İranda Məclis adlı xasiyyətsiz vitrinə seçkilər
Babək Azəri hüquqçu
İran hökumətinin
orqanlarına seçilən adamların filtirdən keçməsi bais
olur ki, əgər onların içində müxalif və ya fərqli
fikirli adamlarda olsalar, say baxımından çox az olalar. Digər
tərəfdən də Keşikçi Şurasına və Nizamın
Məsləhətin Təyinedən İcmaya Ana yasa
əsasında elə bir səlahiyyət verilmişdir ki,
Məclisdə alınan qərarları etibarsız elan edə
bilər. Yəni, Məclisin yekdilliklə qəbul etdiyi
qərarı təsdiq etməyə bilər. Elə bütün
bunlara görə, İranda Məclis xasiyyətsiz vitrin hesab olunur!
Ümumi halda demək olar bir
mədəni və demokratik ictimaiyyətdə seçkilər
hökumət orqanlarının yaranmasında çox
əhəmiyyətli rol oynayırlar. Dunyanın əksər ölkələrinin
Ana yasasında prezident postuna, parlamentə millət
vəkilləri və s. ancaq səsvermə vasitəsi ilə
seçilməsinin qanuni olduğu qeyd olunub. İranda da Ana
yasanın əsasında prezident, məclis
nümayəndələri və şura üzvləri səsvermə vasitəsi
ilə seçilməlidirlər. Amma İranın Ana yasasında 91
- 99 - a qədər olan maddələrində "Keşikçi
şurası"indan söhbət açılır və onun
vəzifələri şərh edilir. Adı çəkilən
şuranın əsl vəzifəsi seçkilərdə namizəd
olanların səlahiyyətinı təsdiq və ya rədd
edilməsini, hətta İranın məclisində alınan
qərarların təsdiq və ya rədd edilməsi də bu
şuranın öhdəsinə qoyulub. Keşikçi şurası 12
üzvdən ibarətdir. 6 üzvi dini xadimlərdilər və onlar
dini rəhbər, yəni Xamneyi tərəfindən təyin
olunurlar. Amma qalan 6 nəfər Ədliyyə Naziri
tərəfindən təklif olunub və məclisin təsdiqi
ilə adı çəkilən şuraya üzv seçilirlər.
İranda İslam
İnqilabı qələbə çalıb və Ana yasa
yazılandan sonra dəfələrlə Keşikçi Şurası
və İran Məclisi arasında ixtilaf
çıxmışdı. Elə bu səbəbə görə 1988
- ci il Ayətullah Xumeynin məsləhəti ilə yeni bir
hökumət orqanı yaranmışdı. Bu yeni orqan Nizamın
( Hökumət ) Məsləhətin Təyinedən İcma
adlanmışdı və 1990 - cı ildə bu adı
çəkilən icma yeni dövlət orqanı kimi İranın Ana
yasasında qeydiyyatdan keçib təsdiqlənmişdir.
İranın Ana yasasının 122 - ci maddəsi bu icmaya aid
olub.
Məlumat üçün qeyd
etməliyəm Nizamın Məsləhətin Təyinedən
İcmanın 34 nəfər üzvi var və onların
hamısı dini rəhbərin tərəfindən təyin
olunurlar. Haqqında söhbət gedən icmanın əsl
vəzifəsi Keşikçi Şura Məclis və digər
hökumət orqanları arasında olan ixtilafları həll
etməkdi. Bu faktların əsasında nəticə almaq olar ki,
İranın bürokratik sistemində seçkilər vasitəsi
ilə heç bir siyasi, iqtisadi, mədəni reformalara nail olmaq
mümkün deyil. Çünki
1.İranda Keşikçi Şura
namizədləri filtirdən keçirir və rejimin öz istədiyi
adamların seçilməsinə zəmin yaradılır.
2.İran seçkilərində
çox dəhşətli saxtakarlıqlar olur. Beynəlxalq orqanlar
və ya İranın daxili müxalifətinin seçkilər
prosesinə nəzarətləri yoxdur.
3.İran hökumətinin
orqanlarına seçilən adamların filtirdən keçməsi bais
olur ki, əgər onların içində müxalif və ya fərqli
fikirli adamlarda olsalar, say baxımından çox az olalar. Digər
tərəfdən də Keşikçi Şurasına və
Nizamın Məsləhətin Təyinedən İcmaya Ana yasa
əsasında elə bir səlahiyyət verilmişdir ki,
Məclisdə alınan qərarları etibarsız elan edə
bilər. Yəni, Məclisin yekdilliklə qəbul etdiyi
qərarı təsdiq etməyə bilər. Elə bütün
bunlara görə, İranda Məclis xasiyyətsiz vitrin hesab olunur!
