İranın
siyasi sistemi və mədəni (civil) cəmiyyət!
Mədəni
cəmiyyət nedir?
A.
Yazdani
1-Mədəni
cəmiyyət Feudalizmin dağılması və Kapitalizm
sistemin iqtisadi gücünün, teknikinin və ideallarının
inkişafi nəticəsində yaranır. Nəzəri
baxımdan, bu cəmiyyətin diqqət mərkəzində
insan yer alır. Insan cəmin içində fərdə çevrilir
və azad bir şəxs olur. O, kimsənin qəyyumluğu
altında yaşamır. Nə ərbabın rəiyyəti
sayılır və nə də din alimlərinin təqlidçisi
olur. O, müstəqil bir insan kimi, ağıl, elm və
təcrübə yolu ilə öz müqəddəratının sahibi
olur. Insan hüquqlarına söykələnərək,
cəmiyyətdə, bütöv insanların ictimai səadətini
tələb edir.
Mədəni
cəmiyyətdə, insan özünü dövlət hakimiyyətinin əsl
sahibi bilir. Cəmiyyəti idarə edən dövlətin hər
bir işini metafiziki doqmlardan azad etmək üçün din və onun
qayda-qanunlarından ayırır.
Mədəni
cəmiyyətdə bütöv insanlar qanun qarşısında
bərabər olur. Heç bir vətəndaş müəyyən bir
ictimai təbəqəyə aid olduğu üçün və yaxud
başqa bir din, məzhəb, irq, cins və dilinə görə qanun
tərəfindən ayrı-seçkiliyə məruz qalmır.
Mədəni
cəmiyyətdə qanun hökm sürür və ictimai hakimiyyət
xüsüsi mülkiyyətə keçmir.
Söz,
fikir, mətbuat, dil və pluralizm azadlığı təmin
olur. Insan özünü fatalizmin qaranlıq dünyasından qurtarır
və daha alın yazısına inanmır. O, cəbr ilə
ixtiyar arasında ixtiyarı seçir və beləliklə öz taleyının
Tanrısı olur...
2- Biz
hardayıq?
İran
tarixində indiki dövrə qədər üç dövlət forması
mövcud olmuşdur :
A- 20-ci
əsrin əvvəllərinə qədər davam edən
Mütləq padşahçılıq dövrü,
B- 1906-ci
ildən 1979-cü ilə qədər davam edən
məşrutiyyət padşahçılığı,
C- Indiyə
dək iqtidarda olan İslam cümhurusu- vilayəti Fəqih
dövlət forması.
Mütləq
padşahçılıq dövründə Şah Əlsultano Zillullah (Sultan Allahin kölgəsidir) olaraq,
dövlət hakimiyyətinin yeganə başçısı olur. O,
mütləq hakim kimi, Qanunverici, İcraedici və Ədliyyə
hüququnu özündə birləşdirir. Bu dövrdə Şahin
mütləq hakimiyyətilə əhalının ən böyük aciz
və hüquqsuz hissəsi qarşı-qarşıya durur. Sərayın,
tayfa Arıstokratlarının, iri mülkədarların və
yüksək din xadimlərinin zülmünün nə dərəcədə
dəhşətli olduğunu bu dövrün sosyal tarixi aydın
göstərir. Şərq despotizmin hökm sürdüyü bu dövrü
həqiqətən haqsızlıq və yoxsulluq tarixi
adlandırmaq olur. Bu quruluş iranda 19-cu əsrin
ortalarından başlayaraq, Avropanın, xüsusilə
İngiltərə və Rusiyyənin iqtisadi - ictimai
sahələrdə təsiri nəticəsində
dəyişilməyə başlayır və nəhayət
Məşrutə hərəkatını əmələ
gətirir.
Dövlət
hüququ baximdan, İran ölkəsi 1906-ci ildən 1979-cü ilə
qədər parlamentar əsaslı məşrutə
padşahçılığı elan olur. Onun əsasını
1906-ci il İran Anayasası və 1907-ci il esas qanuna
əlavə si təşkil edir.
Digər
hüquqlarla yanaşı iran əsas qanunu əhaliyə
Aşağıda qeyd olan əsas hüquqları verir:
-
qanun qarşısında
bərabərlik
-
söz və yığıncaq
azadlığı
-
mətbuat azadlığı
Bütün
bunlar (Magna Charta, Bill of Rights) ənənələrindən,
1799 il insan hüquqları bəyannaməsindən və 1831 il
Belcika əsas qanunun əsas hüquqlar kataloqundan götürülür.
