Batı Azərbaycanı Hədələyn Ekoloji Faciəyə Etiraz Aksialarından Himayət Edirik !

 

Urmu Gölünün məhv olması ilə geniş miqyaslı bir ekoloji faciə, Batı Azərbaycanı çox ciddi bir tərzdə hədələiyr.  Tehran rejimi bütün sahələrdə olduğu kimi , bu sorunda da son dərcə ləyaqətsizliklə əməl edib ,  böyük bir bölgəni ekolojiki və insani faciə ilə üz - üzə qoymaqla guya sü bənədləri vurmaqda dünyada rekord sındırmaq istirmiş . Bu həvəslə Təhran rejimi məsuliyətsizlikdə yeni bir rekord vurmaqla ,  bütün gəlişmiş ölkə­lərdə ,  ekolojiki ziyanlarına görə sü bəndi vurmaq projələrinin çoxdan dayandırıldığı halda  ,  Urmu Gölünü sü ilə təmin edən çayların üstünə bir çox hesabsız sü bənədləri vurmaqla ,  bu Gölü və onunla bərabr Azərbaycanın böyük bir hissəsini uçuruma doğru aparır .  Beləlkilə bir çox təbii faciələrdən fərqli olarq ,  Urmu Gölünün yer xəritəsindən silinməyi sürətlə aparan faciənin memarı ,  təbiiət yox ,  İran İslam Vümhuriyəti­nin bacarıqsız və məsuliyətsiz rəhbərligidir . 

 

 Son illərdə Güney Azərbaycan Milli Hərəkatı bu haqda öz milli və tarixi məsuliyətini düzgün olaraq boynuna almış və Urmu Gölü və gölün cəvarındaki ərazinin yaşamaq həqqindən müdafiə etməni ,  bir milli görəv kimi gündəlikdə saxlamışdır .    

 

Təssüflə bu ekoloji və insani faciəyiə qarşı gedən mübarizədə də ,  Azərbaycan yalnız qalmış və Azərbaycandan qeyd şərtsiz himayət uman qüvvələr ,  bu haqda ağızlarından möhürü götürməiiy hələ məsləhət bilmirlər .  

 

Azərbaycan Federal Demokrat Hərəkatı bu il 13 fərvərdin  /  2 april tarixində Azərbaycan şəhərlərində tədarük görünən etiraz aksialarından himayət edir. Azərbaycan Federal Demokrat Hərəkatı,  vətəndaşlarımızı Azərbaycanda bu aksialarda iştirak etməyə və xaricdə Urmu Gölünü hədələyən faciə haqqında  bilgilər yaymaq və bu haqda Azərbaycan Milli Hərəkatının səsini dünyaya çatdırmağa dəvət edir . 

 

Yaşasın Azərbaycan ! 

 

Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə Heyəti

29 mart 2011