Məhəmməd
Azadgər
Türkcəyə
çevirəni: Sediqə Adalati
29-30
Juen- İtalya Rom seminarına hazırlanmış
çıxışın mətni
Çox Millətli
İran Ölkəsi və Milli Zülüm
Xanımlar Beylər
!
1 ) Gənəlliklə
milli sitəm və milli məsələ ilə rabitədə
bizim ölkə mizdə o şəxslər danışırlar, yazırlar və ya milli məsələnin
həllindən difa edirlər ki:
Özləri sitəm
altındakı millətlərə təəloqlari vardır
və milli sitəmi yaxından ləms edib və
yaşamışlar. Səbəbsiz deyildir ki əsasən qeyri
Fars millətlərin aydınları və təşkilatları
milli məsələdə müdaxilə edirlər. Və sərasəri
təşkilatların içinde yalnız Türklərdir ki bizim
ölkəmizdə milli məsələyə inayət edirlər
və bu həqdə yazırlar və əlbəttə
bunların özləri də təşkilatlarının
içində öz Fars dostları və həmsəngərləri tərəfindən
nasiyonalist və ya Türk
ayırımcısı olaraq adlandırırlar! və o Farslar da ki özlərini demokrat
, azadlıq sevər və insan
həqləri müdafiəcisi görürlər, məzlum və sitəm
altındakı millətlərin həqindən müdafiə
etməyib, onların haqlı, ibtidayi və insan haqları
istəklərinin qabağında dururlar .
2 -
Mən burada sevincimi bildirməliyim ki bizim ölkəmizdən
də dörd millət : Türk,
ərəb, kürd və Bəluç
dövlətsiz millətlər və xəlqlər sazimanının
üzvidirlər. Və bu da
İslam Cumhuriyətinin va aşırı İrançı nasiyonalistlərin
büyük məğlubiyəti sayılır. Bunlar İran ölkəsinin
çox millətli bir ölkə olduğunu rəsmiyətə tanımırlar
və belə inancları var ki İranda ancaq bir millət var
və onun müştərək dili də Fars dilidir .
3 - Fars
Şovonistləri və İranın aşırı nasiyonalistləri
İranın çox millətli olmasını inkar edirlər
və İranda yalnız bir millətin var olduğuna və
onların ortaq dillərinin
və hüviyətlərinin Fars olduğuna inanırlar . Bunlar İranlıları Farslarla muadil
və Farsları da İranlılarla bir bilirlər .
Bunlar
Fars qomunun və ya millətinin varlığını
inkar edib, İranda yaşayan qeyri
Fars millətləri də qom
- əşirə və «
etniki azınlıqlar» olaraq adlandırırlar .
Biz inanırıq ki
İranda yaşayan başqa millətlər (qomlar) kimi Farslar da
bir millət (ya qom)dırlar ki
İranda yaşayırlar. Farslar da özlərini tərif etməlidirlər
və bundan artıq « İran milləti» və « Fars dili»
altında özlərini gizlətməməlidirlər .
Farslar yalnız Farsistanda
bir milli gurup kimin
yaşayırlar və Azərbaycanda , ərəbistanda, kürdüstanda ,
Bəluçistan və Türkəmənistanda huzurları yoxdur
.
Egər Fars dostlar
özlərini tərif etməyə və Farsistanın
sınırlarını tərsim etməyə hazır
deyillərsə biz bu Fars dostların zəhmətini boynumuza
alıb , Fars qomunu tərif
etməyə və onların sınırlarını
tərsim etməyə hazırıq !
4 - Bizcə İranda yaşayan bütün
millətlərin və qomların dili rəsmiyyətə
tanınmalı və bu millətlər bərabər imkanlardan
yararlanmalıdırlar.
