Mayın
22-si İsveç Krallığının Stokholm
şəhərində Azərbaycan Federasiyası İsveç XII
qurultayını keçirdi. 60-dan çox azərbaycanlının
qatıldığı qurultay fərqli müzakirələrin
gerçəkləşdirilməsi, keçən dövr ərzində
həyata keçirilən fəaliyyətlərlə bağlı
hesabatların təqdim olunması və növbəti qurultaya
qədərki dövr ərzində fəaliyyət
göstərəcək məsul şəxslərin seçilməsi
ilə yadda qaldı. Bir saat gecikmə ilə başlayan
qurultay sonrakı saatlarda gündəlikdə nəzərdə
tutulan bütün maddələri sırasına görə
yerdəyişmə yolu ilə olsa da yerinə yetirdi.
Qurultayı Azərbaycan Federasiyası İsveç-in
başqanı Səttar Sevigin açaraq qonaqları ötən
müddətdə İdarə Heyətinin
fəaliyyəti ilə yaxından tanış etdi.
Texnologiyanın yaratdığı imkanlardan geniş
istifadə edərək hazırlanmış hesabat
dinləyicilərin bu fəaliyyətlər ilə daha
dərindən tanış olmasına şərait yaratdı.
İdarə Heyətinin hesabatı ilə yanaşı
maliyyə hesabatı və Nəzarət Təftiş
Komitəsinin də hesabatı dinləyicilərə təqdim
olundu. Daha sonrakı mərhələlərdə
iştirakçı qonaqlar və çeşidli
dərnəklərdən gələn nümayəndələr
həm ürək sözlərini, həm də irad və
təkliflərini irəli sürdülər. Təqdim olunan hesabatlara
xüsusilə də maliyyə hesabatına dərin maraq
göstərən iştirakçılar maliyyə hesabatının
bitməmiş olmasından tam da razı qalmasalar da verilən hesabata
olan etiqadlarını dilə gətirdilər. Bununla belə
əsas kimi qəbul edilən maliyyə hesabatın kəsir
yönlərinin tezliklə ortadan qaldırılması
İdarə Heyətinə həvalə olundu. Öz
növbəsində İdarə Heyətinin maliyyə
işlərinə baxan məsul şəxsi də hesabatın
son, bitmiş variantını tezliklə
dərnəklərə təqdim edəcəklərinə
dair söz verdi. Hesabatların təqdimatından sonra
yekdilliklə əldə edilən razılığa
əsasən seçki keçirildi. Bu seçkidə keçmiş
üzvlərdən bəzilərinin qalması ilə
yanaşı yeni simalar da cəlb olundu. Bir günlük qurultay
yüksək səviyyədə
təşkilatçılığı ilə də diqqəti
cəlb etdi. Belə ki, istər uzaq məsafələrdən
gələn qonaqların qarşılanıb
yerləşdirilməsi, istərsə də tədbirin
nizamnamə qaydalarına uyğun olaraq keçirilməsi
təqdirəlayiq bir hal kimi qəbul olunmalıdır. Eyni
zamanda seçkilərin tam şəffaflığı
iştirakçı nümayəndələri və qonaqları da
razı saldı. Qeyd etmək lazımdır ki, İdarə
Heyətinə seçilən şəxslər arasında həm
bölgə həm də cins bərabərliyini qorumağın
çətinliyini görən qurultay iştirakçıları bir
sonrakı seçimlərdə bu balansı qorumaq
məsələlərini birlikdə müzakirə etdilər. Bu
da qurultayın tam demokratik bir ortamda
gerçəkləşdirildiyini deməyə əsas verir.
Təbii ki, bəzi qüsurlar və çatışmazlıqlar olsa da
ümumilikdə qurultay uğurlu oldu.
Gündəlikdəki
məsələlər
Seçilən şəxslər
Prosedur qaydalar (qurultaya sədrlik,
katiblik və s)
Azərbaycan
Federasionu İsveç-AFİ nin 12.ci
Qurultayından geniş raport və protokol
Azərbaycan
Federasionu İsveç AFİ-nin XII
Qurultayı İsveçin Stockholm şəhərində May
ayının 22 keçirilmişdir.
