Qanlı yanvar gecəsi
av Pasha Sarxanli kl. den 20 januari 2011 kl. 22:37
20 Yanvar Gecəsi
Alarkən çənbərə
mavi xəzəri,
ağır qaranlığın
çirkin nəfəsi,
yeridi Bakıya azğın düşmanın,
nifrət yüklü, qara polad filləri
Doldurdu fəzanı
ac gözlü quzqun,
cığlıqlar ataraq, qara qarqalar,
qanadlanıb, qaranlığa
qarışdı
titrədi Bakının
dərdli ürəyi
20 yanvar gecəsi
üst, üstə qoyuban,
kipriklərini,
dalarkən yuxuya,
məsum körpələr,
qırmızı hiyləyə
bürünən azğın,
açaraq iyrənci,
çirkin üzünü ,
alaraq yedəyə
topu və tankı,
yürüdü üstünə, nə yaman Baki
20 yanvar gecəsi,
əl ataraq yağı,
dar boğazına,
dünyaya ucalan özgür səsini,
boğmaq istədi,
axar qanını
içmək istədi
qalxıban ayağa azadlıq dedin
dişini qıcırdıb,
ol yalan tanrı,
öfkəsin göstərib,
intiqam dedi;
hürriyyəti büküb gül yarpağına,
başqalara ikram etdiyi zaman
yalqızlıq duyğusu qondu qəlbinə,
kimsədən gəlmədi
bir aman Baki!
Boğuldunsada əyər,
Yenə durub yeridin,
çünkü belə cahanda,
istəmədin buraxmaq,
tək öz başına yalqız,
həyat savaşı
verən,
o dərdli Təbrizini
20 yanvar gecəsi,
qorxdunsada heybətindən,
qara nifrətlə
dolu,
fısıldayaraq cuman,
dəmir, polad fillərin,
gətirmədin özünə,
qaçmadın qabağından,
ürəyin süfrə oldu,
qanovun zərrələri,
qarışdı torpaqlara,
can qatdın həyatına
20 yanvar gecəsi,
şəhid oldu gənclərin,
kəsilmədi nəfəsin,
qaranfil yağmurundan,
göksün qızıl
boyandı
nəfəs aldın ay Baki!
Sən yaşadın
ay Baki!
Yaralı sinən üsdə,
çağırdılar, Bəy gəldi
Öpüb bayrağın
alın,
tökdü gözündən
inci
Əl qaldırıb
maviyə,
beş söz gətirdi dilə:
Qorxmadıqsa
ölümdən,
yaşarıq biz əbədi
Sarxanlı Pasha 12.01.2008