Göydən
düşən ildırım
Çevirən: D. Eldəniz
30 yaşlı
Filip ilə 31 yaşlı Yvonne yeddi ildən bəri
evlidirlər.
Onların iki uşaqları, Rasmus 5
yaşında və Rebecka 3 yaşında, vardır. Indi Yvonne boşanmaq qərarına gəlibdir.
Son analıq
tətilindən sonra indi Yvonne yarı vaxt işləyir. Obirisi
tərəfdən Filip çox işləmək ilə
əlləşir evin borcun və kırasını
vaxtında versin.
Yvonnenin
boşanmaq qərarı Filipin yuxusun qaçırdıbdır;
Niyə ki, keçmiş yeddi ilin ərzində Yvonnenin
ağzında heç bir etıraz səsi çıxmamışdır.
Filip: Mən
əslən Yvonnenin sözlərin başa düşmürəm. Mənim
fikrimcə bizim əlaqəmiz yaxşı olubdur. Bəzən mali çətinliklər olubdur; Ancaq mən
gecə-gündüz çalışmışam bu çətinlikləri
aradan qaldıram.
Yvonne: Ola bilsin
sən deyəndir. Ancaq sən məni sevmirsən! Son beş ildə "səni sevirsəm" sözü
ağzından çıxmayıbdır.
Filip:
Doğurdan belədirmi? Bunu sən yaxşı
bilirsən ki, mən səni sevirəm!
Yvonne: Mən
falçı deyiləm, sənin ürəyindən keçən
fikirlərdən xəbərim olsun! Mən
necə bilim ki, sən məni sevirsən. Uşaq
doğdum gül vermədin. Ev işində canımı
çıxartdım, sağ ol demədin. Barberdən
gəlirəm "nə gözəl olubsan yerinə"
deyirsən nə baha imiş. Soruşuram
saçlarmın yeni formundan xoşun gəlir, deyirsən "pis
deyil". Evə süpürgə çəkirəm
gözün görmür və burnun evdən gələn xoş iyi
anlamır. Ayda bir dəfə qablamaları
yuyusan; yumasaydın ondan yaxşı olardı. Heç vaxt demirsən arvad sən nə duzlusan.
Yvonnenin etiraz
sözləri çoxdur. O, Filipi hissiz bir adam tək
tanıddırmaq istəyir. Bu son söz
Filipə dəyir. Filipnin fikrincə
onların cinsi əlaqəsi yaxşı olubdur. Ya olmaya Yvonne teatr oynayıbdır.
Annika Schrams
belə izah edir.
Yvonne buna fikir
verməyib ki, o, hansı yol ilə eliyə bilər
əlaqəsini əri ilə yaxşı etsin. Misal üçün o, eliyə bilər
Filip evə tez gəldiyi zaman desin: "Nə yaxşı
evə tez gəlirsən" və ya " taza köynəyin
sənə bərk yaraşır."
Biz kişi olaq ya arvad
gözləyirik tərif mədh eşidək; Ancaq bunu bilmirik ki,
bu tərif-mədh iki tərəfli olmalıdır. Buna arxayın ol ki, boy oxşasan, boyuvu
oxşayacaqlar. Obirisi tərəfdən
susub ürək sözlərimizi deməsək ər-arvad
rabitəmizi xətərə salacayıq. Elə buna
görə də Yvonnenin susmaqdan çıxıb keçmiş
təcrübələrdən və ehsaslarından söz açması
ər-arvad rabitəsində musbət rol oynaya bilər. Filipdə Yvonneyə cavab olaraq təmizlik yapıb
yatpmadığı haqqında fikirlərini söyləyə
bilər.
Yvonne başqa arvadlar
təkin təmizlik diktatoru olubdur. Belə bir
havada kişi girişkən və yaxşı təmizlik yapan
ev kişisi ola bilməz. Qoy kişi sevdiyi
təkin evi təmizləsin! Onda ev
"təmiz cəhənnəm" yerinə sevgi evi olar.
Qaynaq: ĊRET RUNT
nr 51 1997