21 Azər Hərəkatının Atmış Beşinci İldönümü Münasibətiylə

Azərbaycan Federal-Demokrat Hərəkatının İcraiyə Heyətinin bildirişi

 

“Azərbaycan Federal Demokrat Hərəkatı” tutduğu prənsiplər əsasında, özünü 21 Azər Hərəkatının dəvamçılarından bilir!

 

Təbiidir ki, dünya əvəz olub və daha bizim yaşadığımız şərayit və vəziyət Firqənin təşkili və ya Milli Hükümətin yaranması dövrə ilə hər cəhətdən fərqlənir.

 

Firqənin istəkləri və Milli Hükümətin sərlohəsində olan işlərin bir sirasi zaman əlilə aradan qaldırılıb və bir parası daha aktuelliyini əldən veribdir. Ancaq 21 Azər Hərəkatının əsas istiqamətləri ümumiyətlə var gücilə öz yerində durur:

 

21 Azər Hərəkatı Türk dilini, Azərbaycan Türkcəsini, Azərbaycan xalqının milli kimliginin təməli kimi qimətləndirdi.

 

21Azər Hərəkatının başçısı S.C. Pişevəri çox yaxşi bilirdi ki , bir xalqi bir millət seviyəsinə yüksəltməkdə və millətlərin öz müqəddəratını təyin etmək həqqini əldə etməkdə, dilin olduqca böyük rolu və əhəmiyyəti vardır.

 

 Səbəbsiz deyil ki, keçən yüz ildə bütün fars şovonistləri və ifrati İrançı nasiyonalistlər fars dilini göylərə qaldırıb və İranda yaşayan başqa millətlərin dillərini əzib və məhv etməkdən bir ləhzə də olsa belə qafil olmayıblar.

 

Pişevəri bu haqda belə yazır: „ Dilimiz düşmənlərin boş iddialarına baxmayaraq çox gəniş və qəni bir dildir.onun rişəsi xalqimizin qanında və ürəyindədir. Biz onu ana südü ilə əmib, vətənimizin ruhnəvaz havası ilə tənəffüs etmişik.Ona tovhin edənlərə , onu təhmili və məsnui göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir“. O yazırdı: ‚Alti-yeddi yaşında taza dil açmış uşağa yabanci bir dil təhmil etmək cinayətdir…ana dilində yazıb oxumaği qədəğən etmək fərhəng( marif) təkamülünün qabağını almaq deməkdır.‘

 

21 Azər Hərəkatı əslində siyasi hakimiyyətə(Pəhləvi rejiminə) qarşi bir hərəkətidi. Yəni milli zülmün aradan qaldırılması və Azərbaycan xalqinin milli və fərhəngi həqlərini əyaləti və vilayəti əncümənlər şəklində əldə etmək istiqamətində bir hərəkət idi. Əlbəttə firqənin  o günkü əyaləti və vilayəti əncümənlər şuari və istəyinin bugünkü etnik federalizm istəyinə çox oxşarlığı varidi.

 

 21-Azər Hərəkatı məhrum və tapdalanmış siniflərin və müxtəlif zülmlərin altında əzilmiş xalq kütlələrinin danışan dili idi. Buna görə 21- Azər Hərəkatının bərnaməsində və iqdamatında  ictimai ədalətə çox böyük yer verilmişdir.

 

21- Azər Hərəkatının demokratik azadlıqlara və insan həqlərinə münasibəti o günə qədər İran tarixində misilsiz idi. İranda birinci dəfə olaraq qadınlara seçib-seçilmək həqqi Milli Hükümət dövründə verildi və dövlət orqanlarına  nəzarət etmək üçün məhəlli sevyələrdə şuralar təşkil tapdi.

 

21- Azər Hərəkatı geniş ictimai islahat apardi və birinci dəfə olaraq İranda torpaq islahatını həyata keçirdi. Azərbaycanın iqtisadiyatının inkişafi 21- Azər Hərəkatının əsas hədəflərindən biri idi.

 

21- Azər Hərəkatı İranda yaşayan millətlərlə, o cümlədən Kürd xalqi ilə arxadaşlıq qurmuş və iş birligi aparmışdır.

