danışıq 13 – İranda yeni gəlişmələr və milli hərəkətin durumu / Arif Kəskin ilə özəl danışıq

 

 

Azərbaycan Demokrası Ocağı : milli hərəkət nə zamana qədər iranda olub-bitənlər haqqında sukut edəcək ? milli fəalların sukutu onları toplumun mərcə teyfi durumundan ayırmağa  zəmin yaratmazmı ? İranda olan başqa hərəkətlər ilə intiqadi bir diyalogun qurulması bizim milli çıxarlarımız ugrunda ola bilər yoxsa o hərəkətlərin içində ərimək təhlukəsi var  ? və …. buna bənzər başqa sorularımızın cavabını İran uzmanı sayın Arif Keskin den soruşmuşuq , sayğı deyer düşünürlərimizin əməkdaşlığı ilə bu mubahisələrin genişlənməsi və bu mubahisələrin içindən milli mənafeimiz uğrunda doğru bir yol xəritəsinin ip uclarının çıxmasını arzu edirik.

http://azdemokrasi.files.wordpress.com/2011/03/index.jpg?w=259&h=194

İrandaki iç çəkişmə hara gedir?

Iran İslam cumhuriyəti 1979-dan günümüzə qədər ən böyük böhranı yaşayır. Xarici siaysətinə baxdığınızda yalnızlaşmış və dostu olmayan dövlət kimi görünümündə dir. İran Nüve kriziylə ABŞ və avruplalıları qarşısına almış və diyər tərəfdən də Rusya və Çindən gözlədiyi dəstəyi alamamışdır. Qonşularıyla dost və güvənilir münasibət quramaış və saldırqan uslubu onun qonşularının gözündə təhlükəli görsənməsinə səbəb olmuşdur. Sünni Ərəb dövlətləri, İranı ən böyük təhlükə olaraq görməkdə və o rejimin yıxılması üçün hərbi mudaxilə alternatifini təşviq ettikləri bilinir.

Daxili siyasətdə isə, İran rejimi 1979-dan günümüzə ilk kəz çox yönlü buhranı təcrubə etməktədir. Rejimin daxilində ixtilaf rəsmən çatışma və toqquşmaya çevrilmiş və rejimin daxili tərazılığı və harmonisi pozulmuşdur. İran rejimi aradan iki şaqqaya ayrılmışdır. Elə ki rejimin 30 illik tarixində ilk kəz  başnaziri, məclis başqani, nazirleri və üst rütbəli brokratları zindana salmaq məcburiyətində qalmışdır. İxtilaf rejimin bütün rəsmi və qeyri rəsmi organlarını bürümüşdür. Xaməneyi həlledici və ixtilaf çözücü mevkisini itirmiş və özü ixtilafların qaynağına bədəl olmuşdur. Bu məsələ də rejim için ixtilafların həll olunmasını çox çətinləşdirmişdir.

Yaşıl hərəkatı 2009-dan günümüzə qədər öz muxalifət varlığını qoruyabilmiş, rejimin sərkub təşkilatların qarşısında dayanıqlığını göstərmiş və bitmemişdir. Ərəb Regionunda baş vərmiş siyasi və sosyal üsyanlardan güc alaraq yənidən meydana gəlməyi başarmışdır. İran rejiminin ən önəmlı əmniyəti məsələsinə çevrilmişdir.

Bütün bu faktörlər/amillər ışığında, İran rejiminin çox yönlü böhran içində olduğunu diyəbilərik. İran rejiminin qarşılaşdığı bu böhran mürəkkəb, çox yönlü və mahar edilməsi asan dəyil. Hətta iran rejimi bu böhranı həlletmek üçün rasyonel/əqlani bir projeyə də sahib deyil. Rejim fəqət şiddət/xuşunət bu böhranları həl edəcəyini düşünür. Xuşunət isə var olan böhranı daha da derinləşdirir.

 

Biz nə zamana qədər süküt edəcəyik?

