“Öldürmə Haqqı”  “Məhv Olsun Edam” Şuarı

Arif Keskin

Mart ayının ikisinde ( 2 Mart 2011/ 11 Esfend 1389) Məşhəd şəhrinin Vəkilabad zindanında gizlicə on məhbus edam edilir. Məşhəd zindanında  toplu edam xəbəri göstərir ki, İran rejimi adam öldürmə maşınına/makinasına  çevrilib. Edam xəbərinin olmadığı gün yoxdur. Sadıq laricani qəzaiyyə quvvvəsinin (yarqı ərki) başqanı olduğunda “ şəyx Sadıq qəzaiyyə quvvəsini islah edər” iddialar edlirdi.  Şəyx Sadıq isə qəzaiyyə quvvəsini rəsmən bir sallaxanaya çəvirdi. İran rejimi 1979-dan günümüzə qədəər adam öldürərək varlığını sürdürdü. Ölüdürülən adamlar fəqət siyasilər deyil . Çünki İran rejiminin adam  öldürmə səbəbi çox geniş  sayısızdır.

“Öldürmə haqqı”  “insan bədəninə toxuna bilmə haqqı” mevzusu  siyasət bilmi, fəlsəfə, psikoloji, sosyoloji  antropoloji (insanşunaslıq) kimin elmi/akademik bölümlərdə ciddi şəkildə araşdırılır. Umumiyətlə kültürlər/fərhənglər , dinlər, məzhəplər, idəolojilər  toplumların tamamı sayılabiləcək böyük çoxunluğunda  öldürmə haqqı məşru qəbul edilir. Öldürmə haqqına qarşı  üsyan hərəkatı modərn çağın  Qərb liberalizminin məhsuldur.

İranda adam  öldürmə işi fəqət dövlət tərəfindən gərçəkləşmir. Bəzi siyasi gruhlar da adam öldürür. Silahlı mübarizəni qəbul etmək adam öldürmə haqqının məşruluğunu qəbul etməkdir. Hələ   Xalq Mücahitləri ( Mucahədin-ə Xəlq), Condullah, Komulə, İran Kürdüstan Dəmokrat Partisi  PJAK kimin təşkilatlar adam öldürmə məşruluğu əsasında faaliyət edirlər. Bütün bu gruhların adam öldürmə faaliyətləri,İran İslam cumhuriyətindəki  öldürmə pratiyi ilə fərqli olsa da,  öldürmə haqqının məşruluğu məsələsində müştərək noqtədirlər.

 İrandaki  dinlər, məzhələr, firqələr, ideolojilər  siyasi axım  təşkilatlar -umumilikdə- öldürmə haqqının məşru olduğuna inaınırlar. 1979-dan günümüzə qədər İran rejiminin öldürmə əməlinə qarşı din adamlarının (mollalar) səssizliyi, siyasi elitaların  gruhların özündən olmayanların öldürlməsinə   muxalifət etməməsi, normal insanlar tərəfindən  etirazların olmaması,  bəzi zamanlarda  “öldürmə mərasiminə”  tamaşçılıq etmələri    hətta  bəzi öldürmələrin insanların öz əlilə gərçəkləşməsi  kimi örnəklər bizə problemin qaynağının toplumların  sosial, dini, mədəni , ideolojik ve siyasi yapılarında (strukturlarında) araşıdırlması gərəkliliyini  gösterir.

İrandaki "liberal –demokrat" insan haqları tərəfdarları" fəqət “məhv olsun edam” şuarı verirlər. Bu şuar doğru olsa da kafi deyil  tta,  siyasi su- istifadəyə açıqdır.  “Məhv olsun edam şuarı” öldürmə haqqının məşruluğunu sorqulamadığı üçün siyasi şuar həddində qalır  zəhniyət dəyişiminə yol açmır.

 Edamların kökünden dayandırılmasının yolu “ adam öldürmə haqqının məşruluğunu” sorqulamaq  bu istiqamətdə  insanların zehniyətlərini dəyişdirməyə çalışmaqdan keçir.  Adam öldürmə haqqının məşruluğu dəvam ettiyi sürəcə edamın kökünü qurutmaq mümkün olmayacaqdır. Öldürmə haqqını məşrulaşdıran bütün kültürəl/fərhəngi, dini, məzhəbi, siyasi, ideolojik,  gruhi zehni  yapılar/strukturlar sorqulanmalı  insanların zehinlərində “ öldürmə haqqı məşru deyil”, “ hayat haqqı qutsaldır/muqəddəsdir” “ insan bədəni toxunulmazdır”   fikir ve söyləmlərin  yərləşdirilməsi  gərəkir.

Ankara - Arif Keskin

Cuma 18 Mart 2011

 

__._,_.___