Sabir Rüsətmxanlı
Qayıdıram Araz boyu
Görəsən,
dünyada ikinci bir çay tapılar ki, Araz qədər mürəkkəb
və faciəli taleyi olsun: Araz qədər dildən-dilə
düşsün, Araz qədər şer və mahnı mövzusuna
çevrilsin, Araz qədər ittiham edilsin, umu-küsü
hədəfinə dönsün, nifrətlə damğalansın
və... Araz qədər sevilsin?!
Sərhədə
dönən, arada qalan, hər iki tərəf üçün toxunulmaz olan
çaylar bir deyil, iki deyil. Lakin yad xalqlar arasında təbii
səddə dönməklə bir xalqın köksünü parçalayıb
keçməyi eyniləşdirmək olmaz! Azərbaycanın şah
damarlarından biri, min illərlə bütöv bir xalqı sevinc
və bərəkət mənbəyi olmuş çay indi
sərhədi, ayrılıqdı, göz yaşıdı...
Bir
vaxtlar sevilən, əzizlənən Araz yavaş-yavaş ayrılığa
bais olan, araya hicran salan bir günahkar adı qazanıb. Ruhumuzda, şerlərimizdə
Araz dərdi deyilən bir dərd yaranıb, kök atıb yayılıb,
daş olub milyonlarla azərbaycanlının ürəyindən asılıb.
Araz
Bakı kimi, Təbriz kimi, Ərdəbil kimi uşaqlığıma,
ilk xatirələrimə, ilk arzularıma yoldaş olan bir
sözdür; görüşü dəli həsrətlə gözlənilən, bu
görüşlə nə isə bir möcüzə vəd eləyən
yerdir.
Arana
yolumuz düşəndə tez-tez eşidirik: Araz suyudur, yüngüldür,
bulanıq olmasına baxmayın, min-min dərdin dərmanıdır.
Arazın arxlarla, qanovlarla, axıb gələn suyunu içə-içə üzünü görməmişdim.
İlk
görüşümüz də, ilk görüşümüzün həyəcanları da uzaq
illər arxasında qalıb, az qala unudulub. Çünki bu görüşdən
sonra əvvəlki bütün duyğular uçub gedib. Elə bilmişəm
ki, mən elə Araz boyunda doğulmuşam. Ömrüm boyu damarlarımdan
axan da elə Araz imiş.
HAŞİYƏ: Arazla görüşlərimdən
birini heç vaxt unuda bilmirəm. Qayığı Kür yuxarı
sürürdü. Suqovuşana doğru. Bir azdan Arazla Kürün qovuşduğu
yerə çatacaqdıq. Dostlarım sükanı mənə vermişdilər.
Hələ maşın sürə bilmirdim, lakin Kür boyda geniş
bir yolda heç bir qorxu yox idi: sürəti son həddə çatdırıb
qayığı çay yuxarı uçurdum. Suqovuşana az qalmış
yol yoldaşlarım dedilər ki, qayığı Kürlə
sürəcəyik. Araza dönmək lazım deyil, özləri isə aşağı
kayuta enib qarpız doğrayır, zarafatlaşırdılar.
Budur Suqovuşan! Hansı bir hiss isə elə bil
əlimdən tutub, məni solaAraza döndərdi. İndi qayıq
Arazın, bu qədər həsrətini çəkdiyimiz Arazın
sularında sürülürdü. Hər şeyi unutmuşdum. Elə bilirdim
beləcə sərhəd xəttinə, tikanlı
məftillərə acıq verə-verə nə qədər
istəsəm üzüb gedəcəyəm. Birdən yoldaşlarımın
qışqırtısı qopdu: Dayan, dayan, sən nə
edirsən? Sürəti azaltdıq. Asta-asta geri döndük. Qorxularından
özlərinə gələ bilmirdilər. Sonra izah etdilər ki,
Arazda dayaz, daşlı yerlər çoxdur və qayıq o sürətlə
nəyəcə toxunsa biz çoxdan balıqların yanında
idik.
...Bizim
dağlarda yaşayan, heç bəlkə bircə dəfə
də Arazı görməyən qocaların zirvə qaşında,
gədiklərdə, aşırımlar üstündə çağırdıqları
bayatıları xatırlayıram:
Araz,
Araz, Xan Araz!
Daşlardan
axan Araz!
Qardaşdan
ayrı saldın,
Evimi
yıxan Araz!
Onda
mənə qəribə gəlirdi: Yardımlı daşları
hara, Araz hara?! Amma sonra gördüm ki, Araz Azərbaycanın hər daşından,
hər şəhərindən, hər kəndindən və
hər bir azərbaycanlının ürəyindən axır!
Şair
dostlarım Çingiz Əlioğlu və Nüsrət Kəsəmənli
ilə birgə oxuduğumuz mahnının avazı qulağımdadır:
Arazı ayırdılar,
Qan ilə doyurdular.
Mən sizdən ayrılmazdım,
Zor ilə ayırdılar.
Əzizim, arxa bağla,
Arazı arxa bağla.
Namərddən qardaş
olmaz
Mərdlərə
arxa bağla!..
Axdı qan,
Yar üzündən axdı
qan.
Araz çəpərə
döndü,
Su yerinə axdı
qan!
Dünya
tarixlərində Arazın əks-sədası onun yeri ilə
müqayisədə çox-çox böyükdür. Bu çayın üstündən kimlər
adlamayıb?! Səyyahlar, düşmən orduları, bütöv xalqlar
və millətlər. Dünyanın ana yollarından birixalqların
əbədi köçəköç və hərəkət yolu, dünya
mədəniyyətinin Şərqdən Qərbə, Doğudan
Batıya, Batıdan Doğuya keçid yolu. Günçıxanla günbatanın
ən uzun savaş və barış yolları, İpək
yolu, ticarət və mühacirət yolları Arazın
üstündən keçib. Tarixin və xalqın yaddaşı Araz haqqında
əfsanələrlə doludur.
Arazı
dost da keçib, düşmən də!.. Bu yüz ildə isə onun
üstündən adlayan yolların taleyi daha qəribədir. Əsrin
əvvəllərindən bəri bu yollar Şərqəİrana,
Əfqanıstana, Türkiyəyə inqilab havası, yeni dünyanın
demokratiya və quruculuq havasını daşıyıb.
Təsadüfi deyil ki, birinci rus inqilabına dünyada ilkin səs
verənlərdən biri Cənubi Azərbaycan xalqı idi.
Səttar xan hərəkatı İran monarxiyasını lərzəyə
salmışdı.
Lakin
Araz yollarının ən qəribə, ən faciəli
səyyahları bu yüz ildə neçə dəfə İran
irticasından qaçan, ev-eşiyindən didərgin düşüb
vətənin bir ucundan o biri ucuna, güneyindən quzeyinə
adlayan... və pasportunun rəngi dəyişilən kimi
mühacir adlanan cənublu bacı-qardaşlarımızdır ki,
imperiyanın hökmü ilə parçalanmış, birliyini unutdurmaq
üçün adı, əlifbası, tarixi, hətta illəri hesablama
üsulu da dəyişdirilmiş bir xalqın minlərlə
ailəsi yarı Şimala, yarı Cənuba düşdüyü üçün
illər uzunu bir yerə yığışa bilməmiş,
bitib-tükənməyən hicran, ayrılıq yollarında ağlasığmaz
əzab və işgəncələr çəkmişdir.
Azərbaycanın neçə-neçə böyük sənətkarı
elə bu köç yollarında doğulmuş, ataya yetəndə
ananı itirmiş, anaya çatanda atasız qalmışlar. Şamaxını
ana, Təbrizi ata hesab edən Xaqanı XII yüzildə ana qucağından
didərgin düşəndə ata qucağına sığınmışdı
və indiyədək ata Təbrizin qoynunda yatır! Böyük
Mirzə Fətəli Axundovun xoşbəxt uşaqlığı
da bu yollarda əlindən çıxmışdı!..
Araz
boyu yollarla çox keçmişəm, lakin bu yollar heç vaxt adiləşmir.
Onu hər gün görsən belə, yenə Arazın tamaşasından,
o taylı daşların sərt, vahiməli görkəmindən
doyub, sakit otura bilmirsən.
* * *
...Araz
boyu vadilərin əkin-biçin sahələri görünür. Balaca, yastıdamlı
kəndlər və bu kəndlərdən uzanan yollar, cığırlar
o taylı daşların zümrüd bahar çəmənlərinə
bürünmüş köksündən keçir; gədiklərdən,
keçidlərdən aşıb gedir, bizim üçün doğma və sirli
bir dünyayaQardaş, Təbriz dünyasına qovuşur.
Uçuq,
xaraba kəndlər, boş qalmış yuvalar Araz boyu
zəncirlənib, uc-uca calanıb. Daşların
ətəyində qədim şəhərlərin qala divarları
eləcə min il əvvəlki kimi əyilməz durur.
Sanki
sərhədin o tayına yox, neçə əsrin o üzünə,
qədim dünyamıza baxıram...
Bu
sıldırım qayalar, divar kimi üz-üzə dayanmış daşlar
elə bil aradakı uçurumun necə dərin olduğunu
göstərir.
Arazla
yanaşı tikanlı məftillər də axır. Gözümü
sudan çəkəndə bir
müddət elə bilirəm daşlar da əriyib gedir, nazik tor
pərdə kimi yellənib aradan qalxır və gözüm önündə
qəhrəman bir xalqın, bir əsrdə neçə
dəfə inqilab meydanına atılmış bir xalqın
mərd siması canlanır.
Hər
iyirmi-otuz ildən bir İranı, Cənubi Azərbaycanı
bürüyən milli azadlıq hərəkatının tarixini
bilənlər yəqin ki, bir şeyə
təəccüblənirlər. Xalqın azadlıq uğrunda
mübarizələri demək olar ki, həmişə eyni cür
bitir: böyük itkilərlə qazanılan qələbələr
satqınların, beynəlxalq irticanın, uzaqdan uzanan barmaqların
qurbanı olur.
O
taya baxıram və bu əsrdə İran hakimiyyət orqanlarının
Cənubi Azərbaycan xalqının başına açdığı
oyunların acı, təhqiramiz və dəhşətli
səhnələri gözüm önündə canlanır.
Bu
zorakılıq əvvəlcə ərazidən başlanmışdı.
İrana qatıldıqdan sonra ölkənin dörd
əyalətindən birini təşkil edən Azərbaycan
(indi Azərbaycanın özü dörd əyalətə bölünübS.R.)
əyaləti ərazisinə ilk dövrlərdə cənubda
Həmədan, cənub-şərqdə Zəncan və
Qəzvin mahalları da daxıl idi ( Bax: Cənubi Azərbaycan
tarixinin oçerki. Elm nəşriyyatı, Bakı, 1985,
səh, 8). Lakin sonralar İran siyasətbazları mahal və
vilayətlərin sayını, sərhədlərini tez-tez
və öz istədikləri kimi dəyişdirmişlər.
Hər dəfə də əsas məqsəd tarixi
Azərbaycan torpaqlarını kəsib doğramaq, halal
yerlərimizi, qədim şəhərlərimizi
əlimizdən almaq olmuşdur.
HAŞİYƏ: Bu yazımın
bir hissəsi Azərbaycan jurnalında çıxandan sonra çox
hörmət etdiyim tarixçi alimimizlə rastlaşdıq.
Qəribə, incik bir əda ilə(sanki mən ona ağır
bir söz demişdim) Sən nə edirsən?dedi,bircə bu qalmışdı,
Həmədanı da Azərbaycan şəhəri sayırsan!
Doğrusu, bu sözü tarixçi dilindən eşitmək
gözlənilməz idi. Gülə-gülə: mən kiməm ki, yer
paylayam,dedim,o, sizin kimi böyüklərin işidir. Həmədanı
tarix Azərbaycana verib, mən vermirəm deyib aralandım. Bu
gözlənilməz hikkənin, hücumuna təsir ilə
fikirləşirdim ki, biz hələ də, sadəlövhlüklə
belə alimlərdən umuruq ki, Azərbaycan tarixini yazsınlar.
Onların yazdığı tarix nə olacaq?
...1937-ci
ildə hissəsi Şərqi Azərbaycan və Qərbi
Azərbaycan ustanlarına verildi ( İranın üçüncü və
dördüncü ustanları). Əhalisi bütövlüklə azərbaycanlı
olan Zəncan və
Həmədan mahalları isə ayrıca qubərnatorluğa,
sonralar da ustanlara çevrildi. Riza şahın iki yerə ayırdığı
Cənubi Azərbaycan, oğlu Məmmədrza şah dörd
yerə parçaladı. Azərbaycanlılar yaşayan bəzi başqa
mahallar da əhalisi qarışıq olan ustanlara qarışdırılıb
əridildi. Həyasızlıq o yerə çatdı ki, 1954-cü
ildə Astara da öz ətrafı ilə birlikdə Şərqi Azərbaycandan alınıb
Gilana qatıldı.
HAŞİYƏ: Bir
dəfə Təbrizin futbol komandası Tehran komandası
ilə oynayıb və 3:1 hesabı ilə qalib gəlir.
Azərbaycanlı ağsaqqallardan biri komandanın başçısına
hirslənir ki, niyə udursunuz bunları, qorxmursunuz şah
hirslənib Azərbaycanı bir də təzədən
bölüb-parçalayar?!
Bəli,
İran hakimlərinin böyük bir xalqa münasibəti belədir; axşam
tikəsi boğazından düz getmədisə, səhər
tezdən göstəriş verir ki, filan yer Azərbaycandan alınıb
başqa ustana qatışdırılsın.
Neçə
min ildir ki, beləcə, babalarımızın qanı ilə
suvarılmış halal torpaqlarımızı hərraca
qoyurlar. Qan töküb, qurban verib birləşdiririk; min hiyləyə
yenə öz qanımızı töküb ayırırlar.
Ey
mənim ulu xalqım! Sən zaman-zaman bu torpağın
üstündə Şərqin ən böyük dövlətlərini qurmuşsan!
İndi həmin torpaqlar neçə-neçə ustana,
əyalətə, qubernatorluğa bölünür. Sənin baba yurduna
kimlər göz dikmədi?! Bütün Şərq tarixi
vərəqlənsə bizim qədər əzilmiş, bizim
qədər təhqir olunmuş, bizim qədər parça-tikə
bölünmüş və bizim qədər də bu qara taleyi ilə barışmağa
vadar edilib susdurulmuş ikinci bir xalq tapmaq çətindir!
Hələ Cənubi Azərbaycan bir yana! Biz məgər
qədim paytaxt şəhərlərimizdən Dərbəndin
tarixini kifayət qədər araşdıra bilmişikmi?
Məgər Borçalı çökəyindəki, Qarayazıdakı,
Göyçə mahalındakı, Ağrıdaq
ətəklərindəki ellərimizin tarixi, etnoqrafiyası,
folkloru, onomastikası kifayət qədər öyrənilibmi?
Teknink əsridir... Min illəri aşıb gələn yaddaş
abidələri maşınların, informasiya
vasitələrinin köməyi ilə çox tezcə silinib yox edilir.
Sükan kimin əlindədirsə tarixi də, həqiqəti
də, danılmaz görünən dəlil və sübutları da öz
xeyrinə çevrə bilir. XX əsr ucaltmağın da,
endirməyin də təkmil yollarını kəşf edib.
Raket sürəti ilə qaldırdığı kimi həmin sürətlə
də məhv edir. Cinayətlərin izi təmizlənir, yalan
həqiqət cildində arxayın boy atır və doğruya
da gündə yüz dəfə çox gəlir. Bu əsrdə ayrı düşmək,
bölünüb təklənmək, adından, əlifbasından, keçmişindən
ayrı düşmək, adi hüquqları olmaya-olmaya gah
pantürkizmdə, gah panislamizmdə
təqsirləndirilərək, sanki başa qoyulmaq və s.
saysız-hesabsız işgəncələr mənim bacı-qardaşlarımın
qismətinə düşüb. İndi çox şeyləri xatırlamaq
istəmirlər, qoy unudulsun, yaddan çıxsın. Bu unutqanlıq
kimlərinsə xeyrindədir: ancaq mən unuda bilmirəm!
Avropaya
səpələnmiş minlərlə, on minlərlə yurddaşımın,
Cənubi Azərbaycan qeyrətli oğullarının taleyi
ürəyimə rahatlıq vermir. Mən bilirəm, düşmən
cəbhələri bizim kimi soyuqqanlı deyil, onlar
gecə-gündüz istibdad, irtica maşınını
təkmilləşdirir. Hər şeydən əli
üzüləndə bugünkü ayrılığı elə kökdən
gələn bir ayrılıq kimi yozmağa çalışırlar.
İranda
fars şovinizmi on illərdir Cənubi Azərbaycan xalqının
qulağını doldurur ki, guya onlar farsdan dönüblər, guya
Sovet Azərbaycanı Xalqı ilə onların heç bir tarıxı
birliyi yoxdur. Bu sözün astar üzünü bir dəfə Jdu vestoçki redaktorundan
da eşitmişdim. Əlyazmasını oxuyub qurtarandan sonra,
bu Cənub Məsələsi nə böyük problem olub axı?
dedi. Çox yazırsınız bu mövzuda, yüz altmış il
keçib, bu vaxt ərzində bəlkə cənublular doğrudan
da ayrı, yad millət olub dedi. Mən özümü saxlaya
bilməyib: Sən təsadüfən İranda fars
məktəbi qurtarmamısan ki?deyə soruşdum. Elə bil
onların tərbiyəsini görmüsən...
Lakin
bəla təkcə yerlərimizin əlimizdən alınması
ilə bitsəydi, dərd yarı idi. İyirminci yüzilin sonu yaxınlaşdığı,
sayı cəmi beş-on min nəfərə olan xalqların
da azadlıq, müstəqillik qazandığı bir zamanda, dünyada
Sovet Azərbaycanı kimi böyük nümunə ola-olada Cənubi
Azərbaycan xalqı İranda ən adi insan hüquqlarından
məhrumdur. Azərbaycan min illər boyu ictimai və bədii
fikrin inkişafına görə yaxın Şərqin ən
qabaqcıl ölkəsi olub. Rusiya və Avropa ilə İranın
əlaqələri də, qabaqcıl demokratik və inqilabi
fikrin İranda yayılması da ilk növbədə
azərbaycanlıların adı ilə başlıdır.
Tarixi ədəbiyyata az-çox bələd olan hər kəs bunu
yaxşı bilir...
Fars
şovinizmi bununla barışmaq istəmir. Buna görə də
əsrin əvvəllərindən başlayaraq, xüsusən
də, Şimalda müstəqil Sovet Azərbaycanın taleyini
görəndən sonra qonşuluğundakı sosializmi və SSRİ
kimi qüdrətli dövlətin varlığından doğan
qəzəbi də o taylı azərbaycanlıların
üstünə tökməyə başladı. Millətin varlığını
qorumaq üçün vacib olan nə varsa onların əllərindən alındı.
