Kim bilir görəsən
bu həqiqəti, |
den 1 augusti 12:14
salam Savalan!
Günlər vardı
bu dağların,
ağzından od fışqırardı
günler vardı
bu dağlarda,
ceyranlar quzu
bəslərdi
Buralarda insan
nədir,
bilinməzdi
Günlər keçdi,
aylar keçdi
Uzun, uzun
illər keçdi
Alçaqlardan, aranlardan,
yaylaq üçün
budağlara,
yığın, yığın insan gəldi
Ov ovladı,
quş quşladı,
Inəklərin, qoyunların,
yayıb, dağa
otardılar
Yeyib, içib
gün gördülər
Eşq bəsləyib,
sevişdilər
Qopuz çalıb,
mahnı qoşub,
oxudular
Çox keçdilər
bu dağlardan,
tunc biləkli
boz atlılar,
covşənlərlə, qalxanlarla
ürək dələn
peykanlarla
vuruşdular, döyüşdülər, çarpışdılar
Qan tökdülər,
öldürdülər, qapışdılar
Asan asdı,
kəsən kəsdi,
qaçan qaşdı
Yoruldular, oturdular,
barışdılar
Çətin idi
yaşamanın,
Qoşulları, şərtləri
Isdi vardı,
soyuq vardı
Təbiətdən, qorxu vardı
Quldur vardı,
oğru vardı
Salqın salan
sarılıqlar,
dağıdıcı ayrılıqlar,
Quraqlıqla, qıdlıq vardı
qırğın vardı, aclıq vardı
Bu torpağı bəyənənlər,
Hər cür
çətinliyə qarşın,
bu diyara güvənənlər,
qaçıb, tezməyi
buraxıb,
əkib, biçib,
becərdilər
yaşamaya, yaratmaya,
bu kövşənləri seçdilər
Qaynadılar,
bu torpaqla qarışdılar
Danışdıqları dillərin,
yaradılan törələrin,
tüzələrin,
yazılmamış qaydaların, qanunların,
bilinc altına
tökdülər,
qarışdırıb doğa üstü xəyallara,
gələcəyə tapşırdılar
Sarxanlı Paşa