تهران بیلیم یوردلارینین تورک اؤيرنجيلري نين يئني ايل موناسيبتينه بيلديريسي: “گوج بيرليکده دير…”

سون زامانلاردا اورتادوغودا باش وئرن حاديثه لر و بو بؤلگه ده دئموکراسي اوغروندا اعتيراضلارين موثبت شکيلده سونوجلانماسي، بؤلگه ده کي دئموکراتيک حرکتلره بير اؤرنک اولاراق گؤرونمکده دير. يقين کي بو حرکتلرين دوزگون سونوجا وارماسيندا، ايجتيماعيي گوجلرين بير يؤنده اولماسی ان ائتکين عاميل ساييلا بيلر. گونئي آذربايجان ميللي حرکتي ده بير دئموکراتيک حرکت اولاراق بو دييشيکليکلردن ائتکيلنمکده دير.

آيريجا ميللي حرکتين زامان سورجينده گليشيمي و يئتيشکينليگي، چئشيتلي حاديثه لره اؤز منفعتلري اساسيندا توتومو و داورانيشي، بير سيرا سياسي آخينلارين خوشونا گلمه ييب و اونلاري ميللي حرکتين گوجونو اؤز منفعتلري يؤنونده قوللانماغا ماراقلانديريب.

بو اولايلار و ياخين گله جکده بونلارا بنزر اوز وئره بيله جک اولايلارين احتيمالي گونئي آزربايجانين دورمونو داها دا حساسلاشديرير. بو حساس دورومدا بؤلگه دييشيکليکلري قارشيسيندا آذربايجانين سون درجه حاضيرليليغي گرَکير. ميللتيميزين چيخارلاريني قوروماق اوچون بو حاضيرليليغين يارانماسيندا، ميللي حرکت و ميللي فعاللار اَن آغير گؤره وي داشيييرلار. بو اؤنملي گؤره وي يئرينه يئتيرمک اوچون ميللي فعاللارين داها آرتيق ايش بيرليک ايچريسينده بولونمالاري لازيمدير. آتا-بابالاريميز دئميشکن: “گوج بيرليکده دير…”

بو گئرچه يه ايناناراق بيز تهران بيليم يوردلاري نين تورک اؤيرنجيلري بو آماجا نايل اولماق يؤنونده 1390 ايليني “ميللي بيرليک ايلي”  آدلانديريلماسيني اؤنريريک. بو بيرليک تکجه، پلوراليزم (چوخونلولوق) و اورتاق ديرلره سؤيکنه رک حاياتا کئچيريله بيلر. طبيعي کي اولوملو و قاپساملي بير بيرليگين يارانماسي هر شئي دن اؤنجه بحث و ديالوق فضاسينین يارانماسيندان کئچير. بئله کي موختليف باخيشلارين سؤيله نيلمه سي نين آرديندان ايسته نيلن بيرليگين محورلري بليرلنه بيلر.

بئله ليکله يئني ايل موناسيبتي ايله بوتون آذربايجان ميللتيني تبريک ائده رک ميللي چاليشقانلار، قروپلار و تشکيلاتلاري بيرليک سورونونا داها آرتيق اؤنم وئرمه لريني و بو مسئله نی ايلک اؤنجه ليکلرينده يئرلشديرمه لريني اوموروق.

تهران، امیرکبیر، علم و صنعت ، شهید بهشتی، صنعتی شریف، خواجه نصیر، تربیت مدرس و آزاد بیلیم یوردلارینین تورک اؤیرنجی لری

 

Tehran bilimyurdlarının Türk öyrəncilərinin yeni il münasibətinə bildirisi: “Güc Birlikdədir”

Son zamanlarda Ortadoğuda baş verən hadisələr bu bölgədə demokrasi uğrunda etirazların müsbət şəkildə sonuclanması, bölgədəki demokratik hərəkətlərə bir örnək olaraq görünməkdədir. Yəqin ki bu hərkətlərin düzgün sonuca varmasında, ictimaii güclərin bir yöndə olması ən etkin amil sayıla bilər. Güney Azərbaycan milli hərəkəti bir demokratik hərəkət olaraq bu dəyişikliklərdən etkilənməkdədir.

Ayrıca milli hərəkətin zaman sürəcində gəlişimi yetişkinliyi, çeşitli hadisələrə öz mənfəətləri əsasında tutumu davranışı, bir sıra siyasi axınların xoşuna gəlməyib onları milli hərəkətin gücünü öz mənfəətləri yönündə qullanmağa maraqlandırıb.

Bu olaylar yaxın gələcəkdə bunlara bənzər üz verə biləcək olayların ehtimalı Güney Aəzrbaycanın durmunu daha da həssaslaşdırır. Bu həssas durumda bölgə dəyişiklikləri qarşısında Azərbaycanın son dərəcə hazırlılığı gərəkir. Millətimizin çıxarlarını qorumaq üçün bu hazırlılığın yaranmasında, milli hərəkət milli fəallar ən ağır görəvi daşıyırlar. Bu önəmli görəvi yerinə yetirmək üçün milli fəalların daha artıq işbirlik içərisində bulunmaları lazimdirAta-babalarımız demişkən: “Güc Birlikdədir…”

Bu gerçəyə inanaraq biz Tehran bilimyurdlarının Türk öyrənciləri bu amaca nail olmaq yönündə 1390 ilini “Milli Birlik İli” adlandırılmasını önəririk.

Bu birlik təkcə, plüralizm (çoxunluluq) ortaq dəyərlərə söykənərək hayata keçirilə bilər. Təbii ki Olumlu qapsamlı bir birliyin yaranması hər şeydən öncə bəhs dialoq fəzasının yaranmasından keçir. Belə ki müxtəlif baxışların söylənilməsinin ardından istənilən birliyin mehvərləri bəlirlənə bilər.

Beləliklə yeni il münasibəti ilə bütün Azərbaycan millətini təbrik edərək milli çalışqanlar, qruplar təşkilatları  birlik sorununa daha artıq önəm vermələrini bu məsələni ilk öncəliklərində yerləşdirmələrini  umuruq.

Tehran, Əmirkəbir, Elmosənət, Şərif, Xacənəsir, Şəhid Beheşti, Tərbiyət Müdərris Azad bilimyurdlarının Türk öyrənciləri