60-dan çox
azərbaycanlının qatıldığı qurultay
fərqli müzakirələrin gerçəkləşdirilməsi,
keçən dövr ərzində həyata keçirilən
fəaliyyətlərlə bağlı hesabatların
təqdim olunması və növbəti qurultaya qədərki dövr
ərzində fəaliyyət göstərəcək məsul
şəxslərin seçilməsi ilə yadda qaldı.
Aşağıda
AFİ-nin XII Qurultayından geniş raport verilməktədir:
·
Qeydiyyat
:
Saat
09:00-dan 09:45 dək AFİ üyəsi olan Dərnək üzvləri
qurultaya qatılmaq üçün qeydiyyatdan keçdilər.
·
Açılış
və Rəyasət-Divan heyətinin seçimi:
Saat 11:00
da AFİ- nin başqanı Səttar Sevigin iştirakçıları
salamladıqdan və Azərbaycanın
ulusal himni səsləndikdən sonra XII qurultayı açıq
elan etdi. AFİ Qurultayının Güney Azərbaycanda Milli
hərəkətimizin zirvəsində dayanan 22 may günü ilə
üst-üstə düşməsini vurqulayaraq, başda Qarabağda
və Güneydə olan şəhidlərimiz olaraq AFİ üyəsi
olan yurddaşlarımızın yaxınlarının
düyasını dəyişənlərin əziz xatirəsini yad
etmək üçün Qurultay iştirakçılarını sayqı
duruşuna çağırdı. AFİ
başqanı, İlk dəfə olaraq AFİ Qurultayına
belə yüksək səviyyədə hazırlıq görüldüyünü
vurğulayaraq bütün əməyi keçənlərdən
təşəkkürlərini bildirdi. Sonra Səttar bəy Sevigin
və Əli bəy Mollazadənin önəriləri və
təklifləri əsasında qurultayın Divan-Rəyasət
heyətinin seçimi gerçəkləşib və növbə ilə
Əliriza Ərdəbilli , Aslan Soltani və Türkay Rəhimova
qurultayın rəyasət , və divan
yardımcılığı vəzifələrinə
mənsub oldular.
·
Mandat qrupunun
raportu və mandatların təsdiqi :
Saat 11:10
də Səttar bəy Sevigin Mandat qrupunun tərəfindən
qurultayda iştirak edən dərnəklər və
şəhərlərinin adlarını və saylarını
elan etdi. Qurultaya Malmö-dən (2 dərnək), Göteborg(4
dərnək) , Lund(2 dərnək) , Umeċ(2 dərnək), və Stockholm(10 dərnək)
şəhərlərindən olan AFİ üzvü
soydaşlarımızın sayı 60 nəfərdən
ibarət oldu. Qurultaya qatılan qonaqlar isə Umeċ, Uppsala
və Stockholm şəhərimdən qatılmışdırlar.
·
Gündəliyin
müzakirəsi və təsdiqi :
Saat 11:20
də qurultayın gündəliyi iştirakçılara təqdim
olunandan sonra oxunub və müzakirəyə qoyuldu. Gündəlik
sadəcə bir bəndin əlavə edilməsi ilə (
AFİ-nin 11.ci Maliyyə məsulunun yəni Bəhmən
bəyin AFİ-nin maliyyə durumu haqda izahat verməsi
bəndi) tam səslə təsdiq edildi.
·
Mesajlar
və Pəyamlar :
Saat 11:25
də AFİ-nin 12.ci qurultayına göndərilən təbrik
mesajları oxundu. Birinci Təbrik mesajı Almanda yaşayan
xanım Sediqə Edaləti və ikincisi isə
Azərbaycan Kültür Ocağı Berlin İdarə heyəti
tərəfindən verilmişdir ki bu mesajlar
iştirakçılara oxundu.
·
İdarə
Heyətinin Raport :
Saat 11:30
da AFİ-nin 11.ci idarə heyətinin son 1.5 il ərzində
gördüyü işlərdən hazırlanmış video klip
nümayiş etdirildi. Bu (musiqili və slaydlı) video klip
iştirakçıların böyük marağını qazanıb
alqışlandı. Bunun ardınca AFİ-nin başqanı
Səttar Sevigin İH
tərəfindən çıxış edərək son 1.5 il
ərzində görülmüş işlərdən (Power Point
proqramı aracılığı ilə) geniş raport
hazırlayıb və iştirakçılara sundu. Bu sunum texnoloji
araclarından qullanımına görə böyük maraq qazandı.
