Jurnalistləri Qoruma Komitəsinin (CPJ) Verdiyi Raporun Azərbaycana dəxli olan bölmələrinin tərcüməsi

 

http://www.cpj.org

http://www.cpj.org/Briefings/2007/imprisoned_07/imprisoned_list_07.html#iran

 

 

 

 

Səid Mətinpur, Yarpaq

Həbs edilmiş: 25 May 2007

 

Azərbaycan Siyasal Məhbuslarını Müdafiə Komitəsi-nin (ASMƏK) raportuna görə yetgililər 32-yaşlı Mətinpuru və onun həyat yoldaşı Ətiyyə Tahirini Quzey-Batı Zəngan şəhərində yaxalamışdılar. Səid Mətinpur Azərbaycan Türkcəsində olan Yarpaq həftəliyinin redaktorudur. Yaxalanmaqdan sonra, Ətiyyəni evlərinə aparmış; evi axtarış etmiş; və Mətinpuru da həbsxanaya götürmüşlər. Məmurlar Mətinpurun şəxsi bilgisayarını, kitablarını və başqa şəxsi əşyalarını müsadirə etmişlər. Onlar telefon xəttini kəsmişdilər və Ətiyyədən tələb etmişdilər ki, bu əməl barədə heç kimə bir şey deməsin.

 

Mətinpura qarşı yürüdülən ittihamlar elan olunmayıb. Oktobr ayının əvvəllərində Müvəkkil, Mahmud Fəqihiyə görüşmə izni verilməmişdi.

 

Mətinpur, gündəlik Mərdüm-e-Növ­ qəzetinə və başqaları ilə iş-birliyi edər və sıx-sıx İranın ictimai və siyasi sistemini və rejim Azərbaycan fəallarını basqıya məruz etmələrini tənqid edərdi. O yaxalanmaqdan əvvəl ən son yazısında İran polisindən söz açmışdı ki, təhlükəsizlik naziri üçün əməliyyat aparmışdılar. CPJ ilə danışan yerli jurnalistlərin fikrincə Səidin məqalələri onun dustaqlığına bais olmuşdu.

 

ASMƏK-ə görə, yetgililər Mətinpuru neçə zindanlara ötürmüşlər və bunlara Tehranın Evin zindanı da daxildir. Yinə də ASMƏKə görə, Xanım Tahiri neçə dəfə onla qısa-varı telefon ilə danışa bilmiş. Jurnalistin anasına bir dəfə görüş izni verilmişdi.

 

Mətinpur başqa Azərbaycan jurnalistləri ilə birlikdə Beynəlxalq Ana Dili günü etirazı münasibəti ilə qabaqca Zənganda 21 Fevralda da yaxalanmışdı. Onlar hökumətin yürütdükləri məhdudiyyətə qarşı etiraz edirdilər ki, onlara Azərbaycan dilində yazı-pozu etməyi qadağan etmişdir. ASMƏKə görə, Mətinpur 10-gün təcridi hücrədə saxlanandan sonra zəmanət qarşılığında buraxılmışdı.

 

Cəlil Qənilu, özü çalışan jurnalist

Həbs edilmiş: 27 İyun 2007

 

Təvəkkül Qənilunun CPJ-yə verdiyi bəyanlara görə, Təhlükəsizlik qüvvələri onun 30-yaşlı qardaşı, Cəlil Qənilu-nu, Quzey-Batı-dakı Zəngan əyalətinin mərkəz şəhəri, Zənganda 27 İyunda yaxaladılar. Yinə də Təvəkkül Qəniluya görə, onlar Qənilunu təqribən 4 ay Təhlükəsizlik Nazirliyinin Zəngan daxmalarında saxlayandan sonra onu 21 Oktobr-da başqa bir həbsxanaya ötürmüşlər. (ASMƏK raporlarına görə Cəlil Qənilu, 26 May 2007 tarixində həbs edilib – çevirən)

 

CPJ bu siyahını 1 Dekabr-da hazırlayanda, hələ də Qənilu mühakimə olunmamışdı və ona qarşı təqsirləndirmə elan olunmamışdı. Təvəkkül Qənilu CPJ-yə dedi ki, onca bu tutuqlanmanın səbəbi Qənilunun məqaləsi idi ki, İranda Azərbaycanlıların mülki (sivil) və insan haqlarından söz açmış idi.

 

Yetgililər Qənilunu ilin erkən vaxtlarında da yaxalamışdılar. Azərbaycan jurnalistləri tərəfindən Beynəlxalq Ana Dili günü uğrunda düzənlənmiş etirazlara 21 Fevralda qoşularkən o Zənganda yaxalanmışdı. Onlar hökumətin yürütdükləri məhdudiyyətə qarşı etiraz edirdilər ki, onlara Azərbaycan dilində yazı-pozu etməyi qadağan etmişdir. O zəmanət qarşılığında 26-gün təcridi hücrədə saxlanandan sonra buraxılmışdı. Birlik Həvəsləndirmə İdarəsinə qoşulan reformçu öyrənçilərin tərəfindən yayımlanan Ədvar News  Qəzetinin fikrincə Qəniluya bədən və ruhi işgəncə qıyılmışdı, Təvəkkül Qənilu dedi. Yində də onun CPJ-yə dediyinə görə ilin başa çat-ha-çatında bu dosye hələ də aslanaq qalır.

 

ASMƏKin sözçüsu Əlirza Cavanbəxtə görə, Qənilu bir neçə qəzet üçün özü-çalışma surətdə jurnalistlik edər, misal üçün Mərdüm-e-Növ ğundəliyi və Farday-e-Rövşən həftəliyi və eləcə də indi dayandırılmış Ümid-e-ZənganPeyk-i-Azərbaycan.