Qərbin
demokratik əsas qanunları əsasında
hazırlanmış İran əsas qanunu, hakimiyyətin
bölünməsi prinsipi əsasında təşkil edilir. Bu o
deməkdir ki, Şahin 1906-ci ildən əvvəlki mütləq
hakimiyyəti, parlamentin mövcud olması nəticəsində
məhdudlaşır. Hökumət bundan sonra, parlament
qarşısında məsuliyyət daşıyan nazirlər
vasitəsilə idarə olunmaları olur. Şah
səltənət edib amma hökumət etməməli olur.
Ancaq
inkar edilməz bir həqiqətdir ki, Pahlavi sulasəsinin sonuna
qədər əsas qanunun nəzəriyyəsi və əsas qanunun tətbiqi bir-birilə
uyğun olmayıb və əksinə, lazim
təmizliklərdən sonra əsas qanun daha çox kiçik bir hakim
təbəqənin imtiyaz və mənafeyinin
qanunlaşdırılması üçün bir vəsiləyə
çevrilir.
Nəhayət
Bəhmən inqilabi baş verir. İranda yaşayan
millətlərin bütün təbəqələrinə mənsub
olan milyonlar insan, şərq despotizmin bir forması yəni Totaliter
padşahçılıq sistemə qələbə çalıb,
azadlıq və ictimai ədalətin bərpa olmasını
tələb edir.
Lakin
:
Iran İslam
Cümhurusu Vilayəti fəqih rejimi təsis edilikdən sonra,
tezliklə məlum olur ki, yeni siyasi sistemin
rəhbərləri ancaq özlərinin siyasi-iqtisadi
maraqlarının qorunmasını istəyir. Bu
məqsədə çatmaq üçün yalan şüarlar Biz istəyirik
məmləkətimiz özümüzün olsun, müstəqil və azad olaq.
Mətbuatimiz və qələmlərimiz azad olsun. Biz
istəyirik məmləkətimizin yeraltı sərvətləri
məmləkətimizə xərc olsun, ac qalanları doyuraq,
paltarsız qalanları, geyindirək, evsiz olanlara ev verək,
(Xumeyninin 1357-ci ilin Azər ayının 6-da Yaponiya jurnalisti
ilə müsahibəsindən) , demaqoji, xürafat, kötlənin dini
inancından sui-istifadə etmə və nəhayət
dəhşətli cinayətlər baş verir.
3-
Vilayəti-Fəqih sistemi və mədəni (civil) cəmiyyət
Illərboyudur
İran adlanan ölkədə mədəni cəmiyyətin
quruluşu üçün lazim olan eyni və zehni şərayit yaranib. Bugün
İranin müxtəlif şəhərlərində çoxlu elm
mərkəzləri təsis olub. Daxil və yaxud xaric
ölkələrin universitetlərində təhsil almış
bir neçə milyon insan, müxtəlif ictimai sahələrdə
fəaliyyət edir. Bir neçə milyon işçi müxtəlif
sənaye fabrikalarında işləyir. Məmləkətin 70
milyon nüfusunun 60% - dan çoxu şəhərlərdə
yaşayır. Şəhərlər ilə kəndlər
arasında gəl-get çoxalıb. Internet, satelit, radio televiziya,
mətbuat, avtobanlar, uçaqlar, gəmilər, qatarlar və
körpülər insanlar arasında əlaqələri çoxaldıb.
Cəmiyyətdə yeni sosyal qrupalar yaranıb və köhnə
sosyal qrupalarda yeni siyasi-mədəni şüur oyanıb.
Başqa sözlə desək, məmləkət nisbi olursada,
modernləşib.
Aydındır
ki, hər bir siyasi sistemin məşruiyyəti həmin
sistemdə çoxsaylı qrupaların iştirakından
asılı olur. Mədəni cəmiyyətdə bu faktor,
azad seçkilər, parlamentlər və siyasi partiyalarla təmin
olur. Iranda isə, Vilayeti-Fəqih sistemi bu
təşkilatları qadağanlayır ve yaxud formal
şəkildə fəaliyyətlərinə icazə verir.
