Suğra Azəri
M. C. Pişəvəri Qadınlar
Haqqında
Görkəmli hərəkat xadimi M. C. Pişəvəri
irtica və imperialyazmə qarşı mübarizələrdə
zəhmətkəşlərin səfərbərlik işinə
çox böyük əhmiyyət vermişdirZəhmətkeş qadın
kütləsinin də ərləri və qardaşları ilə
birlikdə bu mübarizələrdə öz yerlərini tutmasi onun
diqqət mərkəzində olmuşdur. Ona görə də onun
əsərlərini varaqladıqda qadınlar haqqında
deylmiş təsirli sözlərə rast gəlirik.
M. c. Pişəvəri «Yoldaş» məcələsində
çap olunan «Zəhmətekş qadın yoldaşlar» sərlövhəli
məqaləsində yazırdi:
Zaman artıq həqiqəti meydana
çıxarıb, arvadların kişlər kimi insan olub onlarla
yoldaş olmağa müstəid olduqlarını sübut etdi…
M.C. Pişəvəri həmin məqaləsində
qeyd edir ki, islam qadınlari, azərbaycanli analar da
(gərək) öz hüquqlarını
düşünüb qadınlığın, ınsanlığın bu
günkü tələbini istəsinlər… Daha doğrusu qadınlar
hər bir hüquqda öz ərlərilə bərabr olmağa
çalışmalıdırlar. Yoldaşlar, inqilabçı ərlərinizlə
yoldaşlıq edin. Qoy həmişhəlik acı həyat dəyişsin.
Riyakarlıq, hiylə və məkr əvəzində sədaqət,
iffət, namus və məhəbbət və yoldaşlıq
meydana çıxsın.
M.C. Pişəvəri
hələ 1924- cü ildə «Şərq
Qadını» məcmuəsində, Cavadzadə iməzasilə
çap etdirdiyi «İranda Qadın
Hərəkatı» sərlövhəli məqaləsində İranda
qadınların vəziyətindən danışaraq
yazırdı ki, İranda zəhmətkeş qadınlar çox
olduğu kimi, onların həyatı da son dərcə
ağırdır... Bu gün İranın ən mühüm ticarət
mali, qalı, xalçadan ibarət olub İran xalçasi Avropa və Amerikanın
hər yerində şöhrət qazanmışdır. Həmin
qalı və xalçaları vücuda gətirən İran zəhmətkeş
qadınlarıdir.
Bu vaxta qədər böyük qadın kütləsinin
halını yaxşılaşdıran nə bir qanun və nə
də bir təşkilat vücuda gəlməmişdir.
Mili nehzətimizin təşkılatçisi, M.C. Pişəvəri
həmişə qadın azadlığı uğrunda mübarizə
aparmışdır. Xüsusilə 21 Azər nehzəti dövründə
qadınların mütəşəkkilləşməsində, onların
hərəkatda fəal iştirak etməsi işində
yorulmadan fəaliyyət göstərmişdir. İran tarixində
birinci olaraq Azərbaycan Mili Məclisi qadınlara seçib - seçilmək
hüququ verdi. Azərbaycan qadını öz yurdunun müqəddəratında,
onun abadlaşmasında kişilərlə bərabr
çalışdıği halda onunla bərabər hüquqa malik oldu.
Bütün ictimai, siyasi və iqtisadi tədbirlərdə Azərbaycan
qadını fəal surətdə iştirak etdi.