QADIN HAQLARI

   Azərbaycan Türkcəsinə  çevirən:  Əfsanə.S. Sayınqala  

 

 Birləşmış Millətlər Təşkilatının Qadınların Hüquqlarının Pozulmasının Aradan Qaldırılması Haqqında Uluslararası Sözləşməsı

 

 

 Bölüm   1  

                                                         

Maddə 1

Bu Sözləşmənin istəkleəri “Qadınlara qarşı ayrı-seçkilik” anlayışını aradan qaldırma ilkəsinə dayanaraq, qadınların toplumsal eləcədə ayilə durumunundan asılı olmayaraq, onların bütün Siyasi, Ekonomik,Toplumsal, kültürel, şəxsi ya da bir başqa alanda qadınların insan haqları və əsas özgürlüklərinin tanınmasını, eləcədə həyata keçirilməsdir. Bu haqq və özgürlüyin qarşısın almaq  sözləşməyə zid sayılır.

 Maddə 2

Sözləşməyə qoşulan  Dövlətlər qadınların hüqüqlarının pozulmasının bütün formalarını qınayır və bütün uyğun yollardan dəyərlənərək, gecikdirilmədən qadınların hüquqlarının pozulmasının aradan qaldırılmaq  siyasətini  yürütməyi üstələnir və bu istəklə aşağıdakı görəvləri yerinə yetirirlər:

 

a.   Qadınlarla kişilərin hüquq birliyi ilkəsini dövlət anayasalarına ya da başqa yasalara yerləşdirib, uyğun ve yasal yollarla bu ilkəni həyata keçirilməsini yerinə gətirmək;

b.    Qadınların hüquqlarının pozulmasını qadağan edən gərəkli uyğun yasalar yaradıb və başqa uyğun yolları mənimsəmək;

c.  Qadınlarla kişilərin hüquq birliyi ilkəsi üstündə qurulmuş, qadınların hüquqlarının yasal yollarla savunmasını düzəltmək və bu işi bilən ulusal məhkəmələri və ya başqa toplumsal quruluşlar yoluyla bu hüquqların pozulmasının qarşısını almaq;

d.  Qadınların hüquqlarının pozulmasının qarşısını alıb və bütün toplumsal quruluşların bu yollda işləmələrinə təminat vermək;

e.  Hər hansı bir şəxs və ya quruluş tərəfindən qadınlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün bütün gərəkli və uyğun önləmələr almaq ;

f.  Qadınların hüquqlarının pozulmasına yər verən yasaları, düzükləri, gələnəkəri, törələri deyişdirmək və ya aradan aparmaq istəyi ilə  olumlu tədbirlər almaq;

g.  Qadınların hüquqlarının pozulmasına yər verən bütün məhkəmə yasalarını aradan qaldırmaq.

    Maddə 3

Sözləşməyə qoşulan Dövlətər kişilərlə eşit hüquqlar üzərində qadınların insan hüquqlarına özəliklə siyasi, toplumsal, ekonomik və kültürel haqlarına yiyə olmalarını və onların bu alanda özgürlüklərini garanti etməli, eləcdə qadınların irəliləşmələrində önəmli yasalar yaratmalıdırlar.

 

 Maddə 4

1.      Sözləşməyə qoşulan Dövlətlər tərəfinden kişilər və qadınlar arasında hüquq birliyini tezliklə həyata geçirmək üçün alınan keçici önləmlər, sözləşmənin bəlirlədiyi kimi hüquların pozulması anlamında başa düşülmiyəcək və heç bir şəkildə eşitsizlik və ya ayrı-ayrı standartların qorunub saxlanması anlamında işlədilmiyəcəkdir. Bu keçici önləmlər hüquq birliyi ilkəsinin istəklərinə çatandan sonra aradan qaldırılacaqlar.

