Azərbaycanın
mədəniyyət fəalları İran təhlükəsizlik
və hüquq mühafizə orqanlarının davamlı təzyiqlərinə
məruz qalırlar. Onlar, məhkəmə qərarı
olmadan həbs edilir, rəsmi ittiham irəli sürülmədən və
vəkil tutmaq haqlarından yoxsun bir şəkilə
tutuqlanır və uzun müddət İranın təhlükəsizlik
orqanlarının qapalı təcridxanalarında
saxlanılırlar. Saxlandıqları müddətdə adətən
siyasi məhbuslarla pis davranılır. Onlar işkəncə edilərək, törətmədikləri əməllərə
etiraf etməyə məcbur edilirlər və nəhayət,
onların haqqında ağır cəzalar verilir.
Yeni Həbslər
Ərdəbil Ettelaatının əməkdaşları
5 Fevral 2009-da Azərbaycanın tanınmış kültür fəallarından
olan Ramin və İbrahım Sadiqi Əsl
qardaşlarını həbs edib. Daha sonra isə ailənin
axtarışda olan daha bir üzvü Məhəmməd Sadiqi
tutuqlanıb.
İbrahım
Sadiqi İki həftə saxlandıqdan sonra zaminə
buraxılsa da, Məhəmməd
və Ramin Sadiqi qardaşları hələ də
Ettelaatın təcridxanasında saxlanılır. Sadiqi
qardaşlarına qarşı irəli sürülmüş ittiham bəlli
deyil və onlara, vəkil tutmaq və ya ailə üzvləri ilə
görüşmək icazəsi verilməyib.
Ərdəbil
Ettelaatında saxlanılan başqa məhbuslardan alınan məlumatlara
görə, etiraf alınması məqsədi ilə Sadiqi
qardaşlarına işkəncə verilir. Dəqiq məlumatlara
görə, saxta etirafların alınması üçün Sadiqi qardaşları
döyülür və onlara elektrik şok verilir.
Ramin
Sadiqi 21 Fevral 2007-cı ildə keçirilən ana dili tədbirləri
zamanı etiraz vərəqələri yayarkən həbs
olunmuş, daha sonra isə zaminə buraxılmışdı.
Beynəlxalq Əfv Təşkilatı Raminlə bağlı
bəyanatla çıxış etmiş və onun
azadlığını tələb etmişdi.
Həbsdən Azad
olunanlar
Ayrıca,
Tehranın Rəcai Universitetinin müəllimi, azərbaycanlı
fəal, Abdulla Abbasi Cəvan 105 gün müddətinə Evin həbsxanasında
saxlandıqdan sonra, 25 Fevral 2009-da zaminə buraxılıb.
Əslən Sulduzlu olan cənab Abbasinin azadlığa
buraxılması yaşlı anasının vəfatında 2
gün sonra baş verib.
ADAPP-
Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinin mənbələrinin verdiyi məlumata əsasən, Dövlətçiliyə
qarşı əks-təbliğatda ittiham olunan Cənab Abbasi
70 milyon tümən girov qoymaqla zaminə buraxılıb. Onun
işinə Rey şəhəri İnqılab Məhkəməsində
baxılır. Cənab Abbasi 13 Noyabr 2008-də Səttarxan mərasimi
zamanı həbs olunmuşdu.
Ailəsinin
bildirdiyinə görə, saxlandığı müddətdə o,
Evin həbsxanasının 209-saylı qapalı təcridxanasında
müxtəlif psikoloj və fiziki işkəncələrə məruz
qalıb. O, həbs olunduqdan 3 ay sonra bircə dəfə ailəsi
ilə qıssa müddətə görüşə bilib. Bu vəziyyət
isə bütün ailə üzvlərinə, özəlliklə fəalın
yaşlı anasına olduqcaq pis təsir göstərib.
