Vətən yolunda candan keçməyi, əbədi yaşayış sayan Qulamrza Əmani, öz ölmünü əvvəlcədən bilirdi!
Milli Fəallar Qulamrza Əmaninin ölümü ilə bağlı dəhşətli detalları ifşa edirlər.
Təbrizdən milli fəalların verdiyi məlumata görə, son zamanlarda Qulamrza Əmani dəfələrlə ETTELAAT idarəsinə çağrılıb və orada xüsusi idarənin nümayəndələri tərəfindən ciddi hədələnmişdi. Bu hədələr içərisində ona tapşırılmışdı ki, fəaliyyətinə son qoysun. Əlbbətdə, bundan əvvəl, yəni 2006 - cı ildə Əmani ETTELAAT idarəsinə aparılıb və orada müstəntiq onu ölümlə hədələyib və əsəbi şəkildə demişdir: "Əmin ol ki, Azərbaycanda dəyişiklik olsa da, sən onu heç vaxt görməyəcəksən." Bunlardan da əlavə, xatırladaq ki, son zamanlarda milli fəallara qarşı zəncirvari qətillərin həyata keçirilməsi başlanmışdı. Misal üçün, Fərhad Möhsini ETTELAAT tərəfindən işgəncə ilə öldürülüb Elgölünə atılmışdı. Xosrov Ürfan Şahi iş yerində işgəncə ilə öldürülüb, asılmışdı. Qadir Sədiqini ETTELAAT - ın xüsusi adamları maşınla vurub, hadisə yerindən qaçmışdırlar. Sadaladığımız bütün bu səbəblərə görə, o, həyatına qarşı hədələri çox ciddi tutmuşdur. Amma sarsılmadan milli siyasi fəaliyyətin də davam etdirmiş və yolundan dönməmiş, dayanmamışdır. Onunla yaxın rabitədə olan milli fəallarla vidalaşmış və özünə qarşı hər hansı bir hadisənin baş verməsinin labud olduğunu nəzərə çatdırmışdı. Və qeyd etmişdir ki, "Vətən yolunda candan keçməyi, əbədi yaşayış sayır!"
Qulamrza Əmani iki qardaşı ilə bərabər öz şəxsi maşınlarında Təbriz -- Əhər yolunda getdikləri zaman sipahipastaranın ( İran rejiminin hərbi qüvvəsi ) yük maşını vasitəsi ilə vurulmuşdurlar. Hadisə zamanı onun iki qardaşı Kərim və Cəfər dərhal həyatların itirmişdirlər. Amma Əmani ağır yara alsa da, huşu başında imiş, ona yardım edənlərdən qardaşlarının vəziyyətin soruşurmuş. O, dörd saat yarım hadisə yerində qalmış və yalnız bu uzun zamandan sonra Təbrizin İmamrza xəstəxanasına aparılmışdır. Onun ölümündə hadisə zamanı aldığı yara yox, xəstəxanaya gec çatdırılması, əsl səbəb sayılır. Xəstəxanadan verilən məlumata görə, Qulamrza Əmani yara nəticəsində yox, uzun zaman yarasından qan axdığı üçün vəfat etmişdir. Bunlardan da əlavə, milli fəalların verdiyi məlumata görə, ETTELAAT - ın məmurları həkimlərin icazəsi olmadan, Əmani cərrahi əməliyyatda olan otağa girib, onun müalicəsinə qarşı əngəl törətmişdirlər.
Əmaninin maşın qəzasında vurulması sürətlə xalq içində yayılır və bu barədə informasiya orqanlaı, xüsusən xaricdə yayılan informasiya vasitələri məlumat yayırlar. Və millət şəhərin hər tərəfindən İmamrza xəstəxanasına gəlir. İran rejimi kütləvi aksiyanın qarşısını almaq üçün bir tərəfdən mülki paltarlı məmurların adı çəkilən xəstəxanaya göndərib, kütləni dağıtmağa çalışır, digər bir tərəfdən İranın irqçı rejimi tərəfindən idarə olunan Təbrizin radio, televiziyası Əmani və onun iki qardaşının vəfatın təsadüfi maşın qəzası kimi qeyd edib və bunu kədərli hadisə adlandırmışdırlar. Bu vasitə ilə çalışmışlar hadisədən özlərini xəbərsiz kimi nişan versinlər və bununla da kütləni qane edə bilsinlər ki, bu hadisədə heç bir sui - qəsd planı yoxdur.
Qulamrza və onun qardaşlarının torpağa tapşırılma mərasimində də İranın ETTELAAT məmurları geniş şəkildə iştirak edib, orada şəkil və film çəkmə vasitəsi ilə çalışmışlar dəfn mərasiminin etiraz aksiyasına çevrilməsinin qarşısını alasınlar. Hətta, Əmaninin ailəsini məcbur edirlər ki, dəfn üçün qərara aldıqları gündən bir gün tez onu dəfn etsinlər. Çünki Güney Azərbaycanın şəhərlərindən milli fəallar özlərini onun dəfninə çatdırıb, hadisədə iştirak etmək istəyirdilər. Tamam bu təzyiqlərə baxmayaraq, millətimizin qəhrəman övladları dəfn mərasimi zamanında əllərin yuxarı qaldırıb Bozqurd işarəsi verib, demişdirlər: "AZƏRBAYCAN BAŞIN SAĞ OLSUN!, ƏMANİ YOLUNU DAVAM EDƏCƏYİK!"
Xəbəri hazırladı azadtribun