Çəngiz bəy Bəxtavər , güncəl mubarizə örnəyi
Umud İlqarlı
Milli
qəhrəmanlar, bir millətin milli varlıqları
sırasındadirlar. Milli qehrəmanlar, bir millətin
varlığını, haqqını və
şərəfini qorumaq üçün mbarizə edir və bu yolda ən
dəyərli varlıqlarını itirirlər. Milli
qəhrəmanlar və milli şəxsiyyətlər, bir
millətdə qurur qaynaqlarından sayılırlar; Bir
millətin başqa millətlər yanında , başı uca
olmasın sağlayırlar; bir millətin başqa
millətlər yanında vitrinləri (göstərgələri)
olurlar; gələcək nəslə (quşağa)
vətənsevərlik örnəyi
olurlar.
Yersiz deyil ki, fars şovonismi bizi aşağılamaq üçün,
bizi əritmək üçün, özgüvəncimizi qırmaq üçün tarixi
qəhrəmanlarımızı bizdən gizlədir; başqa
biçimdə bizə tanıtdırır; çeşitli yollarla
özünə çıxır.
Ideal bir baxışda millətin bugün qəhrəmana
ehtiyacı yoxdur deməklə, gerçək dünyada
qəhrəmanların daşıdığı rolu danmaq
olmaz. Gerçək dünyada , çox az hallarda millətin çoxunluğunda qəhrəmanlıq
görünər.
Normal halda qəhrəmanların sayı az olur. Elə ona
görədə , onlar dəyərli varlıqlardılar. Bir
millət belə varlıqları tanımalı və
onları mənimsəməlidir. Özəlliklə istemar
altında aşağılananmillətlərdə, örnək
qəhrəmanlar millət arasında
qəhrəmanlığın genəlləşməsində
(umumiləşməsində) önəmli rol oynayırlar. Bir
millətin çoxunluğunda qəhrəmanlıq duyğuları
bəslənərsə, o millət kəsin azad olacaq.
Güney Azərbaycan milli hərəkəti , azərbaycan
qəhrəmanlarını dəyərləndirməkdə
çox gözəl addımlar atmışdır. Təhqir olmuş
(aşağılanmış) bir millət üçün belə
qurur yaradacaq şəxsiyyətlərin tanıtılması
çox yararlıdır. Tarixi şəxsiyyətlərimizi anmaq
və tanıtmaq üçün milli hərəkətimizdə
çoxsaylı yazılar, kitablar və törənlər
yapılmışdır. Habelə bugünkü
hərəkətimizin qəhrəmanlarını
əzizləmək və ağırlamaqda ədyərli
addımlar atılıb və atılmaqdadır. Profosor
Zehtabi, mühündis Əmani və... kimi
qəhrəmanlarımızı və
şəxsiyyətlərimizi anmaq,
ağırlamaq və millətimizə tanıtmaq milli
hərəkətimizin olumlu addımlarından sayılır.
Layiqincə anılması və millətimizə
tanıtılması gərəkən
şəxsiyyətlərimizdən biridə, son zamanlar
tanrıya qovuşan milli qəhrəmanımız Çəngiz
bəy bəxtavər cənablarıdır. çox vaxtsız
aramızdan köçən Çəngiz bəy, bəlkə
hərəkətimizə ən çox
gərəkli olduğu zaman tanrıya qovuşdu. Belə bir
durumda yoxluğuna inanmaq çətindir, ancaq o artıq tarixə
qovuşmuş bir qəhrəmandır.
Çəngiz bəy başqa qəhrəmanlarımız kimi,
millətimizin qurur qaynaqlarından olacaq. Üstəlik Çəngiz
bəy bugünkü milli hərəkətimiz üçün çox az tapılan
mubarizə örnəyidir. Güncəl mubarizə örnəyidir
Çəngiz bəy. Ona görədə həm gələcək
azərbaycan üçün həmdə bugünkü milli qurtuluşumuz üçün
Çəngiz bəyi tanımaq və tanıtdırmaq
gərəkir. Çəngiz bəyin adin eşidənlər və
yaxından tanıyanlar çoxdur. Ancaq mən, bugünkü
hərəkətimizin ehtiyacları əsasında yeri çox
boş görünən Çəngiz bəyin bir sıra
özəlliklərini açıqlamaq istəyirəm.
Tanıdığım Çəngiz bəyin aşağıda
sıralayacağım özəllikləri, gəncliyimizə
və qocamanlarımıza örnək olmalıdır.
