Məhəmməd
Azadgər
Türkcəyə çevirən: Dr.Sedige Adalati
Alber Memi‘nin
« İstimar Edənin və İstimar Olanın Siması»
adlı kitabı həqində
1357 il inqilabından öncə « Alber Memi» Tunəsli bir yazarın
yazdığı və « Homa Nateq»
tərəfindən tərcümə olunan « İstimar Edən və İstimar
Olanın Siması» adında kiçik bir kitab yayınlandı
. əlbtə xanım Nateq
İrandakı milli məsələyə olan görüş və
düşüncələrindən dolayı bizim bu kitab həqində olan
düşüncələrimizə kəsinliklə muxalifdir. Bu
xanım « Batılaşma» (
qərb zədegi ) və « İrançı Nasiyonalism» mozeindən
və bəlkə də
Cəlal Al əhmədin
qərbə qarşı baxışlarının
etkisində bu kitabı tərcümə
etmişdir . Xanım Homa Nateq bu
kitabı Cəlal Al əhmədin xatirəsinə
tərcümə edibdir.
Bu kitab yayınlandığı
zaman da qeyri Fars millətlərin aydınları nın və
özəlliklə Azərbaycan ziyalılarının bir iddesinin arasında
tartışmalara səbəb oldu və bu sual meydana gəldi
ki Azərbaycanlılara istimar olan və mərkzi dövlətə
istimar edən demək olar ya yox .
əlbətə öncələr
Cəlal Al əhməd yaxın və səmimi dostları
qolamhoseyn Saedi və Rıza Bərahəninin etki
sində qalaraq « Azərbaycanın
mərkəzi dövlətin fərhəngi müstəmirəsi»
olduğunu söyləmişdi .
Biz Meminin kitabını oxuyaraq
görəbilirik ki Azərbaycan tam anlamda bir müstəmirədir.
Adətən istimar
edənin sifətindən zehinlərdə olan istimar
edənlərin və Halivudun sinama filmlərinin
yaratdıqlarıdır . Alber Memi də kitabının ilk
paragrafında buna işarə etmişdir . : Bəzi ləri
hələ xoşları
gəlir ki istimar edənləri uca boylu , günəş altında yanmış
, ayaqlarında
çəkmələriylə bir belə dayanmış bir adam
olaraq görsünlər . Yəәni o işləməkdən
qaçmır . Gözləri
mülklərin uzaq ofuqlarına xirə olmuş və
təbiətlə olan mübarizə də , öz varlığını insanlara
sərf etmiş ,
xəstələri dərman etməyə və kültür
yaymağa məşquldur . Xülasə o əsil və
qabaqcıl bir maceraçı olaraq tanınır.
əlbətə biz istimar edənin
başqa bir sifəti ilə də tanışıq:
ərəbistanın lorənsi ,
bir İngiliz nəcib zadə ki ev və
yaşayışını tərk edir və
ərəbləri müdafiə etmək üçün osmanlı
xəlifələriylə savaşır .
əlbətə əgər bizim
təsəvvürümüz istimar edəndən bizə öyrtilənlərdirsə o
zaman İranda istimar edəndən və istimar olan dan bir
əsər yoxdur . Ama əgər
İran toplumunun gərçəklərinə baxarsaq və sitəm
altındakı millətlərin vəziyətini , hakim millətin və mərkəzi
dövlətin vəziyətiylə müqayisə edərsək , görə bilirik ki İranda yaşayan
millətlər mərkəzi dövlətin müstəmirəsi dirlər
. Bir ləhzə xiyal gücümüzü
çalışdıraq və zehnimizdə o səhnəni ki
Məhəmməd Rıza Şah Səəd abad Kaxında iki
əlinin sübabə barmaqları cılıqasının ciblərində
və iş otaqında Təbrizdə toxunan bahalı
fərşlərin üstündə yerirkən , Azərbaycan milli hükümətinə
saldırma fərmanı sadir edir ,
canlandıraq . Bu
şahın nəyi İngilizi və ya Fəransəvi istimar edəndən ki müstəmirələrində
yerli millətləri öldürürlər fərqlidir ? və ya bir ləhzə Xumeyni və ya Xamnəini Cəmaran
sarayında düşünək ki Kürdüstana , Azərbaycana , Türkmən Səhraya , ərəbistan və Bəluçistana
saldırma əmri verirlər .