2.   Sözləşməyə qoşulan Dövlətlər tərəfindən analıq hüquqlarının qorunmasına yönədilmiş özəl önləmlər sözləşməni də içərisinə alaraq hüquqların tapdalanmasına yol açmayacaqdır

 

 Maddə 5

4.   Sözləşməyə qoşulan Dövlətələr aşaığıdakı bütün gərəkli önləmləri alacaqlar:

a.    Hər iki cinsdən birinin aşağı səviyədə olması və ya üstünlüyü düşüncəsini toplumda olan toplumsal və kültürel gəlenəkləri deyiştirmək və ya aradan qaldırmaq;

b.    Analıq anlayışının toplumsal bir görəv kimi anlaşılmasını və uşaqların yətişdirilməsini qadın və kişinin ortaq sorumluluquna getirilməli. Hər şeydən öncə uşaqların durumu və çıxarı gözə alınmalıdır.

                                                                 

Mdddə 6

Sözləşməyə qoşulan Dövlətlər qadın alverinin bütün formalarının, fahişəlikdən qazanc üçün işlədilməsinə son qoymaq üçün bütün gərəkli önləmlər eləcədə yasal önləmlər alacaqdır.

 

BÖLÜM 11

 

Maddə 7

Sözləşməyə qoşulan Dövlətlər ölkənin siyasi  ve toplumsal həyatında qadınların hüquqlarınin pozulmasınin aradan qaldırılması üçün bütün gərəkli önləmləri alacaqdır. Özəliklə  kişilərlə eşit hüquqlar üzərində qadınların aşağıdakı hüquqlarını yerinə yətirəcəklər:

a.  Bütün seçkilərdə və xalq oylamalarında səs vermək və bütün dövlət seçkili organlarına seçilə bilmək hüququ;

b.   Hökumətin siyasətinin hazıranmasında və həyata keçirilməsinə qatıla bilımək, dövlət sturkturlarında görəv ala bilib və onları yerinə yetirmək;

c.  Ölkənin siyasi və toplumsal həyati ilə bağlı olan, hökumətə bağlı olmayan birliklərə və qurumlara qatıla bilmək.

 

Maddə 8

Sözləşməyə qoşulan Dövlətlər qadınlarla kişilərin eşit hüquqlar üzərində heç bir yasa pozuntusu olmadan qadınların öz ölkələrini uluslararası düzeydə təmsil etmək və uluslararası quruluşların işinə qatılmaq üçün imkanlar yaratmaq istəyilə bütün gərəkli önləmləri almalıdır.

 

Maddə 9

1.    Sözləşməyə qoşulan Dövlətər qadınlara kişilərə eşit hüquqlar üzərə öz vətəndaşlıqını ayırd edə bilmək, dəyişmək və ya qoruyub saxlamq hüququ verəcəklər. Sözləşməyə qoşulan Dövlətlər qadınların evləndikdə və ya evlilik çağı ərin öz vətəndaşlıqını dəyişdikdə qadının vətəndaşlıqını otomatik olaraq dəyişilmyəcəyinə təminat verəcəklər.

2.    Sözləşməyə qoşulan Dövlətlər uşaqların hansı vətəndaşlıqı alamalarında qadınlarla kişilərə eşid hüquqlar tanıyacaqlar.

  

 BÖLÜM 111

Maddə 10

      Sözləşməyə qoşulan Dövlətlər eyitim alanında qadınlara kişilərə eşit           hüquqların verilməsini yerinə yetirmək istəyilə, qadınların hüquqlarının    pozulmasını aradan qaldırmaq və bunun qarşısında qadınlarla kişlərin hüquq eşitliyi ilkəsinə dayanaraq aşağıdakıları bütün gərəkli önləmləri alacaqlar:

a.   İstər şəhər, istərsə də kənd yerlərində olan bütün  eyitim quruluşlarında eyitim  və diplom almaq üçün, istənilən peşəyə yiyələnmək üçün eşit şərtlər irəli sürülməsi, bu eşitliyə məktəb öncəsi, genəl eyitim, tekniki peşə və yüksək tekniki eyitimi və peşə hazırlığının bütün çeşitlərində təminat verilməli,

b.    Eyni eyitim programı, eyni sınavlar, eyni standardlar üzərində uzmanlaşmış öyrətmənlər və eyni stndardlarla tikilmiş mektəblər və eyitim gərəklərinə yiylənmək,