Səttar
bəy Seviginin izahları zamanı bəzi önəmli
məqamlar var idi ki nəzərinizə çatdırırıq :
a) Son 1.5
il ərzində İsveçdəki Türkiyəli Federasionları (İsveç
Türk Federasiyonu STRF və Türk Gənclər təşkilatı TUF
və ...) ilə sıx əməkdaşlıq və Güney
Azərbaycan probleminin onlara ardıcıl olaraq
xatırlandı və bu təşkilatlar ilə güclü
işbirliyi olduğu bildirildi.
b)
AFİ yə üyə olan dərnəklər
tərəfindən verilən tam bitməmiş
projelərə öncədən AFİ İH-i
tərəfindən qəbul
olunmuş mali yardım yeni fealiyyət ili dövrində
veriləcəkdir.
c)
AFİ-nin yeni saytı yeni
və modern tərzdə işə
başlamışdır.Saytın ünvanı isə
bələdir: www.azfi.org
Bu təqdimatdan sonra AFİ 11.ci İH-nin raportu
müzakirəyə çıxarıldı və
soydaşlarımız növbə ilə söz alıb öz
fikirlərin bu barədə bildirdilər. İH-nin raportunu
müzakirə edənlərin adı sırayla : Məmməd
Azər (Azərbaycan dərnəyi Stockholm-Azərbaycan
səsi radiosuna əlavə budcənin ixtisas verilməsini
istədi) , Abdullah Əmir Haşimi( Qarabağ dərnəyi
Stockholm-Azərbaycan evinin alınması və ya
yaradılması barədə danışdı) , Əli
Ağayev(Promete dərnəyi Stockholm-Gələcəkdəki
planlarına dair məruzə etdi), Əli Mollazadə(Ulduz
dərnəyi Stockholm-Federasionun istiqlaının qorunub
saxlanılmasını önəmli məsələlərdən
saydı) , Aygün Coşqun(Vahid Azəraycan dərnəyi Malmö -
gələcəkdəki planları və proqramları haqda
danışdı) , Səid Əzizi( 22 May dərnəyi
Stockholm- İH-nin keçmişdəki bəzi
çatışmazlıqlarını tənqid edib və
AFİ-nin əsasnaməsində bəzi
dəyişiklikləri önərdi) , Əliriza Ərdəbilli
(AFİ-nin keçmişdə gördüyü işləri
dəstəklədi və gələcəkdə daha güclü
olmaq naminə sıx əməkdaşlığı
önərdi) və Əfzəl (Nasir) Məhəmmədi(
AFİ-nin İH ində yüksək səviyyədə səmimiyyət
atmosferinin və demokrasinin olması haqda danışdı)
və Rahim Sadıqbəyli ( Azərbaycan və İsveç media
və KİV-ləri ilə ilgili olduğunu və bu barədə
yardım edə biləcəyini bildirdi).
Bu çıxışlardan sonra günorta yeməyi fasiləsi elan
edildi(saat 13:00 dan 14:00 dək ).
·
Nəzarət və təftiş komitəsinin raportu :
Saat 14:00 da AFİ NTK-nin raportu dinlənildi. 11.ci AFİ
NTK-nin üyələri xanımlar Əfsanə Sevigin və Türkay
Rəhimova və cənab Səlamət Dəşti AFİ-nin
bütün maliyyə və idari sürəclərinin onlar
tərəfindən izlənilib və yoxlanılması
barədə söhbət edib və sonda 11.ci AFİ İH-nin
bütün məsuliyyətlərdən azad edilməsini və hüquqi
baxımdan problemsiz olduğunu elan edib və öz
imzalarını daşıyan İsveçcə müsbət
qərarı qurultaya sundular.
·
Maliyyə raportu :
AFİ İH-nin maliyyə
sorumlusu cənab Bəhmən bəy 1.5 il ərzində
xərclənmiş vəsaitlərin nisbi
açıqlamasını verib və 2010. cu ilin hesabatının
artıq İsveç dövləti tərəfindən onaylanmış
(təsdiqlənmiş) olunmuş mühasibə(Hesabdar)
dəyərləndirilməsi üçün verildiyi qeyd etdi. AFİ-nin
maliyyə sorumlusu bu günədək AFİ hesabında
vəsaitlərin miqdarını da açıqladı.
