دوكتور رضا براهني نين باكي سفري   Dr Rza Bərahəninin Bakı səfəri   

 

 

 





 

Bugun 4 Oktybır DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı Rza Bərahani başda olmaqla 13 tanınmış güneyli soydaşımız Azərbaycana gəlir 

 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla əslən Güney Azərbaycandan olan 13 tanınmış soydaşımız Azərbaycana gəlirlər. Onların ölkəmizə səfərində məqsədi Azərbaycan dövlətinin güclənməsi və inkişafı ilə tanış olmaq, milli ədəbiyyatımızın durumu ilə yaxından maraqlanmaq və erməni işğalçılarının Azərbaycana qarşı təcavüzkar siyasətinin mahiyyətini yerində incələməkdir. Eyni zamanda Güney azərbaycanlılarının Azərbaycan Respublikasında yaşam tərzi ilə yaxından maraqlanacaq və elmi-mədəni mərkəzlərlə tanış olacaqlar.

 

 

 

 

Quzey Azərbaycan səfəri

 

 

 

 

 

Tribun saytından bir xəbər: 
 
 
 Güney Azərbaycan ziyalıları və aktıvistlərındən ibarət bir heyət ,  müstəqil Azərbaycan Respublikasının 18 illik nailiyyətlərilə tanış olmaq məqsədilə Azərbaycan Respublikasında bir həftəlik səfərdə olacaqlar
 
 Səfərə evsahibliyi edən ,  şair ,  yazıçı və millət vəkili Sabır Rüstəmxanlıdir.  
 
 Səfərin proqramına ,  müstəqil quzey Azərbaycan Respublikasının  ikinci həyatı illərində elmi -  mədəni və iqtisadi inkişafıla tanış olmaq daxildir .  Qüzey Azərbaycanın elm və mədəniyyət organlarina görüşlər nəzərdə alınıblar
 
Bu önəmli səfərə çıxan heyətin tərkibində ,  Almaniya ,  ABŞ,  Kanada ,  İsveç və İngiltərədə yaşayan Azərbaycanlılar vardırlar .  
 
Heyət üzvləri arasında o cümlədən Məhəmməd Azadgər,Əlirza Ərdəbili ,   İsmayıl Cəmili, Hidayət Sultanzadə, Sidiqə Ədaləti, İbrahim Zəhhak, Əli Qərəcəlu  vardırlar.

 Bu səfərin haqqında ələvə məlumat gələck günlərdə KİVlə yayılacaqdır.

3 oktyabr 2009

 

قوزئي آذربايجان سفري

تريبون سايتيندان بير خبر:

 

 

 

 

 

 

 

 

 

 

 

گونئي آذربايجان ضيالي لاري و آكتيويستلريندن عيبارت بير هيئيت، موستقيل آذربايجان جومهوريتي نين 18 ايلليك نائيليتي له تانيش اولماق مقصديله آذربايجان جومهوريتينده بير هفته ليك سفرده اولاجاقلار.

سفره ائوصاحيبلي يي ائدن، شاعير، يازيچي و ميللت وكيلي صابير روستمخانلي دير.

سفرين پروقرامينا، موستقيل قوزئي آذربايجان جومهوريتي نين ايكينجي حياتي ايللرينده  علمي، مدني و ايقتيصادي نائيليتلريله تانيش اولماق داخيل دير. قوزئي آذربايجانين علم و  مدنيت اينستيتوتلاري گٶروشلر نظرده آلينيبلار.

بو اٶنملي سفره چيخان هيئتين تركيبنده، آلمانيا، آمئريكا بيرلشمين اشتاتلاري، كانادا، ايسوئچ و اينگيلتره ده ياشايان آذربايجانلي لار  وارديرلار.

هئييت عوضولري آراسيندا او جومله دن  محمد آزادگر، علي رضا اردبيلي، اسماعيل جميلي، سيف الدين حاتملويي، ، هدايت سلطانزاده، سلامت دشتي، صديقه عدالتي، ابراهيم ضحاك، علي قراجه لو  وارديرلار.

بو سفرين حاقيندا علاوه معلومات گله جك گونلرده مئديا واسيطه سيله ياييلاجاقدير.

3
اوكتيابر 2009