www.adapp.info
www.savalansesi.
İran'da Azərbaycanlı Siyasi
Mehbuslarını Mudafie Birliği'nin (ADAPP) Aylıq
Hesabatı- May 2009
İranda Azərbaycanlılara
qarşı sistemli hüquq pozuntuları 2009-cu ilin may ayında da
davam etmiş və fəalların İranda seçkiləri
öncəsi insan hüquqları sahəsində vəziyyətin
nisbətən yaxşılaşması gözləntiləri,
keçən ay baş verən olaylar nəticəsində yerini
ümidsizliyə vermişdir.
Keçmiş İran Prezidenti
Məhəmməd Hatəminin Azərbaycanlılara
təhqirinə qarşı etiraz nümayişlərindən sonra
fəallara edilən hücumlar və gözaltılar ilə internet
saytlarına girişin əngəllənməsi, bununla yanaşı,
gözaltı müddətinin qanunsuz olaraq uzaılması may
ayında baş verən başlıca hüquq pozuntularındandı
Səlahiyyətli şəxslər, Azərbaycanlı
mədəni fəalları əsassız olaraq gözaltına
almaya və vəkilləri ilə görüşməklərini
maneələr davam etməkdədir.
Azərbaycanlı Fəallara
qarşı Hücum və Saxlanılmalar
14 may günü internetdə yayılan bir
videoda İranın keçmiş prezidenti Məhəmməd
Hatəmi, məşhur islahatçılarla biryerdə olarkən Azərbaycanlıları
təhqir edən lətifələr danışarkən kamera
ilə çəkilmişdir. İclasda tanınmış din
adamları ilə yanaşı, prezidentliyə namizəd
islahatçı Mir Hüseyn Musəvinin nümayəndələri də
kadrlara görünür. Video çəkilişə düşənlərin hamısı
danışılan irqçi lətifələrə gülür və
Azərbaycanlılara qarşı təhqir xarakterli sözlər
söyləyirlər.
Həmin çəkilişin internetdə
yayılmasından sonra İranda azərbaycanlıların çox
olduğu şəhərlərdə və
üniversitetlərdə etiraz nümayişləri təşkil
edilmişdir. Təbriz, Urmiya, Qoşaçay (Miyandoab),
Meşkinşəhər və digər Azərbaycan
şəhərlərində onlarca fəalların
tutulduğu bildirilmişdir.
22 may cümə günü Təbrizdə El Gölü
(Şah Gölü) parkına doğru təşkil olunan bir çox
insanın qatıldığı yürüşdə iştirakçılardan
bir hissəsinin şüarlar əsləndirərək etnik
qruplara qarşı təhqirləri qınamaları və
Hatəminin Azərbaycanlılardan rəsmi üzr istəməsini
tələb etmələri, təhlükəsizlik
qüvvələrinin yürüşçüləri döyərək gözyaşardıcı
bomba ataraq müdaxilə etməsilə nəticələndi.
Etiraz edənlərin bir qisminin yaralandığı hadisələrdə
gözaltına alınan fəalların adları: Əli Rıza
Fərşi (Təbriz Üniversiteti müəllim heyəti), Əli
Əslami, Əsgər Çəməni, Bayram Xaliqzadə,
Səccad Qarabağlı, Fərdin Muradpur, Murtuza Muradpur,
Həkəm Muradpur, Vahid Ağacani, həyat yoldaşı
Səhər Fəthi və Halə Fəthi olaraq
müəyyənləşmişdir. Vahid Ağacani, Səhər
Fəthi və Halə Fəthi, üç gün gözaltında qaldıkdan
sonra təminat qarşılığında azad edildilər..
Yerli mənbələrdən alınan
məlumatlara görə 23 may şənbə günü
təhlükəsizlik qüvvələri Təbrizdə Bədəli
ailəsinin evinə basqın edərək Əli,
İrəj, Rəsul və Qulam Bədəlini gözaltına
almışlar. Qulam Bədəli bir həftə boyunca
nəzarətdə saxlanıldıqdan sonra təminat
qarşılığında azad edilmişdir.
