması idi.
Pişəvəri
özünün xalq qurultayında söylədiyi tarixi nitqində bu barədə
dedi: Biz ilk növbədə Azərbaycanda öz milli hökumətimizi
yaradacağıq. Biz görəcəyimiz işləri xalqla məsləhətləşirik.
Qoy yaxşıları qəbul etsinlər, pisləri kənara
atsınlar.
Pişəvəri
həmin nitqində bir daha təkrar etdi ki, ADF təcziyə-tələbliyi,
separatizmi rədd edir. o, açıq-açığına bildirir ki,
biz istəmirik Azərbaycan Irlandiya və ya Isveçrə olsun.
Xalq
qurultayı Azərbaycan xaqlqının milli və demokratik hərəkatının
yeni mərhələsini təşkil edirdi. Bu qurultayın qərarlarının
əsas özəyini milli məclisə seçkilər aparmaq və
milli hökumət yaratmaq təşkil edirdi. Azərbaycan
xalqının milli və demokratik hərəkatının
üçüncü mərhələsi o zaman başlandı ki, Tehranla Təbriz
arasında müzakirə aparmaq üçün imkan yarandı. Tehran 7 maddəlik
bəyanatla çıxış etdi. Bu bəyanatda Azərbaycan
xalqının əsas tələbləri rəsmiyyətlə
tanındı. Uzun müzakirədən sonra Pişəvəri ilə
Müzəffər Firuz arasında 15 maddəlik saziş Təbrizdə
imzalandı. 7 maddəlik bəyanatda olduğu kimi, 15 maddəlik
sazişdə də Tehran hökuməti Azərbaycan hərəkatını
rəsmiyyətlə tanıdı. Tehran qəbul etdi ki, əyalət
və vilayət əncumənləri əsas qanunun 29, 90, 91,
92 və 93-cü maddəıərinə uyğun olaraq öz işlərini
aşağıdakı şəkildə quracaqlar:
1.
Kənd təsərufatı, ticarət, incəsənət, nəqliyyat,
maarif, səhiyyə, polis, maaliyyə idarələrinin rəisləri,
prokuror, əyalət və vilayət əncumənləri tərəfindən
seçilir. Tehran onların hökmlərini imzalıyır.
2.
Vali (qubernator) əyalət əncuməninin təklifi ilə
mərkəzi dövlət tərəfindən təyin edilir.
3.
Iranın başqa əyalətlərində olduğu kimi, rəsmi
dil fars dilidir. Idarələrdə, eləcə də ədliyyə
orqanlarında iş fars və Azərbaycan (türk) dilində
aparılır. Məktəblərdə isə dərslər
5 sinfə qədər Azərbaycan dilində aparılır.
4.
Mərkəzi dövlət xalisə (dövlət) torpaqlarının
kəndlilər arasında bölünməsinə, bu işin bütün
Iran miqyasında həyata keçirilməsinə prinsipcə
razılıq verir. 11-ci maddə administrativ şura
yaradılması nəzərdə tutulur. Şurada ostandar
(vali), idarə rəisləri və əyalət əncuməninin
rəyasət heyəti iştirak edir. Şura əyaləti əncumənin
nəzarəti altında fəaliyyət göstərir, 12-ci maddədə
dövlət bəyannaməsinin 3-cü maddəsinə
aşağıdakı şəkildə düzəliş verilir:
Ali məktəblərdə və orta məktəblərdə
dərs fars və Azərbaycan dilində aparılır.
Həmin
sazişə əsasən, idarə sistemininin forması dəyişir,
milli hökumət yerinə administrativ şura (idarəçilik
şurası) təşkil olunur, milli məclis əvəzinə
əyalət əncuməni yaranır. Administrativ şura əyalət
əncumənin nəzərəti altında fəaliyyət
göstərir. Bu sazişlə Azərbaycanın milli muxtariyyəti
rəsmiyyət tapır.
Saziş
imzalandıqdan sonra Pişəvəri Təbriz radiosu ilə
çıxış etdi. Pişəvəri həmin
çıxışda bildirdi: Biz və bütün Iran xalqları bir
aylıq müzakirənin gedişini səbirsizliklə gözləyirik.
Indi bu müzakirə başa çatmışdır. Qəvamussəltənətinin
siyasi müavini Müzəffər Firuzun rəhbərliyi altında Təbrizə
nümayində heyəti gəldi, bu tarixi saziş imzalandı. Bu
saziş Qəvamussəltənə hökumətinin və Azərbaycan
milli məclisinin təsdiqindən sonra icra ediləcəkdir.
Bu çıxışında Pişəvəri qeyd edirdi: Azərbaycan
xalqı 12 Şəhrivər müraciətnaməsində irəli
sürülən tələbləri müharibəsiz əldə
etmişdir. Bu sazış təkcə Azərbaycan xalqı
üçün deyil, bütün Iran üçün böyük əhəmiyyətə malikdir.
Iranın azadixahları və vətənpərvərləri
yarım əsrdən sonra torpaq məsələsi barədə
böyük bir addım atdı. Mərkəzi dövlət qəbul etdi
ki, bütün Iranda azadlıq və demokratiyanı təmin etmək
üçün yeni seçki qanunu qəbul etsin. Mərkəzi dövlət qəbul
etdi ki, qadınlar da seçib-seçilmək hüququna malik
olmalıdırlar. Mərkəzi dövlət Azərbaycan dilini rəsmiyyətlə
tanıdı. Qəbul etdi ki, azərbaycanlı bundan sonra da öz
ana dilində dərs oxusun. Azərbaycanı öz dili ilə idarə
etsin. Hər şeydən üstün fakt odur ki, mərkəzi dövlət
bizim hərəkatımızı demokratik hərəkat kimi rəsmiyyətlə
tanıdı....
Bu
çıxışda Pişəvəri bir daha qeyd etdi ki, bu
sazişin imza edilməsi ilə xalqımızın mübarizə
tarixində yeni dövr başlanır. Ola bilsin, bu mübarizə daha
çətin və daha ağır şəraitdə
aparılsın.
21
Azər hərəkatı Azərbaycan xalqının uzun illər
apardığı mübarizənin, eləcə də bütün dühya
xalqlarının milli və demokratik hərəkatının
davamıdır. Iran çoxmillətli ölkədir. Orada çoxlu millətlər
və milli əqəliyyətlər yaşayırlar. Fars dili
rəsmi dövlət dili olsa da, fars olmayan xalqların və milli əqəliyyətlərin
95% öz ana dilində danışır. Azərbaycanın,
Kürdüstan, Bəluçistan və Türkmənistanın kənd əhalisinin
mütləq əksəriyyəti fars dilini bilmirlər. bu
savadsız və azsavadlı kütlə öz ana dilini və mədəniyyətini
tarixin tufanlı hadisələrindən qoruyub saxlamış,
onu nəsildən-nəsilə çatdırmışdır.
21
Azər hərəkatının ən başlıca nailiyyəti
Azərbaycan dilini rəsmiləşdirmək, onu dövlət idarələrində,
mədəni-maarif və səhiyyə müəssisələrində
işlətməkdən ibarət idi. Elə buna görə də
Iranda baş verən xalq hərəkatları ikili xarakter:
yerli və ümumiran xarakteri daşıyır. Məmalike Mahrusə
(mühafizə edilən ölkələr) istilahı da bu ikili
xarakterdən irəli gəlir. Heç də təsadüfi deyildir ki,
ingilislərin əlaltısı olan Seyid Ziya Təbatəbai
özünün Şəayiri-milli (Milli ənənə) adlı
kitabında yazırdı: Elə bir yol seçməliyik ki, heç bir
tayfa, heç bir şəxs elə təsəvvür etməsin ki,
başqalarının adətlərinin və istəklərinin
təsiri altında yaşayır. Elə bir siyasət aparaq
ki, Məmalike Mahrusə əvəzinə Birləşmiş
Iran Əyalətləri yaransın (Şəayiri- milli, səh.
12).
Birləşmiş
Iran məmləkətləri məsələsi ancaq Seyid
Ziyanın ideyası deyil, çünki Iran qədim zamanlardan
başlayaraq federasiya və yaxud əyalət avtonomiyaları
şəklində idarə edilmişdir.
Təbrizdə
yaranan ilk əncumən bu əncumənin əldə etdiyi
ixtiyar muxtariyyət vəzifəsini həyata keçirirdi. Xiyabini və
Çəngəl hərəkatları da bir növ muxtariyyət idi. Elə
buna görə də Mirzə Kiçik Xanın başını kəsdilər.
Xiyabanini də faciəli şəkildə öldürdülər.
Xiyabanini qətlə yetirən müxbirüssəltənə
şura məclisində həyasızlıqla deyirdi ki, mən
Şeyx Məhəmməd Xiyabanini ona görə öldürdüm ki, o, xəyanət
etmək fikrində idi. Mən onu öldürməklə Irana böyük
xidmət göstərdim.
Bəli,
əlaltı şura məclisində müxbirüssəltənə
öz cinayətlərilə iftixar edə bilərdi. O, nə təkcə
Xiyabanin qatili idi, bəlkə dolayı yolla Səttarxanın
qatili idi. O Səttarxanı Tehrana göndərdi. Sərdari-milli, o
zamankı polis idarəsinin rəisi, erməni Yeprimxan vasitəsilə
öldürüldü.
21
Azər hərəkatı ilk milli və demokratik hərəkat
idi ki, Azərbaycanda milli hakimiyyət qurdu. Tehranı məcbur
etdi ki, hərəkat rəhbərləri ilə müzakirə
aparsın. Onunla saziş bağlasın və Azərbaycan hərəkatını
rəsmiyyətlə tanısın. Lakin müxbirüssəltənənin
varisləri yenə də hiylə işlətdilər. Səttarxanın,
Xiyabanin, Heydar Əmioğlunun, Kolnel Məhəmməd
Tağı xanın, azadlıq yolunun bu qəhrəmanlarının
varəslərini faciəli şəkildə qətlə
yetirdilər. Bu dəfəki faciə Səttərxan və
Xiyabani dövründən daha dəhşətli idi. Hür, Nəsimi-səba
və Keşvər kimi mürtəce qəzetlərin
qara-qorxuları çin oldu, müttəfiqlər Irandan
çıxdılar. Şah qoşunu Azərbaycana hücum etdi, kütləvi
qırqın və kütləvi sürqün başlandı.
21
Azər hərəkatının 50 illiyi ərəfəsində
bu qəhrəmanlar qarşısında baş əyib təzim
edir, onlardan bir neçəsinin adını bir daha yada
salırıq.
Nurulla
Yegani Məşrutənin qocaman mücahidi, Ş. M. Xiyabaninin məsləkdaşı,
Əbdülqasim Lahutinin silahdaşı, ADF-nin banilərindən
biri, Urmiyyə nəzmiyyə idarəsinin rəisi: Xəlil Azərbadeqan
Ərdəbil vilayətinin valisi; Nüsrət Həbib Ilahi
Cövdət qəzetinin redaktoru; Dadaş Tağızadə - S.
C. Pişəvərinin Qəsri-qacar zindanında məhbus
yoldaşı, Firqənin marağa komitəsinin sədri;
Firudin Ibrahimi Azərbaycanın baş prokuroru; Rəbiüddövlə
Kəbiri fədai generalı; Məməd Əmin Azadvətən
firqənin Urmiyyə komitəsinin sədri; Əbdülsəməd
Imrani Əhər komitəsinin sədri; Qulamrza Cavidan
polkovnik; Mirkazım Ələmi Miyanduab valisi; Şeyx Məhəmməd
Aliishaq Zəncanın tanınmış ruhanisi; Israfil Qadiri
fədai əfsərı; Məmmədəli Ramitin fədai
əfsəri; Əjdər Baldari nəzmiyyə əfsəri;
Şahmar Səmədi Nir komitəsinin sədri; Şeyx Polad
Əhmədi Ismayıl Zəbihi Meşkin fədai komitə
sədri; Sarı Ismayıl Ərdəbilli, Həsənəli
və Hüseynəli Çapaqani, Cəfər Qaradərvişli, Hüseyn
Cəlali, Şahsevən qızı Səriyyə, Mirzəməmmədəli
Irşadi Ruhani, Qulu Sübhi fədai polkovniki, Mirəyyub Şəkiba
Pişəvəri ilə Qəsri-qacar zindanında məhbus,
Urmiyyə maarif rəisi; Məhərrəm Inşai Ərdəbil,
Sədi Yüzbəndi şair, Məhəmməd Bağır
Mirkəlam şair.
21
Azərin başqa qurbanları da olmuşdur: general Əzimi,
polkovnik Qazi, mayor Agəhi, kapitan Sultan Azad, polkobnik Mirtəzəvi,
mayor Hüseyn Nasiri, mayor Cövdət, mayor Qasimi, Kapitan Dəbirniya,
kapitan Zəhiri, kapitan Kupal, mayor Xakizad, kapitan Yəhya
Şeyxi.
Bunlar
Iran qoşunun bacarıqlı, savadlı zabitlər idi. Onlar
mürtəce quruluşla razılaşmırdılar. Ona
qarşı mübarizə aparırdılar. 21 Azər hərəkatı
elə bir şərait yaratdı ki, bu mübariz zabitlər Iran
Xalq Partiyasının tövsiyəsi ilə Azərbaycana gəldilər.
Azərbaycan mübarizlərinin sırasına qoşuldular, öz hərbi
biliklərini Azərbaycan fədailərinə və
qızılbaş əsgərlərinə çatdırdılar.
Onlar vətənpərvərlik andına sadiq qaldılar, təcavüzkar
şah qoşununa təslim olmadılar, qətlə yetirildilər.
Mühacirət
Vətəndən uzaq düşmək, siyasi mübarizənin
ayrılmaz hissəsidir. 21 Azər hərəkatını
boğdular. Firqə kadrlarının böyük bir hissəsi vətəndən
uzaq düşdülər, mühacirlər siyahısına daxil oldular.
Firqənin rəhbər kadrlarının böyük əksəriyyəti,
nazirlər və fədai zabitləri mühacirlər
sırasına qoşuldulır. Firqə mühacirləri Sovet Azərbaycanında
sığınacaq tapdılar, öz siyasi fəaliyyətlərini
davam etdirdilər, demokrat firqəsini mühacirətdə bərpa
etdilər. Lakin mühacirət uzandı, siyasi fəaliyyət
meydanı məhdudlaşdı, təcrübəli kadrlar zaman
keçdikcə dünyalarını dəyişdilər. Azərbaycan
Demokrat Firqəsinin ilk sədri S. C. Pişəvəri lənətə
gəlmiş bu mühacirıtin ilk qurbanı oldu. Firqə özünün ən
görkəmli rəhbərlərini itirdi. Sadıq Badeqan ikinci sədr,
general Qulam Yəhya üçüncü sədr, Mirrəhim Vilayi və Rəhim
Qazı sədr müavinləri, Qiyami ali məhkəmənin sədri,
general Kaviyan və Ilhami milli hökumətin nazirləri, Mahmud Pənahiyan
baş qərargah rəisi, Milaniyan fədai generalı, Məmi
Dehqan Pişəvəri ilə Qəsri-qacar zindanında məhbus,
mərkəzi təşkilat şöbəsinin müdiri, Əli Mirzəzadə
Ərdəbil vilayət komitəsinin sədri, Qulu Xəyyami Ərdəbil
şəhər komitəsinin sədri, Həbib Sarab komitəsinin
sədri, Əkbər Coşənpus BIləsuvar komitəsinin
sədri, Sadıq Zamani Astara şəhər komitəsinin sədri,
Məhərrəm Danai Bostanabad komitəsinin sədri, Əliabbas
Dəstniş Meşkin şəhər komitəsinin sədri,
Irəc Ibrahimi, Mirnəsiri Bakı Komitəsinin sədri,
Ismayılzadə Əlihüseyn Əlibayramlı komitəsinin sədri,
Yədulla Ərcuməndi Şəki komitəsinin sədri, Əjdər
Əsədi və Qulamhüseyn Dehqani Quba komitəsinin sədrləri,
Əjdər Pürəsgər Göranboy komitəsinin sədri, Cəfər
Fikri Təbriz komitəsinin məsul işçisi, Zülfüqar Ocaq1nəvin
Ərdəbil təftiş komissiyonunun sədri, Türkpur Ərdəbil
komitə sədr müavini, Zəbiulla Şərifi mərkəzi
komitənin dəftər müdiri, Qurban Cavid baş nazirin şöbə
müdiri, Sərqari Səlmas nəzmiyyə rəisi, Fərzi
Dehqan Meşkin valisi, Azəri Mirağa Azərbaycan dəmiryol
rəisi, Bilal Azad Xalxal valisi, Darandaşı Germi valisi, Hüseyn
Ciddi hərbi məktəb rəisi, Məhəmməd Həbibi
Təbriz 7-ci nahiyyə kalanteri rəisi, Səfər Hişməti
Nəmin nəzmiyyə rəisi, Qulamhüseyn Rəhmani Astara bələdiyyə
rəisi, Məməməd Şəmsi Astara komirtəsinin məsul
işçisi, Məmməd Hüseyn Imrani Əhər komitəsinin məsul
işçisi, Sultanəli Qulami Ərdəbil həmkarlar
ittifaqı rəisi, Nəqədəli Təvəkküli Zəncan
komitəsinin məsul işçisi, Şah Məhəmməd Təbriz
birinci kalanteri rəisi, Məmmədcan Səidi Mərənd həmkarlar
ittifaqı rəisi, Aslani Şəuriyyə Təbriz ikinci
kalanteri rəisi, Qulam Məhəmmədivənd Ərdəbil
fədai idarəsinin məsul işçisi, Əziz Meşkin
Çapaqani məsul işçi, Əzim Cidai təşkilat şöbəsinin
müdir müavini, Islam Əncumənnur cəmiyyətin sədr
müavini, Hüseyn Əlborzi Gəncə komitə sədri, Rəşidəlizadə
Məmmədəli məsul işçi, Məhəmməd Qəvami
məsul işçi, Musa Piri şöbə müdirinin müavini, Məcid Məhəmmədivənd
fədai polkovniki, Ismayıl Pişnəmazi Təbrizdəjban
rəisi, Qulamhüseyn Osanlu Xəmsə tayfa başçısı,
Bayrış Fuladi Poladı tayfasının ağsaqqalı,
Kamran Əzizi fədai başçısı, Şükür Qafarı, Məmiqulu
Sadiqi, Həsən Kaşani, Mirtahir Hüseyni, Hüseyn Qurbanəlizadə,
Məsud Ədib, Ismayıl Kərimi, Səfərəli Pirkuk,
Qüdrət Şəmsi, Əsgər Balazadə, Ismayıl
Sadiqi, Yusif Üzlüfərd, Nəcəf Əsədi, Mehdi Qurbani,
Qulam Şücai, Qurban Tərəqqi fədai zabitləri.
Polkovnik
Əli Nəvai, Mayor Rəhmani, Hüseyn Fazili, Rəhim Şərifi,
Cobrayıl Ruindej, Rza Tofiqi, Nəsrulla Pezeşgiyani, Məmməd
Dəvəli bunlar Iran qoşununun azadixah zabitləri idilər.
Iran Xalq Partiyasının tövsiyəsi ilə Azərbaycana gəldilər.
21 Azər hərəkatına qoşuldular. Azərbaycan xalq
qoşununun təşkilində fəal iştirak etdilər.
Şair
və yazıçılar Ibrahim Zakir, Mədinə Gülgün,
Ismayıl Cəfərpul, Mirmehdi Çavuşi, Abbas Pənahi, Həmzə
Xoşkinabi, Aşıq Hüseyn Cavan, Ağaverdi Ələkbərzadə,
Məmmədrza Afiyət, Məmməd Dadaşzadə, Qəhrəman
Qəhrəmanzadə, Suleyman Cəhani və Qasım Cahani
bunlar və bunlardan başqa adlarını çəkə bilmədiyimiz
adlı-sanlı mübarizlər və təcrübəli kadrlar
mühacirətdə təbii ölümlə dünyalarını dəyişsələr
də, barışmaz mübariz və böyük vətənpərvər
insan kimi onların adları tarixin sinəsində əbədi
həkk olunmuşdur.
Hörmətli
oxucu!
Firqənin
21 Azər hərəkatının 50 illiyi, bu böyük tarixi hadisənin
ildönümü münasibətilə hazırlanan yazı sizə təqdim
olunur.
Tarix
hərəkət edir, eniş-yoxuşdan keçir, geri çəkilir,
qabağa gedir, öz məcrasından çıxır, istiqamətini
dəyişmir. 21 Azər hərəkatı bu hərəkətin
yüksək zirvəsi idi. 21 Azər 50 il bundan əvvəl əlverişli
şəraitdə qələbə çaldı. 21 Azərin
ideyaları uğrunda mübarizə ağır şəraitdə
aparılır. Bütün bunlara baxmayaraq, tarixin gerçəkliyini və
qeyri-fars xalqların haqq tələblərini dərk edən
qüvvələr də vardır. Bunlar etiraf edirlər ki: bu gün
fars dilini, onun ədəbi irsini milli birlik məhvərinə
çevirmək olmaz. Bu gün Ərdəşirin, Mahmud Qəznəvinin
və Nadir şahın qılıncı ilə Iranın
siyasi imperiyasını bərpa etmək mümkün
olmadığı kimi, fars dili və fars mədəniyyəti
imperiyasını da təkcə Firdovsinin, Movləminin və
Hafizin qüdrətli kəlamı ilə ehya etmək mümkün deyil.
(Tehranda çıxan Iranefərda jurnalı, № 19, mordad 1374, səh.
51-52) (avqust 1995).
Mühacir qəzeti 6 dekabr
1995-ci il.
Ə. Lahrudi.
Azərbaycan
Demokrat Firqəsinin yaradılmasının və 21 Azər hərəkatının
qələbəsinin 50 illiyi ərəfəsində.
Dünya
vətəndaşlığı ideologiyası.
Belə
bir ideologiya oradan meydana gəlir ki, insan öz təbiətinə
görə dar mühitdə özünü məskunlaşdıra bilmir,
çalışır azad olsun, istədiyi yerə getsin və orada
məskunlaşsın. Tarix bu istiqamətdə baş verən
hadisələrin şahididir. Tayfalararası münaqişələr,
yerli xarakter daşıyan çəkişmələr, daha
geniş miqyaslı müharibələr bu səbəbdən
baş verir. Böyük imperiyalar yaranır, aradan gedir, onların
yerini yeni imperiyalar tuturlar, müəyyən dövr dünyaya
hökmranlıq edirlər. Bütün müharibələr dünya vətəndaşlığı
adı altında bəşəri dəyər və bəşəri
mənafe naminə aparılır. Böyük dünya dinləri də
bu bəşəri ideyaya əsaslanırlar. Bu yazı konkret
olaraq Iran imperiyasının meydana gəlməsi və aradan
getməsinə həsr olunmur. Iran imperiyası 659 il miladdan əvvəl
meydana gəldi. Yaxın Şərqi öz hökmranlığına
tabe etdi. 650 il miladdan sonra ərəblərin Irana hücumu ilə
yıxıldı, həmişəlik olaraq aradan getdi. Zərdüşt
dini Iran imperiyasının dünya vətəndaşlığı
ideologiyasına xidmət edirdi. Bu dinin bayrağı altında
Iran imperatorları hərbi əməliyyatlar aparmış və
qəsbkarlıq siyasəti yeritmişlər.
Iran
imperiyası dağıldı, lakin bu məntəqədə
yaşayan millətlər və dövlətlər aradan getmədilər.
Tarixin kəsişdiyi bu zaman ərəb xəlifələri və
türk qəbilələri bütün bu məntəqədə, Mərkəzi
Asiya və Iran yaylasında hökmranlıq etdilər.
Maraqlıdır ki, türk hakimləri həm Abbasilər xilafəti
dövründə, həm də xilafət ləğv edildikdən
sonra ərəb və fars dillərini dini və idarəçilik
dili kimi qəbul etdirdilər. Rəsmi dilə, dövlət dilinə,
bu məntəqədə yaşayaan xalqların ədəbi
dilinə çevirdilər.
Dünya
vətəndaşlığı ideyası islam dininin qələbəsindən
sonra daha da genişləndi. Islam, xalqları ümmət
adlandırır, vahid din bayrağı altında birləşdirir.
Bu da dünya vətəndaşlığı deyilən fenomenin
başqa şəkildə ifadəsidir.
Millət
və millətçilik ideologiyası.
Şəxsi
tələblərə üstünlük vermək fərdçilik
ideologiyasını yaradır. Fərdçilik isə getdikcə
kollektivçilik ilə üzləşir. Fərdi tələblər
qrup tələbi ilə çulğaşır, bununla da milli mənafeyin
əsası qoyulur. Qrup tələbləri bu və ya digər
qrupun mənafeyini biri birindən ayırır, xalqların qarşı-qarşıya
durmasına meydan verir. Orta əsr feodal
özbaşınalığı sona çatdı, fərdçilik və
millətçilik ideologiya kimi formalaşdı. Bu ideologiya elə
bir miqyas aldı ki, həm mütləqiyyəti, həm də
katolik kilsəsini siyasi səhnədən
uzaqlaşdırdı. Yeni meydana gələn sənaye ölkələrində
millət və millətçilik ideologiyası hakim mövqe tutdu. Dünya
vətəndaşlığı ideologiyası vətən və
vətənpərvərlik ideologiyası ilə əvəz
edildi. Milli sərhədləri olan hökumətlər yarandı.
Belə bir ideologiyanı əsas götürən dövlətlər milli
mənafeyi qorumaq missiyasını öz üzərinə götürdülər.
Bu proses 18-19-cu əsr Avropasında sürətlə irəlilədi,
orta əsr vahid Avropa ayrı-ayrı dövlətlərə
parçalandı. Bu proses Asiyada, xüsusilə ön Asiyada 19-cu və
20-ci əsrin kəsişdiyi bir zamanda meydana gəldi. Iran,
Türkiyə və Çin bu intibahın ilkin yolçuları oldular.
Millət
və millətçilik ideologiyası Iranda.
Qadisiyyə
müharibəsi (7-ci əsrin ortalarında) Iran imperatorluğunu elə
bir şəkildə yerə vurdu ki, o, heç vaxt ayağa qalxa
bilmədi. Səfəvilərin zühür etməsi, Nadir və
Ağa Məhəmməd xanın hərbi yürüşləri
Iranın bir dövlət kimi aradan getməsinin
qarşısını alsa da, o, Avropa sənaye ölkələrinin
hökmranlığı altına düşdü, xammal mənbəyi və
satış bazarına çevrildi, 19-cu əsrin ortalarından
başlayaraq yarımmüstəmləkəyə çevrildi. Seyidhəsən
Taqizadənin dediyi kimi, ancaq Oktyabr inqilabı Iranın dar
ağacından asılan kəndirini qırdı, ölkə tam
aradan getmək təhlükəsindən xilas oldu. Ingilis
imperiyasının köməyi ilə Rza xan kimi bir quldur hakimiyyəti
ələ aldı. Sovet Rusiyasının cənub sərhədində
antikommunizm bufer zonası yarandı. Iranın əzəmətini
bərpa etmək adı altında paniranizm ideologiyası bu
hökumətin başlıca ideologiyasına çevrildi.
1935-ci
ildə dövlət xaricdə olan bütün səfirliklərə göstəriş
verdi ki, fəaliyyət göstərdikləri ölkənin dövlət
başçılarına rəsmi olaraq bildirsinlər ki, ölkə
bundan sonra Persiya deyil, Iran adlanır. Bu tarixdən başlayaraq
paniranizm ideologiyası gücləndi. Bütün təlim-tərbiyə
sistemlərində, dövlət idarələrində, kütləvi
informasiya vasitələrində paniranizm ideologiyası
geniş miqyasda təbliğ edildi. Qeyri-fars məntəqələrinin
məktəb və idarələrində ana dilində
danışmaq qadağan olundu. Qafqazın 17 şəhərinin
Irana qaytarılması irəli sürüldü. Qeyri-fars xalqlar təhqirə
məruz qaldılar. Bu xalqların adət və ənənələri
məsxərə edildi. Azərbaycanlılara və türk dilinə
qarşı təhqiredici sözlər işlənildi. Belə bir
zaman ikinci dünya müharibəsi Iranı da yaxaladı.
Ikinci
Dünya Müharibəsi və millətlərin taleyi.
Bəşər
tarixi müharibələr tarixidir. Bu müharibələrin əsas məqsədi
başqa xalqlara hökmranlıq etmək, onların təbii sərvətlərini
mənimsəməkdir.
Bütün
müharibələr ikili xarakterə, milli və sinfi xarakterə
malikdir. Millidir ona görə ki, müharibə millətlər
arasında baş verir. Millətin bütün üzvləri müharibədə
iştirak edirlər. Müharibənin sinfi xarakteri isə onun
mahiyyətindən irəli gəlir. Müharibələri, xüsusilə
geniş miqyaslı müharibələri xalqlar başlamırlar.
Müharibəni hakim siniflər, başqa xalqların təbii sərvətlərini
ələ keçirtmək istəyən siniflər, həmin sərvətlərdən
hakim sinfin mənafeyi üçün istifadə etməyə
çalışan qüvvələr başlayırlar. Ikinci dünya
müharibəsi də belə müharibələrdən biri idi. O, həm
milli, həm də sinfi xüsusiyyətə malik idi.
Almaniya
Avropanın mərkəzində yerləşir. Qədim Roma
imperiyasını dağıdan alman bərbərləri 19-cu əsrdə
yenidən baş qaldırdılar. 19-cu əsrin ikinci
yarısında Fransanı işğal etdilər. Avropanın
mərkəzində yeni bir qüdrət meydana gəldi, Almaniya
iqtisadiyyatı elə bir inkişaf mərhələsinə
çatdı ki, alman mallarının satılması üçün bazar və
alman sənayesinin işləməsi üçün xammal əldə edilməsi
günün zərurətinə çevrildi. 20-ci əsrin birinci
yarısında iki böyük dünya müharibəsi də həmin məqsədə
çatmaq üçün başlandı. Almaniya Sovet Ittifaqından başqa
bütün Avropanı işğal etdi. Bununla da dünya imperiyası
yaratmaq üçün şərait hazırlandı. Sovet Ittifaqına
hücüm bu məqsədə çatmağa mane oldu. Hətta Sovetlərin
bu müharibədə qələbəsi təmin olundu.
Almaniyanın
məğlub edilməsi iki böyük dünya imperiyasının
yaranması üçün zəmin hazırladı. Dünya iki qütbə
parçalndı. Kapitala arxalanan imperiya və kapitala qarşı
çıxan imperiya meydana gəldi. Müstəmləkə və
yarımmüstəmləkə ölkələrinə münasibət dəyişdi.
Onlara yeni ad Üçüncü dünya adı verildi.
Müharibənin
ağırlığı sovet ölkəsinin üzərinə
düşdü. Bu ölkə 1941-ci ilin iyunundan başlayaraq 1944-cü ilin
iyun ayına qədər, almanların məğlub olmasına
on bir ay qalana qədər almanlarla təkbaşına müharibə
apardı. Ağır təlafat verdi, lakin irəlilədi.