Vilayəti-Fəqih
sistemi məzhəbi-siyasi bir ideoloqiyadır. Bu sistem zatına
görə totaliter bir sistem və kökündən qərb demokratiyasına
ziddir. Bu sistemdə insanın vicdan azadlığından əlavə
(şəxsi azadlıqlar, məzhəb, fikir və söz
azadlıqları) , onun xüsusi həyatının ən kiçik
sahəsi misal üçün nə yeyib, nə içib və necə
geyinməsi də sistem tərəfindən kontrol olur.
Vilayəti-Fəqih
sistemi öz məşruiyyətini Quranın təlimatından,
Peyğəmbərlik fəlsəfəsindən və
Şiyə məzhəbinin İmamşünaslıq
nəzəriyyəsindən alır.
Bu ideoloqiya görə, qanunverici
hakimiyyət ancaq Allaha aid olur (Jus Divinum). Burada insanın
və hətta Peyğəmbərin qanun qoyma haqqı olmur (Jus
Naturale). Insan ancaq Allah tərəfindən gələn
qanunların icraedicisi olur. Bu sistemin baxışına görə
islam dininin qanunları əbədi olaraq mötəbər və
bütöv zaman və məkanlara aid olur. Qanunların icra
etdirilməsi Peyğəmbərin və onun ardınca İmamların və onların
qıyabında Fəqihlərin
(din alimlərinin) vəzifəsi sayılır.
Din
alimləri tərəfindən siyasi hakimiyyətin ələ
kəçirilməsi, qərb ölkələrində Teokrati və
Şiyeye islami ölkələrdə Vilayəti-Fəqih
adlanır.
Vilayəti-Fəqih
sistemi və vətəndaşlar
İranda
iqtidarda olan Vilayəti-Fəqih sistemi vətəndaşları,
din, dil, məzhəb, irq və cinslərinə görə müxtəlif
yaxşı-pis qrupalara bölür. Ən yaxşı
vətəndaş, 12- İmama inanan və vilayəti
Fəqih sisteminin tərəfdari olan Şiyələr hesab
olur.
Şiyələr
iki qrupaya bölünür:
1- Mütləq
hüquqa sahib olan Fəqihlər (Müctehidlər) təbəqəsi
2- Şiyə
ümməti
Mütləq
hüquqa sahib olan din alimləri (Fəqihlər)
şəriyətşünas və islam dininin hökmlərini
yaxşı taniyan insanlar hesab olur.
Vilayəti-Fəqih
sistemde mühüm dövlət orqanları ( Xubrəqan məclisi,
Rəhbərlik məqami, Ədliyə hakimiyyətinin
rəisliyi, Şuraye nigəhban və ...) ancaq yüksək Şiyə məzhəbli
din alimləri təbəqəsinin inhisarinda qalır. Bu mümtaz
təbəqənin içindən seçilmiş (Vəliye-Fəqih)
ölkənin dini-siyasi rəhbəri kimi ömrünün sonuna qədər
həm Millətdən və həm Qanundan üstün sayılır.
Şiyə
ümmətinə gəldikdə, onlar Fəqih və Müctehid
olmadıqları üçün, bütöv siyasi-dini
məsələlərdə Müctehidlərdən asılı
qalır və onların Təsmim, Meyl və Fitvalarının
təqlidçisi olur.
Vilayəti-Fəqih
sistemdə Şiyə ümməti özü iki qrupaya bölünür :
1- Kişilər
2- Qadinlar
Kişi
cinsiyyətinə görə qadindan üstün sayılır. Qadınlar
həm Fəqih və Müctehidlik dərəcəsinə çatmaq
hüququndan məhrum qalır və həmdə
vərəsəlik, ailə və cinayət hüququ baxımdan
kişi ilə bərabər olmayan və onun yarısı olan
hesab edilir.
Iran Islam
cümhurusu rejimində, qadın və onun insan məqami cinsi
alət məqamina endirilir. Qadın, bayırda
saçlarının göründüyü üçün cəzalanır. Onun
naməhrəm kişilə əl verməsi günah
sayılır. Məclise şurayi islamiyə (Parlamentə)
seçilmiş qadın nümayəndəsi, kişisinin (ərinin)
icazəsi olmadan evdən eşiyə çıxmağa haqqı
olmur....