Azərbaycan dili qadağan edildi, bu dildə qəzet, kitab buraxılmamağı,
məktəbin olmamağı bir yana, danışıq da yasaq
oldu, hətta dustaqxanada iki azərbaycanlının bir-birinlə
ana dilində danışması cinayət sayılır!
Vaxtilə bu dildə çap olunmuş yazılar da yığışdırılıb
yandırıldı. Dünyanın zəngin və gözəl
dillərindən biri, Füzulinin və Sabirin dili ləhcə
adlandırıldı. Radiodakı beş-on dəqiqəlik verilişlər
də elə farslaşdırıldı ki, heç kim başa düşməsin.
Bir
cənublu dostumun xatirəsindən: Oxuduğumuz
məktəbin divarları şüarla dolu idi. Hamısında da
bir cümlə təkrar olunmuşdu. Fars dili İran və iranlılıq
nişanəsidir! Kim məktəbdə öz yoldaşlarıyla
azəri türkcə ilə danışsa, dediyi hər
kəlmə sözə görə bir qran cərimə olunurdu. Bu
bizim təhsil üçün verəcəyimiz pulun yarısı
qədər idi.
Azərbaycan
əyalətlərinin inkişafına hər vasitə ilə
əngəl törədilir. Onun yeraltı və yerüstü
sərvətləri quldurcasına talan edilir. İşsiz,
evsiz-eşiksiz qalan azərbaycanlılar ölkənin cənub
rayonlarına köçürülür və çox vaxt da orda şəraitsizlik
üzündən kütləvi şəkildə qırılırlar.
Azərbaycanın sərvəti başqa əyalətlərin
banklarına axır. Ziyalı və əli iş tutanlar baş
götürüb gedir, kəndlər xarabazara çevrilir...
Faciələr
sayılmaqla qurtaran deyil...
İranda
fars əməkçiləri də zülm altındadır. Lakin
azərbaycanlılara edilən zülm həmişə iki
dəfə artıq olub. Üstəlik milli zülm, mənəvi zülm,
xalq ruhunun təhqiri də bir yandan...
Cənubi
Azərbaycan İranın inqilab beşiyi və onun mübarizə
səngəridir! Təkcə 19781979-cu il
hadisələrində on minlərlə azərbaycanlı
qurban getmişdi. İranın bu sonuncu inqilabı da inqilab şəhəri
Təbrizdən29 Bəhmən üsyanından başlanmışdı.
Həmin üsyanda 3 min adam öldürülmüşdür.
Bir
əsrdə neçə dəfə və nə qədər qurban
vermək olar?
Budur,
Cənubi Azərbaycanın inqilab tarixindən bir neçə
yarpaq: Birinci rus inqilabinin gur dalğası İrandan ildırım
sürəti ilə ötmüşdü. İnqilab... İranı bürümüşdü.
( bax: V. I. Lenin. Əsərlərinin tam külliyyatı, 23-cü cild,
səh. 158).
1906-cı
ilin payızında Azərbaycan milli əncümənləri şurası
yaradıldı. Ana dilində Azərbaycan məcmuəsinin
nəşrinə başlandı. İnqilab hərəkat
Azərbaycanın bütün mahallarına yayıldı. 1907-ci ilin
fevralında Tehrana gələn Azərbaycan heyəti öz
iradəsini saraya qəbul etdirdi! Azərbaycan Tehrandan
konstitusiyalı hakimiyyət tələb edirdi. Həmişə
olduğu kimi yenə də şah xəyanətə əl atdı.
May ayının əvvəllərində sosial-demokrat
hərəkatının liderlərini öldürmək üçün Təbrizə
bir dəstə qəsdçi
göndərdi. İnqilabçılar tez duyuq düşdülər və bu
qəsdin üstü açıldı. Hakimiyyəti ələ aldılar.
Təbrizin üstündə al bayraq dalğalandı. Lakin şah
1908-ci ilin aprel-may aylarında polkovnik Lyaxovun rəhbərlik
etdiyi silahlı qüvvələrin gücünə Azərbaycan
əncümənini daşıtdı. Təbrizdə inqilabçılar
bir balaca dalanaməhəlləyə sıxışdırıldılar.
Belə bir gərgin, çıxılmaz vaxtda xalq qəhrəmanı
Səttarxanın şəxsi rəşadəti bu bir
zərrə alovu təzədən tonqala çevirdi. Əksinqilab
heç yolla onlara bata bilmədi. Bunu görən xalq təzədən
ayağa qalxdı. İnqilab dalğası Təbrizdən aşıb
bütün Azərbaycanı və İranın ayrı-ayrı
vilayətlərini bürüdü. Həmin hadisənin şahidi olmuş
Xiyabanı yazırdı: yaxşı yadımdadır, canını
azadlıq yolunda qurban vermiş əziz qəhrəmanımız,
sərdarı-milli Səttarxan bir dəfə düşmənlərin
hücuma keçdikləri zaman təkbaşına, qorxu bilmədən
meydana atıldı, qanı qaynadı; tüfəngini götürüb yola
düşdü. Əvvəlcə beş-altı nəfər, sonra isə xalq kütləsi onun
səsinə səs verdi. Sərdar ölümlə qarşılaşdı,
qorxmadı, ölmədi və müvəffəqiyyət qazandı...
Azərbaycanın bu qeyrətli oğlu, canı ilə
bərabər var-yoxunu da xalq yolunda sərf etdi və şərafət
qazandı.
Əslində
həmin günlərdə, 1909-cu ilin iyununda İran
monarxiyası öz taxtından endirilmişdi.
Məhəmmədəli şah xaricə qaçmışdı,
vəliəhd Əhmədin isə adı şah idi. Belə
bir mürəkkəb tarixi şəraitdə
Azərbaycan inqilabı, daha doğrusu, Təbriz üsyanı xalqın
əsrlər boyu gözlədiyi günə, demokratik idarə
etməyə, milli müstəqilliyə çox yaxın idi. Çörək
dalınca Rusiyanın müxtəlif guşələrinə
səpələnmiş yarım milyondan çox Cənubi
azərbaycanlı hər gün həsrətlə
vətəndən soraq gözləyirdi. Onların siyasi təşkilatları
bolşeviklərin, xüsusən də N. Nərimanov və onun
silahdaşlarının yaxından köməyi ilə
Təbrizə silah və peşəkar əsgərlər göndərirdilər.
Əzizbəyov, Caparidze və Mehmandarovun başçılğı
ilə Bakıda ölmüş müsəlmanların guya
vəsiyyətinə görə Kərbəlada basdırmaq üçün
göndərildiyini bəhanə edərək tabutlarda
Təbrizə silah çatdırırdılar. Qafqaz xalqlarının
min illərin sınağına dözmüş dostluğu həmin
günlərdə daha bir imtahandan üzü ağ çıxırdı.
Təbriz inqilabına kömək məqsədilə Cənuba
gedənlər arasında neçə-neçə gürcü, erməni və
eləcə də rus var idi. Onlardan bəziləri Təbriz
səngərlərində həlak oldular və öz qanları
ilə qardaşlıq salnaməmizə parlaq
səhifələr yazdılar.
Bir
gürcü inqilabçısının öz həlak olmuş
həmvətəninin tabutu başında dediyi sözlər qardaş
xalqların qəhrəman övladlarının əhvalı yaxşı
ifadə edirdi: Buraya gəlməkdə məqsədimiz
məşrutəçilərə kömək etməkdir. Son
nəfəsimizədək sizə yardımdan əl
çəkməyəcəyik.
Dünyanın
bütün azadlıqsevər, demokrat fikirli adamları Cənubi
Azərbaycan hadisələrini rəğbətlə
izləyirdi.
Böyük
azadlıq carçısı Mirzə Cəlil həmin
günlərdə üzünü Azərbaycanın bütün
vətənsevərlərinə tutub yazırdı: Bu
günlərdə İranda istibdad ilə ədalət bərk
çarpışır. Yenə bir millətin dini, namusu, hüququ,
vətəni təhlükədədir...
...Bu
gün Kərbəla meydanı Azərbaycandakı
vətənpərvərlik meydanıdır. Hər kimin
ürəyində bir cüzi din, namus, vətən hissi varsa, onların
qeydinə qalmalıdır. Axıtmalı qanlarımız,
ehsan etməli pullarımız varsa, gözümüz qabağında
ürək parçalayan Azərbaycan Matəmgahı durur.
Tam
qələbənin bu qədər yaxın olduğu
günlərdə İran irticası gizli danışıqlar aparırdı.
Çar və ingilis hökuməti də onlarla həmfikir idi. Bu
qəribə oyun tarix boyu nə qədər təkrar olunub?
Elə ki Azərbaycan baş qaldırır, öz haqqını
tələb edir, o dəqiqə bir-biriylə düşmən olan
əks cəbhələr də ona qarşı birləşirlər.
Görəsən, biz bunlara neynəmişik?! İndi
səksən ilin bu üzündən həmin illərin arxiv
sənədlərini vərəqləyəndə, İran, Çar-Rusiyası
və İngiltərə hökumətləri arasındakı
gizli məktublaşmaları, teleqramları gözdən
keçirəndə dörd tərəfdən xəyanət, yalan,
zorakılıq məngənəsinə alınmış
Azərbaycan inqilabçılarının əzmi və planlaşdırılmış
faciəsi daha aydın görünür. Həmin siyasət
səhnəsinin rejissor və dirijorlarının üzünə
tüpürmək istəyirsən... Amma bununla ürək soyumaz!
Tarixin
milyon-milyon məzhəkələrindən biri təkrar
olunurdu. Rusiyanın qabaqcıl oğulları Təbriz
səngərlərində Cənubi Azərbaycan inqilabçılarına
kömək etdikləri halda çar ordusu Arazı keçib inqilabı boğmağa
tələsirdi. Lakin Təbriz Şimala münasibətdə
həmişə həssas olub. Və təsadüfi deyil ki,
neçə-neçə əks inqilabi İran ordusunun burnunu
əzən mücahidlər çar qoşunları ilə toqquşmağa
və qan tökülməsinə razı olmadılar. Səttarxanın
və İnqilab Şurasının qərarı ilə 1909-cu
il aprelin 29-da döyüş dayandırıldı. Çar ordusu guya İranda
yaşayan xarici təbəqələrin mənafeyini qorumaq bəhanəsiylə
inqilabçıları tərk-silaha başladı. Aşura günü azərbaycanlı
mücahidləri dardan asıldı. Qafqazdan köməyə
gələnlər ölkədən çıxarıldı. Cənubi
Azərbaycan xalqı bu qanın, qırğının
içində də ümid və inamla dolu olan xeyirxahlıq ənənəsini
unutmadı. Öz səngər qardaşlarınırus, gürcü,
erməni, dağıstanlı inqilabçıları ehtiramla yola
saldı.
V.
I. Lenin İran hadisələri ilə bağlı Çarın
müstəmləkəçilik və zorakılıq siyasətini azğınlıq
adlandıraraq qəzəblə damğalanırdı. ...
Qeyri-rəsmi Lyaxovdan sonra Azərbaycan rəsmi işğal
edilir ( bax:
əsərlərinin tam külliyyatı. 17.ci cild, səh. 188).
Lakin
Təbrizdə gedən qızğın mübarizə, demək
olar, artıq tamamilə darmadağın edilmiş görünən
inqilabçıların dəfələrlə hərbi
müvəffəqiyyət qazanması göstərir ki, hətta rus
Lyaxovların və ingilis diplomatlarının kömək
göstərdiyi şah başıpozuqları aşağıdan
ən güclü müqavimətə rast gəlirlər (Yenə orada,
səh. 191).
Xalq
rus əlcəyi geymiş ingilis pəncəsini də,
ingilis çəkməsi geymiş rus ayağını da yaxşı
görür, lakin bilirdi ki, bu, rus xalqının iradəsindən asılı
deyil. Belə bir vaxtda İranın tərəqqipərvər
ziyalıları rus xalqı ilə əlaqələri genişləndirməyə
çaşırırdı: Biz əminik ki, Rusiya hökumətinin
indiki siyasəti ölkənin ictimai rəyini əks etdirməyib,
rus cəmiyyətinin elə bir kiçicik hakim dairəsinin
mənafeyini müdafiə edir ki, bunların hakimiyyəti altında
Rusiyanın namuslu adamlarının böyük əksəriyyəti
inildəyir... Biz əsla tərəddüd etmədən
və açıq deyə bilərik ki, heç bir vaxt Rusiya və rus
xalqına qarşı olmamışıq. ( Sitat Cənubi Azərbaycan
tarixinin oçerki kitabından götürülmüşdür. səh. 310)
1917-ci
ildə müstəqil Azərbaycan demokrat partiyasının ilk
konfransı da rus xalqı ilə əlaqələri
möhkəmlətmək haqqında xüsusi qətnamə qəbul
etmişdi.
Xalq qəhrəmanının
taleyi. Təbrizin 25 minlik fədai ordusunun, onun hər bir
döyüşçüsünün sonrakı taleyi yazılsa cildlərlə kitab
yaranar və bu cildlərin hər birinin
səhifələrindən gecə-gündüz qan damar..
Budur
sərdarı-milli
Səttarxan! Həmin günlərdə onun keçirdiyi
hissələri necə təsəvvür gətirmək olar?
Ömrünün iyirmi beş ilini döyüşlərdə keçirmiş bir adam
silahı yerə qoymalı idi. Ötüb keçən günlərini, azadlıqsevər
atasının qəzəb dolu, lakin təmkinli sözlərini xatırlayırdı.
Şimali Azərbaycandan gəlmiş məşhur Qaçaq
Fərhadı gizlətdiyinə görə Təbrizdə İran
hakimiyyəti tərəfindən öldürülmüş Qardaşı İsmayılın
mərd, gözəl siması gözü önündən çəkilmirdi. Bütün ömrü
boyu onun intiqamını ala-ala, bir də görmüşdü ki, elə
əslində yurdununAzərbaycanın intiqamını alır.
Dünya mətbuatı onu Azərbaycanın Puqaçovu, İranın
Hannibalı adlandırırdı... Hər qələbəsi
şərəfinə Parisdən, İstanbuldan, Tiflisdən,
Bakıdan təbrik məktubları gəlirdi...
Fars
şovinistləri və İranın irtica hakimiyyət orqanları
açıq-aşkar etiraf edirdilər ki, nə qədər ki,
Səttarxanın ayağı Azərbaycan torpağındadır,
ona ölüm yoxdur. Buna görə də öncə onu öz yurdundan qoparıb
gücsüzləşdirməyə çalışırdılar.
1910-cu
ilin martında, Novruz bayramı ərəfəsində,
nəhayət, neçə-neçə teleqramdan, arası
kəsilməyən dəvət, vəd və
dilətutmalardan sonra Səttarxan, yaxın silahdaşı saları-milli
Baqırxanla birlikdə Tehrana yola düşdü. Onları
təxminən bir ay sonra Tehranda qarşılanması bu şəhərin
tarixində görünməmiş bayram idi. Yollar boyu Səttarxanın
ayağına xalça döşənmişdi, başına çiçək
səpilirdi. Məclis onun adına qiymətli
hədiyyələr hazırlamışdı.
Lakin
İran hakimiyyəti bu dəfə də xəyanət etdi:
Səttarxanı və Baqırxanı aldatdı. Tehranda
Atabəy parkında onlara basqın edildi. Üç yüz nəfərin
üstünə altı min nəfərlik silahlı dəstə
göndərildi. Bu vuruşmada Səttarxanın on səkkiz silahdaşı
həlak oldu, Səttarxan yaralandı,
üç fədai həbsə alındı. Yaralı Səttarxan
xəstəxanaya aparıldı və burada dərmanla
öldürüldü... Az sonra Baqırxan da xəlvəti aradan götürüldü.
1911-ci
ilin sonlarında doğru inqilabçılar müxtəlif yollarla
məhv edilmiş, ya da ölkədən didərgin düşmüşdülər.
Saysız-hesabsız qurban verilmiş inqilab alovu xəyanət
və beynəlxalq irticanın müştərək gücü ilə
söndürülmüşdü.
On
minlərlə azərbaycanlı irtica
məngənəsindən qaçıb dünyaya səpələndi.
Təkcə onu deyək ki, 1913-cü ildə Bakı proletarianın
30,4 faizi, yəni üçdən biri Cənubi Azərbaycandan gəlmiş
mühacirlər idi. Mühacirlərin inqilabi dəstələri
və onların lideri Əsədulla Qafarzadə və
Bəhram Ağayev 1917-ci ildə Ədalət təşkilatını
yaratdılar, xüsusi qəzeti nəşri başlandı.
Çar
zabitlərinin Təbrizdə qurduqları ( nə haqla?!) oyuncaq
hərbi məhkəmədə Azərbaycanın
yüzlərlə inqilabçı oğlu edam edildi.
Cənubi
Azərbaycan sosial-demokratlarının rəhbəri Əli
Müsyönün, Səttarxanın, Baqırxanın və başqa
inqilab rəhbərlərinin evləri, Azərbaycan
əyalət əncüməninin binası çar məmurları
tərəfindən partladıldı. Ölkəni yenidən
qaranlıq bürüdü...
19051911-ci
illər inqilabının iştirakçısı olmuş Şeyx
Məhəmməd Xiyabanı sonralar yazmışdı: Ümumi qırğınlar,
qarətlər, ədalətsizliklər, zülmkarlıqlar
Azərbaycanın istiqlaliyyət və azadlıq tələb
edən hərəkatını məhv edə bilmədi...
Ey
Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!
Dünyanın ən günahkar asiləri hamısı xilas oldu.
Sən isə hələ giriftarsan. Əgər xəmirmayandakı
həyat gövhəri və fəaliyyət atəşi
tamamilə sönmüş və məhv olmuşsa, hərgah
əvvəlki varlıq deyilsənsə, sənə
rəhmət oxunmalıdır. Lakin əgər parlaq
gövhərin işarələri, o həmiyyət atəşinin
hərarəti sənin damarlarında hələ də varsa,
sənin qarşında bir xoşbəxt səhər durur. Qoy
kamiyab sabaha və mərama nail olmaq səhəri sənə mübarək
olsun, ey demokrat Azərbaycan!
...Sən
təcəddüd və təkamülün geniş meydanının yalqız
yolçususan, təcrübə keçmisən, imtahandan çıxmısan
və budur qarşında yeni bir dövr açılır...
Ey
əziz Azərbaycan, sən bir iti görən gözsən ki, İran
səninlə... mədəniyyətə baxır. Sən bir
həssas və mütəəssir olan ürəksən ki, bu
vətən dünya işiğını səninlə hiss edir.
Ey
ölməz Azərbaycan, bu ümidləri doğrult, başını
yuxarı tut, yaşa, həmişəlik yaşa.
Bu
sözlərin müəllifinə tale
çox mürəkkəb və öz xalqının taleyinə
bənzər dolaşıq, faciəli bir ömür yolu qismət
edibmiş.
