http://www.xalqcebhesi.az/news.php?id=657

 

"İranı Misirin taleyi gözləyir"
http://www.xalqcebhesi.az/photo/abdulla.gifAbdulla Əmir Haşimi: "Ancaq Xamneyinin yerinə Kərrubinin gəlməsilə İranın məsələsi bitmir"
İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi (Cavanşir) İranda baş verən etiraz aksiyalarıyla bağlı "Xalq Cəbhəsi"nin suallarını cavablandırıb.
- İranda baş verənləri necə qiymətləndirirsiniz?


Cavid

- İranda 1979-cu ildə baş verən milli-demokratik inqilab bütün xalqların iştirakıyla siyasi qələbə əldə etdi, şovinist Pəhləviləri taxtdan yerə saldı.
Bu inqilab İranda respublika rejimi elan etsə də, hakimiyyəti ələ keçirən mollalar teokratik, şovinist təfəkkürə söykəndilər. Nəticədə inqilab 3-4 ildən artıq yaşadıla bilmədi. Milyonlarla insan inqilab tərəfdarı olsa da, hakimiyyətin başında duranlar daxildən parçalandılar. Bəzirgandan Bənisədrədək, Musəvidən Kərrubiyədək İranda bir zaman yüksək vəzifələr tutsalar da, rejimdən ayrıldılar və ona qarşı mübarizə apardılar. Türkmənlərdən bəluçlara, Azərbaycan türklərindən
ərəblərədək bütün xalqlar öz milli müqəddəratını təyin etmək hüququndan şah dövründəki kimi məhrum qalaraq töhmət-iftiralarla qarşılaşdılar. Belə halda onlar da öz çiyinlərində gətirdikləri İranın bugünkü məsullarına qarşı inqilabın sabahından bu günədək mübarizə aparıb və bu yolda şah dövründə olduğu kimi yenidən siyasi məhbus, siyasi sürgün, şəhid və qurbanlar verirlər. Bu gün "yaşıllar" adında müxalifət İrana qarşı müxalifətin kiçik bir hissəsidir. Bu, Musəvi-Kərrubi qanadı kiçik hissə olduğuna görə də onun qələbə ümidi azdır. "Yaşıl hərəkat"ın dünyagörüşünün fanatizmə və şovinizmə yoluxması, keçmişdə milli və mütərəqqi insanların aradan götürülməsində, "yaşıl hərəkat"ın başında duranların onları zindana salınmasında rol oynadıqlarından, bir sözlə, əlləri qana batdığından İranda yaşayan azərbaycanlılar, ərəb, türkmən, bəluç, gilək və s. millətlərin etimadını qazana bilməyiblər. Ona görə də qələbə qazanmalarına ümid yoxdur. "Yaşıl hərəkat"ı Avropa və ABŞ dəstəkləsə də, bir il yarımlıq mübarizədə heç nə qazana bilməyib. Hətta ərəb ölkələrindəki üsyanlardan yeni zövq alan İrandakı "yaşıl hərəkat"ın gücü keçmişdəkindən artıq deyil. Səbəbi də məlumdur. "Yaşılçılar" İranda yaşayan xalqların milli-demokratik hüquqlarından yan keçirlər. Qara keçmişlərilə hesablaşmağı bacarmırlar. Bir sözlə desək, "yaşılçılar" hakimiyyət içində olan dedi-qodular səviyyəsində bir hərəkatdır. Onların İranın düşdüyü müxtəlif sahələrdə dərin böhranın aradan qaldırılmasına ciddi platformaları yoxdur.
- İranı Misirin taleyi gözləyirmi?