c.    Dərsliklərin və məktəb programlarının yenidən gözdən keçirilməsi və yeni tədris metodlarının uyqulanmasıyla öncədən yerləşmiş qadın və kişi ayrı-seçkilyi  üzərində qurulmş gələnəkləri aradan qaldırmaq,

d.   Burs və başqa eyitim yardımlarından düzgün imkanlar yaratmaq,

e.   Eyitimdə qadınlarla kişilərin arasında olan boşluğu aradan qaldırmaq üçün eyitimin davam etdirilməsi porogramları və eləcədə oxuma-yazma savadı olmayan yaşlıların savadlanmasına eşit imkanlarn yaradılması,

f.   Qız örəncilərin məktəbdən tez ayrılmasının sayısının azadılması və məktəbi bitirmədən ayrılan qızlar və qadınlara eyitim programlarının düzəldilməsi,

g.   Spor və bədən yetişdirilməsində qadınların fəal qatılmaları üçün eşit imkanların yaradılması,

h.   Qadınların sağlamlığının qorunması və ailənin yaşyışnın    yaxşılaşdırılması eləcədə uşaq doğmu ilə bağlı bilgi yayılmalı.

        

 Maddə 11

 

1.                                          Sözləşməyə qoşulan Dövlətlər iş alanında qadınların hüquqlarının pozulmasını aradan qaldırmaq üçün, hüquq eşitliyi ilkəsinə dayanaraq qadınlarla kişilərə eyni hüquqlara yiyələnməyə aşağıdakı önləmləri alacaqlar:

a.  Bütün insanların toxunulmaz olan iş haqqı,

b. Eyni ış olanağlarından yararlanmaq hüququ, eləcədə iş yerinin seçilməsində eyni ölçülərin işlədilməsi,

c.  Özgürcəsinə peşə və iş seçmək, işlə bağlı bütün olanağlardan və üstünliklərdən eləcədə yüksək eyitimdən yararlanmaq,

d. Eyni işlə işliyən qadınlarla kişlərin işlərinə eyni dəyeri və eyni gəliri eldə etmək hüququ,

e.   Gəlirli izinə çıxmaq, işsizlik, xəstəlik, əlilik, qocalıq və işləmək gücünün olmadığında toplumsal güvənlik hüququ,

f.  İş yerlərində sağlamlığın qorunması eləcədə qadınların uşaq doğmaq hüququ.

2.    Sözləşməyə qoşulan Dövlətlər, evlilik və analıq nədəniylə qadınlara qarşı olan ayrı-seçkiliyi aradan qaldırmaq və onların işləmək hüququnu qorumaq üçün aşağıdakı önləmləri alacaqlar:

a.   Boyluluq və ya analıq izininə görə və ya evliliyə bağlı hər hansı nədənlərə görə işdən çıxardılmağı yasaqlamaq,

b.   Öncəki iş yerini, əmək haqını və başqa toplumsal hüququnu itirməmək şərtiylə haqqı ödənilən analıq izinini dəyərləndirmək,

c.  Ata-analara öz ailə görəvlərini iş görəvlərilə birləşdirməyə imkan verən,onlara toplumsal yardım eləcədə uşaq bağçaları olağanlığı yaratmaq,

d.  Ziyanlı sayılan işlərdə işləyən qadınların boyluluq çağı qorunmasını yerinə gətirmək.

3.  Bu maddədə yər alan məsələlərlə bağlı qoruyucu yasalar,          bilimsəl və teknik biliklərin işığı altında yenidən gözdən keçiriləcək,   gərəksə deyiştiriləck, yeniləşdiriləcək ya da aradan qaldırılacaqdır.

 

Maddə 12

1.Sözləşməyə qoşulan Dövlətlər sağlamlığın qorunmasında qadınların hüquqlarının pozulmasını aradan qaldırmağa və bunun yerinə sağlamlığı qoruyan quruluşlardan dəyərlənməsində qadınların kişilərlə eşit hüquqlarını yerinə yetirmək üçün bütün gərəkli önləmləri alacaqlar,

2. Olan maddənin 1-ci bəndinin istəklərindən asılı olmayaraq, sözləşmədə olan dövlətlərin, qadınların boyluluq çağı, doğum və doğumdan sonrakı dönəmdə  qadınların uyğun xidmətlərdən dəyərlənmələrini, gərəkli olursa onlar üçün ayrılmış pulsuz xidmətlərdən dəyərlənmələrini eləcədə boyluluq və ya əmizdirmə çağı yaxşı bəslənmələrini yerinə gətirəcəklər.