Amerika və ingilis dövlətləri ikinci cəbhəni elə
bir vaxtda açdılar ki, sovet qoşunları alman sərhədlərinə
yaxınlaşırdılar. Sovetlərin müharibədə qələbəsi
bu ölkə üçün şan-şöhrət gətirirdi. Avropa
xalqları sovet qoşunlarını xilaskar qoşun
adlandırıdılar.
Sovet
Ittifaqının qələbəsi eyni zamanda müstəmləkə
və yarımmüstəmləkə ölkələri xalqları
üçün belə bir ümid yaradırdı ki, dünya siyasətində
zühür edən Sovetlərin varlığı ilə müstəmləkəçilik
sistemi aradan qalxacaq, xalqlar milli istiqlayyətə nail olacaqlar.
Bu ümid yalancı ümid deyildi. 60-cı illərdə, müharibədən
10-15 il sonra doğrudan da müstəmləkəcilik sistemi
dağıldı, onlarca müstəqil dövlət meydana gəldi.
Birləşmiş Millətlər Təşkilatı işə
başlayarkən onun 50 üzvü var idi. Bu gün bu beynəlxalq təşkilatın
üzvlərinin sayı 200-ə yaxındır. Bu köklü dəyişiklik
iki böyük dövlətin rəqabəti, özü də təhlükəli rəqabəti
nəticəsində mümkün oldu.
Rəqabət
haradan və necə başlandı?
Bütün
müharibələr kimi, ikinci dünya müharibəsi də başqa
xalqların təbii sərvətlərini ələ keçirmək
və onları istismar etmək üçün aparılırdı. Stalin
1946-cı ildə namizəd olduğu seçki dairəsində bu
barədə qeyd etdi ki, gələcək müharibələrdə
o ölkələr qalib gələcəklər ki, onlar neft mənbələrinə
sahib olsunlar. Stalin o zaman Sovet Ittifaqının yaxın gələcəkdə
istehsal edəcəyi neftin miqdarı haqqında da konkret rəqəmlər
verdi, həqiqətdə belə idi. Ikinci dünya müharibəsində
Sovetlərin hərbi maşınını Bakı nefti,
ingilislərin hərbi maşınını isə Iran nefti
işlədirdi. Beləliklə, Şərqlə Qərb
arasında başlanan rəqabət başqa sözlə desək,
yeni səhnəyə çıxmış iki imperiya arasında
başlanan rəqabət neft üzərində gedən rəqabət
idi. Iran Sovet Ittifaqından sonra ikinci ölkə idi ki, orada neft
çıxarılırdı. Iran nefti ingilislərin ixtiyarında
idi. Iranın şimalında mövcud olan neft yataqlarına Amerika
göz dikmişdi. Iranın amerikapərəst hakim dairələri
çalışırdılar bu yataqları Amerikaya versinlər.
Amerikanın
barışmaz rəqibi olan Sovet Ittifaqı ikinci dünya müharibəsi
illərində Iran dövləti ilə müzakirə apardı. O
zaman neft məsələsi Şərqlə Qərb
arasında başlanan rəqabətin əsasını təşkil
edirdi. Elə bu rəqabətlər idi ki, Amerika Sovetlərin
Irandakı hərbi hüzuruna dözə bilmədi. Iranın mütərəqqi
qüvvələrini, xüsusilə Azərbaycan və Kürdüstan hərəkatlarını
həmin məqsədlə darmadağın etdi. Soyuq müharibənin
əsası da həmin illərdə qoyuldu. Soyuq müharibə
Irandan başlandı.
Bakı
və Xuzistan nefti müttəfiqlərin əlində idi. Almanlar
daş kömürdən neft alır və Rumıniya neftindən
istifadə edir, lakin Qafqazı işğal etmək, Bakı
neftini ələ keçirtmək onun başlıca məqsədini
təşkil eirdi. Almanlar məğlub edildikdən sonra
amerikalılar və ingilislər çalışırlar ki, Sovet
Ittifaqını Yaxın Şərq neft mənbələrinə
buraxmasınlar. Elə buna görə də Sovet Ittifaqının
sərhədlərində, xüsusilə neft mənbələri
ilə zəngin olan strateji məntəqələrdə böyük
hərbi bazalar yaratdılar.
Ikinci
dünya müharibəsi ərəfəsində Iran özünün son məqsədinə
çatmaq, yəni Qafqazın 17 şəhərini geri almaq üçün
almanlarla əməkdaşlıq etdi. Almanların hərbi və
casusluq idarələrinin yüzlərlə qulluqcularını mütəxəssis
adı altında Irana dəvət etdi.
Müttəfiqləri
Sovet Ittifaqı ilə birləşdirən iki yol var idi.
Onlardan biri quru yolu Iran, ikincisi isə dəniz yolu Şimal
dənizi idi. Müttəfiqlərin Şimal dənizi yolu ilə
Sovet Ittifaqınına göndərdikləri gəmilər Norvec
sahillərində alman təyyarələri tərəfindən
bombalanır, alman sualtı qayıqları tərəfindən
hücuma məruz qalırdılar. Quru yolu isə Aralıq dənizi
Iran körfəzi vəsitəsilə Bəsrə limanına
çıxırdı. Iran dövləti isə bu yolun
qarşısında maneə idi. Həmin maneəni aradan
qaldırmaq, almanların Irandakı dayağını aradan
aparmaq, müttəfiqlərlə Sovet Ittifaqı arasında
birbaşa əlaqə yaratmaq üçün ingilis və sovet
qoşunları 1941-ci ilin yayında, Amerika qoşunları isə
1942-ci ildə Irana daxil oldular. Amerikalılar Lendliz müqaviləsi
əsasında Bəsrəyə qədər gətirilən hərbi
ləvazimata nəzarət etməyi öz üzərinə götürdü.
Qeyd
edək ki, müttəfiqlərin Irana qoşun yeritməsi Rza
şah diktatorluğunun sona çatması ilə nəticələndi.
Iranda vəziyyət köklü bir şəkildə dəyişdi.
Potensial düşmənlər (müharibə dövrünün müttəfiqləri)
Iranda bir-birilə əməkdaşlıq etdilər. Hərbi
ləvazimatın Sovet Ittifaqına daşınmasını təşkil
etdilər. Müharibə qurtarana qədər bu əməkdaşlıq
istənilən şəkildə aparıldı. Eyni zamanda
Iranı nüfuz dairəsinə çevirmək üçün görünən və
görülməyən şəkildə rəqabət davam etdi.
Ingilislər cənubda, Sovetlər şimalda idilər.
Iranın yoxsul və zəhmətkeş əhalisi Sovetlərə
rəğbət bəsləyirdirlər, bu ölkəyə zəhmətkeşlərin
və məzlumların müdafiəçisi kimi baxırdılar. O
zaman bir çox ictimai və siyasi təşkilatlar yarandı. O cümlədən
antifaşist cəmiyyəti, fəhlə ittifaqları, zəhmətkeşlərə
arxalanan siyasi təşkilatlar yarandı. Mazandarının
toxuculuq fabriklərində, Azərbaycanın kibrit, gön və
toxuculuq fabriklərində güclü fəhlə ittifaqları təşkil
olundu. Bu əyalətlərdə fəaliyyət göstərən
həmkarlar ittifaqlarının orada yerləşən sovet
qoşunları ilə heç bir əlaqəsi yox idi. Azərbaycan
və Mazandaran fəhlələri öz hüquqlarını əldə
etmək üçün yaranmış imkanlardan bacarıqla istifadə
edir, fəal qüvvəyə çevrilir, ölkənin taleyində həlledici
rol oynayırdılar. Eyni zamanda müttəfiq qoşunların
yerləşdiyi Tehranda siyasi partiyalar və ictimai təşkilatlar,
fəhlə həmkarlar ittifaqları geniş iş
aparırdılar. Isfahan və Xuzistan ingilis
qoşunlarının işğalı altında idi. Fars əyalətində
Qaşqai tayfaları, Xuzistan əyalətində isə Bəxtiyari
tayfaları ingilislərə arxalanır, ingilis silahı ilə
silahlanırdılar. Ingilislər isə bu tayfalardan təzyiq
vasitəsi kimi istifadə edirdilər. Isfahan və Xuzistan
irticaçıların alınmaz qalasına çevrilmişdi. Bütün bunlara
baxmayaraq, Isfahan toxuculuq fabriki fəhlələri və Xuzistan
neft fəhlələri özlərinin həmkarlar
ittifaqlarını yaradırlar, mütəşəkkil qüvvəyə
çevrildilər. Onların yaratdığları həmkarlar
ittifaqları, eləcə də bu əyalətlər də fəaliyyət
göstərən və fəhlə sinfinə arxalanan siyasi təşkilatlar
Azərbaycanın və Mazandaranın fəhlə və siyasi
təşkilatlarında da mütəşəkkil idilər.
Müxtəlif
siyasi təşkilatların mərkəzi Tehran idi.
Iranlılar öz problemləri, müttəfiqlər isə öz işləri
ilə məşğul idilər. Müttəfiqlərin Iranda olan
qoşunları əsas etibarı ilə Bəsrədən
Culfaya doğru hərəkət edən hərbi karvana nəzarət
edir. Irandan arxa cəbhə kimi, Iran və Bakı neftini qaruyan
səngər kimi istifadə edirdilər.
Həm
Sovetlər, həm ingilislər, həm də amerikalılar
Iranda mövcud olan siyasi cərəyanları öz mənafeləri
nöqteyi-nəzərindən müdafiə edirdilər. Təbiidir
ki, Sovetlər özlərini zəhmətkeşlərin müdafiəçisi
hesab edirdilər. Ona görə də çalışırdılar bu
və ya başqa şəkildə zəhmətkeşlər
hakimiyyəti öz əllərinə alsınlar. Həyata real gözlə
baxan, eləcə də sərvətdən məhrum olan heç
bir qüvvə və heç bir sinif belə bir ideyanı rədd edə
bilməzdi.
Təsadüfü
deyildir ki, nə təkcə sovet işğal zonasının
zəhmətkeşləri, bəlkə ingilis işğal
zonasının zəhmətkeşləri də belə bir
ideya ətrafında birləşməyə cəhd göstərirdilər.
Hamı üçün iş, hamı üçün çörək, hamı üçün təhsil!
şüarı günün şüarı idi. Xuzistan, Isfahan və Tehran zəhmətkeşləri,
o zamankı 18 milyon Iran zəhmətkeşləri bu
şüarın təsiri altənda yaşayır, onu həyata
keçirmək üçün təşəkkül tapır və mübarizə
aparırdılar. Iran Xalq Partiyası və Birləşmiş
Həmkarlar Ittifaqı, Kəndlilər Ittifaqı yeganə
siyasi və fəhl-kəndli ittifaqı idilər ki, Iranın
bütün əyalətlərində siyasi və fiziki təzyiqlərə,
güclü təbliğata baxmayaraq, fəaliyət göstərirdilər.
Fəhlə, kəndliləri, kasıbları öz
sıralarına cəlb edirdilər. Bütün bunların əksinə
olaraq yağışdan sonra göbələk kimi baş
qaldıran və mürtəce qüvvələrə arxalanan təşkilatlar
xalq içərisində ictimai dayağları olmadığı
üçün dağılıb aradan getdilər.
Iranda
gedən mübarizə 19-cu əsirn ortalarından başlayaraq
güclənən mübarizənin davamıdır. Bu mübarizə məğlubiyyətə
uğrayır, lakin xalq içərisində kök salır və nüfuz
qazanır. Bu mübarizə ikinci dünya müharibəsində, müttəfiq
qoşunların Iranda olduğu zaman, yeni daha radikal şəkil
və dərin məzmun aldı.
Mühacir qəzeti 4 avqust
1995-ci il.
Ə. Lahrudi.
Xəzər
dənizi XXI-ci əsrin astanasında neft şirkətlərinin
diqqətini özünə cəlb etmişdir.
Neft
dünya sənayesinin şah damarında axan qandır. Neft xam maddə
kimi enerji mənbəyidir. Neftdən sənaye üsulu ilə
XIX-cu əsrin 2-ci yarısından başlayaraq istifadə
edilir. XX-ci əsrin əvvəllərindən başlayaraq
neftin istehsalı geniş miqyas aldı. XX-ci əsrin ikinci
yarısında neft enerji mənbəyi kimi yeganə həyati
maddəyə çevrildi. Gələn nəsillər XXI-ci əsrin
ortalarında enerji çatışmazlığı ilə üzləşməli
olcaqlar. Elə buna görə də hazırkı nəsil geoloji
axtarışı sürətləndirir, yeni neft mənbələri
kəşf etməyə çalışır. Atom enerjisi, eləcə
də gün enerjisi neftin yerini tuta bilmədi. Neft mənbələri
Amerikada başa çatmaq üzrədir. Neft istehsalı Rusiyada da
azalır. Yaxın Şərq və Afrikanın
şimalında çıxarılan neft gələn əsrin 2-ci
yarısına qədər dünya enerji ehtiyaclarını təmin
edəcəkdir. 1970-ci illərdə neft istehsal edən ölkələr
(OPEK) dünya neft bazarının 87 % təmin edirdi. Elə buna görə
də OPEK nefti istədiyi qiymətə satırdı. 70-ci illərin
neft böhranı xatirələrdən silinməyib. Hal-hazırda
OPEK-in dünya bazarına çıxartdığı neft 62 faizə
düşmüşdür. Indi OPEK dünya bazarına 3, 5 milyon ton (25 milyard
barell) neft çıxarır. Belə bir vaxtda neft idxal edən ölkələr
yeni neft mənbələri kəşf etməyə cəhd
göstərirlər. Onlar çalışırlar ki, yeni neft mədənləri
etibarlı əllərdə olsun, həm də neftin
istehsalı ucuz qiymətə başa gəlsin. Xəzər
neftinə diqqətin artmasının bir səbəbi də
budur. Dünya neft şirkətləri 5-7 milyard ton (56 milyard barell)
neft ehtiyatı olan Xəzəri öz inhisarlarına almağa səy
göstərirlər.
Sovet
Ittifaqı dağıldıqdan sonra Xəzər dənizinin
neft ehtiyatları Azərbaycanın, Türkmənistanın və
Qazaxıstanın sahilindədir. Izvestiya qəzetinin
yazdığına görə, Xəzərin neft mənbələrini
ələ alan şirkət XXI-ci əsrin neft bazarına sahib
olacaqdır. Azərbaycan Respublikasının neft konsorsiumu ilə
bağladığı müqavilə, eləcə də
Qazaxıstan Respublikasının Amerika şirkəti
Şevronla imzaladığı müqavilə göstərir ki, Xəzər
dənizi hövzəsində olan neft XXI-ci əsrdə xüsusi əhəmiyyət
qazanacaqdır.
Azərbaycan
bu müqavilədən nə qazanır? Azərbaycan neft
satılmasından əldə edilən valyutanın 80 % əldə
edəcəkdir. Neft çıxarılması ilə yanaşı,
istehsal olunan 55 milyard kubmetr qaz da Azərbaycanın
ixtiyarına veriləcəkdir. Azərbaycanın
maşınqayırma sənayesi neft mədənləri üçün
avadanlıq istehsal etməklə üstünlük qazanacaqdır. Azərbaycan
müqavilənin icrası dövründə 34 milyard dollar gəlir əldə
edəcəkdir. Istehsal edilən yarım milyard ton neftin
yarası Azərbaycana veriləcəkdir. Neft şirkətləri
müqavilə layihələrini həyata keçirərkən 7, 5 milyard dollar sərmayə
işə salacaqlar. Neft sirkətləri bunun müqabilində onlar
üçün gətirilən mallara gömrük pulu verməyəcək, əldə
etdikləri valyutanı istədikləri kimi xərcləyəcəklər.
Neft şirkətləri gömrük pulu vermədən neft ixrac edəcək,
valyuta əməliyyatı aparacaq, əldə etdikləri
valyutanı azad şəkildə öləkdən çıxartmaq
hüququna malik olacaqlar. Neft avadanlığı gətirilməsi
də gömrük pulundan azad olacaqdır. Neft şirkətlərinin
yeganə ödənişi 25 % gəlirdən vergi olacaqdır. Bu
imtiyaz vaxtilə Iranda ingilis sərmayədarı Darsi
arasında bağlanan müqaviləni, Britiş Petrolium şirkətinin
XX-ci əsrin 30-cu illərinə qədər Irandakı
özbaşınalığı yada salır.
Neft
şirkətləri qayıdırlar.
Dağılmış
Sovet Ittifaqı ərazisində kapitalizmin bərpa edilməsi
neft şirkətlərinin yenidən Bakıya qayıtmaq üçün əlverişli
şərait yaratdı. Əsrin kontraktı Bakıda
imzalandı. Qərb neft şirkətləri Rusiyanı Xəzər
dənizi hövzəsində olan neft mənbələrindən
uzaqlaşdırdı. Rusiyanın hakim dairələri Sovet
Ittifaqının dağılmasının, Sovet
Ittifaqının tərkibində olan respublikaların Rusiyadan
ayrılmasının əsl səbəbkarlarıdırlar.
Lakin həmin dairələr indi Qərb neft şirkətlərinin
bu respublikalara qayıtmalarına həddən artıq həssaslıq
göstərirlər. Azərbaycana qarşı siyasi və iqtisadi
təzyiqi artırıllar. Xəzər neftinin xarici bazarlara nəql
edilməsi üçün çəkilməsi nəzərdə tutulan neft kəməri
ilə əlaqədar siyasi və diplomatik fəaliyyət
artmışdır. Rusiya iddia edir ki, Xəzər dənizi
sahili ölkələr arasında bölünməmişdir. Buna görə
də onun təbii mənbələri sahil ölkələri tərəfindən
müştərək istifadə edilməlidir. Belə olduqda Azərbaycan,
Türkmənistan, Qazaxıstan uduzmalı Rusiya isə udmalı
olacaqdır. Çünki Xəzər dənizinin neft yataqları
ümumiyyətlə bu üç respublikanın sahil məntəqələrində
yerləşir. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir.
Azərbaycan Respublikası dərin iqtisadi böhran keçirir. Azərbaycan
neft məsələsi ilə əlaqədar çəkişmələrlə
üzləşir. Neftin Qərb bazarına nəql edilməsi məsələsi
bu çəkişmələrin ən şiddətli mərhələsidir.
Azərbaycan bu ziddiyyətləri yumuşaltmaq üçün kontrakt imza
edilməzdən əvvəl öz 30 % səhminin 10 % Rusiyanın
Luk Oil neft şirkətinə vermişdir.
Izvestiya
qəzeti (17 noyabr) Xəzər nefti Cənubdan Rusiyaya təzyiq
göstərir başlığı altında məqalə dərc
etmişdir. Məqalədə deyilir: Rusiya
diplomatlarının fikrincə, konsersium Rusiyanın milli mənafei
üçün təhlükəlidir. Həmin qəzet Moskva Universitetinin
ictimai və tarixi məsələləri araşdıran müstəqil
institutun və Foros fondunun sənədini dərc etmişdir. Həmin
sənət Kaspi intriqası adlanır. Sənəddə iri
xətlə yazılan bu sözləri oxuyuruq: Neft xatirinə mübarizə
Rusiya üçün təəssüf gətirən nəticə verə bilər.
Həmin tədqiqat sənədində Xəzər nefti üzərində
gedən mübarizədən danışılır və qeyd
edilir ki Qafqazda yaranan üç müstəqil dövlət Sovet
Ittifaqının dağılmasının məhsuludur. Məntəqədə
iqtisadi və siyasi sabitlik aradan getmiş, ittifaqın kurort və
sanatoriyaları, şərab plantasiyaları və neft
buruqları ilə dolu olan neft və qaz yataqları millətlərarası
müharibə, daxili müharibə dövlətlərarası müharibə
meydanına çevrilmişdir. Sənəd neft kontraktı ilə əlaqədar
Bakı-Moskva münasibətlərindən danışır və
qeyd edir ki, Əbülfəz Elçibəy neft şirkətləri ilə
müzakirə apararkən Rusiyanın iqtisadi mənafeyini nəzərdən
qaçırdı. Heydər Əliyev bu səhfi düzəltdi.
Konsersiumun səhminin 10 % Rusiyanın Luk Oil şirkətinə
verdi. Elə buna görə də rus dövləti neftin
çıxarılması və istifadə olunmasına müsbət rəy
verdi. Lakin Rusiya öz mövqeyinə yenidən baxmaq məcbiriyyətində
qaldı. Çünki Türkiyə 1994-cü ilin baharında Bosfor və
Dardanel boğazından gəmilərin hərəkəti ilə
əlaqədar mövcud qaydanı dəyişmək istədi.
Türkiyə çalışır ki, Rusiyanın həmin
boğazlardan keçən neft tankerlərinin
qarşısını alsın, neft və qaz kəməri
Rusiyanın ərazisindən deyil, Iran və Türkiyə ərazisindən
keçsin. Həmin sənədin iddiasına görə, bu iş
Rusiyanın cənubunda və yaxın xaricdə vəziyyəti
köklü dəyişə bilər. Sənəddə deyilir: Heydər
Əliyev bu il oktyabr ayında Suleyman Dəmirəllə
görüşdü, neft kəmərinin Türkiyə ərazisindən keçməsini
Türkiyənin haqlı tələbi hesab etdi. Həmin sənəd
bu izahatdan sonra belə bir nəticəyə gəlir ki:
Yeni
geopoletik vəziyyət elə bir həqiqətdir ki, Moskva
keçmiş Sovet ölkəsinin neft yataqlarına nəzarəti əldən
vermişdir. Eyni zamanda Qafqaz və Orta Asiya
respublikalarının suverenliyi beynəlxalq hüquq normalarına
uyğundur.
Qərb
ölkələri öz neft şirkətləri vasitəsilə
qapılarını Qərbə açan neft məntəqələrini
öz təsirləri altına alır. Onlar Azərbaycana və Mərkəzi
Asiyaya nüfuz edirlər. Orada Aralıq dənizinə baca
açırlar. Sənədin müəllifləri belə hesab edirlər
ki, bu proses o zaman dayandırıla bilər ki, həmin məntəqədə
ictimai, iqtisadi və siyasi sabitlik pozulsun. Belə olduqda Qərbin
sərmayə sahibləri burada sərmayə qoymağa risk etməzlər.
Neft
və qaz kəməri keçən ölkələrə təsir göstərmək
zəruridir. Elə buna görə də sənəd müəllifləri
Rusiyaya məsləhət görürlər ki, Ermənistanda öz
mövqeyini möhkəmləndirsin. Çünki neft kəmərinin Aralıq
dənizi sahilinə Ermənistan vasitəsilə keçməsi
ehtimalı çoxdur. Ermənistan və Rusiya arasında hərbi
bazalar barədə imzalanan müqavilə bu iş üçün əlverişli
vasitədir.
Sənəd
müəllifləri çox narahatlıqla təhlükə təbilini səsləndirir
və iddia edirlər ki, guya Rusiya Federasiyasının cənub
sərhədlərində yeni lider meydana gəlmişdir. Bu
lider guya Suleyman Dəmirəldir. O, Balkanları, Qara dənizi,
Qafqazı, Yaxın Şərqi Türkiyə ətrafında sülh
dairəsi yaratmaq üçün birləşdirməyə
çalışır. Guya Türkiyə millətləri və beynəlxalq
təşkilatları Qara dəniz boğazlarında gəmiçiliyi
məhdudlaşdırmağa çağırmışdır. O,
eyni zamanda çalışır ki, okeanlara üzən Qara dəniz gəmiçiliyini
öz nəzarəti altına alsın. Bu gün zəifləmiş
Rusiya belə bir həqiqətə göz yuma bilməz. Belə
olduqda Rusiya təkcə Qafqazdan deyil, Orta Asiyadan daşınan
xammal üzərində də öz nəzarətini əldən verəcəkdir.
Qaz kəmərinin Türkmənistandan Iran və Türkiyə vasitəsilə
Avropaya nəql edilməsi barədə Iran və Türkmənistan
müqaviləsi də Rusiyanın mənafeyinə uyğun olmayan
Sənəd adlandırılır.
Əsrin
kontraktı Rusiyanın siyasi və elmi dairələrini o qədər
narahat etmişdir ki, onlar neft və qaz kəmərinin çəkilməsini
məntəqədə vəziyyətin əsaslı şəkildə
dəyişilməsi ilə əlaqələndirirlər. Onu
Hindistana Afrikanın cənubundan keçən yoln kəşf edilməsi
Amerikanın açılması ilə münaqisə edir və göstərirlər
ki, bu kəşflər vaxtilə Avropa siyasətində
başlıca rol oynayan Italiyanı ucqar məntəqəyə
çevirmişdir. Sənəd müəlliflərinin iddiasına görə,
neft kəməri layihəsinin həyata keçirilməsi
Moskvanın nüfuzunu təkcə Orta Asiyada, Qafqazda deyil, Balkan
yarımadasında da azaldacaqdır. Sənəd müəlliflərinin
fikrincə, Əsrin kontraktı və onunla əlaqədar
bütün problemlər guya Rusiyanı əsas nəqliyyat
yollarından uzaqlaşdırmaq üçün hazırlanan plandır.
Dünya
və yerli müharibələr, ümumiyyətlə təbii sərvətləri
ələ keçirmək üçün aparılır. Neft müharibəsi bu
müharibələrin ən şiddətlisidir. Iraqa qarşı
aparılan körfəz müharibəsi neft müharibəsi zəncirinin
qırılmayan həlqələrindən biri idi. Neft mənbələrinə
maneəsiz sahib olmaq məqsədi daşıyırdı. Xəzər
nefti ilə əlaqədar çəkişmələr neft müharibəsinin
yeni mərhələsini təşkil edir. Bu çəkişmələr
Şərqlə Qərb arasında uzun illər davam edən
soyuq müharibəni yada salır. Heç də təsadüfi deyildir ki,
neft məsələsi yenə də Şərqlə Qərbi
üz-üzə qoymuşdur. Indi sosialist Şərqi ilə kapitalist
Qərbi deyil, kapitalist Şərqi ilə kapitalist Qərbi üzləşmişdir.
Kapitalist Rusiyası keçmiş Sovet Ittifaqının nəzarət
etdiyi neft yataqlarını ikiəlli Qərb sərmayədarlarına
təqdim etmək istəmir. Lakin sərmayədar Rusiya yaddan
çıxarır ki, neft çəkişməsi Rusiya üçün qəmli və
qüssəli aqibətlə nəticələnə bilər.
Çünki bugünkü Rusiya dünənki Sovet Ittifaqı deyil, hədəf dəyişməmiş,
lakin hədəfə çatmaq yolları dəyişmişdir.
Rusiya
çalışır ki, neft kəməri Qara dəniz vasitəsilə
Qərb bazarlarına nəql edilsin. Bu isə Şərqlə
Qərbi qarşı-qarşıya qoyur.
Moskva
universitetinin müstəqil tədqiqatçıları Rusiyanın rəsmi
dairələrinin fikrini müdafiə edirlər. Rusiyanın Xarici
Işlər Nazirliyinin Xəzər nefti ilə əlaqədar
bəyanatı, Rusiyanın Iraqa qarşı blokadanı
sındırmaq cəhdləri, Rusiyanın Bosniya və
Qarabağ məsələsi ilə özünəməxsus mövqeyi,
Qarabağ məsələsində ATƏM-lə Rusiya
arasındakı fikir ayrılıqı, bütün bunlar belə bir
həqiqəti açıq aydın göstərir ki, Şərqlə
Qərb arasında mövcud olan ziddiyyət mahiyyətcə
quruluşlar arasında ziddiyyət deyil, mənafe ziddiyyətidir.
Sovet Ittifaqı dağılmaqla bu ziddiyyət aradan getmədi.
Bəlkə onun forması dəyişdi. Xəzər dənizi
Rusiyanın nüfuz dairəsində olduğu üçün Şərqlə
Qərb arasında ziddiyyətin əsas həlqəsinə
çevrildi. Qərb Rusiyanın marağına toxunur, strateji əhəmiyyətə
malik olan neft yataqlarını ələ keçirir. Neft kəmərinin
Rusiya ərazisindən keçməsinə mane olur.
Qara
dəniz mənafelərin toqquşduğu düyün nöqtəsi, neft
çəkişmələrinin yeni həlqəsidir. Rusiya öz
mövqeyindən geri çəkilmək istəmir, Qərb isə
qazandığı yeni mövqeyi əldən verməyə
hazır deyildir. Bu çəkişmələrdə Rusiya tərəfi
zəifdir, ona görə də özünü müdafiə mövqeyindən, Qərb
isə güclüdür, güc mövqeyindən çıxış edir. Xəzər
dənizinin zəngin neft yataqlarından əl çəkmək istəmir,
əksinə Rusiya bu və ya başqa şəkildə geri çəkilmək
məcburiyyətində qalmalı olur. Güclü gücsüzü özünə tabe
edir, öz iradəsini ona qəbul etdirir. Dünya siyasəti belə
bir prinsip üzərində qurulmuşdur. Yaxın keçmişdə
dünya miqyasında qılınc oynadan Sovet Ittifaqının
bugünkü varisləri keçmişin xoş arzuları ilə, onun
maddi əsası olan zor siyasətinin acı xatirələri
ilə yaşasa da, keçmiş rəqib qarşısında
müqavimət göstərməyə çalışsa da, ona tabe olmaq məcburiyyətindədir.
Rusiyanın bugünkü taleyi belədir.
Mühacir qəzeti 26 aprel
1995-ci il.
Ə. Lahrudi.
Iran
Islam Respublikasının konstitusiyasında (səh. 7)
yazılmışdır: Inqilab Nihalı 60 min şəhid,
100 min yaralı və əlilin qanı bahasına qələbə
çalmışdır. Konstitusiya Iran Islam Inqilabının
daxildə və xaricdə davam etməsinə zəmin
yaradır...və səy göstərir ki, beynəlxalq aləmdə
islam hərəkatı genişlənsin dünya vahid ümməti təşkil
edilməsi yolunu hamarlasın.
Beləliklə,
Iran Islam Respublikası Konstitusiyası Islam inqilabının
ixrac edilməsi və dünya miqyasında islam dövləti təşkil
edilməsi üçün hüquqi əsas yaradır. Konstitusiyanın bu müddəası
neçə icra olunur? Iran Iraq müharibəsi bu sahədə ilk təcrübə
idi. Iraq dünya imperiyalizminin təhriki ilə Irana hücum etdi ki,
inqilabi ruşeym halında boğsun. Iraq qoşunları müharibənin
ilk günlərində bir sıra qələbəyə nail
oldular. Lakin müharibə gedişində Iraq təşəbbüsü əldən
verdi. Iranın silahlı qüvvələri Iraq qoşunlarına
ağır zərbələr endirdilər, onları
işğal edilmiş ərazidən çıxartdılar. Iran
Islam Cümhurisi rəhbərləri bu qələbədən
istifadə edərək müharibəni davam etdirdilər ki, öz
başlıca hədəflərinə vahid dünya ümməti təşkil
etməyə nail olsunlar. Bağdaddan Qüdsə doğru hərəkət
şüarı bu müharibənin ideoloji əsasını təşkil
edirdi. Lakin 8 illik müharibə göstərdi ki, müharibə yolu ilə
islam inqilabını ixrac etmək mümkün deyildir. Yeni taktika irəli
sürüldü. Fələstində, Livanda, Misirdə, Əlcəzairdə
və Bosniyada fəaliyyət göstərən Islam cərəyanlarını
müdafiə etmək siyasəti də buradan irəli gəldi.
