31 mart azərbaycanlıların
soyqırımı günü ilə bağlı
Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ)nin bəyanatı
Artıq neçə ildir
31 mart azərbaycanlıların soyqırımı günü
kimi qeyd olunur. Bu soyqırım Azərbaycan Türk
milləti və dövlətçiliyinin tarixində baş vermiş
faciəli olaylara milli yaddaşın sərgisidir.
Azərbaycanlıların kütləvi şəkildə
qırğını, acılıqlara məruz qalması,
doğma yurdlarından sürgün edilməsi və didərgin
salınması 20.ci əsrin tarixində ən faciəli
və dəhşətli səhifələrindəndir.
Azərbaycanlılara bu faciəli tarixində "Böyük
Ermənistan" xülyası ilə sərsəm olan, bu
məqsədə çatmaq üçün hər cür vasitələrə
əl atan erməni şovinistlərinin izləri aydın
görünür. 1918-ci ilin martın 20 sin tarix mütləq öz
yaddaşlarından silməyəcək. İlin axır
çərşənbəsin qeyd etmək niyyətində
gecəni subhə yetirən Urmunun dinc əhalisi tarixin ən
dähşətli və kütləvi qırğınına məruz
qaldılar. Bəşəriyyətin ilkin
mənbələrindən biri, zəngin və qədim
tarixə malik olan Urmu şəhrində Ermənilər bir gün içində 10 000 dən
artıq günahsız Azərbaycan Türkünün çox
vəhşicəsinə qətlə yetirdilər. Bu
qırğın 6 davam sürərək 150 000
Azərbaycanlının qətliamına səbəb oldu. Eyni zamanda Azərbaycanın
quzeyində Erməni şovinistləri 10 minlərcə
Azərbaycanlını qətliam edib, tarixin acı
səhifələrində özlərindən dərin və
əbədi iz qoydular. Azərbaycanın güneyi və
quzeyində böyük bir cinayətlərin eyləmçisi olan erməni
şovinistləri bu cinayətləri bu günə dək davam
etməkdədir. Vətənimizin ayrılmaz hissəsi
Qarabağda tarixi utanmağa məcbur edən erməni
faşistləri minlərcə
Azərbaycan Türkünü öldürüb, bir milyondan çox
vətəndaşımızı öz doğma ata-baba
topraqlarından sürgün edib, milli coğrafiyamıza yiyə durmaq
niyyətindədirlər. 50 milyonluq Azərbaycan xalqı bu gün
bu nəticəyə gəlib ki, özündən başqa heçkim onun
dərdinə sırdaş ola bilməz. Dünya ictimaiyyəti
və bəşəriyyətin göz önündə tarixin ən
dəhşətli faciələrinə qol çəkən
erməni faşistləri, işlərinə son qoymaq
niyyətində deyirlər. BMT nin verdiyi qərarlara saymazyana
münasibətini göstərən erməni hakimiyyəti,
Azərbaycanın doğma topraqlarının işqalına
davam etməsilə, bölgədə sülh və barışın
inkişafına kölgə salır. Biz, İsveçdən dünya
ictimaiyyətinə səslənirik : Yetər bu qədər
haqsızlıq! Yetər bu qədər cinayət! Bu gün 50
milyonluq Azərbaycan xalqının səbri tükənib.
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ) 31 mart
Azərbaycanlıların soyqırımı gününü İsveç
və Avrupada dövlətlər səviyyəsində
yaddaşlarda qeyd edilməsi və muzakirələrə
çıxarılması uğrunda böyük bir hərəkətə
keçməyimizə söz verir.
Azərbaycan Fedrasiyonu-İsveç (AFİ) dünya
üzərində yerləşən bütün diaspor
təşkilatlarının bu məsələ ilə
əlaqədar fəaliyyət göstərməklərini ən
vacib işlərdən sayıb, onlarla birgə
hərəkətə keçməyi arzu edir.
AFİ olaraq ümid edirik Ermənistan hakimiyyəti dünya
qarşısında elədiyi cinayətləri etiraf etsin. Arzu
edirik Azərbaycanın işqal olunmuş topraqları ən
yaxın zamanda azad olub,
Azərbaycan soyqırımını
törədənlər uluslararası
məhkəmə qarşısında cavab versinlər.
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)