"Olarmı adam bərabər əlaqədə yaşasın və daha aşiq qalsın"

Ċsa Moberg; Yazıçı, Jurnalist, Mütərcim

Çevirən: Davud Eldəniz

 

Mənim yazdığım kitabı " Simone ilə Mən"ni oxuyan çoxlu adamlar gah koncıkavlıq və təəccüb ilə və gahda xəşin bir şivə ilə məndən bu sualı sorurlar. Kişi ilə arvad arasında bərabər bir əlaqənin imkanı varmı?

ümidim budur belə olsun, amma çox çətin və nadir bir şeydir.

Kitabda, əlaqə üzərə gələn bir söz bir çoxlarına dəyıbdır:

"Əyər bərabərlik bəzilərin əlaqələrində obirilərin əlaqələrə görə daha çox gözə dəyirsə illəti odur ki, bu qadın, başqa qadınlara nisbət, eliyə bilir kişisnin istəklərin öz istəyi tək göstərsin."

Bu xüsusda Cecilia Anell, Aftonbladet qəzətində çap olan tənqidində belə yazır: "Kinism(cynism)ə yaxın qaramsar bir baxış."

Mən qaramsar və ya kinism bir adam deyiləm. Mən istədim bu vəsilə ilə qadınları Təqsırkarlıq hissindən qurtaram.

Təqsırkarlıq hissi ona görə ki adam eliyə bilmir evdə olan məsüliyətləri bərabər bölsun; və təqsırkarlıq hissi ona görə ki adam əlləşir bir bərabərsiz əlaqəni bərabər göstərsin.

 

Mən əlləşirdim ki Təqsırkarlıq hissin o qadınlarda ki bərabərlik yolunda çalişrılar azaldam. Bir mucadilə ki mən özüm 24 illin içində, 1988-ci ilə qədər yanı o zamana kimin ki mən dul oldum, üz-bə-üzidim. Mən istəyirəm öz ürək boşalmağımı, o zaman ki eşiddim hətta Simmon de Beavoir mənim neçə illik idolumda eliyə bilmədi istədiyi ideallar təkin yaşasın, başqaları ilə araya qoyam.

O özünü Jean-Paul Sarterin istəklərinə yaxınladdı. Mən bunu anladığım zaman öz şikəstimdən utanmaqdan qurtardım. Amma mənim idealım elə bu çətin ələ gələn bərabərlikdir.

Bərabərlik üçün çalışmaq, cəhd etməli bir röyadır. Bərabərliyində başqa uğurlu məfhumlar təkin bir fonksiyonu vardır.

Adam düz danışmalıdır. Bu yaxşı bir qaydadır və düzlükü gözdə tutaraq şikəst yiyənlərin yenilgisi bu yaxşı qaydanı pozmur. Düz danışmaq üçün adam həmişə xiyal edə bilər və bu xiyala baxmayaraq vəziyyətin icab etdiyi zaman yalanda danışmaq olar.

Bərabərlik belə bir xiyaldır. Amma əyər mən məcbur olaydım bərabərlik ilə eşq arasında birini seçəm, zənnimcə eşqi seçərdim. Amma buna çox yəqinim yoxdur, niyə ki, bərabərliyin düzgün mənasın düşünmək çətindir.

 

Məncə, bərabərlik yaşamda qıran və dəqiqə saymaq deyil. Əyər mən bunu versəm, səndə onu verəcəksən. Əyər mən qabları bu gün yusam, səndə sabah yuyacaqsan və əyər mən bu gün bazarlıq etsəm səndə sabah bazarlıq edəcəksən.

Mən belə yaşayan cüftlərə( ər-arvad) rast gəlmişəm. Görünür yuxarıda ki illətlər eşqi yox etmək ücün, effektiv bir şivədir. Hər zadı aradan bölmək üçün, iki tərəfli dayimi gözətçilik lazimdir və buda nobəsində hər əlaqəni zəhərləndirə bilər.

Söz gələni mən bəzi gənc cüftlər haqqında eşidmişəm ki, qadın bərabərlik adı ilə kişisin elə günə salır ki özündən başqa hamı onun kişisin arvad qulu kimi dəyərləndirir. Və mən yenə cavan cüftlər haqqında eşidmişəm ki onlarda klasik qadın görən işlərin hamısın kişi görür; çünkü bu işləri o görməsə heç kimsə onları görmyəcəkdir.

Belə bir kişinin təmizlik zərfiyyəti(tröskeli) azdır və o, dözənmir ki bir vaxt arvad fikir etsin ki daha indi təmizlik etmək və ya qabyumaq vaxtıdır. Bu həmən mekanizmdir ki sünnət üzü ilə qadınları evdə olan işlərin çoxunun görməsinə məcbur edir.

Bərbərsizliyin hər cürə varyantı adamlar arasında, fərqsiz yaşlı və gənc, ki təsmim tuturlar birlikdə yaşasınlar gözə deyir. Amma görək bərabərliyin həqiqəti varmı?

 

Mən neçə cüftə rast gəlmışəm ki, birinci görüşdə bərabərliyin olmasına ümid verir. Bu bərabərlik o əlaqələrdə gözə dəyir ki onda ər ilə arvadın sabit və uzun müddətli rabitələri olub və onda kişi ilə arvadın bərabər quvvətli şəxsiyyətləri və bərabər gəlirləri vardır.