 

Maddə 13

Sözləşməyə qoşulan Dövlətlər ekonomik və toplumsal həyatın başqa dallarında qadınların hüqüqlarının pozulmasının aradan qaldırılmasına və bunun yerinə qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə dayanaraq, qadınların aşağıdakı hüquqlarını əldə etmək üçün bütün gərəkli önləmləri alacaqlar;

a. Ailə yardımı hüququ,

b.   Bankdan borc etmə, girov qoymaq yoluyla  borc almaq və ya başqa  kiridilər almaq hüququ,

c.  Eyləncə, dincəlmək, spor və kültürel həyatın bütün yönlərinden dəyərlənmək hüququ.

 

Maddə 14

1.  Sözləşməyə qoşulan Dövlətlər kənd yerlərində  yaşayan qadınların üzləşdiyi çətinlikləri və onların öz ailələrinin ekonomi baxımından ayaqda qalmaları üçün olan rollarını eləcədə bu qadınların ekonominin gəlir gətirməyən sektorlarındakı işini gözə alacaqlar və olan sözləşmənin hökümlərinin kənd yerlərində yaşayan qadınlara uyğulamaya gərəkli bütün önləmləri alacaqlar.

2.  Sözləşməyə qoşulan Dövlətlər kənd yerlərində yaşayan qadınların hüquqlarının tapdalanmasını aradan qaldırmaqa və bunun yerinə qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə dayanaraq, qadınların kəndin irəliləşməsində aktiv qatılmalarını və bundan gəlir əldə etmələrini yerinə gətirmək üçün gərəkli bütün önləmləri alacaqlar. kənd yerlərində yaşayan qadınların aşağıdakı hüquqlarını yerinə gətirəcəklər:

a.    Bütün düzeylərdə irəliləşmə programlarının işlənib, düzədilməsində və həyata keçirilməsinə qatılmaq,

b.   Sağlamlığı qoruyan və aliə planlanması üçün xidmət edən bütün quruluşlardan yararlanmaq,

c.   Toplumsal güvənlik programlarından doğru düzgün yararlanmaq,

d. Teknik yetənəkliyini gücləndirib və artırmaq üçün eyitimin rəsmi və ya rəsmi olmayan formalarından yararlanmaq,

e.  Eşit ekonomik imkanlarını  eldə etmek üçün gəlir verən ya verməyən işlərlə qarşılıqlı yardım grupları və kooperativlər yaratmaq,

f.   Bütün toplumsal fəaliyətlərə qatılmaq,

g.   Kənd təsərrüfatı  kreditlərdən və borclardan yararlanmaq, topraq və əkinçilik reformunda və bunun yanı sıra yenidən yerləştirmə projelərində eşit hüquqlardan yararlanmaq,

h.   Uyğun və yetərli yaşam standardlarına yiyələnmək eləcədə ev, sağlamlıq, elektrik, su, gəliş-gediş taşıtları, ilişgi gurma imkanları yaratmaq.

  

Bölüm 1V

Maddə 15

1.  Sözləşməyə qoşulan dövlətlər  yasalar qarşısında qadınlarla kişilərlə eşit haqqlar tanıyacaqlar.

2.   Sözləşməyə qoşulan Dövlətlər sivil haqqlara gəldikdə, qadınlarla kişilərə eşit hüquqsal yetərlik tanıyacaqlar və bu yetərliyi işlətmək üçün eyni imkanlar verəcəklər. Özəliklə qadınlara sözləşmə bağlamq və mülkiyyətə baxmaq hüququ verəcəklər.  Məhkəmə çağları davaların hər aşamasında eşit görüləcəklər.

3.  Sözləşməyə qoşulan Dövlətlər qadınların hüquqi yetərliklərini sınırlanmasına yönədilmış bütün sözləşmələri keçərsiz tanımaq düşüncəsiylə razılaşmalıdırlar.

