Ucnoqta:

 

Azərbaycan-Türk diasporlarının I Forumu keçirildi

İLHAM ƏLİYEV":: "ERMƏNİSTANIN MÜQƏDDƏRATI SUAL ALTINDA QALA BİLƏR"

RƏCƏB TAYYİB ƏRDOĞAN":: "DaĞlıq QarabaĞ problemi HƏm dƏ TÜrkiyƏnin yarasıdır"


Dünən Heydər Əliyev adına Sarayda Azərbaycan-Türk diaspor təşkilatlarının I Forumu keçirildi. Dünyanın 48 ölkəsindən 500-dən çox nümayəndənin qatıldığı tədbirdə türk dövlətləri və xalqlarının qarşılaşdığı problemlər və perspektivlər, eləcə də inteqrasiya və təcavüzə qarşı birgə mübarizə yolları müzakirə olundu və bəyanatlar səsləndirildi. Əvvəlcə Türk dünyasının iki böyük lideri - Mustafa Kamal Atatürk və Heydər Əliyevin türk birliyinin möhkəmlənməsinə təkan verən ideyalarını əks etdirən "Bir millət, iki dövlət" filmi nümayiş olundu. Daha sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin gücündən, xalqlarımızın həyatında onun nə qədər böyük əhəmiyyət daşımasından danışdı":: "Biz əsrlər boyu bir yerdə olmuşuq. Amma müxtəlif tarixi hadisələr bizim xalqlarımızı bir-birindən ayrı salıb. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bizim birliyimiz də bərpa olundu və bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə bərabər addımlayır. Biz bütün tədbirlərdə bərabər iştirak edirik, aramızda ən yüksək fikir birliyi var. Bəlkə də, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsunlar". Prezident bəyan etdi ki, Azərbaycan müstəqilliyinin 15 ilini yaşayıb. Artıq bu kiçik tarix göstərdi ki, ölkəmiz müstəqil dövlət kimi yaşaya, inkişaf edə bilir":: "İlk illərdə qardaş Türkiyənin dəstəyi bizim üçün həlledici oldu. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə olub və ilk illərdən Azərbaycana öz qardaş əlini uzadıb. Buna görə mən Türkiyəyə, bütün türk xalqına Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Əgər 1991-ci ildə Sovetlər Birliyində, keçmiş respublikalar arasında Azərbaycan axırıncı yerdə idisə, bu gün ən qabaqcıl yerlərdədir. 15 il ərzində siyasi proseslər normal məcraya düşdü. Azərbaycanda siyasi sabitlik tam şəkildə bərqərar olundu, iqtisadi inkişafa qədəm qoyduq və bu gün Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Artıq üçüncü ildir ki, Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyatdır. 2005-ci ildə iqtisadiyyatımız 26 faiz, 2006-cı ildə 34 faiz artıb. Bu il də təxminən buna oxşar rəqəmlər olacaq. Ölkəmiz möhkəmlənir, öz iqtisadi potensialını gücləndirir, siyasi imkanlarımız artır, bölgədə gedən proseslərdə biz daha da fəal iştirak edir və onlara təsir edirik. Əminəm ki, bizim güclənməyimiz bütün türk dünyasının güclənməsinə böyük dəstək, böyük töhfədir. Türkiyəni Azərbaycanla birləşdirən tarixi əlaqələr çox güclüdür. Ancaq indiki zəmanədə siyasi proseslər, siyasi əlaqələr onu daha da gücləndirir. Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi - bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Belə forumların keçirilməsi bizim birliyimizi daha da gücləndirir. Bütün türk dünyasının birliyini gücləndirir. Biz böyük qüvvəyik. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın və xalqlarımız rahat yaşasınlar. Biz buna layiqik və birgə səylərlə, birgə işlərlə buna nail olacağıq". Dövlət başçısı İlham Əliyev bildirdi ki, son illər ərzində Türkiyədə aparılan çox ciddi iqtisadi islahatlar ölkədə bir neçə il bundan əvvəl yaşanan iqtisadi böhrana son qoydu. Bu gün Türkiyə ən sürətlə, dinamik inkişaf edən ölkələrdəndir":: "Bizim birgə enerji layihələrimiz var. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin uğurla inşa edilməsi bizim bölgədə də, dünyada da önəmimizi artırır. Biz də bundan istifadə etməliyik və edirik. Azərbaycanın zəngin təbii sərvətləri Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılır. Azərbaycan qazı - "Şahdəniz" yatağından çıxarılan qaz bu yaxınlarda Türkiyəyə və oradan da Avropa ölkələrinə nəql ediləcəkdir. Bu, bizim önəmimizi artırır, siyasi və iqtisadi potensialımızı gücləndirir, xalqlarımızı daha da birləşdirir. Biz iqtisadi imkanlardan istifadə edərək, öz maraqlarımızı daha da dolğun şəkildə təmin etməliyik. Artıq Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihə həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Uzun illər ərzində bu məsələ bizim ölkələrimizdə, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Bizim birgə səylərimiz, Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində biz bu məsələnin həllinə də nail olmuşuq. Bu bizi Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Türkiyəni Orta Asiya ilə, bizim dəhlizdən keçməklə Asiyanı Avropa ilə birləşdirəcək. Şübhəsiz ki, bunun çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Biz bunları edirik". Prezident dedi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın dəstəyə çox böyük ehtiyacı vardı