Qurucular Qurultayı‘nın təsvib etdiyi

"Azərbaycan Federal-Demokrat Hərəkatı‘nın Platformu (2005)"

 

ön söz:

Siyasi hakimiyyət xəlqin danılmaz həqqi sayılır və onun sahibi xəlqdir! Çox millətli bir ölkədə demokrasını, millətlərin öz müqəddəratını tə’yin etmək həqqini və millətlərin bərabər hüquqluğunu qəbul etmədən, xəlqin həqiqi hakimiyyəti heç zaman doğrulmaz!

Bizim amacımız iranda demokrasi və federal cumhuriyyət təsis etmək üçün İran Türklərinin federativ dövlətini (Azərbaycan xəlqinin federal dövlətini və İran Türklərinin yerli hakimiyyet orqanlarını) qurmaqdır.

Azərbaycanlıların milli-azadlıq mübarizəsi məşrutə inqilabı dövründə yaranan Azərbaycan Milli Məclisi, Əyalət-Vilayət əncümənlərilə başlamış, Şeyx Məhəmməd Xiyabanının rəhbərliyi ilə yaranan Azadistan Höküməti, Seyid Cə’fər Pişəvərinin başçılığı ilə bərpa olunan Azərbaycan Milli Höküməti ilə dəvam edib, habelə Bəhmən İnqilabında və bugunə qədər dəvam edən mübarizədə münə'kis olunubdur.

İmperyalistlərin Rizaxanın əlilə qanuni məşrutə dövləti əleyhinə etdikləri küdetadan sonra, iranda qeyri-Fars millətlərin həqqində şiddətli asimilasion (əritmə) siyasəti e’mal olunub və Fars dili əsasında vahid millət yaratmaq təşəbbüsü rəsmi dövlət siyasətinə çevrilibdir. Bu siyasət Bəhmən İnqilabından sonrakı dövrdə də dəvam edibdir. Ancaq Azərbaycanlıların milli mübarizəsi hər iki dövrdə müxtəlif şəraitdə və şəkillərdə öz yolunu açıb və irəliyə gedibdir.

İran İslam Cumhuriyyəti bir dinçi ideolojik dövlətin qurmasilə bütün iranlıları qara və tayı tapılmaz istibdad və boğuntuya məhkum edibdir.

İslam Cumhuriyyəti, iş başına gələndən Fars olmayan millətlərin o cümlədən Türklərin üzərində Pəhləvilərin devrilmiş şahlıq rejiminin yürütdüyü təb'iz (ayri seçgilik) və asimilasion siyasətinin dəvamçısı kimi olubdur. Aşırı Fars nasionalizmi və şövunizmi, hakimiyyətin

 

yürütdüyü ümumi siyasətin ayrılmaz tərkib hissəsi olduğuna görə, bu siyasətin əleyhinə mübarizə aparmaq öz növbəsində İslam Cumhuriyyətinin əleyhinə aparılan mübarizənin ayrılmaz hissəsi sayılır.

Qeyri-Fars millətlərin milli həqlərini tapdalamaqda İslami Hakimiyyət ilə iş birliyi aparan opozisionun şövunisti və paniranisti (Fars mehvərlik və Aria pərəstlik) baxışları ilə mübarizə etmək də unudulmamalıdır.

Cinsi apartayd və qadınların tapdalanması və təhqir edilməsi İslam Cumhuriyyətinin dünya görüşunun təməl daşlarındandır.

İslam Cumhuriyyəti zəhmət adamlarının və əmək həqqi ilə yaşayanların düşməni, qüdrət və sərvət mafyasının himayəçisi və müdafiəçisidir. Türk millətinin üzərində e’mal olunan milli zülmü məhv etmək, Türk torpaqlarının və bölgələrinin hər cəhətdən və xüsusilə iqtisadi baxımdan geridə saxlanılmasına son qoymaq, və habelə milli zülüm boyunduruğu altında yaşayan başqa millətlərin azad olunması və iranda yaşayan bütün millətlərə bərabər imkanat yaratmaq üçün, cinsi apartayda və qadınların tapdalanmasına son qoymaq və zəhmət adamlarının həqqində e’mal olunan sanagəlməz ədalətsizlikləri aradan aparmağa görə, Azərbaycan Federal-Demokrat Hərəkatı özünün ümumi siyasi platformunu irəli sürür.