kimlər bunu əmr edir ki Azərbaycan Türki , ana dilini müdafiə etdigi üçün həbis
olunub işkəncə görüb
və öz hüviyyətini savunmaqda israrlı olursa zindanda işkəncə
altında öldurulur və ya
zindandan dışarıda saxta təsadüflər və ya
fərqli yollarla öldürülsün .
Alber Meminin kitabını
təkrar oxurkən şahid olacağıq ki biz Türklərin və başqa
millətlərin moqeiyəti
İranda müstəmirə moqeiyətidir . Memi əsasən Avrupalı istimar
edənlərdən və Afriqalı istimar olanlardan bəhs
edir. Ama İranda yaşayan millətlərin vəziyəti Alber
Meminin işarə etdiği müstəmirələrdən
fərqli deyil.
Kitabın birinci bölümündə
, Memi istimar edənin müstəmirədə
ki moqeiyətinə işarə edir ki bu bizim istimar
edənlə hiç bir oxşarlığı yoxdur . . .
Ama Memi təkid edir ki istimar edənin zatında faşismə
və ırqçılığa təmayül vardır: « bütün istimari millətlərin ürəklərində
faşisti təmayüllərinin tomurcuqları ( cəvanə ) vardır.»
Faşısm nədir
? az sayılı insanların
yararına dolanan zülm və basqı dəstgahından başqa
bir şey dir mi ? « müstəmirənin
siyasi və idari maşınının da bundan başqa bir
hədəfi yoxdur . Burada insani
rabitələr istismarın ən qorxunc qaydalarının
məhsuludur və onun əsası
eşitsizligə və təhqirə dayanır və zamini də intizami
güclərdir . Hiç bir şübhə
yoxdur ki istimar bir noı faşısmdir» S. 79 - 80
Memi yazır: «
istimartələbin simasını
tanımladığımızda son olaraq onun
ırqçılığından bəhs etməliyk. əcib budur ki bu ırqçılık
istimar edən ilə istimar olanı birbirnə bağlıyan
əsası rabitənin bir
nişanəsidir . » S.87
Memi istimar edən
və istimar olanın rabitəsi həqində nisbətən
kamil anlatımdan sonra belə yazır:
«
ən azından və anlaşıldığı kimin
bir ışçı öz təbəqəsini tərk edəbilir
və öz ictimayi durumunu dəyişdirəbilir ama müstəmirə
çərçivəsində istimar olunanlara özgürlük yoxdur , hətta əgər sərvəti
çox olsa da , bütün ünvanlara sahib olsa da və
hər gün güclənsə də istimar olan kəsinliklə
imtiyazlıların gurupuna qoşulamaz . Buna görə ırqçılıq kiçik
və ittifaqi bir məsələ deyildir , bəlki istimar dəstgahının
tərkibində həyatı bir amildir . S. 91
- 92
Bu rabitədə onlarca numunə
və örnək vermək olar.
Memi kitabının
ikinci bölümündə kamil bir şəkildə istimar olanın simasını
tərsim edir ki İrandakı sitəm altındakı
millətlər bununla yaxından tanışdırlar . Memi
yazır ki istimarçılar inanırlar ki istimar olan «
tənbəl » dir . istimar
olan hiç bir zaman müsbət bir fərd olaraq tanınmaz: istimar olan
belə « deyil» elə « deyil» .
istimar olan kəsinliklə bir fərd olaraq tanınmaz
və ona adsız bir cəmiyət içində boğulmaqdan
başqa həq tanınmaz . Bunlar belədir , bunların hamısı belədir
.