Azərbaycan, İran rejiminin qarşılaşdığı bu çox yönlü və mürəkkəb böhranın fərqindədir.Çox diqqətlə, titizliklə(vəsvas) və her tərəfli hadiseleri izleyir. Azərbaycan bu sürəçdə ən doğru əməli alternatifini müəyyən etmək istəyir. Azərbaycan, İrandaki prosesi soyuqqanlı, temkinli, ağır, tehriklerdən uzaq , Fars milliyetçilərinin telesine düşmedən, öz milli maraqlarının maksimom qorunmasını nəzərdə tutaraq və tarixi bütün tecrübelerini diqqete alaraq izləyir. Azərbaycan bu böhrandan zərərli çıxmaq istəmir. Keçmişdəki yaşadıqlarını yenidən yaşamaq istəmir. Azərbaycanın bu gəlişmələrdəki mövgiyəte “ əqlanı ehtiyatkarlık” olaraq adlandırmaq mümkündür.

Yaşıl hərəkatı önəmli və ciddi etirazı hereket olasa da, Azərbaycanlıların duyqudaşlığını qazanabilmemişdir. Azərbaycanlılar Yaşıl hərəkatını Fars milliyetçiliyinin fərqli tezahürü olaraq görmektediler. Onlara göre Yaşıl Hərəkatı İrandaki heqiqi demokrasinin qurucusu olabilmez. Azərbaycanlılar Yaşıl hərəkatına əməli destek vərmeseler de merkezdeki gedən gerginliyi öz xeyirlerine olduğunu düşünürler. Azərbaycanlılarin siyasi, iktisadi və kültürəl istəklərinə yaşıl hərəkatının cavab verməyəcəyi bəllidir. Yaşıl hərəkatı 2009-dan günümüze qədər millətlərin məsələsi mevzusunda hər hanki fikir və gofteman iləri sürmemişdir. Millətlər məsələsi gəlince sukut edirler. Bunları yersiz, “bölücülük” və luzumsuz tələb olaraq görürler. Azərbaycanlılar da bunları görür. Azərbaycan bütün bunlara yaxın tarixindəki yaşadığı nakamiləri və əzabların çarçıvasından baxır.

Azərbaycanla Yaşıl hərəkatının yolları ayrılmışdır. Azərbaycan indi özü, fərqli bir demokratik projənin sahibidir. Azərbaycan indi özü Üçüncü Cebhədir. üçüncü güçdür. Azerbayacnlılar, İran rejiminin Azərbaycan-Türkünə olan düşmanlığını bilir. 1979-dan o duşmanlığın içində yaşayır. Yaşıl hərəkatının söylemlerinde de öz haqlı istəklerini görmür. Gəlinən noqtada Azərbaycan özü çox fərqli və daha qapsamalı/came demokratik cebhənin lideri pozisyonuna gəlməktədir. Azərbaycan bu mövqeiyetinin gerekliliklerini yerine getirmesi lazımdır.

Azərbaycan “ yaşıl hərəkatına qatılalım-qatılmayalım” ikilemini buraxmalıdır. Çünki Yaşıl Hərəkatıyla yolları ayrılmış. Bu ikilemdən çıxmadığı sürece yəni şeraite uyqun stratejiler gelişdirmez. Mənim fikrimcə milli hərəkatımız yəni və fərqli bir mərhələnin başlandığını hissətsə də hələ özünü onunla adaptə/sazegari etmiş deyil. Yaşıl hərəkata “qatılalım-qatılmayalım” dartışması milli hərəkatın önünü bağlayır. Günümüzdəki şərtlərə uyqun stratəjik müəyyən ətməyi və günümüz şərtlərinə uyumlu halə gətirməyə mani olur. Onun bütün ənərjisini əmir. Biz içinə düşdüyümüz bu kördüğümdən çıxmalıyıq. Başqa bir sözlə hələ də milli hərəkatımız özünü üçüncü cəbhə olduğunun şuruna çatmış deyil. Özünü Üçüncü cəbhə olaraq hiss etməyi dərunləşdirməyi başarsaydı onun gərəkliliklərini də yərinə gətirirdi. Milli hərəkatımız silinkinməli və bayramlarda nəcə ki, evlər təmizlənir özünün stratejilərini gözdən gəçirməlidir. Milli hərəkatımız silikinib özünü yeni dönəmə uyqunlaşdırmazsa Azərbaycanı itirmə ehtimali vardır.