 

Ümumi Prinsiplər

1- İran ölkəsi: İran çox millətli bir ölkədir. Bu ölkədə yaşayan millətlərin başlıcası bunlardan ibarətdirlər: Türk milləti, Fars milləti, Kürd milləti, Ərəb milləti, Bəluç milləti və Türkmən milləti. Pəhləvilər və İslam Cumhuriyyəti dövrlərində Fars millətinin aşırı nasionalizmini və şövunizmini nümayəndəlik edən və aparıcısı olan mərkəzi hökümətlər iranda yaşayan başqa millətlərə milli zülm və milli əritmə (asimilasion) siyasətini təhmil ediblər.

2- Milli kimlik və höviyət: Türk dili (Azərbaycan Türkcəsi) İran Türklərinin milli kimliyinin iç özəyi və təməl daşıdır.

3- Milli məsələ və hakimiyyet məsələsi: Milli məsələ və o cümlədən İran Türklərinin məsələsi əslində siyasi bir məsələdir. Onun həlli və milli zülmün aradan aparılması, millətlərin öz müqəddəratını

 

tə’yin etmək həqqinin təmin edilməsi ilə mümkündür. Bu yolda bugun əsas mane’ İslam Cumhuriyyətidir.

4- İranda Federal və Demokratik bir Cumhuriyyət təsis etmək və İran Türklərinin Federal Cumhuriyyətini yaratmaq uğrunda, ictimai ədalət, demokrasi, bütün vətəndaşlara və milliyyətlərə siyasi hüquq bərabərliyini təmin etmək, cinsi apartaydın ləğv edilməsi, habelə insan həqləri yolunda mübarizə aparmaq, Azərbaycan Federal- Demokrat Hərəkatına bir əsli sayılır.

 

İran Federal Cumhuriyyəti və

İran Türklərinin Federal Dövləti

1- İran Federal Cumhuriyyəti: Demokratik əsaslar üzrə milli (etnik) federalisti quruluş əsasında – o cümlədən iki parlamentlilik prənsipi əsasında- iranda yaşayan millətlərin federal dövlətləri, xudmuxtar bölgələrin dövlətlərinin və özəl şəhər Tehranın hakimiyyətinin azad və könüllücəsinə birleşməsindən yaranılmalıdır!

2- Türklərin Yerli Hakimiyyəti, Azərbaycanın tarixi ərazisində (Türklərin tarixən bitişik şəkildə yaşadıqları torpaqlarda) yaranılmalıdır. Eyn halda Xorasan Türkləri və İranın Cənubunda yerləşən Türklər və Qaşqay Türkləri yerli hakimiyyətlər yaratmaq həqqinə malik olmalıdırlar!

3- Azərbaycanın Yerli Hakimiyyəti Həqqində: Qanun vericilik, məhkəmə və qəzaiyyə, intizamat, iqtisadiyat, irtibatat, vergi,yaşam mühiti, idari və kültürəl işlər Azərbaycanın yerli hakimiyyətinin öhdəsindədir. Azərbaycanın yerli hakimiyyəti, Azərbaycanın əsas qanunu çərçivəsində yaranan yerli parlament, qəzaiyyə qüvvəsi və dövlətdən ibarətdir və milli surud (himn) və pərçəm(bayraq) qullanmaq həqqinə malik olmalıdır!

4- Xorasan Türkləri və iranın cənubunda yaşayan Türklər və Qaşqay Türkləri həqqində: Xorasan, Qaşqay və iranın Cənubi Türkləri, milli istəklərini həyata keçirmək üçün istədikələri səlahiyəli hakimiyyət orqanlarını yaratmaq həqqinə malik olmalıdırlar!

5- Xarici siyasət işləri, xarici təcavüz qarşısında müdafiə, uzun və'dəli iqtisadi siyasətlər və planların tənzimatı, ölkənin pul sistemi, habelə irtibatat ümuratı və yaşam mühiti mərkəzi federal hakimiyyətinin

 

ixtiyaratındandır. Yerli federal dövlətlərin işinə təsir qoyan təsmimlər yerli dövlətlərin və parlamentlərin təsvibinə yetişməlidir. Ümumiyətlə Türk Millətinin mənafei ilə ilişgisi olan bütün qərarlar və təsmimlər Azrbaycan Federal Dövləti və parlamenti ilə habelə Xudmuxtar Türk Bölgələrinin Hakimiyyətlərilə məşvərətləşmə və anlaşmadan sonra həll və fəsl olunub və onların təsvibinə yetişməlidir.