25 may bazarertəsi günü prezidentliyə namizəd
Mir Hüseyn Musəvinin Təbrizdə Bağ-ı Şimal
stadionundakı çıxışı zamanı bir qrup
izləyici, plakatlar qaldırarak Azərbaycanlıların ana
dil hüquqları ilə əlaqədar və Hatəminin
internetdə yayılan görüntülərinə reaksiya xarakterli şüarlar
səsləndirmişdir. Bunun ardınca təhlükəsizlik
məmurları şüar səsləndirən izləyicilərə
hücum edib döyərək 15-dən çox etirazçını
gözaltına almışdır. Gözaltına alınanların
adları: Əli İmani (Təbriz Universiteti
tələbəsi), Mehdi İmani (Təbriz Universiteti
tələbəsi), Hamid Hasanzade (Təbriz Azad Universiteti tələbəsi),
Babək Minuği (film və sənədli film rejissoru),
Əsgər Qədimi (Təbriz Universiteti tələbəsi),
Cahanbəxş Bəxtəvər, Nadir Bəxtəvər,
Fərdin Bağırzadə, Armin Şakeran Vahi, Əli
Sadıqi və Abdullah Sədugi olaraq
müəyyənləşmişdir. Əsger Qədimi, Həmid
Həsənzadə, Cahanbəxş və Nadir
Bəxtəvər adlı fəallar 10 gün nəzarətdə
saxlanıldıqdan sonra teminat qarşılığında
aza edilmişdir..
31 may günü Meşkinşəhər
şəhərinin Ettelaat (xüsusi xidmət orqanı)
məmurları, şəhərin bir çox yerində
paylanılan bildirişlərlə əlaqədar
Azərbaycanlı mədəni fəallar Aydın
Zəkəri, Mənsur Seyfi və Fərdin Nobaxtı
gözaltına almışlardır. Gözaltına alınan
fəallardan birinin ailəsine görə
Meşkinşəhərin məhkəmə
səlahiyyətliləri adı çəkilən fəallara
qarşı gözaltı qararı vermiş və
ailələrinə, onlarla görüşmək icazəsi
verməmişlər. Hazırda istintaq
mərhələsində olan fəalların vəkil
tutmaqlarına maneələr yaradılır..
Yerli mənbələrdən alınan
məlumatlara görə təhlükəsizlik məmurları 1 iyun
bazarertəsi günü saat 3 iradələrində,
əllərində sənəd olmaığı halda
gözaltına almaq məqsədilə Azərbaycanlı
fəalların evlərinə girmişdir. Məmurlar
tanınmış Azərbaycanlı yazar və fəal
İbrahim Rəşidinin evinə girmiş, özünü orada
tapmadıqları üçün fəalı gözaltına alamayıb
evdə axtarəş edərək kitablarına və
yazılarına əlindən almışlar.
22 may günü Miyandoab (Qoşaçay)
şəhərində azərbaycanlı mədəni
fəallar Səccad Əziziyan və "... Şiri",
2006-cı ildə İranda Azərbaycanlıların etiraz
nümayişlərinin ildönümü ilə əlaqədar bildiriş payladıqları
əsas gətirilərək gözaltına alınmış
və işgəncəyə məruz qalmışlar. Adı
çəkilən fəallar 24 may günü ittihamları bildirildikdən
sonra təminat qarşılığında azad edilmişlər.
Digər tərəfdən 20 may
şənbə günü Təbriz'de Şəhriyar Salonunda
preziedntliyə namizəd Mir Hüseyn Musəvinin
kampanyasıını aparan nümayəndələr
tərəfındən təşkil edilən sual-cavab
iclasında müxalif Azərbaycanlı
tələbələrə hücum edildi. İclasda azərbaycanlı
fəallar "Haray Haray Mən Türkəm" (Hayqırıram
Mən Türkəm) və Farsca "Hatəmi üzr
istəməlidir" yazılı plakatlar qaldıraraq
etirazlarını barışçıl olaraq ifadə etmiş
və Hatəmi ilə birgə kadrlardakı
islahatçıların rəsmi üzr istəmələrini
tələb etmişlər. Bunun ardınca iclası
təşkil edən Mir Hüseyn Musəvinin kampanyasını
aparan nümayəndələr fəallara hücum etmiş və
pankartlarını cıraraq onları döymüşlər.
İçlərində Urmiya Azad Universiteti keçmiş
tələbəsi və keçmiş siyasi dustaq Hadi Həmidi
Şəfiq ilə Təbriz Universiteti İslami Birliği üzvü
Nəim Əhmədinin də olduğu 10 fəal
yaralanmışdır.
