دَيرلي وطنسئور و ميلتچي آذربايجانليلار!

سئويملي باجيلار و قارداشلار!

اوزونتويله دئمهليييک کي سون آيلاردا بعضا اي-مئيل قروپلاريميز و اينترنت دوشرگهلرينده، بير نؤوع ادبسيز ادبياتين و دئدي-قودولارين، اورک آغريلاريلا ايرادهسيز ايزلهييجيسي اولموشوق، کيمليگي بيزه معلوم اولمايان مجازي شخصلر، تانينميش بير حقيقي يا دا حوقوقي شخصيته اوخ آتيب، يايين گيزلهدير، ياراماز شر ياخمالارلا اونلارين خوصوصي حريمينه توخونوب، شخصيتلريني ترور ائديرلر. بئلهليکله نهايتده آراميزا تفرقه ساليب، صفلريميزي پوزماغا چاليشيرلار.

داها هامي اوچون آيديندير کي بونلار يئني مئيدانيا گيرميش يوزمينلرجه گنجيميزي، اورتادان قاچيريب، اسگي چاليشقانلاري پاسيوليگه يؤنلديب و نهايت حاقآختاران حرکتيميزي دورغونلوغا طرف چکمک ايستهييرلر….

دوشمنلريميزين طرفيندن يئللهنرک، اوردا-بوردا آليشان بو يانغينلار، اصلينده اونو- بونو دئييل، هاميميزي يانديرماقدادير!

بيز بئله بير اخلاقسيز داورانيشلار و  ادبدن اوزاق ادبياتين، حورّيت  و اينسان حاقلاري  يولوندا جانيندان، ماليندان کئچن اولو ميلّتيميزين اؤولادلارينا ياراشماديغي و ياپيشماديغيني دوياراق، اونو آذربايجان فضاسيندا تماميله يابانجي بير اخلاقيات و ادبيات کيمي قيمتلنديريريک.

عزيز دوستلار

بيز عادي بير آذربايجانلي وطنداش کيمي، هامينيزدان (بوتون حقيقي و حوقوقي شخصيتلريميزدن) ايسترديک کي عوموم خالقا خوصوصيله ده اؤز ياخين -اوزاق دوستلارينا بير باشا موراجيعتله، اونلاري دوشمنلرين تؤطئهسينه اويماييب، دوزاقلارينا دوشمهمگه چاغيريب، آييق - ساييق اولمالاريني ايستهسينلر.

عئيني حالدا اينترنت دوشرگهلرين و اي-مئيل قروپلارينين حؤرمتلي موديرلريندن ايسترديک کي بو خاريجي عاميللرين ايچريميزه گيرمهلرينه ايمکان وئرمهسينلر.

امينيک کي بو مسئلهيه هرطرفدن جيدي ياناشيليرسا، موقدس يولوموز، داش-چينقيللاردان و هرز اوت-علفلردن، آرينيب، تميزلنهجک.

 

اکبر آزاد                     حسن راشدي             عليرضا صرافي

 

8/11/1385  تاسوعا آخشامي

 

 

Dəyərli Vətənsevər və Millətçi Azərbaycanlılar!

Sevimli Bacılar və Qardaşlar

Üzüntüylə deməliyik ki son aylarda bəzən e-mail qruplarımız və internet düşərgələrində, bir növ ədəbsiz ədəbiyyatın və dedi-quduların, ürək ağrılarıyla iradəsiz izləyicisi olmuşuq. Kimliyi bizə məlum olmayan məcazi şəxslər, tanınmış bir həqiqi ya da hüquqi şəxsiyyətə ox atıb, yayın gizlədir, yaramaz şər yaxmalalarla onların xüsusi həriminə toxunub, şəxsiyyətlərini teror edirlər. Beləliklə nəhayətdə aramıza təfrəqe salıb, səflərimizi pozmağa çalışırlar.

Daha hami üçün aydındır ki bunlar yeni meydana girmiş yüz minlərcə gəncimizi, ortadan qaçırıb, əsgi çalışqanlarımızı da pasivliyə yönəldib və nəhayət haqq axtaran hərəkitimizi durğunluğa tərəf çəkmək istəyirlər....

Düşmənlərimizin tərəfindən yellənərək, orda-burda alışan bu yanğınlar, əslində onu-bunu deyil, hamımızı yandırmaqdadır!

Biz belə bir əxlaqsız davranışlar və ədəbdən uzaq ədəbiyyatın, hürriyyət  və insan haqları uğrunda canından, malından keçən ulu millətimizin övladlarına yaraşmadığı və yapışmadığını duyaraq, onu Azərbaycan fəzsında tamamilə yabancı bir əxlaqiyyat və ədəbiyyat kimi qiymətləndiririk.

Əziz dostlar!

Biz aadi bir azərbaycanlı vətəndaş kimi hamınızdan (bütün həqiqi və hüquqi şəxsiyyətlərimizdən) istərdik ki umum xalqa xususilə də öz yaxın-uzaq dostlarına bir başa müraciətlə, onları düşmənlərin tövtiəsinə uymayıb, duzaqlarına düşməməyə çağırıb, ayıq-sayıq olmalarını istəsinlər.

Eyni halda internet düşəgələrin və e-mail qruplarının hörmətli müdirlərindən istərdik ki bu xarici amillərin içərimize girmələrinə imkan verməsininlər.

Əminik ki hər tərəfdən məsələyə ciddi yanaşılırsa, müqəddəs yolumuz, daş-çınqıllardan və hərzə ot-ələflərdən arınıb təmizlənəcək.

 

Əkbər Azad                          Həsən Raşidi                           Əlirza Sərrafi

 

1385/11/8 Tasua axşamı