Azərbaycan Federal Demokrat Hərəkatı,
İran İslam Cümhuriyyətinin
anti Azərbaycan siyasətlərini məhkum
edir!
Azərbaycan
Federal Demokrat Hərəkati, İsveç Azərbaycan Federasiyonunun bazar günü 6 fevral tarixində
Stockholmda İran səfirliyi qarşısında
dəvət etdiyi nwmayışdən himayət
edir.
Azərbaycan Fededral Demokrat Hərəkatı,
İran rejiminin 35 milyon Güney Azərbaycan
Türkünə qarşı
rasist siyasət emal etməsi və həmin siyasətin, xarici davamı olaraq, Azərbaycan Cümhuriyyətinə qarşı
fanatızm və
terror ixrac etmək siyasətini məhkum edir . İran İslam Cümhuriyyəti Quzey Azərbaycanın ikinci Cümhüriyyətinin, yarandığı gündən
bəri, dünyanın dörd güşəsində yaşayan Azərbaycanlıların
ümid və arzularını özünə cəlb etmiş bu gənc və milli varlığımıza
qarşı hər bir təxribat və qeyri insani
işə əl vurmuşdur . Azərbaycana
hərbi hücüm etmiş Erməni qoşunlarını silah və yanacaqla təmin etməkdən tutmuş, Xəzərdə
Azərbaycana qarşı
hədə
qorxu gəlmək
və Azərbaycan əhalisi arasında dini fanatizmin təbliği və kor terorizm ixrac etmək kimi işlər, İran rejiminin bu çirkin əməlləri siyahısıina daxildir .
Azərbaycan Fededral Demokrat Hərəkati,
Azərbaycanın Qüzeyində
müstəqil Azərbaycan
Cümhuriyyətinin sekular
dövlət qurluşunu,
bu Cümhüriyyətdə ölum
cəzasının ləğv
olmasını və bütün Azərbaycan vətəndaşlarının birgə əməklərinin
nətiycəsi olan istiqlaliyyət və dövlətçiliyini dəstəkləyir.
Məlum olduğu kimi Quzey Azərbaycanın
iki əsrə yaxın rus əsartində
olması və 70 il dəmir pərdə arxasında məhbus saxlanması, Güneylə Quzey arasında yadlığa səbəb
ola bilməmişdir. Aydın dir ki, öz hakimiyyətini ölüm, terror, cinayət və dini fanatizm
əsasında qurmuş
İran rejimi də belə bir yadlıq yarada bilməycəkdir . Azərbaycan Federal Demokrat Hərəkatı
İran İslam Cümhuriyyətinin öz vətəndaşlarını dəstə
- dəstə edam edib,
35 milyon Güney Azərbaycanlılarına divan tutmasını
və qonşu Azərbaycan Cümhuriyyətinə
terror və dini fanatizm ixrac
etməsini məhəküm
edir və bu çirkin siyasətlərə
etiraz məqsədilə
keçirilən numayişələrdən
və ilk növbədə Azərbaycan
İsveç Federasıyasının
bazar günü 6 fevral tarixində Stockholmda İran səfirliyi qarşısında
dəvət etdiyi nümayişdən himayət
edir .
Yaşasın azad və demokratik Azərbaycan
Azərbaycan Federal Demokrat Hərəkatının
İcraiyə Heyəti
3 fevral
2011