Çəngiz bəy gerçək mubariz :
Çəngiz bəy adına layiq bir şəxsiyyətidir. O
yoluna gerçəkdən inanmış və bu yolda
gerçəkdən mubarizə edirdi. O , yalniz başqalarını
intiqad etməklə (eləştirməklə) yetinmir, özü
mubarizə edirdi. Bütün meydanlarda varıdır. Babək
qalası, Səttarxan və bağırxan törənləri,
xordad qiyamı, seçkilər zamani və...hamısında onun
önəmli rolu varıdır. O həmişə mubarizənin
önsırasındayıdır.
Çəngiz bəy cəsarət simgəsi:
Çəngiz bəy hem meydan hərəkətlərində
həmdə öz gerçək düşüncəsini savunmaqda
cəsarətini həmişə ortaya qoyardı. Iki üzlü
deyildi.
Azərbaycan adına başqa bir düşüncəni yeritmək
istəmirdi. O iqtisadi baxışda sol
düşərgəsindəyidir və bunu heç vaxt danmazdı.
Sözün öz anlamında geçək bir sol türkçüyüdü. Onun solçuluğu iran
mehvər yox, Azərbaycan mehvəridi. Keçmişdəki
yalnışlıqların boynuna almaqda da cəsarətliyidir.
Bu cəsarət onun karekterini oluşdururdu. Onu tanıyanlar,
Babək qalasında, bağırxan törənində, xordad
qiyamında və ... necə dirənməsini və
cəsarətlə qorxu fəzasın (ortamın)
qırmasın kəsin anırlar. Onun dustaqlardan üzü ağ
çıxması da elə bu cəsarət və düzlüyündən
irəli gəlirdi.
Çəngiz bəy milli oyanışı ayləsindən
başlayan mubariz:
Olduğu bütün meydan hərəkətlərində, Çəngiz
bəy ayləsində gətirərdi. Babək qalasında
dəyərli aylə üyələri ilə birgə
dirənməsi hamı üçün örnək olmuşdur. Hamıya
ürək vermişdir. Özəlliklə cesarətli və
dəyərli yaşam yoldaşı Leyla xanım
həmişə bütün meydanlarda Çəngiz bəyin
arxadaşı və yoldaşıyıdır. O
şovonizmə qarşı birinci qalanı fəth
etmişdir.
Çəngiz bəy geçəkçi eləştirici və sevimli
alqışlayıcı: Çəngiz bəy insanların və
qurumların arxasınca danışmaz, üzlərinə və
özlərinə bütün intiqadi fikirlərin deyərdi. Habelə
milli hərəkət üçün ən kiçik işləri belə,
ürəyə yatarcasına alqışlayardı. Bu iki
özəlliyin bir birinin yanında olması Çəngiz bəyi
çoxları üçün sırdaş məqamına
çatdırmışdır.
Çəngiz bəy gerçək birlikçi:
Çəngiz bəy hərəkətimiz içində süni
(yapmacıq) ayrılıqları çəkənmirdi. Bu uşaq
oyunu ayrılıqlar onun ürəyin ağrıdırdı.
Yapmacıq qutbların hər iki tərəfləri ilə
yaxın ilişkidəyidir. O bu ilişkilərlə
riyakarlıq ve ikiüzlülük etmirdi, gerçəkdən birlik yaratmaq
istəyirdi. Muxalif şəxslər və qurumlarla
görüşdükdə, həmişə orada olmuyanı savunardı.
O birlik deyib, ayrılıq yaratmazdı. Gerçək birliyə
və uzlaşmaya gərəkən bütün özəllikləri
Çəngiz bəydə görmək olardı. Hərəkətin
kiçik uğurları ilə içdən gülən və yersiz
ayrılıqları çözməkdə başarısız
qaldıqda içdən ağlayan Çəngiz bəy bunu hər
kəsə subut etmışdir.
Çəngiz bəy gerçək demokrat və pluralist: Çəngiz
bəy pluralismi (çoxulculuğu) büsbütün mənimsəmişdi. O
pluralismin jestin tutmur, gerçəkdən çoxulcuyudu.
Davranışlarında və danışıqlarında bunu
hamıya saptamışdı(sabit etmişdi).
Hərəkətimizdə neçə nəfərlik kiçik
qurumlardan tutmuş adlım təşkilatlaracan ,
hamının milli qərarlarda qatılımın
sağlamağa çalışırdı.
