8 Mart -Dünya Qadınlar Günü
Əsirlər boyu zülmə məruz qalmış qadınlar sənət inqilabının nəticəsində
hərəkətə girib və mübarizə nəticəsində
dünyanın bəzi ölkələrində öz insani hüquqlarının böyük hissəsini əldə
etmişlər. Təəssüflər olsun ki, dünyanın bir çox ölkəsində hələ də qadınların
hüquqları tapdalanır. Hətta, dünyanın ən gəlişmiş və demokratik
ölkələrində də hələ ki, qadın-kişi bərabərliyi tam mənasında
gərçəkləşməyibdir.
İrticai düşüncə, şərq ölkələrində qadınları bütün insani hüquqlarından
məhrum edib və edir. Xüsusilə islam ölkələrində qadın heç bir hüquqa malik
deyil. Hətta islam dininin tanıdığı hüququ da icra olunmur. Əlbəttə ki, bunun
kökü irticai ənənə və kultürə bağlıdır. Yəni qadına olan təzyiqlər qismən dini
qaydalardan əmələ gəlirsə, qismən də kültürdən ortaya
çıxır.
Ölkəmizə ariyayi dillilər
gəlmədən əvvəl, qadın yüksək məqama malik idi və qadın kişi arasında heç bir
fərq yox idi. Əski Türk kültüründə qadın azadlığının bu gün XXI əsrin ən
gəlişmiş ölkələrindən çox olduğunu iddia etmək olar. Qadın şahları, qadın
allahları, qadın istiqlaliyyəti, qadın seçkisi və s. türklərdə tarix boyu
özünü göstərmişdir. İslam səyyahı İbni Fəzlan, türklərdə qadın azadlığını görüb
və təəccüblənərək onların həyasız olduğunu qeyd etmişdir. Rum İmperatorluğunda,
türk qadınlarının cinsi və hərtərəfli azadlıqları məşhur idi. Bu bir tərəfdən
Rumlarda cinsi həvəsləri bəyan etsə də, digər tərəfdən türk qadınlarının
azadlığını bəyan edir. Bu sözdən belə nəzərə gəlir ki, Rum İmperatorluğunda
qadının istədiyi kimi geyinib və ya geyinməmək azadlığı, yox imiş və türklərdə
olan bu azadlıqdan təəccüblənirmişlər.
Ariyayı dillilər ölkəmizə gəlib və hakimiyyəti ələ aldıqdan başlanaraq,
qadının azadlığı, izzəti və qüdsiyyəti
səlb olub və kişi üstünlüyü
tətbiq olunur. Ariyaların kültüründə qadın heyvan və əşya kimi satılır, sadir
olur, kira verilir və hətta ehtikar olunur. Haremsəralar əslində qadın
ehtikarıdır ki, ariyanlardan, başqa din və kultürlərə keçibdir.
Bu gün də ariya ədəbiyyatında qadın insan hesab olunmur. Firdovsi qadını
murdar bilib və yerin üzündən onu
təmizləyib məhv etmək istəyir və ya deyir ki, it qadından yaxşıdır. Bu gün də
İranda hər kəsi təhqir etmək istəsələr deyərlər o kişi deyil, qadındır. Ya mərd
və namərd (qadın) sözlərinin kökü həmən baxışdan əmələ gəlir. Bu cür irticai
düşüncə islam irticasıyla birləşməsi nəticəsindədir ki, bu gün İran adlanan
ölkədə qadın heç bir hüquqa malik deyil. Bəlkə, kişinin ləzzəti üçün bir
vasitədir. Qadının kişidən şikayət haqqı yoxdur. Kişi istədiyi zaman qadını
boşayar. Qadının öz uşağına analıq hüququ da kişinin istəyinə səlb olur və ya
təyinləşir. Qadın şahid ola bilməz,
qadın sözünün etibarı, ictimai hüququ, siyasi hüququ, iş azadlığı yoxdur və bir mənalı bütün insana məxsus
hüquqlardan məhrumdur. Ancaq, İran
adlanan ölkədə Beynəlxalq qadınlar bu saydığımız zülmlərdən əlavə, milli zülmün
də qurbanisidirlər. Bu gün, XXI
əsrdə Azərbaycan qadınının ona olan zülmü bəyan edəcək dili də qadağandır. Yəni,
yarımyapalaq ya qondarma məhkəmələrdə, Azərbaycan qadını, biganə dil (farsı)
bilmədiyi üçün özünü müdafiə edə bilmir. Hakimin dilini başa düşmür və öz
dilində müdafiəsi qadağan olduğu üçün bəri başdan məhkumdur. Misal üçün,
Azərbaycanın kəndlərindən bir qadın ki ömründə bir kəlmə belə farsca eşitməyib
və bilmir, qondarma məhkəmələrdə necə özündən müdafiə edəcək? Hətta bir çox fars
dilində təhsil alan Azərbaycanlılar, fars dilini yaxşı başa düşüb və bilsələr
də, ancaq danışıqda çətinlik çəkirlər. Elə bu çətinlik ucbatından da əsassız
məhkum olurlar. Bu gün
Azərbaycan qadını, fars dilini
bilmədiyi üçün sözünü və şikayətini heç bir yerə çatdıra bilmir. Onun hətta
dilmancdan istifadə etmək hüququ da yoxdur. Bu fəlakətdən qurtulmaq üçün və
qadınlara olan zülmlərə son qoyulması üçün ciddi mübarizə və xüsusi diqqət
lazımdır. Məhz buna görə də Güney Azərbaycan İstiqlal Partiyası, qadın və kişi
hüquq bərabərliyinə təkid edərək, öz nizamnaməsinin və hədəflərinin 7 və 8-ci
(7-Geriçi (irticai) düşüncə Şah rejimi ya İran islam cumhuriyyətində
qadınların hüququnu vəhşicəsinə tapdalayıb və ictimai-siyasi arenadan məhrum
etmişdir. Bu dəhşətli xəsarəti cubran etmək üçün bağımsız Azərbaycan məsulları
xüsusi şərait yaratmaqla qadınlarin hərtərəfli inkişafını təmin edib və qadın
kişi bərabərliyini bütün sahələrdə təzmin edəcəkdir. 8-Qadınların bütün
sahələrdə, o cümlədən hərbi, idarə, dövlət, ədliyyə, elmi siyasi işlər və s. heç
bir maneçilik olmadan fəaliyyətlərinə şərait yaradılacaqdır.) maddələri
qadınların hüququnu müdafiə və təmin etmək üçün həsr etmişdir. Biz bütün haqqsevər, insansevər və azadlıqsevər
mübariz Azərbaycanlıları, bu ulu
hədəflərin gərçəkləşməsi uğrunda əməkdaşlığa çağırırıq !
Nəhayət, Güney Azərbaycan İstiqlal Partiyası, 8
Mart Qadın Günü münasibəti ilə
bütün dünya qadınlarını təbrik edərək, Azərbaycan qəhrəman qadınlarının haqq
mübarizədə qələbəsini arzu edir!
Güney Azərbaycan İstiqlal Partiyası-nin
sözçüsü:
Saleh İldirim
5 mart 2005.
Post
adresi:
Guney
Azerbaycan Istiqlal partisi
C.P.
1202. Maison de la post. Montreal. Quebec. H3B 3K9. Canada