DAK güneyli ziyalılarla birlikdə
Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirdi
Sabir Rüstəmxanlı: Biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, lobbiçilik işinin qurulmasında əməkdaşlığımızı gücləndirilməli və birgə hərəkət etməliyik
Rza Bərahani: "Mənim üçün Azərbaycan həyat deməkdir"
Əjdər Tağızadə: Biz müxtəlif düşüncədə olan insanlarla dialoqda maraqlıyıq
Oktyabrın 7-də "Ambassador" otelində DAK ABŞ, Kanada, Almaniya, İsveç və İngiltərə gələn qonaqlarla birlikdə Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirib.
Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı
açaraq bildirdi ki, güneyli ziyalıların səfərində məqsəd
onları Azərbaycanın müstəqillikdən sonrakı
uğurlarıyla tanış etməkdir: "Bununla həm də
müstəqilliyin verə bildiyi bütün dəyərli hissləri göstərmək
istəyirdik. Digər məqsədimiz isə müxtəlif ölkələrdə
yaşayan azərbaycanlı ziyalıları diasporumuzun təşkilatlanması
işinə daha da səfərbər etməkdir. Biz də DAK
olaraq, bu məsələnin beynəlxalq səviyyədə
qaldırılmasına çalışırıq. Elə ABŞ,
Belçika, İsveç, Avstraliya, Rusiya, Ukraynada keçirdiyimiz bütün tədbirlərdə
və görüşlərdə Dağlıq Qarabağ münaqişəsilə
yanaşı, Güney Azərbaycan problemini də
qabartmışıq. Eyni qandan, millətdən olan insanlar müxtəlif
düşüncədə, ideologiyada ola bilər, hədəflərimiz
də ayrı ola bilər. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında, lobbiçilik işinin qurulmasında əməkdaşlığımızı
gücləndirilməli və birgə hərəkət etməliyik.
Zaman bizim bir yerdə olmağımızı tələb
edir".
Dünya şöhrətli
yazıçı Rza Bərahani bildirib ki, fars dilində
yazmasına baxmayaraq, onun əsərlərinin hamısında
Azərbaycan ruhu var: "Məsələn, Azərbaycanın
dahi şairi Nizami Gəncəvi də fars dilində yazıb.
Ancaq bu onun fars şairi olduğuna dəlalət etmir. Onun
yaratdığı "Xəmsə"də tamamilə Azərbaycan
ruhu var. Azərbaycan da həmişə
yaradıcılığımın mərkəzində olub. Mən
hansı dildə yazmağımdan asılı olmayaraq, Azərbaycan
türkcəsində düşünmüşəm. Mənim qanımda fars
qanı yoxdur. Mən təpədən dırnağa qədər
Azərbaycan türküyəm. Ona görə də mənim üçün Azərbaycan
həyat deməkdir. Qürbətdə yaşayanlar vətən
xiffətinin nə demək olduğunu yaxşı bilirlər.
Məni vətənimə dəvət etdiyi üçün Sabir Rüstəmxanlıya
təşəkkür edirəm". Soydaşımız onu da əlavə
edib ki, İranda azadlıq və demokratiyanı
DAK-ın digər həmsədri
Firidun Pərviznia vurğulayıb ki, Bakıda səfərdə
olan güneyli ziyalıların əksəriyyəti həyatlarının
müəyyən bir qismini İran zindanlarında keçiriblər.
Günahları isə sadəcə, öz hüquqlarını tələb
etmələri olub: "Bu gün Güneydə insan haqları kobud
şəkildə pozulur. Ancaq bununla belə, məsələ
dünyanın diqqətindən kənarda qalıb. Bütün bunlara
baxmayaraq, Güney Azərbaycanda Milli Hərəkat gündən-günə
canlanır, milli şüurun oyanışı sürətlənir.
Dünyada gedən siyasi proseslər isə dövləti olmayan millətlərin
də müstəqillik qazanacaqları
Azərbaycan Yazarlar
Ocağının rəhbəri, "Alatoran"
jurnalının təsisçisi Rasim Qaraca bildirib ki,
Quzeylə Güney Azərbaycan arasında ədəbiyyat sahəsində
əlaqələr güclənməlidir: "Biz öz gücümüzə
"Alatoran" jurnalını buraxırıq. Bu da Bütöv Azərbaycan
dərgisi olduğundan orada güneyli yazarlara da ayrıca yer
vermişik".
