Unudulmuş
Qarabağ savaşı
Artıq on
səkkiz ildir ki, Qarabağda Azərbaycan və Ermənistan
arasında savaş gedir. Yaxlaşıq iyirmi faiz Azərbaycan
torpaqlarının ermənilər tərəfindən
işğal edilməsi çox dağıntılar
törətmişdir. Bir milyondan artıq Azərbaycanlı öz
ev-eşiyindən didərgin düşmüş, otuz mindən çox
insansa həyatını itirmişdir. Erməni
işğalı səbəbinə bu gün Azərbaycan
dünyanın ən çox qaçqını olan ölkə durumuna
düşmüşdür. Savaşın başlamasından on səkkiz
il keçsə də, hələ də bu insanlar dözülməz
qaçqın düşərgələrində yaşayırlar.
Qaçqın düşərgələrində sanitariya durumu
yetərsizdir, tibbi yardım və maarif isə az qala yox
dərəcəsindədir. Bu düşərgələrdə
evə qayıtmağı gözləyən bütöv bir nəslin ömrü
hədər olub.
Qafqazın bu
ən dağıdıcı savaşına və Azərbaycan
qaçqınlarının faciəli taleyinə dünya göz yumur ki, bu
da adamın ürəyini sızladır və adamı
sinirləndirir. Az qala iki onillikdir ki, savaş gedir və
hələ də çözüm yoxdur. Halbuki Qarabağ savaşı
ilə ortaya çıxan bu bəşəri fəlakət
yalnız Azərbaycanlılara yox, bütövlükdə, insan
haqlarını müdafiə edənlərin hamısına aid bir
sorundur.
İsveç xalqı
və İsveç höküməti öz təsanüdçü gələnəyi
və humanist dünyabaxışı səbəbinə
həmişə başqa ölkələrdəki savaş
qurbanları ilə həmrəy olmuşdur. Arzum budur ki,
İsveç Azərbaycan qaçqınlarını da müdafiə edib
uluslararası ilişgilər alanında bu unudulmuş
Qarabağ sorununu yenidən gündəliyə gətirsin və
qaçqınların öz evlərinə qayıtmaq uğrundakı
haqlı mübarizələrini dəstəkləməklə toqquşmanın sağlam
çözümünə çalışsın.
Nərgiz Nedai
Azərbaycan Gənclər Federasyonu
İsveç