آمستردام دیالوق توپلانتیسینین قادین لار حقینده بیلدیریشی!
1945نجی
ایلده گونئی
آذربایجان میللی
حوکومتی
قورولاندا بیرینجی
دفعه اولاراق
قادینلاریمیز
کیشیلرله برابر
حوقوقا صاحیب
اولموشلار و
بویوک
مقاملارا ال
چاتیب، سیاسی
موباریزه ده
اؤز تشکیلاتلاری
ایله ایشتیراک
ائتمیشلر.
تأسفله خاریجی
اؤلکه لرین یاردیمی
و فارس فاشیزمی
نین هوجومی ایله
آذربایجان میللی
حوکومتی بیر ایلدن
آرتیق دوام گتیرمدی
و الده ائدیلن
بوتون میللی
نائلییتلر
آرادان قالدیریلدی.
پهلوی رژیمی نین
حاکیمییتی ایللرینده
آذربایجان
تورک قادینی
داها دا اؤز
سوسیال یئرینی
ایتیردی.
فاشیست اسلام رژیمی نین قورولماسی ایله قادین حقلری داها آرتیق آرادان آپاریلدی. بیر سیرا اورتا عصرین ارتجاعی قانونلاری قادینلارین یاشامینا کؤلگه سالدی. آنجاق بونا باخمایاراق گونئی آذربایجان تورک قادینی آیاقدان دوشمه ییب، حبسدن و اؤلومدن قورخماییر و بوگونکی اؤزگورلوک موباریزه سینده شیرکت ائدیر.
مرکزی پان ایرانیست رژیمی نین طرفیندن میللی ظولمه معروض قالان قادینلارین عینی زماندا پاتریالکال ظولملردن ده قورتولولمالاری گرکیر.
گنل اولاراق ایران اسلام جومهورییتینین آنا یاساسی آچیقجاسینا جینسی آپارتایدا رسمیت وقانونیت وئریب دیر. جينسى آپارتايد و قادينلارين تحقيرائديلمه سى ایران اسلام جومهوریيتی نین دونيا گؤروشونون تملی دیر. بونونلا بیرلیکده تورک وآذربایجانلی قادینلار ملی هویتلرینه گؤره ایکی قات داها ظولمه و شیددته معروض قالیب و توپلومدا دؤردونجو درجه وطنداش حساب اولورلار.
آمستردام دیالوق توپلانتیسی آشاغیداکی پرنسیب لره دایانماقدادیر:
- قادینلارین علئیهینه اولان بوتون یازی لی و شفاهی قانونلارین قالدیریلماسی گرکیر. بو قانونلار توپلومون بوتون ساحه لرینده اؤز عکسلرینی تاپمالیلار.
-قادین کیشی برابرلیغی توپلومون بوتون ساحه لرینده قانونی لشمه لیدیر .
-آذربایجان تورک قادینلاری اؤزمستقیل تشکیلاتلارینی قورماق حقینه مالیک اولمالی لار.
-آذربایجان تورک قادینلارینین توپلومون بوتون ساحه لرینده آکتیو و قراروئریجی بیر شکیلده قاتیلمالاری دستکلنمه لی دیر.
- آذربایجان تورک قادینلارینین اؤز میللی کیملیکلرینی قورویاراق یورد ایچی و یورد دیشی تشکیلاتلارلا ایش بیرلییی ائتمه لری دستکلنمه لی دیر.
- یورد ایچینده و اولوسلارآراسی ساحه ده آذربایجانلی تورک اجتماعی- سیاسی فعال، صنعتچی ، یازار ......قادینلار تانیتیلمالی و اونلارین معروض قالدیغی ائشیتسیزلیکلر افشا اولونمالی دیر.
یاشاسین آذربایجان
یاشاسین آذربایجان تورک قادینلاری
آمستردام
21 آذر 1388/ 12 دکابر2009
Amesterdam
Dialoq Toplantısının Qadınlar haqqında bildirişi!
1945-ci ildə Güney Azərbaycan Milli Hüküməti qurulanda, birinci
dəfə olaraq qadınlarımız kişilərlə
bərabər huquqa sahib olmuşlar və böyük məqamlara
əl çatıb, siyasi mübarizədə öz təşkilatları
ilə iştirak etmishlər. Təəssüf ki xarici
ölkələrin yardımı və fars faşizminin
hücumilə Azərbaycan Milli Hüküməti bir ildən artıq
dəvam gətirmədi və əldə edilən bütün milli
nailiyyətlər aradan qaldırıldı. Pəhləvi
rejiminin hakimiyyət illərində Azərbaycan Türk
qadını daha da öz sosial yerini itirdi.
Faşist İslam rejiminin qurulmasilə qadın haqqları daha artıq aradan aparıldı. Bir sıra orta əsrin irticai qanunları qadınların yaşamına kölgə saldı. Ancaq , buna baxmayaraq Güney Azərbaycan türk qadını ayaqdan düşməyib, həbsdən və ölümdən qorxmayır və bugünki özgürlük mübarizəsində şirket edir.
Mərkəzi pan-iranist rejimin tərəfindən milli zülmə məruz qalan qadınların aynı zamanda patrialkal zülmlərdən de qurtulmaları gərəkir.
Gənəl olaraq İran İslam cümhuriyyətinin anayasasında açıqcasına cinsi apartayda rəsmiyyət və qanuniyyət verilir. Cinsi apartayd və qadınların təhqir edilməsi İran İslam cumhuriyyetinin dünya görüşünün təməlidir. Bununla birlikdə Türk qadınları milli kimliklərinə görə iki qat daha artıq zülmə və şiddətə məruz qalıb və toplumda 4-cü derece vətəndaş hesab olurlar.
Amesterdam Dialog Toplantısı Aşağıdakı Prənsiplərə Dayanmaqdadır:
- Qadınların əleyhinə olan bütün yazılı və
şəfahi qanunların qaldırılması gərəkir.
Bu qanunlar toplumun bütün sahələrində öz əkslərini
tapmalılar.
- Qadın-kişi bərabərliyi toplumun bütün sahələrində
qanuniləşməlidir.
- Azərbaycan türk qadınları öz müsteqil təşkilatlarını qurmaq
haqqına malik olmalılar.
-Azerbaycan türk qadınlarının
toplumun bütün sahələrində aktiv və qərar verici bir
şəkildə qatılmaları dəstəklənməlidir.
- Azərbaycan türk qadınlarının öz milli kimliklərini
qoruyaraq yurd içi və yurd dışı təşkilatlarla
iş birliyi etmələri dəstəklənməlidir.
- Yurd içində və uluslararası sahədə Azərbaycanlı
türk ictimai-siyasi fəal, sənətçi, yazar vb.qadınlar
tanıtılmalı, məruz qaldıqları
eşitsizliklər ifşa olunmalıdır.
Yaşasın Azərabaycan!
Yaşasın
Azərbaycan türk qadınları.
Amsterdam
21 Azər 1388/12 dekabr 2009/