Böyük
ürək sahibi və dönməz qəhrəman. 19171920-ci
illər arasında Cənubi Azərbaycanda növbəti inqilabi
hərəkatın başında dayanan bu böyük insanın
həyatı müqayisəsiz, bənzəri az olan bir
qəhrəmanlıq, zehni
və fiziki döyüş, mübarizə yolu idi.
Şeyx
Məhəmməd Xiyabanının inqilabi dünya görüşünü onun
Qafqazda (bir müddət Mahac-Qalada ticarətlə məşğul
olan atasının yanında yaşamışdı) olduğu
illər formalaşdırmışdı. O, doğma Bakıda
baş verən hadisələri izləyirdi; yaxşı
bildiyi rus dili vasitəsilə qabaqcıl inqilabi fikrə
yiyələnmişdi.
Xiyabanını
tanıyanlar bu son dərəcə böyük zəka sahibinin
xarakterindəki qeyri-adi bütövlüyə, onun yüksək kamalına,
sədaqət, təvazökarlıq, mənəvi ləyaqət
və təmizliyinə, nəciblik və cəfakeşlik kimi
ali insani gözəlliyinə valeh olurdular. Xalq arasında ona peyğəmbər
kimi baxırdılar.
Rusiyada
1917-ci il fevral hadisələrindən az sonra Xiyabanı və
onun dostları Azərbaycan Demokrat partiyasının konfransını
çağırırlar... 1917-ci il aprelin 9-dan çıxan
Təcəddüd qəzeti Xiyabanının gur səslə
mübarizə tribunasına çevrildi. Qəzetdə dərc edilmiş
istiqlal nəğməsi xalqın dilinə düşüb milli
himnə çevrilmişdi.
Millət
hamı qardaşımız,
Fəthü-zəfər
yoldaşımız.
Torpağımız,
daş-daşımız,
Öz
əlimiz, öz başımız
Yaşasın
hürriyyət!
Xiyabanı
əlaqələri möhkəmlətmək, Rusiyada
vəziyyəti dərindən öyrənmək və
gələcək hərəkatın istiqamətini
müəyyənləşdirmək üçün 1917-ci ilin may ayında
Tiflisə gəlib bolşeviklərlə görüşmüşdü. Onun
fəaliyyəti nəticəsində Təbrizdə rus
əsgərlərinə hər yerdə doğma qardaş
ehtiramı göstərilir, ziyafətlər verilirdi. Əsgər
komitələrinin əhaliyə çağırışı
belə idi: Gəlin əl-ələ verək, qardaş
olaq!
İyun
ayında rus əsgərləri ilə Təbriz əhalisi
birgə nümayişə çıxarkən başları üstündə
belə bir şüar dalğalanırdı: yaşasın
Azərbaycan xalqı ilə rus xalqının birliyi!
Millət
başında hər axşam minlərlə adam toplaşıb
Xiyabanının yeni çıxışını gözləyirdi.
Onun nitqləri Azərbaycan xalqının yüksək əxlaq,
mədəniyyət və azadlıq eşqinin, inqilab işinə
sonsuz sədaqətinin ifadəsi idi. Bu inqilab xalqı İran
idarə üsulunu yıxmağa çağırırdı!
Onun
rus əsgərləri ilə yaxınlığını
xaricilərə meyl, xəyanət kimi qələmə
verənlərə Xiyabanı belə cavab verirdi: Bizim düşmənçiliyimiz
nikolayların istibdad və cahangirliyi əleyhinədir. Yoxsa
hər hansı bir millətdən olursa-olsun, bütün dünyanın
demokratlarını biz özümüzə qardaş sayırıq.
Xiyabanının
rəhbərliyi ilə Cənubi Azərbaycan xalqı öz milli
hökumətini elan etdi və böyük inqilabi islahatlara başladı.
Yenə
də İran hökuməti ingilis xəfiyyələri ilə danışıqlar
aparmağa başladı. Xiyabanının aradan götürülməsi
üçün külli miqdarda vəsait ayrıldı.
Xain
qüvvələr min cür alçaqlıqla Xiyabanıyə ləkə yaxmağa
çalışırdılar.
Xiyabanı
nə dövlətin boş vədlərinə inanır, nə
də mətbuat səhifələrində milli hökumətə
yağdırılan böhtanlara məhəl qoyurdu! O,
Azərbaycanı idarə etməyə özümüz də layiq və
qadirik! deyə İran dövlətinin hər cür təklifini
rədd edirdi.
Belə
bir çətin vaxtda Azərbaycana vali təyin olunmuş
Müxbirissəltənə milli hökumətin jandarm rəisi
Mirzə Hüseyn xan Majoru ələ alıb xəyanətə
sövq etdi. Bu həmin Mirzə Hüseyn xandır ki, öz
xəyanətini 1946-cı ildə də davam etdirmiş və
İran qoşununun komandanı kimi Təbrizə gəlmişdi.
Mirzə
Hüseyn milli hökuməti silahlı qüvvəsini bir bəhanə ilə Təbrizdən
çıxartdı, Xiyabanı müdafiəsiz qaldı. 1920-ci il
sentyabrın 14-də kazaklar Həsən Miyanəlinin
evində Məhəmməd Xiyabanını mühasirəyə
aldılar. Şeyx təkbaşına uzun müddət atışdı.
İran kazakları həyətə girib onu
güllələdilər və sonra da qılıncla doğradılar.
İnqilabın
yeni bir alovu belə söndürüldü və Azərbaycan xalqı tarix
boyu yetirdiyi ən parlaq şəxsiyyətlərdən birini
belə itirdi.
Xiyabanı
böyük filosof idi: Cəmiyyətin əhval-ruhiyyəsi
fərdlərin
əhval-ruhiyyəsinin yekunudur.
Xiyabanı azadlıq
pərvanəsi idi: bir xalqın şərafəti üçün
birinci şərt onun müstəqil olmasıdır. Müstəqil
olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın
istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər.
Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik
və şücaətidir.
Xiyabanı öz xalqının
gücünə inanırdı: Xalq müqəddəsatını
özü müəyyən etməlidir... Ləyaqətsizlik,
qabiliyyətsizlik və ciddiyyətsizlik nəticəsində
öz istiqlaliyyətini itirmiş xalqların vay halına!
Xiyabanı ömrün mənasını
yurda xidmətdə görürdü: Qadınlarımız
öz səy və qeyrətlərini, qüvvətlərini elə işlərə
sərf etməlidirlər ki, o iş vətənin və xalqın
xeyrinə olsun.
Xiyabanı xalqı
əqidə bütövlüyünə çaşırırdı:
Təfəkkür və əqidə
məsələlərində intizam olması əsas şərtdir.
İndiyə kimi bizim ölkədə təfəkkür və
əqidələr çox müxtəlif və daşınıq olmuşdur.
Məsələn, birinci Parisdən gəlib, Paris düşüncələrini
burada nəşr etməyə başlayır. O birisi Londondan
gəlib, London adətlərini irəli çəkir. Üçüncüsü
isə Berlindən özü ilə Berlin nəzəriyyəsi
gətirib burda yayır.
...
Bunun nəticəsində yadlaşmış bir kütlə vücuda
gəlir ki, bunları idarə etmək çətin olur.
Xiyabanı yüksək
əxlaqı tərənnüm edirdi: Xalqı həmişə
zillətdə, səfalətdə, fladət və alçaqlıqda
istəyən xalq düşmənləri əllərinə
fürsət və bəhanə düşən kimi xalqın
əxlaqını
zəiflətməyə çalışırlar.
Xiyabanı
həqiqət aşiqi idi: Alimlər demişlər:
Qüvvət haqdan irəli keçə bilər, lakin onu əvəz
edə bilməz .
Xiyabanı
hərəkatı yatırıldıqdan sonra da Cənubi
Azərbaycanda tayı-bərabəri görünməmiş vəhşilik
başlandı.
Həmin
günlərin faciələrini xalq yazıçısı Mirzə İbrahimov
belə təsvir edir: Azərbaycanın yüzlərlə oğulları
güllələndi, dar ağaclarından asıldı,
minlərlə Azərbaycan balaları məhbəslərə
salındı, İranın cənubuna, quru, isti və
cəhənnəmi andıran çöllərə sürgün edildi. Azərbaycan
dilində yazmaq və oxumaq qadağan olundu. Azərbaycanın
böyük və kiçik bütün idarələri fars məmurları
ilə dolduruldu. Rza şah Azərbaycan adını xəritədən
silmək üçün əlindən gələni etdi. Rza şahın
hakimiyyəti illərində Azərbaycan şəhərləri
xarabazara çevrildi. Azərbaycanın gəlirini çəkib apardılar.
Işsizlik, kasıblıq və səfalət hər yanı
bürüdü. Bütün bunlardan əlavə, Azərbaycan xalqına qarşı
etimadsızlıq və təhqiri münasibət daha da
dərinləşdi.
...Azərbaycan
dilində danışanları idarələrdən qovdular. Məhkəmələri
fars dilində apardılar. Ömründə bir kəlmə farsca danışmamış
Azərbaycan kəndliləriylə də sorğu-sualı
farscaya keçirdilər. Azərbaycan dilində ədəbiyyat
oxumaq, şer yazmaq və yaxud mahnıya qulaq asmaq
qəbahət sayıldı.
* * *
Qatar
gedir... Və İrandakı demokratik hərəkatlarda sözün,
bədii ədəbiyyatın necə böyük rol oynadığını
xatırlayıram. İran mətbuatının yazdığına
görə həmin hərəkatlar dövründə Sabirin Hophopnaməsi
İranda bir ordu qədər iş görüb. Bununla başlı
şahın xüsusi bir qara qanunu da olub: kim Hophopnaməni
oxuyur və ya əzbər deyirmişsə, sorğu-sualsız,
on il Qəsri-Qacara göndərilirmiş. Dahi Sabirin bu böyük kitabı
İranda bu gün də qadağandır. Yəni Sabirin böyük poetik
həqiqətini gözünə düz baxmaqdan İranda bu gün də
qorxurlar.
Qatar
gedir... Fikrimdə Cənubi Azərbaycan xalqının iyirminci
yüzildəki faciələr kitabının üçüncü bölməsi açılır.
1945-ci il dekabr ayında qurulmuş Azərbaycan Milli
hökumətinin taleyi də Səttarxanın və xiyabanının
rəhbərlik etdiyi inqilabi hərəkatların taleyinə bənzəyir.
Yəni mübarizə havası öz lideri, rəhbəri və qurbanını
yetirmişdi: Seyid Cəfər Pişəvəri...
Azərbaycan
Demokrat Firqəsinin müraciətnaməsindən: Biz deyirik:
Azərbaycan torpağında beş milyonluq bir xalq yaşayır
ki, onlar özlərinin kəmiyyətlərini təşxis vermişlər.
Özlərinə məxsus dilləri, ayrı bir adət və
rüsumları vardır. Bu xalq deyir ki, biz istəyirik İranın
istiqlaliyyətini və təmamiyyətini hifz etməklə
bərabər, öz daxili işlərimizi idarə etməkdə muxtar
və azad olaq...
Bu
tələblər Səttarxan və Ş. M. Xiyabanı
məramnamələri ilə tam səsləşir; xalqın
bu qədər qurban verməsinin ancaq bir məqsədə
xidmət etdiyini göstərir.
...
Xalq, nəhayət, milli hökumətini yaratmışdı, öz
arzularına yetmişdi. Azərbaycanın hər yerində
məktəblər açılmışdı, az vaxtda dərsliklər
buraxılmışdı, dərslər ana dilində
keçirilirdi, ana dilində qəzet çapı, kitab nəşr
görünməmiş bir vüsət almışdı. Təbriz
filarmoniyası və Təbriz Universitetinin açılması
əsl milli bayramlara çevrilmişdi.
Milli
muxtariyyətin ilk günlərində başlayaraq Azərbaycanda
azlıq təşkil edən millətlərin kürdlərin,
ermənilərin də qarğısına qalırmış,
məktəblərinin açılışına, mətbuatının
yaradılıb inkişaf etdirilməsinə xüsusi diqqət
yetirilmişdi.
Bir
ildə Cənubi Azərbaycan xalqı yüzillik yol keçmiş
və öz milli ideallarına yaxınlaşmışdı.
Sözarası. 1976-cı
ilin dekabr ayında tələbəlik dostum Seyran
Səxavətin Füzulidəki ata yurduna getmişdik. Araz boyunda
televiziya hərdən İranı da göstərdiyini eşitmişdim.
Televiziyanın düyməsini basdıq ki, görək o tayda nə var.
Tehrandan bir rəsmi, keçid
göstərirdilər. Şah tribunada dayanmışdı. Bu
təntənə Cənubi Azərbaycan Demokrat Firqəsinin şahın
dili ilə desək Azərbaycan irticası nın boğulmasının
30 illiyinə həsr edilmişdi. Irticae-Azərbaycan sözü
məni ildırım kimi vurdu. Farsın bayramı Cənubi
Azərbaycan milli matəmi idi! Bir ölkə daxilində hakim
millətlə əzilən xalqın taleyi belə toqquşur...
Şah
kürsüdən baxırdı. Lakin üzündə çox qorxu, təşviş
vardı. Elə bil əllərini qoyduğu Azərbaycan xalçasının
naxışları ona od vuracaqdı. Ölkənin yarıdan
çoxunu təşkil edən qocaman bir xalqın faciəsinə
sevinmək o qədər də asan başa gələn alçaqlıq
deyil. O yaxşı bilirdi ki, sıralardan ötən
əsgərlərin, zabitlərin, generalların çoxu
azərbaycanlıdır. Milləti öz yasında oynadıb-oxutmağın
elə-belə cavabsız ötüb keçməyəcəyini şah
duymalı idi. 1979-cu il inqilabına təkan verən Təbriz
üsyanı da bunu təsdiq etdi.
Irticae-Azərbaycan.
Elə ki Cənubi Azərbaycan xalqı başını heç
olmazsa bir illiyə farsın yorğanından çıxarıb
dünya işığina baxıb, İran şovinistləri buna
irtica damğası yapışdırıblar.
Eşitdiklərimdən: Qonşu
kənddə çox danışan bir kişi var idi. Bir
nəfərlə rayon mərkəzinə gedirmiş. On
kilometrlik yolda cümləsinə nöqtə qoymadan üyüdüb tökür. Yoldaşının
hə, yoxuna da qulaq asmır, nəfəsini kəsir.
Mənzilə az qalmış yolun üstündəki bulaqdan su
içəndə bayaqdan susub qulaq asan yoldaşı onun dodağını
gözündə, bir dizini yerdə görüb nə isə demək
istəyir, lakin çoxdanışan su içə-içə ayağını
əsəbi-əsəbi yellədir ki, dayan, dayan sözüm qurtarmayıb.
...
Azərbaycan öz iradəsində yaşamaq arzusunu dilinə gətirənətək
fars irticası onu hədələyir ki, sən İranın
bütövlüyünü pozmağa çalışırsan. Deməli, mənim
məhvim hesabına kiminsə bütövlüyü qorunmalıdır...
Irticae-Azərbaycan...
Oğru elə qışqırır ki, doğrunun bağrı
yarılsın. Yəni, necəsən qanmayım atan yansın...
yəni: adımı sənə qoyum, səni yana-yana qoyum... Yəni
biz yoxuq, biz heçik, səsimizi çıxaran kimi cəzalandırılacağıq.
Mirzə Cəlil demiş, cınqırımızı çıxaran
kimi, xortdan gəldi deyə bizi hədələyəcəklər...
Özümüzü özümüzə güldürəcək, öz əlimizlə özümüzə
təhqir yazdıracaqlar.
Əslində isə 1946-cı
ildə İran hakimiyyətinin Cənubi Azərbaycan milli
hökuməti qan dənizində boğmasıxəyanət,
irtica, qırğın sözləri ilə ifadə oluna
bilməyən, insanlıqdan çox uzaq olan bir vəhşilik idi.
ABŞ və İngiltərə hakimiyyət orqanları fars
cəlladlarının sağdışı və soldışı
vəzifəsini bu sahədə böyük təcrübəsi olan bir
beynəlxalq jandarm səriştəsi ilə yerinə
yetirirdi.
ABŞ
imperializminin irticaçı sifəti Azərbaycan hadisələrində
maskasız və bütün gerçəkliyi ilə göründü. Sonralar bu
irtica Viyetnamda, Kubada, Liviyada çox faciələr törətdi və
dünya ictimaiyyəti tərəfindən dönə-dönə ifşa
olundu. Lakin Azərbaycan bu irticanın ilk sınaq meydanlarından
biri idi.
Məhz
onların fitvası ilə 1946-cı ildə BMT-də İran
hökumətinin haqsız şikayəti müzakirə edirilmişdi.
Millətlər təşkilatı da bir millətin
faciəsinə göz yumub Amerika zurnaçılarının çaldığıyla
oynayırdı. Beləliklə, Azərbaycana təkcə İran
ordusu yox, beynəlxalq irtica hücuma keçmişdi. Şahın
Azərbaycanı fəth etmək yürüşü adlandırdığı
bu qansız müharibədə təpədən dırnağadək
silahlanmış dünya imperializmi silahsız, köməksiz,
əliyalın xalqın üstünə gəlirdi. 1946-cı il
sentyabr ayının birində öz uşaqları
bəzənib-düzənib məktəblərə gedəndə
azərbaycanlı uşaqlar süngülərə, tankların
tırtılları altında torpağa qarışırdılar.
Beynəlxalq münasibətlər yenidən pozulmasın deyə,
yenə də qardaş qırğınının qarşısını
almaq üçün Azərbaycan əyalət əncüməni xalq qoşunlarına
döyüş meydanını tərk etmək əmri verdi:
Azərbaycan azadlıq xatirinə, bəşəriyyətin
xatirinə üsyan etmişdi və yenə də azadlıq və
bəşəriyyətin gələcəyi xatirinə geri
çəkilməyə, işgəncə və
məhrumiyyətlərə dözməyə razı oldu.
Bəs
bu insani münasibət hə ilə nəticələndi? Guya
milli məclisə seçkilərə nəzarət üçün gəlmiş
İran qoşunları görünməmiş bir vəhşiliyi başladı.
Qoşunun qabaq dəstəsi əlli kəndlini
güllələrək Qızılüzən çayına atdı. Tank
hissələri yüzlərlə kəndi viran qoyub keçdi...
Sərabda
mübariz fəhlə Məhbus daşla tikə-tikə edildi,
cənazəsi meydanda qoyuldu. Yüzlərlə kəndli insanlıq
qanunlarından uzaq cəzalarla öldürüldü.
Ərdəbildə
o qədər adam qırılmışdı ki, yollar tutulmuşdu.
Xəlil
dayı. Bu məşhur inqilabçını üç dəfə dara
çəkmiş, hər dəfə də nəfəsi
kəsilən anda dardan endirib, huşa gətirib yenidən ölüm
halqasının altına aparmışdılar.
Alçaqlığa
hüdud yox idi. Ərdəbil meydanlarında dara
çəkilənlər arasında neçə-neçə uşaq var
idi...
Səriyyə.