İranda islahatçı
və mühafisəkar qüvvələr
İranda bəzi siyasi
fəallar İranın indiki qanunlarının
çərçivəsində fəaliyyət göstərən qüvvələri
islahatçı və mühafisəkar qüvvələrə bölürlər.
Onların fikrinə görə, məsələn, əgər
seçkilərdə islahatçılara dəstək verilsə,
onların gücü artıb və İranda siyasi islahat prosesinin
başlanmasına imkan yaranar. Onlar Sovet İttifaqı, Çili,
Cənubi Afrika və bəzi Şərqi Avropa ölkələrin
misal gətirirlər ki, islahatçıların iş üstə
gəlməsi, o ölkələrdə ciddi reforma
proseslərinə bais oldu. Bu fikir bir neçə səbəbə
görə İranda mövcud olan gerçəkliklərlə üst - üstə
düşmür. Mövzuya aydınlıq gətirmək üçün qeyd
etməliyəm adı çəkilən ölkələrdə siyasi
reformanın başlanmasında 3 amil əsl rol oynayıb. O
amillər bunlardan ibarətdirlər :
1.Hakimiyyətdə olan
qüvvələr reformaya razı olub və ona maddi zəmin
yaradıblar.
2.Fəaliyyəti dövlət
tərəfindən yasaq olunan müxalif qüvvələrinə izin verilib
ki, azad şəraitdə siyasi fəaliyyət aparalar.
3.Beynəlxalq orqanlar və
daxili müxalif qüvvələr seçkilər prosesinə nəzarət
edib və həm də daxili müxalif qüvvələr azad
şəraitdə seçib və seçilmək haqqına malik olublar.
Elə bu faktları diqqət
mərkəzinə alsaq görərik ki, dünyada İran anoloqu
olmayan bir ölkədir. Misal üçün, heç Cənubi Afrika ilə də
İranı müqayisə etmək düzgün deyil. Məlumat üçün qeyd
etməliyəm ki, ağların partiyası olan Cənubi
Afrika Milli Partiyası 1948 - ci ildə hakimiyyəti ələ
aldı və çox təəssüf ki, burada apartayd sistemini
bərpa etdi. Yəni, Cənubi Afrikada çoxluqda olan qaralar,
dərisinin rənginə görə dəhşətli ayrı -
seçkiliklərə məruz qaldılar və siyasi müxalif təşkilatlar,
o cümlədən, qaraların yaratdığı Cənubi
Afrika Konqresinin fəaliyyətinə yasaq qoyuldu. Nəhayət
ki, 1990 - cı ildə Cənubi Afrikanın hakimiyyətində
olan ağlar hakimiyyətdən kənara getməyə razı
oldular. Siyasi müxalif təşkilatlar, o cümlədən,
Cənubi Afrika Konqresi azad şəraitdə fəaliyyət etməyə
imkan əldə etdi.
27 il həbsdən sonra Nelson
Mandella azadlığa buraxıldı.1994 - cü ildə azad
şəraitdə seçkilər bərpa oldu və qaralar
hakimiyyətə gəldilər. Hal - hazırda İranda buna oxşar
heç bir proses həyata keçmir. Çünki hakimiyyətdə olan
qüvvələrin kənara getmək fikirləri yoxdur. ( Bu yerdə
qəribə də olsa da məşhur "Koroğlu " dastanından
bir hadisə yadıma düşdü. Koroğlunun atını
qaçırıb oğurlayan Keçəl Həmzə atın
üstündə rahat otursun deyə, özünü Qıratın üstünə
qırlamışdı. İndiki İran hakimiyyəti də
o vəziyyəti xatırladır. Sanki oturduqları kresloya
özlərini qırlayıblar. Yoxsa, yerlərindən qalxıb,
müasir dünyaya baxmaq imkanları olardı. Bəlkə də
öyrənərdilər!!! ) Bundan əlavə, hətta
özlərini islahatçı adlandırırlar, o cümlədən,
Xatəmi fars rejiminin hakimiyyətdə qalmasın əsl
vəzifə sayıb, hökmümət strukturunun və Ana
yasanın dəyişdirilməsini xəyanət
adlandırır. Hökumət tərəfindən
fəaliyyətləri yasaq olunan siyasi təşkilatlar, o
cümlədən, Güney Azərbaycanın siyasi
təşkilatlarının azad şəraitdə
fəaliyyətlərinə imkan verilmir. Beynəlxalq orqanlar
və daxili müxalif qüvvələrin heç bir ixtiyarı yoxdur ki,
İrandakı seçkilərə nəzarət etsinlər. Amma
qey edək ki, Xatəmi 8 illik prezident olan dövründə bəzi