Abdulla
Abbasi 2007-ci il Avqustun 18-də də həbs olunaraq 130 gün müddətinə
təcridxanada saxlanmışdı.Bunun ardınca, Tehranın
İnqılab Məhkəməsinin 3-cü şöbəsi onu 5 il
müddətinə dondurmaqla 1 il azadlıqdan məhrum etmə cəzasına
məhkum etmişdi.
Azərbaycanlı
mədəni fəal və tələbə Mehdi Nuri 2 illik həbs cəzasını
başa vuraraq, Cümə günü Fevralın 20-də Azdlığa
buraxılıb. 2006-cı ilin Mayında Azərbaycanda baş
vermiş üsyanlar zamanı, Mehdi Nuri də Sulduz(Neqədə)
şəhərində həbs olunmuş, Nəqədə,
Urmiyə və Təbriz Ettelaat orqanlarında fiziki işkəncələrlə
müşayiət olunan 80 günlük dindirmələrdən sonra müvəqqəti
azadlığa buraxılmışdı.
O, əvvəlcə
Urmiyə İnqılab Məhkəməsi tərəfindən
4 il həbs, 3 il sürgün və daha
3 il azadlıqdan şərti məhrum edilmə cəzasına
məhkum edilmişdi. Daha sonra
isə işi yenidən araşdıran yuxarı məhkəmə
cənab Nurini 2 il həbs və
3 il azadlıqdan şərti məhrum
edilmə cəzasına məhkum etdi.
Bundan
başqa, Arman Tələbə
Birliyinin keçmiş üzvlərindən olan azərbaycanlı kültür
fəalı Vəhid Şıxbəylı 49 gün həbsdə
saxlandıqdan sonra, 50 milyon tümən girov qoyaraq, 11 Fevral 2009- cü
il tarixində zaminə buraxılıb. Vəhid Şıxbəylı
Milli təhlükəsizliyi və
ictimai asayişi pozmaqda ittiham olunur.O, 24 Dekabr 2008-də Təbrizdə,
evinin önündə həbs edilərək, Ettelaata aparılmış,
10 gün dindirildikdən sonra Təbrizin Ümumi rejimli həbsxanasının
Mali Bölümünə köçürülümüşdü.
Azərbaycanlı
Tələbə fəallarından olan cənab Şıxbəylı
daha öncələr də bir neçə dəfə həbs olunub.
O, ilk dəfə 2006-cı ildə İran qəzetinin Azərbaycan
türklərini təhqir edən karikaturasının nəşrinə
qarşı keçirilən May üsyanları zamanı həbs
olunmuş, 50 gün saxlandıqdan sonra zaminə
buraxılmışdı. Bunun ardınca, o, 91 gün həbs cəzasına məhkum
edilmişdi.
Ağır cəzalar
Azərbaycanlı
kültür fəalları, Behruz Əlizadə, Rəhim Qulami, Vədud
Səadəti, Hüseyn Hüseyni və Ərdəşir Kərimi
Xiyavi, bu il Yanvarın 19-da Ərdəbil İnqılab Məhkəməsində
keçirilən qapalı iclasın sonunda hər biri 5 il həbsə məhkum edilmişlər.
Məhkəmə
qərarına görə, milli təhlükəsizliyi pozmaq məqsədi
ilə grup təşil etməkdə günahlandırılan həmin
fəallar, həbs cəzalarını Kirman, Hormozgan, Bocnurd, Simnan
və Həmədan həbsxanalarına keçirməlidirlər.
Ərdəbil Əyalətinin təhlükəsizliyinin təmin
olunması sürgün qərarına əsas səbəb kimi göstərilir.
Məhkəmə
hökmündə, Çənli bel və Azərbaycan Milli Hərəkatı
kimi qanunsuz təşkilatlara işarə edilir. Ərdəbil
İnqılab Məhkəməsinin bu qərarı Azərbaycanlı
insan haqları və mədəniyyət fəallarının
ciddi etiraz və tənqidlərinə səbəb olub.