Sovet
Ittifaqı dağıldı. Mərkəzi Asiyada və
Qafqazda yeni dövlətlər yarandı. Burada islam
ideyalarının yayılması məsələsi gündəlikdə
durdu. Iranın keçmiş Sovet Ittifaqının bu ərazilərdə
yeritdiyi siyasət Yaxın Şərq ölkələrində
apardığı siyasətdən fərqlənir. Bu məntəqədə
iqtisadi və siyasi hüfuz üstünlük təşkil edir. islam hökuməti
yaratmaq, islamçı qruplar təşkil etmək, zahirdə kütləvi
informasiya vasitələrinə həvalə olur. Kütləvi
informasiya vəsitələri Böyük Iran yaratmaq, əldən
verilmiş torpaqları geri qaytarmaq ideyasını təbliğ
edirlər. Tehran mətbuatı iddia edir ki, Mərkəzi Asiya
sözü Rus imperiyası tərəfindən irəli
atılmışdır, həmin ərazi Irana məxsus
olmuş, onun adı güya böyük Xorasandır. Iran Tacikistanda daha fəal
siyasət yeridir. Tacik müxalifətinin başçıları
Tehrandadırlar.
Iran
Qafqazda özünəməxsus siyasət yeridir. Ermənistanla
geniş əlaqə saxlayır. Azərbaycan respublikasında
başqa cür siyasət yeridir. Burada islamcı qruplar müdafiə
olunur. Xeyriyyətci təşkilatlar yaranır, fars dili
kursları təşkil olunur, məzhəb bayramları böyük
konsert salonlarında qeyd edilir. Bir sıra cavanların islam
qaydası ilə ailə qurmaları mərasimi təşkil
olunur. Müəyyən istiqamətli nəşriyyələrin
buraxılmasına meyl göstərilir, Azərbaycan televiziyası
ilə veriliş aparılır. Bütün bunlar böyük
Irançılıq siyasətinin əsas xəttini təşkil
edir. Azərbaycan respublikasının Amerika və Israil münasibətləri
Azərbaycanda dünyəvi dövlət konstitusiyasının qəbul
edilməsi Tehranı qəzəbləndirir.
Azərbaycan
respublikasına qarşı siyasi və iqtisadi təzyiq
Iran-Ermənistan münasibətlərində özünü daha bariz şəkildə
göstərir. Azərbaycana ərzaq malları göndərilməsi,
Azərbaycan vətəndaşalrının Irana get-gəli məhdudlaşdırılır,
Azərbaycan respublikasında yaşayan minlərlə qeyri-vətəndaş
iranlı mühacirlər öz yaxın qohumlarını görmək
hüququndan məhrum edilirlər. Əksinə, Ermənistan və
Iran münasibətləri genişlənir, mühasirədə olan
Ermənistan ərzaq və yanacaq çətinliyi çəkmir. Bu
malların çoxu Irandan Ermənistana aparılır.
Nəqliyyat
sənayesi (sənətə həml və nəql, № 141)
jurnalı müsəlman Iranla xristian Ermənistan arasında mal
mübadiləsinin geniş siyahısını çap etmişdir. Iki
ölkə arasında olan ticarət əlaqələri 13 maddədən
ibarət saziş əsasında aparılır. Bu saziş 17
aprel 1996-cı il tarixdə Islam Şura Məclisi tərəfindən
təsdiq edilmişdir.
Iran Ermənistan ticarət
palatasının rəisi Leon Oharanyan həmin jurnalla müsahibədə
demişdir: Meqri körpüsü açıldıqdan sonra mal mübadiləsi
üçün əlverişli saziş imzalanmışdır. Həmin
saziş imzalandıqdan sonra Iran tacirləri hər gün yüzlərlə
yük maşını Ermənistan respublikasına göndərilir.
Irana mis filizi göndərilməsi barədə də müqavilə
imzalanmışdır. Həmin müqaviləyə əsasən
hər il yüz min ton mis filizi Irana göndərilir. Həmin
jurnalın yazdığına görə Iran Ermənistana dəmir,
polad, süni plastik məhsulları, qış geyimi, musiqi alətləri,
, mebel, xalça, taxıl məmulatı, şirniyyat, kakao, yaşıl
çay, spirt, sirkə, bitki toxumaları göndərilir. Ermənistan
isə Irana sənaye məhsulları süni kauçuk, Ermənistanda
və Rusiyada istehsal edilən digər mallar göndərir. Hər
gün Ermənistandan Irana 300 ton dəmir tulantıları
aparılır. Iki ölkə arasında imzalanmış sazişə
əsaən yük maşınları gömrük qaydalarına riayət
etmədən hərəkət edirlər.
Ermənistanla Iranı birləşdirən,
uzunluğu 130, eni 11 metr olan körpü Araz çayı üzərində
tikilmişdir. Ermənistanla Iran arasındakı mal mübadiləsini
asanlaşdırmaq üçün bank xidmətindən istifadə edilmir.
Iran Islam Respublikası Qafqazda belə
siyasət yeridir.
Vahid dünya ümməti yaratmaq bu siyasətin
başlıca məqsədidir. Iran Ermənistan münasibətləri
həmin siyasət zəncirinin bir həlqəsisir. Nə etmək?
Məqsəd vasitəni doğruldur. Görünür kafir
qılıncı ilə də Vahid dünya ümməti yaratmaq olar.
Mühacir
qəzeti iyul 1996-cı il.
Əli-ağa.
Beşinci
məclis seçkiləri mövcud hakimiyyət sisteminin ziddiyyətlərini
daha açıq şəkildə üzə çıxartdı. Seçkilərin
gedişi göstərdi ki, hakim dairələr xalqın iradəsinə
tabe olan hakimiyyət yaradılması qarşısında
müqavimət göstərir, ölkənin idarə edilməsində
yalnız zor işlətmək, cəza tədbirlərinə əl
atmaq metodundan istifadə edir.
Heç
bir siyasi və ictiami təşkilatın fəaliyyətinə
icazə verməyən, ölkəni yalnız din qanunları əsasında
idarə edən rejim müsəlmanları
qarşı-qarşıya qoymaqdan belə çəkinmir. Seçki ərəfəsində
namizədləri mömünlərlə və qeyri-mömünlərlə,
həqiq və qeyri-nəqiqi müsəlmanlara parçalandılar.
Bununla da iki mindən artıq müsəlmanı seçkilərdə
iştirak etməkdən məhrum etdilər. Hakim dairələr
xalqa inanmırlar. Xalq da onlara ümid bəsləmir. 70 min şəhid
və 100 min yaralı verən xalq inanırdı ki, ruhanilər
hakimiyyətə gəlməsi ilə siyasi azadlığa və
maddi rifaha çatacaqdır. Lakin bu ümid və inam xalqın istəklərini
həyata keçirilməməsi ilə aradan getdi. Təpədən
dırnağa qədər silahlanmış və müxtəlif
adlar altında yardılmış cəza orqanları xalqa
divan tutmaqla hakim dairələri, onun mənafeyini və siyasi
hakimiyyətini qoruyurlar. Nəzarət şurasının təsdiq
etdiyi namizədlərin də bir çoxu məclisə yol tapa bilmədilər.
Bir çox seçki dairələri ləğv edildi, seçkilərdə
baş verən pozuntulara qarşı əhalinin etirazına
polis yürüşü ilə cavab verildi.
May
ayının 24-də Təbriz şəhərində böyük
mitinq keçirildi. Mitinq iştirakçıları ikinci dövrə seçkilərdə
çox səs qazanma şansı olan Çehraqaninin adınını
siyahıdan çıxarılmasına etiraz etdilər. təbriz tələbələri
və Bəsicilərin Nigəhban şurasından tələb
etdilər ki, Təbriz əhalisinin bu haqlı tələbini
qulaqardına vurmasın. Mitinq iştirakçıları ilə
polis arasında toqquşma baş verdi. Deyilənlərə
görə ölən, yaralananlar və həbsə alınanlar
vardır.
Təbriz
hadisəsi Azərbaycan respublikasında böyuk rezonansa səbəb
oldu. Bir çox siyasi təşkilat, o cümlədən Musavat
Partiyası, Xalq Cəbhəsi, Demokratik konqres, eləcə də
Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Əliyev
bəyanatla cıxış etdilər. Iran səfirliyi və
BMT-nin nümayəndəliyi qarşısında nümayiş keçirdilər.
Polis nümayişçiləri BMT nümayəndəliyi binasına
buraxmadı.
Iran
yekanə ölkədir ki, Amerikanın siyasi-iqtisadi təzyiqinə
məruz qalır. 17 ildir ki, Iran Amerika arasında soyuq müharibə
davam edir. Amerika Iranı terrorçu dövlət, Yaxın Şərq
sülh prosesinin əleyhidarı hesab edir. Amerika bütün vasitələrdən
istifadə edir ki, Iranın daxili və xarici siyasəti dəyişilsin,
Iran terrorçuluqdan əl çəksin, insan hüquqlarına riyaət
etsin. Iran isə Amerikanı təcavüzkar bir dövlət kimi pisləyir,
onunla heç bir əlaqəyə girməyəcəyini
vurğulayır. Iranın Avropada sığınacaq tapan əleyhdarları
böyük əksəriyyətinin Iranla əlaqədar tutduqları
mövqe Amerikanın Irana qarşı yeritdiyi siyasətlə
üst-üstə düşür. Bir sözlə, Amerika hökuməti ilə Iran
müxalifətinin müvqeyi eyniyyət təşkil edir.
40
milyonluq Vahid Azərbaycan yaratmaq barədə geniş kampaniya
aparılır. Bu kampaniya Amerikanın Irana qarşı
yeritdiyi təzyiq siyasətinin ayrılmaz hissəsidir.
Iranın kütləvi informasiya vasitələrinin Vahid Azərbaycan
məsələsi ilə əlaqədar reaksiyası da təhlükəli
reaksiyadır. Vahid Azərbaycan şüarı Iranın ərazi
bütövlüyünə qarşı yönəldilən strateji təhlükə
olsa da, o, Iran üçün bu gün ciddi təhlükə deyil. Lakin Iran Azərbaycan
münasibətlərinin pozulmasında marağı olan qüvvələr,
xüsusilə ermənipərəst qüvvələr bu məsələdən
Azərbaycana qarşı təzyiq vasitəsi kim istifadə
edirlər. Təsadüfi deyildir ki, Qafqazın 17 şəhəri
barədə ərazi iddiası bu gün aktuallaşıb.
Keyhan, Əbrar, Cumhuriye-Islami kimi paniranist qəzetlərin
səhifələrini bəzəyir. Bu qəzetlər Azərbaycan
respublikasın Arazın şimalında yerləşən Iran
ərazisi adlandırırlar. Həmin ərazinin Iranla birləşdirilməsi
tələb edilir. Belə bir şəraitdə suveren Azərbaycana
qarşı Iranın nüfuzlu qəzetləri, o cömlədən
bəzi azərbaycanlı ruhanilərin ərazi iddiası, eləcə
də Vahid Azərbaycan adı altında başlanan geniş
kampaniyada suveren Irana qarşı ərazi iddiası kimi qiymətləndirlməlidir.
Xalqların təyini-müqəddarat hüququ müqəddəs hüquqdur.
Iran Azərbaycanında yaşayan azərbaycanlılar bu
hüquqdan istifadə edib-etməmək barədə özü, xaricdən
heç bir müdaxilə olmadan, qardaşlıq məsləhəti
almadan qərara gəlməlidilər. Öz haqqını tələb
etməyi bacaran Azərbaycan xalqına xaricdən məsləhət
verməyə ehtiyac yoxdur. Belə tövsiyələr ayı xidmətidir.
Azərbaycan respublikası bir neçə cəbhədə özünü
müdafiə etmək məcburiyyətində qoyur.
Iran
dərin Iqtisadi və siyasi böhran keçirir, cəza tədbirləri
güclənir, yenidən universitetlər islamiləşdirilir, mütərəqqi
düşüncəli müəllimlərin işdən qovulması barədə
fərman verilir, böyük şəhərlərdə xüsusilə
Tehranda Əmr be məruf, nəhyi əzmünkər (Cəmiyyəti
islamlaşdırmaq, inkarçılara qarşı mübarizə
aparmaq) adı altında kampaniya keçirilir, bu iş fanatik
cavanlardan ibarət Bəsiç adlanan yarımhərbi təşkilata
tapşırılır. Daha dəqiq desək ictimai
bazasını əldən vermiş hakim dairələr islam dəyərlərini
qorumaq adı altında öz əleyhdarlarına qarşı
hücuma keçir, bununla da öz irticaçı əməllərinə bəraət
qazandırmağa çalışırlar. Əhalini həqiqi və
qeyri-həqiqi müsəlmanlara parçalayan, bununla da islam dinini öz mənafelərinə
tabe etmək istəyən qüvvələr əməldə dinə
qarşı çıxırlar.
Iranda
yaşayan xalqlar məslək, əqidə və milli fərqlərdən,
hakim dairələrin cəza tədbirlərindən və
xarici məsləhətçilərin xoşməramlı tövsiyyələrindən
asılı olmayaraq Iran adlanan ölkənin demokratlaşması
arzusu ilə yaşayırlar. Qum şəhərində tökülən
qanın qırxı Təbrizdə tutulur. Təbrizdə
olduğu kimi Isfahanda da rejimin iradəsinə tabe olmayan namizəd
məclisə buraxılmır.
Azərbaycan
Demokrat Firqəsi 150 illik tarixi təcrübəyə əsaslanaraq
bir daha qeyd edir ki, Iran azad olmadan Azərbaycan azad
olmayacaqdır.
Mühacir qəzeti iyul
1996-cı il.
Ə. Lahrudi.
Sovet
Ittifaqı dağıldıqdan sonra dünya siyasətində dərin
dəyişiklik baş vermişdir. Dünya miqyaslı
balanslaşma siyasəti birtərəfli ümumdünya siyasəti ilə
əvəz edildi. Ikinci Dünya Müharibəsindən sonra iki qütbə
parçalnan dünya ölkələri həm siyasi, həm də iqtisadi
baxımdan müxtəlif istiqamətdə hərəkət etdilər.
Sovet Ittifaqı ilə əlaqə saxlayan və sosializm istiqamətli
inkişaf yolu seçən ölkələr ictimai və dövlət
mülkiyyətinə üstünlük verdilər.
Sərmayədarlıq
inkişaf yolu ilə gedən ölkələr, xüsusilə üçüncü
dünya ölkələrinin bir çoxu iqtisadi və hərbi sahədə
Qərblə əməkdaşlığa üstünlük verirdilər.
Dünyanın iki, qütblük orbitindən çıxıb bir qütblük orbitinə
düşməsi dünya iqtisadiyyatının vahid forma
almasını tələb edirdi. Keçmiş Sovet Ittifaqında və
Şərqi Avropa ölkələrində, eləcə də
sosialist istiqaməti seçən Asiya, Afrika və Latın
Amerikası ölkələrində ictimai mülkiyyətin dövlət
mülkiyyətinin ləğv edilməsi, sənayedə və kənd
təsarufatında xüsusi mülkiyyətin bərpa edilməsi sürət
alır. Bu ölkələrin iqtisadiyatı Qərb iqtisadiyatı
ilə çulğalaşır, onun əlavəsinə çevrilir. Bu
çulğalanmış mexanizm dünya bankı və beynəlxalq
valyuta fondu vasitəsilə hərəkətə gətirilir.
Dövlət mülkiyyətinin xüsusiləşdirilməsi,
iqtisadiyatın xüsusi bölmədə mərkəzləşləməsi
işi də həm keçmiş Sovet Ittifaqı ərazisində,
həm də Şərqi Avropa ölkələrində
yuxarıda adları çəkilən maliyyə mərkəzlərinin
hazırlandıqları nüxsə əsasında icra edilir.
Beləliklə,
dünya iqtisadiyyatını, Qərb sənaye və bank sisteminin
çulğalaşmasından əmələ gələn maliyyə
oligarxiyası idarə edir. Vahid dünya iqtisadiyyatının idarə
edilməsində başlıca rol oynayan maliyyə
oliqarxiyasının arxasında siyasi hakimiyyət,
Amerikanın başçılıq etdiyi Şimali Atlantika
Ittifaqı dayanır.
Dünya
xəritəsinə ötəri nəzər saldıqda belə
bir mənzərə göz qarşısında canlanır: BMT
qaynar nöqtələrdə qayda-qanun yaratmaq üçün qərar qəbul
edir. Bu qərarın icrası NATO qoşunlarına həvalə
edilir. Fars körfəzində Səhrada tufan əməliyyatı
keçirirlir. Bosniyanın 49 faizi serblərə, 51 faizi isə
katolik xarvatlara və sünni müsəlmanlara təhvil verilir. Bu ərazilərdə
serb dövləti, eləcə də xarvat müsəlman
federasiyası yaranır. Sazişə Amerika generalının
başlıçıq etdiyi 60 minlik ordu nəzarət edir.
Maraqlı burasıdır ki, Sovet Ittifaqı vaxtilə dünya
siyasətinin əsas aparıcısından biri idi. Bu gün sülh
məramlı qüvvədə iştirak edən, Rusiya
qoşunlarının generalı Amerika generalının
tabeliyinə verilmişdir.
Amerika
təkcə Bosniya hadisələrinin nizama salınması
işini deyil, dünyanın bütün qaynar nöqtələrində
baş verən çəkişmələrin nizama
salınması işini öz əlində cəmləşdirmişdir.
Iki qütblü sistemin hakim olduğu dövrdə həlli mümkün olmayan
Yaxın Şərq problemi çox asanlıqla həll edilir.
Israil və Fələstin Azadlıq təşkilatı Norveçdə
gizli, Vaşinqtonda isə açıq müzakirələr aparır, tərəflər
arasında razılıq əldə olunur, sülh müqaviləsi
Amerika prezidenti Klintonun hüzurunda imzalanır. 1967-ci ildə Israil
qoşunları tərəfindən işğal edilən
Iordan çayının Qərb sahilində və Qəzzə
zolağında daxili muxtariyyətə malik olan hökumət təşkil
olur. Bu saziş 1979-cu ildə Ənvər Sadatla Israilin Baş
naziri arasında prezident Cimi Karterin hüzurunda Kemp Deviddə
imzalanmış sazişdən sonra ikinci böyük saziş hesab
olunur. Hadisələrin gedişini izləyən və bu gün
heç bir qüdrətli dövlətə arxalana bilməyən Suriya
özünü tək hiss edir, Israillə sülh müqaviləsi imzalamağa
hazır olduğunu bildirir. Bu barədə müzakirələr də
Amerika ərazisində aparıldı. Ərəblərlə
münasibətdə prinsipial və dönməzlik mövqeyi tutan
Israil Cövlan yüksəkliyinin Suriyaya qaytarılmasına
razılıq verir, Israil qoşunları bu ərazidən
çıxarılır, onun yerini Israilin təhlükəsizliyini
qoruyan Amerika qoşunları tutmalı olur.
Suriyanın
Israillə sülh müqaviləsi imzalaması, vətəndaş
müharibəsi və dini çəkişmələr mərkəzinə
çevrilən Livan məsələsinin də həll edilməsi
işi asanlaşır. Beləliklə, Yaxın Şərq
düyünü səhrada tufan əməliyyatından sonra Fələstin,
Suriya və Israil arasında münasibətlərin nizama
salınması ilə açılır.
Dünyanın
ən qaynar nöqtələrindən biri olan Qafqaz regionudur bu
region həm strateji nöqteyi-nəzərdən, həm iqtisadi cəhətdən
transnasional karporasiyaların diqqət mərkəzindədir. Qərb
sənayesi üçün Fars körfəzi məntəqəsi əsas
iqtisadi və strateji məntəqədir. Bu məntəqənin
qorunması Qərbin iqtisadi və hərbi mənafeyinin əsas
həlqəsini təşkil edir. Bu mənafe XXI əsrin
birinci yarısı üçün əhəmiyyətini itirmir. Lakin bir
neçə əsrlik, heç olmasa XXI əsrin ikinci yarısı üçün
yeni iqtisadi və strateji mənafe Qafqaz məntəqəsi,
daha dəqiq desək Xəzər dənizi hövzəsidir. Qərbin
böyük neft şirkətləri bu məntəqədə kəşf
edilən Azərbaycan və Qazaxıstan neftinin
çıxarılması və Qərbi Avropaya nəql edilməsi
işini öz nəzarətləri altına almışlar. Qərb
bu gün Fars körfəzinə rəqibsiz hakimdirsə, Qafqaza, xüsusilə
Xəzər dənizi hövzəsinə hakim olmaq üçün maneəllərlə
üzləşir. O, burada Rusiyanın müqavimətinə rast gəlir.
Yeni dövlətlər iki böyük rəqibiin çəkişmələri
ilə üzləşməli olurlar. Rusiyanın iqtisadiyyatı Qərbin
iqtisadiyyatının əlavəsinə, Rusiya bazarı Qərbin
əmtəə bazarına çevrilsə də o, Qafqazda, Orta
Asiyada və Qazaxıstanda öz mövqeyini Qərb şirkətlərinə
müqavimətsiz, könüllü təhvil vermək niyyətində
deyildir. Elə buna görə də Qarabağ, Abxaziya və
Çeçenistan probleminin həlli yubanır. Iqtisadi və hərbi
nöqteyi-nəzərdən iflasa uğramış Rusiya öz daxili
sabitliyini möhkəmləndirə bilmir. Rus millətçilərinin
fəallaşmaları, Qərbpərəst rejimə
qarşı siyasi və psixoloji mübarizənin güclənməsi,
millətçilərin hakimiyyətə gəlməsi ehtimalı
transnasional şirkətlərin mənafeyini qoruyan Qərb dövlətlərini
yol ayrıcında qoyur. Onlar bir tərəfdən Rusiyanı
qüdrətli bir dövlət kimi məhv etmək, onu kiçik
knyazlıqa parçalamaq, onları tamamilə Qərbdən
asılı etmək, özüdə həmişəlik asılı
etmək siyasəti yeridir, digər tərəfdən
Qarabağ, abxas və çeçen problemlərinin həllini
yubadır, millətçilərlə Qərbpərəst qüvvələr
arasında davam edən daxili çəkişmələri şiddətləndirir,
bununla da Xəzər dənizi neftinin maneəsiz mənimsənilməsi
və Qərbə daşınması işini
asanlaşdırırlar.
Ən
böyük neft ehtiyatı Azərbaycan və Qazaxıstan ərazisində
yerləşir. Azərbaycan isə Qarabağ problemi ilə məşğuldur,
rus qoşunlarının Azərbaycanda yerləşdirilməsinə
mane olur. Bu da Rusiya Azərbaycan münasibətlərinə mənfi
təsir göstərir.
Iran
Azərbaycan münasibətlərində əmələ gələn
sərinlik istənilməyən haldır. Qazaxıstana gəldikdə
burada nisbi sabitlik mövcuddur. Lakin Qazaxıstan əhalisinin ancaq 40
faizi yerli qazaxlardan ibarətdir, qalan 60 faizini ruslar,
ukraynalılar, almanlar və başqa xalqların nümayəndələri
təşkil edir. Rusiyada millətçilər hakimiyyətə gəldikləri
təqdirdə Qazaxıstana qarşı milli faktordan istifadə
edilər, milli münasibətlər gərginləşər,
Qazaxıstanın siyasi sabitliyinin pozulmasına imkan yarana bilər.
Bu faktorları nəzərə alan Azərbaycan və
Qazaxıstan Amerikanı, ümumiyyətlə, Qərb
dünyasını özlərinin etibarlı dayağı saya bilərlər.
Tacikistanda,
Əfqanıstanda şiddətlə davam edən vətəndaş
müharibəsi və klan çəkişmələri, Pakistanda yerli əhali
ilə vaxtilə Hindistandan qovulan mühacir qruplaşmalar
arasında terrorçuluq əməliyyatının güclənməsi,
Hindistanda yerli və dini çəkişmələrin
vaxtaşırı büruz etməsi, Kəşmir məsələsi
ilə əlaqədar Hind Pakistan münasibətlərinin gərginləşməsi,
Kuril adaları ilə əlaqədar Yaponiya Rusiya münasibətlərində
soyuqluq, Tayvan problemi ilə əlaqədar Çin Amerika münasibətlərində
büruz edən çətinliklər, qırmızı xmerlərin
Kamboca dövlətinə qarşı partizan müharibəsi, Filippin
müsəlmanlarının muxtariyyət uğrunda
apardığları hərbi əməliyyət, kürdlərlə
türk dövləti arasında gedən on illik müharibə,
dünyanın ən qaynar nöqtələri hesab edilən bu məntəqələr
təbiidir ki, qərbin iqtisadi mənafeyinə sadəmə
vurur, Asiyanın bu məntəqələrində sabitlik
yaradılması işini çətinləşdirir.
Afrika
problemini, Somalidə tayfa müharibələri, Brundidə kütləvi
qırğın, Misir və Əlcəzairdə terror əməliyyatları,
Sudanda vətəndaş müharibəsi, qitədə baş verən
çevrilişlər müstəmləkiçiliyin zəncirini qıran
Afrikanı lərzəyə gətirir.
Latın
Amerikasında nisbi sabitlik mövcuddur, Nikaraquada və Elsalvadorda
daxili çəkişmələr
dayandırılmışdır, Kuba respublikası Amerika
blokadasını sındırır, xarici aləmlə əlaqə
yaradır, xarici sərmayənin cəlb edilməsi və
iqtisadi böhrandan çıxmaq imkanları araşdırırlır.
700
milyona yaxın əhalisi olan Qərbi Avropa və Şimali
Amerika, 4 milyarddan artıq əhaliyə hegemonluq edən bu
azsaylı əhali böyük dünya problemləri ilə üz-üzə
durmuşdu.
XX
əsrin son on illiyində iki böyük imperiyadan biri
dağıldı, çoxmillətli vahid dünya imperiyası meydana gəldi.
Bu imperiya dünyanı iqtisadi müstəmləkəyə çevirən
kollektiv imperiyadır. Iqtisadi mənafe üzərində qurulan bu
imperiya həm Səhrada tufan metodundan, həm MDB ölkələrində
ikibaşlı siyasət yeritmək metodundan, həm də Əfqanistanda,
Brundidə, Somalidə, Şri-lankada tökülən qanlara laqeyd
yanaşmaq metodundan istifadə edir. fars körfəzində sabitlik
nəyin hesabına olursa-oljsun qorunur. Neft tankerləri hər
bir maneəyə rast gəlmədən dənizləri və
okeanları üzüb bu imperiyanın hərbi sənaye
çarxını hərlətməlidirlər. Əfqanistanda,
Brundidə, Asiyada və Afrikanın iqtisadi və hərbi
nöqteyi-nəzərdən Qərbin mənafeyini təhlükəyə
salmayan başqa məntəqələrdə çəkişmələr,
müharibələr, tayfa davaları davam edir. kollektiv dünya
imperiyasının ümumi siyasət və iş metodu bundan ibarətdir.
Bu imperiyanın özünün daxili ziddiyyətələri də
vardır. Bu ziddiyyətlər ancaq qarşılıqlı mənafedən
kimin daha artıq pay aparması ilə bağlıdır. Böyük
insan kütləsi ilə, 4 milyardlıq əhali ilə 700
milyonluq əhali arasında olan ziddiyyət isə
barışmaz zidiyyətdir. Bu ziddiyyət zahirdə milli
ziddiyyət olsa da mahiyətcə sinfi ziddiyyətdir. Çünki bu
imperiya Aisya və Afrikanın, eləcə də Latın
Amerikasının iqtisadi potensialını transnasional şirkətlərin
hökmranlığı altına velrir, bununla da milyonlarla zəhmətkeş
insan istismar olunur.
Bugünkü
dünyada Iranın yeri
Indi
vahid dünya imperiyasının əsasını sarsıdan qüvvə
mövcud deyildir. Bu və ya digər məntəqədə
baş verən yerli konfliktlər imperiyanı təhdid etmir.
Bu konfliktləri aradan aparmaq, qaynar nöqtələrdə sakitliyə
nail olmaq işini bu imperiya öz üzərinə götürmüşdür. Onun
real rəqibi yoxdur. Gələcəkdə Çin potensial rəqib
kimi çıxış edə bilər. lakin bu uzaq gələcəyin
işidir. Belə bir tarixi şəraitdə Liviya, Sudan və
Iran kimi kiçik rəqiblər bu imperiyaya qarşı
çıxış edirlər. Liviyanın mövqeyi Iranın mövqeyindən
fərqlənir. O, indi ABŞ-ın və Şimal Atlantika
ittifaqının daha ciddi maraqlandırmır. Iran isə Iraqa
qulaqburması verildikdən sonra daha artıq diqqət mərkəzindədir.
Iran
xalqlarının 70 illik inqilabi mübarizəsinin məhsulu olan
1979-cı il inqilabı Şiə ruhanilərini hakimiyyətə
gətirdi. Iranda Islam qanunlarına əsaslanan dini dövlət
yarandı. Nə Şərq, nə Qərb cumhuriye-islami
şüarı Iran Islam Cumhurisinin gündəlik şüarı oldu.
Iran Iraq müharibəsi Bağdaddan Qüdsə hərəkət
şüarı ilə aparıldı. Lakin qeyri-rial və
avanturist xarakter daşıyan bu şüarın ağır nəticələri
Iran xalqlarına baha başa gəldi. 8 illik müharibə ölkənin
iqtisadi potensialını alt-üst elədi. Iran tamamilə təkləndi.
Onun düşmənlərinin sayı gündən-günə artdı.
Iki
qütblü dünya rejiminə manevr etmək imkanı verdi. O, Qərb
qarşısında Şərqin potensial imkanlarına, Şərq
qarşısında isə Qərbin potensial imkanlarına
arxalanırdı. Qərb bu ölkəni kommunizmə qarşı
mübarizənin Forpostu, Şərq isə Qərbə
qarşı onu barışmaz düşmən kimi müdafiə
edirdi. Beləliklə, Iranın ruhani hakimləri iki qütb
arasında gedən oyunlardan istədiyi kimi istifadə edir.