və biz onu yalnız Türkiyədən aldıq. Bu gün isə Azərbaycanın artan imkanları, potensialı, siyasi çəkisi, bölgədə oynadığı rolu və iqtisadi imkanları, öz növbəsində, Türkiyənin mövqelərinə də dəstəkdir. Bu qarşılıqlı qardaşlıq münasibətləri, qarşılıqlı maraq əsasında, dərin tarixi köklər əsasında qurulmuş münasibətlər artıq beynəlxalq siyasətin amilinə çevrilib":: "Biz nə qədər güclü olsaq, aramızda nə qədər möhkəm birlik olsa, maraqlarımızı da bir o qədər təmin edəcəyik. Maraqlarımız da üst-üstə düşür və biz istəyirik ki, xalqlarımız rifah içində yaşasın. İstəyirik ki, ölkələrimizdə və bölgədə sülh, əmin-amanlıq bərqərar edilsin. Biz istəyirik ki, qonşularla mehribanlıq şəraitində yaşayaq və buna nail oluruq, qonşu dövlətlərlə münasibətlərimiz çox uğurlu şəkildə qurulur. Beləliklə, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin həm ölkələrimiz, xalqlarımız, bütün türk dünyası üçün və həm də bütövlükdə, dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti var". Prezident Ermənistana da sərt xəbərdarlıq ünvanladı. Dövlət başçısı bəyan etdi ki, bədnam qonşumuz ikinci Ermənistan dövləti haqqında xülyaları unudub reallıqla hesablaşmalıdır. Əks təqdirdə, Ermənistanın öz müqəddəratı sual altında qala bilər":: "::Əgər Ermənistan öz xalqının gələcək taleyi haqqında düşünürsə, onlar öz siyasətində dəyişiklik etməlidir. Onlar qeyri-şərtsiz Azərbaycanın işğal olunan torpaqlarından çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlarından əl çəkməlidirlər". Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə çıxışında bildirdi ki, Dağlıq Qarabağ problemi həm də Türkiyənin yarasıdır. Qondarma erməni soyqırımı iddiası da hələ gündəmdən çıxmayıb. Lakin ermənilər hər iki məsələdə həqiqətdən qaçır. Məhz buna görə də, onlar arxivlərin açılması təklifini qəbul etmir":: "Hələ sorğumuza cavab yoxdur. Çünki onun əsasında Xocalı qətliamı dayanır. Bu soyqırım onların törətdiyi cinayətin nə qədər ağır olduğunun əyani göstəricisidir və hesab edirəm ki, bunun qarşılığında onlar bizim sorğularımıza indəyədək cavab vermədiyi kimi, bundan sonrada cavab verməyəcək. Yalan üzərinə həqiqəti, doğrunu inkar edə bilməzlər". Ərdoğan bəyan etdi ki, yalnız sıx əməkdaşlıq etməklə Azərbaycan və Türkiyə öz problemlərini həll edə bilər":: "Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunsa da, tez və ya gec bu məsələdə ədalət qələbə qazanacaq". Ərdoğan Azərbaycan və Türkiyə diasporları güclərinin birləşdirilməsi və birgə işin möhkəmləndirilməsinin vacibliyini vurğuladı. O, həmçinin, iki dövlətin müstəqilliyinin möhkəmləndirilməsi üçün birgə regional layihələrin reallaşdırılmasını yüksək qiymətləndirdi. "Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci isə Türkiyənin sevincidir", - deyə Ərdoğan qeyd etdi. Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mehmet Əli Tələt də Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqedə olduğunu bəyan etdi":: "Anlaşa bilməyəcəyimiz bir şey yoxdur. Bu haq davasında Azərbaycan öz hüquqlarının bərpasını istəyir. Onun bu davada soyqırıma uğrayan, şəhid olan minlərlə vətəndaşlarını beynəlxalq aləm görmürmü?". Qazaxıstanın UNESKO-dakı səfiri Oljas Süleymenov rəhbərlik etdiyi qurum adından forum iştirakçılarına salamlarını çatdırdı və bildirdi ki, dahi türklərin yaşam coğrafiyası dəyişsə də, bu gün bütün dünya türkləri fövqal türk etnosunun üzvləridir. Ona görə də, onların birləşməsi çox vacibdir. Qırğızıstan prezidentinin müşaviri Poladbey Şamkiyev isə türk xalqlarının birliyini onların dini, dili, adət-ənənələri və folklorlarının eyni kökdən qaynaqlanması ilə əlaqələndirdi. Daha sonra forum öz işini "Park inn" otelində davam etdirdi. Qeyd edək ki, dünən Heydər Əliyev adına Sarayda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə dost və qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinin ölkələrimizin və ümumən bölgənin firavanlığına, sabitliyi və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb. İkitərəfli əlaqələrin və qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və genişləndiriləcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I Forumunun xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafı, diaspor təşkilatlarımız arasında sıx əlaqələr qurulması baxımından böyük əhəmiyyəti olacağını bildiriblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələ barədə fikir mübadiləsi aparılıb. Daha sonra Prezident İlham Əliyev Şimali Kiprin lideri Mehmet Əli Tələti qəbul edib. Görüşdə türk və Azərbaycan xalqlarının, bütövlükdə türk dünyasının dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində Azərbaycan və türk diaspor tşkilatları rəhbərlərinin I forumunun əhəmiyyəti vurğulanıb və tədbir barədə fikir mübadiləsi aparılıb.