Yəәni hər qom və millətin dili özünün
yaşadığı bölgədə rəsmi olub , təlim və tərbiyə o
dildə icbari olmalıdır. Və
Türk dili ( Azərbaycan Türkcəsi ) , Fars , kürd
, ərəbi , Bəluç və Türkmən dilləri, İranın rəsmi dilləri
sayılmalıdırlar və yaxşı olar ki ana dilinin öyrənilməsinin
kənarında , İranın
siyasi coğrafisində var olan dillərin birisi də ikinci dil olaraq öyrənilsin. Bu İranda
yaşayan millətlərin və qomların birbirinə
yaxınlaşmasında önəmli bir addım olabilər.
Məsəla bir Fars
dillinin , öz ana dilinin yanında Türk
, Bəluç , kürd və ya ərəb dilini öyrənməsinin
işkalı nədir ?
Milyonlar insan İranın
içində və dışında
bu dillərə danışırlar və İranın
xaricində bu dillər onların rəsmi dilidir .
Fars dili İranlıların
ortaq (müştərək) dili deyil, yalnız Farsların ana dilidir.
Gərçi indilik irtibati dilin rolunu oynayır , ama bu rol demokratik olaraq hasil olmayıb, İrandakı
başqa dillərin imhası bahasına təhmil olunubdur .
5 - Məmləkətin
indiki idari bölünmə
şəkli ölkənin gərçək millət-dil əsasında məntəqələrin
hududları ilə düz gəlmir . Biz Federalisti bir idə və
quruluşdan müdafiə edirik. Etnik Federalismdən bizim mənzurumuz
məmləkətin indiki idari bölünmələrini rəd və
tərd etməkdir. O Federalism ki millət-dil
sınırlarını nəzərdə tutmaya və istər
millət-dil məntəqələrin bir birinə
qarışdırmaqla yenidən məmləkətin idari
bölünməsini quraşdıra muxalifik.
əlbətə büyük Tehranın
özəl mogeiyəti və vəziyəti vardır kı onun
idarəsinə özəl qanunlar lazimdir ama gərçək olan budur
ki Təhran bir dilli və bir qomli bir şəhir olamaz . Milli və dilli quruhlar oranın
siyasi- idarı yapısında öz cəmiyətlərinin sayısına
nisbət ortaq olmalıdırlar .
Deyilir ki Federalism
və ya hər noı milli xudmuxtarlıq təcziyə və
mərkəzdən uzaqlaşma istəklərinə səbəb
olacaqdır. Mənim cavabım budur: İran ölkəsi çoxdandır
ki təcziyə olunubdur . Bu təcziyənin səbəbi bir
tərəfdən şahlıq sisteminin və
pəhləvi səltənətinin şovunisti siyasəti və Fars dili
əsasında millət düzəltmə siyasətidir , ama vilayəti
fəqih rəjiminin qurulmasından və İranda yaşayan
millətlərin əleyhinə uyqulanan rasisti siyasətin
güclənməsindən sonra bu təcziyə təkmil
olmuşdur . İslam cumhuriyətinin biraz zəyifləməsilə
bu təcziyə və mərkəzdən qaçma özünü göstərəcəkdir
.
İrana hakim rəjimlər bu son 80
ildə ölkəni siyasi , iqtisadi
və fərhəngi baxımdan təcziyə etmişlər .
İranda bir apartayd rəjimin hakim olduğunu söyləyəbilirik
, yalnız hüquqı baxımdan
ölkə təcziyə olmamışdır. Gərçək budur ki İranda
sırf Fars millətinə təəloqi olmaq İranda yaşayan
millətlər arasında bir üstünlük və imtiyaz
sayılır .
Təbriz də 1371
ilində Azərbaycan şərqinin ustandarı tərəfindən
düzənlənən səminarda ,
o zəmankı sənaye
vəziri
tərəfindən söyləndi ki Azərbaycan 56 və 57
illərində ölkədəki ikinci gəlişmiş ustaniydi
və 1372 ilində 17nci sənəti ustan olmuşdur .
Önəmli müdiriyət
postlarının ən azından
yarısı Azərbaycanın qeyri yerlilərinin əlindədir .