Vilayete-Fəqih
sistemində sünni məzhəbli Müsülmanlar (Bəluçlar,
Kurdlər və Türkmənlər) qeyri-şiyə olduqarına
görə ikinci dərəcəli Müsülmanlar sayılır. Bu
Müsülmanların yüksək din alimləri İran islam cümhurusu
rejimin mühüm dövlət orqanlarında iştirak etmə hüququ olmur. Bu gün 12-milyon nüfusu olan Tehran
şəhərində sünni-məzhəbli
vətəndaşlara nümunə üçün bir məscid yoxdur.
Vilayəte-Fəqih
sistemdə kitab əhli sayılan qeyri-müsulman
vətəndaşlar (Yehudilər, Məsihilər və Zərduştilər)
faktik olaraq, üçüncü dərəcəli insanlar hesab olur və qanun
və qarşısında müxtəlif ayrı-seçkiliklərə
məruz qalır *. Orduda vəzifə tutmaq, qazilik etmək
və məmləkətin mühum orqanlarında iş sahibi olmaq hüququ
bu vətəndaşlardan alınır. Bundan əlavə
müsulman qadının qeyri-müsulman kişi ilə
evlənməsi, Şəhadət, Qisas və Zina
məsələsində bu vətəndaşlar göbud
bərabərsizliyə məruz qalır.**
Vilayəte-Fəqih
rjimində dini düşüncə və dünya görüşünə görə,
Kafir və Müşrük sayılanlar, Bahai məzhəbinə
inananlar və həmçinin islam dinindən çıxan insanlar, mədəni hüquqlardan məhrum qalır
və qətlə yetirilmələri şəri vəzifə
sayılır.
Dil
və etnik mənsubiyyətə gəldikdə, bu sistemdə ən yaxşı
vətəndaş fars vətəndaşı və ən
yaxşı dil fars dili hesab olur . Bu üçün İranda yaşayan müxtəlif
etniklərin dil, kultur və milli kimliklərini yox etmək
və onları farslaşdırmaq bu rejimin mühüm hədəflərindən
birisi sayılır.
Son
Vilayəte-Fəqih
rejimi demokrasi və civil cəmiyyətə zidd olan bir
sistemdir. Bu rejimin siyatəsi nəticəsində, Iran cəmiyyətində, diktatorluq,
vətəndaşlar arasında ayrı-seçkilik, milli zülm, işsizlik,
geniş yoxsulluq, narkomanlıq və xurafat hakimiyyet edir. Milltətin
Beytulmalı tarac olunur. Hükumət hər il neft
gəlirindən milyardlar dollar rejim tərəfdarı olan Ağazadələrin,
Ayətullahların, Həməs təşkilati, Hizbullah
və İraqda Muqtedul Sədrin şəxsi ordusunun ixtiyarında
qoyur. Qonşu ölkələrdə o cümlədən müstəqil Şumal
Azərbazcanda demokratik və modern ictimai həyatın
inkişaf qarşısını almaq üçün, milyonlar Dollar pul xərc edir və
bəcərtdiyi Terroristlər əlilə bu ölkələrin
sakitlik və sabitliyini yox etməyə çalışır. Özünü müsəlman dünyasının təəssübkeşi
kimi təqdim edən Iran rejimi, Azərbaycan ölkəsinin
20%-dan çoxunu işğal altında saxlayan və bir milyon insani
qaçqın salan teçavüzkar Ermənistan dövlətini hər cürə
maddi-mənəvi və hərbi köməkliklərlə
himayət edir.
Hqiqətdə,
İslam dinini, siyasi alətə çevirən, özünün həqiqi
mahiyyətini din pərdəsi altında gizlədən Fars
Şovinizmindən, İranda yaşayan insanlara azadlıq
və rifah gözləmək, qeyri-məntiqi və boş bir ümiddir
.
Demokrasi
yolu ancaq Sekularizmdən keçir. Bu üçün, İran əhalisi, yaxasını
bu hükumətin əlindən qurtarmaqla, Civil cəmiyyətə
pəncərə aça bilir.
A.
Yazdani
·
** Türk düşməni olan İran
rejimi, İranda yaşayan Ermənilər haqqında istisnalar
siyasəti irəli sürür. İranda 30 milyon Azərbaycan Türkünün
ana dilində məktəb sistemi qadağan olduğu halda, 70-80 min Erməni hər cürə
siyasi-kulturel imkanlara malik olub. İranin İrəvanda olan
sefiri Seyyed Ali şəqaiyan-in dediyinə görə: Ermənilərin təkcə
Tehran şəhrində 24 məktəbləri var.