Mәtbuat Bildirişi

 

Әziz hәmvәtәnlәr,

 

Biz Sürgündәki bir grup Güney Azәrbaycan yazıçıları, şairlәri, tәnqidçilәri, jurnalistlәri vә araşdırmacıları 1-2 Septamber 2011 tarixindә İsveç’in Stockholm şәhәrindә aparılan Qurucu Qurultay toplantısında Sürgündәki Güney Azәrbaycan (İran) Qәlәm Әncümәni’ni tәsis edib vә bu ilk qurultayda Dünya Qәlәm Әncümәni’nin mәnşurunu qәbul edәrәk Dünya Qәlәm Әncümәni’nin üzvü olmaya talib olmuşuq.

 

İran çox milletli bir ölkәdir. Orda fәrqli diller vә әnәnәlәr yaşayır. Pәhlәvilәr vә İslam Cumhurisinin zamanında emal edilmiş vә edilәn basqı vә ixtinaq hәrkәsә vә bütün insan haqları tәşkilatlarına vә mәxsusәn dә Uluslararası Qәlәm Әncümәninә aydındır. Uluslararası Qәlәm Әncümәninin Avropa, Amerika vә Kanadadaki şöbәlәrinin tәşәbbüslәri ilә İranın çox sayıda yazıçısı, şairi vә qazetәcisi hәtmi ölümdәn qurtarılıb vә o faaliyәtlәr nәticәsindә çok halda onların zindanlardaki çәtin vәziyatları yaxşılanıbdır.

 

İran nüfusunun çoxunluğu anadili Farsca olmıyanlardan tәşkil tapmasına rәğmәn bu çoxunluq öz anadillәrindә tәlim görmәlәkdәn mәhrum bıraxılıblar. İslam Cumhurisinin anayasasına göre Farsça bütün İran nüfusunun tekce tәlim dili sayılır. Ona görә dә Azәrbaycan türkcәsi, Kürtcә, Türkmәncә, Bәluçca, Әrәbcә ve İrandaki başqa dillәr rәsmiyyәtә tanınmayır. Azәrbaycan Türklәri dә İran’daki başqa millәtlәr kimi Farsca tәhsil görmәye mәcburdurlar.

 

İsalm Cumhurisinin ve uluslararası teşkilatların verdiklәri rәqәmlәrә görә İran’da Azәbaycanlılar milli çoxunluğa sahibdirler. Ancaq bu gerçeye reğmen, çoxunluğun öz  milli kültürünü öz anadilindә yazmaya, yayamaya vә qorumaya tәşәbbüs etmәyinin önü kәsilibdir. Gәrçәkdә Güney Azәrbaycan (İran) yazıçıları, şairlәri, tәnqidçilәri, araşdırmacıları vә jurnalistlәri ve bütün xalq zümrә vә tәbәqәlәri öz ölkәlәrindә tam bir dilsәl ve kültürәl sürgün heyatı yaşayırlar vә bu tabii haqqı istәmәyә qalxanlar isә zorbalıqla taplanıb vә zindanlara atılırlar.

 

Buna görә dә biz acil bir istәk olaraq Sürgündәki Güney Azәrbaycanın bir qurub yazıçıları, şairlәri, tәnqidçilәri, araşdırmacıları vә jurnalistlәri Sürgündәki Güney Azәrbaycan (İran) Qәlәm Әncümәni’ni quraraq tarixi bu addımı atdıq ve Dünya Qәlәm Әncümәninin mәnşur vә әsasnamәsinin bütün mәzmunlarını qәbul edәrәk öz çalışmalarımızı Dünya Qәlәm Әncümәninin mәnşuru cәhәtindә tәmәrküzlәşdirecәyik.

 

Biz habelә öz sinfi, әdәbi vә kültürәl faaliyәtlәrimizә bir ocaq yaradaraq bütün dünyada Azәrbaycanlı yazıçıların, şairlәrin vә araşdırmaçıların haqlarını müdafaa etmәk, Azәrbaycanın kültürәl vә әdәbi gәlişmәsi yolunda çalışmaya haqqındaki kәsin tәsmim vә istәyimizi bildiririk.

 

Sürgündәki Güney Azәrbaycan (İran) Qәlәm Әncümәni, Dünya Qәlәm’in evrәnsәl bәyaniyyәsini qәbul edәrәk; Azәrbaycanın vә İran Türklәrinin әn tәbii vә demoqratik haqlarından difa etmәyә kәsin tәsmimi olduğunu bildirir. Heç quşqu vә şәk yoxdur ki Qәlәm Әncümәn’inin faaliyәtlәri İrandaki bütün milliyetlerin öz demoqratik haqlarına çatmaları yolundaki mücadәlәsinә dә çiğin verәcәktir.

 

Sayqıyla

 

Sürgündәki Güney Azәrbaycan (İran) Qәlәm Әncümәni İdare Heyәti

 

Rıza Beraheni (Fәxri Daimi Sedr), Haşım Xisroşahi, Sәdiqә Әdaleti, Əlireza Əsgerzade, Şiva Fәrәhmәnd Rad, Leyla Müctәhedi, Maşllah Rәzmi,

 

Әlәlbәdәl üzvler: İsmail Cәmali, Sudabә Әrdәvan