Azərbaycanda danişgaha
girmə şansı mərkəzi ustanlarındakı
şansın yarısıdır (
diqqət edilməlidir ki hər 10000 nəfər İranlı
dan 113 nəfər konkurda qəbul olur. Bu sayı Azərbaycanda 67 nəfərdir
) təhsildəki ən çox
düşük Azərbaycanda və başqa milli vahidlərdə
görünür .
Aqaye Haşemi Rəfsəncaninin
8 illik abadanlıq dörəsində bir mərkəzi ustanın
məədənlərinə (
kərman ) ayrılan özəl büdcə
payı Azərbaycan qərbi-şərqi , ərdəbil və Zəncana
ayrılan büdcənin 300 bərabərindən daha çoxdur .
Azərbaycan ölkənin ən çox muhacir
göndərən bölgəsidir .
kürd , Bəlüç və
ərəb bölgələrində iqtisadi və
məişəti vəziyət kəsinliklə Azərbaycan
və Türk bölgələrindən hiç yaxşi deyildir . Hangı səbəblə Bəluçlar, Türkmənlər, ərəblər və Türklər İranın
bütünlüğünə və mərkəzi dövlətinə
vəfadar olmalıdırlar ?
Halbukı onlar hər
an təhqir və təbizə məruz qalırlar .
İslam Cumhuriyətinin
bu rasisti siyasətinə son vermək üçün ən uyqun siyasi
yapı milli Federalism ,
yəәni siyasi qudrətin təcziyə si və qeyri
Fars millətlərin siyasi qudrətdə müdaxiləsi və şirkətidir
.
Etnik Federalism İran
ölkəsinin millət - dil gərçəkinə təmamən
uyur. İran tək ölkə deyildir ki biz bu sistəmlə idarə olunmasını
istirik. Bugün dünyada bir çox ölkə o cümlədən Swis , Kanada və Hindustan federativ
sistəmlə idarə olunurlar .
Yalnız etnik Federalism
məzlum və sitəm altındakı millətlərin
vətəndaşlıq və milli hüquqlarını və
beləliklə itimadlarını qazanabilir .
6 - Sərasəri təşkilatlar doğrusu Farsların təşkilatlarıdır və
milli məselə də onların məsələsi deyildir. Bunlar daşlar çatlasa səəy
edirlər İranda yaşayan millətlərin milli hüququnu
vətəndaşlıq həqi
ilə - ki fərdi bir həqdir və
millətlərin milli hüququ ilə ilgisi yoxdur - tozih versinlər .
Səbəbsiz deyil ki
siyasi opozisyon təşkilatların
arasında - Türklər istisna olaraq sərasəri hizblərdə
ağırlığı və yuxarı mogeiyyətləri vardır - qeyri Fars millətlərdən çox az
gözə dəyir.
İnqilabdan öncə qeyri
Fars millətlər və qomlar öz sayılarına nisbət
sərasəri təşkilatlarda huzurları var idi və inqilabdan
sonra da sərasəri təşkilatların milli məntəqələrdə
nüfuzları az deyildir və qeyri Fars millətlərin siyasi
fəallarını da öz tərəflərinə cəlb
edəbilmişdilər .
İnqilabın
şikəsti və qeyri fars millətlərin
vəhşicəsinə tapdalanması və sərasəri
təşkilatların milli məsələyə və İranda
yaşayan millətlərin haqlı istəklərinə itinasız
qalmaları , sərasəri
siyasi təşkilatların nüfuzunu milli məntəqələrdə
sıfıra indirdi və ölkənin xaricində də qeyri Fars
millətlərdən olan üzvlər və kadrlar sərasəri
təşkilatları tərk etdilər .