Özünü antikommunist və antiimperialist qüvvə kimi qələmə
verir, Amerikaya, Israilə ölüm şüarı ilə yeni-yeni xal
qazanmağa çalışırdı. Lakin Şərq bir qütb
kimi dağıldı, Qərb vahid qütb kimi möhkəmlənir,
yeni imperiyanın rəqibləri bir-birinin ardınca iqtisadi və
hərbi təzyiq vasitəsilə
neytrallaşdırılır, bu imperiyaya tabe edilir. Iran Islam
Respublikasının ruhani başçıları isə bugünkü
realıqları görmək istəmirlər. amerika imperializminə
qarşı mübarizə bayrağı altında özlərini
yeganə ziddiimperialist dövlət kimi qələmə verirlər.
iki qütblü dünyada heç bir müttəfiqə ehtiyac duymayan hakim ruhanilər
bu gün müttəfiq axtarır, Qərbə qarşı Şərqlə
ittifaqa girir. Qorbaçov yenidənqurmasının son illərində
Tehran Moskva arasında hərbi ittifaqın əsası
qoyuldu, təyyarə və sualtı gəmi almaq barədə
müqavilə imzalandı. 40 ildən artıq Amerika silahı ilə
silahlanan Iran ordusu Rusiya silahı ilə silahlanmağa
başladı.
Belovej
sazişindən sonra Iran Islam Respublikası
başçıları Orta Asiya və Qafqazda nüfuz dairəsi
axtarmağa başladılar. Azərbaycana təzyiq göstərmək,
Ermənistanla yaxın siyasi, iqtisadi və hərbi əlaqə
yaratmaq, Özbəkistan, Qazaxıstan və
Qırğızıstana yaxınlaşmaq Türkmənistanla
xüsusi əlaqə saxlamaq, Tacik müxalifətinin mövqeyini müdafiə
etmək Iran Islam Respublikasının Orta Asiya və Qafqaz siyasətinin
əsas xüsusiyyəti bundan ibarətdir.
Oktyabr
1993-ci ildən sonra rəsmi Rusiyanın Qərblə münasibətində
müəyyən dəyişiklik əmələ gəldi. Bu dəyişiklik
Qərbdən tam asılılıq siyasətindən, Qərbin,
xüsusilə Amerikanın dünya siyasətinə tənqidi
yanaşmaqdan ibarətdir.
Amerikanı
böyük şeytan adlandıran, Şərq və qərbə
meydan oxuyan Iran Islam Respublikası başçıları
Rusiyanın simasında yaxın dost və strateji müttəfiq
tapdılar. Yaxın Şərqdən tamamilə
uzağlaşdırılmış Rusiya bu məntəqəyə
çıxış yolu kimi Irandan istifadə etməyə
çalışır. Bu ölkə ilə hərbi və siyasi ittifaq
bağlayır. Iran mətbuatı Fars körfəzində
Rusiyanın hərbi raket bazası yaradılması
imkanını araşdırır. Iran ordusu tamamilə rus
silahi ilə silahlanır. Buşehzdə atom reaktorları
qurulur, Isfahanda, Tu-154 təyyarəsini mantaj edən zavod
tikilir. Bir sözlə Iran Rusiya əlaqələri genişlənir.
Bununla
yanaşı islam inqilabının bir başa, silahlı
müdaxilə yolu ilə ixracı mümkün olmadığı üçün müsəlman
ölkələrinin xüsusilə Fələstinin, Iraqın, Misirin,
Livanın, Əlcəzairin hakim dairələrinə
qarşı mübarizə aparan qüvvələrə yardım göstərilir.
Mövcud rejimin xaricdə yaşamağa məcbur olan əleyhdarları
da terror əməliyytalarından yaxa qurtara bilmirlər. Iran
Islam Respublikasının Yaxın Şərq və Şimali
Afrika dövlətləri ilə münasibətləri
qeyri-normaldır, bu münasibətlər bəzən gərgin hal
alır. Israil Fələstin münasibətləri nizama
salınmağa başladıqdan sonra Suriya Israil müzakirələrinə
qarşı Iran mətbuatı kəskin mövqe tutur. Suriya
Israil müzakirələri Amerikada, Bill Klintonun nəzarəti
altında aparılır, saziş imzaladıqdan sonra Iranı
demək olar ki, Rusiya, Ermənistan, Türkmənistandan başqa
yaxın dostu və strateji mütəfiqi yoxdur.
Iraqdan
sonra Iranın növbəsidir siyasəti tam
çılpaqlığı ilə özünü göstərir. Amerika Irana
strateji mallar satılması üzərində qadağan qoymuş,
Amerika şirkətlərinin Irandan Neft almasını
dayandırmış, KONOKO Amerika neft şirkəti ilə Iran
arasında bağlanan 1 milyard dollarlığ müqaviləni ləğv
etmiş, Amerika konqresi Iranla iqtisadi əlaqə saxlayan şirkətlərin
Amerika tərəfindən baykot edilməsi haqda qərar qəbul
etmiş və nəhayət, Iran hakim dairələrinə
qarşı müxalifət mövqeyində duran qüvvələrə
maliyyə yardım göstərmək üçün 20 milyon doLlar məbləğində
pul ayırmışdır.
Iran
məclisi Amerikanın Iran əleyhinə yertidiyi bu siyasətə
qarşı əks tədbir planı hazırlayır. 1375-ci
il (1996) büdcəsində bunun üçün 25 milyard rial (6 mil. Dollar)
maliyyə vəsaiti ayrılır. Amerika Iran arasında
şiddətlənən soyuq müharibə Iran xalqlarına daha
baha başa gəlir. Əhalinin mütləq əksəriyyəti
iqtisadi, siyasi və mənəvi məhrumiyyətlə üzləşməli
olurlar.
Kuba
respublikası 30 il Amerika hərbi və iqtisadi mühasirəsində
qaldı. Lakin o vaxt Sovet Ittifaqı Kubanın yaxın müttəfiqi
kimi ona iqtisadi və hərbi yardım göstərdi. Bu da
Amerikanın iqtisadi və hərbi blokadasının təsirini
azaltdı, Kuba öz varlığını qoruyub saxlaya bildi.
Sovet Ittifaqı dağıldıqdan sonra Kuba iqtisadiyyatı
iflic halına düşsədə o, müəyyən məqsəd
və ideolji hədəf uğrunda mübarizə
apardığı üçün dünya ictimaiyyəti ilə, xüsusilə
indiki dünyanın reallığı ilə hesablaşan dövlətlərlə
əlaqəyə girdi, Rusiya isə keçmiş siyasətindən
əl çəkdi. Kuba ilə qırılmış əlaqələri
bərpa etmədi. Iran Kubadan fərqli olaraq islam
ideyalarını yaymaq naminə bir çox ölkələrlə,
ilk növbədə Amerika ilə qarşı-qarşıya durur.
Onu da qeyd edək ki, Amerikanın, üçüncü dünya ölkələrinin,
o cümlədən Iranın daxili işlərinə
qarışması beynəlxalq hüquq normalarına zidd hərəkətdir,
dünya ictimaiyyəti tərəfindən pislənməlidir.
Iranın demokratikləşdirilməsi daha artıq zərurət
kəsb edir. Eyni zamanda Iranın mövcud rejiminin, geniş ictimai
bazası olmayan bu ziddi demokratik və milli rejimlə əvəz
edilməsi daha artıq zərurət kəsb edir.
Bugünkü
Iran hansı inkişaf yolunu seçməlidir?
Sosializm
ictimai bir quruluş kimi dünya əhalisinin üçtə birini əhatə
edirdi. Hakimiyyət varlı siniflərdən yoxsul siniflərə
müntəqil olmuş, ölkənin yeraltı və yerüstü sərvəti
xalqın mülkiyyətinə verilmişdir. Iqtisadiyyat plan əsasında
qurulur, milli gəlir təkrar istehsala ictimai və əmək
haqqı fonduna bölüşdürülürdü. Bununla da tam məşqulluq təmin
olur, iqtisadiyyat və mədəniyyəti idarə edən yüksək
ihtisaslı kadr hazırlamaq üçün geniş təhsil müəssisələri,
əhalinin sağlamlığını qoruyan səhiyyə
şəbəkələri yaranır, sözün həqiqi mənasında
iqtisadi və ictimai demokratiya hakim mövqe tuturdu. Hər kəsdən
bacarığına, hər kəsə əməyinə görə
prinsipinə əsaslanan bu ictimai sistem Hər kəsdən və
hər kəsə ehtiyacına görə pay almaq prinsipinə əsaslanan
yüksək ictimai sistemə keçid dövründə iqtisadi demokratiya
siyasi demokratiya üzərinə kölqə saldı, bu da fərdi
aftoritar rejimin meydana gəlməsinə şərait
yaratdı. Sosializmin əleyhdarı da siyasi demokratiyanın
olması faktorundan bacarıqla istifadə etdilər, sosial bərabərliyə
əsaslanan ictimai sistemi dünya ictimaiyyəti
qarşısında etibardan salmağa çalışdılar. ən
nəhayət, son 40-50 il ərzisində Sovet Ittifaqına,
sonra isə sosializm birliyi ölkələrində hakim mövqe tutan
sosial qrup daxilində çürümə prosesi, ictimai sistemə və
siyasi hakimiyyətə qrup mənafeyi nöqteyi-nəzərdən
baxan bürokratlar meydana gəldi, bu sistemi xora kimi içəridən
yeməyə başladı. Həmin bürokratların əli ilə
formalaşıb geniş miqyas alan məxvi iqtisadiyyat sosializmin
ləğv edilməsini sürətləndirdi:
Keçmiş
sosialist ölkələrində hakimiyyəti ələ keçirən
bürokratik aparat, onların arxasında duran Qərbin inhisar
birlikləri və hakim dairələri sosializmin
dağılmasının səbəbini ictimai mülkiyyətin bu
ölkələrdə hakim mövqe tutması ilə izah edirlər.
Elə buna görə də ictimai mülkiyyətdən xüsusi mülkiyyətə
keçid, keçmiş sosialist ölkələrinin indiki hakim dairələrinin
iqtisadi siyasətinin əsasını təşkil edir.
Xüsusiləşdirmə
siyasəti daha geniş miqyas alır, üçüncü dünya ölkələrini,
sosializm istiqaməti seçən və dövlət mülkiyyətini əsas
götürən ölkələri əhatə edir. Iran sosialist istiqaməti
seçməyən antikommunist ölkələrdən biri olsa da ölkənin
iqtisadi potensialı əsas etibarı ilə dövlət mülkiyyətinə
əsaslanır. Bugünkü hakim dairələr 1979-cu il
inqilabının qələbə çaldığı ilk gündən
başlayaraq xüsusi mülkiyyətə əsaslanan müəssisələri,
zavod və fabriklər, bank sistemini milliləşdirdilər.
xüsusiləşdirilmə prosesi geniş miqyas aldığı
bir zaman Iranın hakim dairələri beynəlxalq valyuta fondu və
dünya bankının reseptləri əsasında dövlət mülkiyyətini
xüsusi mülkiyyətə çevirmək planını həyata keçirməyə
başladılar. Bu plan keçmiş sosialist ölkələrində
dərin iqtisadi və isyasi böhrana səbəb olduğu kimi
Iranda da iqtisadi böhranı dərinləşdirir, istehsal müəsisələrinin
tam gücü ilə işləməsi qarşısında maneçilik
törədir. Bank sistemi tam bürokratik əsaslar üzərində
qurulur. Daha dəqiq desək iqtisadiyyatın
liberallaşdırılması əvəzinə maaliyyə
sistemi idxal və ixracatı dövlət nəzarəti altına
düşür, bu da reformaların həyata keçirlməsini çətinləşdirir.
Bu siyasət təkcə zəhmətkeşləri deyil, ticarət
və sələmci sərmayəni də mövcud rejimdən
nazarı salır.
Iranın
daxili siyasi vəziyyəti.
Ölkə
şəriət qanunları əsasında idarə olunur.
Qanunverilicik, ucraedicilik və məhkəmə orqanlarına
ruhani alimlər başçılıq edirlər. Bu piramidaya dini rəhbər
(vilayəti-fəqiq) başçılıq edir. O, heç bir orqan
qarşısında hesabat vermir, özünü imamın nümayəndəsi
hesab edir, baş komandanlıq ona məxsusdur. Qanunvericilik
orqanı olan məclisin qəbul etdiyi qanun o zaman qüvvəyə
minir ki, nigəhban şurası (nəzarət şurası)
onu təsdiq etsin.
Ölkədə
siyasi və ictimai təşkilatların fəaliyyət göstərməsinə
icazə verilmir. Məclisə kecirilən seçkilərdə
iştirak etmək üçün, eləcə də prezident seçkilərində
iştirak etmək üçün irəli sürülən namizədlər
nigahban şurasının təsdiqinə verilir. Bu
şuranın təsdiq etdiyi namizədlərin adı səsvermə
bülleteninə daxil olur.
Məhkəmələr
şəriət qanunu əsasında aparılır. Məhkəmələr
bağlı qapı arxasında keçirilir. Müttəhimlər
şallaq vurmaq, daş-qalaq etmək, əl kəsmək kimi
cismani cəzaya məhkum olurlar. 16 ildirki, Irana hakim olan bu rejim
minlərlə insanı siyasi baxışına görə məhkəməyə
çəkir, ən ağır cəzalarla cəzalandırır.
Bir milyardlıq əhalisi olan müsəlman ölkələrindən
Iran yeganə ölkədir ki, dünyəvi qanunlara və beynəlxalq
hüquq normalarına məhəl qoymur, o, islam inqilabını
dünyaya yaymaq, Iran tipli dini dövlət qurmaq istəyir.
Xalq
kütləsi ilə hakimiyyət arasında ziddiyət şiddətlənir.
Bu ziddiyyət, eyni zamanda hakim dairələr arasında mövcud
olan cinahlararası ziddiyyətə də təsirsiz qalmır.
Iranda 170 min ruhani vardır. Onların bir çoxu hakimiyyət
sükanı arxasındadırlar, ölkəni istıdikləri kimi
idarəö edirlər. Digər bir qismi isə hakimiyyətdən
kənarda qalmış bitərəf mövqe tutur və yaxud
hadisələrə tənqidi mövqedən yanaşmaqla kifayətlənirlər.
Üçüncü cinah isə hər iki cinahdan fərqli olaraq daha radikal
mövqe tutur, islam inqilabının ixracını sürətləndirmək,
Iranla qarşı-qarşıya duran dövlətlərə
qarşı daha sərt siyasət yeritmək tərəfdarı
kimi çıxış edir. Bu cinahlar arası mübarizə məclis
seçkisində və növbəti prezident seçkiləri ərəfəsində
daha da şiddətləndi.
Ölkənin
iqtisadi və siyasi vəziyyəti ağırlaşır, əhalinin
narazılığı artır. Ziddi demokratik siyasətə
qarşı etiraz güclənir. Milli məntəqələrdə
aparılan ayrı-seçkilik siyasəti mövcud gərginliyi daha da
şiddətləndirir, ölkə partlayış mərhələsinə
çatır.
Belə
bir mərhələdə çıxış yolu nədən
ibarətdir?
Siyasi
azadlıq.
Dini
hakimiyyətdən dünyəvi hakimiyyətə keçmək.
Xalqın
iradəsini təmsil edən azad secki keçirmək.
Milli
Məclisin hüququnu məhdudlaşdıran Nigəhban
şurasını ləğv etmək.
Dövlətin
məclis qarşısında cavabdehliyini təmin etmək.
5.
Dini qanunlara əsasalanan məhkəmə sistemini ləğv
etmək, dünyəvi hüquqa əsaslanan məhkəmə sistemi
yartmaq.
Siyasi
azadlığın başlıca zamini olan siyasi təşkilatların
açıq fəaliyyətinə icazə vermək.
Mətbuat
azadlığını, yığıncaq və mitinq
azaldığını təmin etmək.
Iqtisadi
inkişaf.
1.
Sənayenin ölkə iqtisadiyyatı üçün həlledici rol oynayan sahələrini
dövlətin idarəsi və nəzarəti altında saxlamaq,
onun xarici sənaye məhsulları ilə rəqabətdə
üstünlüyünü təmin etmək.
2.
Ölkə iqtisadiyyatı üçün ikinci dərəcəli əhəmiyyəti
olan dövlət sənaye müəssisələrinin münasib şəraitlə
xüsusi bölməyə verilməsini təmin etmək. Xüsusi bölmədə
istehsala üstünlük vermək. Bunun üçün dövlət himayəçiliyini təmin
etmək.
3.
Sərmayənin ticarət və sələmçilik sahəsindən
istehsal sahəsinə yönəltmək.
4.
Kənd təsarufatında taxılçılığa,
heyvandarlığa, sənaye üçün xammal istehsalına diqqəti
artırmaq, ölkəni ərzaq məhsulları ilə təmin
etmək üçün, əkinçiliklə məşğul olan təşkilatlara
və ayrı-ayrı təsərufatçıya kredit vermək. Kənd
məntəqələrində əl sənayesini və emal sənayesini
genişləndirmək, gizli işsizliyi aradan qaldırmaq,
bununla da kəndlilərin şəhərə axının
qarşısını almaq.
Milli
məsələ.
Dövlət
quruluşunda əsaslı islahat aparmaq.
Totalitar-
unitar idarə sistemini ləğv etmək.
Milli
məntəqələrdə daxili muxtariyyətə əsaslanan
milli hakimiyyət strukturu yaratmaq.
Qeyri-milli
məntəqələrdə isə özünüidarə sistemi
yaratmaq.
Unitar
dövlət sistemindən federal dövlət sisteminə keçmək.
Xarici
siyasət.
Böyük
dövlətçilik ambisiyasına əsaslanan siyasətə son
qoymaq.
Qonşu
dövlətlərlə normal, yaxın qonşuluq münasibəti bərqərar
etmək.
3.
Dini mənsubiyyətindən və siyasi quruluşundan
asılı olmayaraq dünyanın bütün ölkələri ilə beynəlxalq
hüquq normasına əsaslanan əlaqə yaratmaq.
4.
Iran xammal ixrac edən ölkədir. Onun ixracatının
başlıca rəqəmini xam neft təşkil edir. Buna görə
də Iranın Avropa və Amerika ilə normal siyasi və
iqtisadi əlaqəsini bərpa etmək.
5.
Amerika dünya imperiyasının başında durur. Kollektiv
imperiya adlandırdığımız Qərbi Avropa və
Şimali Amerika dövlətləri dünya sənayəsinin xammalla təmin
edilməsi işini öz əllərində mərkəzləşdirmişlər.
Bir neçə əsr bundan əvvəl formalaşmış və
bu gün özünün ən yüksək mərhələsinə
çatmış bu iş bölgüsünü dağıtmaq, yeni iqtisadi münasibətlər
yaratmaq, gömrük himayəçiliyinə əsaslanan milli bazar yaratmaq nə
siyasi, nə də iqtisadi cəhətdən mümkündür. Dünya sənayəsinin
mərkəzi 700 milyonluq əhalisi olan Qərbi Avropa və
Şimali Amerikadadır. 4 milyarddan artıq əhalisi olan üçüncü
dünya bu sənaye mərkəzini xammalla təmin etməli, bu mərkəz
satış bazarı rolunu oynamalıdır. Mövcud vəziyyətin
dəyişilməsi mümkün olmadığı üçün dünya
imperiyasının yırtıcılıq ambisiyasını
azaltmaq məqsədilə sənaye ölkələri ilə
xammal istehsal edən ölkələr arasında normal münasibət
yaradılmasına nail olmaq.
Iran
Yaxın Şərq məntəqəsinin böyük dövlətlərindən
biridir. O, dünyanın bugünkü reallıqlarını dərk etməli,
bütün ölkələrlə, o cümlədən Qərblə normal
siyasi və iqtisadi əlaqəyə girməlidir.
Bugünkü
böhrandan çıxış üçün optimal yol da bundan ibarətdir.
Mühacir qəzeti iyul
1996-cı il.
Ə. Lahrudi.
XX
əsr Şərqin oyanması əsridir. Azad yaşamaq
uğrunda mübarizə, biganələrin hökmranlığına
son quyulması uğrunda mübarizə əsridir. 21 Azər
özbaşınalığa və yarımmüstəmləkəçiliyə
qarşı çıxan xalq hərəkatında özünəməxsus
yer tutur.
21 Azərin 1-ci xüsusiyyəti
21
Azər Iran tarixində ilk dəfə milli məsələni
gündəliyə çıxartdı. Milli dil və milli mədəniyyət
21 Azərin tələblərinin mərkəzində
dayandı. Milli məsələnin irəli sürülməsi tarixi zərurətdən
doğurdu. Iran çoxmillətli ölkədir. Azərbaycan Iranda
yaşayan xalqlar və milli əqəliyyətlər içərisində
həm ərazi, həm də əhali cəhətdən 2-ci
yerdə durur. Azərbaycanlıların dili türk dilidir. Bu dilin
Iranda yaşayan başqa xalqların dilləri ilə qohumluq və
irqi əlaqəsi yoxdur. Azərbaycan xalqının özünəməxsus
mədəniyyəti, bununla əlaqədar özünəməxsus
psixologiyası vardır. Bu xüsusiyyətlər 21 Azər hərəkatını
Iranda baş verən inqilabi hərəkatlardan fərqləndirir.
21 Azərin 2-ci xüsusiyyəti
Iranda
yaşayan xalqlar əsrlər boyu birgə həyat sürmüş,
Şərq mədəniyyətinin inkişafında, ölkəni
xarici hücümlardan qorunmasında birgə hərəkat etmişlər.
Bu tarixi ənənəyə sadiq qalan 21 Azər hərəkatı
Azərbaycan xalqının istəklərini Iranda yaşayan
bütün xalqların istəkləri ilə birləşdirdi, təyini-müqəddərat
hüququnu ayrılmaq hüququndan ayırdı, vahid ölkə daxilində
muxtariyyət tələbi ilə kifayətləndi.
21
Azərin 3-cü xüsusiyəti.
21
Azər hərəkatı özünün ictimai məzmununa görə
Iranda baş verən bütün inqilabi hərəkatlardan fərqlənir.
Torpaq məsələsinin kəndlilərin xeyrinə həll
edilməsi Iranda tarixi ilk hadisə idi. Dövlət torpaqları,
Azərbaycana qarşı çıxan feodalların torpaqları
pulsuz olaraq kəndlilər arasında bölüşdürüldü. Kəndli
və mülkədar münasibətləri qanun çərçivəsində
nizama salındı. Kərxanalar və emalatxanalar dövlət
himayəsinə alındı. Azərbaycan dili rəsmi dövlət
dili elan oldu. Milli radio, milli teatr və milli fiıarmoniya
yarandı. Ilk Milli Universtitet açıldı. Azərbaycan
qadını ilk dəfə seçib-seçilmək hüququ aldı. Bütün
bu ictimai və iqtisadi dəyişiklər ona görə özünəməxsus
xüsusiyət daşıyır ki, Iranda baş verən bütün
inqilabi hərəkatlar belə bir radikal məzmun kəsb etməmişdir.
21
Azər 4-cü xüsusiyyəti.
Iranda
baş verən ictimai və siyasi dəyişikliklər üçün
obyektiv amil var idi. Antihitlər qüvvələrin Iranda olması
bu dəyişiklikliyin sürətlənməsində təkan
verici rol oynadı. Lakin bu rolun ikili xüsusiyyəti var idi. Bu isə
21 Azərin həm qələbəsində, həm də məğlubiyyətində
özünü göstərdi. Elə buna görə də 21 Azərin qiymətləndirilməsi
ikili xüsusiyyət daşıyır. 21 Azər hərəkatının
tərəfdarları antihitler qüvvələrin demokratik dəyişikliklərdə
rolunu qəbul edirdilər. Sovetlərin 21 Azər hərəkatının
qələbəsindəki rolu üzərindən sükutla keçirlər
və yaxud onu lazımınca qiymətləndirmirlər. 21 Azərin
qəti əlihidarları isə bu hərəkatın milli və
mütərəqqi məzmununu inkar etmək məqsədilə hərəkatın
qələbəsində sovetlərin rolunu şişirdirlər.
21 Azər hərəkatı ilə əlaqədar bu ifrat
düşüncələrə baxmayaraq müttəfiqlərin Iranda
olması, xüsusilə Sovet Ordusnun Azərbaycanda yerləşməsi
21 Azər hərəkatının qələbisini
asanlaşdırdı. 21 Azəri başqa hərəkatlardan fərqləndirən
xüsusiyyət də bundan ibarət idi. Başqa sözlə desək,
21 Azər zamanın məhsulu, dövrün övladı, Hitlerizmə
qarşı azadlıq müharibəsinin qanunauyğunun nəticəsi,
dünya miqyaslı qurtuluş hərəkatlarının
başlanğıcı idi. Diktatorluğun
dağılmasında və demokratiyanın Azərbaycanda qələbə
çalmasında müttəfiqlərin rolu bu baxımdan qiymətləndirilməlidr.
Eyni
zamnda müttəfiqlərin müharibədən sonrakı rolu mənfi
oldu. Bunun nəticəsində 21 Azər hərəkatı
boğuldu. Müharibə illərində əldə edilən
demokratiyaya son qoyuldu.
Azərbaycan
21 Azərdən sonra.
Deyirlər
Azərbaycan Iranın başıdır. Azərbaycan
azadlıq beşiyidir. Bu inkaredilməz həqiqətdir. Səfəvi
şahları Azərbaycandan qalxdılar.
Dağılmış və parçalanmış ölkəni birləşdirdiər.
ərəb istilasından sonra mərkəzləşmiş
hökumətin əsasını qoydular.
Qacar
sülaləsinin son illərində yerə düşmüş
azadlıq bayrağını Azərbaycan yenidən
ucaltdı. Avropasayağı demokratiyanı Azərbaycan ehya
etdi. Məşrutə hərəkatının yenidən
canlanması Təbriz hərəkatı və Səttarxan
adı ilə bağlandı.
21
Azər hərəkatı özünün ictimai məzmunu ilə Təbriz
hərəkatının başqa şəraitdə və
başqa bir dövrdə təkrarı idi. Elə buna görə də
Pişəvərinin adı Səttarxan və Bağırxan
kimi adlı-sanlı sərkərdələrin adı ilə
Iran xalqlarının azadlıq hərəkatı tarixinə həkk
olunmuşdur. Həm Təbriz hərəkatı, həm 21 Azər
hərəkatı, həm Səttarxan, həm də Pişəvəri
oxşar taleyə malik olmuşlar. Irtica Təbriz hərəkatını
ləğv etdi, Səttarxanı Azərbaycandan
çıxartdı, Tehranda aradan apardı. Tarix 25 il sonra təkrar
oldu. Yenə də irtica və onun xarici himayəçisi 21 Azər
hərəkatını boğdu. Pişəvərini Azərbaycandan
çıxartdı. Pişəvəri də Səttarxan kimi aradan
getdi.
Iran
tarixi, xüsusilə Iranın müasir tarixi ibrətamiz tarixdir. Mürtəce
qüvvələr tufan qarşısında əyilir, tufan keçdikdən
sonra düzəlir, öz əleyhidarlarını rəhmsiz bir şəkildə
aradan aparır, özünü qorumaq üçün müvəqqəti də olsa təminat
yaradır. Bunun üçün bir neçə amil mövcuddur. Onlardan biri və ən
başlıcası zor işlətməkdən, digəri isə
milli qüvələr daxilində təfriqə yaratmaqdan ibarətdir.
Biz 2-ci amil üzərində dayanırıq.
Birlik,
yoxsa ayrılıq?
Iran
çoxmillətli ölkədir. Burada bir çox xalqlar və milli əqəliyyətlər
yaşayır. Onlar müxtəlif mənafeyə malikdirlər.
milli və sinfi mənafe onlardan ən
başlıcasıdır.
Millət
tarixi kateqoriyadır. O, milli bazarın meydana gəlməsi ilə
yaranır. Milli dövlətin yaranması ilə formalaşır
və təkmilləşir. Vahid dilə, vahid ənənəyə
malik olan millətin yaşadığı ölkədə milli məsələ
ortaya çıxmır. Milli məsələ çoxmillətli öləkdə
ortaya çıxır. Çoxmillətli öləklər iki qrupa
inkişaf etmiş və geridə qalmış ölkələr
qrupuna bölünür. Birinci, Avropa, ikinci isə Asiya ölkələridir.
Sənaye cəhətcə inkişaf etmiş Avropa ölkələrində
milli məsələ əasən həll edilmişdir. Isveçrədə
və Belçikada milli birlik milli ayrılığa üstün gəlmişdir.
Vaxtilə gün çıxandan gün batana qədər hakim olan Böyük
Britaniya imperiyası da bu gün bu həqiqətləri başa
düşür və onu dərk edir. Öz ata evində daxili muxtariyyət
tələb edən Şotlandiyalı və Uelsli
qardaşlarının tələbini qəbul edir. bu tələb
qarşısında zor işlətməkdən istifadə
etmir. Ümumi səsvermə yolu ilə irəli sürülən xalq istəyinə
hörmətlə yanaşır, səsvermənin nəticəsinə
qeyd-şərtsiz tabe olur.
Kanada
hələ də Britaniya imperiyasının bayrağı
altında yaşayır. Lakin burada da ümumi səsvermə milli
məsələnin həllində əsas rol oynayır. Təyini-müqəddərat
hüququ məsələsi səsvermə məntəqələrində
həll olunur. Şotlandiyada muxtariyyət tələbi yerinə
yetirildi. Kanadada isə fransız dilli əhali səs yolu ilə
müstəqil Kevebek dövləti yaradılması tələbini rədd
elədi. Ayrılıq tələbinə birlik tələbi
üstün gəldi. Beləliklə, inkişaf etmiş sənaye ölkələrində
milli məsələni azad nikah və azad təlaqla müqayisə
etmək olar. Baxmayaraq ki, hər ikisi ürəkaçan və sevinc gətirən
hal deyildir.
Asiyada milli məsələ
Avropa
ilə müqayisədə Asiyanın özünəməxsus xüsusiyyətləri
var. Asiya iqtisadi cəhətdən geridə qalmış qitədir.
Bu qitədə mövcud olan ölkələrin iqtisadi inkişafı
müxtəlif səviyyədədir. Asiya qitəsi ölkələrinin
bir çoxunda milli bazar və milli dövlət, XVIII və XIX əsr
Avropasından fərqlənir. Buna görə də Asiyanın bir
çox ölkələrində milli məsələ kəskin şəkil
almır.
XX
əsr Asiyanın müstəmləkə əsarətindən
azad olması və müstəqil dövlətlər təşkil etməsi
əsridir. Asiyada milli məsələnin özünəməxsusluğu
da bundan əmələ gəlir.
XX
əsrin ikinci yarısında həm Asiyada, həm də Afrkada
müstəqil dövlətlər yarandı. Lakin bu dövlətlər
iqtisadi müstəqilliyə, bununla da milli sərmayə və
milli bazar yaratmağa və nəhayət milli iqtisadiyyatın
inkişafına nail ola bilmədilər. Milli hakimiyyət milli
qüvvələrin hakimiyyətə gəlməsi ilə bir çox
obyektiv və subyektiv çətinliklərlə üzləşir.