Onların bildirdiyinə görə, Çənli bel və Azərbaycan
Milli Hərəkatı adlı hər-hansı təşkilat yoxdur, Çənli
bel Azərbaycanlı fəal
Abbas lisaninin mağazasının adı olub və azərbaycanlıların
haqlarının əldə edilməsi uğrunda gedən
ictimai hərəkat Azərbaycan milli hərəkatıadlansa
da, bu adlı hər-hansi siyasi partiya mövcud deyildir. Ərdəbil
məhkəməsinin bu kimi ittihamları, Azərbaycanda gedən
mədəni hərəkatı boğmaq üçün düşünülmüş
siyasi addım hesab edilir.
Behruz
Əlizadə, Rəhim Qulami, Vədud Səadəti və
Ərdəşir Kərimi Xiyavi 8 Aprel 2009-da, Ərdəbilin
Ettelaat orqanları tərəfindən həbs edilərək
20 gün müddətinə qapalı təcridxanada saxlandıqdan
sonra, 30 milyon tümənlik girovlar qoyaraq zaminə
buraxılmışdırlar. Azad edildikdən az sonra, onlar saxlandıqları Ərdəbil
Ettelaatının təkadamlı təcridxanasında fiziki və
psikoloji işkəncələrə məruz
qaldıqlarını, yaxınları ilə görüşməkdən
və vəkil tutmaqdan məhrum edidiklərini bəyan etdilər.
Təbriz
Universitetinin tələbələri, Səccad Radmehr, Fəraz
Zehtab, Aydın Xacei, Əmir Mərdani və Ehsan Nəcəfinəsəb
və İsfahan Universitetinin Gəmiqayırma üzrə tələbəsi,
Məcid Makui hər biri 1 il müddətinə olmaqla həbs və daha 2 il şərti həbs cəzalarına
məhkum ediliblər. Başqa tələbə
fəalları, Mənsur Əminiyan və Məqsud Əhdi, eləcə
də Hərbi xidmətdə olan ordu zabiti Dariyuş Hatəmi
isə bəraət alıblar. Adı çəkilən fəalların
işləri ilə bağlı məhkəmə iclası,18
Yanvar 2009-da Təbrizin İnqılab məhkəməsinin 1-ci
şöbəsində keçirilib.Məhkəmə, onları milli
təhlükəsizliyi pozmaq məqsədi ilə grup təşil
etməkdə və dölətçiliyə qarşı əks-təbliğatda
günahlandırıb.
ADAPP-ın
əldə etdiyi məlumatlara görə isə, adı çəkilən azərbaycanlı fəalar
yalnız veb səhifə açdıqlarına və AZOH adlı
bir veb saytda Azərbaycanla bağlı tənqidli yazılar
yazdıqlarına görə həbs edilibmişlər.
Onlar
ötən ilin yayında təhlükəsizlik qüvvələri tərəfindən
həbs edilmiş və 3 ay müddətinə Ettelaat təcridxanasına
pis davranışlar və işkəncələrə məruz
qaldıqdan sonra zminə buraxılmışdılar. Saxlandıqları müddətdə, fəalların
öz ailə üzvləri ilə görüşmələrinə
qadağa qoyulmuş və onlara vəkil tutmaq icazəsi verilməmişdir.
Bundan
başqa, Həmid Valai və Qulam Nəcəfi Təbrizin
İnqılab Məhkəməsi tərəfindən 1 il
azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.
Onlar, 28 Yanvar 2009-da dölətçiliyə qarşı əks-təbliğat
ittihamı ilə hakim qarşısına
çıxarılmışlar. Məhkəmənin qərarına
görə, məhkumlar 1 illik həbs cəzalarının 3
ayını zindanda keçirməlidir. Cəzanın qalan hissəsi
5 il müddətinə döndurulur.