4.  Sözləşməyə qoşulan Dövlətlər qadın və kişinin yerləşmə yeri seçmək və onların bir yerdən başqa yerə köçməkdə eyni yasal haqqlar tanıyacaqlar.

 

Maddə 16

1.  Sözləşməyə qoşulan Dövlətlər evlilik və ailə ilişgiləriləində qadınların hüquqlarının tapdalanmasını aradan qaldırmaq üçün bütün gərəkli önəmleri alacaqlar və qadınlarla kişilərin hüquq eşitliyi ilkəsinə dayanaraq, qadınların aşağıdakı hüquqlarını yerinə gətirəcəklər:

a.   Evlənmək hüququ,

b.   Özgürcəsinə həyat yoldaşı seçmək və ailə qurmaq hüququ,

c.   Evlilik çağı ya boşanarkən eşit hüquqlar və görəvlri paylaşmaq,

d.  Ailə durumundan asılı olmayaraq, uşaqlarla bağlı ata, anaın eyni hüquq və sorumluluqu var ancaq uşaqların çıxarları birinci eldə gəlməlidir,

e. Uşaqların sayı və onların dünyaya gətirilməsi, eləcədə yetişdirilməsində özgürcə qərar vermək hüquqları və bu hüquqları dəyərlindirilməsində, eyitim, bilgi və başqa olağanları işlətmək,

f.  Evladlığa götürmək və ya himayə etmedə ölkənin anayasasına dayanaraq eşit hüquqlar verilməlidir. Hər durumda uşaqların cıxarı ən yüksək düzeydə tutulmalıdır,

g.   Ailə adı, iş, peşə yeri seçmək hüququ,

h. Yiyələnmək, bəcərik əldə etmək, yönətim və bənzer başqa işlərdə eşit hüquqlar.

2.  Az yaşlı uşaqların adaqlandırılması və evləndirilməsi yasal sayılmıyacaqdır və evlənmək üçün ən düşük yaşın aydınlaşdırılması eləcədə kəbinkəsmənin rəsimi və sənədləşdirilməsinin zorunlu olması üçün, yasal və gərəkli önləmlər alınmalı.

  

Bölüm V

Maddə 17

1.    Bu sözləşmənın istəklərini yerine yetirmək üçün qadın hüquqlarının pozulmasının aradan qaldırılması üzrə komitə yaradılacaqdır. Komitənin içindəkilər sözləşmənin işə başlarkən yüksək düzeydə bilgili olan 18 uzmandan və 35-ci sözləşməyə qatılan dövlət onu təsdiq etdikdən sonra 23 uzmandan oluşacaqdır.

Uzmanlar sözləşməyə qatılan dövlətlər tərəfindən onların öz uluslarının dələgələrindən səçiləcəkdir və bu uzmanlar öz şəxsi olağanları içərisində işləyəcəklər. Dəngəli cografi bölgü, deyişik toplumların təmsil olunması eləcədə hüquqi biçimlər gözə alınmalıdır.

2.    Komitə üyələri sözləşməyə qatılan dövlətlər tərəfindən adaylıqları irəli sürülmüş listlərdən gizli səs vermə yolu ilə seçiləcəklər. Sözləşmədə olan hər bir dövlət öz vətəndaşlarından birinin adaylığını irəli sörə bilər.

3. İlk seçim bu sözləçmənən işə başlayandan altı ay sonra keçiriləcəkdir. Hər seçkiyə üç ay qalmış Birləşmiş Millətər Təşkilatının Genel sekreteri sözləşmede olan Dövlətlərə yazılı baş vuraraq onlardan öz adaylarını iki ay içərisində verməyi tapşıracaqdır. Genel Sekreter adaylıqları irəli sürülmüş kəslərin adlarını əlifba sırası ilə düzəlmiş listini söləşmədə olan dövlətlərə göndərəcəkdir.