Çəngiz bəy alçaqgöyüllük və ucagöyüllük timsalı:
Çəngiz bəy milli hərəkətdə yaş baxımından
oğlu yerində olanlara da çox sayqılı yanaşardı.
Dönə dönə onlara zəng edib, gərüşlərinə
gedərdi.
Millətçilərə qarşı yersiz qururu yoxudur. Ancaq
hakimiyyət quvvələri qabağında qururluyudur. Onu son
ana dək sındıranmadılar. O həmişə
düşmən qabağında özün uca görərdi. Habelə
Çəngiz bəy çeşitli qonularda çox səxavətli və
ucagöyül insanıdır.
Çəngiz bəy dəyərli ata və eyləmdə feminist:
Çəngiz bəy gündəlik yaşamın böyük hissəsin milli
hərəkətə ayırmışdır, ancaq bunun
yanında uşaqları üçün dəyərli atayıdır. O
uşaqlarının hamısının savadlanmasına və
gəlişməsinə çalışırdı. Qadın
huququna sadəcə dildə yox, əməldə
sayqılı yanaşardı və bu huququn qorunmasında öz
ayləsi örnəyidir. O yaşam yoldaşı və
uşaqlarının milli hərəkətdə olmaları
ilə öyünərdi.
Çəngiz bəy dözüm və tolerans simgəsi:
Çəngiz bəyə qarşı yağdırılan
qarayaxmalara baxmayaraq, milli hərəkət içində
kimsəyə qarşı nifrət etməzdi. Dönə dönə
üzünə atmaca və arxasında dedi qodu edənləri rahatca
bağışlayardı.onun dözümü gerçəkdən
sayqıyadəyərdi. O dönə dönə millətçilərin
qapısına gedərdi, telefon edərdi və... təki
onları başqa milltçilərlə bir araya gətirsin.onun
istəyini rədd etməklə , soyutmaq olmazdı. O inandığı
birliyi yaratmaq üçün bir qapını dönə dönə döyərdi.ona
qarşı yersiz texribat edənlərlə də bir arada
oturmağa həmişə hazırıdı.
Çəngiz bəy yorulmaz və ərinməz mubariz:
Çəngiz bəy bütün günü milli məsələ ilə bir
turlu uğraşardı. Ardıcıl görüşlər onu heç
vaxt yormazdı. O heç bir görüşə gecikmədi və heç bir
yerə getməyə ərinmədi. Iş yerindən
çıxıb ,uzaq şəhərlərə getmək onun üçün
adi halıdır.
Çəngiz bəy güncəl siyasətçi və mubariz:
klasik mubarizə metodları və yeni siyasi mubarizə
metodlarında dəyərli bilgiyə malikidir. O günümüzə
gərəkən şiddətsiz və açıq
mubarizədə örnək sayılırdı. Yeni mubarizə
araclarının hamısının dəyərini bilib,
onlardan yaxşı qullanmağı bacaran insanıdır.
Gərgin anlarda qaçıb mısmazdı, yenidən başqa
formada bir araya gəlib meydana girməyə can atardı. Bugünkü
durumumuzu çox gözəl analiz edirdi.
Fürsətləri qaçırmaq istəmirdi və
təcrübəsinə dayanaraq təmkinli hərəkət
etməyi bacarırdı.
Milli hərəkətimizin son zamanlar uzun sürəli
susqunluğunu sındırmaq habelə yersiz
ayrılıqları qaldırmağa düşündüyü
pılanları nə yazıq ki, ürəyində qaldı.
Biz Çəngiz bəyi gerçəkdən vaxtsız itirdik.
Ruhu şad və yolu davamlı olsun
چنگیز بی بختاور ، گونجل موباریزه اؤرنیی
اومود ایلقارلی
میللی قهرمانلار، بیر میللتین میللی وارلیقلاری سیراسیندادیرلار. میللی قهرمانلار، بیر میللتین وارلیغینی، حاقینی و شرفینی قوروماق اوچون مباریزه ائدیرلر و بو یولدا ان دیرلی وارلیقلارینی ایتیریرلر. میللی قهرمانلار و میللی شخصیتلر، بیر میللت ده قورور قایناقلاریندان ساییلیرلار؛ بیر میللتین باشقا میللتلر یانیندا ، باشی اوجا اولماسین ساغلاییرلار؛ بیر میللتین باشقا میللتلر یانیندا ویترینلری (گؤسترگهلری) اولورلار؛ گلهجک نسله (قوشاغا) وطنسئورلیک اؤرنیی اولورلار.