Iqtisadi gerilik, kütlənin siyasi səviyyəsinin
aşağı olması, müxtəlif xalqlar və müxtəlif
dillərdə danışan tayfaların vahid ərazidə
yaşaması, obyektiv çətinlikdir. Cəmiyyətin varlı
siniflərinin mənafeyinin əsas götürülməsi xalq kütləsinin
siyasətdən uzaq saxlaması, milli qüvvələr daxilində
çəkişmə, ictimai və siyasi məsələlərlə
əlaqədar fikir müxtəlifliyi subyektiv çətinliklərdən
ibarətdir. Müstəmləkə əsarətindən
qurtarmış ölkələrin qarşısında bu amillər
durur. Asiyanın çoxmillətli ölkələrində milli məsələnin
həllini çətinləşdirən də bu amillərdir.
Bütün
bu çətinliklərə baxmayaraq çoxmillətli Asiya ölkələri
iki əsas məsələni həll etmədən milli
azadlığa nail ola bilməzlər. Onlardan biri iqtisadi
inkişafı təmin edə bilən siyasi istiqlala nail
olmaqdan, ikincisi isə demokratik azadlıqların təmin edilməsi
üçün çoxmillətli ölkələrdə yaşayan xalqların
milli hüquqlarının tanınmasından ibarətdir.
Iran,
Türkiyə və Çin Asiyada müstəmləkəyə çevrilməmiş
yeganə ölkə idi. Iran özünün coğrafi mövqeyinə görə
iki böyük müstəmləkəçi dövlət arasında bufer (sipər)
rolu oynadığına görə tam müstəmləkəyə
çevrilmədi. Asılılıqdan qurtarmaq, həqiqi istiqlala
nail olmaq Iran üçün həyati əhəmiyyət kəsb edən məsələ
idi. 21 Azər hərəkatı bu sahədə ilk addım,
Müsəddiq hərəkatı ikinci addım, Xomeyni hərəkatı
isə üçüncü addım idi.
Hər
üçhərəkatın başlıca tələbi (azadlıq,
istiqlaliyyət və milli muxtariyyət) yerinə yetirilmədi.
Birinci hərəkatı Şah qoşunları boğdu. Ikinci
hərəkat dövlət çevrilişi ilə ləğv edildi,
üçüncü hərəkat isə metomorfozaya məruz qaldı, mütərəqqi
və demokratik məzmununu əldən verdi.
Milli
və demokratik qüvvələr daxilində müstəqillik və təyini
müqəddərat məsələsi ilə əlaqədar fikir
birliyi yoxdur. Nə üçün? Ona görə ki, indiyə qədər
ictimai və iqtisadi gerilik zənciri qırılmamış,
iqtisadiyyat elə bir inkişaf mərhələsinə
çatmamışdır ki, təyini-müqəddərat hüququ ilə
əlaqədar fanatik düşüncələrə son qoyulsun.
Ictimai şüurun aşağı səviyyədə olması
imkan vermir ki, milli məsələyə baxış
inkişaf etmiş Avropa ölkələri, o cümlədən Kanada
səviyyəsinə qalxsın, məsələnin həllində
milli eqoizmə, sağ və sol radikalizmə yol verilməsin.
Ağayi
Pişəvəri, sən türk dili məsələsini ortaya
atmasaydın, sənin adın tarixdə Səttərxanın
adı ilə bir yerdə həkk olardı. Tehran qəzetləri
o zaman Azərbaycan məsələsini belə başa
düşürdülər. Ifratçılıq şüur səviyyəsinin
geridə qalmasından irəli gəlirmi? Geridə
qalmış cəmiyyətdə hər şey mütləqdir,
inkar da mütləqdir, təsdiqdə mütləqdir. Geridə
qalmış ölkə üçün orta yol yoxdur.
Azərbaycan
bühranının (1945-46) şiddətləndiyi bir zaman müttəfiqlərin
xarici işlər nazirlərinin Moskva konfransında Ingiltərənin
xarici işlər naziri Iran məsələlərinə baxmaq
üçün üçtərəfli komissiya yaradılmasını təklif
etdi. Kommisiya Iranda əyalət və vilayət əncümənlərinin
təşkil edilməsi, fars dili ilə yanaşı türk, ərəb,
və kürd dillərinin rəsmiyyət tapması məsələsini
həll etməli idi. Lakin Tehranın saray qəzetləri dil məsələsinə
başqa cür yanaşdılar. Ittilaat qəzeti yazırdı:
Azərbaycanlı fars dilinin düşməni deyil, o, fars dilini və
fars ədəbiyyatını ariyət (kənardan gətirilmiş)
türk dilindən çox istəyir (Qaileyi Azərbaycan kitabı, səh.
367).
Dil
məsələsinə iki bir-birinə zidd mövqedən
yanaşmaq (Avropa və Asiya) göstərir ki, Iran Avropa ilə
müqayisədə nə qədər geridə qalır. Baxmayaraq
ki, biz özümüzü hamıdan mədəni sayırıq.
Asiya
qitəsində 3 milyarddan artıq əhali yaşayır.
Yaponiya və Koreyanı çıxmaqla, Asiya ölkələrinin
hamısı çoxmillətli ölkədir lakin bu ölkələrin heç
birində milli şüur səviyyəsi Avropa ölkələrində
milli məsələ ilə əlaqədar şüur səviyyəsində
deyildir. 20 ildir ki, Əfqanıstanda vətəndaş müharibəsi
gedir. Bu müharibədə dil məsələsi bu və ya digər
millətin müstəqillilik və ya muxtariyyət məsələsi
(Pəştunların, özbəklərin və taciklərin milli
tələbləri) ortaya çıxmamışdır. Çünki Əfqanıstanda
yaşayan əhali dərəbəylik dövrünün qanunları ilə
yaşayırlar. Xarici dövlətlərin təhriki ilə onlar
bir-birini qırır və aradan aparırlar.
50
ildən artıqdır ki, kürdlər vahid və müstəqil
Kürdüstan uğrunda silahlı mübarizə aparırlar. Bu
döyüşlərə həm dünyanın böyük dövlətləri, həm
də məntəqə dövlətləri (Iran, Türkiyə, Iraq)
müdaxilə edirlər. Bu dövlətlər öz mənafelərini
üstün tutan tayfa başçılarına təsir göstərirlər.
beləliklə, XX əsrin ikinci yarısında gündəliyə
çıxan milli məsələ (XVIII və XIX əsrdə)
Avropada meydana çıxan milli məsələ ilə müqayisə
edilməzdir.
Asiyada
millət tarixi kateqoriya kimi formalaşmamışdır.
Geridə
qalmış ölkənin savadsız və azsavadlı əhalisi
öz müqəddəratını təyin etmək məsələsində
şüurlu rol oynaya bilməz.
Bir
milyarda yaxın əhalisi olan Hindistan yarımqitəsində
milli və dini çəkişmə arası kəsilmədən
davam edir. Hindistan böyük bir ölkə kimi dini əlamət üzrə
parçalandı. Hind, Pakistan və Banqladeş adı altında üç
dövlət yarandı. Lakin hələ də dini münaqişələr
və tayfa çəkişmələri davam edir.
Iranda
milli məsələ.
Iran
üç böyük qitənin qovuşacağında yerləşir. Asiya və
Avropa mədəniyyəti burada üz-üzə gəlir. Hər iki mədəniyyətin
qarşı-qarşıya durması onların dinc
yanaşı yaşamasına mane olmur. Milli məsələ
ikili xarakter daşıyan bu mədəniyyətdən təsirlənir.
Siyasi və iqtisadi asılılığa qarşı
çıxan xalqların birliyini möhkəmləndirir. Hakimiyyətin
təmərgüzləşməsi milli əqəliyyətlərin
dil və mədəniyyətinin inkar edilməsi, həmin xalqların
birliyini zəiflədir.
21
Azər hərəkatı (1945-46) ikili xarakter daşıyan bu
ziddiyətlərin həll edilməsinin
başlanğıcı idi.
O
zamankı mədəni Avropa mürtəce qüvvələrin
arxasında dayandı, milli və demokratik xarakter
daşıyan 21 Azər hərəkatını boğdu.
Yeniliyə can atan qüvvələr səhnədən
çıxarıldı. Bu tarixi faciədən yarım əsr
keçir. Mədəni Avropa bu gün yeni taktika ilə meydana gəlir.
O, Sovet Ittifaqını darmadağın etdi. Balkan
yarımadasını qanlı müharibə meydanına çevirdi.
Indi Asiya ölkələrinin, o cümlədən Iranın növbəsidir.
Iranın
son yüz illik tarixi bir daha göstərdi ki, bir millətin taleyi
başqa bir millətin taleyi ilə bağlıdır. Elə
buna görə də hər bir xalqın azadlığı
başqa xalqların azadlığının zaminidir. Eyni
zamanda Iranda yaşayan xalqların azadlığı həmin
xalqların tək-təkinin azadlığı ilə
bağlıdır. Bu həqiqəti dərk etmək çətindir.
Ona görə ki, Iran geridə qalmış ölkələr
sırasındadır. Çətindir ona görə ki, geridə
qalmış ölkələrin savadlı vətəndaşları
təxəyyül aləmində yaşayır, həyatı
utopik baxışlarla seyr edir. Çətindir ona görə ki, xalq
kütləsi boğuculuq şəraitində təşəkküldən
və həqiqi rəhbərlikdən məhrum olur. Çox vaxt
aldanmış insan yığımına çevrilir, düşünmədən
siyasi oyunbazların toruna düşür.
Bu
inkaredilməz həqiqətləri nəzərə alaraq belə
bir qənayətə gəlmək olur ki, bir məntəqədə
milli azadlığa nail olmaq bütün ölkə miqyasında
azadlığa nail olmaqdan daha çətindir. Bunun əsas səbəbi
isə yuxarıda deyildiyi kimi iqtisadi gerilik, bununla əlaqədar
ictimai gerilikdir.
Mühacir qəzeti dekabr
1997-ci il.
Ə. Lahrudi.
Bəşər
öz inkişaf prosesində əsrləri, bəlkə də çox
minillikləri arxada buraxmışdır. Insan ictimai
varlıqdır. Insan ön ibtidai mərhələdən həyatın
ən ali mərhələsinə qədər uzun və
eniş-yoxuşlu yol keçmişdir. Onların arasında mövcud
olan münasibət hissiyyata əsaslanan münasibət idi. Inkişaf
və təkamül prosesində insan həyatının
forması və məzmunu dəyişildi. Hissiyyata əsaslanan
əlaqə öz üstünlüyünü əldən verdi. Tək-tək
adamların sərvəti ilə ölçülən maddi əlaqələr
üstünlük qazandı, cəmiyyət iki bir birinə zidd qütblərə
parçalandı, ictimai toqquşma dərinləşdi,
çıxış yolu bağlandı. Dağıdıcı
müharibələr və qanlı inqilablar bu
qarşıdurmanı aradan qaldıra bilmədi.
Böyük
Rus inqilabi insanlar arasında mövcud olan ziddiyyəti aradan
qaldırmaq üçün ilk təcrübə idi. Bu inqilab qütbləşməni
aradan apardı. Maddi amilin mənəvi amillə dəyişilməsi
üçün zəmin hazırladı. Mənəvi amil ön sıraya
çıxdı, bərabərlik prinsip kimi qəbul edildi. mənəviyyata
əsaslanan cəmiyyət qurulmasının əsası
qoyuldu. Insan başa düşdü ki, siniflərarası
ayrıseçkilik aradan qalxmaqla çəkişməyə və
düşmənçiliyə son qoymaq olar. Bu cəmiyyətin ömrü
qısa oldu. Lakin bu o mənada deyildir ki, bu tarixi təcrübə
insan təbiətinə uyğun olmayan təcrübədir. Əksinə,
bu tarixi təcrübə mənəvi münasibətlər üçün maddi
baza yaratdı. Elə buna görə də yeni cəmiyyət hərbi
təcavüzə, siyasi və iqtisadi blokadaya məruz qaldı.
Ideoloji mübarizə elə bir mərhələyə çatdı
ki, bu cəmiyyətin vətəndaşları kommunizmin qulu adlandırıldı.
Qul
kimdir? Insan hüquqlarından məhrum olan şəxsə qul
deyilir.
Qul
satış bazarına çıxarılır. Qul işləyir, əmək
haqqı almayır. Qul ailə qurmaq hüququna malik deyil. Qul sahibi
öz qulunu öldürdükdə heç kim onu cəzalandırmır.
Quldarlıq cəmiyyətində insanlar arasında münasibət
bu formada nizamlanırdı. Lakin həyat yerindən
addımlamır, hərəkət edir və kamilləşir
Quldarlıq sistemi təkamül və hərəkət nəticəsində
dağıldı, insanlar arası münasibət başqa forma
aldı. Iqtisadiyyat nizamlayıcı amilə çevrildi. Zərurət
amili öz yerini azadlıq amilinə verdi. Azad münasibət həlledici
rol oynadı. Başqa sözlə desək, azad insan qul insanın
yerini tutdu, məcburi iş qanunla qadağan edildi. Insan qanun çərçivəsində
yaşamaq haqqı qazandı. Öz taleyinə sahib oldu. Insan belə
bir məqama çatmaq üçün uzun və eniş-yoxuşlu yol
keçmişdir.
Həyat
üçün lazım olan vəsait başlıca məqsəd kimi təkamülün
əsasını qoyur. Quldarlıq dövründən azadlıq dövrünə
qədər keçən yol qütbləşmə ilə nəticələnmişdir.
Insanlar həyat vəsaiti əldə etmək üçün hamı birgə
hərəkət edirdilər. hər adam əldə edilən
vəsaitdən müəyyən miqdar pay alır. Quldarlıq
dövründə qulun payı ona verilən qida maddəsi idi. Qalan vəsait
qul sahibinə çatırdı. Sonraki mərhələlərdə
pay bölgüsü müxtəlif şəkil aldı. Elə bir mərhələ
gəlib çatdı ki, bir qütbdə əmək sərf edən
insanlar, digər qütbdə isə əmək sərf etmədən
sərvət sahibi olan insanlar dayandı. Quldar qulu yedizdirirdi
ki, onu işlətsin. Torpaq sahibləri yarımqul, yarımazad
insanları işlətmək üçün ona bir tikə torpaq verirdilər
ki, o özü üçün yaşayış vəsaiti əldə etməklə
yanaşı torpaq sahibinə işləsin. Bu prosesdə də
iş məcburi xarakter daşıyırdı. Sonrakı mərhələlərdə
məcburi iş azad iş ilə əvəz edildi. Sərmayə
fərdi azadlığı təmin elədi elə bir imkan
yarandı ki, insan həyat vəsaiti əldə etmək üçün
azad olsun. Azad vətəndaş iş yeri, yaşayış
yeri, həyat tərzi seçməkdə fiziki təzyiqə məruz
qalmır. Lakin münasibətlər elə bir formada
nizamlanmışdır ki, həyat vasitəsi cəmiyyət
üzvləri arasında bərabər şəkildə bölünmür.
Böyük insan kütləsi iş axtarmaq üçü özünü ora-bura vurur. Başqa
bir qrup insan heç bir çətinlik çəkmədən sərvət
sahibi olur. Bütün bunların nəticəsidir ki, cəmiyyət
varlı və ya yoxsullara parçalanır. Öləkənin sərvəti
bütün vətəndaşların müştərək əməyinin
məhsuludur. Elə bir mexanizm yaranmışdır ki, azad vətandaş
müştərək işin məhsulunun bərabər şəkildə
bölünməsinə, hətta nisbi şəkildə bölünməsinə
nail ola bilmir. Cəmiyyətin varlıya və ya yoxsula
parçalanması da bu qeyri-bərəbəliyin nəticəsidir.
Bu qeyri- bərabərlik inkişaf etmiş ölkələrin azad
vətəndaşları üçün az-çox dözümlü, geridə
qalmış ölkələrdə isə dözülməzdir. Ailənin
maaşını təmin etmək hər bir azad vətəndaşın
şəxsi işidir. O, azaddır, işləyə də bilər,
öz maaşını təmin edə də bilər, sərvət
toplaya da bilər, varlı vətəndaşlar sırasına
qoşula da bilər. lakin azad cəmiyyətdə sərvət
əldə etmək şansı ancaq kiçik bir qrup üçün mümkündür.
Azad vətəndaşların mütləq əksəriyyəti
inkişaf etmiş sənaye ölkələrində də sərvət
toplaya bilmir. Varlılardan muzd alır, onlara qulluq edir. lakin
muzdur vətəndaş iş növünü seçmək üçün azaddır.
Lakin ürəyi istədiyi işi tapmaq üçün azad deyildir. Çünki
iş yerini açan və iş yerini müəyyənləşdirən
sərvət sahibidir. Sərvətsiz vətəndaşların
sərvəti isə onun iş qüvvəsidir. O, öz iş qüvvəsini
iş bazarında satmaqda azaddır, sərvət sahibi də
işçi qüvvəsini əmtəə kimi almaqda azaddır.
Əmək
bazarı azad vətəndaş üçün ölüm-dirim əhəmiyyətinə
malikdir. Onun varlığı bazarla bağlıdır.
Hal-hazırda inkişaf etmiş sənaya ölkələrində
fəal işçi qüvvəsinin 12 faizi işsizdir. Işsizlərin
mütləq rəqəmi təkcə Almaniyada 4, 5 milyon nəfərdir.
Geridə
qalmış ölkələrdə də vətəndaş sərbəsdir.
Bu ölkələrdə də vətəndaşlar varlılara və
kasıblara parçalanmışlar. Lakin geridə qalmış ölkələrdə
məşğulluq məsələsi inkişaf etmiş ölkələrədən
daha da çətindir. Açıq və gizli işsizliyə işçi
qüvvəsinin böyük bir qruppunu əhatə edir. Çünki təklif tələbdən
çoxdur. Belə olduqda hər bir insan özü-özündən soruşa bilər.
Qul kimdir və quldarlıq nədir? Birinci sual yuxarəda izah
edildi. Çalışaq ikinci sualı da izah edək.
Quldarlıq
ictimai sistem kimi təkamül prosesində aradan
qaldırıldı. Açıq cəmiyyət, azad vətəndaş
cəmiyyəti yaradılması üçün yol açıldı. Bu gün
inkişaf etmiş sənaye ölkələri azad və demokratik
dünya adlanır. Dövlət orqanları və qanunvericilik
orqanları birbaşa səsvermə yolu ilə seçilir. Seçici
qarşısında cavabdeh olur.
Geridə
qalmılş ölkələrdə də seçici ssenarisi səhnəyə
çıxarılır. Dövlət orqanları və qanunvericilik
orqanları vətəndaşların birbaşa səsvermə
yolu ilə iş başına gətirilir. Beləliklə,
xalqın iradəsinə əsaslanan ictimai sistem qul və
quldarlığa əsaslanan ictimai sistemin yerini tutur. Bu işin
zahiri formasıdır. Mahiyyət isə dəyişmir. Insan
yayşamaq üçün çalışır, əmək sərf edir.
Insanlar arasında münasibət də buradan başlanır. Tarix
boyu imkanlı adamlar imkansızların əli ilə yaranan
gəlirin bölüşdürülməsində ədalətsizliyə yol
vermişlər. Hər iki vətəndaş azaddır. Lakin
biri ehtiyac içərisindədir, digəri isə firavan
yaşayır. Biri yoxsul, biri varlıdır. Azad, amma yoxsul vətəndaş
varlı vətəndaşın qarşısında baş əyməyə,
ona təzim etməyə məcbur olur. O, hamıya sitayiş
edən həm fövqəltəbiət qüvvəyə, həm də
yer üzünün hökmdarlarına, zər və zor sahiblərinə
sitayiş edən qula çevrilir. Başqa sözlə, quldarlıq
aradan getməmiş, onun şəkili dəyişmişdir.
Mühacir qəzeti dekabr
1997-ci il.
Lahrudi.
Öz
vətəninə bağlı olan, onun azadlığı
uğrunda öz canından keçməyə hazır olan şairlərdən
biri Məhəmmədhüseyn Təhmasipurdur. O, Təbrizdə
Şəhrək təxəllüsü ilə şer yazmağa
başlamışdır. Şəhrək şah rejiminə
qarşı öz qələmi və kəsərli şerləri
ilə mübarizə aparırmış, 1979-cu il inqilabında fəal
iştirak etmişdir. Təsadüfi deyildir ki, azadixahlara
qarşı ilk polis yürüşündə Şəhrək də həbsə
alınanlar sırasında idi. O, üç ilə yaxın Təbriz
zindanında qaldı. Fiziki və ruhi işgəncəyə məruz
qaldı. Lakin təslim olmadı. O, Eşq hədisi adlı
şerində deyir:
Mərami eşqdə əl
çəkmək olmaz əhdi-peymandan,
Keçilməz əhdi-peymandan
aşiq, əl çəkər candan,
Çapammaz dağları Fərhadlar
gər olmasa Şirin
Olammaz bülbül ayrı qönçədən,
güldən, qülüstandan,
Deyin Məcnunları bəndi
ilə təhdid eyləyən bilsin
Məgər azad olar divanələr
zəncir və zindandan.
Şəhrək
həmin şeri izah edərkən yazır; bu şeri 1362-ci
ilin (1983-cü ilin) yay günlərindən birində, həbs
olduğu vaxtdan 3 ay sonra, gecə-gündüz gözləri bağlı, ən
şiddətli cismi və ruhi işgəncəyə məruz
qaldığı, göz və ruhi xəstəliyə
tutulduğu, eləcə də məhbuslardan bəzilərinin
ruhiyyəsini itirmək və təslim olmaq istədikləri
bir zamanda siqaret kağızına, özüdə gözləri
bağlı olduğu bir şəraitdə gizli olaraq
yazmışdır.
Yuxarıdakı
misralar bir daha göstərir ki, Şəhrək öz əqidəsinə
bağlı, möhkəm iradəli şair və azadlıq
çarçısıdır. Şəhrək həmin ilin payız fəslində
Təbriz zindanında Vətən mahnısı şerlərini
yazdı.
Mən Vətən naminə
bu canımı qurban demişəm,
Vətəni sevməyənə
cahilü-nadan demişəm,
Bu dilimdən çəkilsəm
dara heç bakim yox,
Elimin dərdlərini vazeh
və üryan demişəm.
Məni dövran
sınayıb bir də sınaqdan çıxarıb,
Qəlbim odlara yanıb mən
ona övlad demişəm.
Gəlsə hər tiri-bəla
cismimi amac edərəm,
Cismim ilə canı vətən
dərdinə dərman demişəm.
Şəhrəkin
şeri məhbusların dil əzbəri olmuş, məhbuslar
arasənda mahnı kimi səslənmişdi. Bəli, düşmənə
təslim olmayan şair nəhayət zindandan çıxır, öz
doğma şəhəri Təbrizdə yaşamaq və
yaratmaq imkanı olmadığı üçün Tehranda məskən
salmağa məcbur olur.
O,
Vətəni, tərk etmədi. Bununla xalqına
bağlılığını bir daha sübuta yetirdi.
Şəhrəkin
qardaşı Kərim Təhmasibpur beş ildir Tehran
zindanında işgəncələrə məruz qalır,
lakin təslim olmur. Şəhrək Fizulinin 500 illiyinin qeyd
edilməsilə əlaqədar Bakıya gələrkən
Tehranın təyyarə meydanında həbs edilmiş, ikinci
dəfə qorxulu Tehranın dəhşətli zindanına
atılmışdır. Onu da qeyd edək ki, Şəhrək
Fizuli yubileyinə rəsmi dəvətnamə almadan adi müsafir
kimi gəlirdi.
Şəhrəkin
zindana düşməsi həyacanlı əks-səda tapmadı.
yazıçı Fərəc Sərkuhinin tutulması ilə əlaqədar
farslar dünya miqyasında böyük kompaniya qaldırmışlar.
Türklər isə Təbriz universitetinin müəllimi Mahmud
Çehreqanin müdafiəsinə qalxmışlar. Şəhrək
heç kimdən kömək diləmir. O öz iradəsinə, öz
ideyasına arxalanan şairdir. O, hələ Təbriz
zindanında olarkən 1984-cü ilin may ayında Eynallı
dağına xitabən yazırdı:
Yamandır zəmanə,
yaman,
Eynallı,
Aman zəmanədən,
aman,
Eynallı.
Tapılmır halıma
yanan,
Eynallı
Dərdimi dərindən
qanan,
Eynallı,
Divarın başında
tikanlı sim var,
Nə ucalan səsim,
Nə bir kəsim var.
Səndən bura gələn
təkcə
Nəsim var.
Şəhrək
13 ildən sonra yenə də tikanlı simlərin
arxasınadadır. O, yenə də işgəncəyə məruz
qalır, lakin təslim olmur. O, siyasi alver məqsədilə
xarici radioların dalğalarda yaydığı gurultulu müdafiəyə
arxalanmır. O, öz xalqına, öz torpağına, öz vətəninə
arxalanır. Afərin sənə Şəhrək! Sən heç
kimdən umub-küsmürsən. dərdini Eynallı dağına
deyirsən. Təbrizin nəsimi sənə öz xalqının
alovlu nəfəsini çatdırır. Inan, həm sən, həm
də qardaşın Kərim mübariz insan kimi
yaşayırsınız. 30 il ruhi və cismi işgəncəyə
məruz qalan Səfər Qəhramani nəhayət xalqın
ağuşuna atıldı, azadlığa çıxdı.
Inanırıq ki, sindanın dəmir dərvazaları
sınacaq, sən də milyonların ağuşuna
atılacağsan.
Mühacir qəzeti mart
1997-ci il.
Ə. Lahrudi
Sizə
sövqat gətirmişəm.
Təbrizin Şahabadından,
Mənbə üstü silabından
Gəcildən, Yanıq dağından
Sizə sövqat gətirmişəm.
Ilmək çalan uşaqlardan
Şeh evlərdən otaqlardan,
Suyu qaçmış dodaqlardan
Sizə sövqat gətirmişəm.
Şəhərimizin sübh çağından,
Yüzlər fəhlə meydanından
Fəhlələrin əfqanından
Sizə sövqat gətirmişəm.
Qırışlanan
anlarından
Canı çıxmış canlarından
O, qurumuş qanlarından
Sizə sövqat gətirmişəm.
Ürək dələn sözlərindən,
Dərin baxış gözlərindən.
Qəm coğlayan üzlərindən
Tab-tavansız dillərindən
Sizə sövqat gətirmişəm.
Sallaqxana küçəsindən,
Ağlayan uşaq səsindən
Yorğunların nəfəsindən
Yoxsulların ah səsindən
Sizə sövqat gətirmişəm.
Nənələrin naləsindən
Evdə quran cəhrəsuindən
Cəhrənin cırcır səsindən
Sizə sövqat gətirmişəm.
Xəstə yatan balasından,
Həsrət baxan anasından,
Doxturundan, davaslndan
Sizə sövqat gətirmişəm.
Yurdumuzun kəndlərindən
Kəndlilərin dərdlərindən,
Sızım-sızım bəndlərindən
Sizə sövqat gətirmişəm.
Dünyanın
ən qədim tarixə malik olan ölkələrindən biri olan
Iranda 20-ci əsrin ortalarına qədər sərvətin
bölüşdürülməsi ərbab-rəiyyət münasibətlərinə
əsaslanırdı. Əsrin 2-ci yarısında torpaq
islahatı aparıldı, ərbab-rəiyyət münasibətləri
dağıldı, lakin əsas ziddiyətlər aradan getmədi.
Bu ziddiyyətlər dağıdıcı hərəkət
formasında baş vermişdi ki, sərvət əsl
istehsalatçılar arasında ədalətli şəkildə
bölüşdürülsün.
1979-ci
il inqilabı ən böyük xalq hərəkatı idi. Bu inqilabın
xüsusiyyəti onun dinə arxalanmasından ibarət idi. Inqilaba
elə bir şəxs rəhbərlik edirdi ki, o, saraya və
sarayçılara mənsub deyildi. Inqilabın ictimai əsasını
xalq kütləsi təşkil edirdi. Bütün bunlara baxmayaraq bu inqilab
da daxili-ziddiyyətləri həll edə bilmədi. Bu ziddiyyətləri
açıqlayan Ayətulla Xumeyni deyirdi:
-
Kəndlinin qabar əlləri onun torpaq haqqında müvafiq sənədidir.
Mən daxmalarda yaşayanların bir tükünü sarayda yaşayanlarla
əvəz etmərəm. O, bununla əlaqədar başqa bir
fikirdə irəli sürürdü. O, deyirdi:
-
Heç bir ağıllı adam deməz ki, biz qan tökdük ona görə
ki, qovun ucuz olsun. Bizim cavanlarımız ucuz ev sahibi olmaq üçün
ölümə getməmişdir. Hər şeyi iqtisadiyyatla
bağlayanlar insanlığın mənasını başa
düşmürlər.
Bax
belə bir ziddiyyətli təfəkkürün hakim olduğu ölkədə
ziddiyyətlər əli qabarlı kəndlinin və daxmada
yaşayan şəhərlinin xeyrinə həll olmadı.
Torpaq bölgüsü dayandırlırdı, müsadirə edilmiş mallar
müxtəlif fondlarlda mərkəzləşdi. Həmin
fondların yoxsullarla heç bir əlaqəsi yoxdur. Əli
qabarlı kəndlilər torpaq mülkiyyətindən məhrum
edildilər, saray sahibkarları yenidən yoxsullar üzərində
öz siyasi və iqtisadi hökmranlıqlarını bərpa etdilər.
Xumeyninin varisləri də bu yolu davam etdirirlər. Əli Əkbər
Haşimi Rəfsəncani hələ 1982-ci ildə dedi: Islam
yeganə məktəbdir ki, insanlığı kapitalizm və
marksizm bataqlığından çıxıracaq, onu həqiqi səadətə
çatıracaq. Indi həmin tarixdən 14 il keçir. Rəfsəncani
o zaman Islam şura məclisinin sədri idi.
Bu
dövr ərzində minlərlə şəhid verən iranlı
nə təkcə sərmayadarlıq bataqlığından
çıxa bilməmiş, bəlkə səadətə çatmaq
arzusunu belə unutmuş.
Rəfsəncani
hökumətinin keçmiş daxili işlər naziri hal hazırda
5-ci məclisin Hizbullah fraksiyanın sədri Höccətülislam
Abdulla Nuri günün reallığını açıqlamaq məcburiyyətində
qalaraq deyir:
-
Elə adam var ki, bir günlük gəliri başqa bir adamın bir
illik gəlirinə bərabərdir. Bir dövlət qulluqçusu ildə
500 min tümən maaş alır. Lakin ticarət dövriyyəsində
hərəkət edən bir şəxs gündə neçə milyon
gəlir əldə edir. Ictimai ədalət sahəsində
mövcud olan çətinliklər sərvətin ədalətsiz şəkildə
bölünməsi ilə əlaqədardır. Abdulla Nuri ədalətsizlik
haqqında danışan yeganə dini və siyasi xadim deyil, ədalətsizlik
elə bir mərhələyə çatmışdır ki, Ənsari
Hizbullah adlanan ifratçı qruplar da şikayətlənməli
olurlar. Bu rqupun tanınmış nümaqyəndələrindən
biri olan Hüseyn Allahkərəm cəmiyyəti bürüyən fəsada
etiraz edir və deyir: Biz elə adamlar tanıyırıq ki,
onlar dünən sol şüarlarla çıxış edirdilər. Lakin
şəxsi təyyarəyə malik olduqdan, uşaqlar üçün
kompüter almaq, xüsusi məktəblərdə dərs oxumaq əldə
etdikdən, rəngarəng süfrəyə, mersedes benz
maşına, qiymətli saraylara sahib olduqdan, qış xizəkləri,
yay su xizəkləri ilə məşğul olduqdan sonra
inqilabi şüarları kənara atmışlar. Elə bir vəziyyət
yaranmışdır ki, pullular canlı insanları belə
satın alırlar. Nigəhban şurasının üzvü Ayətullah
Əhməd Cənnəti də varlılığa
qarşı çıxır. O, bununla əlaqədar cümə
namazında demişdir: Islam hökuməti dünyanın hər bir
yerində təşkil edilsə o sərvətin kiçik bir qrupun
əlində toplanmasına icazə verməyəcəkdir.