4.  Komitənin üyələrinin seçilməsi Birləşmiş Millətlər Təşkilatının Mərkəzində Genel Sekreter tərəfindən çağırılmış sözləşmədə olan Dövlətlər toplantısında keçiriləcəkdir. Sözləşmədə olan Dövlətlərin üçdə ikisinin yeter sayısı olan toplantıda, en çox ses alanlar ilə toplantıda olan və səs verən  dövlətlərin dələgələrinin ən çox səs alanı komitənin üyəliyinə seçilirlər.

5. Komitənin üyələri dörd illik seçiləcəklər. Birinci seçkidə seçilmiş doqquz üyənin sürəsi ikinci ilin sonunda başa çatacaqdır. Doqquz üyənin adları ilk seçimdən sonra komitə başqanından ad çekilərək bilindiriləcəkdir.

6. Komitənin 5 ək üyəsinin səçilməsi bu madənin 2,3 və 4-cü paragraflarının istəklərinə uyğun olacaqdır. Bu şəkildə seçilən iki yədək üyənin görəv sürəsi iki ilin sonunda başa çatacaq və bu iki üyənin adları komitə başqanı ad çekməklə bilindiriləcəkdir.

 7.   Uzmanların komitədəki görəvi başa çatdıqda boşalan    yerlərin doldurulması üçün sözləşmədə olan dövlət öz vətəndaşları arasından yeni uzman verəcəkdir. Yeni uzman komitə tərəfindən bəyənilməlidir.

7.   Komitənin üyələri, Birləşmiş Millətlər Təşkilatının Genel qurumunun razılığı ilə alınan qərarlara dayanaraq Birləşmiş Millətlər Təşkilatından aylıq alacaqlar.

8. Sözləşmənin istəklərinin daha etkili olması üçün  Birləşmiş Millətlər Genel Sekreteri, komitənin gərəkli personel və əlverişli ortamı yaradacaqdır.

 

Maddə 18

1.  Sözləşmədə olan Dövlətlər, sözləşmənin hükümlərini etkili etmək üçün və əldə edilmış irelilmələri bildirmək üçün aldıqları yasal, adil, yönətsəl və başqa önləmlər haqqında aşağıdakı bilgiləri verməlidirlər:

a. Sözləşmə güc qazandıqdan sonra bir il içində və:

b.    Hər dörd ildən bir komitənin göstərişilə.

2.  Raporlarda, sözləşmədə irəli sürülən görəvlərin yerinə yetirilməsini etkiliyən nədənlər və çətinliklər açıqlana bilir.

 

Maddə 19

 1.Komitə öz iş yönetim qaydalarını qəbul edir.

2.Komitə iki ilik olaraq öz görəvlilərini seçir.

 

 

Maddə 20

 

1.  Sözləşmənin 18-ci maddəsinə uyğun olaraq verilən raporun gözdən keçirməsi və incələməsi üçün Komitə ildə bir yol ən azı iki həftəlik  toplantıda görüş keçirir,

2.  komitenin toplantıları Birləşmiş Millətlər Təşkilatının mərkəzində və ya komitə tərəfindən bilirlənmiş başqa əlvirişli bir yerdə keçirilir.

 

Maddə 21

 

1.Komitə ekonomi və Sosial şura aracılığıyla ildə bir yol öz işləri haqqında Genel Quruma ilik bilgi verəcəkdir və sözləşmədə olan dövlətlər tərəfindən verilmiş raporu gözdən keçirdikdən sonra önerilər və ya məsləhətlər verə bilərlər. Bu önəri və məsləhətlər Sözləşmədə olan Dövlətlər tərəfindən olunmuş açıxlamalarda komitənin raporuna yerləşir.

2.Genel Sekreter komitə raporlarını Qadınların Statusu üzərə komisyona verəcəkdir.

 

Maddə 22

 

Uzman quruluşlar onların fəaliyət alanlarınada olan sözləşmə hükümlərinin yerinə yetirilməsinə baxmaq üçün  yetginliklər verəcəklər. Komitə uzman quruluşlaraına sözləşmənin yerinə getirilməsinə rapor verməyi tapşıra bilər.