یئرسیز دئییل کی، فارس شووونیسمی بیزی آشاغیلاماق اوچون، بیزی اریتمک اوچون، اؤزگوونجیمیزی قیرماق اوچون تاریخی قهرمانلاریمیزی بیزدن گیزلهدیر؛ باشقا بیچیمده بیزه تانیتدیریر؛ چئشیتلی یوللارلا اؤزونه چیخیر.
ایدئال بیر باخیشدا میللتین بوگون قهرمانا احتیاجی یوخدور دئمکله، گئرچک دونیادا قهرمانلارین داشیدیغی رولو دانماق اولماز. گئرچک دونیادا ، چوخ آز حاللاردا میللتین چوخونلوغوندا قهرمانلیق گؤرونر.
نورمال حالدا قهرمانلارین سایی آز اولور. ائله اونا گؤرهده ، اونلار دیرلی وارلیقلاردیلار. بیر میللت بئله وارلیقلاری تانیمالی و اونلاری منیمسمهلیدیر. اؤزللیکله ایستئمار آلتیندا آشاغیلانان میللتلرده، اؤرنک قهرمانلار میللت آراسیندا قهرمانلیغین گئنللشمهسینده (اومومیلشمهسینده) اؤنملی رول اویناییرلار. بیر میللتین چوخونلوغوندا قهرمانلیق دویغولاری بسلنرسه، او میللت کسین آزاد اولاجاق.
گونئی آذربایجان میللی حرکتی ، آذربایجان قهرمانلارینی دیرلندیرمکده چوخ گؤزل آددیملار آتمیشدیر. تحقیر اولموش (آشاغیلانمیش) بیر میللت اوچون بئله قورور یاراداجاق شخصیتلرین تانیتیلماسی چوخ یارارلیدیر. تاریخی شخصیتلریمیزی آنماق و تانیتماق اوچون میللی حرکتیمیزده چوخسایلی یازیلار، کیتابلار و تؤرنلر یاپیلمیشدیر. هابئله بوگونکو حرکتیمیزین قهرمانلارینی عزیزلمک و آغیرلاماقدا دیرلی آددیملار آتیلیب و آتیلماقدادیر. پروفوسور زئهتابی، موهوندیس امانی و... کیمی قهرمانلاریمیزی و شخصیتلریمیزی آنماق، آغیرلاماق و میللتیمیزه تانیتماق میللی حرکتیمیزین اولوملو آددیملاریندان ساییلیر.
لاییقینجه آنیلماسی و میللتیمیزه تانیتیلماسی گرکن شخصیتلریمیزدن بیریده، سون زامانلار تانرییا قوووشان میللی قهرمانیمیز چنگیز بی بختاور جنابلاریدیر. چوخ واختسیز آرامیزدان کؤچن چنگیز بی، بلکه حرکتیمیزه ان چوخ گرکلی اولدوغو زامان تانرییا قوووشدو. بئله بیر دورومدا یوخلوغونا اینانماق چتیندیر، آنجاق او آرتیق تاریخه قوووشموش بیر قهرماندیر.
چنگیز بی باشقا قهرمانلاریمیز کیمی، میللتیمیزین قورور قایناقلاریندان اولاجاق. اوستهلیک چنگیز بی بوگونکو میللی حرکتیمیز اوچون چوخ آز تاپیلان موباریزه اؤرنییدیر. گونجل موباریزه اؤرنییدیر چنگیز بی. اونا گؤرهده هم گلهجک آذربایجان اوچون هم ده بوگونکو میللی قورتولوشوموز اوچون چنگیز بیی تانیماق و تانیتدیرماق گرکیر. چنگیز بیین آدین ائشیدنلر و یاخیندان تانییانلار چوخدور. آنجاق من، بوگونکو حرکتیمیزین احتیاجلاری اساسیندا یئری چوخ بوش گؤرونن چنگیز بیین بیر سیرا اؤزللیکلرینی آچیقلاماق ایستییرم. تانیدیغیم چنگیز بیین آشاغیدا سیرالایاجاغیم اؤزللیکلری، گنجلیگیمیزه و قوجامانلاریمیزا اؤرنک اولمالیدیر.