Onlar, ötən İyul ayında Günəş
jurnaalının Azərbaycanda May Üsyanları
başlıqlı özəl sayısını nəşr etdiklərinə
görə Təbriz Ettelaatı tərəfindən
tutuqlanmış 15 gün dindirmənin ardınca müvəqqəti
azadlığa buraxılmıdılar.
İnsan
haqları müdafiəçilərini beynəlxalq müdafiə təşkilatı-
Frant Line 8 Avqust 2008-də bildirib
ki, Ettelaat təcridxanasında verilən işkəncələr
nəticəsində Həmid Valainin dişlərinin
sınıb, damağında qan axmalar baş verib, sağ
ayağı və başı əzilib.
Qəbri Azərbaycanlı sünni türklərə
qarşı həbs, sürgün və şallaq cəzaları
Urmiyənin
Qızıl Xənəyə (Xanqah-e Sorx) kəndinin 25 sakininə
qarşı hökm oxunub. Onlar kəndin su qaynaqlarının
istiqamət deyişdirilməsinə qarşı etiraz
zamanı həbs olunmuşdurlar. Urmiyənin Nazlı Bölgə
Məhkəməsi tərəfindən İctimai Asayişi
pozamaq və polisə müqavimət göstərməkdə ittiham
olunan Süleyman İbrahimi, Məhımməd Səmədzadə,
Murtuz Cəfəri, Allahverdi Aslani, Məhəmməd Mənafzadə,
Əyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid
Cəfərpur, Məcid Qulizadə və Ziyad Cəfərpur məhkəmə
tərəfindən 2 il həbs, 1 il Minab şəhərinə
sürgün və 74 şallaq cəzalarına, Behruz Məcidi 1 il həbs,1
il Minab şəhərinə
sürgün, Barzad və Meqdad Nizami
Əfşarlar və Məhəmməd Əşrəfi isə 6 ay 2gün həbsə məhkum
ediliblər.Bununla yanaşı, Heydər Əlipur, Hüseyn
Vahabzadə, Sülayman Əhmədi, Həbibolla Əhmədi və
Məhəmməd Cəfəri 300 min tümən, Höccət Mükərrəm
isə 200 min tümən cərimə ödəməyə məhkum
ediliblər. Mehdi İsmaili, Əsgər Qarahacılı,
Behzad Yəqubzadə və Cəfəriyə bəraət
verilib.
Yanvarın 14-də Qızıl Xənəyə
kəndinin əkinçiliklə məşqul olan sakinləri,
yeraltı su qaynaqlarının yön dəyişdirməsinə
etiraz olaraq Urmiyə-Salmas caddəsində dinc etiraz aksiyası
keçiriblər. Polis dinc
aksiyanı dağıtmaq üçün gözyaşardıcı gazlardan və
odlu silahdan istifadə edib. Aksiyaçılardan azı 30 nəfəri
həbs edilmiş, 10 gün müddətinə ağır işkəncələrə
məruz qaldıqdan sonra zaminə buraxılıb. Həbs
olunanlardan bir grupu yaralı olsa da, onlara hər-hansı tibbi
yardım göstərilməmiş, bəziləri 5-6 saat qan
axmalardan sonra xəstəxanaya çatdırılmışdı.
Qızıl Xənəyə, Urmiyənin Nazlı bölgəsində yerləşir. 2000 nəfər əhalisi olan bu kəndin sakinləri İslamın sünni təriqətinə inanan türklərdən ibarətdırlər. Onları kürə sünni və sünni türklərdə adlandırılar. İranda Sünnilərə qarşı ciddi ayrı seçgiliklər həyata keçirilir. Onlara dini məktəblər açmaq, qeyri-hökümət təşkilatları yaratmaq icazəsi verilmir. Onların ali təhsil almaq və yüksək vəzifələr tutmalarına məhdudiyyətlər qoyulur. Əkinçiliklə məşqul olan kəndlərin su qaynaqlarının istiqamət dəyişdirilməsi əhalinin iqtisadi çətinlilərinin artmasına səbəb olur.