Bu igid Şahsevən qızı Səməri kəndində
həyat yoldaşı Əli və silahdaşları ilə
bir səngərdə vuruşurdu. Yan-yörəsindəki bütün
tüfənglər susurdu. Susan ürəklərlə birlikdə.
Təkcə Səriyyə duruş gətirmişdi və
təkbaşına beş gün idi atışırdı. Patronu
azalmışdı. Düşmən bu qızı əzmindən
döndərməkdə aciz idi. Axır minnətçi salıb, Qurana
and içdilər ki, silahı yerə qoysa, Səriyyəyə
toxunmayacaqlar. Lakin az sonra bu Quran Səriyyənin öz qanına
boyandı. Qətl zamanı Səriyyə barmağını düşmənlərinə
silkələyərək demişdi: Azərbaycan oğulları
mənim intiqamımı alacaqlar. Azadlıq ağacları şəhidlərin
qanı ilə suvarıldıqca daha çox bar verəcəkdir.
XX əsrdə ibtidai
insan vəhşiliyi: Fars sərbazları Əli
Qəhrəmaninin kəsik başını neyzəyə
taxaraq, ətrafında dövrə vurub vəhşi çığırtıyla
atılıb-düşürdülər. Öz ovunu ələ keçirmiş
qədim yarımvəhşi insanlar da belə şələnirdilər.
Təbrizdə
doktor Baqırının evi tankların tırtırları
altında qaldı. Uşaqların gözü qarşısında
onun cənazəsini nişangaha çevirdilər.
Azərbaycan
xalqının inqilabi mübarizələrində iştirak
edən fars mücahidi Həsən Qasımı ölümündən bir gün
əvvəl atasına yazırdı: Sabah başucalıqla,
ürəklə ölümə gedirəm, darıxma!
Bu
məktubu alandan sonra onun səksən yaşlı atası
qəzetə yazırdı: oğlum mərdliklə ölüb.
Mən onun ölümünə kədərlənmərəm.
Xoy
inqilabçıları dar ağacı altına çiyin-çiyinə,
iftixarla gedirdilər.
Urmiyada
azərbaycanlı, erməni, kürd, asuri oğulları ağır
anlarda da ayrılmadılar. Onlar ölümü qardaş kimi qucaqlaşıb
birlikdə qarşıladılar.
Təbrizin
qanlı günlərinin tükürpərdən səhnələrindən
biri 27 zabitin ölüm meydanına getməsi idi. Bir anda şəhərdəki
atışmalar kəsilmiş, evlər, küçə və meydanlar
sükuta qərq olmuşdu. Qocaman şəhərin üstündə
bütün silahların səsini batıran Azərbaycan himni
səslənirdi:
Ana yurdumsan, ey şanlı vətən
Həmişəlik yaşa,
Azərbaycan.
Azərbaycanın
ölməz azadlıq himninin düşmənin güllə
səsləri susdurdu, lakin bu qəhrəmanlıq ruhu qırılmadı.
Haşiyə: İranın
sonuncu inqilab günlərində Təbrizə gedib qayıtmış
bir cənublu ağsaqqal həmin zabitlərin qəbrini
neçə ziyarət etdiyindən danışırdı. O vaxt
qəbiristanda mürdəşir olmuş, zabitlərin
cəsədini yuyan savadsız bir kişi bütün bu illər
ərzində sıra nömrəsi ilə hansı məzarda kimin
ulduğunu yadında saxlayıbmış.
İslam
inqilabından sonra tək-tək hamısını nişan
verib, adlarını yazıblar.
Milli
hökumətin baş prokuroru Firidun İbrahimi altı ay işgəncəyə
mərdliklə dözdü, ondan bir kəlmə qopara
bilmədilər. F. İbrahimi Amerika müxbirinə müsahibə
verməkdən imtina edib demişdi: Mən xalqımın düşmənləri
ilə danışmaq istəmirəm.
1947-ci
ilin may ayında toya gedirmiş kimi səliqəli
geyinib-bəzənmiş F. Ibrahimı açıq alınla dar
ağacı altına getdi. Şah görsün deyə üç gün onun
cəsədini dar ağacından asılı saxladılar.
...Bütün
bu qurbanlar Təbrizli şair Əli Fitrətin sözünü milyonlarla
azərbaycanlı ürəyindən qopduğunu göstərir:
Dilim Azər, elim
Azər, məkanım Azərbaycandır,
Əgər min canım
olsa bu namə qurbandır...
...Təbrizdə
Məclis kitabxanası, Milli orkestr, Dövlət Filarmoniyası
və teatr qarət edildi. Baqırxanın kürəkəni
general Həşiminin ( Mirzə Hüseyn xan Major) əli ilə
Səttarxan və Baqırxanın heykəlləri daşıdıldı,
yerində Məhəmməd Rza şahın şəkli
qoyuldu.
Bir
il ərzində yaradılmış nə qədər
maarif-mədəniyyət ocağı vardısa yerlə-yeksan
edildi. Azərbaycan Demokrat Firqəsinin minlərlə üzvü sorğusuz-məhkəməsiz
güllələndi.
Cidanı çuvalda
gizlətmək olmaz. Azərbaycan Demokrat Firqəsinin
rəhbərlik etdiyi 21 Azər nehzəti 1945-ci ildə İran
hökuməti ilə 15 maddədən ibarət müqavilə başlamışdı.
( Heç bir maddəsinə əməl olunmamış həmin
müqavilə, əslində elə bu gün də qüvvədədir!)
Lakin bu müqavilə gözdən pərdə asmaq üçün imiş! İki
ay sonra İran hakimiyyət orqanları Azərbaycanın
üstünə göndərmək üçün 40 təyyarə, 60 tank almışdı.
Azərbaycanı fəth etmək üçün dövlət
büdcəsindən 1 mln. 250 min tümən pul ayırmışdı.
Bundan əlavə sahə büdcələrinin, bütün gizli
büdcələrini və şah ailəsinin gəlirinin böyük bir
hissəsi də bu işə sərf edilirdi.
Azərbaycana
hücum edən ordunu yola salarkən şah demişdi: Gedin
Azərbaycanı atəşə tutun, oranı yerlə-yeksan
edin.
Şahın
xatirələrindən. Mən Azərbaycan inqilabının
boğulmasına şəxsən rəhbərlik edirdim və
təyyarə ilə tez-tez döyüş meydanına uçub, hərbi
əməliyyata özüm nəzarət edirdim...
Budur
şahın əsl siması!
Fars
xalqının qəhrəman oğlu Xosrov Ruzbeh demişdir:
Hər bir başqa iş kimi, yaxşı ölməyi də
bacarmaq lazımdır!
1946-cı
il hadisələrində Azərbaycan oğlu və qızları
ləyaqətli ölümün ağlagəlməz, misilsiz formalarını
göstərmişdilər.
Xalq
yazıçısı Mirzə İbrahimovun 19451946-cı
illərdə Cənubi Azərbaycanda milli-demokratik
hərəkat haqqında məqaləsindən: Bəli, İran
orduları Təbrizi aldı!...Mürtəcelərin məddahları
anlamırdılar ki, mədh üçün, qürur üçün deyilmiş bu
sözləri tarix lənətlə yad edəcəkdir. İran
orduları! Bu sözlər
Azərbaycan balalarının, kürd və erməni uşaqlarının
gözündə əbədi olaraq zülm və zorakılığı
lənətə gəlmiş kabusunu canlandıracaq və onları
azadlıq uğrunda mübarizələrə
çəkəcəkdir.
...Azərbaycan
xalqının başına gətirilən zülm və
fəlakətlər orta əsrin, Çingiz xan və Teymurləng
kimi qanlı fatehlərin törətdiyi dəhşətləri
kölgədə buraxır. Budur, onların qan donduran vəhşiliklərinə
bir neçə misal: Mərəndidə mürtəcelər bir
dəstə demokratı meydana çıxarıb daş-qalaq edib
öldürmüşlər. Həmin Mərəndidə bir neçə
fədaini, o cümlədən ağsaqqal bir qocanı atın quyruğuna
bağlayıb meydanda gəzdirmiş və vəhşiyanə
bir sürətdə həlak etmişlər. Dekabrın 16-da orada
serjant Aləmini top kimi havaya ataraq, göydə gülləbaran etmiş,
sonra meyidi soyunduraraq ağ neft səpib od vurmuş və yanan
cənazəni məşəl kimi şəhərdə
gəzdirmişlər.
...Xoyda
fəal demokrat İsmayılı vəhşiyanə
surətdə öldürmüşlər. O son nəfəsində Yaşasın
Azərbaycan Demokrat Firqəsi! deyə qışqırmışdır.
Vəhşilər onu tikə-tikə doğrayaraq ət və
sümük parçalarını bir arabaya yığmış və şəhərin
küçələrində gəzdirmişlər.
...Təbrizdə
leytenant Sərtibi öz evində mühasirə edildikdə,
əvvəlcə qadınını və körpə uşaqlarını
öldürmüş, sonra bir neçə cəlladı həlak
edərək, axırıncı güllə ilə özünü vurmuşdur.
...Azərbaycan
Demokrat Firqəsi Xoy əyalət komitəsinin sədri
Əhmədi ölümqabağı onu sorğu-suala çəkən
Tehran cəlladlarına demişdir: Mən Tehran
nümayəndələrinin suallarına heç bir cavab
verməyəcəyəm, mənim cavablarım sizə
bəllidir. Mən sizin murdar üzünüzü görmək istəmirəm.
Ömrümün son iki ilini mən Azərbaycan xalqının yolunda
xainlər və mürtəcelərlə mübarizəyə həsr
etmişəm. 1911-ci ildə siz mənim atamı da bu cür öldürmüşsünüz.
Çünki o da xalqımın azadlığı yolunda Səttarxan
dəstəsində vuruşurdu. Məni də öldürünüz. Amma yadınızda
saxlayınız ki, böyük intiqam günü gələcəkdir.
...Əhmədi
ölərkən güllələnməsini xahiş etmişdi.
Lakin
cəlladlar onu döyə-döyə, bıçaq və
xəncərlə doğraya-doğraya öldürmüşlər.
Xatirə,
yaxud qanlı göz yaşı. Həmin hadisələrin iştirakçısı
və şahidi olan bir gəlin, illər ötəndən sonra, yaşlı
vaxtında Təbrizin qanlı dekabr günlərini belə xatırlayır:
Cəmi bir neçə ay idi evlənmişdik. Ərim milli
hökumətdə fəal çalışanlardan idi. İran ordusu
Təbrizə gələndə sorğu-sualsız
güllələdilər. Ələ düşməyək deyə
Təbrizdən qaçmalı idik. Qayınanam fayton tutub gəlmişdi.
Gecə qorxa-qorxa evdən çıxdıq. Fayton donmuş, buz bağlamış
yolla irəliləyirdi. Bir-birimizə qısılıb oturmuşduq.
Lakin çox həyəcanlı idik. Fayton demək olar ki, hər beş-on
dəqiqədən bir dayanır, faytonu harasa yoxa çıxır,
bir azdan qayıdırdı. Bir neçə saat keçmişdi, lakin
hələ şəhərdən çıxa bilməmişdik. Axır
qayınanam dözmədi: ay filankəs, biz qadın xaylağıyıq,
özümüz də tələsirik. Sənin qəsdin nədir ki,
tez-tez faytonu saxlayıb harasa gedib təzədən qayıdırsan?
Faytonçu bir müddət susdu, sonra asta-asta dedi: Rahatsız olmayın
xanım! Mənim heç bir qəsdim yoxdur. Tez-tez dayanmağımızın
səbəbi də budur ki, küçələr meyitlə doludur.
Keçmək olmur. Donub yola yapışıblar. Faytonu üstündən
sürməyəcəyəm ki? Düşüb əlləşə-əlləşə
birtəhər asfaltdan qoparıb kənara çəkirəm,
təzədən yoluma davam edirəm.
Bəli,
Təbrizin o şaxtalı qış günlərində
küçələrdən keçib getmək çətin idi. Minlərlə
adam küçə döyüşlərində öldürülmüşdü.
Sonrakı
bir neçə ay ərzində Azərbaycan və Kürdüstanın
demək olar ki, hər bir ictimai meydançası
cərgələrdə düzülən dar ağaclarından asılmış üsyançı
meyitləri ilə dolu idi. Bu həmin günlərin şahidi olmuş
Amerika konsulunun sözləridir
(Bax: M. M. Çeşmazər. Azərbaycan Demokrat Partiyasının
yaranması və fəaliyyəti, Elm nəşriyyatı,
Bakı, 1986, səh.146)
Amerika-ingiltərə imperialistlərinin göstərişi
ilə şah qoşunları Azərbaycanın iyirmi min qoca,
cavan, arvad və kişisini öz hüquqlarını tələb
etdiklərinə görə qılıncdan keçirdilər. Evlər
yandırıldı, ailələr sərgərdan oldu. Məşrutə
inqilabının qeyrətli və canından keçmiş
mücahidlər nəsli dəstə-dəstə dara çəkildi,
dəstə-dəstə Bədrabad və başqa düşərgələrə
sürgün olundu. Burda rəqəmləri saxlaşdırıb,
kiçiltməyə çalışan Tehran mətbuatının
fikridir. Əslində isə inqilabın qurbanlarının sayı
qat-qat çox olub. Təkcə 1946-cı ilin dekabr ayının
sonunda Azərbaycanda öldürülənlərin sayı 30 min
nəfərdən çox idi. bundan daha artıq adam sürgün edildi.
1946-cı
il Cənubi Azərbaycana milli azadlıq hərəkatına
rəhbərlik edən S. C. Peşəvərinin də taleyi
həll olunmuşdu. O, SSRİ-yə gəldi, Stalin
dövrünə xas olan bir üsulla, qəza nəticəsində aradan
götürüldü.
Lakin
inqilabların qurbanları təkcə həyata göz yumanların
sayı ilə ölçülürmü? Xalqı neçə illər
ərzində, boğulan arzular, qırılan inamlar hansı
rəqəmlə ölçülə bilər? Və nəhayət, yüz
minlərlə mühacirin, Çindən tutmuş ABŞ-a
qədər, müxtəlif ölkələrin yollarına
səpələnən saysız-hesabsız didərginlərin
parçalanmış ürəyi, dağılmış
ailələri, ömrü göz yaşı içində keçən bütöv bir
nəslin ah-fəryadı... Bunu hansı ölçü ilə ölçmək
olar?
İnqilabçı
arvadının sonrakı taleyi. Gəlin-qayınana bir
müddət kənddə gizlənirlər. Sonra gəlin həbs
edilib minlərlə başqa inqilabçı ailəsi kimi İranın
cənubuna, həyat əlaməti olmayan səhralara sürgün
edilir. Sürgün olunanların arası kəsilməyən axını
bütün İranı şimaldan cənuba çəpəkinə
kəsib keçirdi.
Öz
cavan, mərd, sevimli ərini itirmiş, yaxın adamlarından
uzaq düşmüş, zifaf pərdəsindən çıxmazdan başı
olmazın müsibətlər çəkmiş gəlin ac-susuz, ayaqlarını
sürüyə-sürüyə bu insan selinin ağzında axıb gedirdi.
Lap nağıllardakına bənzəyən bir əhvalat da
baş vermişdi: yolda görən və ona vurulan bir
bəyzadə də öz faytonunda bu bitib-tükənməz yolları
onunla yanaşı gedirdi. Zabitlərlə danışıb
razılıq almışdı, onu faytona dəvət edirdi,
bu əzabdan qurtarmaq istəyirdi. Pulpərəst dövlət məmurları
ilə bu işi görmək o qədər də çətin deyildi,
lakin qızın əzmi Azərbaycan fədailərinin
əzmi kimi dönməz idi: Mən inqilabçı ərimin ruhuna
xəyanət edə bilmərəm. İnqilabçı arvadının
ayrı taleyi yoxdur!
Azərbaycan
qadını! Sənin önündə milyon kərə baş
əymək azdır. Öz tale qismətinin, sevgisinin, uşaqlarının
atasının, fərqi yoxdur, xoş günləri az olub, ya heç
olmayıb, nəinki özünə, hətta vəfatından
illər keçəndən sonra, ruhuna belə xəyanət
etməyən bu nəcibliyi və qüdrəti, bu çiçək
zərifliyini və qaya dözümünü sən haradan almısan?!
Ölkənin
cənubuna doğru uzanan, bitib-tükənməyən işgəncə
yolları! Və bu yolla yanaşı uzanan bir xoş gün ilğımı
vəd, xilas, yeni həya!.
Lakin
məslək və qeyrət sahibi üçün bir yol var... Cavan
gəlin də bu yola düşüb ölümə doğru gedirdi və o
faytondan dil çıxaranın gözəl üzü həmin yollar boyu qum
üstə qıvrılıb üstlərinə atılmağa hazır
olan ilanların sifətinə qarışırdı.
Az
qala ömür sonuna qədər o, qadın yenə eləcə sadiq,
əyilməz və peşmançılıq duymayan bir vüqar
içində yaşayırdı.
Onun
söhbəti qeyri-ixtiyari, rus dekabristlərinin dalınca min
kilometrlərlə yol keçib uzaq Sibir tənhalığına varan
, bu boyda məşəqqətlərin içində də
özlərini dünyanın ən xoşbəxt qadını hesab
edən xanımlarınındekabristlərin bacılarının
və arvadlarının faciəli və oxşar talelərini
yada salır.
Xalqların
mənəvi birliyini göstərmək üçün bundan gözəl misal
tapmaq olarmı?
* * *
Başqa
bir faciə. Cənublu dostlarımızdan biri həmin qanlı
günlərdə Şimali Azərbaycana qaçan ailələrdən
birinin başına gələn müsibəti göz yaşları
içində nağıl edirdi. Ər-arvad uşaqlarını da
götürüb daş yolu ilə Lənkərana, qohumlarının yanına
pənah gətirirlər. Ac-susuz neçənci gün idi yol
gəlirdilər. Yol da ki çətin, keçilməz. Qadın qabaqda
qatırın belində, qucağında körpəsi. Kişi
də arxadan gəlir, balaca, ac, xəstəlikdən üzülmüş
oğlun çiyninə alıb, yorğunluqdan ayaqlarını zorla
sürüyür. Qəzəbindən yeri-göyü yandırmaq, tanrını
da öz görünməz taxtından endirib haqq məhkəməsinə
çəkməyə hazırdır. Səbrinin tükənən çağında
çiyninə aldığı uşaq
da bir yandan ürək parçalayan bir səslə zarıyır.
Acam, ac...am, a...c...am... Ata ürəyi daha bu səsə dözə
bilmir. Bütün keçmiş, gələcək, övlad, ailə
gözündən silinib gedir. Sanki uçurumun dibindən gələn bu
səs, bu övlad ata düşüncəsini dondurur. İstəkli qadınını
nabələd daş yollarında tərk edib, balasıyla
birgə o səsin, o ölüm harayının, dibsiz uçurumun qoynuna atılır.