Memi yazır:istimar olan
yavaş yavaş istimar edənin onun həqində
söylədiklərini qəbul edir və elə buradan faciə
başlayır « hərkəs
bilir ki hakim təbəqənin fikrinin usulı büyük ölçüdə
aşağa təbəqələrin tərəfindən
qəbul edilir və mübarizə fəlsəfəsində
düşmən həqində bir fikir və təsəvvür
vardır . əşağı
təbəqələr bu fikri usulları qəbul
etməklə , onlara verilən rolları da qəbul
etmiş olurlar və elə bu məsələ toplumların
nisbi olaraq ayaqda qalmalarının səbəblərinin biridir
. Çünkü bu toplumlarda istər isətməz
məzlumlardır ki zülmə boyun qoyurlar . Müstəmirələrdə bu
rabitələrin anlamı bir millətin başqa bir millətə
olan hakimiyətidir , əsas prənsip ginə həmandır» S. 107 - 108
Kitabın
oxunmasına idamə veririk:
« artırmalıyk ki istimar
olan getdikcə keçmişini unudur , o keçmişi ki istimar edən
hiç zaman rəsmiyətə
tanımayıb , çünkü «
hər kəs bilir ki ərzişsiz yerlinin əsli və
nəsəbi bəlli deyildir və əslində əsl və
nəsəbsiz olmalıdır ! » Ama tək xətər bu
deyildir . İstimar olanın
özündən soruşaq ki milli qəhrəmanlarının adı
nədir ? millətinin büyük
rəhbərləri kimlərlər ?
həkimləri kimlərlər ? olabilsin çətinliklə bir və ya
iki nəfərin adını dilə gətirsin , o da çox düzənsiz şəkildə
, və hər nə
qədər cəvan nəsillərə
yaxınlaşırsaq bu daha da bətərləşir ! istimar olan öz hafizəsini yavaş
yavaş əldən verməyə məhkümdür .
Xatirəni
təmamən zehni bir olay olaraq görməməliyik. Elə ki hər fərdin
hafizəsi onun təbiyi və tarixi vəziinin
səmərəsidir , hər millətin
hafizəsi də o millətin təməllərinə
dayanır . Halbuki istimar olanın təməlləri ölü və
müncəmiddir. Və əgər
onların bəzisi hələ yaşamış kimin
görünsə də istimar olanın onlara etenası yoxdur və
hətta bəzən bu bais olar ki o bundan utansın: Bu o utanc
duyqusu kimidir ki gülünc bir eski bina görəndə əl verir . S.125
- 124
Alber Memi soruşur: «
hankı yoldan bir millət öz keçmişinin varisi olabilir
? və özü cavab verir:
uşaqları yetişdirmə yolu ilə , dil yolu ilə , bu dil -
xəzinə ki dəvamlı olaraq öyrənilənlərin
yardımı ilə gənişlənir və bu vasitə
ilə tarix də keçmiş nəsillərin nailiyyətləri
, adətləri , rəsmləri , qalibiyyətləri və davranışları
və əməlləri zəbt və müntəqil olur.» S.127
İranda mədrəsələrdə
zülmə məruz qalmış millətlərin uşaqlarına
düzəldilən hafizə « millətinin hafizəsi deyil və o
öyrətilən tarix də millətinin
tarixi deyildir» S. 127
Malkom İks zindanda
tarixi mütaliə etməyə başladığında görür ki
tarixdən qaralar həzf olunublar .
Ağlar qaraları yazmırlar!
Ağlar qaraları həzf edirlər. Ama Malkom İks yazılmayanları
yazılanların arasında oxur.
Biz Türklər də Farslar
və ya Farslaşmış Türklər tərəfindən
yazılan tarix kitablarından həzf olunmuşuq . Bizim
keçmişimiz və tariximiz təhrif olunubdur.
iki dillilik müstəmirədə
« İstimar olanın əsası
pərişanlığının bəyan və
nişanəsini onun iki dilliligində görəbilirik»
əgər istimar olan
savadsızlıkdan da qurtulsa ginə də dil baxımından
bir ikiləm ( doganegi ) yaşar
. əlbtə əgər bu
qurtuluşda şanslı isə: çünkü istimar olanların çoxu iki dilli olma şansına da
sahib deyillər və ana dilindən başqa dil
tanımırlar , yəәni
o dil ki nə onu yazabilirlər və nə də oxuyabilirlər
, yalnız yoxsul və naməlum
kültürü şəfahı şəkildə qullanırlar .
