Məcid Əmin
Müəyyid
Azərbaycan Ruznaməsi
və Onun Baş Müdiri
Məcid Əmin Müəyyid
İzah: otuzuncu on
illikyin əvvəllərində çox ağır və gizli bir
şərayətdə " Azərbaycan "
rüznaməsinin yeni nəşr dövrü başlayır. Çox təəsüflə
bu işin gedışatı və necə olması həqdə
, onun nəşrində iştrak edənlərin bir
tedadının qeydi həyatda olmağına rəğma, hələ
də geniş məlumat əldə yoxdur. 142 nümrədə nəşr
olunan bu ruznamədən yalnız bir nümrə əldə dir.
çox təəsfüflə bir cəmin zəhməti sayəsində
görülən bu dəyərli işə inqlabdan sonra da
açıqlıq gətirilməyibdir.
" Azərbaycan
" rüznaməsinin ikinci təhririyyə
heyətinin tərkibində olan ustad Məcid Əmin Müəyyid
bir neçə il əvvəll ustad Bəhzadının
ağırlama mərasimində bu barədə kiçik bir izah
vermişdir ki, aşağıda oxuculara təqdim edirik. Bu
ümidlə ki, qeyd olunan mövzüda məlumatları olan şəxəslər
mətbuat tariximizin bu hissəsinə ışıq
salsınlar.
Bütün iran xalqları imperyalizm xüsusi ilə
inglis imperyalizmi və neft şərkti əleyhinə
vuruşan zamanlar azadlq sevər mətbuat iran da bu mübarizənin
qabaqcıl nur saçan çıraqları olmuşdur. Azərbaycan qəzeti
də təqribən 1330 dan 1334 də dək, bu səf də
başucalıqla yerləşib və tarixi rol
onaybdır.
Azərbaycan rüznaməsi başqa qəzetlərlə
birlikdə xəlqimizə hər həftənin ən mühüm məselələri
həqqində göstriş verib, zəhmətkeşlərin
hüququndan difa eləyib, kənədlilərdən xanlar və ərbablar
qarşısında difa edərək, zid imperyalist cəbhədə barışmaz
mübarizə aparrdı.
Bilirsiz ki, o illər bir tərəfdən
inglis və ha belə amerika sültəçiləri əleyhinə
kəsgin mübarizə dövrü idi və
xalqlarmzın iradəsi ilə nəft milli olmuş
və totiələr iranılıları təhdid
edirdi və hər halda nəftin milliləşməsi iran
xalqlarının böyük arzusu olaraq, bizim bu qəzet də bu
ümid və arzularla irəliləyirdi və xalqın şadlıqlarn əks
edirdi.
28 Murdad
amerika - inglis kudetasından sonra da düşmənlərin
hücum dövrü və şahın artıq quldurluq
zamanı olub, on minlərlə şərif insanlar
dustaqlara və təbidlərə məruz qalıb və
yüzlərlə böyük insanlar edam olundular və yenə də
rüznaməmiz bu dövrdə xalq ilə həmdərd idi və çalışırdı
ki , onlara ürək verib və qaranlıq zəmanənin
keçəri olmasnı yada salsın.
Azərbaycan qəzeti həftəlik
nəşriyyə idi və büsbütün ana dilində yazılaraq, xalq içərisində
yayılırdı.
Ruznamənin
baş müdiri « Behzad Behzadi»
olmuşdur və
baş məqalələrin çoxu onun qələmi ilə
yazılıbdir. Bu məqalələr
əsas və gün məselələrə cavab verirdi.
Ustad Behzadının nəqşi sadəcə
müdirlik deyildi. O siyasi baxımdan üstün və qüdrətli bir şəxsiyyti
idi və bir dil ustadı kimi rüznaməni idarə edirdi. Bəhzadı
ədəbiyyat sevər və zövvqlu bir ziyalı olduqda , ustad
Şəhriyarın « Heydərbabaya
Səlam» əsərinə ilk dəfə dərinmənalı
və araşdırıcı təhlil və
nəqd yazmış və rüznamənin neçə nümrəsində
çap olunub və rovşənfikr cavanları bu böyük əsərlə
aşina etmişdir. O təhlil yazılanda « Heydərbabya Səlam» çap olmaqda
idi və demək lazım deyil ki , o qaranlıq günlərdə
bu əsər və təhlil ana dilimizi qorumaqda bizə çoxlu
kömək olmuşdur və əsərin sürətlə xəlq
içərisində yer açmasına yardım etmişdi.
Rüznamənin yazıçılar heyəti var
idi və
yadlarda qalan Məhəmmədəli Qvsi ( Fərzanə ) və
« Əliqulu Kaitbi» (
ağqüş ) əvəllərdə və Əhməd
Şaya « alav» , « Məhəmmədhüseyn Mübəyyin»
və mən (Məcid Əmin Müəyyid
) ikinci mərhlədə bu heyətdə
üzvidikk. Başqa dostlardan da
varıdlar ki, çox təəsüflə mən
adlarn yaddan çıxarmışam.
Bu
həftəlik anadilində yazlb yayılan qəzet 1334
cü ildə Pəhləvi rəjimi
Şəhrbanısıvə İttilaat məmurları
vəsiləsi ilə tətilə uğradı və çapxanası da tovqif olaraq , onun məsul
müdiri həbsə alındı. Amma günəş həmişəlik bulud altında
qalmadı.
Qaynaqdan latin əlifbasına köçürən:
açıqsöz
Qaynaq: http://ishiq.net/?p=2992