* * *
...Qatar
Araz boyu gedir və xalqın taleyini öz taleyində yaşadan, İranda
bu əsrdə baş vermiş bütün hadisələrin şahidi
olan, hər dəfə irtica güclənəndə
dəstə-dəstə qovulan, sürgün edilən, ölümün
əlindən qaçan, ya da öz ideallarına daha da yaxın olmaq,
daha qəti mübarizələrə görmək üçün dünya
ölkələrinə səpələnən yüz minlərlə mühacir,
pənahəndəni, demokrat, cənublu qardaş və
bacımızı düşünürəm. Onlarla çox görüşmüşəm;
Orta Asiya respublikalarında, Rusiyanın müxtəlif şəhərlərində,
Moskva və Leninqradda, Ukrayna və Belorusiyada, xarici
ölkələrdə və nəhayət Sovet Azərbaycanında.
Hər
dəfə Cənubi Azərbaycan inqilabları yatırılandan
sonra güllədən, qılıncdan, dar ağaclarından, doğranmaq
və tonqalda yandırılmaqdan, gözünə mil
çəkilməkdən və şaqqalanmaqdan, diri-diri torpağa
basdırılmaqdan, saçından və ayağından asılmaqdan
birtəhər yayınıb dünyaya səpələniblər.
Əsrin ilk illərindən başlanan bu faciə, yəni
milləti öz evindən zorla didərgin salmaq vəhşiliyi
indi də davam edir.
Hər
iyirmi-otuz ildən bir, yeni nəsil yetişdikcə,
Azərbaycan süd kimi üz bağladıqcan üzünü yığır,
başını qoparır, onu düşünən başsız
və vuran əlsiz qoymağa çalışırlar. Bu, fars şovinizmin
və dünya imperializminin çoxdan bəri uğurla həyata
keçirdiklərini bir proqramdır.
Millətimin
ruhuna heyranam! İlan gülləyə atılan kimi, qanına
qəltan ediləcəyini bilə-bilə hər dəfə
ölümün üstünə atılır, qətiyyətlə, sevinclə;
bu belə olub, görünür, həmişə də belə olacaq, ta
xalqın yaşayış əlifbası olan azadlığa,
müstəqilliyə və bütövlüyə yetişənədək!.
Çox təbii bir arzudur! Yəni dünyaya insan gəlibsə yaşamalıdır,
ağac gəlibsə boy atıb, çiçək açıb, meyvə-bar
verməlidir; ağac mövcuddursa, bütöv olmalı, torpağında
arxayın yaşamalı, öz dilində danışmalı, öz mənəviyyatının,
ləyaqətinin, var-dövlətinin sahibi olmalı, heç kimi
əzməməli və heç kim tərəfindən
əzilməməlidir! Təbiət qanunları
cəmiyyətə də aiddir! Dünyanın müvazinəti o vaxt
pozulur ki, bu qanunlarla hesablaşmır, təbii inkişafdan
yox, zorakılıqdan asılı oluruq!
Sovet
Azərbaycanı elminin, mədəniyyətinin inkişafına
təkan vermiş, o üzdə həyata keçməyən yaradıcılıq
və elmi axtarış arzularına burda qovuşmuş
minlərlə cənublunun hər birinin taleyi bu xalqın
faciəsinə güzgü tutur.
...Qocaman
jurnalist Qulam Məmmədliyə baxıram, gördüyü
işləri, gecə-gündüz ölkənin arxivlərindən
topladığı materialları xatırlayıram, hər
biri bir xırman yərini xatırladan, iri, aşır,
indi asta-asta əsən əllərini göz önünə
gətirirəm və inana bilmirəm ki, bu gümrah kişi bu yüz ilin
əvvəllərində də yaşayıb və o
vaxtın mətbuatında jurnalist kimi çıxış
eləyib, ömür yolu onu İrandan Orta AsiyayaTürkmənistana, ordan
da Bakıya atıb... Uca boyuna, qayadan yonulmuş kimi sərt
üzünə baxanda düşünürəm, hər hansı xalqı tanımaq
üçün onun bir nümayəndəsini göstərmək lazım
gəlsə, Qulam Məmmədli Cənubi Azərbaycan xalqını
ləyaqətlə edə bilərdi.
* * *
Neçənci
sinifdə oxuduğum və neçə yaşında olduğum yadımda
deyil. Müharibəyə gedib qayıtmamış Nəzər
əminin üstü taxtalı, həyətində iri heyva ağacının
meşə kimi sıx kölgələnəcək yaratdığı
və kimsəsizliyi ilə bir az da sirli-sehrli görünən
evlərində, az qala otağın yarısını tutan iri
taxta çarpayının üstündə qonşu uşaqlarla baş-başa
verdiyimizi günləri xatırlayıram. Daha doğrusu, mən
özümdən yaşlı olan cavanların dəstəsinə qoşula
bilmək etibarı qazanmışdım. Soyuq qış
günlərində çartıltıla, yanan odun piçinin hənirində, isti yay
günlərində bu həyətin çəkib gətirdiyi sərin
küləyin mürgülü rahatlığında baş-başa verib
gələcək üçün planlar cızır və bir də
təzə tapdıqları kitabları bərkdən
oxuyurdular. Hamısı Rüstəmxanlılar nəslinin seçmə
cavanları idilər. Necə oldu onların sonrakı
taleyi? O arzular başa çatdımı?
O
vaxt mənim gözümə son dərəcə qüdrətli və
hər şeyə qadir kimi görünən cavanların taleyini
fikirləşəndəhəyatın amansızlığı
qarşısında sarsılıram. Çünki həmin cavanlar
ürəklərində kükrəyən arzuları ilə hərəsi, az
qala bir ölkə idarə etməyə, bir ordunu döyüşə aparmağa
hazır idilər. Kitabın, bədii sözün və
ümumiyyətlə, keçmişə qovuşmuş hər şeyin
gözəlliyini ilk dəfə onların arasına düşəndən
sonra duymuşdum. Bu evin otaqları da bir qədimlik havasına
bürünmüşdü. Divarlarda qızılgöz taxtalarından yonulmuş
çox gözlü dolablar var idi. Elə həmin taxtadan
bərbəzəkli divar rəfləri yonulmuş,
rəflərin də qabağından qotazlı almalıqlar asılmışdı.
Divardakı balaca xalçanın üstündə iyirminci illərin üslubu
ilə hazırlanmış çox təmtəraqlı şəkil-vinetka
var idi. Xırda portretlər səliqə ilə yan-yana düzülmüşdü.
Hər birinin üzündə inam, qətiyyət, sevinc olan cavan,
gözəl oğlanlar boylanırdı. Həmin şəkli
sehrli edən və evin ən nadir əşyasına
döndərən bir də bu idi ki, şəkillərin altında
o vaxt mənə bəlli olmayan, dəqiq yadımda deyil, ya
ərəb, ya da latın qrafikası ilə sözlər yazılmışdı.
Şəkildəkilər
tək-tək xatırlananda bu sözlər canlı adamlara
çevrilirdi, onların hərəsi bu kəndin, bu mahalın
qeyrətli, dəyərli kişisinə dönürdü.
Taxtın
üstündə baş-başa verib oturan o cavanların növbə
ilə bərkdən oxuduqları bir kitabın
qəhrəmanlarının taleyində və
dərdlərində, doğrudan da, hamını kövrəldən
bir doğmalıq və qədimlik var idi. Musa kişinin
ailəsi, kənd xırmanı və mənə tanış
olan bir həyatın xırdalıqları dəqiq, canlı
idi və kitabla bizim yaşadığımız həyatın,
kəndimizin, öz taleyimin arasında körpü salırdı.
Ədəbiyyatı nə isə bizə doğma olan bir dünyanın
əks-sədası hesab etməyimə səbəb olan da
elə həmin o cildi əli bayraqlı süvarilərin şəkli
ilə bəzənmiş kitab oldu.
Özüm
müstəqil oxuduğum illərdə gördüm ki, bu
gələcək gün romanıdır. Bizim nəslin ruhuna
gələcək gün qədər güclü təsir
göstərən bir əsər tapmaq çox çətindir.
Bu
kitab bir də ona görə doğma idi ki, Musa kişinin xırmanına
bənzər bir xırman elə bu toplaşdığımız
evin arxasında var idi; orda da bizim öz Musa kişilərimiz
səhərdən-axşamadək çalışırdılar.
Ümumiyyətlə, bu ağrılı, sehrli, əziz Cənub
dünyası lap yaxında, bizim daşların o üzündə idi
və bizim camaatla o tayın kitabda göstərilən adamları
arasında heç bir fərq görmürdüm.
İllər
ötdü. Universitet auditoriyasından ədəbiyyat və
incəsənət qəzetinə getdim, hörmətli yazıçımızla
yaxından tanış oldum.
Bu
qədər qısa ömürdə belə böyük imkanlara da mətəl
qalırsan. Sənin üçün əlçatmaz olan adamlarla bir gün üz-üzə
oturmaq xoşbəxtliyi də qazanırsan.
...Belə
bir hiss məni Rəsul Rzanın balaca iş otağında oturduğum,
onun mavi gözlərindəki sehrli kədər ümmanına
qərq olduğum günlərdə də bürümüşdü.
Onların
hər ikisi, o qədər də dəqiq ifadə oluna
bilməyən bir mənada özümüzü tanımaq və ətrafımıza
ayıq baxmaq mənasında özümü çox borclu hesab elədiyim
adamlardır.
Təəssüf
ki, şirəyə yığışanın çoxaldığını
görüncə, hamıdan çox ehtiyacım olsa belə, qaçmaqdan, uzaqlaşmaqdan
başqa bir yol tapa bilməmişəm və bu
xəstəlik ürəyimə son dərəcə doğma
olan bir sıra adamlar yaxınlaşmağıma mane olub və
bu sözləri deməyə o vaxt dilim açılıb ki, bu böyük
sevgi artıq həmin adamların bəzilərinə yetə
bilməz.
Halbuki
mən sevgi, etiqad və inamla kiminsə ömrünün uzanacağına,
kimisə ağrılarının azalacağına və ya
heç olmazsa ölümünün yüngülləşəcəyinə çox inanıram.
...Azərbaycan
yazıçıları dünyada bəlkə də ən az
məktub alan yazıçılardır.
Biz
dədə-babadan gəlmə bir qurubəylik iddiasızla,
qəribə qürurla etirafdan qaçır və guya kiçilə
biləcəyimizdən qorxuruq. Halbuki bu etiraf, ruhuna qanad
verən adamlara öz məhəbbətini çatdırmaq
qədər də insanı gözəlləşdirən bir şey
təsəvvür etmək çətinədir!.
Sonralar
ədəbiyyat və incəsənət qəzetində işlədiyim
illərdə, Bakıda, Moskvada, müxtəlif ali
məclislərdə, arıqlayıb, səsi zəifləmiş
xalq yazıçımızın çıxışlarına qulaq
asa-asa, onun gənclik illərindən orta məktəb
dərsliklərinə düşmüş və nədənsə
yadıma həmişə öz qəhrəmanı Firudun İbrahiminin
salan cavanlıq şəklini xatırlaya-xatırlaya qısa
bir insan ömrünün haradan-hara yüksələ biləcəyi və bu
ömrün imkanları qarşısında həmişə
heyrətə gəlmişəm.
Cənubi
Azərbaycanda, Sərabda dünyaya göz açan, hələ lap uşaq
vaxtlarından doğma ata ocağından didərgin düşən,
yalın, körpə ayaqları ilə kəndin daş-kəsəkli
yollarından keçib naməlum bir gələcəyə addımlayan
balaca, arıq uşaqlabu gün dünya şöhrətli yazıçını,
Asiya və Afrika yazıçılarının sülh uğrunda
mübarizə hərəkatının liderlərindən olan görkəmli
dövlət xadimini bir araya sıxışdırmaq, yanaşı
təsəvvür etmək çətindir. Onun ucaldığı şöhrət
üfüqlərinin genişliyini təsəvvürə gətirdikcə
hər dəfə atasının əlindən tutub daşlı
yollarla tələsən, Bakıya, neft mədənlərinə,
qürbətə can atan o ayaqyalın, zəif uşağa daha artıq
doğmalıq duyuram və mənə elə gəlir ki,
Mirzə İbrahimovun başa düşmək üçün həmişə
gərək adamı kövrəldən o uşaqlıq
illərini, nəmli yollarda sızıldayan yalın ayaqları
da xatırlayasan...
* * *
...Qocaman
ədəbiyyatşünas-alim, şair-tərcüməçi Məmmədağa
Sultanovla dostluğumuzun yaşı iyirmi ilə çatıb.
Evsiz-eşiksiz illərimdə, kirayənişin yaşadığımız,
bəzi çörəkpuluna möhtac olduğumuz günlərə şahid
olan və həmin çətin vaxtlarda həmişə ümid və
təsəlli dayaq duran adamlardan biri də Məmmədağa
müəllim olmuşdu. Hər dəfə ona və onun nəcib
bir insan olan həyat yoldaşı Badisəba xanıma baxanda
fikirləşirdim: Şükür, hələ belə adamların
kökü kəsilməyib
Klassik
ədəbiyyatımızı öyrənmək və təbliğ
etmək, qədim əlyazmalarımızı toplamaq
sahəsində Məmmədağa müəllimin
xidmətləri ziyalılarımıza yaxşı
bəllidir.
CənubdaSavalan
ətəyində, daşların o üzündə dünyaya göz açmış
bu adamın taleyi də, onlarla yaşadığı dostu kimi
təxminən eyni cürdür.
Məmmədağa
müəllim Bakıda böyük bir ailəni ərsəyə yetirib,
Daşüstü parkın yanındakı evində qardaşları
ilə bir yerə yığışanda uşaq kimi şənləndiklərini,
dünyanın dərd-qəmini unutduqlarını xatırlayıram.
Halbuki, Cənub dərdini onların hər birisi öz taleyində
yaşamışdı. Bu yükü hamıdan çox çəkən
isə Məmmədağa müəllim olmuşdu. Atasından
sonra böyük bir ailənin əziyyəti onun çiyninə duşmüşdü.
Ancaq bu çətinlik onu çaşdırmamışdı.
Şahmat
taxtası arxasında tez-tez mübahisə edən, küsüb-barışan
mehriban qardaşlar geolgiya-minerologiya elmləri doktoru,
professor Qədir Sultanova, tanınmış şərqsünas-alim,
tərcüməçi, Ad-unun müəllimi Rəhim Sultanova baxanda, onların
Savalan ətəyindəki başların gözəlliyindən,
ora meyvələrinin indiyəcən burunlarından
getməyən ətrindən danışıqlarını
dinləyəndə inana bilmirdim ki, bu qocaman kişilərin
də ömür yolu o dəhşətli mühacirət əzablarından
başlayıb.
Akademik
Şəfayət, tərcüməçi-alim Mübariz Əlizadə,
qocaman jurnalist Nəsir Imanquliyev və neçə-neçə başqa
ziyalılarımızın hər birinin könlündə bu
Cənub dərdinin qaysaq başlayıb sızıldadığının
şahidi olmuşam.
* * *
...Didərginlər
adlı poemamda Cənubi Azərbaycanlı mühacirlərin və
dünyada onların tale bənzərlərinin mürəkkəb ömür
yollarından balaca bir səhifəni canlandırmağa çalışmışdım.
Mövzu özü əlimdən tutub arxasınca apardı; gördüm bu
mühacirət sözü bu günün-dünənin söhbəti deyil, yüz illər
boyu xalqın ən böyük oğulları öz doğma ocaqlarının
qırağında yer tapa bilməyib, iradəsini, zəkasını
sübut etdirmək üçün dünya dolaşıb, yollar yorub. Yadıma düşdü
ki, Azərbaycanda doğulan Zərdüşt də peyğəmbərliyini
yurdundan əvvəl kənarda qəbul etdirib; adamın öz
vətənində peyğəmbər olması çətindir,
gərək gedib haradasa peyğəmbər olub qayıdasan.
Yadıma
düşdü ki, Xaqanı da, Nəsimi də, orta əsrlər
Azərbaycanının minlərlə zəka sahibi kimi,
dərdlərini qürbət yollarına pıçıldayıb,
vətəndən uzaqdakı ölümü ata ocağının sonsuz
kədəri ilə qarşılayıblar.
Yadıma
düşdü ki, inqilab rəhbəri Leninə də o boyda Rusiyada
yer yox idi. O öz böyük ideallarını səpib, ilk
cücərtiləri göyərənədək yurdundan didərgin
düşdü, adi bir inqilabçı kimi gedib, inqilab rəhbəri kimi
qayıtdı...
Poemanın
bir yerində görkəmli Cənubi Azərbaycan şairləri
Balaş Azəroğlu, Söhrab Tahir xatırlanır:
Yurdumuzdan aralı
dilimiz
də mühacir,
Uzaq qəbiristanlarda
ölümüz
də mühacir!
Gəncliyini hicrana
bada
verən mühacir!
Gələcəkdən
işıqlı
səda
verən mühacir!
Ağlına arxalanan,
söz
əsiri mühacir!
Haqqa bayraqdar olan
Xiyabanı
mühacir!
Peşəvəri
mühacir!
Balaca bir torpağa
Neçə diş qıcananda,
Bir üzüm gülər ikən
Bir üzüm daşlananda.
Solmaz saydığım
bağça
ayrılıqdan
solurmuş.
Qardaşın
evində də
mühacirlik
olurmuş.
...Başında ağ
saç gördüm
Amandı, Söhrab əmi,
belə
vaxtsız tələsmə
saçları
ağarmağa.
Ömürdən möhlət
gərək
Arzumuza çatmağa
Qoy mühacir deyilsin,
pənahəndə
deyilsin!
Yurdsuz, gücsüz, ümidsiz
Yazıq bəndə
deyilsən!
Pasportun rəngi ayrı,
qəlbimizin
qanı bir.
Qanı, ruhu, tarixi
kağız
ayıran deyil,
saziş
ayıran deyil!
...Gündən-günə
çoxalır
başında ağ cığırlar,
amandı,
Azəroğlu!
Ot basmış
körpüləri
karvanlar
ağartmamış
Saçı ağartmaq
nədir?!
Orda düşkün analar
dünyadan
köçə bilmir,
dəlidir-divanədir...
İki
şair taleyi, iki vətəndaş faciəsi! Azəroğlunun-poeziyasında
ram edilmiş filin dözümünə bənzər bir dözüm, təpər
və müdriklik var. Sanki öz gücünü, qüvvəsini həmişə
qənaətçiliklə işlədir, arzuladığı
günlərin gecikə biləcəyindən ehtiyac edir və öz
sazını asta-asta gümüldada-gümüldada gözlərini tarixi yollarına
dikib gözləyir. Bu mənada onun taleyi 1981-ci ildə 90 yaşında
dünyadan köçmüş atasının taleyinə çox bənzəyir.
