Balaş Azəroğlu
Məhəmməd Azadgər
25 april 2011
Həmişə belə dir .
Bizlər ( ən azı
bizim nəsil ) nisgil üstünə
nisgil qalayır . Şəhriyarın
dili ilə desək qəm üstünə qəm qalayır . Çoxdandır istərdim Balaş
haqqinda bir şeylər yazam .
Günü günə satıb gecikdim .
İndı Balaş yoxdur .
Daha mən nə yaza bilərm ?
Mən birinci dəfə Balaş ilə İnqilabdan bir il
, bir -
iki ay sonra Bakıda Azərbaycan Demokrat Firqəsinin dəftərində
və sonra Azərbaycanın Yazıçılar Cəmiyətinin
binasında yerləşən iş otağında görüşdüm
. O vaxt mən Qüzey Azərbaycanın
Komunist partiyasının bir
qısa müddət qonağı idim .
İnqilabın onu coşdurması və ürəyini sevinəclə
doldurması gözə çarpırdı . İnqlabın həsrətlərə
son qoymasına ınanırdı .
Balaş da , minlərcə
Güney Azərbaycanlı kimi Milli Hökümətin yenilməsindən
sonra Qüzey Azərbaycana mühacirət etmişdir . İndi Təbrizə dönməyə
hazırlanırdı .
Balaşın şeirləri ilə çox öncädən tanış idim . Hizbe Tüdənin Peykiran radıosunun Azərbaycan türkcəsindäki verilişlərində onun şeirlərinin deklamäsini
Ismyıl Behzadının səsi ilə eşitmişdim . O vaxtlar blməzdim o şeirlər Balaş Azəroğğlundan dir
. Sonralar , 1340 cı illərin
sonlarında « Azərbaycan jurnal»ı və
« Ədəbiyyat və İncəsənət » həftəliyində ( Bakıda nəşr olub Təbrizə də çatırdı ) Balaş ,
Mədinə Gülgün və başqa Cənüb şairlərinin şeirləri ilə taniş oldum . Peykiran radiosundan eşitdiyim şeirlərlərdən
hansısının Balaşın şeiri olduğunu onda
bildim .
O zamanlar Hüsensen Məhəmmədzadə
Sədiq Mədinənin və başqa Cənüb şairlərinin
şeirlərini
Fars dilinə çevirən birinci adamlardan idi .
Balaş Azəroğlu 1921 ci ildə
Bakıda dünyaya göz açıb və 2011 ci ilin april
ayında Bakda həyatla vidalaşdı!
Balaş uzun ömrünün çox azını
, demək bir qisa müddətini Güney Azərbaycanda
olmuşdu . Vür - tut 8 il ( 1938/ 1946 ) .
Ancaq bu qısa müddət onun bütün həyatına
ciddi təsir və etgi buraxmışdır . Balaş Azəroğlu bu barə də
demişdir: « o məni şair
edibdir» . Onun şeirlərində
Azərbaycan Demokrat Firqəsinin amal və arzuları :
Güney Azərbaycan Türkünün azad və sərbəst
yaşaması , ictimai ədalət
və . . . əsas
əisitqamət daşıyır .
1982 il İslam
Cümhürisi İran Tudə Partiyasina hücuma geçəndən sonra Şuralar ölkəsinə pənah apardım
; 1983 cü ilin dekabrında
Çek-Slovakı da İran Tudə Partiyasının 18 ci plenumunda yenidən görüşdük .
Balaş daha yaxış bilirdi ki bu tezlikdə vətənə
dönə bilməyəcəkdir .
Yenə də İranın hər güşəsində dar
ağacları bərpa olmuşdu, rəjim
siyasi və sinfi təşkilatlara
hücuma geçmişdi .
O plenumda , birbirimizə çox
yaxın olub və demək olar ki , çoxlu məselələrdə düşüncələrimiz üst üstə düşürdü .
Çəkdən geri dönəndən bir neçə gün də
Moskvada bir hoteldə qaldıq .
Sonra o Bakıya qayıtdı və mən isə
Minsk şəhərinə ( Blarusia ) . Neçə
aydan sonra mən Bakıya getməli oldum . Orada çox six əlaqədə
idik . O
inanırdı: Hərkəsin yoxdur vətəni -
yoxdur sözünün də kəsəri !
Mən o «
Sosyalist» ölkəni
1986 ci ildə tərk edəndən sonra əlaqəmiz
qirildi .
2009 cu ilin payızında - 24 ildən sonra
- bir neçə gün Bakıda
oldum . O müddətdə çox
çalışdım Balaış görəm
, ancaq görə bilmədim . Azərbaycan yazçılar Cəmiyətində görüşdüyümüz adamlar onun dəqiq ev
adresini və telfonunu təəsüflə tapa bilmədilər
. Telfon nümrəsi dəyşilib ,
dedilər !
Həmişə belə olur . Nisgil
üstünə nisgil qalanır !