چنگیز بی گئرچک موباریز :
چنگیز بی آدینا لاییق بیر شخصیتیدیر. او یولونا گئرچکدن اینانمیش و بو یولدا گئرچکدن موباریزه ائدیردی. او ، یالنیز باشقالارینی اینتیقاد ائتمکله (ائلشتیرمکله) یئتینمیر، اؤزو موباریزه ائدیردی. بوتون میدانلاردا واریدیر. بابک قالاسی، ستتارخان و باغیرخان تؤرنلری، خورداد قیامی، سئچکیلر زامانی و...هامیسیندا اونون اؤنملی رولو واریدیر. او همیشه موباریزهنین اؤن سیراسیندا ایدیر.
چنگیز بی جسارت سیمگهسی:
چنگیز بی هم میدان حرکتلرینده هم ده اؤز گئرچک دوشونجهسینی ساوونماقدا جسارتینی همیشه اورتایا قویاردی. ایکی اوزلو دئییلدی.
آذربایجان آدینا باشقا بیر دوشونجنی یئریتمک ایستمیردی. او اقتصادی باخیشدا سول دوشرگسیندییدیر و بونو هئچ واخت دانمازدی. سؤزون اؤز آنلامیندا ده سک بیر سول تورکچو ایدیر. اونون سولچولوغو ایران محور یوخ، آذربایجان محوریدی. کئچمیشدکی یالنیشلیقلارین بوینونا آلماقدا دا جسارتلی ایدیر. بو جسارت اونون کارئکتئرینی اولوشدوروردو. اونو تانییانلار، بابک قالاسیندا، باغیرخان تؤرهنینده، خورداد قیامیندا و ... نئجه دیرنمهسینی و جسارتله قورخو فضاسین (اورتامین) قیرماسین کسین آنیرلار. اونون دوستاقلاردان اوزو آغ چیخماسی دا ائله بو جسارت و دوزلوگوندن ایرهلی گلیردی.
چنگیز بی میللی اویانیشی آیلهسیندن باشلایان موباریز:
اولدوغو بوتون میدان حرکتلرینده، چنگیز بی آیلهسینده گتیرردی. بابک قالاسیندا دیرلی آیله اویهلری ایله بیرگه دیرنمهسی هامی اوچون اؤرنک اولموشدور. هامییا اورک وئرمیشدیر. اؤزللیکله جئسارتلی و دیرلی یاشام یولداشی لئیلا خانیم همیشه بوتون میدانلاردا چنگیز بیین آرخاداشی و یولداشی ایدیر. او شووونیزمه قارشی بیرینجی قالانی فتح ائتمیشدیر.
چنگیز بی گئچکچی ائلشتیریجی و سئویملی آلقیشلاییجی: چنگیز بی اینسانلارین و قوروملارین آرخاسینجا دانیشماز، اوزلرینه و اؤزلرینه بوتون اینتیقادی فیکیرلرین دئیردی. هابئله میللی حرکت اوچون ان کیچیک ایشلری بئله، اورهیه یاتارجاسینا آلقیشلایاردی. بو ایکی اؤزللیگین بیر بیرینین یانیندا اولماسی چنگیز بیی چوخلاری اوچون سیرداش مقامینا چاتدیرمیشدیر.
چنگیز بی گئرچک بیرلیکچی:
چنگیز بی حرکتیمیز ایچینده سونی (یاپماجیق) آیریلیقلاری چکن میردی. بو اوشاق اویونو آیریلیقلار اونون اوریین آغریدیردی. یاپماجیق قوطبلارین هر ایکی طرفلری ایله یاخین ایلیشکی ده ایدیر. او بو ایلیشکیلرله ریاکارلیق و ایکیوزلولوک ائتمیردی، گئرچکدن بیرلیک یاراتماق ایستییردی. موخالیف شخصلر و قوروملارلا گؤروشدوکده، همیشه اورادا اولمویانی ساووناردی. او بیرلیک دئییب، آیریلیق یاراتمازدی. گئرچک بیرلییه و اوزلاشمایا گرکن بوتون اؤزللیکلری چنگیز بی ده گؤرمک اولاردی. حرکتین کیچیک اوغورلاری ایله ایچدن گولن و یئرسیز آیریلیقلاری چؤزمکده باشاریسیز قالدیقدا ایچدن آغلایان چنگیز بی بونو هر کسه ثوبوت ائتمیشدیر.
چنگیز بی گئرچک دئموکرات و پلورالیست: چنگیز بی پلورالیسمی (چوخولجولوغو) بوت بوتون منیمسه میشدی. او پلورالیسمین ژئستین توتمور، گئرچکدن چوخولجویودو. داورانیشلاریندا و دانیشیقلاریندا بونو هامییا ساپتامیشدی(ثابت ائتمیشدی). حرکتیمیزده نئچه نفرلیک کیچیک قوروملاردان توتموش آدلیم تشکیلاتلاراجان ، هامینین میللی قرارلاردا قاتیلیمین ساغلاماغا چالیشیردی.