azdlıqlar verilmişdir. Misal üçün, mətbuatda bəzi azadfikirli
insanların yazıları çap olunmuşdu. Bəzi etiraz
aksiyaları keçirilmişdi və s. İranda bəzi siyasi
fəallar bütün saydıqlarımıza istinad edərək, bunu
islahat, Xatəmi və onun ətrafını reformaçı
adlandırırlar. Baş verən prosesə və
hadisələrə diqqət etsək, bunu heç də siyasi
reforma adlandırmaq olmaz. Çünki siyasi reforma bir siyasi strukturun
dəyişilməsi və bu dəyişilmənin köklü
şəkildə özünə yer tapması ilə
mənalıdı. Əgər diqqət etsəniz
görərsiniz, tamam o adamlar ki, Xatəminin dövründə
cəsarətlə müxalif fikirlərin yayırdılar, onlar
hamısı həbs, işgəncəyə və ya
Vətənlərin tərk etməyə məcbur oldular. Əlbəttə,
dünyada totalitar hakimiyyətlərin tanınmış
metodlarından biri budur ki, bəzi vaxtlar özünün nəzarəti
olmaq şərti ilə, bir balaca açıq siyasi şərait yaradırlar.
Bundan da əsl məqsəd müxalif qüvvələri
maliyyələşdirənləri, mütəşəkil
edənləri və mütərəqqi ideoloqları
tanıyıb aradan götürməkdir. Elə bu işlər
məhz " reformaçı" hesab olunan cənab Xatəminin
zamanında da baş verdi. Özünüz bildiyiniz kimi əgər bir
fərd ağır cinayətdə günahkar hesab olunarsa, bu zaman
mütthimdən iki müstəntiq sorğu - sual aparar. Biri özün
əsəbi, ona zidd, digəri isə özün mehriban və özün
cinayətkara dost nişan verər. Bu iki istintaq metodunda ancaq
bir məqsəd var : o da müttəhimdən məlumatı
almaqdı. Hal - hazırda İranın qanunları
çərçivəsində fəaliyyət göstərən
qüvvələr -- istər mühafizəkar və istərsə
də, islahatçı adlansınlar, onların adları fərqli
olsa da, ancaq hamısı bir hədəfi nişan alır. O da
fars rejiminin hakimiyyətdə qalmasıdır!
İranda son zaman
keçirilməsi nəzərdə tutulan məclis seçkilkərinin
digər dövrdəki seçkilərdən bir ciddi fərqi var, o da
bundan ibarətdir ki, Keşikçi Şurası İranın müxtəlif
şəhərlərində istisvabi nəzarət adlanan
heyətlər yaradıb. "İstisvabi" nəzarət
bir dini termindi və nəzarət edənlərə bu
haqqı verir ki, nə zaman istəsələr istənilən
namizədin səlahiyyətin ləğv edib, onu seçkilər
prosesindən uzaqlaşdıralar. Hətta əgər bir
fərd İranın məclisinə millət vəkili kimi
seçilə, onun səlahiyyətinin davamına istisvabi
nəzarət olacaq. Bu o mənadadır ki, Keşikçi
Şurası nə zaman istəsə bir millət vəkilinin
səlahiyyətini ləğv edib, məclisdən kənara
qoya bilər. Mediyanın verdiyi məlumata görə, son
günlərdə yüzlərlə deputatlığa
namizədlərin səlahiyyəti rədd edilib. O
cümlədən, Güney Azərbaycanda deputatlığa namizəd
olan milli fəalların səlahiyyətləri rədd olunmuşdu.Ən
maraqlısı budur ki, bir neçə gün bundan qabaq
xəbərlərdə qeyd edilirdi ki, Ayətullah Xomeyninin
nəvəsi, yəni Əli Eşraqının da
səlahiyyəti nəzarət heyəti tərəfindən
rədd olunmuşdu. Onun özü bu barədə məlumat
vermişdi ki, " Nəzarət heyətinin
tərəfindən gəlib və yaşadığım
məhəllədə qonşulardan mənim barəmdə
sorğu . sual etmişdirlər. Misal üçün soruşmuşdular :
" Mən namaz qılıram, oruc tuturam, İmamhüseynə
xörək nəzir verirəm, kostyum geyirəm, üzümü qırxıram,
həyat yoldaşımın çarşabı var, mən hansı
maşını minirəm." Elə bu sualların
cavabı əsasında onun səlahiyyəti rədd
olunmuşdu. Amma suallara verilən cavablar əlimizdə
olmadığı üçün məqaləyə daxil etmirik. Hər
halda nəticədən cavablar məlumdur!