Mən
yuxarıdakı misraları yazandan iki il yarım sonra İran
qəzetlərinin birində Balaş Azəroğlunun atası
ilə müsahibəni oxudum. Gördüm ki, özümdən asılı
olmadan, fəhmlə düz durmuşam, yaşı doxsanı haqlamış
qoca qəzet müxbirinə demişdi: Balaş gəlməsə
ölməyəcəyəm! Sonra biz Balaş Azəroğlunun
evinə, atasının yasına da getdik, özü Cənubda
keçinən bu kişinin Şimalda layiqli yası tutulurdu. Lakin
mən indinin özündə də o atanın sözünə inamımı
itirməmişəm. Çünki bu əqidənin sahibləri doğrudan
da öz arzularına yetməmiş ölə bilməzlər.
Yəqin
ki, Tehranda yaşayan anasının ömrünü qırılmağa da
elə bu inam və faciəli ümiddir.
Ana haqqında daha bir
əfsanə. Cənubda Azəroğlunun anasını
görüb gələnlərin birindən sarsıdıcı
bir söhbət də eşitmişəm: Ağbirçək qarı
illər uzunu hər axşam Balaşın yerini açıb oğlunun
yolunu gözləyir... İndi
də Cənub və Azəroğlu poeziyası haqqında düşünəndə
yadıma doxsan yaşlı ağbirçəyin həyatı düşür
və mənə elə gəlir ki, bu, elə həm də şairin
və bütövlükdə Güney Azərbaycanı Şerinin harayıdır:
Bu xalqı bütöv
görməsəm susmayacağam!
...Gözəl
şairimiz Söhrab Tahirin anasının gəlişini hamımız
yaxşı xatırlayırıq. Bu görüşü illər uzunu
gözləmişdik. Görüşlərdə Söhrab Tahirdən xahiş
edirdik, o da anası ilə telefon söhbətini danışırdı.
Anası oğlunun səsini öz qardaşının, Söhrabın
dayısının səsinə oxşatmışdı. İnanmamışdı.
Məni xatırlayırsanmı deyə soruşmuşdu.
Söhrab Xatırlayıram demişdi.
Sənin sağ yanağında iki, sol yanağında bir xalın
var. O gündən də ananın oğlu ilə görüşmək uğrunda
mübarizəsi başlamışdı. İran dövlət aparatında
döymədiyi qapı qalmamışdı, neçə illik vuruşdan
sonra axır ki, razılıq almış və gəlmişdi.
Dəfələrlə
qucaq-qucaq gül-çiçəklə qarşılamağa gedib, Bakı
gəmi limanından kor-peşman geri qayıtmışdıq.
Ana isə qəfildən, gözlənilmədən gəlmişdi
və sahilə çıxan kimi, qırx il görmədiyi oğlunun
qolu üstündə ürəyi sıxılıb, özündən getmişdi.
Altı
ay Sovet Azərbaycanında qonaq qalan, oğlunun hörmətini,
gözəl güzəranını görən ana İrana qayıdandan
sonra, sanki arzusuna çatıbmış kimi, gözlərini
əbədi yummuşdu. Lakin bu xəbəri Söhraba
təxminən bir il sonra çatdırmışdılar. Və
onun xəyalında ananın ömrü bir il də uzanmışdı.
Nəsibə ananın yasını Bakıda ölümündən bir il
sonra saxladıq.
Söhrab
əmi İran Astarasındakı dayısını, Tehranda
yaşayan qardaşlarını tez-tez xatırlayır, şəkillərini
cibində gəzdirir, illərlə bir telefon danışığının
sevinci ilə yaşayır. Hər dəfə onun dilindən
qardaşlarının: Söhrab, Londona gedirəm, gəl orda
görüşək, Söhrab, İstanbula gedirəm, gəl orda
görüşək, Söhrab, Tokioya gedirəm, gəl orda
görüşək çağırışları barədə
söhbətləri eşidəndə qanunların amansızlığı
qarşısında heyrətə gəlirəm. Cənublu-Şimallı
Azərbaycan qulağı İsaq Musaq quşları kimi budaqdan-budağa,
şəhərdən-şəhərə, qitədən-qitəyə
qonub: qardaş, eşdirsən?, Hə, eşidirəm!, Qardaş, gəl görüşək!
deyə dad-haray çəkən doğmaların səsindən
tutulub.
Bir
ailənin iki üzvünün, iki qardaşın, iki azərbaycanlının
görüşünə mane olmaq üçün dünya siyasətbazları yüzqatlı
sədlər-sərhədlər icad ediblər. Dünyada cəmi
bir neçə xalq ayrı yaşayır. Onların da taleyi
bizimkinə bənzəməz. Bəşəriyyətdən
əlli milyonluq insan qurbanı, saysız-hesabsız mənəvi
və maddi sərvət qoparmış faşist Almaniyasının
varisləri də cəmi 3040 il sonra müəyyən hüquqlar
əldə edə biliblər; Demokratik və Federativ Almaniya
heç olmazsa idman oyunlarında vahid alman xalqını təmsil
edə bilir. Bəs biz kimi qırmışıq, kimin şəhərlərini
külə çevirmişik, kimin min illik mədəniyyət
abidələrini məhv etmişik, kimin toyuğuna daş atmışıq?!
Sovet Azərbaycanı vətəndaşların üzünə İran
Azərbaycanının sərhədləri tam qapanıb.
Hətta İranda işləyən Sovet diplomatları arasında
azərbaycanlılar varsa, Təbrizi görə bilməzlər, idmançılarımız,
hətta rəsmi nümayəndə də Təbrizə gedə
bilməz! Şəhriyar boyda bütün şərqdə məşhur
olan şairin, ədəbiyyatımızın canlı
klassikinin Bakıya gəlmək arzusunu da gözündə qoydular.
Nəbi
Xəzrinin İran haqqında xatirələrində bu ayırmaq
siyasətinin bütün sürüşkənliyi əks etdirilib. Onun
Təbrizi görmək arzusuna baxarıq deyə-deyə
günləri keçirirlər. Sonuncu günədək ona açıq-aşkar
bir yox sözü deyilmir! Bu, fars şovinizmin simasını
göstərən bir epizoddur! Heç vaxt birbaşa yox
deməz, bıçağı kürəyə arxadan saplayar,
zəhəri fincana gizli damızdırar, ruhunu gizli-gizli talan edər!.
Daha bir cənublunun
taleyi. Tək yaşayırdı. Nərimanov prospektindəki
evinə sonuncu dönüşündən qabaq dostlarına baş
çəkib borclarını qaytarır. Sonra yoxa çıxır, iki
gün onu görən olmur. Telefonu da həmişə məşğul!
Üçüncü gün yaxın yoldaşları şübhələnib balkondan
qapını sındırıb içəri girir və görürlər
ki, dəstək qulağında, üzündə xoşbəxt bir
təbəssüm dünyasını dəyişib. Telefon idarəsindən
öyrənəndə aydın olur ki, həmin axşam Qərbi
Almaniyadan zəng vurmuş, qırx ilə yaxın səsini eşitmədiyi
qardaşı ilə danışa-danışa keçinibmiş.
* * *
Hərə
öz faciəsi ilə bir cür yaşayır. Cənubdan neçə yüz
min azərbaycanlı qaçıbsa, onların sayı qədər
faciə dastanı yazmaq olar.
3540
ildən sonra bəzilərinə öz əzizləri ilə görüşmək
qismət olsa da onun ağrısını təsəvvür
etmək belə çətindir.
Neçəsinin
ürəyi bu görüş sevincinə tablamır.
...Gəmi
ilə İrana gedərkən sahilə yaxınlaşanda
dözə bilməyib özünü suya atan, elə orda da ürəyi partlayan
bir mühacirdən danışırdılar.
...Ermənistanda
Leninakan dəmiryol vağzalından qonağım, Sovet
ədəbiyyatının Türkiyədə təbliğçisi
Zeynəlabidin Makası yola salırdım. Yaxınlaşan ayrılığın
ağırlığı üstümüzə çökdükcə bu
məngənədən çıxmaq və fikrimizi üçün ümumi dostlarımızı
və onlarla bağlı şux əhvalatları xatırlayır,
lətifələr danışırdıq; heç kim inana
bilməzdi ki, biz bir neçə saatdan sonra bəlkə də
həmişəlik ayrılacayıq. Gömrük idarəsində
toplaşan adamların arasında azərbaycanlılar çox idi.
Qədim Şamaxını öyrənən, bu barədə
maraqlı əsərlərin müəllifi olan tanınmış
arxeoloqumuz Hüseyn Ciddi də burada idi; yanında da iki bacısı
... Bacılarının biri Bakıda yaşayır, biri İranda;
qırx ildən sonra görüşüblər. Həmin gün böyük bacı
yenidən İrana qayıdırdı; lakin İran yolu bağlı
olduğuna görə Türkiyədən getməli idi. İki bacı
soyuq gözləmə zalında baş-başa vermişdilər;
gözlərinin yaşı ağ saçları kimi, başlarına
çəkdikləri qara örpəklərin saçaqları kimi bir-birinə qarışmışdı.
Qonşu otaqda səhərə kimi danışıb hönkürmüşdülər.
İndi də qatarın yola düşməsi yaxınlaşdıqca,
adamların arasında gecəki kimi bərkdən hönkürə
bilməsələr də, boyun-boyuna, üz-üzə, ara
verməyən bir sızıltıya qan-yaş tökürdülər.
Ancaq alimin sərt üzünün bircə əzələsi də
tərpənmirdi. Bu ucaboylu kişi gözləmə salonunun
hər tərəfindən görünürdü; hərdən bacılarının
yanında oturanda; gözlərini harasa zilləyib fikrə
gedəndə elə bilirdin bütöv bir qaya parçasından yonulub, ya
da içindəki dərd bir anda onu daşa döndərib. Bacılar ağlaşdıqca
o cınqırını çıxartmadan daha da sərtləşirdi.
Gecədən
yağan qar getdikcə güclənirdi. Qar, gözü tutan ağ
pərdə kimi qədim Gümrünün üstünə enmişdi və
yüz-yüz əlli addım o yanı seçmək olmurdu.
Perron
iki tərəfdən də zəncirlənib;
sərhədçilərin çəkdikləri səddin arası
ilə müsafirlər öz yüklərini vaqona daşıyırlar.
Zeynəlabidinə tapşırmışam ki, yolda ehtiyac olsa bu qadına da
kömək etsin.
Hay-küy
düşüb. Uzaqdan-uzağa sonuncu çağırışlar, sonuncu tapşırıqlar,
sonuncu vida... Perronda demək olar ki, açmayan gözü yaşamayan adam
yoxdur.
Budur
qapılar bağlandı, zəncirlər götürüldü, camaat açıq
perrona səpələndi. Qatar fit verib, asta-asta
tərpəndi. Bir də üzümü çevirəndə gördüm ki, bayaqdan
sakitcə dayanan o nəhəng kişi bir quş çevikliyi
ilə qatarın üstünə cumdu, uzun qolları az qala iki-üç
kupənin pəncərəsini tuturdu; beləcə qucaqlayıb
qatarı saxlamaq istəyirdi. Bacı o üzdən, qardaş bu
üzdən üzlərini buz bağlamış soyuq şüşəyə
söykəmişdilər və gözləriylə, dodaqlarıyla, dırnaqlarıyla
bu şüşəni didirdilər.
Qatar
da qırx illik həsrətdən sonrakı görüşün son anı
kimi, ömür kimi, səadət kimi, dodaqdan çıxan söz kimi saxlanılmaz
bir ləngərlə uzaqlaşıb getdi... Gözlərimi tutan
yaşdan heç yanı görmürdüm. Camaatın dalınca vağzala
girdim. Dünəndən bəri özünü son dərəcə tox tutan,
sakit, təmkinli alim qapıdan bir-iki addım atıb,
yeriməyə taqəti kəsilmiş kimi, gözləmə
salonunun ortasında heykələ dönüb dayanmışdı. İri
əli ilə alnını və gözlərini örtüb, ətrafından
keçib gedən adamlara məhəl qoymadan körpə bir uşaq
kimi hönkürüb ağlayırdı. Sonuncu anadək dözüb,
təmkinini pozmayan qocaman arxeoloq elə bil yalnız indi, qırx
illik ayrılığın başında iki aylıq tapdığı
bacısı əlindən çıxıb gedəndən və
istəkli bacısının daha göz yaşını
görməyəcəyinə, bu qardaş hıçqırığının
onun üçün əlavə dərdə çevrilməyəcəyinə
əmin olandan sonra ürək parçalayan bir inilti ilə ağlayırdı.
Bu
anlarda fikrindən nə keçirdi: həmin bacısı ilə
keçmiş və Cənubi özü kimi əlçatmaz olan uzaq, qayğıkeş
uşaqlı illərimi, doğma ata-baba yerlərimi, ömrün
ötüb-keçdiyimi, bacısının şüşəyə söykənmiş
üzünü bir daha görə biləcəyinə ümidin son
dərəcə azlığımı?!.
Başımıza
gətirilən müsibətlərin ağırlığını
görmək üçün elə o gözləmə salonunun ortasında
dayanıb ayrılıqdan daha çox əbədi itkiyə
ağlayanlar kimi ağlayan bu çarəsiz qardaşın iri
əlinin altından göyə doğru çevrilmiş üzünə
və başımıza bu oyunu açan taleyə, tarixə və
hətta allahın özünə nifrət yazılmış bu üzün
hər əzələsindəki ağrıya, əzaba baxmaq
kifayət idi.
Haşiyə. Parçalanmış
ailələri, ayrı düşmüş bacı-qardaşları
heç olmazsa qısa müddətə görüşdürmək üçün fantastik
yollar düşünürəm. İndi ki, evlərimizdə, ya o tayda, ya
bu tayda görüşməyimizə icazə vermirlər, bundan da
qorxurlarsa, heç olmazsa Arazın ortasında hasarlı,
keçilməz, qaçılmaz bir ada tapalar, orda görüşüb, ürəkləri
istəyən qədər ağlayıb, bir neçə gün
nəfəs-nəfəs yaşayıb, halal çörəklərini
bölüb sonra ayrılalar. Xəzərin ortasında dəmir bir ada
düzəldib orda görüşə icazə verələr. Görüşməyə
icazə verilə! Bakıda, Təbrizdə mümkün deyilsə,
dünyanın istənilən bir şəhərində,
istənilən qədər uzaq bir okean adasında!
Təki görüşməyə icazə verilə!
*
* *
Ayrı-ayrı
ailələr kimi, şəhərlər, kəndlər də
yarı bölünüb. Astara iki, Culfa iki, Biləsuvar iki...
Xudafərin
körpüsündən yuxarıda Cəbrayıl rayonunun Qumlaq kəndi
var. Əkiz qardaşlar kimi, biri Arazın bu tayındadır,
biri o tayında... Belə əkizlərin hamısını
sayıb qurtarmaq olarmı?
Yardımlını
gəzən görkəmli Cənubi Azərbaycan şairi Əli
Tudə Canaqbulaq kəndində çaşıb qalıbmış;
o tayda doğulduğu kənd də Çanaxbulaqdır!
* * *
...Uşaqlıq
yoldaşlarımdan biri üçün elçiliyə getməli idik. Lakin qız
demokrat idi. Oğlanın qohumları narahat idilər ki, tanımadıqları
bir adamın, özü də ayrı bir ölkənin vətəndaşının
qapısını döyürlər.
Evə
girib bir az söhbət edəndən sonra məlum oldu ki, qız
adamı ilə oğlan adamı qohumdur. Sadəcə olaraq
nəslin bir hissəsi daşın o üzündə, İranda yaşayır,
bir hissəsi bu üzdə, Sovet Ittifağında!..
* * *
...
1982-ci ilin payızında Asiya və Afrika ölkələri
gənc yazıçılarının IV konfransında ölkəmizi
təmsil edən nümayəndə heyətinin tərkibində
mən də var idim. Konfrans gözəl payız günlərində Qırğızıstanın
paytaxtı Frunzedə keçirilirdi. İyirmidən çox
ölkədən gəlmiş gənc yazıçılar sülh uğrunda
mübarizədə qələm sahiblərinin rolundan danışırdılar.
Livanlı
şairə Zinət Bitarın həyəcanlı,
kədərli səsi indi də qulağımdadır: Beyrutda
mənim evim yoxdur. Onu İsrail tankları daşıdıb.
Ərəb
ölkələrindən gəlmiş, çoxu cavan yaşından
həbsxana və təqib sınaqlarından çıxmış
həmkarlarımızın ümumi inamını yəmənli Məcid
Əbu Şərarın sözləri yaxşı ifadə edirdi:
İsrail terroru Nasiri öldürsə də, Muin Bisusini ( o vaxt
hələ sağ idi S.R. ), Mahmud Dərvişi öldürə
bilmədi, düz sözü öldürə bilmədi! Mən nə vaxtısa
qələmi yerə qoyacağam; silah götürmək üçün!
vaxtilə Tel-Avivin bir məhəlləsindən başlanan İsrail
indi meydan oxuyur. Onlar bu gün yazıçı dostumuz Zinətin evinin
mətbəxindədirlər. Sabah bizim evə də soxula
bilərlər. Belə halda rahat yaşamaq olarmı!
Bizim
nümayəndə heyəti adından üç adam çıxış
edirdi; biri də mən idim. Cənubi Azərbaycan xalqının
milli müstəqilliyi uğrunda tarixi mübarizəmizdə bədii
sözün müstəsna rolunu və İslam inqilabı
günlərində İranda bizim yaşıdlarımız olan
yazıçıların mübarizə meydanındakı mövqeyini
göstərməyə çalışırdım: ...Bu gün şairlərin
dərisini soymurlar. Lakin sülh, azadlıq uğrunda mübarizə
Nazim Hikmətləri, Musa Cəlilləri, Paplo Nerudaları,
Aleks
Nə
mühacirət təhqirləri, nə ürəyə tuşlanan
güllələr, nə elektrik stulları, nə ədalətsiz
məhkəmələr belə fikir qəhrəmanlarını
həqiqət yolundan sapındıra bilməmişdir;
Azərbaycan ədəbiyyatının yolu sözün
səngərlərdə yatdığı, sözün ev tikdiyi, sözün
millətlər arasında qardaşlıq körpüləri saldığı
yoldur.
...Azərbaycanın
taleyi iki dünya arasındakı fərqi göstərmək baxımından
ibrətamizdir.
Dünyada
qəribə statistik məlumatlar var. Bunlardan
birində dünya əhalisinin müstəmləkəçilikdən
xilas ola bilməyən qisminin sayı göstərilir. 12 milyon!
Cənubi Azərbaycan xalqı hətta bu siyahıya da düşməyib.
İran hökuməti çalışır ki, iranlı sözü arxasında
Azərbaycan unudulsun. Belə bir vəziyyətdə
səngərə ilk atılanlar arasında yazıçılar da
var idi. Müstəqilliyi və azadlığı tərənnüm
edən əsərlərinə görə Təbrizdə şair
Səidi yüzbəndinin başını kəsib anasının
ətəyinə atdılar.
...Məmmədbağır
Niknam güllələndi.
...