Icazə verməyəcəkdir ki, onlar pul hesabına cəmiyətdə
narazlıq yaratsınlar, siniflərarası uçurumu dərinləşdirsinlər
və insanların hüququnu tapdalasınlar. O, bununla əlaqədar
xəbərdarlıq edir və deyir:
-
Bu gün sərvət toplamaq və Cəmiyyəti siniflərə
parçalamaq əsas həyat məqsədinə çevrilir. Biz buna
qarşı çıxış etməliyik.
Ayətulla
Cənnəti başa düşür ki, sərvət sinifli cəmiyyətdə
zididyyəti şiddətləndirir və xalqın
narazılığına səbəb olur. Bu da mövcud hakimiyyətin
ictimai əsasını laxladır.
Bütün
bu hay-küylərə, kapitalizmə va marksizmə qarşı
alovlu çıxışlara baxmayaraq milli sərvət
bir qrupun əlində toplanır, siniflərarası uçurum dərinləşir,
yoxsulluqla varlılıq qarşı-qaqrşıya durur. Nə
üçün belə olur? Bu suala Iranın tanınmış
iqtisadçısı Tehran Universitetinin professoru Ibrahim Rəzzaqi
belə cavab verir: Iran sərmayədarları üçün istehsal əsas
məsələ deyildir. Ticarət onların başlıca məşğuliyyətidir.
Iranın imtiyazlı təbəqələri ticarətlə məşğul
olur. Bu da daxili istehsalın zərərinə xarici
istehsalçıların xeyrinə tamamlanır. Sərmayədarlıq
6 miloyn fəhlənin, kəndlinin və qulluqçunun vəziyyətini
dözülməz etmişdir. Qiymətlərin artması onların
belini sındırıb. Halbuki kiçik bir qrup adamlar zəhmət
çəkmədən böyük pul sahibi olmuşlar. Onlar dövlət
karxanalarını alırlar, istehsalla məşğul
olmurlar. Həmin karxanaların torpağını,
maşın avadanlıqlarını, mövcud xammallarını
bir neçə qat baha qiymətə satırlar. Dəllallıq
yolu ilə böyük sərvət əldə edirlər. Bu gün siniflər
arası uçurum dərinləşir. Kiçik bir qrup neçə milyon
qiyməti olan evlərdə yaşayır, 50 milyon, hətta 90
milyon tümən qiyməti olan xarici maşınlarda gəzirlər.
bu varlı qütb qarşısında yoxsul qütb dayanır. Salam
qəzeti bu barədə yazır: hər bir ailənin orta
illik gəliri on il bundan əvvəl 1 milyon 200 min rial idi. Bu gəlir
indi 5 dəfə artmış, 5 milyon 275 riala
çatmışdır. On il bundan əvvəl hər bir ailənin
xərci 574 min rial idi. Bu xərc on ildən sonra 6 dəfə
artaraq 377 milyon riala çatmışdır. Ailə büdcəsinin kəsiri
1 milyon 105 min rial olmuşdur. Beləliklə ölkə əhalisinin
80-90 faizinin xərci gəlirdən çoxdur. Yəni qan töküb din
xadimlərini hakimiyyətə gətirən xalq öz zəruri
ehtiyaclarını ödəyə bilmirlər.
Bax belə bir şəraitdə biz Höccətülislam
Haşimi Rəfsəncaninin 16 il bundan əvvəl söylədiyi
fikirə qayıdırıq. Çünki Rəfsəncani 18 ildir ölkənin
taleyini öz əlində birləşdirən şəxsiyyətlər
arasında ikinci şəxsiyyətdir. O, 1361-ci il Tir
ayının 19-da cümə namazında (1982-ci ilin yayı) sərmayədarlığı
bəşəriyyətə zidd olan quruluş kimi tənqid
etdi və dedi: Sərmayədarlıq dünyasında azadlıq
xalq üçün azadlıq deyil. Kiçik bir qrup sərmayədarlar üçün
azadlıqdır. Trestlərin və karterlərin
azadlığıdır. Çoxmillətli korporasiyaların
azadlığıdır. Böyük kampaniyaların və zəncirvari
supermarketlərin azadlığıdır. Zavod sahiblərinin
dəllaların, vasitəçilərin, böyük insan kütləsinin əksəriyyətini
zülm zənciri altında saxlayanların
azadlığıdır. Onlar bir neçə sərmayədarların
azadlığını və həmin sərmayədarların
orbitində hərəkət edən min ailənin və ya bir
neçə ailənin azadlığıdır. Azadlığ həqiqətən
də onlarınkıdır. Qalan bütün insanlar azad
qullardılar.
Biz bu sözləri Cumhuri - Islami qəzetindən ona görə
nəql etdik ki, bir daha aydın olsun ki, qan tökmüş və
inqilab etmiş milyonlarla insan kimlərə bel
bağlamışlar? Bunlar sözdə sərmayəyə və
sərmayədarlığa lənət yağdırdılar. Əməl
də isə dəllal və vasitəçi sərmayəni ölkəyə
hakim etdilər, insana zidd olan bu sistemin daha da möhkəmlənməsi
üçün xalqı elementar azadlıqdan belə məhrum etdilər.
Ona görə məhrum etdilər ki, dəllal sərmayədarların
azadlığı təmin edilsin, çoxmillətli sərmayənin
hazır malları Iran bazarını doldursun.
Əcdadımızın keçdiyi yollar sona çatır. Mirza
Şirazi fitva verdi, təmbəki və tütündən istifadə
etmək qadağan edildi, xalq itaət elədi. Çubuq və qəlyanları
sındırıb atdılar. Nəticədə təmbəki
imtiyazı ləğv edildi, amma xalq heçnə əldə edə
bilmədi. Sonra məşrutəçilik məsələsi ortaya
düşdü, Səttarxan məşrutəni yenidən diriltdi,
lakin o, məşrutə sərdarlarının əli ilə
öldürüldü. Xiyabani, Kiçik Xan, Məhəmməd Tağı Xan,
Heydər Əmioğlu, Ərani, Pişəvəri, Məhəmməd
Qazı, Müsəddiq də həmin yolu keçdilər, məğlub
oldular, aradan getdilər. Növbə Xumeyniyə çatdı. O,
başqa yol seçdi, din hökuməti təşkil etdi. Xalq onun
arxasınca getdi. Siyasi və ictimai təşkilatlar öz sinif, məslək
və əqidə mənsubiyyətlərindən asılı
olmayaraq Xumeyniyə tabe oldular. Pəhləvi dövrünün
varlıları Şeyx Xalxalinin iti qılıncından yaxa
qurtara bilmədi. Ələ düşməyənlər
qaçdılar, ölkədən çıxartdıqları sərvətlə
varlı Avropada və Amerikada sakit həyat sürməyə
başladılar.
Tarix yenə də təkrar oldu. Qapı yenə də
köhnə daban üstə fırlanmağa başladı. Ölkə sərvəti
yenə də kiçik bir qrupun əlində toplandı. Ruhani
hakimlər verdiyi vədlərə əməl etmədilər.
ölkədə polis sistemi gücləndi, azadlıq sevən insanlar
represiyaya məruz qaldılar. Ictimai ədalət, səadət,
insan kəraməti boş sözə çevrildi.
150 il qanlı döyüşdən sonra yenə də nə
etməli sualı qarşıya çıxır. Doğrudan da nə
etməli?
Mühacir qəzeti
mart 1997-ci il.
M. L. Meşkini.
Yaşadığımız
maddi aləmdə beyinlərə təsir göstərmək və
ürəklərə yol tapmaq insan fəaliyyatının
başlıca sahələrindən biridir. Bu gün məlumat
vasitələrinin yüksək dərəcədə inkişaf
etdiyi və kütləvi xarakter aldığı bir şəraitdə
beyinlərə təsir göstərmək və ürəklərə
yol tapmaq siyasi və ideoloji mübarizədə ön sıraya
keçmiş və başlıca hədəfə çevrilmişdir.
Bir millətin başqa millətdən, bir ictimai sistemin digər
bir ictimai sistemdən üstün olmasını, bir ideologiyanın digər
ideologiyadan, bir dini baxışın başqa dini əqidədən
mütərəqqi olmasını sübut etmək üçün beyinlərə
təsir göstərməkdə ondan əsas vasitə kimi istifadə
olunur. Mətbuat, radio və televiziya verilişləri bu istiqamətdə
istifadə edilən ən güclü vasitədir. Vətənimiz
Iran da bu cəhətdən istisna təşkil etmir.
Pəhləvi
sülaləsi Iranda 50 il hökmranlıq etdi. Bütün bu illər Azərbaycan
xalqının doğma dilinə, milli mədəniyyətinə
və milli varlığına hərtərəfli hücum illəri
kimi tarixə daxil olmuşdu. Rza şah və onun oğlu Məhəmmədrza
şah Iran xalqlarını, xüsusilə cavanları böyük dövlət
şovinizmi ruhunda tərbiyə etməyi dövlət siyasəti
səviyyəsinə qaldırdılar. Azərbaycan dilini Monqol
basqınları ilə Irana gətirilmiş bir dil kimi
sıxışdırıb tədris ocaqlarından, elmi və
mədəni müəssisələrdən
uzaqlaşdırdılar. Bu iş təkcə inzibati yolla
deyil, elmi sübutlarla da aparılmış və bu sahədə
təkcə fars alimləri deyil, azərbaycanlı alimləri
də canfəşanlıq göstərmişlər.
Pəhləvi
sülaləsinin hökmranlıq etdiyi dövrdə iranlılıq ideologiyası
ön plana çəkildi, Rza şahın hakimiyyəti zamanı yaranan
Fərhəngistan (dil islahatı keçirən müəsisə) fars
dilin ərəb və türk sözlərindən təmizləməyə
Avesta dilinin həxaməniş və Sasani dövrünün ad və
islahatlarını fars dilinə gətirməyə
başladı.
Indi
isə ərəb sözləri surətlə yenidən fars
dilinin tərkibinə daxil olmuş, iranlılıq
ideologiyasın məzhəb ideologiyası əvəz edir.
Keyhane həvai qəzeti (12 dekabr 1990) Türkiyə dövləti də
incəsənəti sevən olmuşdur?adlı məqalədə
ərəb və fars dillərinin məziyyətindən
danışaraq yazır: Iranlı müsəlman alimlər öz
elmi, ədəbi və ictimai əsrələrini ərəb
və fars dilində yazmışlar. Ərəb dili müsəlman
dünyasının rəsmi dili, fars dili isə iranlıların
milli dili idi. Ərəb və fars dili bir-birinə
yaxındır və biri digərindən faydalanıb.
Beləliklə,
türkdilli xalqların öz ana dilinə xüsusilə Cənubi Azərbaycanda
ana dilinə yaranan marağın artdığı bir zamanda
fars dilini iranlıların milli dili və islam dünyasının
ikinci dili, ərəb və fars dillərini isə bir-birinə
bağlı dil adlandıran Keyhane həvai qəzeti əməldə
azərbaycanlıların ana dilini inkar edir və onlara öz ana
dilində yox, ancaq fars dilində oxumaqı tövsiyə edir.
Qəzet
bununla yanaşı, son zamanlar Sovet Ittifaqında başlanan
demokratik dəyişikliklərin təsirini azaltmaq məqsədilə
Şimali Azərbaycan üçün türkdilli nəşriyyələr
buraxır. Ürəkdən ürəyə yol, Səhənd və
Islam birliyi kimi nəşriyyələr məhz ona görə
buraxılır ki, beyinlərə təsir göstərilsin, ürəklərə
yol tapılsın, cənub öz azadlığı, həm də
dil və mədəniyyəti haqqında düşünməsin və
şimala göstərilən ideoloji təsir güclənsin. Heç də
təsadüfi deyil ki, Keyhane həvai özünün 9 yanvar 1991-ci il tarixli
nömrəsində Azərbaycan haradır adlı geniş həcmli
məqalə dərc etmişdir. Məqalə şımal Azərbaycanın
olmadığını iddia edən Kəsrəvilərə,
Rza Inayətlərə cavab olsa da şimalda beyinlərə təsir
göstərmək məqsədi daşıyır, məqalədə
bu barədə açıq danışılır və
yazılır: Biz Allahın mərhəməti ilə əldə
edilmiş tarixi fürsətdən istifadə edib, islam və Iran
mədəniyyətini yüksək səviyyədə Arazın o
tayındakı əhaliyə çatdırmalıyıq.
Tarixi
fürsətdən istifadə edən itəbliğat aparatı ərəb
və fars dilini, islam və Iran mədəniyyətini
Arazın şimalına çatdırmaq üçün bütün imkanlardan
faydalanır, dövlət qəzetlərinin qoşması kimi
şimal üçün türkdilli nəşriyyələr buraxır.
Şimali Azərbaycanı Iranın ayrılmaz hissəsi
adlandırır və yazır: mənim ürək arzum budur ki,
allahın lütfi ilə tarıxı faciəyə son qoyulsun vətənimizdən
alınan nə varsa, ana vətənimizə
qaytarılsın.
Indi
Şimali Azərbaycan din mübəlliğləri tərəfindən
güclü ideoloji hücum abyektinə çevrilmişdir. Bu ideoloji fəaliyyətin
mahiyyəti və onun əsas sitiqaməti nədən ibarətdir?
Ərəb və fars dilini islam dili kimi təbliğ etmək
islam və Iran mədəniyyətini yaymaq, Irandan zorla
alınan torpağı geri qaytarmaq.
Keyhani
həvai qəzetinin qoşması kimi çıxan Ürəkdən
ürəyə yol nəşriyyəsi (14 mart 1990) Italiyada
çıxan La respublika qəzetindən tərcümə verir. La
respublika yazır:
Imam
Xomeyni allahın rəhmətinə qovuşcaq Qorbaçov Irana
nüfuz edə biləcək fikir əsasında onun naibləri ilə
əlaqələrini bərkitdi. Rəfsəncanini tam hörmətlə
Sovet Ittifaqında qarşıladı və Rəfsəncani məsçidlərdə
müsəlmanlar üçün danışdı.
La
respublıka sözündə davam edərək:
Amma
bunun əksinə olaraq Azərbaycan müsəlmanları rus kafirlərinə
qarşı ayağa qalxdı. Tehran müsəlmanları-Azərbaycan
müsəlmanlarına arxa çıxdı.
Yol
nəşriyyəsi xristian La respublikanın dili ilə müsəlmanları
kafirlərlə qarşı-qarşıya qoyur, bu işdə
Tehran müsəlmanlarını Azərbaycan müsəlmanlarının
arxası kimi göstərməyə çalışır.
Həmin
nəşriyyə təfsirçi imzası ilə çap etdiyi Bir
müsahibənin cavabında adlı yazıda Sovet
Ittifaqındakı bütün müsəlmanlara qayğıkeşlik göstərir
və iddia edir ki, müsəlman xalqlarının, o cümlədən
Azərbaycan xalqının milli hüvviyyətinə, mədəniyyətinə,
bir sözlə, milli varlığına olunan zülm son dərəcə
ağır və hesabsızdır (Keyhane-həvai. 30 may
1990).
Şimali
Azərbaycan xalqının qayğısına qalan, onun milli
mədəniyyətinə və milli varlığına
qarşı olan zülmü son dərəcə ağır hesab edən
yol nəşriyyəsinin icmalçısı görəsən nə
üçün Cənubi Azərbaycan haqda sükut edir? Milli mədəniyyəti
və milli varlığı zülmə məruz qalan Şimalda
azərbaycan dilində dövlət Darüfünunu, onlarca pedaqoji, elmi tədqiqat
institutu, Elmlər Akademiyası vardır. Azərbaycan dilində
minlərlə ibtidai, orta və sənət məktəbləri
fəaliyyət göstərir. Bu gün azərbaycanlı şimalda
heç bir qorxu olmadan öz siyasi və ictimai tələblərini
açıq və aydın şəkildə irəli sürür. Burada
ana dilində onlarca qəzet və jurnal nəşr edilir, həmin
nəşriyyələr dövlət orqanların tənqid edirlər.
Məhdud müxtariyyətdən suvern respublikaya doğru irəliləyən
Azərbaycanda dini əqidə və məslək
azadlığı sözün həqiqi mənasında təmin
edilmiş və dinin təbliği üçün geniş imkan
yaradılmışdır. Bir sözlə, ideoloji
inhisarçılıq aradan qaldırılmış, siyasi və nəzəri
plyuralizm siyasi həyat normasına çevrilmişdir.
Bəs,
Cənubda vəziyyət neçədir? Yol nəşriyyəsinin
icmalçısı bu barədə sükut edir. Sükut edir ona görə
ki, Cənubda Azadlıq və demokratiya yoxduq, yad fikirlilərə
divan tutulur. Bir sözlə ideoloqiya inhisarçılığına
qarşı çıxmaq ictimai quruluşa qarşı çıxmaq
kimi qiymətləndirilir. Qeyri-fars millətlər və
xalqların. O cümlədən Azərbaycan xalqının, milli
mədəniyyəti və milli dili inkar edilir. Mədəni
muxtariyyət sözünü belə dilinə gətirə bilməyən
cənublu fars dilini milli dil və fars ədəbiyyatın isə
milli ədəbiyyat kimi qəbul etməlidir. Görünür, Keyhane həvainin
öz gözündə tiri görməyən icmalçısı özgə gözündə
tükü seçir. Buna da, anadan mehriban dayə deyərlər.
Höccətulislam
Müctehid Şəbüstəri Bakıda olarkən Sovet Azərbaycanına
savadlı və təəhhüdlü ruhani göndərmək məsələsini
irəli sürdü. O, təəssüflə qeyd etdi ki, onlar
(şimallılar) islam qanunları ilə dərindən
tanış olmadıqları üzündən Azərbaycan
qadınları islam geyiminin nə olduğunu və onun əhəmiyyətini
yaxşı bilmirlər, (Keyhane həvai, Yol nəşriyyəsi.
5 sentyar 1990).
Beləliklə,
beyinlərə təsir göstərmək planlı və məqsədyönlü
istiqamətdə həyata keçirilir. Bu istiqamətdə
aparılan iş o qədər vulqar şəkil
almışdır ki, hətta Şəbüstərin Islam
Şura məçlisindəki nümayəndəsi Həsən Əmini
ərəb əlifbasını islam əlifbası
adlandırır. Sovet Azərbaycanında əlifbanın dəyişməsi
məsələsi ilə əlaqədar məclisin açıq
iclasında deyir:
Sovet
Azərbaycanı xalqı əsrlər boyu Azərbaycan türkçəsi
ilə danışıb, islam əlifbası ilə
yazmışlar. Onların mədəniyyətləri islam və
Iran mədəniyyəti ilə tam bağlı olmuşdur.
(Keyhane həvai, Yol nəşriyyəsi, 12 sentyabr 1990).
Din
vicdan məsəlidir. Insan öz vicdanı qarşısında məsuldur.
Hər hansı bir dini qəbul etmək dindarın şəxsi
işidir. Din dindar üçün müqəddəsdir. əqidə və məslək
azadlığı təmin edilən azad və demokratk ölkələrdə
bu və ya digər əqidə və məsləkə
bağlılıq vətəndaşın ictimai və siyasi həyatına
heç bir mənfi və ya müsbət təsir göstərmir. Vətəndaş
əqidə və məslək mənsubiyyətindən
asılı olmayaraq vətəndaşlıq hüququndan istifadə
edir. Lakin dövləti din ilə birləşdirənlər hər
şeyi dinə bağlıyanlar, bütün insanlara eyni dərəcədə
xidmət edən dili də din dili adlandırırllar. Dili
siyasətlə bağlamaq. Onu məzhəblə əlaqələndirmək
nədən irəli gəlir? Bu sualın cavabı qisaca olaraq
belədir: Ideoloji inhisar ançaq xalqa inamsızlıqdan doğur
və bunu bütün totalitar hakimiyyət tarixi dəfələrlə
sübut etmişdir.
Mühacir qəzeti aprel 1991-ci il.
Ə. Lahrudi.
Şiyə
ruhanilərinin ən radikal cinahı o zaman hakimiyyətə gəldi
ki, dünya iki bir-birinə zidd ictimai sistemə, sərmayədarlıq
və sossializm sisteminə bölünmüşdür. Belə bir şəraitdə
hakimiyyətə gəlmiş ruhanilər dünyanın mövcud həqiqətlərini
dərk etməyə bilməzdilər. iranın təbii
inkişaf prosesi bu iki sistemdən birinə
yaxınlaşmalı, ilk növbədə bu sistemlərdə
mövcud olan müəyən ünsürləri kəsb etməli idi. Lakin
siyasi hakimiyyət radikal mövqe tutaraq zamanın tələbləri
ilə uyğunlaşmaq istəmədi. Onlar elə bir siyasi
hakimiyyət modeli yaratdılar ki, dünyada mövcud olan heç bir siyasi
sistemlərlə uyğunluğu yox idi. Nə Şərqi, nə
Qərbi şüarı da bu ifratçı siyasətdən irəli gəlirdi.
Həqiqət bir şey, arzu isə başqa bir şeydir. Həqiqət
bundan ibarət idi ki, xalqın inqilabi tələbləri yerinə
yetirilsin, iri torpaq sahibliyi aradan qaldırılsın,
torpaqsız və aztorpaqlı kəndli torpaq sahibi olsun, Milli sərmayə
konprador sərmayənin yerini tutsun, nə Şərqi, nə
Qərbi şüarının əvəzinə hamıya iş,
hamıya pulsuz təhsil şüarı irəli sürülsün. Iqtisadi
inkişaf ictimai ədalət üzərində qurulsun. Bu tələblər
utopik tələb deyil, həqiqətdən uzaq arzuya bənzəmir.
Xalq ona görə inqilabi hərəkatda iştirak etdi və
qurbanlar verdi ki, milli sərvət ədalətli şəkildə
bölüşdürülsün. Din hakimləri bu həqiqəti dərk etdilər.
ona görə də mülkiyyətin formaca dəyişilməsi və
milli sərvətin ədalətli bölüşdürülməsini gündəlik
təlabatın əsas predmentinə çevirdilər. bu fikri təsdiq
edən faktlara müraciət edək. Hakimiyyətin ən böyük
rütbəli şəxslərindən: Ayətullah Hüseynəli
Müntəziri deyirdi: Islamda fərdi mülkiyyət həm keyfiyətcə,
həm də kəmiyyətcə məhdudur və mütləq
deyildir. (Ittiallat, I. VII- 61).
Ayətulla
Meşkini: Islam başqası üçün istismar vasitəsinə
çevrilən mülkiyyəti məhdudlaşdırır (Keyhan, 14.
XI -59).
Ayətulla
Behişti: Mülkiyyətin mənbəyi işdir. Belə olduqda
kəsbkarlıq azad olur, istismarın kökü kəsilir.... bizim
iqtisadi məsələlər üzrə mövqeyimiz istismarı
meydana gətirən zəmini aradan qaldırmaqdır.
(Cumhuriye Islami, 15. IV-61).
Ayətulla
Xumeyni: Mülkədarların əllərində olan mülkün sənədi
əldəqayırma sənəddir. Islam qanunları mülkiyyəti
ədalətlə bölüşdürür. Hami bərabər səviyyədə
mülk sahibi olur. (Ittilaat, 4 dey, 8 bəhmən 1360)
Ayətulla
Seyid Mahmud Taleqani: Torpaq öz təbii vəziyyətinə görə
Allahın, peyğəbərin və xəlifələrin
ixtiyarındadır. Şəxsi mülkiyyət ancaq
torpağın becərilməsi ilə məhdudlaşdırılır.
(Islam və mülkiyyət kitabı, səh. 158).
Höccətülislam
Rəfsəncani: Islamdan əvvəlki dövrdə ibtidai icma
quruluşu mərhələsində olan ərəb tayfa
başçıları böyük bir səhrada çadır qurur, iti təpənin
başında zəncirləyir, itin səsi çatan məsafəyə
qədər ərazını öz nəzarəti altına
alır, onu qoruq edirdi. Həmin qayda qanun bugünkü islam dünyasında
da mövcuddur. Keçmiş rejim (Pəhləvi) dövründə səpt
adlanan bir idarə yarandı. Həmin idarədən bir məmur
gəlirdi, bir neçə gün mülkədarın evində
qalırdı, iki dağ arasında olan ərazini ölçüb-biçirdi,
onun sərhədlərini müəyyənləşdirdi, 100 tümən
pul müqabilində həmin mülkədara mülkiyyət sənədi
verirdi. Belə sənəd vasitəsilə bir çoxu böyük torpaq
sahibi olmuşdur, (Cumhuriye islami, 29. ş- 61).
Ayətulla
Behişti: Biz sərmayədarlığı inkar etmək
mövqeyindən çıxış edirik (inkar sözünə diqqət).
Biz heç kimə rəhm etmədən sərmayədarlığı
aradan aparacağıq. Bu gün mövcud olan sərmayədarlığın
da kökünü kəsməliyik...bütün gücümüzlə sərmayədarlığın
hökmranlığının qarşısını
alacağıq. Fərqi yoxdur ki, bu sərmayə xaricilərin
sərmayəsidir, yoxsa komkprador daxili sərmayədir, yaxud
asılı olmayan sərmayədir. Bizim üçün bunların heç bir
fərqi yoxdur. Gərək onun qabağı alınsın,
(Ittilaate iqtisadi (zəmimmə), 17. VI- 61).
Haşimi
Rəfsəncani: sərmayədarlıq dünyasında olan
azadlıq bütün xalqın azadlığı deyil. Treslərin
azadlığıdır, karterlərin
azadlığıdır, çoxmillətli şirkətlərin
azadlığıdır. Böyük kompanilərin və zəncirvari
mağazaların azadlığıdır. Zavod və fabrik
sahiblərinin, vasitəçi dəllalların
azadlığıdır.
Onlar
xalqın böyük əksəriyyətini diktatorluq zəncirinə
bağlamışlar... ((19. IV 61). C ümə namazında söylənilən
xütbədən).
Zaman
keçdi. Rəqiblər məhv edildi. yadfikirlilər sıradan
çıxarıldı. Hökmdarların hakimiyyəti möhkəmləndikdən
sonra bütün bu deklorativ bəyanatlar, sərmayədarlığı
pisləyən alovlu çıxışlar sabun köpüyü kimi
partladı. Hakimlərin həqiqi siması üzə
çıxdı, reformalar dayandırıldı. Torpaq mülkiyyətini
inkar edən ruhanilər yeni arqumentlə çıxış etməyə
başladılar.
Ayətulla
Meşkini: Böyük mülkədarlığın etirazı, gərginlik
mühitinin yaranması və müharibə nəticəsində
ortaya çıxan çətinliklərlə əloaqədar Imam
Xomeynin torpaq islahatının müvəqqəti
dayandırılması barədə göstəriş verdi. Hadisələrin
gedişi göstərdi ki, Ayətulla Meşkini səhv edir. torpaq
islahatının dayandırılması heç də müvəqqəti
akt deyildi. Bu zaman Ayətulla Behişti terror edildi. Ayətulla
Müntəziri öz vəzifəsindən (o, Xomeyninin varisi idi)
uzaqlaşdırıldı, ev dustağı oldu. Onun tərəfdarlarından
bir çoxu həbsə alındı, onlardan bir neçə nəfəri
güllələndi. Seyid Mahmud Taleqani müəmmalı şəkildə
vəfat etdi. Imam Xomeyni müharibəni sona çatdırdı. Ayətulla
Meşkini ekspertlər məclisinin sədri seçildi. Haşimi Rəfsəncani
Islam Şura Məclisinin rəisi oldu, sonra isə prezidentlik
kürsüsünü işğal etdi. Din hakimlərinin ictimai və iqtisadi
siyasətində heç bir dəyişiklik baş vermədi.
Ictimai ədalət (sərvətin ədalətli şəkildə
bölüşdürülməsi) havadan asılı qaldı. Islahat
proqramı həmişəlik olaraq dayandırıldı. Nə
üçün belə oldu? Ona görə ki, ruhani hökmdarların həm sinfi,
həm də korporativ mənafeləri islahat aparılmasına
mane oldu. Onların sərmayədarlığa qarşı
çıxmaları isə ikili xarakter daşıyırdı.
Birincisi, milli sərmayəni məhdudlaşdırmaq, milli
istehsalı zəiflətmək, onların xarici əmtəə
qarşısında rəqabətin zəiflətmək.
Ikinci, ticarət və dəllal sərmayənin əl-qol
açmasına şərait yaratmaq. Ruhani hakimlərin yeritdiyi
iqtisadi siyasətin başlıca məqsədi bundan ibarət
idi. Sərmayədarlığı damğalayan Haşimi Rəfsəncani
özü Iranın ən böyük sərmayədarlarından biridir.
Şah və Şeyx dövrünün böyük sərmayədarları
azadlığa çıxdılar. Xalq isə yenə də
diktatorluq zəncirinə çəkildi.
Seyyid
Həsən Mərəşi (Rəfsəncanin keçmiş dəftər
rəsii, onun arvadının əmisi oğlu) Əl Müvəhhid
adlı fond yaratdı. Kirman püstəsinin sultanları bu fondda
birləşdilər. əl Müvəhhid fondunun xüsusi təyyarələri
vardır. Fond 180 milyard sərmayəsi olan tikinti şirkəti
vasitəsilə Kirmanın tikinkti təşkilatın öz
inhisarına almışdır. Rəfsəncaninin oğlu
Qişm adasında iqtisadi fəaliyyət göstərir. O, Cənubi
Koreya avtomobillərinin və elektronika aparatlarının nümayəndəsidir.
Haşimilərin
imperatorluqu təkcə püstə alveri ilə məhdudlaşmır
o, Kirman sərhədlərini də aşmışdı. Püstə
kooperativ işçilərinin şikayətini dərc edən
Peyami-Danişçu qəzetinin redaktoru Heşmət Təbərzədi
Tehranda həbsə alındı, nəşriyyənin
buraxılması dayandırıldı. Təbərzədi 5
il jurnalistlik fəaliyyətindən məhrum edildi. 10 milyon
rial nəğd cərimə olundu. Onu da qeyd edək ki, Təbərzədinin
cəzası başqa yadfikirlilərin cəzası ilə
müqayisədə yünğül cəzadır. Çünki bugünkü Iranda
yadfikirlilərin cəzası işgəncə və ölümdən
başqa bir şey deyildir.