 

İndi nə etməliyik?

Öncəliklə bölgəmizdə və İranda olub-bitənlər haqqında objektif təhlilimiz olmalı və bilməliyik ki İran siyasi həyatında yəni bir səhifə açılmışdır. Əski dəftərin nə zaman bağlanacağı bilinməsə də yəni bir mərhələ başladığı çox aşıkardır. Biz bu yəni mərhələnin bütün özəlliklərini bilməli və ona görə yəni stratejiler gəlişdirməliyik.

-Güney Azərbaycan Milli hərəkatı yavaş yavaş öz varlığını hissəttirməlidir. Varlığını hissəttirmənin anlamı fəqət küçəyə çıxmaq vəya miting düzənləmək deyil. Azərbaycan Türk milləti Güney Azərbaycan milli hərəkatının varlığını öz yanında hiss ətməli, onu görməli və onun istəklərilə daha yaxından tanışmalıdır.

-Bizim milli hərəkatımız içində- kiçik də olmuş olsa -çox qimətli təşkilatlarımız var. Bu zamanda bu təşkilatlar ən vərimli dönəmlərinə girməli və onlar gücləndirilməlidir. Hər hanki bir təşkilatlarımıza hər hanki şəkidə yaxınlıq hiss edənlər varsa zaman itirmədən onlara girməlidirlər. Təşkilatlarımız aktifləşdirilməlidir.

-Umumi-milli təşkilatımız yoxdur . Bizim milli hərəkatımızın böyük bölümü təşkilatsızdır. İnsanlarımız böyük təşkilatların qurulmasını gözleyir, onlar qurulmayınaca da faaliyət etmirlər. Siyasi faaliyət üçün təşkilat önəmli ancaq “olmazsa siyasi faaliyət olamaz” deyil. Təşkilatsız da faaliyət ediləbilər. Bizim qazandığım bütün başarılar şəxsidir. Şəxsi həyatında özünə yol açan insan siyasi faaliyət üçün də özünə imkan yaradabilər. Biz indi “hər fərd bir təşkilat” şuarını hayat gəçirməliyik. Öz şəxsi yetənək, imkan, zaman və gücümüzdən milli hərəkatımıza ayırmalıyıq. Əmin olun ki, buları normal hayatınızın axışına zərər vərmədən də etmek mümkündür. “ hər fərd bir təşkilat “modeli bugün bizim əsası çıxış noqtəmiz. Hər kəs özündən məsul. Hər kəs özünün rəisi və mərusu.

-İndi ki zamanda ixtilaflardan, bölcü və qıştırcı laflardan uzaq durmaluyıq. Önümüzdəki günlərdə içimizə ixtilaf aslamya başlaycaqlar. Bir çoxumuzun əleyhində yazılar yazılma ihtimali vardır. Topyekun bunların qarşısında durmalıyıq. Nəzakət və əxlaqı qurulları aşan yazı və danışıqlardan qaçınmalı və bunu edənləri də ənglləməliyik. İxtilaflar hələlik dondurulmalı.

- Rəhbərlik iddiaları “hər şeyi mən yarattim” ifadə və düşüncələrdən vaz geçilməli. Musavi və dustanə münasəbətlərin qurulması lazım. Təşkilatlar öz aralarında küslük və yərsiz rəqabəti buraxmalıdırlar. Bir araya gələbilməli və başarbilirlərsə öz aralarında bir kordinasyon (həmahəngi) şurası qurmalaları lazımdır.

-Wəb sitələrimizi və dərgilərimizi zənginləşdirmək və çəkici hala gətirməliyik. Yazı , xəbər, tərcümə vb. işləri görəbilənlər bu işlərlə və maddı imkanları olankar isə bu sitələri və dərgiləri himayə etməlidirlər. Bu sitələrin çəkim gücünü artırmalyıq.

