Öyrənci hərəkatilə bağlı

AFİ nin (Azərbaycan Fedrasiyonu, İsvəc) muraciəti

Ötən günlərdə Azərbaycanımızın Güney bölgəsində gərçəklənmiş milli əsəbiyətin dalğası tüm dünya ictimaiyətin eşitməyə və millətimizin siasal-toplumsal acı durumun dünya səviyəsində sərgilədi. Fars şevonizmin ardıcıl apartayd tədbirlərinə qarşı, isə milli-siasi mucadiləmizin davamında, millətimiz  bir səs olub, bir daha azadliq və bəşər haqlar hayqırısın şevonizm hakimiyətə doğru canlatdılar. Bu böyük tərpənişin rəhbərləri olan öyrənci gənclərimiz  bir daha subut etdilər ki, hər zamanki kimi ayıq və hazır olaraq, milli varlığımızın keşiyində durmuşlar.  Zəngin mədəniyətimiz və kültürümüzün isə milli varlığımızın bir qayqıkeş vurğu əsgərləri kimi  şevonizm İslami hakimiyətin xulyalı məfkurat və tədbiratına bir daha yox deyıb, bu həq səsi ən zirvələrdə səsləndirdilər.

Biz AFİ (Azərbaycan Fedrasiyonu, İsvəc) olaraq tam mənəvi dəstəkimizi bu milli dirənişdən bildirib, bu səs yox hayqırtını dünya səviyəsində adın daşıyan hər bir toplumsal və insansəl qurum-quruluşlara çatdırmağı bir görəv sanırıq özümüzə.

Eşq olsun Azərbaycan Türk millətinə, eşq olsun Güney Azərbaycan öyrənci hərəkatçıların düşündüyü bu qutsal yol və onun amacına.

 

AFİ Baş komitə naminə

Əli Mullazadə