İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiya keçirilib
[ 22 Fevral 2010 12:20 ]
Bakı.
Elnur Məmmədli - APA. Dünya
Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş
Həmrəyliyi Partiyası (VHP) İranın
Azərbaycandakı səfirliyi qarşında etiraz aksiyası
keçirib.
APA-nın
xəbərinə görə, Bakı şəhər İcra
Hakimiyyəti ilə razılaşdırılan aksiyada
Azərbaycanın Təbrizdəki konsulluğu
qarşısında aksiya təşkil edilməsinə,
Ermənistan-İran münasibətlərinə etiraz bildirilib.
Piket iştirakçıları Ermənistan
prezidenti Serj Sərkisyan və İran prezidenti
Əhmədinejadın üzərinə Müsəlman
təəssübkeşinin iç üzü yazılan şəkillərini,
Ermənistanla qardaşlıq İslam
dəyərlərinə ziddir!, Fars şovinizminə yox
deyirik! şüarları yazılan plakatlar qaldırıblar.
Aksiyada Azərbaycan, Azərbaycan bir olsun
mərkəzi Təbriz olsun!, Ruş, fars, erməni - bunlar
türkün düşməni! şüarları səsləndirilib.
DAK Daimi Şurasının sədri
Əjdər Tağızadə aksiyada çıxış
edərək İranın Ermənistanla münasibətlər
qurmasını, İranda azərbaycanlılara qarşı
təzyiqləri, aparılan həbsləri pisləyib.
Daha sonra səfirliyə bəyanat təqdim
olunub.
Bəyanatda İranda həbsdə olan
azərbaycanlıların azad olunması, bu ölkənin
Ermənistanla əlaqələrinin dayandırılması,
İran mətbuatında azərbaycanlılara qarşı
təhqirlərə son qoyulması tələb olunub.
Təxminən 20 dəqiqə davam edən aksiya heç bir insident
baş vermədən başa çatıb.