- İranı Misirin taleyi gözləyir. Ancaq kimlərin əli ilə, nə vaxt və hansı platformayla- bu suallara cavab vermək çətindir. Çünki İran ərəb regionundan fərqlidir. Məsələnin həlli yolu bir diktatoru götürüb başqa diktatoru yerinə qoymaq deyil. Elə "yaşıl hərəkatçılar"a da əksəriyyət əhali belə baxır. İstəmirlər ki, Xamneyini götürüb onun yerinə Rəfsəncani gəlsin. Eyni düşüncədə olan və eyni platformalı və eyni taleyi yaşayan, hakimiyyətdə
olanda həmin işləri təkrar edən Əhmədinejad, Musəvi və ya Kərrubi və yaxud başqaları. Ərəb regionunda baş verən hadisələrin mahiyyəti bir-birindən fərqlidir. Sudanda baş verən hadisələrin məqsəd və mahiyyəti Misir, İraq və Bəhreyndə baş verənlərdən fərqlidir. ABŞ və Avropa ölkələri bu hadisələrdə maraqlarının toxunulmazlığına meylləri olsa da, dünənki dost Mübarəklər bu gün xalqın həyatından irəli gələn tələblər və zərurətlər əsasında yerini başqasına verməlidirlər. Kütlələri meydana gətirən mühərrik qüvvələr və motivlər uzun illərin yaşayış tərzindən, həyat və mübarizə tarixindən irəli gələn istəklərdir. İranı Misirin taleyi gözləyir. Amma Xamneyinin yerinə Kərrubinin gəlməsilə İranın məsələsi bitmir. Bəlkə hələ bu başlanğıcdır.
- Fars rejimi inqilabı yatıra biləcəkmi?
- Bütün diktatura, istibdad, şovinist ölkələrdə olduğu kimi müxalifəti təmsil edən qüvvə təcrid olunmuş şəkildə həyatını davam edir. Niyə? Çünki diktator bütün qəzet, partiya və nüfuzlu şəxsiyyətlərin aradan götürülməsinə və yaxud sürgünə göndərilməsində tam səyini ortaya qoymuş və müxalifətlə kütlə arasında münasibətləri poza bilir. Amma iqtidar bir şeyə nəzarət edə bilmir - o da naməlum və gözlənilməz bir anda partlayışlardır. Həmin partlayışlar sayəsində diktatura atmosferi sınır, qorxular tökülür, müxalifətə kütləni yönəltmək etmək imkanı yaranır. Əgər bu imkan uzun müddət davam edirsə, inqilab nəticə verir, qələbə çalır, cəmiyyət şiddətli tezadlardan xilas tapır və harmonik sağlam rəqabət tənqid, təşviq və qayda-qanunlara ciddi hörmət demokratiya atmosferində cəmiyyətin ciddi inkişafı təmin edilir. Yoxsa edilən səylər nəticəsiz qalır, yeni diktatura hakim olur və yeni inqilabın zərurəti yenidən meydana çıxır. Təəssüf olsun ki, İranın 1979-cu il inqilabının taleyi dediyimiz kimi belə oldu. Həmin qaydaya əsasən, heç bir diktator rejim, o cümlədən fars şovinist rejimi İranda inqilabı yatırda bilməyəcək. Xamneyi getsə, "yaşılçılar" da gəlsə inqilabı yatıra bilməyəcəklər.
- Bəs İran müxalifətinin gücsüzlüyü nədədir?
- İranda müxalifət yalnız "yaşılçılar" deyil. Pəhləviçi şahçılar, leninçi, maoçu və Avropa sosial-demokrat təmayüllü solçular, Müsəddiqin "Cəbhə-ye Melli"sinin tərəfdarları olan dünyəvi fars təmayüllü müxalifətçilər, islamçı, ümmətçi, "Xalq Mücahidləri" və ayətullah Şəriətinin islamçı tərəfdarları İran rejiminin müxalifətinin bir hissəsidirlər. Digər hissəsi İranda yaşayan müxtəlif xalqların - türk, ərəb, türkmən, bəluç, gilək, kürdlərin siyasi və mədəni partiya və təşkilatları, dərnəkləridirlər ki, İran rejimini görməyə gözləri yoxdur. "Yaşıl hərəkat" saydıqlarımızın cüzi hissəsidir ki, digər müxalifət qruplarını özündə cəmləşdirə bilməyib. Çünki, "yaşıl Hərəkat" həmin müxalifət qruplarının irəli sürdükləri məsələləri görə bilmir və ya görmək istəmir. Müxalifətin digər qanadları da bir-birinin tələblərini eşitmək belə istəmirlər. İranda bu müxalifət qanadlarının bir yerə yığışıb dialoq qurması imkanları da yoxdur. İran rejimi də onların arasında pərakəndəlik yaratmaq işini uğurla aparır. Partlayış olmayana qədər müxalifət də belə gücsüz qalacaq. Bu da bütün diktatura şəraitində yaşayan müxalifət qüvvələrin və xalqların taleyi ilə uyğundur.
- Bəs fars-molla rejimini yıxmaq üçün nə etmək lazımdır?