Bununla yanaşı, 31 may bazar günü
Urmiyada şəhərin keçmiş millətvəkili
Şəhrbanu Əmaninin iştirakı ilə keçirilən
sual-cavab iclasında, seçimlərdə Mir Hüseyn Musəvini
dəstəkləyəcəğini açıqlayan eks-prezident
Hatəminin internetdə yayılan kadrları və
azərbaycanlılara qarşı təhqiramiz tövrlə
bağlı sual verən izləyici, Musevinin kampanyasını
aparan nümayəndələr tərəfindən döyülmşdür.
Uzun müddətli saxlanılma
4 aprel Şənbə
günündən bəri saxlanılan Azərbaycanlı jurnalist
və yazıçı Neği Əhmədi Azər hələ
də Təbrizdəki Ettelaat (İran İstihbarat
Nazirliyi) mərkəzindədir tutulmaqdadır. Müxtəlif
mənbələrdən verilən məlumatlara görə Əhmədi
Azərə müxtəlif fiziki və mənəvi
təzyiqlər göstərilməkdədir.
10 may bazar günü Ettelaat (İran İstihbarat Nazirliyi) məmurları
Əhmədi Azərin evində bir saat ərzində
axtarış aparmış və kitablarını, əlyazmalarını,
bəzi şəxsi əşyalarını müsadirə
etmişlər. Fəalın yaxınlarının bildirdiyinə
görə mülki geyimli məmurlar evə axtarış icazəsi
olmadan daxil olmuşlar. Əhmədi Azərin ailəsi onun iki
aydır saxlanılmasına baxmayaraq, hələ də ona
qarşı irəli sürülən ittihamlardan
xəbərsizdirlər. Ailəsi Azərbaycanlı yazıçının
saxlanılmasını onun kitabları, yazdığı
məqalələri ilə əlaqəli ola biləcəyini
düşünür. Əhmədi Azərə iki ay davam edən
saxlanılma müddətində vəkillə görüşməyə
icazə verilməmişdir. Azərbaycan tarixi, dil və
ədəbiyyat sahəsində Türk Dili və Azərbaycan
Tarixi, Məşrutiyyət hadisələri, Sultan Mehmet
və Təbriz Miniatür Məktəbi kimi bir cox kitabın
müallifi və tərcüməçisi olan Neği Əhmədi
Azər Müqəddəm İran Yazıçılat
İttifaqının üzvü və Azərbaycan Yazıçılar İttifaqının
fəxri üzvüdür.
Verilən Həbs Cəzaları
Urmiyada 2008-ci ilin Avqust ayında beynəlxalq
futbol turnirlərində baş verən hadisələrdə
saxlanılan Azərbaycanlı mədəni fəallar Səid
Mahmudi, Yavər Şərifi, Məhməd Şərifi,
Səid Rəsulpur, Mocteba Kahriz, Qulamrza Damene və Əli
Əkbəri Urmiya Cəza Məhkəməsinin 104-cü
şöbəsi tərəfindən altı ay həbs və 30
şallaq cəzasına məhkum edildilər. Fəallar Milliyətçi
şüarlarla separatçı qruplara dəstək vermək və bu
qrupların simvollarını göstərmək maddəsi
ilə ittiham olunublar. Hakim bu ittihamlara fəalların turnir
müddətində Azərbaycan Respublikasını
İnternet saytlarına girişin əngəllənməsi
İranda Azərbaycan tələbə
hərəkatına aid internet saytlarından biri olan
oyrencişcom adresinə giriş 11 May 2009-cu ildən İletişim Nazirliyi
tərəfindən əngəllənmişdir.
Sayta giriş dövlətin rəsmi radio
və televiziya mərkəzi tərəfindən hazırlanan
bir anketin Təbriz Universitetində geniş miqyaslı
çıxışlarla protest edilən və Azərbaycan
Tələbə Günü elan edilən 11 May 1995-ci ilin
ildönümündə əngəlləndi. Bundan başqa, 23 may 2009-cu
ildə Azərbaycanlı tələbələrin Hatəminin
internetdəki görüntülərinə qarşı olaraq təşkil
olunan protest çıxışlarının getdikçə
artdığı günlərdə milliharakat.
Bunu xaricində, siaysi və ictimai
araşdırmalar yayımlayan gunaskam.com ( Güney Azərbaycan Sosi-Mədəni
Araşdirmalar Mərkəzi) saytına giriş 15 may 2009-cu
ildən əngəllənmişdir. Üç ildir fəaliyyət göstərən
bu sayt İran və Azərbaycanla əlaqəli
yüzlərcə elmi məqalə yayımlamışdır.