Hakimiyyət
başına gəlmiş vəzifə sahibləri böyük
saraylarda yaşayır, hədsiz sərvət əldə
etmişlər. Rza Xan adi qazax zabiti idi. Lakin o, 16 illik
şahlığı dövründə ən böyük mülkədar oldu.
Tarix təkrar olunur. Bu dəfə komediya şəklində.
Daxili Işlər Naziri Abdulla Nuri deyir: Bir dövlət
qulluqçusunun illik gəliri 500 min tümən olduğu halda ticarətlə
məşğul olan bir tacir gündə neçə milyon gəlir əldə
edir? (Sübh nəşriyyəsi, N-61, 1375).
Nigəhban
şurasının katibi Ayətulla Cənnəti özünü
varlıların əleyhdarı kimi göstərməyə
çalışır, öləkədə qütbləşməni
pisləyir, cümə namazında elan edir. Islam hökuməti
dönyanın hər yerində yaransa, sərvətin kiçik bir
qrupun əlində toplanmasına icazə verməyəcək.
O, cəmiyyətdə parçalanmanın, bununla da narazlıq
yaranmasının qarşısını alacaq (Keyhan, 10 Azər,
75).
Ayətulla
cənnəti bilə-bilə həqiqəti inkar edir. çünki o,
xalqın nümayəndəsi deyildir. Ona görə də xalq
qarşısında məsuliyyət hiss etmir. O, cümə
namazında, Allah qarşısında da həqiqəti açıq
deməkdən çəkilir. Kiçik bir qrup Cənnətilərin
gözü qarşısında böyük sərmayə əldə
etmişdir. Ölkənin sərvəti onların əlində
toplanmışdır. Həqiqəti ört-basdır edən Cənnətilər
özləri də böyük sərmayəyə sahibi olmuşlar. Qütbləşmə
dərinləşir, bu da hakimiyyətə olan inamı
sarsıdır. Indi xalq haqlıdır soruşsun: Sərmayədarlığı
inkar edən sərmayədar kimdi?. onun ictimai ədalətdən
danımşaq haqqı varmı?
Mühacir qəzeti dekabr
1997-ci il.
Ə. Lahrudi
Dünya
şimal və cənuba parçalanmışdır. Varlı
Şimal, yoxsul Cənubda bərabərliyə əsaslanan
münasibətlər yaratmaqdan imtina edir. həmin münasibətlərdə
zor işlətmək siyasəti ön plana keçir. Xammal istehsal edən
cənub varlı şimaldan asılı olduğu üçün zor siyasətinə
boyun əyməli olur. Lakin bu və ya digər halda həddini
aşan zorakılığa qarşı çıxan ölkələr
də tapılır. Iran belə ölkələrdən biridir.
200 ildən artıqdır ki, varlı Cənub Iranın daxili
işlərinə qarışır, bu ölkənin iqtisadi
inkişaf istiqaməti ni müəyyənləşdirir, istədiyi
adamı hakimiyyətə gətirir. Polkovnik Rza xanı ingilis
generalı Ayronsayd hakimiyyətə gətirdi. O, ingilislərə
arxalanaraq taxt-taca yiyələndi. Həmin siyasət Rza
xanın oğlu Məhəmməd Rzanın hakimiyyətə
gətirilməsində təkrar oldu. Bu dəfə səhnə
arxasında təkcə ingilislər deyil, amerikalılar da var
idi. Ata və oğul hər ikisi Iranı varlı
Şimalın ixtiyarına verdi. Rza xan hərbi diktatorluq
yaratmaqla ölkədə sabitlik bərqərar etdi. Iran
bazarını Ingilis və Alman sərmayəsinin üzünə
açdı. Məhəmməd Rza şah da varlı Şimalın
(Amerikanın) köməyi ilə milli azadlıq hərəkatını
boğdu, azərbaycanlıların və kürdlərin demokratik
hüquqlarını taptaladı, Azərbaycanda və Kürdüstanda
yaranan özünüidarə sistemini ləğv etdi.
Iran
yaylası ən qədim zamanlardan çoxsaylı tayfaların. Müxtəlif
dillərdə danışan qəbilələrin məskünlaşdığı
ərazidir. Burada qüdrətli imperiyalar meydana gəlmiş, müxtəlif
dillərdə danışan və müxtəlif dini ayinlərə
pərəstiş edən xalqlara hökmranlıq etmişlər.
bu imperiyalara ərəblər son qoydular. Islam bayrağı
altında hökmranlıq edən ərəb xilafətinin də
ömrü sona çatdı. Türk imperiyası onun yerini tutdu. Iran
yaylasında və kiçik Asiyada böyük türk imperiyası yarandı.
Bu imperiyada türk dili rəsmi dövlət dili səviyyəsinə
qalxmadı, ailə dili, tayfalararası ünsiyyət dili kimi
yaşadı, fars dili isə ərəb dili ilə
yanaşı inkişaf etdi, elmi, ədəbi dil səviyyəsinə
qalxdı, sonra isə dövlət dili statusu aldı. Türk
imperiyasının möhkəmləndiyi dövr fars dilinin və fars ədəbiyyatının
çiçəklənməsi dövrüdür. Hicrətdən 200 il sonra meydana
gələn fars dilində çoxsaylı, fəlsəfi və ədəbi
əsərlər yarandı.
Türk
imperiyası da dağıldı, dağılmış
imperiyanın ərazisində çoxsaylı dövlətlər
yarandı. Vahid dil, vahid mədəniyyətə malik olan və
vahid dini ayinə pərəstiş edən ərəblər
müxtəlif dövlətlərə parçalandılar. 18 ərəb
dövləti meydana gəldi. Puştonlar, taciklər, özbək və
türkmənlərdən ibarət əfqan dövləti yarandı.
Türkiyədə türklər və kürdlər, ərəblər,
türkmənlər yaşayırlar. 20 ilə yaxındır ki, Əfqanıstanda
vətəndaş müharibəsi gedir. Bu müharibədə
ayrı-ayrı tayfaların və xalqların istiqlaliyyəti,
yaxud müxtariyyət uğrunda gedən müharibə deyil, Əfqanıstanın
dövlət sərhədləri daxilində vahid dövlət
yaradılması uğrunda gedən müharibədir. Başqa sözlə
desək, Əfqanıstanda gedən tayfa və qəbilərarası
müharibəni millətlərarası müharibə adlandırmaq həqiqətə
uyğun deyil.
15
ilə yaxındır ki, Türkiyə ərazisində yaşayan
kürdlər istiqlaliyyət adı altında mərkəsi hökumətə
qarşı müharibə aparır, bu müharibədə, rəsmi
məlumatlara görə 30 min insan tələf olmuşdur. Ankara
silahlı mübarizə aparan kürdləri terrorculuqda ittiham edir.
kürdüstan fəhlə partiyasının rəhbəri terrorcu
kimi həbsə alındı və ölümə məhküm edildi.
iranın şahlıq rejimi Pişəvəri və Qazı Məhəmməd
hərəkatını separatçı hərəkat
adlandırdı, bu hərəkatı silah gücünə
yatırtdı. Iran kürdləri, bəluçları və türkmənləri
son iyirmi ildə mərkəzi hökümətə qarşı bir
neçə dəfə silahlı çıxışa əl
atmış, lakin Tehran bu çıxışları
yatırmışdır.
Milli
azlıqların, Iran və Türkiyədəki
çıxışları bir neçə amillə bağladır. Bu
ölkələrdə yaşayan azlıqlar arasında milli
şüurun oyanması, milli dil və milli mədəniyyətin
dirçəlməsinə zəmin yaradır, mədəni muxtariyyət
məsələsini gündəliyə salır. Bu haqlı tələb
qarşısında müqavimət göstərən qüvvələr
də fəallaşır. Hakim dil (Iranda fars dili, Türkiyədə
türk dili) milli azlıqların milli dilinin rəsmiləşməsinə
və milli mədəniyyətinin inkişafına imkan vermir.
Bu tələbləri ölkənin parçalanmasına aparıb
çıxaran amil hesab edir. beləliklə, birinci öz haqqını
tələb edir, ikinci isə bu haqqı verməkdən boyun
qaçırır. Zorakılığa əl atır, buna görə
də millətlərarası ziddiyyət şiddtlənir,
partlayış məqamına çatır. Bu ziddiyyətin dinc
yolla həll ediməməsi iqtisadi inkişafın
aşağı səviyyədə olması ilə
bağlıdır. Maddi amil insan şüurunun inkişafında həlldedici
rol oynayır. Iqtisadi inkişaf yüksək səviyyəyə
qalxdıqda, əhali işlə təmin olunur, ölkə
iqtisadiyyatını daha səmərəli idarə etmək
üçün mütəxəssislər ordusu yaranır, əhalinin təkcə
maddi rifahı deyil, onun sağlamlığına diqqət
artıt. Geniş tibb ocaqları yaranır, savadsızlıq
aradan qaldırılır, ölkə sözün əsl mənasında
sivilizasiyalı ölkə olur. Daxili problemlər, dil və mədəniyyət
məsələsi, dəftərxana işinin hansı dildə
aparılması məsələsi çəkişməməyə
yol verilmədən öz həllini tapır. Isveçrədə,
Belçikada, Ingiltərədə, Kanadada milli dil və milli mədəniyyət
məsələsi dinc yolla öz həllini tapmışdır.
Isveçrədə üç milli qrup yaşayır. Onları
konfederasiyada birləşdirən dövlət idarə edir.
fransızlardan, almanlardan və italyanlardan ibarət olan Isveçrədə
vətəndaşlar yaşadıqları məntəqənin
idarə işlərini öz ana dilində aparır, parlamentdə
öz ana dilində danışır, parlamentin protokkoları üç
dildə yazılır. 700 il tarixə malik olan Isveçrə
konfederasiyası dünyanın ən varlı və çiçəklənən
ölkələrindən biridir. Milli münaqişə anlayışı
bu ölkə üçün yaddır. Kanadada Ingilis və Fransız dilli əhali
yaşayır. Fransızlar özlərinin müstəqil dövlətlərini
qurmaq tələbi ilə çıxış edirlər. ancaq silah
götürüb barrikada qurmaqla deyil, seçki sandıqlarına səs vərəqəsi
atmaqla öz istədiklərinə nail olmağa üstünlük verirlər.
1999-cu il Şotlandiya və Uels əyalətində azad seçki
aparıldı. Hər iki əyalətdə milli parlament
yaradılması seçki yolu ilə həll edidi. Bu seçkilərin
aparılmasını Ingiltərənin mərkəzi dövləti
maliyyəşdirdi, Çexoslavakiyada milli məsələ
ayrılmaq yolu ilə həll edildi. Slovaklar silah gücü ilə
deyil, səsvermə yolu ilə çexlərdən
ayrıldılar, müstəqil Slovakiya dövləti yarandı. Bu ölkələrdə
milli məsələnin sivilizasiyalı yolla həll edilməsi
iqtisadiyyatın hərtərəfli inkişaf etməsi, millətin
formalaşması, milli şüurun artması ilə
bağlıdır.
Əfqanıstanda
yaşayan özbək, tacik və poştun millət səviyyəsinə
qalxmamış, burada milli dil və milli dövlət məsələsi
də gündəliyə çıxmamışdır. Əfqanlılar
qəbilə halında yaşayır. Burada gedən müharibələr
qəbilə və tayfa müharibəsidir. Lap Qəznəvilər
dövründə gedən müharibələrin təkrarıdır.
Iran və Türkiyə isə Əfqanistanla müqayisədə irəlidə
gedirlər. bu ölkələrin iqtisadi inkişafı Əfqanistandan
qat-qat yüksəkdədir. Lakin Şimalın Cənuba
qarşı yeritdiyi siyasət bu ölkələrin milli
iqtisadiyyatının hərtərəfli inkişafına imkan
vermir. Tehran, Ankara dünyanın ən varlı və inkişaf
etmiş şəhərləri sırasındadır. Lakin
Tehran və Ankara bu ölkələrin əhalisinin
yarısını belə savadlandıra bilməmişlər.
Iranda və Türkiyədə milli sərmayyəyə arxalanan
iqtisadiyyat yaranmamışdır. Iran Kürdüstanında və
Türkiyə Kürdüstanında iqtisadiyyatın inkişafı daha
aşağı səviyyədədir. Kürd əsasən qəbilə
halında yaşayır. Tayfa başçısından
asılıdır, ona tabedir. Elə buna görə də milli hərəkat
sivilizasiyalı hərəkat səviyyəsinə qalxa bilmir.
Milli məsələ Isveçrədə, Kanadada və Çexiyada
olduğu kimi həll edilmir. Burada milli azadlıq tələbi
ilə çıxış edənlər terrorçu kimi təqib
edilir. Milli azadlıq şüarı ilə çıxış edən
siyasi təşkilatlara isə separatçılıq markası
yapişdırırlar. Oxucu Pişəvərinin və Məhəmməd
Qazinin taleyi ilə tanışdır. Öcalan ölüm cəzasına
məhküm oldu. Bütün bunlara baxmayaraq, Şərqin çoxmillətli
ölkələrində milli məsələ həlli mümkün
olmayan problem olsa da gündəlikdədir. Türklərin, Kürdlərin,
Bəluçların və Ərəblərin muxtariyyət tələbi
ədalətli tələbdir. Tarixi təcrübə göstərir
ki, məsələnin həllini silahlı üsyanda deyil,
iqtisadiyyatın inkişaf səviyyəsində axtarmaq
lazımdır. Mədəni muxtariyyət tələbi ümumi
xalq miqyaslı azadlıq hərəkatının (demokratik
azadlığın) tərkib hissəsidir. Həm demokratik
azadlıq uğrunda mübarizə, həm də mədəni
muxtariyyət uğrunda mübarizə dinc mübarizə forması
alarsa, inqilabi radikalizm əməl dairəsi məhdudlaşar,
xalqı radikal şüarlarla mübarizə meydanına çıxaran,
hakimiyyəti xalq adından qəsb etməyə cəhd göstərən
mürtəce qüvvələrin manovr imkanları azalır.
Təcrübə
göstərir ki, hakim dairələr idarə etmək
iqtidarını əldən vermək təhlükəsi ilə
üzləşdikdə, radikal tədbirə əl atır,
siyasi hakimiyyəti dəyişir, yeni simaları hakimiyyətə
gətirir, xalqın ümidləri boşa çıxır.
Xalqlar
və ölkələr bir-birinə bağlıdır. Bu
bağlılıq Cənubu Şimaldan asılı
etmişdir. Cənubda baş verən hər bir hadisə
Şimalda izlənir. Cənubun çoxmillətli ölkələrində
cərəyan edən milli proseslər Şimalın diqqət
mərkəzindədir. Bir ölkədə millətlərarası
ziddiyyətlər qızışdırılır, digər
bir ölkədə baş verən milli münaqişə Qəbiristan
sükütu ilə üzləşir.
Inkişaf
etmiş Qərb ölkələrinin, birinci növbədə
Amerikanın kütləvi informasiya vasitələri, o cümlədən
bu ölkələr üçün veriliş yayan Amerika radioları xüsusi canfəşanlıq
göstrirlər.
Belə
bir zamanda öz mənliyini dərk edən ziyalı, əcnəbilərin
gürültulu təbliğatına uymur, öz gücünə arxalanır,
çalışır öz ayağı üstə dursun. Bügünki və dünənki
nəsil bu acı təcrübənin tamını
dadmışdır. O, bilir ki, əcnəbilərin köməyi
ilə alınan azadlıq təmənnalı
azadlıqdır. Ona görə də müvəqqətidir və
fiktivdir.
Mühacir qəzeti dekabr
1999-cu il
Ə. Lahrudi
(1945-1946)
Insanlar
tarixi özləri yaradırlar. Ancaq öz istədikləri kimi deyil,
keçmişdən irs qalan və onunla birbaşa üzləşən
mövcud vəziyyətə uyğun şəkildə
yaradırlar (K. Marks.).
54
il bundan əvvəl Azərbaycan xalqının milli azadlıq
hərəkatı, 21 Azər hərəkatı qələbə
çaldı. Milli hökumət yarandı. Azərbaycan xalqı
diktatorluğa qarşı aparılan mübalrizənin yenə də
ön səngərində dayandı.
Bəli,
tarixi insanlar yaradırlar. Lakin tarix yerində addımlamır.
Insan iradəsindən asılı olmayaraq təkamülə
doğru irəliləyir. 21 Azər hərəkatı da başqa
inqilabi hərəkatlar kimi bu və ya diəgr şəxsin
iradəsilə deyil, xalqın iradəsi, zamanın tələbi
və əlverişli şəraitin mövcud olması ilə qələbə
çalmışdı. Eyni zamanda 21 Azər hərəkatının
özünəməxsus xüsusiyətləri vardır ki, ölkədə
baş verən digər inqilabi hərəkatlardan fərqlənir:
təhsil, səhiyyə, məşğuliyyət, iqisadi dirçəliş,
torpaq məsələsinin həll edilməsi ilə əlaqədar
ciddi tədbir 21 Azərin ictimai və iqtisadi proqramını
təşkil edirdi. 21 Azərin özünəməxsus xüsusiyyətlərindən
biri də xarici amildir. Müharibə illərinə təsadüf edən
bu amil həlledici rol oynadı.
Bəşər
cəmiyyəti tarix boyu güclü və zəif, varlı və
yoxsul qütbünə parçalanmışdır. Bu fövqəlmilli qütbləşmədir.
O, əzəli və əbədi deyil, müəyyən dövrdə
meydana gəlib cəmiyyətin yüksək inkişaf mərhələsində
aradan gedəcəkdir.
Insanları
maddi mənafe, dil, mədəniyyət, adət və ənənə,
məslək və əqidə mənsubiyyətindən
asılı olmayaraq müəyyən qütb çərçivəsində
bir-birinə yaxınlaşdırır, bu yaxınlaşma həmrəylik
formasında təzahür edir. Varlılar öz sərvətlərini
qorumaq üçün beynəlxalq həmrəyliyə arxalanırlar. Təbiidir
ki, əks qütb də belə həmrəyliyə ehtiyac duyur.
Iranın
son yüz illik tarixi göstərdi ki, həm milli miqyasda, həm də
dünya miqyasında qütblərarası həmrəylik mövcud
olmuşdur. Bu qanuna uyğun haldır. Rusiya və Ingilis dövlətləri
varlıları öz qanadları altına almışdılar.
Elə bu zaman məhrumiyyətə düçar olan iranlı da həmin
ölkələrin xalqlarının həmrəyliyinə
arxalanmışdı.
Birinci
Dünya müharibəsindən sonra Rusiya dünya iqtisadi sistemindən kənarda
qaldı, bağlı bir ölkəyə çevrildi. Ikinci Dünya müharibəsi
ərəfəsində sərmayədarlıq Avropası iki
düşmən qütbə parçalandı. Ingiltərə və Fransa
bir qütbdə, Almaniya digər bir qütbdə yer tutdular.
Rusiya
bu zaman təsirli qüvvə hesab olunmurdu. Lakin hər iki qütb
Rusiyadan üçüncü qüvvə kimi dünya siyasətində öz mənafeləri
üçün istifadə etmək istəyirdilər. Ona görə də
Rusiya ilə təmasda idilər. Nəhayət Almaniya ilə
Rusiya arasında təcavüz etməmək haqqında müqavilə
imzalandı. Almaniya ildırım sürəti ilə Fransanı
işğal elədi. Rusiya da iki illik fürsətdən istifadə
edərək öz hərb maşınını təkmilləşdirdi.
Qərb
qütbləşməsi mahiyyətcə biri digərindən fərqlənmirdi.
Iki qütb arası çəkişmə mövcud ictimai və iqtisadi
sistem arasında baş verən çəkişmə idi. Dünya
iqtisadi sistemini dağıtmaq deyil, bölünmüş bazarı yenidən
bölmək məqsədi daşıyırdı. Müharibədən
sonra dünya sərmayədarlıq sistemi daxilində qütbləşmə
aradan getdi, qısa müddətdə Qərbi Avropada, o cümlədən
Qərbi Almaniyada müharibənin vurduğu ziyan aradan
qaldırıldı. Böyük sərmayə sahiblərinin həmrəyliyi
nəticəsində qərbin iqtisadi və hərbi qüdrəti
artdı, dünya bazarında həm ahənglik bərqərar
oldu, həm də milli sərmayələr bir-birilə
çulğalaşdı, transnasiyonal maliyyə olliqarxiyası
yarandı, vahid dünya iqtisadiyyatının əsası qoyuldu,
strateji rəqib olan Şərq qarşısında Qərbin
birliyi təmin oldu. Yalta konfransı qalib dövlətlərin
müharibədən sonrakı Avropada rol və mövqelərini müəyyənləşdirdi.
Müharibədən sonrakı Avropa iki yerə, Şərq və
Qərbə bölündü. Rusiya Şərqin, Amerika isə Qərbin
başında durdu. Hər iki dövlətin silahlı qüvvələri
Elba çayının şərq və qərb sahilində mövqe
tutdular. Dünya yenə də yol ayrıcında dayandı.
Ictimai
sistemin dünya miqyasında dəyişdirilməsi Sovet
Ittifaqının strateji hədəfini, mövcud ictimai sistemin
dünya miqyasında qorunması Şərqdə yaranan yeni ictimai
sistemin ləğv edilməsi Amerikanın uzunmüddətli hədəfini
təşkil edirdi. Hər iki dövlət həmin məqsədə
çatmaq üçün müxtəlif əməliyyat formalarını və
icra mərhələlərini planlaşdırdılar.
Inkişaf
etmiş ölkələrin fəhlələri, müstəmləkələrdə
milli qurtuluş hərəkatı Sovet Ittifaqının təbii
müttəfiqi, Qərb ölkələrinin sənaye maaliyyə
olliqarxiyası, müstəmləkələri yuxarı təbəqə
və sərvət sahibləri Amerikanın təbii müttəfiqi
idi. Soyuq müharibə və sürətlə silahlanma Şərq və
Qərbin qarşı-qarşıya durmasının xüsusi
forması, ideoloji mübarizə isə onun ümumi formasını təşkil
edirdi. Asiya, Afrika sonra isə Latın Amerikası Şərqin
(Rusiyanın) və Qərbin (Amerikanın) strateji səngərinə
çevrildi. Iran Şərq və Qərb üçün strateji əhəmiyyətə
malikdir. Elə buna görə də müharibə illərində
Iran Ingilis və Rusiya tərəfindən işğal oldu,
şərq və yaxud qərb qütbünə cəlb olunmaq üçün rəqabət
meydanına, işğal məntəqələri isə siyasi
və ideoloji fəaliyyət səhnəsinə çevrildi. Şərq
və qərb tərəfdarı olan partiyalar yarandı. Qütbləşmə
təşkilat forması aldı. Ingiltərəyə arxalanan
varlılar barrikadanın bir tərəfində, Sovet
Ittifaqına arxalan məhrumlar qütbü barrikadaların digər tərəfində
mövqe tutdular. Ingilis cənubun qəbilə başçıları
ilə keçmiş əlaqələri daha da qüvvətləndirdi.,
onları təşkilatlandırdı və
silahlandırdı.
Amerika
biri-birinə zidd olan cinahlarla açıq-aşkar üzləşməkdən
boyun qaçırdı, şahı müdafiə etmək, orduya və
digər inzibati orqanlara soxulmaq, iqtisadiyyat və maliyyə təşkilatlarına
nüfuz etmək siyasətini qarşıya qoydu, öz müşavirlərini
bu həssas təşkilatda yerləşdirdi.
Xarici
Işlər Nazirliyinin Yaxın Şərq üzrə siyasi əlaqələndiricisi
olan Valas Mori 1942-ci ilin avqust ayında demişdi:
ABŞ
yaxın gələcəkdə elə mövqe qazanacaq ki,
çoxsaylı müşavirlər qrupu vasitəsi ilə Iranı idarə
edəcək. Sonra o Iranda işləyən və gələcəkdə
Irana göndərilən müşavirlərin adlarını
açqladı.
General
Qreyli Iran qoşunun baş maliyyə idarəsinin müşaviri
idi. Jandarm idarəsini yenidən qurmaq üçün iki yüksək rütbəli
Amerika zabiti göndərildi. Polis idarəsini yenidən qurmaq üçün
bacarıqlı polis zabitinin, ümumi səhiyyə xidmətlərinə
başçılıq edən münasib şəxsin, nəqliyyat
işlərini idarə edən şəxsin eləcə də
maliyyə işləri ilə məşğul olan qrupun Irana
göndərilməsi barədə qərar qəbul edilmişdi.
Həmin
ilin oktyabr ayında polkovnik Norman Şvartskopf jandarm idarəsində
fəaliyyət göstərən Amerika müşavirlər qrupuna
başçılıq etmık üçün Irana gəldi. Panama
zonasının sabiq komandanı Amerika generalı Klarens Raydili
Iran qoşununda fəaliyyət göstərən müşavirlər
qrupunun başçısı general Qreylini əvəz etdi. Maliyyə
işləri üzrə müşavirlər qrupunun başçısı
Milisepo 1942-ci ilin əvvəllərində Irana gəldi.
Polkovnik Stefaan Timerman polis idarəsinin müşaviri təyin
olundu.
Iran
və soyuq müharibə kitabı səh. 200 Tehran 1374-cü Şəmsi
ili.
Beləliklə
Şahənşah Iranını iranlı deyil, Amerika öz
müşavirləri vasitəsi ilə idarə edirdi. Belə bir
ölkə müstəqil ola bilərmi? Onun ərazi bütövlüyü qoruna bilərmi?
Sovet
qoşunları yerləşən məntəqələrdə
iş başqa istiqamətlərdə aparıldı. Cənubun
əksinə Iranın Şimalı və Azərbaycan böyük
inqilabı potensiala malik idi. Eyni halda bu məntəqələr
Rusiya ilə həmsərhəd idi, həmin məntəqə
əhalisinin qədimdən Rusiya ilə əlaqəsi var idi.
Xüsusilə ticarət əlaqələri, işçi qüvvəsinin
Qafqaza axını, beynəlxalq həmrəyliyin mümkünlüyünə,
dünyanın, o cümlədən Iranın məhrum
xalqlarının Sovet Ittifaqı ilə təbii müttəfiq
olmasına inam, Azərbaycanın və Kürdüstanın
qabaqcıl qüvvələrini bu ölkə ilə əməkdaşlıq
etmək siyasəti yeritməyə sövq etdi. Bu əməkdaşlığın
məntiqi səbəbini böhrandan çıxış və Rza
Şah diktaturası dövrünə də qayıdışın
qabağını əlmaq təşkil edirdi.
Müharibə
qurtarmaq üzrə idi. Iran Məşrutə inqilabından
sonrakı illərə oxşayırdı. O zaman Rusiya
Iranın siyasi səhnəsindən kənarda qaldı. Ingilis
işğal qoşunları Irana hakim oldular, Rzaxanı hakimiyyətə
gətirdilər.
Azərbaycanda,
Şimalda və Xorasanda azadlıq hərəkatı
boğuldu, Iran Ingiltərənin orbitinə qoşuldu. Onun
(ingilisin) siyasi mövqeyi və iqtisadi mənafeyi təm in oldu.
Iran varlılarının iqtisadi mənafeyi daxildə Rzaxan,
xaricdə isə Ingilis vasitəsi ilə qorundu.
Bununla
da hər iki ölkənin varlıları arasında həmrəylik
bərqərar oldu.
Ikinci
Dünya Mühalribəsi illərində vəziyyət bambaşqa
idi. Keçmişə bənzəmirdi. Sovet Ittifaqı, Ingilis və
Amerika ilə birlikdə Irana daxil oldular. Amerika Şah
sarayında və həssas dövlət idarələrində öz
mövqeyini möhkəmləndiridi, mülkədar və qəbilə
başçıları ingilislərlə əlbir oldular.
Sovet
Ittifaqı məhrumların müdafiəçisi kimi çıxış
etdiyi üçün sol və milli qüvvələri müdafiə elədi.
Bununla əlaqədar Amerika və Ingilis diplomatlarının
mülahizə və müşahidələri diqqəti cəlb edir.
bu diplomatların fikrincə islahatçılar sovetləri əsl
radikal dəyişiklik tərəfdarı, ingilisləri isə
yuxarı siniflərin, böyük torpaq sahiblərinin, qəbilə
başçılarının tərəfdarları kimi
tanıyırdılar.
General
Harlı Ruzveltin xüsusi nümayəndəsi kimi 1943-cü ilin avqust
ayında Iranda apardığı müşahidələr
haqqında yazırdı:
Əgər
iranlılar Ingiltərə və yaxud Rusiyadan birini seçmək məcburiyyətində
olsalar mənim fikrimcə şübhəsiz ruslara üstünlük verərlər.
Eyni
zamanda Ingiltərənin Xarici Işlər Nazirliyidə xəbərdarlıq
edirdi ki, elə bir təhlükə vardır ki, cavan nəsil
ruslara yaxınlaşsın, ingilis isə köhnə mürtəcelərlə
tək qalsın.
1943-cü
ilin aprel ayının 22-də Ingiltərənin Irandakı hərbi
atteşesi bu barədə yazırdı:
Son
vaxtlar əhalinin Rusiyaya münasibətində çox dəyişiklik
əmələ gəlmişdir. Rusiya ilə yaxından
tanış olmaq, eləcə də rusların
davranışları, Rusiyanı divə və rusları rəhmsiz
vəhşilərə bənzəyidirlər. Bənzədənlərin
düşüncəsində böyük dönüş yaranmışdır. Rus
qoşunlarının təqdirəlayiq nizam-intizamı,
onların əhali ilə xoş davranışı, əhalinin
aşağı təbəqələri ilə həmrəylik
və onlara havadar çıxmaq, öz hökumətlərindən
razılıq, zabitlərlə əsgərlər arasında
mövcud olan yaxşı əlaqə, rus əsəgərlərinin
yüksək mənəvi siması sovet quruluşuna qarşı
olan ideyaları və təsəvvürləri kökündən dəyişmişdir.
Indi əhalinin Rusiyadan qorxusu azaldıqca, varlı siniflərin
bu div simalı ölkədən qorxusu daha da artır. Elə bir vəziyyət
yaranır ki, onun xüsusiyyəti əhalinin Rusiyaya
yaxınlaşmasından, varlı siniflərin Böyük Britaniya ilə
birliyi və həmrəyliyinin möhkəmlənməsindən
ibarətdir. Doğrudan da Rusiya getdikcə yoxsulların və
məzlumların müdafiəçisinə çevrilir, narazı xalqın
rəhbərləri bu ölkədə mövcud hakim sinif əleyhinə
başlanan inqilabda dəyərli arxa kimi baxırlar.
Iran
iki inqilab arasında səh. 423-424, Tehran 1378-ci il. Şərq
və Qərb dövlətləri belə bir şəraitdə öz
təbii müttəfiqlərinə arxalanaraq özlərinin müharibədən
sonrakı siyasətlərinin həyata keçirilməsini ilk dəfə
Iranda təcrübədən keçritməyə başladılar.