Atəşbəyli firqəsinin davamçıları olan, Mehdi Qasımzadə, Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Yunus Ağayan Miyandab-Qoşaçay şəhərinin yaxınlığında yerləşən Üç Təpə kəndinin sakinləridir.
Onlar, ötən il Üç Təpə kəndinin sakinləri ilə İranın Nizam İntizam Qüvvələri arasında baş vermiş qarşıdurmalardan sonra həbs edilərək İnqılab məhkəməsi tərəfindən ölümə məhkum edilmişdirlər. Edam qərarına yenidən baxılması zamanı, Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadulla Qasımzadənın ölüm hökmləri 13 il həbslə əvəzlənsə də, Mehdi Qasımzadə və Yunus Ağayanın edam qərarları təsdiqləndi.
Yayılan xəbərlərə görə, Oktyabr İranın mərkəzində yerləşən Yəzd şəhər həbsxanasına köçürülən Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadulla Qasımzadə, mərhum M. Qasımzadənin haqqındakı edam qərarının icrasına qarşı etiraz olaraq aclıq aksiyasına başlayıblar. Haqq Əhli tərəfdarlarına təzyiqlər və Mehdi Qasımzadənin edam edilməsi, barəsində ölüm hökmü çıxarılmış,Yunus Ağayanın da yaxın günlərdə edam oluna biləcəyi ilə bağlı narahatlığa səbəb olub.
Məhkəmələrin Keçirilməsi
28 Fevral 2009-da Rəşt
şəhərinin İnqılab məhkəməsində Azərbaycanlı
insan haqları müdafiəçisi, Vədud Əsədiyə
qarşı irəli sürülmüş dölətçiliyə
qarşı əks-təbliğatittihamı ilə bağlı 3-cü məhkəmə
iclası keçirilib.
Vədud Əsədi, ötən
İyun ayının 22-də Rəşt Ettelaatının əməkdaşları
tərəfindən həbs olunaraq, 34 gün qapalı təcridxanada
saxlandıqdan sonra zaminə buraxılıb. Ailəsinin dediyinə
görə, təcridxanada saxalandığı müddətdə o,
davamlı fiziki və psikoloji işkəncələrə məruz
qalıb.Cənab Əsədinin ailə üzvlərinə ümumiyyətlə
onun harada saxlanması haqda hər-hansı məlumat verilməyibmiş.
Frant
line Avqustun 8-də və ABŞ-ın Dövlət Departamenti isə
Avqustun 15-də ayrı-ayrılıqda cənab Əsədinin
həbsini pisləyən bəyanat yaymışlar.
Ərdəbilli siyasi məhbus
oğrularla birlikdə
Milli təhlükəsizliyi
pozmaq və Casusluq maddəsi üzrə təqsirli bilinən
Ərdəbilli milli hərəkat fəal, Əli Abbasi daha öncə
saxlandığı Ərdəbil Zindanının 7-cı
bölümündən çıxarılaraq, oğruların saxlandığı
4-cü bölümə köçürülüb. Yaxınları ilə görüş zamanı
cənab Abbasi saxlanma şəraitinə etiraz etdiyini bildirib.
Onun fikrincə oğruların saxlandığı 4-cü bölümə
köçürülməklə ona psikoloji təzyiq göstərilir.
Əli Abbasi, 14 Oktoyabr 2007-ci
il tarixində həbs olunub. O, 38 gün müddətinə Ərdəbil
Ettelaatında işkəncə edildikdən sonra vəkilsiz və
qapalı keçirilən məhkəmə iclasının sonunda İnqılab
məhkəməsinin hakimi, Həsənzadə tərəfindən
11 il həbsə məhkum edilmişdi. Abbasının
haqqında çıxarılmış 11 illik həbs cəzası,
daha yuxarı məhkəmə tərəfindən 5 il həbslə
əvəzlənib. Azərbaycan Respublikasına səfəri,
onuncasusluqda ittiham olunmasında əsas dəlil kimi göstərilib.