Aşıq Hüseyn Ziyad oğlunu bütün sümüklərini qırıq-qırıq
edib, sonra güllələdilər.
...
Kənd-kənd düşüb ana dili dərs keçən gözəl
uşaq yazıçısı Səməd Behrəngi Savakın əli ilə Arazda
boğduruldu.
...Əlirza
Oqtay Nabdil şaha qarşı əldə silah vuruşurdu. İnqilabi
şerlərini çöllərdə, daşlarda, ay işığında,
qar işığında yazırdı. Məhkəmənin
qərarı ilə razılaşmayıb
pəncərədən tullanmışdı, lakin yenə sağ
qaldığını görüb əli yaralı qarnının
tikişini söküb bağırsağını yumruğuna dolayıb
inqilabi ölümlə ölmüşdü.
...Mərziyə
xanım Əhmədi Üskuyi küçə döyüşlərində
üzbəüz atışmada düşmən gülləsini ürəyi
ilə saxlamışdı.
Bu
siyahını davam etdirmək də olar. Lakin mən yalnız
o yazıçıların adını çəkirəm ki, yaşları
hələ heç otuzu haqlamamışdı.
Çıxışdan
sonra Yaponiyadan, Monqolustandan, Srilankadan, Hindistandan və bir sıra
ərəb ölkələrindən gələn gənc dostlarımız
məni sorğu-suala tutub maraqla İran Azərbaycanı
və orada yaşayan azərbaycanlıların taleyi
barədə ətraflı danışmağımı xahiş
etdilər. Bu söhbətlərdə bir acı həqiqəti
anladım: biz Cənubi Azərbaycan problemini yalnız öz şəxsi
dərdimizi hesab edib dünya miqyasında müzakirə və narahatlıq
mövzusuna çevirə bilməmişik. Halbuki əsrdə dünya
xalqlarının fəal müdaxiləsi neçə-neçə
taleyində həlledici rol oynayıb. Dünya ictimaiyyətinin
diqqətini Cənubdakı vəhşiliklərə
çevirmək lazımdır və bu vəzifə də biz
yazıçıların öhdəsinə düşür!
Haşiyə: Ömür boyu
bir çox beynəlxalq görüşlərdə, konqreslərdə, sülh
və milli azadlıq uğrunda mübarizə hərəkatı
müşavirələrində iştirak etmiş qocaman və
hörmətli yazıçımızdan soruşdum: Siz demək olar
ki, bütün qitələrdə olmusunuz, çox ölkələr gəzib,
çox yerlərdə rəsmi çıxışlar etmisiniz. Şəxsi
taleyiniz, ömür yolunuz da ikiyə bölünmüş Azərbaycanın
balaca bir modeli, əks-sədasıdır. Həmin çıxışlarda
heç Azərbaycanın taleyindən söz açmısınız? Bir az
fikirləşib dedi: Axı, mən oralarda rəsmi
nümayəndə kimi ölkəni təmsil edirəm, tək
Azərbaycanı yox. Düz sözə nə deyəsən? Lakin bu
düz sözün arxasında bir laqeydlik də duydum. Yəni dünyanın
ən böyük ölkələrindən birinin vətəndaşı
olmaq və bu danılmaz faktın gətirdiyi arxayınçılıq,
hüquqlar bizi öz xalqımızın taleyinə laqeydliyə
məcbur edirmi?! Məgər bizim ölkənin apardığı
sülh siyasəti, dünya xalqlarının azadlığı, milli suverenliyi
və bərabərliyi uğrunda ardıcıl mübarizəsi başqaları
kimi Cənubi Azərbaycan da aid deyil?! Kim deyir ki, Sovet
vətəndaşı olmaq öz ata ocağını və onun qayğılarını
unutmaq deməkdir? Əksinə, bizim quruluş yazıçılara
öz millətinin mənəvi, ictimai və iqtisadi
problemlərinə heç vaxt görünməmiş bir genişliklə
müdaxilə imkanı verir. Belə bir vəziyyətdə yazıçının
laqeyd, bitərəf mövqeyinə nə ad vermək olar?!
Laqeydlik
ürəyin ətrafını bürümüş elə bir piy qatıdəmir
pərdədir ki, insanı düşünməkdən qoyub, onun qanadını qırır
və qısa ömrün bütün gözəlliyi itir!
* * *
Qırğınlar
bu gün də davam edir. Xarici qəzetlərın birində
gördüyüm karikatura bu qırğının mahiyyətini açır:
İran-İraq döyüşlərinin cəbhə xətti. İki
müxtəlif geyimli ordu üz-üzə. Ancaq biri İraqın, biri İranın
mənafeyi uğrunda vuruşanların hər ikisinin altından
yazılıb: azərbaycanlı . Bədbəxt qardaş! İran
artilleriyasının atəşi altında Mosulda,
Kərkükdə külə dönən də sənsən, İraq
təyyarələrinin dağıtdığı Təbriz
evlərindən didərgin düşən də!
İranda
islam irticasının törətdiyi vəhşiliklər heç bir
sağlam düşüncəyə sığmır. Allahın şəninə-şövkətinə
ehtiram və ya həqiqi inam adıyla adamları öldürür, onlara
olmazın işgəncələr verirlər. 1984-cü ilin
sentyabrında isə Birləşmiş Millətlər Təşkilatının
insan hüququ komisyonunda İran nümayəndəsi doktor
Rəcəbi demişdir: Bədən cəzası
tədbirləri və yaxud edamlar islam qanununa uyğun
həyata keçirilirsə onları işgəncə və
cəza adlandırmaq olmaz... Zindanlarda olan qızları
öldürməmişdən əvvəl zorla fanatiklərə
ərə verirlər ki, savab işlər onların günahlarını
azaltsın. Digər tərəfdən, edamdan əvvəlki
belə vəhşilikləri bununla izah edirlər ki,
bakirə qızlar birbaşa cənnətə gedə
bilməzlər. Budur Xumeyni rejiminin xeyirxahlığı!..
Zindanlarda
işgəncələr ardıcıl davam edir. Belə ki edama
məhkum olanları öldürməzdən əvvəl qanını
alırlar ki, müharibədə yaralıları müalicəsi üçün
istifadə etsinlər. Bu faktları biz Fransa Ümuməmək
Federasiyasının orqanı olan Fəhlə həyatı
qəzetindən götürmüşük.
* * *
...Qatar
Araz boyu irəliləyir. Hər iki sahildə boylana-boylana qalmış
qalaların, xaraba şəhər yerlərinin, boşalmış
kəndlərin gözümə alov dolduran mənzərələri
bir-birini əvəz edir.
O
kəndlər yenə boşalır, o şəhərlər
yenə daşıdılır, qarşı daşdan gömgöy
yamacları dolana-dolana naməlum bir məchulluğa varıb
gedən yollar yenə də yurdun igid oğullarını
gedər gəlməzə aparır.
Nağıl, yoxsa
günümüzün faciələri. Xumeynini yaratdıği
islam diktaturası, yaxud mövhumat başıpozuqluğundan indi
də hər il minlərlə cənublu yaxa qurtarıb qaçır,
dünyaya səpələnir. Onların bir hissəsi yenə
də bizə pənah gətirir. Bir neçəsi ilə görüşüb
söhbət etmişəm. İlahi, iyirmi-iyirmi beş yaşlı
bu cavanlar gün görmək arzusu ilə bizə doğru necə can
atıblar, hansı əzablara dözüblər?!
İzini
itirmək üçün paltarını soyunub, lüt, anadangəlmə, bir
gecədə on kilometrlərlə yolu qaçanlar, azıb
günlərlə meşədə qalanlar, yolda qəzaya
uğrayanlar, qayadan uçanlar, çayda boğulanlar və
nəhayət tutulub Xumeyni rejimi tərəfindən
ayağından asılanlar... Hansını sayasan?
Biz
onları nə qədər böyük məhəbbətlə qarşılasaq
da, itkilərin yerini doldurmaq çətindir. Öz istedad və bacarıqlarını
göstərmək üçün onlara yaxşı şərait yaratmağa
çalışmalıyıq. Çünki bəzən onların
xəyallarında qurulmuş sovet dünyası bir nadan çinovnikin
soyuq əlləri ilə uçulub dağıdılır;
ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən
laqeydlik ucbatından doğma qardaşlarımız burda
duruş gətirmir, təzədən dünya yollarına
düşür, Avropaya səpələnirlər. Halbuki Cənubi
Azərbaycanda, Təbrizdə Sovetlər İttifaqına, bizim
ideallarımıza böyük etiqad və inam var. Bu inamı sözdə
yox işdə qorumaq lazımdır.
Bunu
bizim ölkənin beynəlxalq mövqeyi, nüfuzu və
beynəlmiləlçilik siyasətimiz tələb edir.
Avropa
ölkələrində hara ayaq basmışamsa, cənublu bacı-qardaşlarımızla
rastlaşmışam.
...Polşada
gördüyüm bir azərbaycanlı ailəsini xatırlayanda
ürəyimi təəssüf, sevgi qarışıq bir
qəzəb də bürüyür. Fars hejmonluğundan, milli
təzyiqlərdən qaçıb gedən ( bu barədə
özləri söhbət saldılar ) cavan ər-arvad İrandan bu
qədər uzaqda, daha heç bir təqibin olmadığı bir
yerdə də öz aralarında farsca danışırdılar.
Səni Vətəndən didərgin salan, səni məhv
etməyə, yer üzündən silməyə, adını, dilini
əlindən almağa çalışanın dilinə belə
ehtiram mənə od vurdu! Görəsən, bu qul itaəti, bu heysiyyətsizlik
haradan gəlir!
* * *
Tanınmış
müğənnimiz Avropa qastrolunun təəssüratını
jurnalda çap etdirmişdi. Bir epizodunu unuda bilmirəm. Londonda
klassik Azərbaycan üçlüyünün tar, kaman və dəfçalanın müşayiəti
ilə ənənəvi xalq mahnılarımızı
oxuyarkən çox həyəcanlı imiş. Burda, bu uzaq yad
ölkədə bizim melodiyaları başa düşən olacaqmı?
Lakin elə birinci mahnıdan sonra görür tamaşaçılar canlanıb,
ikinci mahnıda salon ona səs verir, üçüncü mahnıda isə tamaşaçılar
ayağa qalxıb onunla birgə oxumağa başlayırlar.
Avropa
şəhərlərində biz cənublu bacı-qardaşlarımızla
belə görüşürük !
* * *
Qatar
gedir...İndi o Araza daha da yaxınlaşıb. Elə bil çayın
üstü ilə gedirik. O tay Qarabağ, bu tay Zəngəzur... Mehri
dağları. Qarşı zirvələr, taleyin acısına
o qədər yaxınlaşıblar ki, sanki indicə başımız
üstündə çiyin-çiyinə toxunacaqlar, qucaqlaşacaqlar. Araz da
arada boğulub qalacaq. Hər şey eynidir, hər şey! dağ
da, daş da, o taydan, bu taydan baxan adamların üzü də... Mehri
stansiyası... Burdan yol qədim Zəngəzur ellərinə
gedir. Mehriyə! Bu rayon Naxçıvanla Qarabağın arasındadır.
Tarixən qədim Ərsakın tərkibində olub, alban
torpaqlarıdır, indi də əhalisinin bir qismi
azərbaycanlılardır.
Mehrini
gəzib dolanmasam da kəndlərinin adını tələbəlik
illərindən bilirəm. Ermənistanlı dostlarım,
xüsusən də Hidayət o qədər danışıb ki,
bu adlar beynimə ömürlük həkk olunub. Birinci kursda iri, mühasib
dəftərində yenicə qopub gəldiyi Mehrini və ordakı
ilk sevgisinin həsrətiylə şerlər yazırdı. Bu
şerlərdə xatırlanan kəndlərin adındakı
gözəllik məni valeh edir: Ağdərə, Maralzəmi,
Mülk, Bənövşəpuç, Qanlızəmi, Püşgah, Taşəmir...
Bütün
Ermənistan torpaqları tarixin izinə-möhürünə və
həqiqətinə bənzəyən bu cür gözəl
Azərbaycan adları ilə doludur. Dünyanın sərhədsiz
vaxtlarında, sənin-mənim söhbəti olmayanda, bu iki qardaş
xalq canbir-qəlbdir yaşayanda babalarımız bu diyarın
dağına, dərəsinə gözəl adlar qoyublar. Bu adların
hər birinin arxasında bir nəslin, bir elin tarixi dayanır.
...Qarşı
sahildə bizim yola qoşa bir yol uzanır. Uzanır, tez də
şaxələnir, qolları qıvrıla-qıvrıla
dərələrdə yox olub, təpələri aşıb
gedir. Hara? Təbrizə. Bu tayın bütün yolları Bakıya,
Gəncəyə aparıldığı kimi, o tayın da
bütün yolları Təbrizə aparır!
Son
Sabir Rüstəmxanlı
Təbriz
Elə sözlər var ki, ürəkdə
doğurduğu duyğuları qələmə alsan bir kitaba
sığmaz. Rus üçün Moskova Fransız üçün Paris Italyan üçün Ruma,
Yunan üçün Atina, Türk üçün Istambul nədirsə, Azərbaycanlı
üçün də Təbriz odur... "Bu söz də " Ana",
"Yurd", "Vətən" sözləri kimi müqddəsdir
və ürəyimizdə bitib-tükənməz fikir ümmanı
yaradır.
Azərbaycan qəhərlərinin anası!:
Yadellilərin vurduğu odlardan, amansız
zəlzələlərdən yüz illər boyu dönə-dönə
yerlə-yeksan olsa da təzədən tikilib ucalan nəsil-nəsil
alim, şair, filosof, rəssam, sənətkar,
sərkərdə yetirən, xalçası və miniatürləri,
me'marlıq və zərgərlik inciləri, ipəyi və
qab-qacağı, silahı və yeməkləri ilə bütün
şərqdə şöhrət qazanan qocaman Təbriz!...
Övladını sehrli əlləri təkcə Azərbaycanda
yox, onun sərhədlərindən çox-çox uzaqlarda da yurdun
sənət imzası kimi əbədiləşib.
Təbrizin səsi min illərin o üzündən
gəlir. Tarixi araşdırmalar göstərir ki,
şəhərin yaşı bizim eradan qabaq ikinci minilliyin
əvvəllərindən bağlanır. Yə'ni Təbrizin
təxminən dörd min il yaşı var. 1960-cı
illərdə Ingilis arxeoloqları Təbriz
yaxınlığında yerləşən
qaratəpədə qədim ərzaq anbarları, e'malatxana
və yaşayış evləri aşkar etmişlər. Bu
yaşayış məskəni eramızdan əvvəl
2100-1900-cü illərə aid edilir ( b a x: s.m. okullahu, XIII-XVII
əsrlərdə Təbruz şəhərinin tarixi. b.,"
elm", 1982, səh.37 ).
Sözarası. Nəcib bir insan olan iş
yoldaşım M.Müciri Təbrizin köhnə Gəcil
qəbiristanında 30-40-ci illərdə abadlıq
işləri aparılmasından danışanda deyirdi ki, qəbiristan
Gülüstan başına çevrilərkən yerin altından
təxminən 15-20 mərtəbəli qəbirlər
çıxırdı... itib torpaq qatına çevrilməmiş
qəbrin üstündən ikinci bir qəbrin
qazılmadığını nəzərə alsaq, həmin
qəbiristanın yaşı 3000 ildən artıq olur.
Lakin Təbrizin inkişaf yolu çox
mürəkkəbdir. Dörd min il ərzində
zəlzələlər və ardı-arası
kəsilməyən döyüşlər Təbirzi
dəfələrlə yerlə-yeksan edib. O, gah böyüyüb, gah da
dağıdılıb, adını-sanını itirib.
Bir mülahuzə. Təbrizin adını
yazanların sayhesabı yoxdur. Bir çox nüfuzlu alimlər işin
çətinliyini görüb, bu barədə elmi axtarış aparmaqdan
əl çəkiblər. Axtarışı davam etdirənlər
də hamı tərəfindən qəbul edilən inandirici
bir söz deyə bilməyiblər. Təbrizin adının tarixi
dolaşıq yollar keçib: " Mən elə bir
şəhər tanımıram ki, onun adı Təbriz
qədər mübahısələrə səbəb olsun".
Bu, bir alimin e'tirafıdır. Təbrizin
Tərbiz--Tərpəmək sözündən
yarandığını söyləyənlər də var. Onu
qədim Manna şəhəri Tarui--Tarmakis adı ilə
başlayanlar da var. Bu mübahisələrdə
həqiqətə yaxın yozumuIqrar əliyev verir, yəni
Tarui Tarmakis sözünün Tarvi sözü ilə əlaqəsini göstərir.
Lakin Tarvi sözünün yayılma coğrafiyası, nədənsə,
alimlərin diqqətindən yayılıb, beləliklə
də, Təbriz sözünü türk dilləri ilə başlamaq meyli
həmişə şübhə ilə qarşılanıb.
Təbrizin qədim tarixinin türkdilli xalqlarla, daha
doğrusu, bu sözün kökünün Azərbaycan dilinə bağlı
olmasını göstərmək üçün xatırladaq ki, qədim
tarixçilərin bir çoxu belə hesab edirlər ki, Təbriz Turan
hökmdarı Alp ər Tunqa ( əfrasiyab ) tərəfindən
tikilmişdir. ərəb alimi Təbəri isə Təbriz
ətrafındakı Türkşəhərlərindən bəhs
edir.
Ikincisi, Təbriz adlı yaşayış
məskəni tək deyil. Onun adaşına Tumen
vilayətində Türkdilli xalqların yaşadığı
ərazidə də rast gəlirik. Bundan əlavə tavr kökü
ilə bağlı müxləlif yer adları var. Tavriya, Tori,
Toros və s.
Bizə belə gəlir ki, eyni kökdən
yaranmış bu qədər sözü ayrı-ayrılıqda yozmaq
olmaz. Tavr sözü hün-oğuz qrupuna
məxsus qədim türk tayfalarından birinin adıdır.
Tavroz-Təbriz adlı qədim qəbilə
birləşmələri Azərbaycanın müxtəlif
əyalətlərində, o cümlədən Təbrizdə
yaşayıblar. Türkiyədəki Tovros dağları da
adını həmin qəbilədən alıb.
Təbriz Azərbaycanın güzgüsüdür! Orta
əsrlərdə onu Iranın "gözü və,
çırağı" adlandırırdılar. Təbriz güzgüsü
bu minillikdə Azərbaycanın bütün yüksəliş və
şöhrət yollarını, eləcə də
faciələrini boyaboy göstərə bilir.
Təbriz Azərbaycanın iste'dadının
şah əsəridir! Yuz illər boyu qurulub,
gözəlləşib. Lakin dünyanın elə bir bəlası da
olmayıb ki, Təbrizdən yan keçsin.
Son iki min ildə Azərbaycanın paytaxt
şəhərləri tez-tez dəyişilib.
