Həbib Cəlili Maki

2012-ci il iyulun 6-8-də Almaniyanın Heidelberg şəhərində təşkil olunmuş Urmu Gölu Festivalı bütün təxribatlara baxmayaraq başa çatmışdı.

Bu ekolojik təşəbbüs öz növündə ilk təcrübə olduğuna görə bir sıra təşkilati nöqsanları da olmuşdur.Lakin buna baxmayaraq tədbir uğurla sona çatmışdı.

Festivalın birinci günü müxtəlif ölkələrdən gəlmiş azərbaycanlılar səmimi bir mühitdə bir yerə toplanıb bir-birlərilə tanış olmuş, müxtəlif məsələlər haqda fikirlərini bir-birlərilə paylaşmışlar. Toplananlar həmin axşam qurduqları çadırlarda gecələmişlər. Sevindirici haldır ki, tədbirdə gənclərimiz və kiçik yaşlı uşaqlarımız da iştirak edirdi.

Festivalın ikinci günü Azərbaycanın məşhur tarzəni Ramiz Quliyev, fortepianoda həmyerlimiz Gülçin Aslanovanın müşayəti ilə möhtəşəm konsert vermişdi. Ustad Ramiz Quliyevin məharətli ifasında azərbaycan bəstəkarlarının əsərləri, eləcə də klassik muğam parçaları , xalq mahnılarımız səslənmişdi. Bundan başqa, konsertdə „Azərbaycan musiqi qrupu Almaniya“ ( Tarzən Vahid , sintezatorda Ceyhun, müğənni Füzuli) çıxış etmişdir.

Festivalın üçüncü günü Heidelberg qalasına yürüş və elmi seminar planlaşdırılmışdır. əfsuslar olsun ki, leysan yağış qalaya ümumi yürüşü çətinləşdirmişdi, buna baxmayaraq yürüş ayrı – ayrı qruplar tərəfindən həyata keçirilmişdi.

Elmi seminarda əli bəy Məhcubi Ulrich Eichelmannın elmi çıxışları ۱۰-larla soydaşımızın marağını qazanmış və Urmu Gölü faciəsi ətrafında canlı diskussiyalar aparılmışdır.

Festival zamanı Urmu gölünün fəlakətli vəziyyətini əks etdirən plakat və fotosərgi təşkil olunmuşdur.

Festivalın əsas məqsədi Urmu gölü faciəsini Dünya Ictimaiyyətinə çatdırmaq idi.

Biz bu tədbirə yardım göstərən ,orda iştirak edən bütün vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.

Heidelberg Urmu Gölü festivalı ۲۰۱۲ komitəsi

Həbib Cəlili Maku

11.07.2012

ACHIQLAMA

əziz həmvətənlər,

bu xəbəri hazırlayarkən müxtəlif medialardan öyrəndik ki, DAK təşkilatlarından biri və onun sədri Mirəşrəf bəy Fəthiyev özünü və öz təşkilatını „Urmu Gölü festivalın“ təşkilatçısı kimi tanıtdırmışdır. (baxınız:

http://yenises.ru/siyaset/374-dak-sjdri-mirjerjf-fjtiyev-vurmiya-gglgngn-qurudulmasd-azjrbaycan-vj-tgrkiyj-tjbijtinj-zjrbj-ola-biljrv.html

http://www.dak.az/view.php?lang=az&menu=17&id=18265 )

Halbu ki, Mirəşrəf bəyin rolu festival başlanan günə kimi ancaq ondan ibarət olmuşdur ki,o təkcə,imza kompaniyasına qoşulan 80 azərbaycanlıdan biri olmuşdur. Cənab Fəthiyev yalnız bizim tədbirimiz başlanan gün iki nəfər Almaniyada yaşayan musiqiçini bizim musiqi proqramımıza artırmışdı.

Bundan başqa DAK-ın bir təşkilat kimi və onun sədri cənab Fəthiyevin bu işdə hətta kiçik bir rolu belə olmamışdı. Bu tədbirdə iştirak edən Mirəşrəf bəy Fəthiyev və onun yanında gələn 4 nəfər hətta giriş pulu belə verməmişdilər və biz buna etiraz etdikdən sonra, Komitəmizin üzvü Fəraməz bəy Quluzadə onların giriş pulunu bir gün sonra ödəmişdir.

Mirəşrəf bəyin daha bir mənfi işi də bu olmuşdur ki, onun yanında gətirdiyi qonaqlardan biri şer oxumaq adı ilə səhnəyə çıxıb „Urmu golü“ əvəzinə „Quran“ və „Turan“dan söz açıb, dəfələrlə Dak və Mirəşrəf bəyin adını çəkərək, iştirakçılarda belə bir yalnış təssəvvür yaratmışdır ki, guya festival Mirəşrəf bəyin başçılıq etdiyi DAK tərəfindən təşkil olunmuşdur.

Halbuki, biz əvvəldən axıra kimi yaydığımız bütün bildiriş və müsahibələrdə ümumiyyətlə heç bir təşkilatın adını,hətta bu tədbirin birinci təşəbbüsçüsü olan „AzerTalk“-un adını belə çəkməyə icazə verməmişdik. Bütün bu faktlar onu sübut edir ki, bu DAK təşkilatı özü ciddi bir iş görə bilmədiyi üçün 10-larla insanın aylardan bəri Azərbaycan və Urmu Gölü yolunda çəkdikləri əməyi öz adlarına çıxarmış,bununla da əməldə təxribatçı rol oynamışdılar.

Mən öz adımdan və mənə bu məsuliyyəti tapşıran onlarla azərbaycanlılar adından bu DAK -a öz etirazımı bildirərək tələb edirəm ki, bundan sonra bu cür təxribatçı işlərə son qoysun, başqalarının əməyinə yiyə çıxmaq yerinə özləri əməli fəaliyyətə başlasınlar.Eləcə də bu DAK-da fəaliyyət aparan bütün sadiq fəallardan xahiş edirəm ki, öz etirazlarını bildirsinlər.

Biz tələb edirik ki, DAK mətbuatda yaydıqları yalan xəbərləri təkzib edib, buna aydınlıq gətirsin.

Mən bu tədbirə yardım göstərən ,orda iştirak edən bütün vətəndaşlarımıza təşəkkür edib, tədbirdə olan nöqsan və əksikliklərə görə öz adımdan iştirakçılardan üzr istəyirəm.Inanıram ki, gələn il bu nöqsanların bir çoxunu aradan qaldırıb daha gözəl və daha möhtəşəm bir tədbir təşkil edəcəyik.

Heidelberg Urmu Gölü Festivalı komitəsi

Həbib Cəlili Maku

11.07.2012