Azərbaycan Federal
Demokrat Hərəkatının Dünya Anadili Günü Münasibətiylə
Bəyanati
Bu il dünya anadili günü ərəfəsində məntəqə
diktatorların yıxılmasına şahid olduq. Mısır
və Tunis millətləri demokratikləşmə yolunda
apardıqları mücadilədə başarılı
olmuşlar. Iranda da qeyri Fars millətlər və demokratik quvvələr
öz müqəddəratlarını özləri təyin etməyə
iradə etmişlər.
Yuneskonun 2009 ilinin fevriyəsində
yayınladığı bildiriyə görə bugün dünyada
danışılan 6700 dilin
yarısı bu yüz ilin sonuna qədər yox olma təhlikəsindədir.
Dillərin ölümünə yol açan faktorların ən
önəmlisi dillərin yasaqlanmasıdır.Bunun üçün dillərin
durumunu incələrkən bu məsələyə önəm
verməliyik ki dillərin ölmə təhlikəsində
olmalarının umumiyətlə siyasi bir nədəni
vardır.Dillər dövlətlər tərəfindən yasaqlanır
və bu təmamən siyasi amacli olub; birçox iqtisadi və
ictimai eşitsizliklərə də yol açar.
Dilin gəlişməsini və inkişaf etməsini
təmin etmək və xususilə təlim və tərbiyə
sahəsində dilə rəsmi status qazandırmaq üçün dilin
arxasında siyasi iqtidar olmalıdır. Dil ilə siyasi qudrətin
biribirindən ayri olması mənasızdır. Öz anadilindən
üzülüb özgə bir dildə təhsilə başlamağa məcbur
olan uşağın təlim tərbiyəsinin harmonik düzəni
aradan gedir, bu da onun öğrənmə prosesində ciddi pozuntu
törədir. Beləliklə uşaq pesikolojik baxımdan bəlli
bir ölçüde özünə güvənmə hissini itirməklə, ana dilləri
farsca olan uşaqlarla qeyri bərabər yarışa girməyə
məcbur olur.Bundan sonra uşaq öz dilində değil, özgəsinin
dilində yazıb oxumalıdır.Bir kilasda təlim alan fars dilli
uşaqla fars olmayanların təlim tərbiyələrinin nəticəsi
sözsüz ki bir olmayacaqdır. Dəmək Fars
uşağının təlim prosesi indiyədək öz
anadilində öğrənib, beyninə yığıb,
saxladığı bilgilərin dəvam etdirməsidir sə,
fars olmayan uşaqlarınki bütünlüklə bunun tərsinədir.Bunların
indiyə dək anadilində aldıqları tərbiyə təlim
prosesinin ardi kəsilir, topladıqları bilgilərdən və
dillərindən qoparılıb və onu
yabancılaşdırmaqla məktəbə başlayırlar.
Ölkənin rəsmi eğitim sistemi ilə fars olmayan millətlərin
balaları həqində açıqca sürdürülən ayrı seçicilik
və bərabərsizlik siyasəti rəsmi olaraq qanuni biçimdə
buradan başlanır.
İranın rəsmi eğitim
sistemi, təhsilin başlanqıcından və ilk günündən
apartayd sistemini qanuniləşdirir. Doğrusuna baxanda İran
dövlətinin sürdürdügü siyasət elə uşaq baxçasından
başlayıb milli zülmün və ayrı seçiciligin daşi buradan
qoyulur.fars olmayan millətlərin dilində yayılan kitab və
dərgilərin, habelə onların yetişdirdiği
yazıçı, şair və araşdırıcıların
sayısına baxıb və bunu öz anadilində təhsil
almış fars millətininkilərinin sayısı ilə
muqayisə edəndə apartayd əsasında qurulmuş
eğitim siyasətinin zərərli nəticələri bəllənəcəkdir.
Bu kimi təlim tərbiyə siyasəti İran əhalisinin
çoxunluğunu kültür baxımından geridə saxlayıb və
çiçəklənmələrinin qabağını alır. Ölkənin
təlim tərbiyə statistikasi farslar ilə fars
olmayanların arasındakı günü gündən artan eğitim sahəsindəki
ayrılığı aydıncasına gözə
çapdırır. Anadilində təhsil almaq imkanından məhrum
olunmağın uzun sürən nəticələrinə baxmasaq
da uşağın insani həqini əlindən almaq və
ayaq altına salıb tapdalamaq onun insan olaraq həqinə
toxunmaqdır. İnsanı anadili həqindən yoxsunlatmaq,
onun insan həqlərini pozmak deməkdir.
Çox millətli İran ölkəsində insan həqlərinin
bu çeşit bozulması iki şəkildə emal olunur.Birincisi-bir
başa anadilində yazıb oxumağın
qabağının alınması və təhsil
ocaqlarında və hətta iş yerlərində belə ana
dilində danışmağın rəsmi surətdə
qadağan edilməsi.ikincisi- rəsmi eğitim sistemi vasitəsiylə
yabanci və özgə bir dilin məcburi olaraq təhmil edilməsi.
