Kiçik evdə
böyük sözlər
Yazan: Carl Henrik Svenstedt
Çevirən: Davud Eldəniz
Qaynaq: Ordfront magazin
Günlərin bir günündə səhərçağı
yuvunan zaman kürəyimin sağ tərəffindən dəhşətli
bir sancı qalxidı. Sabahki günü mən
bel ovkalıyanın yanına
getdim. Bel ovkalıan Isabel adlı Erməni gözəl bir cavan qızdır
ki, hünərin Çində öyrənibdir.
- Elə hiss edirəm
ki kürəyimə bir pıçaq taxılıbdır, mən
ona dedim.
- ürəyindədir, o dedi.
- ürəyim, mənim öküz
təkin ürəyim var!
- Niyaranlığın varmı?
O soruşdu
- Vallah hər zaman
höyüşnədəyəm. Anamda xəstədir
və hər an ölüm xəbəri gələ bilər.
- Səni Sevirmi? Isabel soruşdu
- Hətmən ki sevir.
Bizim ayiləmizdə belə sözlər
danışılmaz. Belə
sözdə onun ağzından çıxmayıbdır.
- Ananı sevirsənmi
?
Indi mən lap mat qaldım.Insan
məmulən ata-anasın
sevər. Belə sözlər
mənim fikrimə çatmamışdı.Bunlar kiçik evdə böyük sözlərdilər. Bir az fikirləşəndən
sonra dedim ki mən anamı
sevırəm. Bu ləhzə ürəyim istəyirdi ki Isabel masajına başlasın.
Amma hələ o stulunda
oturmuş və qara gözlərilə mənə
baxırdı.
- Anava demırsən ki, sən onu
sevirsən?
- Yox yox! çəkinə-çəkinə
cavab verdim. Belə yaxınlıqlarqucaqlamaq,
öpmək və ya saça əl çəkmək bizim aramızda olmayıbdır. O zamanlarda belə şeylər
az idi. Mənim yadıma gəlmir ki, atam məni
qucaqlamış olsun.
Amma buna baxmayaraq mən onu sevirəm.
- Ölmək üçün anan çətinlik
çəkirmi?
- Onun xərçəng xəstəliği
vardır və çoxdandır
ki ağrı çəkir. Buna baxmayaraq o heç
nə demir. Onun nəslində belə anlayış
var ki: Adam gərək
nalə etməsin!
- Bəlkə o istəyir ki ölməmişdən
əvvəl eşidsin
ki sən onu sevirsən.
Masajxananı tərk
edən zaman beynimdə yalnız bir söz varıdı.
Masaj almadım və pıçaqda
ki kürəyimdə qalır.
Bir cümə
gecəsi idi.Evə
qayıdıb anam üçün birinci dəfə
olaraq bir sevgi məktübü yazıb və onu post edəndən sonra rahat yatdım.
Gecə saat üçdə kiçik qardaşım telfon edyib, ağlaya-ağlaya
dedi ki, anamız ölübdür.
Bazargünü səhərçağı qəmbasmış
77 yaşında olan atama telfon etdim.
- Bazarartası anaya üçün bir məktüb
gələcəkdir, onu
götür mənim üçün saxla.
Təşyi günü çay-qəhvə zamanı ölünü yandırmadan öncə mən tayfa tanışdan ayrılıb
və təkimə kəlisaya
qayıdıb və müvəffəq
oldum sevgi məktubun anamın tabutuna soxam.
- Əlvida anacan, deyib
və hiss etdim ki ürəyim yüngülləşdi. Uffuglarda
bir rənginkəman gözə vururdu.Qayıdıb
qardaşımın yanında
oturb, ondan soruşdum: anamız ölən zaman bir söz demişdirmi?
- Yox, ağıla batan
bir söz demədi,
Amma o həzyan içində
bir məktubun gəlməsindən danışırdı,
qardaşım cavab verdı.
Bəs belə, mən dedim. Sən nigəran olma o gəlib çatıbdir.