6- Türk, Fars, Kürd, Ərəb, Bəluç və Türkmən dilləri iranın rəsmi dövlət dilləri olmalıdırlar. İran Federal Dövlətinin bütün sənədləri iranın rəsmi dillərində tənzim olmalıdır. Türk Dili (AzərbaycanTürkcəsi) rəsmi dövlət dili olaraq Azərbaycanın və Xudmuxtar Türk Bölgələrinin bütün dövlət orqanlarında, sənədlərində, məktəblərində, ali təhsil orqanlarında, kültür, incəsənət və medya vasitələrində işlənilməlidir.

7- Tehran Özəl Şəhər olaraq, orada yaşayan əhalinin milli-mədəni haqlarını təmin edən və özünə məxsus olan hakimiyyət orqanları vasitəsilə idarə olunmalıdır! Bütün iranın zərərinə Tehranda cərəyan edən mərkəzləşmə xəttini dayandırıb, iranda harmonik və mütəadil siyasi-iqtisadi və ictimai-insani inkişafi təmin etmək üçün uzun müddətli planlar icra olunmalıdır.

8- Federal dövlətlərinin içərisində yerləşən iki dilli və neçə dilli şəhərlərdə və bölgələrdə, bütün hakimiyyet və icraiyyə orqanları demokratik prənsiplər üzrə dildaş toplumların sayı ilə uyğun seçilməlidir və iş bölgüsü də bu əsasda olmalıdır.

Amaclarımız

1- Bütün vətəndaşlar, onların cinsiyyet, din, siyasi məram və ictimai mövqelərindən asılı olmayaraq, qanun qarşısında bərabərdirlər. Hər bir vətəndaş istədigi şəxsi həyat tərzini seçmək həqqinə malikdir. Onların ictimai, dini və siyasi şəxsiyyətləri,- fərdiyyət bütövlükləri integritete- hakimiyyət və hakimiyyətə mənsub olan orqanların qarşısında toxunulmazdır.

2- Modern və demokratik federal bir dövlət kimi, bütün səlahiyyətli orqanlar din, məram-məslək, cinsiyyet və milliyyətindən asılı olmayaraq 18 yaşa dolmuş bütün vətəndaşların gizli və müstəqim səs vermələrilə seçilməlidirlər!

 

3- Puluralizm, məram-məslək və əqidə azadlığı bütövlüklə həyata keçirilməlidir. Yığınacaq, söz, dərgi, mətbu’at və informasianın yayılmasının azadlığı, bütün siyasi-ictimai və mədəni quruluşların, dərnək və təşkilatların fəaliyyət azadlığı təmin edilməlidir. Bütün vətəndaşların o cümlədən işçilərin, zəhmət adamlarının əmək həqqi ilə yaşayanların sindikalarının, şövralarının, sinfi və siyasi fəaliyyətlərinin azadlığı qeyd- şərtsiz qorunmalıdır!

4- Dövlətin hər bir dindən və ideolojidən istiqlalı: Din və məram-məslək insanların xüsusi umuratındandır və bütün insanlar dinə inanıb-inanmamaqda, bir məram-məsləkə sahib olub-olmamaqda azaddırlar. Bütün məzhəb sahibləri öz məzhəblərinin dəblərini və mərasimini qanun çərçivəsində icra etməkde azaddırlar. Din və məram-məslək ölkənin tə’lim-tərbiyə sistemindən və dövlətdən təmamilə ayrı olmalıdır!

5- Qadınlarla kişilərin hüquq bərabərliyi bütün siyasi-ictimai və iqtisadi sahələrdə təmin edilməlidir. Bütün hakimiyyət orqanlarında qadınların iştiraki, onların nüfusunun sayı ilə mütənasib olmalıdır! Gerçək həyatda mövcud olan bərabərsizliyi aradan qaldırmaq üçün lazimi tədbirlər, o cümlədən qadınların xeyrinə müsbət təb'iz həyata keçirilməlidir! Zəhmətkeş ailələrə mənsub olan qadınların gəlişməsi üçün əlverişli şərait yaranmalı və bütün qadınların müstəqil olaraq təşkilatlanmalarından himayət olunmalıdır!

6- Doqquzuncu dərs ilinin sonuna dək pulsuz və icbari tə’lim-tərbiyə sistemi qurulmalıdır. Kimsəni ayrı seçmədən bütün vətəndaşları elm əsasında qurulmuş qabaqcıl tə’lim-tərbiyə sistemi ilə təmin etməli, savadsızlığı aradan qaldırmağa görə, yaşlıların savadlanması üçün ayrıca məktəb və sən’ət evləri açılmalı və onlara maddi yardım və əlverişli təhsil şəraiti yaradılmalıdır. Eyn zamanda ali təhsilatın pulsuz şəkildə genişlənməsi üçün hər tərəfli şərait hazırlanmalıdır!

