“Fars şovinist rejimi quzeyli jurnalistlərin Güney Azərbaycanla əlaqələr yaratmasını istəmir”  

Əlyar Səfərli

                                   

“Çünki 40 milyon türkün üzləşdiyi problemlər üzə çıxa və həqiqətlər dünya ictimaiyyətinə çatdırıla bilər”

 

İran adlanan yer Azərbaycanla viza rejimini ləğv etmək barədə qərarını bu günlərdə rəsmi olaraq bəyan etdi. Bundan sonra Azərbaycan vətəndaşları viza almadan İran adlanan yerə gedə biləcəklər. Maraqlıdır ki, fars şovinist rejimi vizasız gediş-gəlişi jurnalistlərə şamil etməyib. Məsələyə münasibət bildirən Azərbaycanın İran adlanan yerdəki keçmiş səfiri, DAK Məşvərət Məclisinin sədri Əlyar Səfərli deyib ki, bunun bir sıra səbəbləri var:

 

"Əsas səbəblərdən biri odur ki, azərbaycanlı jurnalistlər İran adlanan yerə getməsin, bu ölkədə baş verən insan hüquq və azadlıqlarının pozulması faktlarını qələmə almasın, onu dünya ictimaiyyətinə çatdırmasın. Digər bir səbəb odur ki, azərbaycanlı jurnalistlər Güney Azərbaycanla əlaqələr yaratmasın. Çünki Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın heç bir hüququ yoxdur və azərbaycanlı jurnalistlər vizasız şəkildə İran adlanan yerə gedəcəkləri təqdirdə orada baş verənləri qələmə alacaq, onu dünya ictimaiyyətinə çatdıracaq. Hazırda Güneydə yaşayan 40 milyon Azərbaycan türkünün mənliyi, milli şərəfi, heysiyyatı alçaldılır. Onlara ana dilində təhsil almağa imkan verilmir. Azərbaycan türkləri farslaşdırılır. Fars məktəbləri Azərbaycan uşaqlarını açıq-aşkar zəhərləyir, onların ruhunu dəyişdirir, mənliyini, şərəfini alçaldır. Bütün bu həqiqətlərin üzə çıxarılmaması üçün İran adlanan yer vizasız gediş-gəlişi jurnalistlərə şamil etmir". Onun sözlərinə görə, İran adlanan yer Azərbaycanla viza rejimini ləğv etməkdə maraqlıdır və buna ciddi cəhdlə çalışır: "İran adlanan yer Azərbaycanla viza rejimini ləğv etməklə İslam inqilabını Azərbaycana ixrac etmək istəyir. Fars rejimi istəyir ki, İran adlanan yerin minlərlə terrorçu və təxribatçıları Azərbaycana sərbəst şəkildə gələ bilsin və burada istədiklərini həyata keçirsin. İran adlanan yerin Azərbaycandakı şəbəkəsi gündən-günə genişlənir. Panfarsizm məzhəbi bu ölkədən Azərbaycana ixrac olunmaqdadır. Bunun arxasında isə İslam inqilabı durur. İran adlanan yer hər vasitə ilə çalışır ki, Azərbaycanda İslam inqilabı baş versin, Azərbaycanı Güney Azərbaycanın gününə salsın. Məhz bütün bunlardan dolayı fars şovinist rejimi Azərbaycanla viza rejimini ləğv etmək istəyir". / Olaylar /2010-02-04