 

Maddə 23

 

Bu Sözləşmədə hiç bir şey qadınlarla kişilərin hüquq eşitliyinin əldə edilməsini daha əlverişli eden və aşağıdakılarda öz yerini tapmış hükümləri etgiləmiyəcəkdir:

a.   Sözləşmədə olan Dövlətin yasalarına və ya

b.  Belə bir Dövlət üçün quvədə olan hər hansı bir uluslar arası sözləşmə, andlaşma və ya razılaşmalara.

  

 

Maddə 24

 

Sözlşmədə olan dövlətlər bu sözləşmədə tanınmış hüquqların  yerinə getirilməysi üçün dövlət düzeyində gərəkli bütün önləmləri almalıdırlar.

 

Maddə 25

 

1.   Bu Sözləşmə bütün Dövlətlərin qolçekməsinə açıqdır.

2.  Birləşmış Millətlər Genel Sekreteri bu sözləşməyə bağlı bilgilər almaqa yetgilidir.

3. Bu sözləşmə təsdiq edilə bilər, onun təsdiği üçün bəlgələr Birləşmiş Millətlərin Genel Sekreterinə verilməlidir.

4. Bu sözləşmə bütün Dövlətlərin ona qoşulmasına açıqdır. Bu qoşulma Birləşmiş Millətlərin Genel sekreterinə baş vurduqdan sonra ola bilər.

 

Maddə 26

 

1.Bu Sözləşmənin yenidən gözdən keçirilməsi, onun düzədilməsi, deyişdirilməsi önərisi Dövlətlərin istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Genel Sekreterinə edilə bilər.

2. Birləşmiş Millətlər Təşkilatının Genel Qurumu gerəkli gördukdə belə bir öneri ilə bağlı uyqun qərar verəcəkdir.

  

 

Maddə 27

 

1.  Bu sözləşmə, 20-ci  təsdiq fermanı  və ya ona qoşulmaq istəyi,  Birləşmiş Millətlər Təşkilatı Genel Sekreterinə verdikdən 30 gün sonra keçərili olur.

2.    20-ci təsdiq fərmanı və ya ona qoşulmaq üçün Briləşmiş Millətlər Təşkilatının Genel Sekreterine verildikden sonra, bu Sözləşməni təsdiq edən və ya ona qoşulan hər bir Dövlət üçün sözləşmə təsdiq etmə və qoşulma sənədi baş vurduqdan 30 gün sonra keçərili olur.

 

Maddə 28

 

1.   Birləşmiş Millətlər Təşkilatının Genel sekreteri, Sözləşməyə qoşulma zamanı Dövlətlər tərəfindən edilmiş düzəlişlərin mətnini alıb Sözləşmədə olan Dövlətlərə paylayır.

2.  Bu Sözləşmənin istək və görəvlərınə uyğun olmayan və bir araya sığmayan düzəlişlərə yol verilməyəcəkdir.

3.  Düzəlişlər Birləşmiş Millətlər Təşkilatının Genenl Sekreterinə yazılı başvuruyla geri götürülə bilər. Genel Sekreter bunu bütün Dövlətərə bildirir. Belə bir istək başvuru alındığı gündən sonra keçərili ola bilər.

 

Maddə 29

 

1.  Bu Sözləşmənin açıqlanması və ya uyqulanması Sözləşmədə olan Dövlətlər arasındakı danışıqlar yolu ilə həl edilə bilər. Dövlətlərin birindən istək olarsa məhkəməyə baş vurmaq olar. Məhkəmeyə başvurduqdan altı ay sonra əyər bir uzlaşma yoxsa şikayət uluslararası məhkəməyə verilə bilinər.

2. Sözləşmədə olan hər hansı Dövlət sözləşməyə qolçekərkən və ona qoşularkən  maddənin 1-ci paragrafindakı görəvini istəmiyə bilər.

3. Bu maddənin 2-ci paragrafına uyğun olaraq düzəlişlər etmiş Dövlət, Birləşmiş Millətlər Təşkilatının Genel Sekreterinə yazılı başvurmaqla bu düzəlişləri geri götürə bilər.

 

Maddə 30

 

Bu Sözləşmə Ərəb, Çin, Fransız, İngiliz, İspaniyol və Rus dilərində Birləşmiş Millətlər Təşkilatının Genel Sekreterində olacaqdır.