http://azad-qadin.blogspot.com/

 

“Ana”dil Yasağı, Tecavüz, Daşqalaq və Edam:

 

İran'da Basqı Altındaki Millətlərdən Olan Qadınlara Qarşı Dövlət Şiddəti
Sevda Zenjanlı-

sevda.zenjanli@yahoo.com
Bugün başta şərq toplumu olmaq üzərə tüm dünyaya hakim olan patriyarkal (ata-kişi mərkəzli, kişi hakimiyətli) sistəmde hər növ (eqtisadi, milli, sosyal ve politik) təhəkküm ve basqı ilişkisi (əlaqəsi), en çox qadınları məqdur edir. Qadınları kişilərin "namus"u kimi görən, qadının kimliğini özüne gore yox, kişiyle olan əlaqəsine gore oluşturan bu sistemin nəticəsi olaraq, bir şəxsi təhqir etmenin, basqı altına almanın ve aşağılamanın en başlıca yolu onun ailəsindeki qadınlara təhqir olunmasıdır: Bu təkçə şəxslər üçün yox, sosyal topluluqlar ve dolayısıyla uluslar üçün de keçərlidir: Bir ulusu basqı altına almanın ve aşağılamanın bir yolu da o ulusun qadınlarına qarşı muxtəlif yollarla şiddət uygulamaqdır. Bu səbəblədir ki tarixdən bugüne savaşlarda işğalcı dövlətlərin əsgərləri işğal olunan yurdda təhəkküm ve iqtidarlarının isbatı olaraq qadınlara tecavüz edirlər ve yenə bu səbəblədir ki muxtəlif ölkelərdə dili ve ulusal kimliyi yasaq olan basqı-altındaki milletlər, hakim-ulusun qadınlarından çox daha dərin ve çox-boyutlu (çoxmiqyaslı) bir zülmə məruz qalırlar. Bugün İran’da Fars etnik kimliyine (ethnicity) yani ulusuna mənsub olmayan qadınların gördüyü dövlət şiddəti (zorakılığı), patriyarkal sistəmdeki bu iqtidar-təhəkküm savaşının bir qoludur.

Şübhəsiz İran’da yalnız milli varlığı basqı altında olan Türk, Kürd, ərəb, Bəluç vs. qadınları yox, tüm qadınlar dövlət şiddətinə məruz qalırlar: Bugün Tehran, İsfahan, Şiraz, Qom kimi şəhərlərde de dövlətin polisi qadınları İslami Hicaba məcbur edir, qadın haqlarını taptalayan muxtəlif qanunlar etnik kimliyinden yani ulusundan asılı olmayaraq İran’daki tüm qadınları hədəf alır. Ancaq ölkədə yaşananlara, patriyarkal sistəmin sosyolojik təhlilinin ışıqında baxılanda, burdaki basqı altındaki millətlərin qadınlarına qarşı dövlət şiddətinin, diğərlərinə olandan daha fərqli ve daha ağır bir formda olduğunu görürüq.

Hərşeydən əvvəl, bu ulusların anadilinin təhsil, mətbuat kimi sahələrdə yasaqlanmasının özü mənəvi bir dövlet şiddətidir ve en çox da bu yasaqa məruz qalan milletlərdəki qadınları, yani anaları hədəf alır. Her toplumda, nəsilden nəsilə dili ve kültürü (mədəniyyəti) davam ettirən şexs, toplumun en kiçik vahidi olan ailədəki “ana”dır, yani qadındır. “Ana”dil yasaqının başlıca nəticəsi olaraq ananın uşaqıyla əlaqesi çoxdilliliğin neticesi olaraq problemliləşir, birçox durumda anadilde təhsil yasaqının yarattığı assimilasiya (assimilation: özgələşmə), uşaqların "ana"dillerini danışabilmemelerinə ve bu səbəblə ana-uşaq əlaqesinde bir qopuqluq yaşanmasına yol açır: Ve ananın uşaqıyla "ana"dilinde daniışabilməməsi olur nəticə. Bu həm “ana” kimliyində, dolayısıyla “qadın”da, ve həm ulusal kimlikte dərin yaralar açır.

Anadil yasaqına əlavə olaraq, rəsmi mətbuat və digər yollardan edilən təhqirlər, dövlət məsulları ve polisləri tərəfindən tecavüz, cinayətlər, idam ve daşqalaq, basqı-altındaki milletlərin qadınlarına qarşı iqtidar-təhəkküm savaşında qullanılan silahlardırlar.