Qəbələ, Bərdə, ərdəbil, Marağa, Qanza,
Qəzvin, Həmədan,şamaxı, Dərbənd,
Gəncə, Naxcıvan, Bakı... ( xanlıqları da
nəzərə alsaq Irəvan Şuşa, Lənkəran, Quba,
Şəki və s. ) Bunların hər biri zaman-zaman
məmləkətin baş şəhəri olmaq
səadətinə qovuşub. Lakin bu səadət daha çox Təbriz
boyuna biçilib.
Təbriz, XI yuzillikdə Rəvvadilər
dövründə də, Azərbaycan Atabəyləri dövründə
də (Naxcıvanla birlikdə) və nəhayət
qızılbaş Səfəvi imperiyası dövründə də
paytaxt şəhəri idi. XI-XVII əsrlər arasında
Təbrizin çiçəklənmə və yerlə-yeksan olma
dövrləri tez-tez bir-birini əvəz edir. Şəhərin
əhalisi (I.P. Petruşevskiyə görə XV əsrin
əvvəllərində Təbriz əhalisi bir milyona
yaxın idi.) Gah yarım milyon ötür, bir milyona
yaxınlaşır, gah da qırılıb yüz mindən
də az qalırdı.
Demək olar ki, hər yüz, iki yüz ildən bir
baş verən zəlzələ Təbrizin altını
üstünə çevirirdi. Təkcə 1042-ci il
zəlzələsində 40-50 min adam ölmüşdü.
...1369-cu ildə yayılmış vəba
xəstəliyi isə Təbrizdə 300 min adamı həlak
etmiş vəşəhərin əhalisi yarıbayarı
azalmışdı.
...1386-cı ildə Toxtamışın hücumu
zamanı Təbrizdə 10 min adam öldürülmüş, 100 min əsir
alınmışdı.
...1430-cu ildə təbii fəlakətlər
nəticəsində 100 min təbrizli ölmüşdü. Vəba
xəstəlikləri müharibələrdən az ziyan vurmurdu.
...1640-cı il zəlzələsində 4900 ev
dağılıb, 13 min adam ölmüşdü.
...1821-ci il zəlzələsində 8 min adam
həlak olmuş-du.
Qətran Təbrizin XI əsrdə: " Dünyada
Təbrizdən gözəl şəhər yox idi.
əmin-amanlıqda, dövlət və qüdrətdə,
yaxşılıqda və gözəllikdə... Orda cənnətdə
olduğu kimi gözəl binalar var idi".
XIV əsrdə
təkcə Təbrizin gəliri bütün Fransanın
gəlirindən çox idi. Elə bir sənət sahəsi tapmaq
olmazdı ki, Təbrizdə inkişaf etməsin. Orta
əsrlər Təbrizi hətta kağız istehsal edirdi
və şəhərdə xüsusi kitab və kağız
mağazaları açılmışdı.
XVII əsrdə Azərbaycanda artıq
mətbəə üsulu ilə nəşr işini bilən
ustalar var idi.
Həmin dövrdə Təbriz universitəsinin 7 min
tələbə-si, 450 müəllimi var idi.
Təbriz sənətkarları: Toxucular,
qızıl tel hazırlay-an zərkeşlər, yelkənli
gəmilər üçün örkən, ip toxuya-nlar, metal əridənlər,
top tüfəng, barıt hazırlayanlar, me'marlar,
heykəltəraşlar, rəssamlar, cildçilər,
Şüşə istehsal edənlər, dəyirman daşı
düzəldənlər və s. (M.s. Onullahi, göstərilən
əsəri). Orta əsr səyyahları e'tiraf edirlər ki,
dünyanın heç yerində öz işini belə gözəl bilən
sənətkarlar yoxdur.
Təbriz sənətkarlarının
şöhrəti, həm də bəlaya çevrilmişdi. Hər
gələn basqıncı var-dövləti ilə yanaşı,
Təbrizin sənətkarlarını da köçürüb aparırdı.
Teymurun vaxtında Təbriz ustaları
Səmərqəndə köçürülmüş və Azərbaycan
sənət ən'ənələrini də özləri ilə
ort Asiyaya aparmışdılar.
...Sultan Səlim Çaldıran döyüşündən sonra
1700 təbrizli sənətkar ailəsini Istambula
aparmışdı.
...Paytaxt Isfahana köçəndə I şah Abbasın
əmri ilə Təbriz sənətkarları da öz doğma
şəhərlərindən didərgin düşüb oraya
köçürülmüşdülər.
Azərbaycan intibahı dövründə
Təbrizdə də sənətkarların böyük
təşkilatları yaradılmışdı. Dahi Nizami
Gəncəvinin Gəncədə bağlı olduğu "
əxi" qardaşlıq təşkilatı Təbrizdə
də fəaliyyət göstərirdi. Bu təşkilat orta
əsrlər Azərbaycanında ictimai fikrin yüksək
inkişaf etdiyini, hətta, müəyyən nöqtələrdə
sosiyalist dünya görüşünə
yaxınlaşdığını göstərir.
Təbriz şərqin, Qərbin və
Rusiyanın ən başlıca ticarət
şəhərləri ilə bağlı böyük iqtisadiyyat
mərkəzi idi. XVII əsrdə təkcə Qeysəriyyə
bazarında 7 min dükan var idi
Saysız-hesabsız kəhrizləri,
bir-birindən gözəl bağ və meydanları,
yüzlərlə məscidi, bazarı, karvansar-ası, toxuculuq
sənayesindən tutmuş, silahqayırmaya qədər, orta
əsrlərin bütün sənət sahələrinin əhatə
edən e'malatxanaları, bir sözlə, bütün bu cah-calalı
ilə Təbriz, orta əsr səyyahlarının
ifadəsincə desək: " yarımdünya idi".
Təbrizin mərkəzindəki meydanda 30 min
tamaşaçı eyni vaxtda idman yarışlarına
baxırdı. Meydanın ətrafındakı "
Dövlətxana" binasında 20 min otaq var idi. Gündə bir
dəfə ehtiyacı olanlara--aclara, dilənçilərə
pulsuz yemək verilirdi.
Lakin Təbriz elə bir çeşmə idi ki,
axmaqla quruyub tükənmirdi.
Orta əsrlər Azərbaycan tarixi bizim
millətin faciələrini göstərmək baximindan çox
ibrətamizdir. Taxt-tac, rəhbərlik uğrunda nə
qədər qardaş qırğını, tayfa, nəsil
müharibələri olar? Xüsusən Osmanlı-Səfəvi
müharibələri Təbriz və Azərbaycanı xarabaz-ara
döndərirdi. Təkcə XVI əsrin 30-50-ci illərində
iki imperiyanın hakimiyyət və istila iddiası ilə,
sünni və şiə ayrılığı bəhanə
gətirilərək, xalq dörd dəfə müharibə
meydanına atılmışdı, öz-özünü
qırmışdı. Təkcə şah Təhmasibin hər
dəfə Osmanlı qoşunu qarşısında geri
çəkilərkən düşmən əlinə heç nə
keçməsin deyə Təbrizi və başqa
şəhərləri yandırıb, yolları, körpüləri
məhv etdirilməsini xatırlayanda
o dövrdə xalqın nələr çəkdiyi aydın olur.
Təkcə 1586-cı ildə Osmanlı
paşasının əmri ilə 20 min təbrizli
öldürülmüşdü.
Bütün bu
qırğınlar nəticəsində Təbriz
əzəlki şöhrətini itirirdi və XIX əsrin
əvvəllərində şəhərin əhalisi az qala on
dəfə azalaraq təxminən 50-60 min nəfərə
enmişdi.
Bütün bu keşməkəşli yollara baxmayaraq
Təbriz heç vaxt öz quruculuq, yaradıcılıq ruhunu
itirməmişdir.
Təbriz Azərbaycan
tarixşünaslığının mərkəzi idi. XII
əsrdə yazılmış "Azərbaycan tarixi"
əsərinin müəllifi fəxrəddin ibi əl Müsənna
da, məşhur tarixçilər əhməd Ibi
Məhəmməd ( XIV əsr ), Həsən bəy
rumlu,Iskəndər bəy Münşi, Vəlixan Şamlu
bicən, Nizaməddin Şami də təbrizlidir.
Rəşidəddinin məşhur " Cami ət-təvarix
" təbrizdə yazılıb və Azərbaycan
tarixşünaslığına güclü təkan verib.
Orta əsrlərdə Təbrizi soyadş
ilə onlarda nücum, riyaziyyat, təbabət, fəlsəfə,
məntiq, qrammatika, coğrafiya alimi yazıb
yaratmışdır.
Məşhur səyyah Şardən orta əsr
azərbaycanlıların haqqında yazır: " Onlar
hətta çinlilərdən də irəlidə gedirlər. Onlar
alim və tələbələri sevirlər. Bütün
həyatlarını elm və biliyə sərf edirlər.
Ailəli olmaq çox uşaqlılıq, məqam və
vəzifə, hətta yoxsulluq onları elm ilə
məşğul olmaqdan çəkindirmir".
Azərbaycan ədəbiyyatinin ən böyük
nümayəndəl-ərindən Qətran Təbrizi də XI
əsrdə Təbriz yaxınlığı-nda
doğulmuşdur.
Orta əsrlərdə Təbrizin yetirdiyi bütün
söz ustalarının adını burada sadalamaq imkan
xaricindədir.
Təbriz me'marliq məktəbi nəinki
Iranın, habelə Türkiyə, Orta Asiya və Hindistanın
memarlığına böyük tə'sir göstərmişdir.
Türkiyəyə əsir aparılmış
əli Təbrizi sonralar Istambulun baş me'marı olub,
Türkiyə me'marlığının əsasını
qoymuşdu.
Təbriz Azərbaycan
xalçaçılığının mərkəzi idi. " Türk
xalçaları" adı ilə məşhur olan Təbriz
xalçaları dünyanın bir çox muzəyini bəzəyir.
Dünyanın ən nadir və qiymətli xalçalarından
olan"şeyx Səfi" 1539-cu ildə toxunub və indi
Londonun Viktoriya-Albert muzəyində saxlanılır.
Təbriz rəssamlıq, miniatür və
xəttatlıq məktəbləri bütün şərqdə
tanınırdı.
Təbriz tarixinə həsr olunmuş kitablardan
aldığım bu qısa qeydlər şəhərin
tariximizdəki böyük yerini göstərə bilirmi?
Yüz illərin yüz-yüz fəlakəti Təbrizin
böyük ruhunu sarsıda bilməyib.
Təbriz yenə də öz ana döşündən
yurdun böyük övladlarına və əsrin inqilab havasına süd
verib.
Təbriz yaşayır və yaradır.
Təbriz mübarizə aparır.
Təbriz bir gün qələbə
çalacağına inanır və onun bu inamı
dalğa-dalğa Cənubi Azərbaycanın bütün
şəhər və kəndlərinə yayılır.
Təbriz yumoru. Təbriz bütün ruhu ilə
nikbinliyə, şənliyə, zarafata köklənmiş bir
şəhərdir. Bunu bilməyən adama Təbrizdə
baş çıxarmaq çətindir. Təbrizli elə bilir ki, onun
zarafatının qabağında dayanan tapılmaz. Lakin...
ətraf kəndlərin birindən kasıb,
avamyana kişi Təbrizə bazarlığa gəlir. Elə
səhər ertədən işini görüb qurtarır, meydanın
bir tərəfində kölgəlik tapıb oturur, gözləyir ki,
axşam düşsün, kəndə kedənlərə qoşulub
evinə qayıtsın. Elə oturduğu yerdə onu yuxu
tutur, mürgüləyir. ətraf dükanlardakı
cüvəllağılardan birinin gözü kişini alır.
Piştaxtanın arxasında özünü məşğul
göstərsə də, bığaltı qımışa-qımışa
xurma yeyir və çərdəklərini də kişiyə
atır. Birinci çərdək üzünə dəyəndə
oyanır, özünü o yerə qoymadan gözaltı izləyir ki, ona
sataşan kimdir. Ikinci çərdək atılanda kişi
dükançını görür və halını pozmadan
mürgüləmkdə davam edir. Yarım saat, bir saat belə... Sonra
kişi yuxudan oyanıb gərnəşır,
yaylığını çıxarıb qabağına sərir
və asta-asta üzünə-gözünə dəyib ətrafına
səpələnmiş xurma çərdəklərini yiğir.
Yaylığın arası dolur. Kişi bağlamanı götürüb
durur və dükançıya yaxınlaşır. Bağlamanı ona
uzadır deyir:
-əmioğlu, zəhmət olmasa çək
görək bu bağlama nə qədər gələr.
Dükançı təmkinlə, halını pozmadan
bağlamanı alıb tərəzinin gözünə atır, o biri
gözünə də çəki daşı qoyub dedir:
-Bir girvənkədən artıqdır!
Kəndçi sakitcə əlini uzadır, lakin
bağlamanı götürmək əvəzinə çəki
daşını götürür və dükançının
kələsinə vurur:
-Mən iş adamıyam və
atdığın çərdəkləri qaytarıb
tək-tək sənin başına vurmağa vaxtım yoxdur,
-deyir,-ona görə də borcunu birdən qaytarıram!
Mənim də tarıx boyu üstümüzə yağan
tolamazları tək-tək qaytarıb, sataşanların
özünə atmağa imkanım yoxdur. Bəlkə də bir gün
kəndçi müdrikliyi köməyimə gəldi...
Araz Naxcıvandan keçəndə durudur. Qaradağ
dağlarından axıb gələn, suyu qırmızıya,
qan rənginə çalan qoturçay ona qoşulur... Uzun müddət
suları qarışmır. Araz ikirəngli axır, bir
sahılı duru, bir sahili bulanıq, qırmızı xeyli
aşağıda nəhayət, iki su qovuşur, bulanıq
durunu üstələyir və Arazın qırmızımtıl
rəngi yaranır.
Qorxuram ki, nə vaxtaca mən də ömrümə
vurulan bu ayrılıq dağına, bu ikiliyə, bu bulanıq
sulara vərdiğkar olub, taleyimlə barışam.
Bur nrokuror əostum zarafatla əeyurbu: kaş
Arazın üstündən yollar açıla! Hər şeyi atıb
Cənuba gedərdim. Orda bir kolun, bir ağacın prokuroru
olmağa da razıyam.
Mənim də ən böyük arzum nə vaxtca o tayda
adicə bir ibtidai məktəb müəllimi
işləməkdir. Təki yollar açıla!...
Kaş yollar açıla... Bu, qanlı-qadalı
tarıx yaşamğı ağsaqqal, qəmim bir xalqın 159
illik arzusudur!...
Araz axır... Qatar gedir. Araz qayaların dar
məngənəsindən çıxıb geniş vadiyə
yayılır. Araz boyu düzənliyin, Arazbasarın
bitib-tükənməyən bir hekayəti var hardan bağlayasan,
gözəl təbiətindənmi, mərd adamlarındanmı,
yoxsa üstünü ot basmış, addım səsinə həsrət
qalan körpülərindənmi?...
Qarabağ dağlarının pillə-pillə
enib Araza qovuşduğu yerdə, Cəbrayıl rayonunun
ərazisində bir-birindən 200-250 metr aralıda iki qədim
körpü var. Cənubla şimalı birləşdirən
Xudafərin körpüsü, Sınıq
körpü...
Yer üzündə bircə nəfər
azərbaycanlı tapmaq olmaz ki, bu körpülərə sakit baxa
bilsin. ən ölü ruhlusu da ən soyuqqanlısı da burda
səksənib dayanacaq, içindən nə isə bir
sızıltı keçəcək.
Körpüləri ilk ziyarətimi xatırlayıram.
əvvəlcə Xudafərinə baxdıq. Dağdan və
qırmızı kərpicdən tikilmiş körpü səkkiz
əsrdir ki, zamana və Arazın gur sellərinə sinə
gərib dözür. Üstünü ot basıb...
Körpünün o sahilə qovuşduğu yerdən azca
aralı təpənin üstündə qəribə bir qala var:
"Gözətçi qalasıdır!" --deyə
körpünün bu tərəfinə söykənmiş Xudafərin
kəndinin kişiləri izah
edirlər:--"Dərbənddən Balakənə, ordan da
Təbrizə-Azərbaycan dağlarında belə gözətçi
qalaları çoxdur! biri də bax elə bizim kəndin
üstündə--Diri dağdadır. O taydakı ilə əkiz
qardaşa oxşayırlar!"
Necə gözəl dedilər! əkiz qardaşa
oxşayırlar. Qarşı sahillər də, qarşı
dağlar da, üz-üzə dayanan qalalar da, o sahildən yolla ötüb
keçən adamlar da...hamısı əkizdir!
Bir az yuxarıdakı Sınıq körpünün bir
neçə tağı uçub tökülsə də öz tikilişinə
görə daha əzəmətlidir. Sütunlar sanki sualtı qayalara
bitişibmı kimi görünən nəhəng dağlardan hörülüb.
Nədənsə, yadıma antik me'marlığı salır bu
körpü. Dağılmış tərəfdən baxanda körpünün
içində mağaraya iki deşik görünür. Sən demə bu
deşiklər körpünün içi ilə o başadək uzanır
və onun möhkəmliyini qoruyur.
Dəstədən ayrılıb bu uçuq
sütunların birinin üstünə qalxıram. Gözümdə yaş
gilələnir. Sonra da düşüb sudan dikələn bir
qayanın üstündə otururam, ayaqlarımı dizə kimi Araz
sularına salıram. Araz və onun sularında əks olunan o
taylı dağlara baxıram. Su gözümü axırdır. Sanki
çayyuxarı üzüb gedirəm...
Haşıyə. Aradan iki il keçəndən sonra
yenə körpülərə baxırdıq. Xudafərin kəndinin
kişiləri: "baxın-baxın !--dedilər,--bir azdan bu
" Sınıq körpü" suyun altında qalacaq ". Sonra da
kənd camaatı körpüyə belə e'tinasız
münasibətdən xeyli hiddətlə danışdılar.
Sən demə bu yaxınlarda Araz dəryaçasının
tikilişinə başlanacaq. Bənd də düz elə bu "
Sınıq körpü" nün yerindən salınır.
Düzü heyrətə gəldim. Tarixin alovlarından
iki körpü çıxarmışıq, onun da biri
Sınıq...hər ikisini də ot basıb, indi də
ağına-bozuna baxmadan, ürəyimiz ağrımadan onu suyun,
bəndin altında qoyuruq. Ona görə ki, burda sahillər daha
çox yaxınlaşıb, bənd qısalacaq, qənaət
ediləcək... Qənaət! Gör bu qəpik-quruş
qənaətə xalqın nə boyda bir sərvəti qurban
verilir?!
Zəngilan və Qubadlı rayonları arxada
qalıb. Araz da tələsir, qatar da. Lakin mən burda
dayanıram.
Solda qarlı zirvələri buludlardan
seçilməyən, ilğıma bürünmüş Qarabağ
dağları, Kiçik Qafqaz silsilələri görünür və ana
nəvaziylə məni səsləyir. əlvida, Araz!
Ayrılıq, yenidən görünmək üçün!...