Ama Türklərin
hələ də sərasəri təşkilatlarda nisbi baxsaq
büyük ağırlıqları
vardır ki əlbətə bunun tarixi və fərhəngi
nədənləri var ki burada ondan söz etməyəciyim. Ama itminanla söyləyə bilirim ki
sərasəri təşkilatlarda Türklərin huzuri olmadan «
sərasəri təşkilatlar » sərasəri olma iddiası
edəməyib və zəyif siyasi quruhlar və
məhfillərə dönüşürlər ki toplumun siyasi
həyatında əsərləri çox zəyif olacaqdır
.
əlbətə bu ,o
mənada deyil ki Türklər hələ də geçmiş kimi
sərasəri təşkilatlarda huzurları vardır. Ölkənin
xaricində Güney Azərbaycanın siyasi təşkilatlarının
və kültür ocaqlarının siyasi və fərhəngi
kadrları və üyələri gənəlliklə sol
sərasəri təşkilatlarının geçmiş kadrları , əəzaları və
səmpatlarıdırlar. Ölkənin
içində də Azərbaycandakı sərasəri təşkilatların
geçmiş üzvləri və səmpatlarının çoxu milli
məsələyə üz gətiriblər və Azərbaycan
milli demokratik hərəkətində fəaldırlar .
Biz « sərasəri» siyasi təşkilatlarda
Türk kadrlara və üzvlərə tosiyə edirik Azərbaycanın
milli - demokratik
hərəkətinə qatılsınlar . əgər bu dostlar gərçəktən
İslam Cumhuriyətinin «
dəyişməsini» və demokrasinin İranda
qurulmasını , sekularizmin
, azadlığın və
bərabərlığın və Federal sistemin İranda qurulmasını
istirlərsə , qaedətən Azərbaycan milli - demokraik hərəkətini
gücləndirməlidirlər .
Mocud Güney Azərbaycan təşkilatlarının
gücləndirilməsi və ya Azərbaycanda yeni hizblərin
təşkili , həm Azərbaycan
millətinin və həm İranda yaşayan bütün millətlərin
yararınadır . Qoy İranda yaşayan qeyri Fars
millətlər kimi Farslarda öz milli hizblərini təşkil versinlər.
Bizim Türk bacı
və qardaşlarımız hər illətə təşkilatlarını
tərk etmək istəmirlərsə ən azından təşkilatlarındakı
Fars üzvlərin Farsların mənafeindən müdafiə
etdikləri kimin , Azərbaycan
xəlqinin və İranda yaşayan Türk millətinin
mənafeyindən müdafiə etsinlər və Azərbaycanın
məsələləri və istəklərinə biganə
qalmasınlar .
7 - Çox
millətli İran ölkəsinin milli məsələsini həl
etmək və milli sitəmə son vermək üçün iki yolu
vardır:
bir - indiki mütəmərkiz quruluşu
aradan qaldırmaq və İranda yaşayan millətlərin federal
və ya konfederal dövlətini ki tarixi baxımdan Türklərin , Farsların
, kürdlərin , Bəlüç və ərəblərin
və Türkmənlərin məskəni olub və indi də o məntəqələrdə
yaşayanların çoxunluğunu oluşdurur təşkil
etmək .
Bu demokratik yoldur və
həzinəsi də nisbətən azdır .
iki - İranda
yaşayan qeyri Fars millətləri əritmə ( asimilə ) və yox etmə siyasətini
idamə verməkdir. Bu İranda yaşayan qeyri Fars
millətlərin millətləşmə yolundakı
gəlişmə və
təkamülünü nəzərdə alsaq daha imkansızdır. Bu siyasət
ki indi İslam Cumhuriyəti qeyri
Fars millətlərə uyqulamaqdadır , kəsinliklə sonucu qomi və
milli kinənin daha da güclənməsinə və nihayət iç
savaşa səbəb olacaqdır.
Bunun da aqibətini və həzinəsini öncədən
hesablamaq mümkün deyil .
Təəsüflə
İslam Cumhuriyəti və eləcə də İranın aşırı nasiyonalistləri
və Fars şovunistləri ikinci yolu seçmişlər !