DAK-ın Azərbaycan nümayəndəliyinin
rəhbəri Səftər Rəhimli deyib ki, bu
gün Güney Azərbaycanda mübariz, qorxmaz bir Milli Hərəkat var:
"Millətimiz sadəcə milli-mədəni
hüquqlarını istəmir, azad yaşamaq da istəyir. Çünki 80
ildir basqı altındadır, bütün hüquqları tapdalanır. Bəli,
Güney Azərbaycandakı soydaşlarım bu gün
istiqlalını istəyir. Çar Rusiyası və Qacar
imperiyasının ədalətsizliyinə son qoyub birləşmək
istəyir. Ona görə də ziyalılar milləti öz hədəfinə
doğru düzgün istiqamətləndirməlidirlər. Biz DAK
olaraq, Azərbaycan dövlətinin möhkəmlənməsi və
inkişafı, dünyaya səpələnmiş azərbaycanlıların
təşkilatlanması və lobbi işinə cəlb
olunması və parçalanmış milləti birləşdirməklə
öz tarixi coğrafi ərazisində bütöv dövlətinin
qurulmasına çalışırıq".
Azər-Türk Qadınlar
Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında
Güneydəki hadisələrə toxunub: "Biz Bütöv Azərbaycanın
qurulması üçün öz içimizdə birliyə nail olmalıyıq.
Bunun üçün də millətin önündə gedən ziyalıların
üzərinə böyük yük düşür. Azərbaycanın yolunu
işıqlatması üçün xaricdə yaşayan və ürəyi Vətənilə
döyünən aydınlarımızı dəstəkləməliyik".
DAK həmsədrlərinin MDB
üzrə müavini Abuzər Bağırov
vurğulayıb ki, hər bir Azərbaycan türkü millətinin gələcəyi
və inkişafı naminə səylə
çalışmalıdır: "Əgər tarixi şərait
yetişməsəydi, yəni keçmiş SSRİ öz içindən
laxlamasaydı, bəlkə də bu gün Quzey Azərbaycanın
müstəqilliyi sual altındaydı. Güney Azərbaycanın
istiqlalına qovuşması da zamanın məsələsidir.
Ancaq bu heç kimə belə bir yoldan çəkilməyə əsas
vermir. Güney Azərbaycanın qurtuluşu üçün əlimizdən gələni
əsirgəməməliyik".
Kanada Qələm Təşkilatının
üzvü Əli Qərəcəlu bildirib ki, Azərbaycan
müstəqilliyini qazandıqdan sonra çox inkişaf edib: "Burada
gördüyümüz mənzərə bizləri çox sevindirdi.
İnşallah, Güney Azərbaycanı da belə görmək bizlərə
nəsib olsun". Onun sözlərinə görə, Quzey və Güney
Azərbaycanın yaxınlaşması üçün ədəbiyyat sahəsində
əlaqələr möhkəmlənməlidir.
DAK Daimi Şurasının sədri
Əjdər Tağızadə deyib ki, bu gün Azərbaycan
və Türkiyə kimi dövlətlərin varlığı Güney Azərbaycan
üçün böyük dayaqdır: "Biz 20 ildən çoxdur Güney Azərbaycanın
istiqlalına çalışırıq. İnşallah, yaxın
zamanda buna nail olacağıq və Azərbaycanı bütövləşdirəcəyik.
"Haray, haray mən türkəm!" şüarıyla küçələrə
çıxan soydaşlarımızın hansı mesajı verdiyi məlumdur".
O, DAK-ın müxtəlif düşüncəli insanlarla dialoqda
maraqlı olduğunu söyləyərək, yaxın gələcəkdə
bu sahədə bir sıra addımların
atılacağını da diqqətə çatdırıb. Eyni
zamanda ABŞ-da, Avropada bir sıra tədbirlərin keçiriləcəyini
vurğulayıb.
Tədbirdə doktor Sədiqə
Ədaləti, Əlirza Ərdəbili və
başqa qonaqlar da çıxış edərək, öz mülahizələrini
bölüşüblər.
Güneyli
ziyalılar Milli Məclisdə oldu
Dünya Azərbaycanlıları
Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili
Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli
ziyalı, Kanada Qələm Təşkilatının
keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada,
Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə
yaşayan əslən Güney Azərbaycandan olan 12
tanınmış soydaşımız Bakıda səfərdədir.
Oktyabrın 7-də qonaqlar Azərbaycan Respublikasını
Görüşdə millət vəkilləri
tanınmış yazıçı Əkrəm Əylisli, Aqil
Abbas, Fəzail İbrahimli, Cəmil Həsənli, BAXCP sədri
Qüdrət Həsənquliyev, BQP sədri Fazil Qəzənfəroğlu,
ADİP sədri Asim Mollazadə və başqaları
iştirak edib. Qonaqları deputatlara DAK həmsədri Sabir Rüstəmxanlı
onların yaşadıqları ölkələrdəki fəaliyyətləri
və Azərbaycana səfərlərinin məqsədi barədə
ətraflı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində
keçən görüşdə əsasən Dağlıq Qarabağ
münaqişəsi, Güney Azərbaycan problemi, İran adlanan yerdə
insan haqlarının pozulması, Güney Azərbaycanın
istiqlala qovuşmasının vacibliyi, Azərbaycanın bütövlüyü,
yaxın gələcəkdə görüləcək işlər və
s. məsələlər müzakirə olunub. Güneyli ziyalılar
deputatlarımızdan Azərbaycan həqiqətlərini, Güney
Azərbaycandakı acınacaqlı durumu, İran adlanan yerdə
insan haqlarının pozulması məsələsini Milli Məclisin,
xarici ölkələrin parlamentlərinini, beynəlxalq təşkilatların
tribunasından dünyaya çatdırılmasında onlara
yardımçı olmağı xahiş ediblər.
