MİLLİ
KİMLİK VƏ ÇATIŞMAZ GİRİŞİM
Eyvaz TAHA
İran dövəlti qeyri-fars bölgələrin
universitetlərində Azərbaycan türkcəsi, Kürdcə,
Türkməncə və Ərəbcənin tədrisi
barədə qərar qəbül edib. Bu qərara görə adı
çəkilmiş dillərdə danışılan
bölgələrdə qeyri-məcəbüri olaraq
həfətədə iki saat dərs keçirilə bilər. Bu
girişimin irəlyyə doğru atılmış bir
addım olduğunu vurğulayanlara rəğmən buna «otuz
il geryyə qayıdış» adı daha laiqdir. Çünki
inqılabdan öncə Tehran və Azərabadegan adına
Təbəriz universitetlərində elə bir dərs
keçirilirmiş.
Məncə belə bir gərgin zamanda bu
girişimin səbəbini populist dövəltçilərin dil
fenomeninə siyasi bir arac kimi yanaşmalarında
axtarmalıyıq. Bunun üçün də ən yaxşı halda
belə bir addım Azərbaycan türkcəsində yazıb poza
bilməyən adamların dil akademyası yaratması kimi
alınacaqdır.
Dövlt, necə
danışdığından asılı ulmayaraq, belə
duşunur: məcəbüriyyət qarşısında
qalırkən insanların söz, dıl və əqidə
azadlığını bir yerdə
ödəməkədənsə onu damla-damla süz ki, hopub
torpağa qarışsın, ya da uçub havaya getəsin. Ancaq
damlaların ipək varlığında gizlədilmiş
gerçəklik örtük arxasında həmişəlik qalmır.
Dövəlt öz dilimizdə yazmağı sevəmir.
Dövlətin bu götürüşününə
qarşı dönələrlə söyəlnəmiş üç
möhəkəm sübut var. Onların biri hökümətlərin siyasi görüşlərinin
fövqündə dayanaraq uluslararası səviyyədə
mənimsənilmiş insan haqları byannamələridir. Bu
byannamələr yazılmazdan öncə kütlələr «əğnam-u
allah» (tanrının qoyunları) vəzifəsini
daşyiirdilar. Tanrı insanı düşünməyə
çağırır ancaq tanrı adına güc tətəbiq
edən hakımlər kütləni «qoyun» ya da «düşmən»
görkəmində görürdülər. İnsan haqları
byannamələri qoyunpərürlik syastinə son qoydular.
Adını çəkədiyim sübutların qalanına
gəldikdə isə, iddealara görə onların ikisi iran hökümətinin
teorik dayağıdır, yəni Quran və Anayasa.
Belədirsə gəlin hökümətin öz dili ilə
danışaq:
Quranın Rum surəsinin 22-ci ayətındə
«göylərin və yerin yaranışı, eləcə də
dillərin çeşidliliyi», tanrının nişanələrindən
sayılır. Habelə anayasanın 15-ci madəsində
rəsmi dillə yanaşı başqa dillərin də
tədrisi vurğulanır. İndı sual budur: özunun
söylədiyinə görə dini tekstlər, özələliklə
Quran, uzərində anayasasını yazmış bir siyasi
quruluş hansı səbəbdən dolayı belə bir
başlıca haqqın tətbiqindən boyun qaçırır.
Bunlar nə üçün başda Azərbaycanlılar olmaqla iranda
yaşayan millətlərin doğma haqlarını onlardan
əsirgəyirlər؟ Azərbaycan 1979-cu ilin inqilabı ilə
sunuclanan mübarizələrin ön sırasında getədi. Və
illər boyu qum şəhərində məhbus qalmış
etiraz dalğaları Təbrizin çalxalanması ilə ölkə miqyasında
yayıldı. Habelə İraqa qarşı aparılan
müharibədə vəzifəsini yerinə gətirmək
diləyi səsləndirildikdə Azərbaycan böyük sayda
şəhidlər verdi. Lakin məsuliyyəti olan insanın
haqqı da vardır. Azərbaycan verdiyi qanlar ardınca öz danılmaz
insani haqlarını, yəni öz kimliyinə qayıtmaq
istəyini, ortaya qoyduqda həmişəki damğalarla
qarşılaşdı: düşəmənlə əlbirlik.
Görən bu düşəmən kimdir ki, kütlənin haqları
taplanan anda küçələrə axışır.
Ortada haq varsa düşəmən anlayışı
absurddur. İqtidarın konsproloji baxışında haq
vurğunları bilərəkədən kabuslar kimi
görünməyə başlayırlar. Çünki güc fenomeninin xəyal
labirentinin min bir dəhilizində düşmən qavramını
yaratmadan haqqı tapdalamaq o qədər də qolay deyil.
Dövəltin son
gırışımının
çatışmazlığını qınamaqdansa bir daha
anayasaya qayıdaq. Seyid Cəmaləddin
Əsədabadının bir cümləsi hələ də
qulaqları oxşayır: «Xarici müstələkəçilik qurxusu
ilə daxili totalitarizmə bəraet qazandırmaq düzəgün olmazdı».
Ola bilsin güc quruluşları çeşidli
bəhanələrlə anayasanın mıllı haqlara dair
madələrini qulaq ardına vursunlar. Amma Cəmaləddinin
sözünün həmin yasanın 9-cu madəsindəki
əkəs-sədası unudulası deyil: « Heç bir dövəlt
adamının ölkənin bağımsızlığı
və ərazı bütövəlüyünün qorunması bəhanəsi
ilə məşəru azadlıqları, qanun
keçirməklə belə, tapdalamağa haqqı çatmır».