 

 

 

Zaman:

Diasporlarımız bundan sonra vahid orqanizm kimi fəaliyyət göstərəcək

Dünən Heydər Əliyev adına Sarayda Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu keçirildi.

Dünyanın 48 ölkəsindən 513 nümayəndənin iştirak etdiyi tədbirə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Mehmet Ali Talat da qatıldılar.
Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın daha da güclənməli olduğunu, təşkilatlanma prosesinin daha sürətlə aparılmasının vacibliyini vurğuladı. “Əfsuslar olsun ki, bu günə qədər dünya ictimaiyyətində bizim haqqımızda tam həqiqəti əks etdirən rəy yoxdur. Çünki çox güclü erməni lobbisi bizim əleyhimizə fəaliyyət göstərir”,- deyən ölkə başçısı bunun qarşısını almaq üçün öz siyasətimizi və təbliğat mexanizmimizi qurmağımızın əhəmiyyətini qeyd etdi. İlham Əliyev bildirdi ki, hər iki ölkə iqtisadi imkanlarından istifadə edərək, öz maraqlarını daha dolğun şəkildə təmin etməlidir. “Belə forumların keçirilməsi bizim birliyimizi və bütün türk dünyasının birliyini daha da gücləndirir”,- deyə prezident söylədi.
Rəcəp Tayyip Ərdoğan dünyanın 118 ölkəsində 5 milyondan çox Türkiyə vətəndaşının yaşadığını və onların bir qisminin yaşadıqları ölkələrin parlamentlərində təmsil olunduqlarını bildirdi. Baş nazir müasir dövrdə həmrəyliyin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, ortaq mənafelərin müdafiə edilməsində, iqtisadi və siyasi potensialın üzə çıxarılmasında, türklər barəsində söylənən böhtanların qarşısının alınmasında hər iki ölkənin xalqlarının üzərinə böyük iş düşdüyünü söylədi: “Sıx əməkdaşlıq və həmrəylik şəraitində bütün çətinliklərin öhdəsindən gələ bilərik”.

