گونئی
آذربایجانین
میللی چالیشقانلاری،
دیشاری دا اولان
سویداشلاریمیزی
میلل سازمانیندا
احمدی نژادین
دانیشیغینا
قارشی،
اعتراضا چاغیردیلار
یاییلان
خبرلر اساسیندا،
محمود احمدی
نژاد، ایرانین
فاشیست و شوونیست
پرزدنتی، مهر
آیی نین 2- سی (سپتامبرین
23-و) میلل
سازمانینین (B.M.T) ایللیک
اوتوروموندا
دانیشیق
آپاراجاق.
بیز
گونئی آذربایجانین
بیر سیرا میللی
چالیشقانلاری
اولاراق، خاریجده،
اؤزه للیکله
آمریکا و
کانادادا یاشایان
سویداشلاریمیزدان
ایسته ییریک،
او گون احمدی
نژادین دانیشیقلارینا
قارشی میلل
سازمانین (B.M.T) قارشیسیندا
گوجلو اعتراض
آکسیالاری
کئچیردسینلر.
اولسون
بئله لیکله
گونئی آذربایجاندا
گئدن آپارتاید
و میللی باسقی
لارا گوجلو
اعتراض اولوب
و آذربایجانلی
لارین ایراندا
نئجه آسیمیله
و الینه اولوب
و کیملیک سوی
قیریمی تراژدی
سی دونیایا
چاتدیریلسین. بو
گون دیشاری دا
یاشایان سویداشلاریمیز
و فیکیرداشلاریمیز،
تاریخی و میللی
گؤرولرین دویاراق،
آذربایجانین
مظلوم، عئینی
حالدا باش
اوجا میلتینه یاراشیق،
گوجلو اعتراض
لار یولا
سالمالاری
گؤزله نیلیر.
بو
گون گونئی
آذربایجاندا
بللی اولان 40
نفردن آرتیق میلتچی
آپارتاید
دوستاقلاریندا
ایشکنجه یه
معروض قالیبلار.
بو شرفلی و
وطن یولوندا
جاندان کئچن
اوغوللاریمیزین
هارایین دونیانین
قولاغینا
چاتدیرماق و
بو دوولتین
فاشیست و ضد
تورک باشچی سی
احمدی نژاد-ی
روسوای ائتمک،
دیشاری دا
اولان سویداشلاریمیزین
ان بؤیوک
بورجودور.
اعتراضلار
و تظاهرات لار
(آکسیالار) اوچون
آشاغیداکی
شعارلار اؤنر
وئریلیر:
1-
آذربایجان میلتی
اؤز طالعین
اؤزو سئچمه لی
دیر (حق تعیین
سرنوشت)
2-
آذربایجانین
سیاسی محبوس
لاری گره ک
آزاد اولسون.
3-
ایراندا
تورک دیلی رسمی
اولمالیدیر.
4-
آپارتاید و
شوونیزم گره ک
محو اولسون.
گونئی
آذربایجانین
بیر سیرا میللی
چالیشقانلاری
28/6/1387
qaygikeshlar.az@gmail.com
Fars şovinizminin
rəsmi əritmə siyasətinə və milli
aktivistlərin tutuqlanmasına qarşı var gücümüzü ortaya
qoymalıyıq.
BİLDİRİŞ: Göteborgda miting
Mehr ayının 1-ci günü Güney Azərbaycan oxullarında
milli əritmə siyasətinin rəsmi
başlanqıcıdır.
Dəyərli
soydaşlar!
Bildiyiniz kimi,
hər Günəş ilinin Mehr ayının 1-ci günü (21.09), İran adlanan ölkənin yeni təhsil günüdür. Bu
gündən başlayaraq fars olmayan milyonlar uşaq və
gəncin ürək istəyi və ana haqlarına baxmayaraq
yalnızca Fars dilində təhsil almaq zorunda qalmaqdadırlar.
100-ilə yaxındır ki, Fars
faşist rejiminin bu rəsmi əritmə siyasəti səssiz
soyqırım (Etnosit) kimi sürməkdə dəvam edir.
Dünyada
insan haqları ilə bağlı bütün etibarlı
anlaşmaların təməl maddələrini ana dilində
eytim alma haqqı təşkil edir. Bu haq dünyada qabul olunmuş
ən ilkin insan haqqı sayılsa da, fars faşıst rejimi
tərəfindən gobudcasına çeynənməkdədir. Rejim
hər bir bahanayla qeyri fars millətləri öz ana dilindən uzaq
tutmaq üçün etnik düşünürləri ən ağır
təzyiqlərlə üz-üzə qoymaqdan çəkinməyir.
Panfaşist
Fars rejimi 100-lərlə Güney aktivistini,
yazarını, öyrəncisini
və insan haqları ilə bağlı müdafiəçilərini
evlərində, iş yerlərindən oğurlayaraq bəlirsiz
yerlərdə işkəncələrə məruz
qoymaqdadır. Son günlərdə farsçı rejim tərəfindən
tutuqlanan Güney Azərbaycanın çox tanınmış milli
fəallarından olan Əlirza
Sərrafi, Həsən Raşidi, Əkbər
Azad, Səid Muğanlı, Abbas naimi, Əkrəm Nəccari,
Mehdi Nəimi, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xacei, Daryuş Hatəmi (Elçin), Mənsur Əminiyan , Amir Mardani,Məqsud
Əhdi, Məcid Makuyizad ,sayid mahamadi, sayyad Mohamadiyan,Hasan
rahimi bayat, kimi şəzsiyyətlərin
bu gərçəyin aydın göstərcəsidir.
Məzhəb
örtüyü altında gizlənən farsçı rejim, bu son
basqılarla, Azərbaycan Milli Hərəkatı
qarşısında dərin çarəsizliyini bir daha
göstərmiş oldu.
Bugün
zindanlarda Azərbaycanın igid mübarizleri Abbas lisani ,Azim
Qadimi və Elman Nurilər zindan
və hədə qorxu taktiklərin , etgisiz olmasının
böyük örnəkləridirlər
Sayqı
dəyər soydaşlar:
Fars
mulla rejiminin millətimizə qarşı planlarını
məhkum və ifşa etmək üçün hərəkət etməliyik.
Bu bağlantıda biz, İsveçin Göteborg
şəhərində yaşayan Azərbaycanılar əl-
ələ verərək ulu millətimizin haqlı səsini
dünya ictimaiyyətinə çatdımaq üçün bir miting
təşkil edərək bütün demokrat və azadlıq
sevər insanları bu toplantıya dəvət edirik.
Umarıq bizim bu ricamız zamanı və imkanı olan
soydaşlar tərəfindən olumlu qarşılansın.
Yer : Götenborg
şəhərinin mərkəzi- Femman Huset,in
qarşisi
Çağ:
Bazar günü -21 Sentyabr 2008 saat13-dən 14-də
Oyanış
dərnəyi
Babək-
Azərbaycan kurslar derneyi
Qadinlar
dərnəyi Yanar
Təbriz
dərnəyi