- Rejimi yıxmaq üçün Səttarxan, Bağırxan, Heydərxan Əmoğlu, Məhəmməd Əmin Rəsulzadə, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvərinin yollarını davam etməliyik. Yəni istiqlal, azadlıq və bərabərliyi Güney Azərbaycanda həyata keçirməliyik. İran bir panislamist, şovinist imperiya olduğu üçün gec-tez dağılacaq. Əsarət altında yaşayan Güney Azərbaycan, Bəluçistan, Türkmənsəhra, əl-Əhvaz, Qaşqayistan və s. öz milli hökumətlərini qurub regionda və beynəlxalq aləmə inteqrasiyaya girməlidirlər. Sülh və inkişaf proqramlarını həyata keçirməlidirlər. İran rejiminin xalqın istəklərinə qarşı nə dərəcədə müqavimət göstərməsi onun hansı yolla aradan getməsini müəyyənləşdirir. İran rejiminin yanlış xarici və daxili siyasəti, zorakılıqları, başlatdığı müharibələr, xalqa vurduğu ziyanlarla elə yerə gətirib çatdırıb ki, İranda yaşayan hər bir vətəndaş rejimə qarşı mübarizə aparmağı özünə vicdani və insani, milli borc bilir. İran rejiminin yanlış siyasətinə bir nümunə Azərbaycan Respublikasına olan münasibətidir. İranın şovinist hökuməti beynəlxalq prinsiplərə etinasızdır. İran Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistana hər cür yardımı əsirgəmir. İran Azərbaycanın istiqlalını zahirdə qəbul etsə də, son 20 il ərzində dəfələrlə Azərbaycana qarşı müxtəlif təhlükələr törədir, qeyri-stabil vəziyyət yaratmaq üçün fanatik dinçi qruplara maddi və mənəvi yardım göstərir. Azərbaycan Respublikasında İranın təhlükəsizlik orqanları informasiya toplamaqla məşğuldurlar, Azərbaycan Respublikasına saxta pul, silah, narkotik və terror ixrac edir, cinayətkar qruplar yaradaraq Azərbaycan alimlərini və jurnalistlərini qətlə yetirir və qatillərə sığınacaq verir. Bunlara bariz nümunə Ziya Bünyadovun qətlidir. Belə qətllərlə İran Azərbaycan Respublikasında qeyri-stabillik yaradaraq, Azərbaycanın dünyəvi və demokratik hökumətini yıxmağa cə
hdlər göstərir. Belə anti-Azərbaycan siyasəti, Güney Azərbaycanda yaşayan 35 milyondan artıq soydaşımız üçün qəbuledilməzdir. Fars rejiminin düşmənçilik toxumu səpməsi təbii ki, İranda yaşayan bütün xalqların o cümlədən fars xalqının ziyanınadır. Bu dediklərimiz həm zülm altında yaşayan xalqlar, həm də farslar arasında da rejimə qarşı gündən-günə mübarizəni gücləndirir, dərinləşdirir. Müxtəlif təbəqələri diktator, şovinist, anti-demokratik fars rejiminə qarşı fəallaşdırır.
- "Sepah"ın bir qrup yüksək rütbəli məmuru mitinqlərdə güc etməyəcəyi barədə rəhbərliklərinə müraciət ünvanlayıb...
- Təbii ki, dediyimiz kimi bütün zümrələrdə, o cümlədən ordunun müxtəlif hissələrində, eyni zamanda "Sepah"da rejimdən narazılıq genişlənir. Hətta rejimin əsasını təşkil edən silahlı qüvvələr, o cümlədən "Sepah"la rejim başçılarını üz-üzə gəlir. Xatırladaq ki, son 80 ildə həm Pəhləvi rejimi, həm də indi hərbçilər bir tərəfdən İran diktatorlarının əlində xalq hərəkatlarını yatıran vasitələr olsalar da, müəyyən hissələr həmin siyasətə qarşı olmuşlar. Ordunun yarısından çoxunu təşkil edən azərbaycanlılar bu sahədə ön sırada olaraq silahı xalqa qarşı yox, irticaya qarşı çevirmişlər. Bu yolda canlarını qurban verməkdən də çəkinməmişlər. Şah və Xomeyni rejimləri dövründə ordunu cəlladlığa sürükləsələr də, hərbçilərin içində igidlik, mərdlik və azadlıq uğrunda canlarından keçən hərbçilərimiz az olmayıblar.