7- İctimai ədalətin genişləndirilməsi və bütün işçilərin, zəhmət adamlarının və əmək həqqi ilə yaşayanların acınacaqlı yaşayış şəraitinin yaxşılaşdırılması, behdaşt (sağlıq), tə’lim-tərbiyə və ictimai xədəmatın bütün vətəndaşlar üçün təmin edilməsi yolunda çalışılmalı və işsizlik və tibbi xədəmat biymələri həyata keçirilməlidir!

8- Ümumun rifahını qorumaq üçün ictimai biymə sistemi yaradılmalı, vətəndaşların qazanclarının ölçüsü ilə münasib vergi

 

ödəmələri təşkil edilməli və gəlir, mülkiyyət və irs üzərində mütənasib vergi sistemi qurulmalıdır!

9- On altı (16) yaşa dolmamış uşaqların iş qüvvəsi kimi işlədilməsi qadağan edilməlidir. Gənclərin və yeni yetmələrin müasir dövrün istəklərinə müvafiq boya-başa çatıb, tə’lim alıb, bəslənmələrinə görə, onları idman və sağlam eyləncələrlə təmin etməli. Kültür və incəsənətin çiçəklənməsinə və inkişafına əlverişli imkanlar yaradılmalıdır. Qəzetlərin və dərgilərin, ümumi kitab evlərinin açılmasına və mədəniyyət ocaqlarının genişləndirilməsinə tədbirlər tökülməlidir. Bir sözlə desək bütün vətəndaşlara və xüsusilə zəhmətkeş ailələrə mənsub olan gənclər üçün teknoloji və informasyanın nailiyyətlərindən faydalanmalarına görə əlveyrişli şərait yaranmalıdır!

10- Yaşam mühiti qorunub sağlamlaşdırılmalıdır. Ondan cəmiyətin inkişafı və ümumun rifahi yolunda istifadə olunmalıdır!

11- İranda yaşayan başqa millətlərlə arxadaşlıq və yoldaşlıq münasibətləri qurulmalıdır!

12- Federal Azərbaycan Ölkəsində və Xudmuxtar Türk Bölgələrində yaşayan bütün milli və kültürəl əqəlliyyətlərin(azınlıqların) bərabər vətəndaşlıq həqləri təmin edilməlidir!

13- İnsan həqlərinin qorunması bizim əsas amaclarımızdan biridir. Bu əsasda uşaqların və qadınların həqlərini qoruyan beynəlxəlq konvansionlardan himayət edirik, ölkədə e’dam cəzasının qaldırılmasını və hər cürə işikəncənin ləğv olmasını istəyirik!

14-Səksən il milli zülüm boyunduruğu altında ömür sürdukdən sonra, xüsusilə İslam Cumhuriyyətinin bilərək e’mal etdiyi ayrı seçgilik nəticəsində, Azərbaycan iqtisadiyatı, sərmaya işə salınmasının azalması, sərmaya qaçqınlığı və bacarıqlı əmək qüvvələrinin geniş şəkildə Azərbaycandan köçməsinə mecbur edilib və iqtisadi və ictimai baxımdan hər tərəfli geridə qalmağa məhkum olubdur. Buna görə Azərbaycan iqtisadiyatının gəlişdirməsi və inkişafı Azərbaycan Federal Dövlətinin və İran Federal Dövlətinin iqtisadi planlarında üstünlük qazanmalıdır.

Bu məqsədə çatmağa görə, Azərbaycan Federal Dövlətinin başlıca vəzifəsi elmin nailiyətlərinə dayanaraq, iqtisadi məhsuldarlığı yaxşılaşdırmaq, və rəqabət ərsəsində gücləndirmək ilə bacarıqlı əmək qüvvəsini gəlişdirib, tə’limat verməklə istürüktür baxımından

 

modernləşdirmək və sərmaya cəzb etmək üçün lazimi təməl qurumları yaratmaqdır.

15-Biz xarici dövlətlərin hər bir nizami müdaxiləsinə və hücumuna müxalifik. İranda yaşayan millətlərin və vətəndaşların azad iradəsi yerinə, xarici qüvvələrin « alternativ quraşdırmağa» can atmalarını və yabanci əl altılarının siyasi qüdrət başına gətirilməsini zidd-demokratik və irticai bir iş sayıb və rədd edirik.

Yuxarıda qeyd olunan amaclar, yalnız İran Türklərinin birgə mübarizəsi ilə və iranda yaşayan digər millətlərlə birlikdə, həyata keçiriləbilər.

 

www.achiq.info  

www.achiq.com   

www.achiq.org