Bütün ölkələrin eğitim sistemi mahiyətcə bir ideolojik
sistemdir. Bu sistemin aracılığıyla hökm sürən ictimai
münasibat cəmiyətin bütün sahələrinə
yayımlanır.Demək eğitim sistemi də dilin özü kimi
noytral değil və dərindən hakim ideoloji ilə
bağlıdır. Siyasi quruluş baxımından , gərçəkdə
çox millətli olan ölkələrdə təkcə bir millətin
mənafeini qoruyub saxlayan eğitim sisteminin işi, siyasi
iqtidarın dil və kültür sahəsində də
hejemonluğunu təmin etməkdir.Çox millətli İranda hökm
sürən bir dil bir millət ideolojisi də belə bir əsas
üstündə quraşdırılmışdır. Bu iş əməldə
rasizmin gənişlənməsiylə sonuclanır.Son yüz ildə
İran ədəbiyatının törətdiği, Fars
olmayanların eleyhinə, Arya ırqçılığıyla
dolu,rasist ideolojisiylə doyurulmuş əsərlər,buna
canli bir dəlildir. Bu siyasətin nəticəsi fars
olmayanların ikinci dərəcəli vətəndaşa
çevirilməsi və ölkə içində birinci dünya ilə üçüncü
dünya arasında olan munasibatın bərqərar edilməsidir.
Burada anadili ilə milli məsələnin
qarşılıqlı əlaqəsinin önəmini
vurğulamalıyıq.Milli məsələ İranda fars
dilinin dalında gizlənibdir.Bir para mümkündür belə xiyal etsinlər
ki,guya biz və yaxud hər hansi qeyri fars millət siyasi həqlərini
ələ gətirmədən dil azadlığı həqini
alabilir yaxud ona çatabilir.Çoxları bu boş xiyali bilərəkdən
körükləyirlər.İranda milli məsələnin karakterini
onun oluşmasi prosesində açıqcasına görmək olandi.Buda
siyasət sorununun dil sorununa göre öncül olmasındandır. Bəlli
olduğu kimi, milli həqlərə çatmak uğrunda
çalışanların bütününün fikrincə İranda yaşayan
qeyri Fars millətlər Riza Şahın kudetasından sonra
milli zülm altında yaşamağa məhkum olmuşlar və
Riza Şah dövründən başlayaraq fars dilinə rəsmi dil
statusu qazandırılıb və başqa millətlərin
dilləri yasaqlanıbdır.
Demək siyasi iqtidarın vəsiləsiylə
İranda yaşayan millətlərin dilini kəsdilər, sinəsini
sökdülər, anadilində təhsil almanın qabağını
aldılar, milli dil və kültürün gəlişməsini
dayandırdılar. Şah rejimini dəgişən İslam Cumhuriyəti
də son otuz ildə Riza Şahın getdigi yolu daha şiddətlə
dəvam etdiribdir.
Dil həqinə çatmaq üçün ilk öncə siyasi iqtidar
və yetərincə maliləşdirilmiş rəsmi
eğitim sistemi olmalıdır. Bunsuz anadilində təhsil
almaq olası değil. Azərbaycan milli hüküməti bir ilin içində
uşaqların Türkçə təhsil almasını təmin edib,
Təbriz universitəsini açdi, milli dilimizdə dərgilər və
mətbuat yayıldı
siyasi iqtidarın Azərbaycan milli
hükümətinin əlində olmasi bu işləri mümkün etdi.Elə
buna görə də Şah rejiminin Azərbaycana qanli qadali hucum
etməsi və qoşun yeritməsiylə anadilində təhsil
almaq songu gücüylə dayandırılıb yasaqlandi.
Necə ki istimarçılar hər zaman qan
axıtmaqla və silah gücüylə bir ölkəni işqal edəndən
sonra müstəmlikəçilərin dilini işqal olunmuş ölkəyə
təhmil edəbilmişlər. Çünkü siyasi güc yabanci dili bir
xalqa təhmil etməgə imkan yaradır. Dil hər zaman
siyasi gücdən asılı olubdur. Aslında İranda da, anadili sorunu mahiyətcə siyasi
bir sorundur.
Dil probləmini siyasətdən ayri görüb kültürəl
probləm sanmaqla onun çözülməsi İslam Cumhuriyəti çərçevəsində
mümkün değil.Rejimin təhlükəsizlik orqanları bu kimi
baxışlardan faydalanırlar. Az sayıda, iki dilli dərgilərin
yayılmasına dözəbilməyən rejim, Azərbaycanın
və başqa fars olmayan millətlərin milli kültür
çalışqanlarını tutan, işkəncə edən,
dustaqlayan, sürgünə məcbur edən və farqlı yollarla
öldürüb aradan aparan necə olar ki anadilində təhsil almaq
imkani versin? Qeyri fars millətlərin uşaqlarının
anadillərində təhsil almaqlari İslam Cumhurisini devirməklə,
bir millət-bir dövlət sistemini çökdürməklə həyata
geçiriləbilər!
Azərbaycan Federal Demokratk Hərəkati
16 Fevriye 2011