Hazırda bütün faktlar bunu sübut
edir ki, İranda siyasi müxalif qüvvələrin durumu
ağırlaşır. Xüsusən,Güney Azərbaycanın Milli
Hərəkatına təzyiq həddən artıq artıb.
Çünki əgər bəzi istisnaları qırağa qoysaq,
İranın fars hakimiyyəti və onun fars müxalifəti Milli Hərəkatımıza
qarşı çıxırlar. Bəlkə bu yerə də
belə bir sual qoymaq düzgün olar : Nə üçün İranın fars
rejimi siyasi durumu bu qədər ağırlaşdırıb ?
Mənim fikrimcə, bu sualın cavabı İranın fars rejiminin
özü və düşmənləri arasında olan təzadda
mahiyyət etibarı ilə axtarmaq lazımdır. Əgər
İranın Ana yasasın diqqətlə oxusaq, görərik ki,
Ana yasa əslində ruhanilərin iqtisadi və siyasi monopolun
qoruyub, saxlama əsasında yazılıb. Nə vaxt
hakimiyyətdə olan ruhanilər öz monopollarına
təhlükənin artmasın hiss edirlər, o zaman öz
müxaliflərinə qarşı onlar da
zorakılığını artırırlar. Əgər dünənə
kimi siyasi müxaliflər şallaqla cəzalanırdılarsa, indi
cəza metodunda müəyyən qədər
"müasirləşib, təkmilləşmişdir".
Beləki, Zahidan şəhərindən xəbər gəlir
bəzi siyasi müxaliflərin sağ əli və sol qıçı
kəsilir.
İranın fars rejimi
daxildə olan siyasi müxalifləri və bəzi xarici
ölkələrlə, o cümlədən, İsrail və Amerika
ilə özü arasında kəskin təzad görür. Bu kəskin təzadın
həlli yolun isti müharibədə qalib gəlməklə mümkün
bilir. Elə bu səbəbə görə, minlərlə öz
müxalifin "Allahla müharibə edən" adlandırıb
və edamla cəzalandırıb. İsraili dünya
xəritəsindən silməsin, Amerikanı "Böyük
şeytan" kimi təqdim edib və onun məhv olmasın
özünə əsl məqsəd bilir. Elə bu məqsədə
çatmaq üçün nüvə silahının İranda istehsalına
çalışır. Dünyada olan bütün təcrübələr nişan
verir ki, təzadın mahiyyətindən bu cür düşüncə
bir ölkədə böyük faciələrlə nəticələnə
bilər. Hər halda təzadın mahiyyətindən başqa
da bir düşüncə var. Misal üçün, İngiltərə, Almaniya,
Fransa və İtaliya kimi ölkələrin arasında II dünya
müharibəsindən qabaq kəskin təzad vardı və onlar
bu təzaddan çıxış yolunu müharibədə qalıb
gəlmədə görürdülər. Amma hal - hazırda adı
çəkilən ölkələr Avropa Birliyində üzv olub,
birləşiblər. Bu birləşmə heç də o
mənada deyil ki, bu ölkələr araslnda təzad yoxdur.
Əslində milli mənfətlər baxımından bu
ölkələr arasında hələ də təzad var. Amma
təzad mahiyyət baxımından dəyişilib və onun həlli
yolu isti savaş yerinə, informasiya savaşı
alıbdı. Elə bu səbəbə görə, moderin
diplomatiyanın və lobbiçiliyin əhəmiyyəti gündən
- günə artır. Əlbəttə, hətta Asiyada
yerləşən bəzi ölkələr, misal üçün, Çin kimi bir
ölkə öz düşmənləri ilə isti savaş yerinə,
informasiya savaşın üstün tutub.
İnformasiya savaşı
isti savaş kimi can və mal xəsarətinə bais olmur. Əksinə,
o ümumi bilgi və məlumatın çoxalmasına səbəb
olur, bu da öz yerində inkişaf prosesinin sürətini çoxaldır.
Hər halda İran
hakimiyyətinin 29 il apardığı zorakılkıq
siyasəti bais olub çoxlu müxalif qüvvələrin, o
cümlədən, Güney Azərbaycanda Milli
Hərəkatımızın səbri tükənib və bu suala
cavab vermək aktuallaşıb : "Ayə, İran
hakimiyyətinin zorakılıq siyasətinə zorla cavab
vermək vaxtı çatmayıbmı ? "