Foruma 48 ölkədən 513 nəfər qatılıb. Onlardan 173-ü Azərbaycan, 140-ı türk, 14-ü Axısxa, 23-ü İraq diaspor təşkilatlarının, 5-i isə QKTC nümayəndəsidir. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri ilə yanaşı, Latviya, Estoniya, Litva, Ukrayna, Lüksemburq və digər ölkələrin Ali Qanunverici orqanının üzvləri, Estoniya, Bolqarıstan, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət və hökumət üzvləri iştirak edir. Forumda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası, Bakı Bəyannaməsi, türkdilli xalqlara müraciət, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət nümayəndələrinə müraciət, 1915-ci il erməni soyqırımı ilə bağlı qərar qəbul edən ölkələrə etiraz bəyanatı qəbul edilib.
Forumda çıxış edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək, tədbirin məqsədi, əhəmiyyəti və iştirak edən qonaqlar barədə məlumat verib. “Bir millət - iki dövlət” filmi nümayiş olunduqdan sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

“Diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür”

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr olduğunu deyən dövlət başçısı bu əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib: “Dünyada Azərbaycanla Türkiyə qədər həm milli-etnik baxımdan, həm də siyasi cəhətdən bir-biri ilə yaxın olan başqa dövlətlər yoxdur. Bu işdə diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür”. Azərbaycanın iqtisadi uğurlarından və bölgədəki rolunun güclənməsindən danışan İlham Əliyev bunun həm də türkdilli ölkələrə böyük dəstək olduğunu vurğulayıb: “Bu forum bizim birliyimizi göstərir. Biz buna layiqik”. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi böyük iqtisadi layihələrdən söz açan prezident buna misal olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu xətti layihələrini göstərib. Onun sözlərinə görə, bəzən bu layihələrə qarşı ədalətsiz yanaşma müşahidə olunur: “Ancaq biz bunlara əhəmiyyət vermirik. Artıq iki ölkə arasındakı münasibətlər beynəlxalq siyasətin aparıcı amilinə çevrilib. Hər iki ölkədə yüksək səviyyədə tolerantlıq mövcuddur”. 2001 və 2006-cı illərdə Bakıda Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini xatırladan ölkə başçısı Azərbaycan diasporunun formalaşması prosesinə müsbət təsirindən danışıb. Onun fikrincə, Azərbaycan və Türk diaspor təşkilatları əlaqəli şəkildə fəaliyyət göstərməlidir: “Çünki beynəlxalq aləmdə bizim haqqımızda dolğun məlumatlar yoxdur. Güclü erməni lobbisi də bizim əleyhimizə işləyir. Diaspor təşkilatlarının nümayəndələri fəaliyyət göstərdikləri ölkələrdə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etməli, qanunverici orqanlarda təmsil olunmağa, önəmli yer tutmağa çalışmalıdırlar. Biz dövlət olaraq bunun üçün lazım olan dəstəyi verməyə, üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”.

“Erməni lobbisinin fəaliyyətini əngəlləməliyik”

Azərbaycan və Türk diaspor təşkilatlarının bundan sonra vahid orqanizm kimi fəaliyyət göstərəcəyini vurğulayan İlham Əliyev onları vətənlə sıx əlaqədə işləməyə çağırıb: “Erməni lobbisinin bizə qarşı fəaliyyətini ancaq bu cür əngəlləmək olar. Onların özləri bizə qarşı soyqırım törətdiyi halda, bizləri qondarma soyqırımda ittiham edirlər. Nədənsə ermənilərin türk diplomatlarını qətlə yetirilməsi, tarix boyu türk millətinin başına gətirilənlər bir kənarda qalır, ancaq qondarma erməni soyqırımı müzakirə obyektinə çevrilir, tutulan erməni terrorçular sonradan azadlığa buraxılır”. Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun müsbət nəticə verəcəyinə inandığını söyləyən ölkə başçısı daim onlara dəstək verəcəyini bəyan edib.

“Birlikdə olsaq, həqiqətləri dünyaya çatdıra bilərik”