əlbətə
ki savadlı küçük quruplar da
tapılırlar ki öz milli dillərini yaymaq və bunu öz möhtəşəm elmi
keçmişlərinə bağlamaq istirlər . Ancaq çoxdandır ki bu zərif
şəkillərin rabitəsi günlük yaşayışdan
kəsilmişdir və küçə bazar adamlarına tanıdıq
deyil və anlamsız görünür . İstimar
olan bunlara sayqı duyar və bu insanlara keçmiş rüyaları
yenidən diriltmək istəyən yuxuda yeriyən
başçılar gözüylə baxar.
əgər bu dil
ictimayi yaşamda etkili olsaydı və ya idarələrin
qapısından geçəbilseydi və ya post məktublarının
git gəlində bir roli olsaydı ,
pis olmazdı ama bu qədər də deyil . Bütün idari ,
qəzayı və fəni sazmanlarda yalnız istimar edənin
dili qullanılır: cadələrin əlamət qoymasında , musafir daşıma istgahların
əlamətlərində ,
küçələri adlandırmaqda ,
və rəsid bərgələrində. İstimar olan
ki öz dilindən başqa bir şeyi yoxdur öz vətənində
bir yabancıdır .
İstimar
dəstgahının çərçivəsində bu iki dillilik
gərklidir , və bütün
irtibatlar , bilgilər və
gəlişmələrin birinci şərtidir . Ama iki dilli
fərd öz hisarından çıxdığında fərhəngi
baxımdan cübran olamayan faciə ilə
qarşılaşır .
Ana dili ilə və
kültür dilinin arasındakı
nasazıgarlıq yalnız istimar olanlara məxsus deyil
, ama müstəmirədə iki
dilli olmaq ayrı millətlərin iki dilliliginə oxşamaz .
Adətən iki dildən yararlanmaq yalnız iki iş
vəsiləsindən yararlanmaq deyil ,
eyni zamanda iki rəvani
və kültürəl dünyada şirkət etməkdir . Halbuki müstəmirədə o iki dünya ki bu iki dil vasitəsinən
tanıtılır birbirilə qarşı qarşıyadır
.
Ayrıca istimar
olanın ana dili , yəәni
o dil ki istimar olanın duyqularından , rüyalarından və sevinclərindən
qaynaqlanır , o dil ki onun sevgilərini ,
heyrətlərini
anlatır , o dil ki onun
ən büyük atifi yükünü daşır .
. . . . bu
dilin dəyəri yoxdur və şəhər ona hiç bir etibar
qayil deyil . əgər istimar olan iş
axtarırsa və özünə bir yer tapmaq istirsə öncə
başqalarının dilinə ,
yəәni istmarçıların və ərbabların
dilinə danışmalıdır . Bu dillərin
mübarizəsində və
savaş meydanında istimar
olanın qəlbidirki məğlub olub və məhv olacaqdır
. Və sonucda o həqarət ki xaricdən ona emal olunur onu
sındıracaq : yəәni o özü yavaş yavaş öz naqis
dilini bıraxıb və
yabancılardan gizlədəcəkdir və istimar edənin
dilində danışmaqla özünü rahat his edəcəkdir . Hər
müstəmirənin iki dilli olmasından əvam və
ədəbi dilin birbirilə vahid bir dünyada bir biri ilə dinc
yaşadıqları bir ərsə deyildir . Bu iki dillilik sərvət hesab
olunmur. Çünkü onların birisi artıqdır və təqribən
də faydasızdır: söyləməmiz gərəkən
gərçək budur ki bu bir dil faciəsidir» S. 130 - 129 - 128
İstimar olanın yazarının
moqeiyəti
Bəzən
təəccüb olunur ki niyə istimar olanın ana dilində
canlı ədəbiyatı yoxdur .