Misal olaraq 2010 ilinin İyun ayında Təbriz’de Bəsicilər tərəfindən təcavüze uğrayıp qətlə yetirilən 26 yaşlı Elnaz Babazade’ye uygulanan bu şiddətin, Təbriz mərkəzli Azərbaycan’ın öz qədərini təyin həqqi taptalanan bir yurd olduğu gərçeği diqqətə alınanda, siyasi bir anlam da taşıdığı görülür. Azərbaycan qadınının məruz qaldığı dövlət şiddətinə, İranın muxtəlif həbsxanalarında daşqalaq (rəcm) yoluyla idam olunmayı gözləyən qadınlardan da misal çekməq olar. Sayısı en azı 19 nefer olan bu qadınların birçoxu Azerbaycanlıdır. Bu qadınlardan biri olan Təbrizli 25 yaşlı Məryəm Qorbanzade, tutulduğunda hamilə idi ve qanunlara görə hamilə bir qadın edam olunamayacağı üçün, vəkilinin Avropa mətbuatına vərdiği beyanatlara göre aborta məcbur edildi. Yenə Avropa ve Dünya mətbuatına sesini çattıran ve bir müddət əvvəl azad bıraxıldığı haqda yalan xəbər yayılan ancaq helə de edamı gözleyən Səkinə Aştiyani de bir Azerbaycanlı qadındır ve vəkilinin beyanatlarına gore Fars dilinde danışabilmediği üçün məhkəmədə özünü savunmaqda çətinliq çekmiştir.

Milli kimlik haqları yada qadın haqları sahəsində fəal olan Azərbaycanlı qadınların həbsolunaraq cismi ve mənəvi basqılara məruz qalması da dövlət şiddətinin bir növüdür: Son olaraq 6 ay həbsə məhkum olan Arman öyrənci təşkilatı üzvü ve Azərbaycan Qadını adlı öyrənci qəzətinin editoru Fatimə Nəsirpur kimi.

Əlbəttə birçox fərqli millətin yaşadığı İran’da basqı altında tutulan, dili ve kimliği yasaqlanan ve öz qədərini təyin haqqı taptalanan tək xəlq Azərbaycanlılar değildir: Türklərin yanında Kürd, Ərəb, Bəluc ve digər uluslardan qadınlar da bu şiddətə məruz qalırlar. Bugün bir Kürd qadını olan (yani həm milli kimliği, həm Sünni məzhəbi ve həm cinsiyəti səbəbiylə ayrı-seçkiliğe məruz qalmış olan) Zeynəb Cəlaliyan illərdir ki “muharəbə” ittihamıyla edamı gözləyir. Tutulduğu hebsxanada ciddi sağlık problemləri yaşayan Zeynəb hər iki gözündən tıbbi əməliyata ehtiyac duyur, ancaq xəbərlərə göre həbsxana mesulları ona “Sən edam olacağın üçün gözlərinə əhtiyacın yoxtur’” sözüylə tedavisinə icaze vərmir ve beləliklə tüm əxlaqi-vicdani quralları çiyneyirlər.

Dövlət şiddəti başlığı altında bu növ basqılara təkçə İran’dan yada Azərbaycanlı Türklərdən yox, dünyadaki birçox ayrı ölkedən ve birçox ayrı xəlqdən misallar tapmaq olar: Rusyada Çeçənlər ve Şimali Kafkasyalı Müsəlman xəlqlər, İspanyada Bask (Basque) milləti, Böyük Britanya’da Şimali İrlandali qadınlar ve siyasi mübarizələri, Türkiyede Kürd xəlqi, Çinde Uyqur Türkleri ve Uyqur qadını Rabiya Qadir, Afganistan ve Pakistandaki Bəluclar....Ölkələr, xəlqlər ve qanunlar fərqlense de hakim sistəmin patriyarkal (kişi hakimiyətli) ve mərkəzi dövlətçi "tek dil-tek millət-tek dövlət" şuarlı “monist” (tekçi) fəlsəfəsi eynidir:
Dolayısı ilə basqı altındaki milletlərden olan qadınların gördüğü zülm de bu sistəmin bir nəticesi olaraq müştərəkdir.