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan çıxışında Azərbaycana növbəti dəfə səfər etməkdən və forumda iştirakından məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, QKTC Prezidenti Mehmet Ali Talatın bu toplantıda iştirakı xüsusi əhəmiyyətə malikdir: “Azərbaycan prezidenti İlham Əliyevin ev sahibi olaraq Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Talatı bu toplantıya dəvət etməsi bizim üçün çox önəmlidir. Bundan dolayı çox təşəkkür edirik”. Türkiyə ilə Azərbaycan arasında həyatın bütün sahələrində əlaqələrin olduğunu deyən Rəcəp Tayyip Ərdoğan bu əməkdaşlığın tarixi köklərə malik olduğunu və həmişə davam edəcəyini bildirib. Ermənilərin Türkiyəyə qarşı “soyqırım” iddialarına toxunan baş nazir tarixçi və hüquqşünaslardan ibarət birgə komissiya yaradılması ilə bağlı Ermənistan prezidenti Robert Köçəryana göndərdiyi rəsmi təklifi xatırladıb: “Onlar bu təklifə cavab vermədilər. Çünki bilirdilər ki, biz onların qarşısına Xocalı soyqırımını qoyacağıq. Xocalı soyqırımı çox yaxın illərdə baş verən qətliamdır. Azərbaycan torpaqlarının hələ də işğal altında olması, bir milyona yaxın vətəndaşın torpaqlarından uzaq, qaçqın və köçkün durumda yaşaması türk xalqının qanayan bir yarasıdır”. Diaspor təşkilatlarını qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməyə çağıran Rəcəp Tayyip Ərdoğan yalnız bu yolla həqiqətləri dünyaya çatdırmağın mümkünlüyünü bildirib.
QKTC Prezidenti Mehmet Ali Talat çıxışında forumda iştirak etməkdən məmnunluğunu bildirib: “Şimali Kiprin türk xalqı üçün bu toplantıda təmsil olunmaq çox önəmlidir. Bu, bizim dünyada tək olmadığımızı göstərir”.
Daha sonra Forumda Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Qazaxıstanın dövlət rəsmiləri təbrik nitqləri ilə çıxış ediblər. Forum ayrı-ayrı işçi qruplarında davam etdirilir.

 

525:

Azərbaycan və Türk diasporları birləşdi

İLHAM ƏLİYEV: "AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI BUNDAN SONRA VAHİD ORQANİZM KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK"


Dünən Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. APA-nın məlumatına görə, forumda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan, Şimali Kipr türk xalqının lideri Mehmet Əli Tələt iştirak edib. Foruma 48 ölkədən 513 nəfər qatılıb. Onlardan 173-ü Azərbaycan, 140-ı türk, 14-ü Ahısxa, 23-ü İraq diaspor təşkilatlarının, 5-i isə Kipr türklərinin nümayəndəsidir. Forumda ən çox nümayəndə heyəti ilə təmsil olunan Türkiyə, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsveç, Niderland, Rumıniya, Norveç və Litvadır. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri ilə yanaşı, Latviya, Estoniya, Litva, Ukrayna, Lüksemburq və digər ölkələrin Ali Qanunverici orqanının üzvləri, Estoniya, Bolqarıstan, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət və hökumət üzvləri iştirak edir. Forumda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası, Bakı Bəyannaməsi, türkdilli xalqlara müraciət, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət nümayəndələrinə müraciət, 1915-ci il erməni soyqırımı ilə bağlı qərar qəbul edən ölkələrə etiraz bəyanatı qəbul ediləcək. Forumda çıxış edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirin məqsədi, əhəmiyyəti və iştirak edən qonaqlar barədə məlumat verib. "Bir millət – iki dövlət" filmi nümayiş olunduqdan sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr olduğunu deyən dövlət başçısı bu əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib: "Dünyada Azərbaycanla Türkiyə qədər həm milli-etnik baxımdan, həm də siyasi cəhətdən bir-biri ilə yaxın olan başqa dövlətlər yoxdur. Bu işdə diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür". Azərbaycanın iqtisadi uğurlarından və bölgədəki rolunun güclənməsindən danışan İlham Əliyev bunun həm də türkdilli ölkələrə böyük dəstək olduğunu vurğulayıb: "Bu forum bizim birliyimizi göstərir. Biz buna layiqik". Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi böyük iqtisadi layihələrdən söz açan prezident buna misal olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu xətti layihələrini göstərib.