O təhqir etdigi dili işlədəbilər mi ? Eyni şəkildə də öz milli
musiqisindən , incə sənətindən
və keçmiş kültüründən üz çevirmişdir ! dildə ki ikiləm ( doganegi ) kültürdə ki ikiləmin bir
illəti və nişanəsidir . və bunun ən gözəl
açıqlaması yazarın moqeiyətidir.
əlbətə istimar
olanın yaşayışının madı
şərayiti tək
başına yazarların az sayıda olmalarını tocih
edəbilir. Çünkü həddən
artıq yoxsulluq qələm əhlinin ortaya çıxmasını
və çoxalmasını məhdudlaşdırır. Ama tarix bizə göstərmişdir ki
bir millətin sənətçi (
hünərmənd )
baxımından , ihtiyacının
rəfı olması üçün bir seçilmiş kəsimin
varlığı yetərlidir.
Halbukı istimar olanın
yazarı olmaq çox çətindir. Çünkü
o imkan daxilində toplumu təmsil edir.
İstimar olanın
ikiləmini və imkanların olmadığını ortaya
çıxarır .
Tutalım ki o oqədr
ana dilini öyrnmiş ki
yazılarında bu dili yeni
dən canlandırsın və
bütün iç dalaşmaya rəğmən bu dili qullanmayı
başardı . . . kim
və hangı oxucu üçün yazacaqdır ? əgər bu işdə çox inadcı
olursa özünü məhküm edər ;
çünkü kar və lal bir cəm üçün qonuşmuş
olacaqdır . Çünkü onun milləti
savadsızdır və hiç bir dilin oxumasını və
yazmasını bilmir. . . Şəhərlilər
və savadlılar yalnız istimarçının dili ilə
tanışdırlar. Demək
tək bir yol vardır və o da istimar edənin dilinə
yazmaqdır: yəәni bir çıxmazdan başqa bir çıxmaza
düşmək !
Yazar bu çətinlikdən bir qaçar yolu tapmalıdır. iki dilli istimar olan gərçi iki
dilə sahib olma şansı vardır əma hiç birisinə
hakim deyildir . və bu üzdəndir ki istimar olanların
ədəbiyatı çox yavaş ortaya çıxar və bir şah əsərin
ortaya çıxması üçün çox insani zəhmət və iş
lazimdir . Və hələ bundan sonradır ki istimar olan
yazarın ikiləmi taza bir çöhrə ilə , ama
öncədən daha da təhlikəli təcəlli edər
.
Nə qədər
əcib bir taleedir ki insan öz millətinə yox bəlkə bir başqa
millətə yazsın ! və
ondan daha da bətər budur ki bu yazı onlaradır ki bu milləti
məğlub etmişlər .
İlkin istimar olan yazarların xəşin ləhni
hamiyə qərib gəlmişdir !
bu insanlar unudurlar ki o oxuculara yazırlar ki dillərini
borc almışlar ? ama bunun
səbəbi xəbərsizlik ,
həq naşnaslıq və ya güstaxlıq deyildir , bunlar istirlər ki bir dəfə
qonuşmaya cürət tapdıqlarında bu oxuculara öz
sıxıntılarından və isyanlarından söz
etsinlər . Birisindən ki illər
boyu nasazlıq acısı çəkmiş barışcıl
sözlər eşitmək mümkün mü ?
və ya bu ağır
vergi verən borc alandan
həqşinaslıq bəkləntisi olabilir mi ? bir borc
ki hər zaman borc qalacaqdır .
Unutmamalıyıq ki əgər istimar
olan yazar Avrupalıların yəәni istimar edənlərin
dilini öyrənirsə yalnız buna görədir ki bu vəsilə
dən özünü və öz adamlarını müdafiə etmək üçün
istifadə etsin . Burada nasazgarlıq və ya yersiz
istəklər və onun koru koruna kinələri mətrəh
deyil , o ki mətrəh olur
zəruriyətdir , əgər
o bu işi görməsə bir gün bütün millət görəcəkdir. S.134 - 133 - 132
İstimar olanın cavabı
Gərçəkdən
də istimar olanın zahiri və çöhrəsi xoşa gələn
deyil .
