Güneyli ziyalılar Fəxri Xiyabanda oldular        

 

www.d-a-k.org

2009-10-05

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 13 tanınmış soydaşımız Azərbaycanda səfərdədir.

Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət

Oktyabrın 5-də güneyli soydaşlarımız Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Qonaqlar H.Əliyevin məzarı önünə əklil, Z. Əliyevanın məzarı üzərinə isə çiçəklər düzüb, onların xatirələrini ehtiramla yad ediblər.

Image

Image

Seyid Cəfər Pişəvərinin məzarını ziyarət

Həmin gün onlar Fəxri Xiyabanda 1945-1946-cı illərdə Güney Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvərinin məzarını ziyarət ediblər. Qonaqlar Seyid Cəfər Pişəvərinin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

Image

Əbülfəz Elçibəyin məzarını ziyarət

Oktyabrın 5-də güneyli soydaşlarımız Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Image

Şəhidlər Xiyabanını ziyarət

Həmin gün onlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anıb, məzarları üstünə güllər düzüb.

Image

Image

Türk şəhidliyini ziyarət

Eyni zamanda oktyabrın 5-də güneyli soydaşlarımız Bakının erməni daşnaklarından azadlığı uğrunda canlarından keçmiş şəhid türk əsgərlərinin memorialını ziyarət  önünə əklil qoyub.

Image