İran İslam cümhuriyyətinin müstəqil
Azərbaycan cümhuriyyətinə qarşı siyəsətinə, İranda
edam və fanatizmə qarşı
etiraz aksiyasına dəvət!
Dəyərli
yurddaşlar!
Quzey
Azərbaycan cümhuriyyəti, ikinci istiqlaliyyətinin yirminci ilini
yaşayır. Bu yirmi il başqa tərəfdən, yirmi il
İran İslam cümhuriyyətinin,
müstqil Azərbaycana qarşı nifrət kampaniyaları
və hər türlü təxribatla
səciyələnməkdədir. Ermənistanın
Azərbaycana qarşı hərbi təcavuzuna
hərbi-locistiki dəstək verəmək, Güney
Azərbaycanda erəməni təcavuzkarlarının
Qarabağda öldürdüyü azerbaycanlıları yad etmək üçün
məsçidlərdə mərasim keçirəməyə icazə
verməmək, Xəzər dənizində Azərbaycana
qarşı hərbi güc tətbiq etmək, Azərbaycana dini
fanatizm sadir etmək üçün hərbi, dini düşrgələr yaratmaq,
"Səhər dövlət tele
şəbkəsindən Azərbaycana qarşı nifrət
və yalan kampanıası yağdırmaq, yalnız bu yirmi
illik İran siyasətindən bir neçə örnəkdir. Azərbaycan
Cümhuriyyəti bütün dünya ilə əməkdaşlıq etdiyi
halda, İran bütün dünyaya müharibə əlan etmişdir.
Azərbaycan musiqi və mədəniyyət beşiyi olduğu halda, İran
fanatizm, geri qalmışlıq və terror ideologiyası sadir
edən ölkədir, Azərbaycan islam aləmində ilk ölkə
kimi, e'dam cəzasını ləğv etmişdirsə,
dünyada əhalisinin ən çox fayızını e'dam edən
ölkənin adı İran İslam Cümhuriyyətidir,
Azərbaycan dünyada dini tolerantlığın parlaq nümunəsi
olduğu halda, İran İslam Cümhuriyyəti, hətta islam
daxili dini təriqtçiləri həbsə alır, işkəncə
edir və öldürür, Azərbaycan, islam dünyasında ilk dəfə
qadınlara bir çox Avropa ölkəsindən daha öncə səs
verəmək haqqı vermişsə, İranda hələ
bugün qadınlara qarşı ayrı - seçkilik rəsmi qanun
vericilik sistiminin əsasıdır, Azərbaycan qanunda sekulər
bir cümhuriyyət və əməldə bütün dinlərin və
dinə inanmayanların sərbst yaşayıb, inamlarına
sayğı gördükləri halda, İran rəjimi Azərbaycan
ana yasasısının sekulər mahiyyətinə
qarşı gülünc dövlət nümayişləri yaradmağa
çalışmışdır və...
Bütün
bunlar, İran islam Cümhuriyyətinin başçıları
gözündə tikan kimi görünür və dünya irticasının bu
başçıları, həmişə olduğu kimi öz çirkin
əməllərini gizlətmək üçün " bohran sadir
etmək"lə məşğuldurlar. Əslində
İran islam Cümhuriyyətinin Azərbaycan sevməzlik
siyasəti mahiyyət etibarıylə eyni olduğu halda,
Arazın güneyində 35 milyon Azərbaycan türkünə
qarşı fars rasismini e'mal etdiyi halda, həman siyasət,
Arazın quzeyəndə müstqil Azərbaycan
sərhədləri daxilində fərqli vasitələr
və fərqli, şüarlarla tətbiq edilir. Nəticədə
Güneydə erəməni məktəbləri, erəməni
idman kulubları və erəməni mətbuat və
nəşriyatına icazə verən İran İslam
Cümhuriyyəti, müsəlman türklərin varlıqlarını
təmsil edə bilən, məktəb və hər hansı
bir instututa qadağan qoyur və Azərbaycan ziyalılarına
qarşı kütləivi məhkəmələr
quraşdırır. Quzeyədə isə, müsəlman
azərbaycanlılara qarşı soy qırımlar tətbiq
etmiş Erəmənistanı, transport yolları, silah və
enrji ilə tə'min edir və bütün erəməni
cinayətlərində özünün şərik olduğu halda,
Azərbaycan dövltini erəməni cinayətlərində
sorumlu olmaqda itihamlandırır!
İsveç
Azərbaycan Federasiyası AFİ, İran rəjiminin bu çirkin
siyasətlərini məhkum edir və bu münasibətlə bazar
günü fevral ayının 6-sı saat 13 - 14 arasında Stokholmda
İran islam Cümhuriyyətinin səfirliyi qarşısında
e'tiraz aksiyası keçirməyə dəvət edir.
Azərbaycan
Fderasiyası İsveç AFİ, 30 yanvar 2011 e'tiraz
aksiyasının təşkilat komitəsi
Nasir
Məhəmmədi: 004670 492 08 06
Səid
Əzizi: 004670 982 00 00
Əli
Mallazadə: 004670 373 15 35
Ayda
Əmirhaşimi: 004673 753 13 48
Bəhmən
Nəbizadə: 004670 438 25 12
Həsən
Təmcidi: 004676 415 70 16
Səttar
Sevigin: 004670 712 01 17
Stockholm,
Embassy of the Islamic Republic of Iran, Elfviksvägen, Västra Yttringegċrd,
LIDINGÖ
Söndag
(Bazar günü), 6 februari (fevral) 2011, kl 13 - 14