əlbətə ki bu qədər bəxtsizligi
zərərsiz daşımaq mümkün deyildir. Gərçi istimar edənin çöhrəsi
zalimin nifrət doğuran çöhrəsidir . Qurbanisinin
çöhrəsində də həmahnglik və aramiş yoxdur . Demək istimar edən
hikayələrinin yaratdığı o istimar olanın vucudu
yoxdur ama buna rəğmən istimar olanı tanımaq mümkündür
. Çünkü zülmə məruz qalmış istimar olan
çatışmazlıqlarla dolu olan bir insandır .
Bu üzdən necə
inanabilirik ki bu qədər bəd bəxtlikdən sonra istimar
olan ginə öz moqeiyətini qəbul etsin ? bu istimarı munasibtləri - ki bu acı çəkmiş çöhrənin
yaradıcısıdır - qəbul etsin ? hər istimar olanın içində
mocud vəzin dəyişməsinin istə ki vardır . Və bu noktəni inkar etmək istimar
məsələsinə yabancı olmaq və mənfəət pərəstlikdən
kor olmaqdır . Başqa
tərəfdən də belə göstrilir ki « istimarzədələrin istəki
yalnız bir neçə nəfərin işidir:neçə nəfər
aydın və ya şöhrət pərəst , yəәni ya ümidsizliğin
məhsuludur və ya şəxsi
mənfəət ! . .
. . Gərçəkdə bunlar istirlər istimar olanın itaətsizligini
bir geçici olay kimi tanısınlar . Halbukı bu itaətsizlik istimari
moqeiyətdən doğur». S. 143 - 142
İsyan
İstimar olanın
nə etməsi gərəkir ?
Çün öz moqeiyətini istimar edənin iş birligi ilə
dəyişdirməsi mümkün deyil ,
çaba edir onun əlindən qurtarsın , yəәni isyan etməlidir .
İstimar olanların
isyan etmələrinə təəccüb etməməliyik , əslində bu isyanların daha çox
və artıq olmamalarına təəccüb etmək gərəkir
. Gərçək budur ki istimarçı çox diqqətlidir və
seçilmiş təbəqəni dəvamlı axtalayaraq və ya
bu çətin vəzdə ayaqa qalxanları aradan apararaq , cinayətkarcasına ,
nizamı basqı ilə hər milli hərəkəti
nütfədə boğub və dər hal tapdalayır. .
. . S.151 - 152
Jan Pol Sartr Alber Meminin kitabına
yazdığı ön sözdə təkid edir ki « o zaman ki bir xəlqin ölümdən
başqa bir seçimi yoxdur və o zaman ki zalimlərdən ümidsizlikdən
başqa bir hәdiyyә gəlmir , daha əldən verəcək bir şeyi yoxdur əldən versin !
»
« Demək isyan istimarı vəziyətdən
qurtulmanın tək yoludur. Bir
yol ki aldadıcı deyil və istimar olan da gec və ya tez onu
tapacaqdır . onun şərtləri mütləqdir və
mütləq çözüm yoluna ihtiyacı
vardır ; kəsməyə
və qırmaqa ihtiyac var ,
müsalihə lazim deyil ! onu
keçmişindən qopartmışlar ,
gələcəğin yolunu bağlamışlar , adətlər və gələnkləri
son nəfəsini alır və yeni bir kültür qazanma
şansı əldən getmişdir . İstimar olan dildən
, bayraqdan , bilikdən , milli və dünyəvi
yaşayışdan ,
həqdən və vəzifədən yoxsul
bıraxılmışdır .
Hiç bir şeyi yoxdur , hiç
bir şey deyildir və hiç bir şeyin ümidini ürəgində bəsləmir. Hər gün bu çözüm yolunun gərəkliliği
və zərurəti daha çox hiss olunur . . .
əgər kəsməsən
necə qurtulabilirsin ? və bu
, bu cəhənəmlik
dörənin patlamasının hər günlük nişanəsidir
. İstimarı vəzin iç
cəbiridir ki isyanı gərəkdirir. Çünkü istimarı
şərayit islah olunan deyil və boynundakı bir halqa kimindir
ki ondan qurtulmaq onu qırmaqdır» S. 152 – 153