چنگیز بی آلچاق گؤیوللوک و اوجا گؤیوللوک تیمسالی:
چنگیز بی میللی حرکتده یاش باخیمیندان اوغلو یئرینده اولانلارا دا چوخ سایقیلی یاناشاردی. دؤنه دؤنه اونلارا زنگ ائدیب، گروشلرینه گئدردی. میللتچیلره قارشی یئرسیز قورورو یوخودور. آنجاق حاکمیت قوهلری قاباغیندا قورورلویودور. اونو سون آنا دک سیندیرانمادیلار. او همیشه دوشمن قاباغیندا اؤزون اوجا گؤرردی. هابئله چنگیز بی چئشیتلی قونولاردا چوخ سخاوتلی و اوجاگؤیول اینسانیدیر.
چنگیز بی دیرلی آتا و ائیلمده فئمینیست :
چنگیز بی گوندهلیک یاشامین بؤیوک حیسهسین میللی حرکته آییرمیشدیر، آنجاق بونون یانیندا اوشاقلاری اوچون دیرلی آتاییدیر. او اوشاقلارینین هامیسینین ساوادلانماسینا و گلیشمهسینه چالیشیردی. قادین حقوقونا سادهجه دیلده یوخ، عملده سایقیلی یاناشاردی و بو حقوقون قورونماسیندا اؤز آیلهسی اؤرنییدیر. او یاشام یولداشی و اوشاقلارینین میللی حرکتده اولمالاری ایله اؤیونردی.
چنگیز بی دؤزوم و تولئرانس سیمگهسی:
چنگیز بیه قارشی یاغدیریلان قارایاخمالارا باخمایاراق، میللی حرکت ایچینده کیمسهیه قارشی نیفرت ائتمزدی. دؤنه دؤنه اوزونه آتماجا و آرخاسیندا دئدی قودو ائدنلری راحتجا باغیشلایاردی.اونون دؤزومو گئرچکدن سایقییا دیردی. او دؤنه دؤنه میللتچیلرین قاپیسینا گئدردی، تئلئفون ائدردی و... تکی اونلاری باشقا میللتچیلرله بیر آرایا گتیرسین.اونون ایستیینی رد ائتمکله ، سویوتماق اولمازدی. او ایناندیغی بیرلیگی یاراتماق اوچون بیر قاپینی دؤنه دؤنه دؤیردی.اونا قارشی یئرسیز تئخریبات ائدنلرله ده بیر آرادا اوتورماغا همیشه حاضریدی.
چنگیز بی یورولماز و ارینمز موباریز:
چنگیز بی بوتون گونو میللی مسئله ایله بیر تورلو اوغراشاردی. آردیجیل گؤروشلر اونو هئچ واخت یورمازدی. او هئچ بیر گؤروشه گئجیکمهدی و هئچ بیر یئره گئتمهیه ارینمهدی. ایش یئریندن چیخیب ،اوزاق شهرلره گئتمک اونون اوچون آدی حالیدیر.
چنگیز بی گونجل سیاستچی و موباریز:
کلاسیک موباریزه مئتودلاری و یئنی سیاسی موباریزه مئتودلاریندا دیرلی بیلگییه مالیکیدیر. او گونوموزه گرکن شدتسیز و آچیق موباریزهده اؤرنک ساییلیردی. یئنی موباریزه آراجلارینین هامیسینین دیرینی بیلیب، اونلاردان یاخشی قوللانماغی باجاران اینسانیدیر. گرگین آنلاردا قاچیب میسمازدی، یئنیدن باشقا فورمادا بیر آرایا گلیب میدانا گیرمهیه جان آتاردی. بوگونکو دوروموموزو چوخ گؤزل آنالیز ائدیردی.
فورصتلری قاچیرماق ایستمیردی و تجروبهسینه دایاناراق تمکینلی حرکت ائتمیی باجاریردی.
میللی حرکتیمیزین سون زامانلار اوزون سورهلی سوسقونلوغونو سیندیرماق هابئله یئرسیز آیریلیقلاری قالدیرماغا دوشوندوگو پیلانلاری نه یازیق کی، اوریینده قالدی.
بیز چنگیز بیی گئرچکدن واختسیز ایتیردیک.
روحو شاد و یولو داواملی اولسون