-Bugün Azərbaycanın hər yeri milli hərəkatımızın şuarlarıla dolmalıdır. Güney Azərbaycan Milli Hərəkatının tarixi səmbolları millətin gözünün önünə gətirtilməli. Təbliğat çalışmaları çox yönlü olaraq sürətləndirilməli. Azərbaycan toplumu milli hərəkatın şuarlarını mənisəməyə hazırdır.

-Güney Azərbaycan milli hərəkatımız öz milli-umumi bildirgəsi/mənşurunu hazırlamalıdır. Hazırlanacaq bu milli-umumi mənşurda Azərbaycanın bütün məsələləri diqqətə alınmalıdır. Azərbaycan Türklərinə yaxşı həyat umudunun vərilməli gərəkir. Azərbaycan toplumunun bütün layələrinin istək, arzu və qorxuları diqqətə alınmalıdır. Güney Azərbaycan Milli hərəkatı daxili və xarici məsələlərə baxış açısını və siyasi, sosial, mədəni, iktisadi və dini məsələlər də öz fikirlərini məhsus və məlmus şəkildə bəlirginləştirməli və Azərbaycan Türk millətinə çatdırmalıdır.

 

bezi aydinlarimiz İranda olan başqa hərəkətlər ilə intiqadi bir diyalogun qurulmasını bizim milli çıxarlarımız ugrunda ola biləcəyini duşunürlər sizce böyledir yoxsa o hərəkətlərin içində ərimək təhlukəsi var?

siyaset ve diplomaside görüşülmeyecek teref yoxdur. Gerekirse her kesle görüşülür ve müzakire edilir. ABŞ düşmen olaraq gördüyü İran ve talibanla görüşür. Ancaq diyaloq ve müzakeren şetleri ve şeraitinin yaranması lazımdır. Bugün bele bir şerait yoxdur. Çünki Yaşıl Herekatıyla qurulacaq diyaloğun neticesi olmaycağını düşünürüm. Yaşıl herekatı milletler meselesini danışmaq istemir. Onu hel etmek istemir. Bele bir problemin olmadığına inanır. Milletler meselesini komlo/totie olaarq görür. Gece-gündüz tehqir edir. Bu tür zenihiyet sahib olnalarla görüşmek zaman itirmekdir.

Ancaq terefler arasında qeyri müsteqim müzakere gedir. Azerbaycanın emeli olaraq itirazlarla qatılmaması ve milli herekatın danışıqları, yazıları ve emelleri bu sembolik irtibatın bir unsurları. Müzakereler semboller ve herekatlerle gedir. Terefler bir-birlerinin baxışını metbuattan öyrenirler. Tereflerin ne istedikleri ortadadır.

bugün müzakere ve intiqadi diyaloq şeraiti yoxdur. Onlar bizden erimemizi isteyirler. Bugün en önemli stratejik vezifemiz özümüzü toparlamaq, hedef/istek/söylemlerimizi müeyyenleşdirmek, menşurumuzu(bildirgemizi) hazırlamaq, teşkilatlar arasında organik hemahengi qurmaq ve ferdi faaliyeti artırmaq, üçüncü cebhe olaraq özünü gösterebilmek vb. meselelere temerkuz etmeliyik.

Bugün Azerbaycanın en önemli stratejik meselesi İran rejimin serniguni meselesi olmalıdır. İran islam cumhuriyetinin sernigün olmasını en çx türkler istemelidirler. İran İsalm cumhuriyeti sernigun olmadığı sürece biz heç bir hedefime yetişebilmeyeceyik. isterse istiqlaçı, isterse federalçı, isterse her hanki bir milli isteyimiz olsun bunların gerçekleşmesinin yolu İran islam cumhuriyetinin sernigunisidir. İrandaki rejim getmedeyi sürece biz heç bir hedefimize yetişmeyeceyik. Bu rejim qanun esasının 15.maddesini bele icra etmeyecek. Esası meselemiz bunları dartışmaq