   Onun sözlərinə görə, bəzən bu layihələrə qarşı ədalətsiz yanaşma müşahidə olunur: "Ancaq biz bunlara əhəmiyyət vermirik. Artıq iki ölkə arasındakı münasibətlər beynəlxalq siyasətin aparıcı amilinə çevrilib. Hər iki ölkədə yüksək səviyyədə tolerantlıq mövcuddur". 2001 və 2006-cı illərdə Bakıda Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini xatırladan ölkə başçısı Azərbaycan diasporunun formalaşması prosesinə müsbət təsirindən danışıb. Onun fikrincə, Azərbaycan və türk diaspor təşkilatları əlaqəli şəkildə fəaliyyət göstərməlidir: "Çünki beynəlxalq aləmdə bizim haqqımızda dolğun məlumatlar yoxdur. Güclü erməni lobbisi də bizim əleyhimizə işləyir. Diaspor təşkilatlarının nümayəndələri fəaliyyət göstərdikləri ölkələrdə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etməli, qanunverici orqanlarda təmsil olunmağa, önəmli yer tutmağa çalışmalıdırlar. Türk diaspor təşkilatları bu sahədə bir sıra uğurlar əldə ediblər. Bu uğurları daha da artırmaq lazımdır. Biz dövlət olaraq bunun üçün lazım olan dəstəyi verməyə, üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq". Azərbaycan və türk diaspor təşkilatlarının bundan sonra vahid orqanizm kimi fəaliyyət göstərəcəyini vurğulayan İlham Əliyev onları vətənlə sıx əlaqədə işləməyə çağırıb: "Erməni lobbisinin bizə qarşı fəaliyyətini ancaq bu cür əngəlləmək olar. Onların özləri bizə qarşı soyqırım törətdiyi halda, bizləri qondarma "soyqırım"da ittiham edirlər. Nədənsə ermənilərin türk diplomatlarını qətlə yetirməsi, tarix boyu türk millətinin başına gətirilənlər bir kənarda qalır, ancaq qondarma "erməni soyqırımı" müzakirə obyektinə çevrilir, tutulan erməni terrorçular sonradan azadlığa buraxılır". Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun müsbət nəticə verəcəyinə inandığını söyləyən ölkə başçısı daim onlara dəstək verəcəyini bəyan edib. İlham Əliyev çıxışında onu da bildirib ki, türk dünyası tarixdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. O bildirib ki, indiki Ermənistan qədim Azərbaycan torpaqları olan Zəngəzur və İrəvanın ərazisində qurulub: "Zəngəzur və İrəvan bizim ata-baba yurdumuz olub. Bu torpaqlar qədim türk torpaqlarıdır. Biz bu torpaqlara da iddia etsək, o zaman ermənilərin müqəddəratı sual altına düşə bilər". İşğal olunmuş Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayan prezident işğalçı Ermənistanın BMT qətnamələrini yerinə yetirmədiyini deyib: "Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və bu, danışıqların predmeti deyil, heç vaxt da olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək". Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycana növbəti dəfə səfər etməkdən və forumda iştirakından məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, Şimali Kiprin türk xalqının lideri Mehmet Əli Tələtin bu toplantıda iştirakı xüsusi əhəmiyyətə malikdir: "Azərbaycan prezidenti İlham Əliyevin ev sahibi olaraq Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Tələti bu toplantıya dəvət etməsi bizim üçün çox önəmlidir. Bundan dolayı çox təşəkkür edirik". Türkiyə ilə Azərbaycan arasında həyatın bütün sahələrində əlaqələrin olduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu əməkdaşlığın tarixi köklərə malik olduğunu və həmişə davam edəcəyini bildirib. Ermənilərin Türkiyəyə qarşı "soyqırım" iddialarına toxunan baş nazir tarixçi və hüquqşünaslardan ibarət birgə komissiya yaradılması ilə bağlı Ermənistan prezidenti Robert Köçəryana göndərdiyi rəsmi təklifi xatırladıb: "Onlar bu təklifə cavab vermədilər. Çünki bilirdilər ki, biz onların qarşısına Xocalı soyqırımını qoyacağıq. Xocalı soyqırımı çox yaxın illərdə baş verən qətliamdır. Azərbaycan torpaqlarının hələ də işğal altında olması, bir milyona yaxın vətəndaşın torpaqlarından uzaq, qaçqın və köçkün durumda yaşaması türk xalqının qanayan bir yarasıdır". Diaspor təşkilatlarını qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməyə çağıran Rəcəb Tayyib Ərdoğan yalnız bu yolla həqiqətləri dünyaya çatdırmağın mümkünlüyünü bildirib. Şimali Kiprin türk xalqının lideri Mehmet Əli Tələt çıxışında forumda iştirak etməkdən məmnunluğunu bildirib: "Şimali Kiprin türk xalqı üçün bu toplantıda təmsil olunmaq çox önəmlidir. Bu, bizim dünyada tək olmadığımızı göstərir". Daha sonra Forumda Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Qazaxıstanın dövlət rəsmiləri təbrik nitqləri ilə çıxış ediblər. Forum ayrı-ayrı işçi qruplarında davam etdirilir (APA).