Sovet
Ittifaqı öz mövqeyini Iranda möhkəmləndirmək üçün
şimal neftinin birgə işlənməsi təklifini irəli
sürdü, bununla da onun iqtisadi maraqı və cənub sərhədlərinin
təhlükəsizliyi təmin olurdu. Geniş xalq kütləsinə
arxalanan təşkilatlar sovetlərin Iranda yeritdiyi neft siyasətini
müdafiə etdilər. Bununla da Şərq qütbü ilə həmrəy
olduqlarını nümayiş etdirdilər. Mülklədar zülmünə
qarşı mübarizə bu həmrəyliyin əsasını təşkil
edirdi. Maddi sərvət istehsal edənlər elə bir ölkə
ilə əlaqə yaratmağın tərəfdarı idilər
ki, orada ərbab rəiyyətlik münasibətləri hakim
olmasın. Hakimiyyət sərvət istehsal edənlərin əlində
cəmləşsin. Yoxsul və varlı qütbü aradan
aparılsın, ictimai ədalət təmin olsun. Iki ölkə
xalqları arasında yaxınlıq elə bu səbəbdən
qanuna uyğun idi.
Əsrlər
keçdi. Bəşər quldarlıq boyunduğunu
sındırdı, təbiəti özünə tabe etdi, kosmosu fəth
elədi, amma milyonlarla insanı aclıq bəlasından
qurtara bilmədi. Bəşər tarixində ilk dəfə
acların arzusu böyük dünyanın kiçik bir güşəsində
(geridə qalmış Rusiya) çin oldu, kəndli ərbab zülmündən
yaxa qurtardı, fəhlə istehsal vasitələrinə sahib
oldu. Bu köklü dəyişiklik Rusiyanı qüdrətli sənaye ölkəsinə
çevrildi.
Geridə
qalmış Iranın mütərəqqi qüvvələri bu
sıçrayışlı dəyişikliyin təsiri altına
düşdülər. Sovet qoşunlarının Iranda olması ilə
zülmdən xilas olmaq və ədalətin bərqərar edilməsinə
nail olmaq üçün geniş imkan yarandı. Ölkənin qabaqcıl qüvvələri
bu imkanlardan istifadə etdilər, məzlumların rəhbərliyini
ələ aldılar, onların qabaqcıllarını həmkarlar
təşkilatlarında birləşdirdilər. lakin onlar
zülmkarlardan yaxa qurtara bilmədilər, baxmayaraq ki, bunun üçün ölkənin
cənub və şimalında obyektiv şərait və əlverişli
zəmin var idi. Cənub neftçilərinin tətilləri, Tehran,
Isfahan, və digər şəhərlərdə ardı kəsilməyən
etiraz nümayişləri istənilən nəticəni vermədi.
Ingilis qoşunlarının yerləşdiyi məntəqələrdə
etiraz hərəkatlarının qabağı alındı.
Iranın şimalında və şərqində, sovet
qoşunlarının yerləşdiyi məntəqələrdə
də ciddi addım atılmadı, Xorasan zabitlərinin
çıxışı yatırıldı.
Azərbaycan
və Kürdüstan belə bir şəraitdə əli əl üstə
qoyub müşahidəçi rolu oynaya bilməzdi. Pişəvəri və
Məhəmməd Qazi tanınmış və təcrübəli
şəxsiyyət kimi mövqeyi dərk edərək fürsətdən
istifadə etdilər, durmadan işə başladılar, Azərbaycan
və Kürd xalqlarının milli və demokratik hərəkatının
başında durdular. Sovet ordusu da bu məntəqələrdə
müşahidəçiliyi kənara qoydu, daha fəal hərəkət
etdi. Buna görə də Tehran qoşunları Abadanda və
Isfahanda olduğu kimi hərəkət edə bilmədilər,
Azərbaycan və Kürdüstanda milli demokratik hərəkatın qələbəsinin
qabağını ala bilmədilər. Azərbaycana göndərilən
cəza dəstələrinin qarşısı alındı.
Azərbaycan fədailəri yüngül silahlarla silahlanaraq, həssas
məntəqələri öz nəzarəti altına aldılar.
Elə buna görə də, Urmiyyə şəhərini istisna
etməklə Azərbaycanın bütün şəhər və qəsəbələrində
yerləşən ordu və jandarm dəstələri müqavimət
göstərmədən təslim oldular. Bəli, Azərbaycan
Amerika ilə qarşı-qarşıya durarkən sovetlərin
köməyinə arxalandı.
Xaricdən
kömək istəmək yeni məsələ deyil. Tənbəki
hərəkatında ingilislərə qarşı çıxan
üsyançılar Rusiyadan kömək istədilər. Məşrutə
inqilabında isə Rusiyaya qarşı çıxan inqilabçılar
ingilislərdən kömək aldılar. Həqiqi vətənpərvərlərin
borcu xaricdən gələn köməyi rədd etmək deyil, bəlkə
hansı dövlətdən kömək almaq və nə vaxt kömək
almaqdan ibarətdir Iran iki inqilab arasında səh. 423
Tehran 1378-ci Şəmsi il. Belə bir şəraitdə
Ingilis, Amerika və Sovet ittifaqı Atlantik Xartiyasını əsas
götürməli, Iran xalqlarının federal dövlət quruluşu
yaratmaq arzularının həyata keçməsinə
yardımçı olmalı, Azərbaycan və Kürdüstanın
milli-demokratik hərəkatlarını Federal Iran çərçivəsində
tanımalı, bununla da göstərməli idilər ki,
xalqların təyin müqəddarat hüququna sözdə deyil, əməldə
sadiqdirlər, demokratiyanın təkcə Qərbdə deyil,
şərqdə də bərqərar edilməsinə
maraqlıdırlar.
Iran
millətçiləri Amerikanı demokratik ənənələrə
malik olan bir ölkə kimi tanıyırdılar. Bu səbəbdən
də Amerika təşəbbüskarlığı ələ ala
bilərdi, əməkdaşlıq müharibədən sonrakı
Irandan başlanardı, şərqlə qərb arasında əməkdaşlıq
üçün zəmin hazırlanardı. Amma Amerika bu yolla getmədi.
Mühafizəkarlar ingilisdən daha da mühavizəkar hərəkət
etdi. Rza xanın oğlu Məhəmməd Rzanın
arxasında durdu. Keçmişin xoşa gəlməyən ənənələrini
davam etdirən səltənələri və dövlələri
himayədarlıq çətiri altına aldı, özünün
hazırladığı və 1942-ci ildə
imzaladığı Atlantik xartiyasını tapdaladı.
Yalançı separatçılıq ittihamını ortaya atdı,
azadlıq sevən Azərbaycan və Kürdüstan xalqlarının
hüquqlarını ayaq altına saldı. Öz generallarını
Azərbaycana göndərilən cəza dəstələrinə
komandir təyin elədi ki, onlar bu məntəqələrdə
ən dəhşətli cinayətlərə əl
atdılar.
Dağıdıcı
müharibə nəticəsində 50 milyon insan təlafatı verən
Avropa faşizmin dəhşətli cinayətlərindən
nicat tapdı. Hitler intihar elədi.
Nasyonal
Sosialist Partiyasının başçıları Nurenberq məhkəməsində
ölüm cəzasına məhkum oldular, Avropanın
xilaskarlarından biri olan Amerika müharibədən bir il sonra Azərbaycan
və Kürdüstanda Hitlerçilərin cinayətlərini təkrar
etdi, ona görə ki, Rusiyanın əli Irandan üzülsün. Şərqdə
bolşevizmin yayılması qarşısında çin divarı
çəkilsin, Iran Amerikanın orbitinə qoşulsun, siyasi və
iqtisadi müstəqilliyyini itirsin, Amerikanın mənafeyi Iranda əbədi
olaraq təmin edilsin.
Bu
zaman ancaq Sovet Ittifaqı öz təəhhüdünə sadiq qaldı.
Atlantik xartiyasının müddəalarına hörmətlə
yanaşdı. (Qeyd edək ki, sovetlər həmin xartiyanı
1942-cü ildə imzalamışdı). Azərbaycan və
Kürdüstan xalqları üçün azad fəaliyyət göstərmək
imkanı yarandı.
Xalq
çürük rejimə qarşı çıxış etməyə
hazır idi. O mövcud azadlıqdan istifadə elədi. Milli və
demokratik dövlət yaratdı. Bunu təsdiq edən faktlar çoxdur.
Onlardan ancaq birinə, hərəkatımıza qarşı
çıxan ingilis dövlətinin Təbrizdəki konsulunun rəsmi məlumatına
istinad edirik. Ingilis konsulu Azərbaycan xalqının azadlıq
hərəkatının səbəblərini belə izah edir:
Təsəvvür
etmək olmaz ki, bu hərəkat rusların köməyi olmadan
baş tutsun. Baxmayaraq ki, ruslar öz məqsədlərinə
çatmaq üçün həmin hərəkatı müdafiə edirlər. Lakin
bunu da inkar etmək olmaz ki, bu əyalətin fəhlə və
kəndliləri arasında mövcud olan hissiyatını mən həmişə
Iranın ləyaqətsiz və faşist hökumətinə
qarşı təbii nifrət hesab eləmişəm. Yenə
də inkar etmək olmaz ki, burada hökm sürən bədbəxtlik
və fəsad hər hansı bir ölkədə baş versə
idi üsyanla nəticələnə bilərdi. Elə buna görə
də inanmıram ki, bu hərəkat tam şəkildə
rusların işi olsun. Bəlkə də onlar həqiqi
inqilabi vəziyyətdən bəhrələnirlər.
Onlar
mühacirləri kəndə göndərsələr də kəndli
əməkdaşlığa hazır idi. Iranın bir hissəsini
bir ovuc alçaq və nadan adam idarə edirsə, Azərbaycan
xalqı belə bir nəticəyə gələ bilər ki,
onların yerli namizədləri bu işin öhdəsindən
tehranlılardan da yaxşı gələ bilərlər.
Iran
iki inqilab arasında kitabı səh. 266-268, Tehran 1378-ci Şəmsi
ili.
Sovet
Ittifaqının dünya siyasətinin özəyini məhrum
insanları müdafiə etmək təşkil edirdi. Elə bu səbəbdən
də onun xarici siyasəti cəzbedici xarakter
daşıyırdı. Sonrakı hadisələr göstərdi
ki, həmin siyasətin icra edilməsində
ardıcıllıq olmayıb. Bu siyasətin irəli
aparılması prosesində ortaya çıxan şəkk-şübhə
qətiyyətsizliyə gətirib çıxardı. Məsələn
Azərbaycan fədailəri beş açılan tüfənglə
silahlı mübarizəyə başladılar. Milli hökumət təşkil
edildikdən sonra onlar yüngül və məhdud sayda ağır
pulemyot aldılar. Fədailərin və milli qoşunun
ixtiyarında tank və top yox idi. Sovet qoşunları Azərbaycanda
və Kürdüstanda olarkən ağır silaha bəlkə də
ehtiyac hiss olunmurdu. Çünki Amerikanın buyurduğu ilə hərəkət
edən Tehranın Azərbaycana hücum etmək imkanı yox idi.
Sovet Ittifaqının şəkk-şübhə ilə dolu olan
bu düşünülməmiş siyasəti Azərbaycanı və
Kürdüstanı özünü müdafiə imkanlarından məhrum etdi. Sovet
qoşunlarının Irandan çıxması Azərbaycanın və
Kürdüstanın müdafiə qüdrətini zəiflətdi. Hətta
Sovet Ittifaqının rəqibi olan Ingiltərə də bunu
görürdü. Bununla əlaqədar Təbrizdəki Ingilis konsulu Xarici
Işlər Nazirliyyinə verdiyi 19 oktyabr 1946-cı il tərixli
məlumatında yazırdı: Sovetlər firqəyə az
miqdarda hərbi ləvazimat verdilər. Bunun səbəbini özləri
yaxşı bilirlər. Halbuki, amerikalılar Şahənşah
ordusunu hərbi avtomobil, tank və ağır silahla
silahlanmışlar. Ruslar Təbriz hökumətinə adi tüfəng,
yüngül və əl silahlarından başqa heç nə verməmişdilər.
Iran
iki inqilab arasında kitabı, səh. 507, Tehran 1378-ci Şəmsi
ili.
Zaman
keçdi, Sovet Ittifaqı dağıldı, bununla da bir çox müəmmalar
açıldı. O cümlədən aydın oldu ki, Sovet
Ittifaqının Irana qarşı ehtiyatlı hərəkəti,
Azərbaycan və Kürdüstan fədailərini silahlandırmaqdan
boyun qaçırması ilk lokal geri çəkilmə idi. Bu da Sovet
Ittifaqını öz həmməsləklərindən və
strateji müttəfiqlərdən uzaqlaşdırmaq üçün
başlanğıc idi.
Bu
da bir həqiqətdir ki, Almaniya ilə müharibənin bütün
ağırlıqları Sovet Ittifaqının üzərinə
düşmüşdür. Müharibənin vurduğu yaraların
sağalması əsas problem kimi üstünlük təşkil edirdi.
Lakin bu məsələ Sovet Ittifaqının Azərbaycan və
Kürdüstanla əlaqədar yeritdiyi siyasətə bəraət
qazandıra bilməz. O borclu idi ki, öz imkanlarını
qabaqcadan ağır-yüngül etsin, Amerikanın Iranda yeritdiyi siyasətin
qətiyyətli olub olmayacağını ölçüb-biçsin, sonra qərara
gəlsin, onun icra edilməsi üzərində möhkəm
dayansın və yaxud səssiz-səmirsiz şələ-küləsini
yığışdırıb hətta Amerika və Ingiltərədən
də qabaq Irandan çıxsın, bununla da Amerikanın və
Iranı çapıb-talayan mülkədarların və tayfa
başçılarının sonrakı hay-küylü təbliğat
kampaniyası qarşısında özünü sığorta eləsin.
Belə
nəzərə gəlirik ki, Sovet Ittifaqı Azərbaycan və
Kürdüstanda milli-demokratik hərəkat qələbə
çaldıqdan sonra özünə gəldi, iradəsi zəiflədi,
Amerikanın təzyiqi qarşısında geri oturdu. Bununla da
meydan boşaldı, Iran Amerikanın cövlangahına çevrildi.
Sovet
Ittifaqının Iran məsələsində geri çəkilməsi,
öz müttəfiqlərini tək buraxması, 45 ildən sonra təkrar
oldu. Sovet Ittifaqının müttəfiqləri tək
qaldılar. Amerika qüdrət zirvəsinə qalxdı, Rusiya tənəzzül
quyusuna düşdü. Bu tarixin dərsidir. Kiçik və zəif millətlər
ondan ibrət dərsi almalıdırlar.
Mühacir
qəzeti dekabr 1999-cu il
Ə. Lahrudi
Bu tarixi hadisəyə
Qüzeydə böyük önəm verilməlidir
1945-ci
il dekabrın 12-si Azərbaycanın tarixində fəxr olunacaq
səhifələrdəndir. Həmin gün Güney Azərbaycanda
Seyid Cəfər Pişəvərinin
başçılığı ilə Milli Hökumət quruldu. Bu hərəkat
təkcə Azərbaycan türklərinə deyil, eyni zamanda,
Iraqdakı başqa millətlərə azadlığın və
milli muxtariyyətin şirinliyini dadızdırdı. Kürdüstan
Milli Hökumətinin yaranmasını buna örnək göstərmək
olar.
Hərəkat
Irana demokratiya, Azərbaycana muxtariyyət şüarı
altında fəaliyyət göstərirdi. Tarixçiliyin və o dövrü
araşdıranların fikrincə Güney Azərbaycanda Milli hökumətin
qurulması zəruri idi. Belə ki, həmin illərdə
dünyanın düzəni dəyişmişdir. Bu səbəbdən
Iranda da yeni mahiyyətli rejim yaranmalı idi. Amma Ikiinci Dünya
Müharibəsindən sonra dünyanın iki bir-birinə düşmən
olan qütbə çəkilməsi Azərbaycana qan-qada gətirdi.
Böyük güclə Azərbaycanı öz maraqlarına qurban verdilər.
Ötən
58 ildə bu hərəkata və onun nəticəsində
qurulmuş Milli Hökumətə çeşidli baxışlar olub. 1
illik hökumətlə bağlı əlavə materiallar əldə
olunduqca onun mahiyyətinin daha da aydınlaşacağı
istisna edilmir. Azərbaycan Milli Hökumətinin tarixi illər uzunu
ya gizli saxlanılıb, ya da ideoloji baxışlardan
yozumlanıb. Amma yozumlanıb necəliyindən asılı
olmayaraq bu hərəkat Azərbaycan türkünə məxsus idi.
Onun milli varlığının, dilinin, tarixinin, mədəniyyətinin,
iqtisadiyyatının qorunmasına, inkişafına yönəlmişdi.
O vaxt Milli Hökumətin həyata keçirdiklərini bu gün Güney Azərbaycanda
yenidən tələb etməyə başlayıblar. Hesab
edirik ki, həmin dövrün acı tarixi təcrübəsindən millətimiz
və onun uğrunda mübarizə aparan insanlarımız gərəkli
nəticəni çıxaracaqlar.
Sovetlər
dövründə 21 Azər günü (12 dekabr) hər il təntənə
ilə qeyd olunardı. O zamanlar şəhərimizin ən möhtəşəm
sarayları bu günün ixtiyarına verilərdi. Hətta indiki Azərbaycan
Akademik Teatrının binasında kecirilən toplantıda o vaxtkı
birinci katib Heydər Əliyev də iştirak edərmiş.
Amma təəssüflər olsun ki, son illər hökumətdə
onların başı o qədər qarışıb ki,
tarixdə Azərbaycanla bağlı belə bir günün
olduğunu unudublar.
Qeyd
edək ki, bu il Dekabrın 10-da saat 11:00-da Azərbaycan Demokrat
Firqəsinin qərargahı yerləşən Əli bəy
Hüseynzadə küçəsi 66-da Azərbaycan Milli Hökumətinin
yaranmasının 58-ci və onun başçısı Seyid Cəfər
Pişəvərinin 110 illiyi ilə bağlı toplantı
keçiriləcək. Təşkilatçı Azərbaycan Demokrat Firqəsidir.
Millətimizin
tarixində baş vermiş bu günlə bağlı Azərbaycan
Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi ilə
görüşüb bir sıra mətləblərə qısacada olsa,
aydınlıq gətirməsini istədik.
-
21 Azər hərəkatı niyə qələbə
qazandı? Sizcə, bu hərəkat nəticəsində
qurulmuş Azərbaycan Milli Hökuməti nədən süquta
uğradı.
-
Azərbaycan xalqı həm demokratiya, həm də azadlıq
uğrunda mübarizə aparan Iran xalqlarının həmişə
ön sırasında getmişdir. O özünün milli dəyərlərinə
sadiq qalaraq irticaçı qüvvələr tərəfindən
tapdanan milli mədəniyyətinin və ana dilinin bərpası
uğrunda mübarizədə yenə də ön sırada gedir. Azərbaycan
xalqı Məşrutə Hərəkatının (Səttarxan
hərəkatı nəzərdə tutulur- S.) və Məhəmməd
Xiyabani hərəkatının aparıcı qüvvəsi
olmuşdur. Seyid Cəfər Pişəvərinin
başçılıq etdiyi Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi
altında qələbə çalan 21 Azər nərəkatı
doğrudan da xalqımızın tarixində əlamətdar
bir hadisə olmuşdur. Bu hərəkat bütün Iran
xalqlarının azadlıq və demokratiya uğrunda
apardığı mübarizə tarixinə qızıl xətlə
yazılmışdır. Bundan başqa, , Azərbaycan kəndlisi
feodalların və mülkədarların təzyiqi altında yüz
illərlə istismara məruz qalmışdı.
Torpağın kəndlinin mülkiyyətinə çevrilməsi
şüarı alqışlanmış və bu səbəbdən
də onlar 21 Azər hərəkatına qoşulmuşlar.
Onun qələbəsi nəticəsində dövlət və Azərbaycandan
qaçan mülkədarların torpaqları kəndlilər arasında
pulsuz paylanmışdı. Əmlakı paylanmayan və Milli
Hökümətlə əməkdaşlıq edən sahibkarlarla kəndlilər
arasında münasibəti nizamlayan qanun Azərbaycanın Milli Məclisi
tərəfindən təsdiq edilmişdi.
Azərbaycanın
bütün milli vətənpərvər qüvvələri milli Hökumətin
yaranmasinda maraqlı idilər. Təbii ki, bütün bunların vahid
Iranın ərazi bütövlüyü çərçivəsində həyata
keçirilməsi nəzərdə tutulurdu. O zaman Azərbaycan
daxili muxtariyyət əldə etməklə hər iki sahədə
- həm milli dil və mədəniyyət, həm də milli
iqtisadiyyatın yaradılmasına maraqlı idi. Buna görə də
Azərbaycanda 21 Azər hərəkatı qələbə
çaldı. Bir ildən sonra şah qoşunlarının Azərbaycana
göndərilməsi ilə hərəkat məğlub oldu, qan
icində boğuldu. Bunun obyektiv səbəblərindən biri
sovet qoşunlarının Irandan çıxması ilə Milli
Hökümətin xarici amilin köməyindən məhrum olması idi.
Bununla özünümüdafiə üçün ən zəruri imkanlarından, o cümlədən
silah-sursat əldə edilməsidən məhrum olunduq.
Ikinci
amil Iranın siyasi dairələrinin Amerika tərəfindən
qorunması idi. Polis və jandarm qüvvələri arasında
Amerikanın güclü nüfuza sahib olması da bura aiddir. Iranın
irtica qüvvələrinin arxasında durmaqla Amerika, eyni zamanda,
atom silahının köməyi ilə öz strateji rəqibini
(kecmiş Sovetlər Birliyini) hədələməklə 21
Azər hərəkatının asanlıqla məğlub edilməsinə
nail oldu.
-
Siz Seyid Cəfər Pişəvərini görmüsünüz. Onda olan rəhbərlik
keyfiyyətlərindən hansılar Güneylə bağlı məsələlərdə
liderlik iddiasında olanlarda catışmır?
-
Pişəvəri Azərbaycanın Xalxal məntəqəsində
dünyaya gəlmişdi. Bu məntəqə qaçaq- quldurların,
şahsevən bəylərin və iri sahibkarların at
oynatdığı məntəqə idi.
Adi
insanların, sadəcə, əkinçiliklə məşqul olan
kəndlilərin təhlükəsizliyini qoruyan qüvvə yox idi.
Belə bir şəraitdə Pişəvəri ailəsi
Bakıya köçüb. Onlar burada bir müddət yaşayıblar. O sanki cəhənnəm
mühitindən çıxaraq az çox nisbi azadlıq mövcud olan mühitdə
yaşamış, təhsil almış və inqilab əhval-ruhiyyəsi
ilə silahlanan Iran fəhlələrin yaşayışı
ilə tanış olmuşdu. Pişəvəri onların
neft mədənlərində qeyri-insani şəkildə
istismar olduğunu gözü ilə görmüş və məzlum
insanların azadlığa çıxması uğrunda mübarizədə
iştirak etmiş, bu mübarizə ocağında
qayanıyıb-bişmiş, böyük bir siyasi rəhbərə
çevrilmişdir. Bu onun formalaşmasına təsir göstərən
başlıca şərtlərdəndir. Ikincisi, Pişəvəri
siyasi təcrübələri ilə Irana getmiş, çəngəlin
hərəkatında (1920-ci ildə baş vermiş Mirzə
Kiçk xan çəngəlin başçılığı altında
olmuş hərəkatı nəzərdə tutur S.)
yaxından iştirak etmişdir. Bu hərəkat
yatırıldıqdan sonra o, Tehranda siyasi fəaliyyətini
davam etdirmişdir. Pişəvəri burada çıxan Həqiqət
qəzetində ən aparıcı məqalələrin, o
cümlədən siyasi təhlillərin müəllifi olmuşdur.
Üçüncüsü, Pişəvəri 10 il Rza şah zindanında
yatmışdı. O, Kaşana sürgün edilmişdi. Zindan mühiti
onun əqidəsini daha da möhkəmləndirmiş, azadlıq
uğrunda mübarizədə onu əzmlə çalışmağa
zövq etmişdir.
Dördüncüsü
Pişəvəri şah diktaturası yıxıldıqdan
sonra mübarizəni davam etdirmişdir. O, azadlığa
çıxmış Iranda, xüsusilə Azərbaycanda ümummilli
demokratik hərəkatın liderlərindən biri olmuşdur.
Tehranda çıxan Ajir qəzetini bu vaxtlar nəşr etdirməyə
başlamışdır. Vətənpərvərlik ruhunda
yazdığı məqalələri ilə böyük bir nəsli
milli siyasi baxımdan tərbiyə etmişdir. Bu gün Ajir qəzetini
oxuyanlar onun yazdıqlarının indi də aktual olduğunu
görür və həmin mənbədən faydalanılar.
Beşincisi, Pişəvəri Azərbaycan Demokrat Firqəsini
yaratmışdır. Bu firqənin əsas hədəfləri
Azərbaycanın milli hüquqlarını özünə qaytarmaq və
Iranda qara diktaturanın bərpa olunmasının
qarşısını almaqdan ibarət olmuşdur. Seyid Cəfər
Pişəvəri 21 Azər hərəkatının qələbəsinə
rəhbərlik etmişdir. Altıncısı, Pişəvərinin
uzaqgörən siyasəti, yəni feodal Iran daxilində fars olmayan
xalqlara milli muxtariyyətin verilməsi ideyası bu gün də öz
aktuallıqını itirməmişdi. Real düşüncəyə
malik olan hər siyasi mübariz, o cümlədən Azərbaycanın
azad və demokratik dövlət çərçivəsində öz hüququnu əldə
etmək istəyənlər üçün bütün bunlar nümunə
olmalıdır.
-
Bu gün Azərbaycanın Güneyində milli haqların tələbi
əsasında gedən proseslərə Milli Hökumətin
hansı mənəvi tarixə təsiri vardır?
-
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında qələbə
çalmış 21 Azər hərəkatının nəticəsi
olaraq Azərbaycanda Milli Hökumət yarandı. Ümumxalq səsverməsi
yolu ilə Azərbaycan Milli Məclisi təşkil
olunmuşdur. Bir il fəaliyyət göstərən Milli Hökumət
və Milli Məclis Pişəvərinin Tehranla
apardığı müzakirələrdən sonra
ostandarlığa (əyalətin icra orqanına), Milli Məclis
isə əyalət şurasına çevrildi. Bu, 1946-cı ilin
iyununda baş verdi. Amma 1946-cı ilin dekabrına qədər
(yəni Milli Hökumət süqut etdiyi günə qədər) Milli
Hökumət və Milli Məclis öz fəaliyyətini
dayandırmadı. Ancaq şah qoşunları Azərbaycana gəldikdən
sonra əyalət şurası ləğv edildi. ostandarlıq
isə şah rejiminin mürtəce dövlət aparatına çevrildi.
Milli
Hökumətin yaranması tarixi bir hadisədir. Bu, Iran tarixinə
qızıl xətlə yazılmışdır. Nəsillər
dəyişir, lakin Azərbaycanın nəyə qadir
olması Milli Hökumətin simasında özünü göstərir. Hər
il 21 Azər hərəkatının bütün dünyaya
yayılmış azərbaycanlılar tərəfindən
qeyd edilməsi, eləcə də Azərbaycanın özündə
bu hərəkatın bu və ya başqa şəkildə yad
olunması onu göstərir ki, Milli Hökumət azərbaycanlıların
yaddaşlarında yaşayır. Onun bərpası ideyası
Azərbaycan xalqlarının mübariz qüvvələrinin
apardıqları işlərdə məşəl rolunu
oynayır. Bugünkü, Azərbaycan gənci inanır ki, onun
ata-babasının yaratdığı Milli Hükumət öz
xalqının idi. O, demokratik dövlət çərçivəsində mütləq
bərpa edilməli və ediləcəkdir.
-
Azərbaycan Milli Hərəkatı hədəfinə
yetişmək üçün nələrə diqqət yetirməlidir?
-
Azərbaycan Milli Hərəkatı Xiyabani və Pişəvəri
hərəkatının davamıdır. Milli Hərəkat bu
böyük tarixi təcrübələrdən bəhrələnərək
günümüzün şəraitinə uyğunlaşmaqla daha da zənginləşməlidir.
Iran bugünkü dünyanın kiçik bir nöqtəsidir. Burada müxtəlif dillərdə
danışan xalqlar yaşayırlar. Bu xalqlar o cümlədən
türk, kürd, fars, bəluç, türkmən, ərəb və başqa
etnik qruplardan ibarətdir. Onllar min illərlə birgə
yaşayıb, xarici düşmənlərə qarşı birgə
mübarizə aparıblar. Istibdad və irtica zülmünə
qarşı bir səngərdə vuruşmuşlar. Son 8 illik
Iran Iraq müharibəsində azərbaycanlıların
iştirak hərtərəfli olmuşdur. Bu müharibədə
azərbaycanlılar daha çox qurban vermişdilər. Beləliklə,
bu xalqlar tarixi nöqteyi-nəzərdən bir-biri ilə sıx əlaqədə
olmuş, ortaq mədəniyyətin yaradılmasında mühüm
rol oynamışdılar.
Çağdaş
dünyamızda milli dəyərlərin qorunması və milli
hüquqların təmin edilməsinə daha çox diqqət yetirilir.
Azırbaycanda başlayan Milli Hərəkat Iranda gedən
demokratik hərəkatın tərkib hissəsidir. Azərbaycan
xalqı öz təcrübəsinə arxalanaraq bu hərəkatın
ön sırasında gedir. Iranda demokratik azadlığların bərqərar
edilməsində, eləcə də Iranda yaşayan xalqların
milli hüquqlarının təminində azərbaycanlıların
hərəkatı əsas rol oynayıb. Bu hərəkat ilk
növbədə Azərbaycan Türkcəsinin rəsmlənməsini
qarşısına məqsəd qoymuş və həmin
istiqamətdə müəyyən irəliləyişlərə
nail olmuşdur. Azərbaycan Türkcəsində müstəqil qəzet
və jurnallar buraxılır, kitablar çap edilir. Azərbaycanın
milli musiqisi özəl məktəblərdə tədris olunur.
Ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr
ana dilini öyrənmək məqsədi ilə özəl məktəblər
yaradır və burada Azərbaycan Türkcəsini, ədəbiyyat
və tarixini öyrənirlər. Bütün bunlar onu göstərir ki, bu hərəkat
düzgün xətt üzrə irəliləyir.
Bunları
Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi,
inkişafı üçün başlanğıc hesab etmək olar.
Təbii
ki, bu nailiyyətləri daha da genişləndirmək mümkündür.
Amma o öz işini Milli muxtariyyətin əldə edilməsi ilə
başa vuracaqdır.
Ayna qəzeti
5 dekabr 2003-cü il
Müxbir Sədrəddinin Ə.
Lahrudidən götürdüyü müsahibəsi