Güneyli ziyalılar Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovla görüşüb
Dünya Azərbaycanlıları Konqresinin
(DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının
dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm
Təşkilatının keçmiş sədri Rza Bərahani
başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə,
İsveç və s. ölkələrdə yaşayan əslən
Güney Azərbaycandan olan 12 tanınmış
soydaşımız Bakıda səfərdədir.
Oktyabrın 6-da qonaqları Azərbaycan Respublikası Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov qəbul edib. Qonaqları komitə sədrinə təqdim
edən DAK Daimi Şurasının sədri Əjdər
Tağızadə onların yaşadıqları ölkələrdəki
fəaliyyətləri və Azərbaycana səfərlərinin
məqsədi barədə ətraflı məlumat verib.
Öz növbəsində qonaqları çox səmimi
salamlayan Nazim İbrahimov bildirdi ki, Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsi
yarandığı gündən dünyaya səpələnmiş
bütün azərbaycanlıları Azərbaycan dövləti ətrafında
birləşdirməyə çalışır: Diaspora işinin
səmərəli qurulması üçün millətin önündə gedən
ziyalılara böyük ehtiyac var. Ona görə də dövlət komitəsinin
sizlərin üzünüzə hər zaman açıqdır. Onun sözlərinə
görə, DAK yarandığı gündən çox yaxşı fəaliyyət
göstərir: Artıq 8 ilə yaxındır konqreslə Dövlət
Komitəsinin sıx əlaqəsi var. Son illərdə DAK-la
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət
Komitəsi arasında əməkdaşlıq daha da güclənib.
Bu da konqresin rəhbərliyinə Sabir Rüstəmxanlı və
Firidun Pərviznianın gəlməsindən sonraya təsadüf
edir.
DAK həmsədri Sabir Rüstəmxanlı vurğuladı ki,
konqreslə Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin işi normal qurulub: DAK-ın dövlətdən
fərqli olaraq öz siyasəti var. DAK olaraq, Azərbaycan dövlətinin
möhkəmlənməsi və inkişafı, dünyaya səpələnmiş
azərbaycanlıların təşkilatlanması və lobbi
işinə cəlb olunması və parçalanmış milləti
birləşdirməklə öz tarixi coğrafi ərazisində
bütöv dövlətinin qurulmasına çalışırıq.
Azərbaycandakı böyük inkişafdan, əldə olunan
uğurlardan və ölkədə yüksək səviyyədə
aparılan quruculuq işlərindən məmnun
qaldıqlarını deyən güneyli ziyalılar harada
yaşamalarından asılı olmayaraq, azərbaycanlı kimi
düşündüklərini, Azərbaycan Respublikasını özlərinə
Vətən hesab etdiklərini və hər zaman Azərbaycan
dövlətinin, xalqının yanında olacaqlarını
bildirdilər.
Daha sonra Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqların
şərəfinə ziyafət verdi.
Güneyli ziyalılar AMEA-da olub
2009-10-07
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir. Oktyabrın 6-da onlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında qurumun I vitse-prezidenti, akademik Arif Həşimovla görüşüblər.
Oktyabrın 6-da onlar Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin
binasında qurumun I vitse-prezidenti, akademik Arif Həşimovla
görüşüblər. Qonaqları AMEA-nın I vitse-prezidentinə təqdim
edən DAK Daimi Şurasının sədri Əjdər
Tağızadə onların yaşadıqları ölkələrdəki
fəaliyyətləri və Azərbaycana səfərlərinin
məqsədi barədə ətraflı məlumat verib.
Öz növbəsində akademik Arif Həşimov qonaqları
salamlayaraq, onların Azərbaycan gəlişindən məmnun
olduqlarını bildirib. O, xaricdə yaşayan azərbaycanlı
ziyalılarla AMEA-nın əlaqələrinin daha da güclənməsinin
vacibliyini söyləyərək, qonaqları akademiya ilə
sıx əməkdaşlığa dəvət edib. Eyni
zamanda AMEA-nın I vitse-prezidenti Azərbaycan ədəbiyyat
xadimlərinin xaricdə yaşayan və fəaliyyət göstərən
soydaşlarımızın təcrübəsindən
yararlanması üçün Bakıda birgə elmi-konfranslar keçirilməsinin
zəruri olduğunu vurğulayıb.