Məhkəməyə Çıxarılanlar
26 may
çərşənbə axşamı günüdə
Azərbaycanlı mədəni fəallar Vedud Əsədi
və Hüseyn Rəhimi Gilan eyalətinin Temyiz
Məhkəməsində ittiham kürsüsünə
çıxardıldılar. Gizli keçirilən məhkəmə
iclasında Vedud Əsədinin vəkilliyini Əli
Nəcəfi icra edirdi.
Daha öncə Rəşt
İnqilab Məhkəməsinin 1-ci şöbəsi
tərəfindən milliyətçilik və sabitlik
əleyhinə propaganda ilə ittiham olunan Azərbaycanlı
insane haqları müdafiəçisi Vedud Əsədiyə 1 il və
tələbə fəal Hüseyn Rəhimiyə 6 ay həbs
cəzası verilmişdir.
Azərbaycanlı fəallar 2008-ci ilin
iyul ayında Rəşt şəhərinin təhlükəsizlik
məmurları tərəfindən saxlanılmış
və bir aydan çox Ettelaat (istihbarat və
təhlükəsizlik mərkəzi) mərkəzində
saxlanıldıqdan sonra təminat qarşılığında
sərbəst buraxılmışdılar. Hüseyn Rəhiminin
saxlanılma müddəti boyunca işgəncə və qeyri-etik
davranışlara məruz qalaraq yersiz ittihamları etiraf
etməsi üçün təzyiq göstərildiyi bildirilmişdir.
Beynəlxalq insan haqları
müdafiəçilərinin qoruma təşkilatı Front Line 8
avqust 2008-ci il tarixində yayımladığı bildirişdə
Vedud Əsədinin tutulmasını qınayaraq sərbəst
buraxılması fikrini bəyan etmişdir.
Sərbəst Buraxılanlar
Azərbaycanlı
mədəni fəal Ramin Sadiqi 87 gün saxlanıldıqdan sonra 4
may 2009-cu ildə təminat qarşılığında
Ərdəbil həbsxanasından sərbəst buraxılmışdır.
Yaxınlarının bildirdiyinə görə, Sadiqi saxlanılma
müddəti boyunca şiddətli fiziki və psixoloji
işgəncələrə məruz qalmış, bu
işgəncələr altında yalan ittihamları qəbul
edilməyə məcbur edilmişdir.
Ramin Sadiqi 2006-cı ilin
Dünya Ana dili günündə saxlanılmış və daha sonra
təminat qarşılığında sərbəst
buraxılmışdır. Bu dövrdə Beynəlxalq Əfv
Təşkilatı yayımladığı təcili
hərəkət çağırışında Sadiqini vicdan
məhbusu elan etmiş və sərbəst
buraxılmasını tələb etmişdir.
Tanınmış
Azərbaycanlı mədəni fəal İbrahim Cəfərzadə
24 may 2009-cu ildə bir illik həbs cəzasının sona
çatmasından sonra Xoy həbsxanasından sərbəst
buraxılmışdır.
Cəfərzadə 21
fevral 2007-ci ildə Xoy şəhərində Dünya Ana dili Günü
tədbirlərinə qatılaraq sabitlik əleyhinə propaganda
aparmaqla ittiham olunmuşdur. Xoy İnqilab Məhkəməsi
fəalı bir il həbs, iki il Borazcan şəhərində
sürgün və 3 il siyasi-ictimai fəaliyyətlərdən uzaq
olma cəzalarına məruz qalmışdı. Vəkil
Məhəmməd Rza Fagihinin verdiyi məlumata görə
Cəfərzadə 21 fevral 2007-ci ildə Xor
şəhərinin küçələrinin birində bir
nümayişə qatıldığı səbəbi ilə
saxlanılmış və bu ağır cəzaları
almışdır. Səlahiyyətlilər
Cəfərzadənin işini sürgün cəzasına
göndərildiyi Borazcan şəhərinə yollamışlar.
Verilən cəzaya görə Cəfərzadə həbs
müddəti tamamlandıqdan sonra İranın
cənub-qərbindəki Borazcan şəhərinin
hüquq-mühafizə dairələrinə getməli və iki illik
sürgün həyatına başlamalıdır.
İbrahim Cəfərzadə Xoy
şəhərinin Armin mülki ictimai quruluşunun keçmiş
rəhbəri və səlahiyyətli quruluşun üzvlərindən
olub, tanınmış Azərbaycanlı mədəni
fəallardandır. O, 1999-cu ildən ən az altı dəfə
dövlət təhlükəsizlik gücləri tərəfindən
saxlanılmış və həbsə girmişdir.