آذربایجان
فدرال
دموکرات
حرکاتی نین رافيق
تقی نین
اؤلدورولمه
سی حقده بیلدریشی
بو دفعه
ایسلام
جومهوری سی
اؤزگور
دوشونمه یی و آیدینلاتمانين
قاباغين آليب و
بوغماق اوچون
موستقیل
آذربایجان
جومهوری سینده
یاشایان يازيچى
رافيق تقى نی
هدف آلدی. بو اؤزگور
دوشونجه لی و
آیدین يازيچى ایسلام
و ایسلام
جومهوریسی
نین سیاستلری
حاقدا یازدیغی
تنقييدی يازيلار
و کیتابلاردان
اؤتورو جاهیل
و شوم سسلرین
وئردیگی اؤلوم
فتواسی نین
قوربانی سی
اولدو.
رافيق تقى
19 نوامبر 2011
ایلینده باکیدا
ائوینه
گئدرکن
ایسلام
جومهوری
سینین آژانلاری
طرفیندن
بپچاقلانیب یارالاندی،
اما اؤلوم تهلیکه سی
گئچدیکتن
سونرا حیاتی
نی ايتيرمهسى
بو فیکری
گوجلندیریر
کی اونون
دوشونجه سیندن
و
یازیلاریندان
تهلیکه یه و قورخویا
دوشنلر آلدیقلاری
وظیفه لرینی یئرینه
گتیریب و خسته
خانه دا رافيق
تقى نین
حیاتینا سون
وئریبلر.
آذربایجان
فدرال دموکرات
حرکاتی بو
جينايتى
محکوم ائديب، آیدینلاتمانى
و اؤزگور
دوشونجه نى
هدف آلان بوتون
قارا سسلری و
ان باشدا
ایسلام
جومهوری سینی
قیناییب،
اینسانلارین
و دوشونجه نین
اسارتدن
قورتولماسی اوچون
لاییق
توپلوما و
لاییق دوشونجه
یه صاحیب
اولمانین
اؤنم و اهمیتی
نی بیر دفعه
داها وورقولايیر.
آذربایجان
فدرال
دموکرات
حرکاتی نين
ایجرائیه هیئاتی
Azərbaycan Federal Demokrat Hərəkatının
Rafiq Tağının öldürülməsi həqdə Bildirişi
Bu dəfə İslam Cümhurisi özgür düşünməyi və
aydınlatmaninın qabağin alıbvə boğmaq üçün müstəqil
Azərbaycan Cümhurisində yaşayan yazar Rafiq Tağını
hədəf aldi. Bu özgür düşüncəli və aydın yazıçı
islam və İslam Cümhurisinin siyasətləri haqda
yazdığı tənqiydi yazılar və kitablardan ötürü
cahil və şum səslərin verdiyi ölüm fətvasının
qurbanisi oldu.
Rafiq Taqi 19 novambr 2011 ilində Bakıda evinə gedərkən
İslam Cümhurisinin ajanlarının tərəfindən bıçaqlanıb
yaralandi, ama ölüm təhlikəsi geçdikdən sonra həyatını
itirməsi bu fikri gücləndirir ki onun düşüncəsindən və
yazılarından təhlikəyə və qorxuya düşənlər
aldıqları vəzifələrini yerinə gətirib və
xəstəxanada Rafiq Tağının həyatına son
vermişlər.
Azərbaycan Federal Demokrat Hərəkatı bu cinayəti məhkum edir,aydınlatmanı və özgür
düşüncəni hədəf alan bütün qara səsləri ən
başda İslam Cümhurisini qınayıb, insanların və
düşüncənin əsarətdən qurtulması üçün layiq
topluma və layiq düşüncəyə sahib olmanın önəm və
əhəmiyətini bir daha vurqulayır.
Azərbaycan Federal Demokrat Hərəkatının İcraiyə
Heyəti
25.11.2011