Bunların, bir-biri ilə çox yaşamaqlarının illəti bərabər yaşamaqdır və ya onlar ona görə bərabər olublar ki onlar bir-biri ilə çox yaşayıblar? Əyər bu pişşərtlərin hamısı düz olsa, onda demək olar ideala çatmaq, çoxları üçün yaxında deyil.

Əyər bir nəfər başqa adam ilə, məxsüsən bu adamın yaşı onun öz yaşından iki qat artıq ola, birlikdə yaşamağa başlaya(mən özüm 17-yaşında bu işə əl vurdum) onda ideala çatmağın imkanı çox azdır. Mən bir 48-yaşında qadın tək bunu zən edə billəm ki mən ilə bir 24-yaşında cavan oğlanın birlikdə yaşamaqı nə cür ola bilər.

Belə bir əlaqədə, haman əvvəl gündən mənim həyat təcrübəm mənə böyük üstünlük verəcəkdir; Hətta imkanı vardır mənim gəlirimdə ondan çox olsun. Əlbəttə bu söz dəlil olmaz ki 48 yaşında qadın ilə 24-yaşında kişi birlikdə yaşamasınlar.

 

Hər qadının röyasında olan bir kişi fərqlənir. Mənim üçün o lazim deyil süpürgə çəksin; Amma mənim yazdığım kitabın yaxşı tənqıdlər lə alqışlanmasını onun gözü götürməlidir.

Kişinin inkişafi(tərəqqi) qadınlar tərəfindən rahat təhəmmül olur; Niyə ki kişinin bacarıqlığından qadınada bir pay yetişir. Bir Bacarıqlı kişi qadınının statüsünü artırır. Amma qadının tərəqqisi kişinin həyatında elə bir dəyər sayılmır. Nə kişinin özü və nədə ona yaxın olan adamlar, bu işi kişi üçün bir müsbət şey saymırlar. Kişilərin çoxu o qədər bərabərlik fikirində deyirlər ki məqamda(kariyerdə) aşağı durumu təhəmmül etsinlər, bir durum ki qadınlar yüz illər boyu onu təmrin edibdir.

Əyər bir cüft eliyə bilməyə qoşa (parallel) inkişaf edsinlər, bir şey ki çox azdır, onda bərabərsizlik bir gərçək (faktum) olur və o zaman hər iki tərəf birlikdə yaşamağı öyrənməlidilər. Adətən kişinin bacarıqlı olduqu zaman əlaqədə yaxşı olur; Amma qadının bir az kişidən qabağa düşdüyü zaman, həyat həm kişiyə, həmdə qadına çətin olur.

 

Çox təəcüb ilə mən eşidmişəm, necə 17 yaşında cavan qızlar bunu dilə gətiriblər ki necə onlar özlərindən bir az yaşlı olan yoldaşlarına ki evlənib və kiçik uşaqları ilə evdə qalırlar, hessadət edirlər. Onlar çox ciddiyyət ilə bunu mənə izah edirlər, onlar üçün ayiləni bütün varlıq ilə dəstəkləmək önəmli bir şeydir. "Biz ki bir ata-anası boşanmış evdən gəlirik, əslən istəmirik uşaqlarımıza o cür uşaqlıq verək."

Hamı bilir ki mən deyən "17-yaşındalar" hansı cınsə ayiddilər. Əlbəttə ki qızlar. Mən eşidməmişəm oğlanlar belə danışsınlar. Varmı oğlanlar ki istəyirlər ayilə yolunda bütün varlıqların qoysunlar?

Bu imkansız deyil. 90-ci on illikin ərkək səs sənətkar ulduzların arasında, yalnız bir qadına eşq bağlamaq təmayili və onu romantik şəkildə ideallaşdırması görünür; Bir şey ki 60-ci on illikdə fikirə gəlməyən bir şey idi. O zaman ərkək ulduzlar istəmirdilər ayilələrindən söz açsınlar; niyə ki belə fikir olunurdur ki qiz-arxadaşı və ya arvad kələməsı, qadın heyrançıları bu ulduzlardan soyuda bilər.

90-ci on illikin qiz-röyasında olan kişi Tommy Nilssondir. O oxumaqlarında öz Malin-nin sevir və musahibə olunan zaman çox əlaqə ilə ayilə və beş uşağı haqqında danışır.

Mən istəyirəm taza nəslin ideal kişisinə inanam. Bir adam ki elə öz kişiliyinə arxayındır ki, kişiliyin göstərmək üçün lazim görmür qadınları əzsin. Bir kişi ki arvadın həm bacarıqların və həmdə eybilərin təhəmmül edə bilir.

Və mən ümid edirəm taza nəslin qadını, əyər istəyir evdə qalıb uşaq saxlasın, mənim uşaqlığımda gördüyüm xanədar qadınlar tək, kişisindən tələb etməsin ki o iki nəfərə məqam qazansın. Qadınlar gərək bunu öyrənsilər ki kişinin zəyif xislətləri ilə də yaşasınlar.

Eşq bir şeydir və bərabərlik bir ayrı. Nadir halda onlar birləşirlər; Amma bu onu demək deyil ki adam onların birindən əl çəksin. Əyər biz müffəq olmayaq bu iki şeyi, eşq ilə bərabərliyi, birləşdirək, gərək ki təqsırkarlıq hissin boynumuzdan ataq.