·
Qonaqlar:
AFİ 12.ci qurultayının özəl qonağı İsveç
Türk Federasionu başqanı sayın Ahmet Önal idi. Cənab Önal
öz çıxışı zamanı AFİ-nin
başarılarını yüksək dəyərləndirib
və son illərdə AFİ ilə İsveç Türk Federasiyonu
STRF və Türk Gənc Fedrasiyonu TUF arasında keçən
əməkdaşlığın gələcəkdə
də davamının olmasını arzu etdi. Cənab Önal sonda
Azərbaycan Federasionu başqanı Səttar Seviginin hər zaman yanlarıda olub
yardım etməsinə görə dərin teşəkürünü
bildirdi. Ahmet bəy Önal Türk Federasionlarının işbirliyinin
önəmini də vurğuladı.
·
Seçkilər :
AFİ
12.ci qurultayın seçkiləri aşağıdakı
tərtiblə keçirilmişdir.
İlk
olaraq seçkilərə adaylar və namizədlər öz
adlarını elan etdilər:
a)
AFİ
başqanlığına aday Səttar Sevigin
b)
İdarə
heyəti adayları Məmməd Azər , Aslan Soltani , Nasir
Məhəmmədi , Ayda Əmirhaşimi , Ayə xanım ,
Babək Tağızadə , Həsən Təmcidi , Vüsalə
xanım , Hüseyn Fərtaş , Səlamət Dəşti ,
Əbdülriza Qaraçayi .
c)
Nəzarət
təftiş komitəsi Əfsanə Sevigin , Soheyla Əzizi
, Sudabə Ərdəlan
d)
Seçim
qurumu Əli Mollazadə , Səid Əzizi , Aidə xanım
·
Əli
bəy Səadəti və Əmir bəy Sefəddini
seçkilərin texniki işlərini üzərlərinə
götürdülər.
İH-nin
vəzifə açıqlaması :
1.Başqan
Yardımcısı 2. Katib 3.Maliyyə 4.İlişgilər
5.İnteqrasiya 6.Təbliğat və Kültür.
AFİ
12.ci qurultay Seçkilərinin sonucları :
Mandatlı
İştirakçıların səs verməsindən sonra
səslərin hamısı diqqətlə sayılıb
və aşağıdakı nəticələr
açıqlandı. Səs sayma Əli Səadəti, Türkay
Rəhimov və Əmir bəy Traxtor tərəfindən
qurultay iştirakçılarının qarşısında
keçirildi.
AFİ
XII qurultayın sonucları :
1.Başqan
Səttar Sevigin ( Tək aday olduğu üçün bir başa
başqan seçilmişdir).
6 nəfər İdarə
Heyəti ( İH ) , 2 nəfər İH-nin Əvəzediciləri
və 3 nəfər NTK-nın(Nəzarət və
Təftiş Komitəsi) üyələri isə tərtib ilə
belə idi :
2.Nasir
Məhəmmədi 48 səs
3.Aslan
Soltani 47 səs
4.Əbdülriza
Qaraçayi 38 səs
5.Ayda
Əmirhaşimi 35 səs
6.Səlamət
Dəşti 34 səs
7.Həsən
Təmcidi 26 səs
8*.Babək
Tağızadə - 18 səs ( Əvəzedici-1)
9*.Məhəmməd
Azər 17 səs ( Əvəzedici-2)
NTK-nın üyələri :
10.Əfsanə
Sevigin
11.Soheyla
Əzizi
12.Sudabə
Ərdəlan
Seçim qurumu
13.
Əli Mollazadə
14.
Səid Əzizi
15.
Aidə xanım Məmmədova
Beləliklə
yuxarıdakı nəticələrin elanından sonra
AFİ-nin XII qurultayı tam demokratik şəkildə öz
işini başa vurmuş və toplantı sona ərmişdir.
Azərbaycan
Federasionu İsveç-AFİ
Media
və Əlaqələndirmə bürosu
İsveç-Stockholm 22.05.2011