  

İndi Azərbaycan Demokrat Firqəsinin yaranmasında və Milli Hükümətin bərpa olunmasında böyük təsiri olan amillərin rolu hər cəhətdən dəyişilibdir! Bizim dövran artıq 65 il bundan qabaqki dövran deyil. Daxili amillər dəyişilib və beynəlxəlq şərayit büs-bütün təğyir tapıbdır! Ancaq bu təğyirat İranda yaşayan millətlərin xeyrinə tamam olubdur. İndi dünya miqyasındakı demokrat və qabaqcıl qüvvələr, sovyetlər ölkəsinin dağılmasından nə tək zəyiflənməyib, bəlkə daha artıqraq güclənibdir!

 

 Sovyetlər ölkəsinin vicudu və himayət etməsi, Firqənin təşkilinə və Milli Hükümətin yaranmasına münasib şərayit yaratdıysa da, elə bunun özü də Milli Hükümətin dağılmasında və sınmasında böyük rol oynadı!

 

İndi artıq dünya miqyasında insan həqlərinin təmin edilməsi və təzmin olunması-o cümlədən ‚Millətlərin öz müqədəratını özləri təyin etməsi‘ həqqi- rəsmiyətə tanınır!

 

 

İndi beynəlxəlq və xarici amillərin rolu və təsiri müstəbid rejimləri dizə çökdürməkdə və millətlərin qurtuluş mubarizəsində geçmişden daha artıqraqdır. Bu özü də İran Türklərinin və habelə İranda yaşayan və milli zülmə məruz qalan millətlərin mubarizəsinə ciddi təsir buraxıb və etnik federalizmin qurulmasına  əlverişli şərayit yaradır.

 

 

İran İslam Cumhuriyətinin siyasətləri və hökm sürən sıxıntı-boğuntu, ibtidayi azadlıqların təmamiylə tapdalanması, insan həqlərinə qarşi yürütdüyü düşmənçiliklər, İranda yaşayan millətlərin öz milli həqlərindən məhrum edilməsi və müxtəlif bahanalarla onlari əzməsi və İranın içində və dışında dövlətin rəsmi siyasətinə çevirilmiş teroristi siyasət, dünyanın demokrat və qabaqcıl qüvvələri tərəfindən məhküm edilib və İran xəlqlərinin adilanə və həqli mübarizələrindən himayət olunur!

 

1357- nci ilin inqilabi, İranda böyük dəyişikliklərə bais oldu.Müstəbid və əmpiryalizmə bağli olan şah rejimi devrildi və 2500 illik şahlıq rejiminə son qoyuldu.

Lakin onun yerinə gələn islam Cumhuriyəti Şah rejimi dövrində az-çox mövcud olan ürfi azadlıqları da məhv edib aradan apardı və bütün İranlıların  qanını şüşeyə tutub və 12 imamli şiə məzhəbi əsasında bir islami ideolojik dövlət yaratdi.

 

 Ancaq inqilabın bir başqa cəhəti də var idi. Kütlələr böyük miqyasda siyasiləşib, azadlıq və demokrasinin nə olduğunu dərindən mənimsədilər. Onun nəticəsində, milli zülmə məruz qalmış millətlərin milli şüuru qat-qat yüksəlmişdir!

 

21- Azər Hərəkatı dövründə Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti və İran Türklərinin  Milli-Demokratik hərəkatı ancaq Azərbaycanın bir hissəsində məhsur qalmışdı. Halbuki bugün İran Türklərinin Milli- Demokratik Hərəkatı Azərbaycan torpaqlarında məhsur deyil, belkə indi Xorasan Türklərindən tutmuş İranın Cənub Türklərinə qədər, İsfahan,Qum,… və neçe milyonluq Tehran Türklərini bürüyüb və hami milli qurtuluş uğrunda  qol-qola və çiyin çiyinə verib və bir yerdə irəliyəyirlər!

 

Milli həqlərin əldə edilməsi yolunda belə böyük bir miqyasda hərəkatın vücudu, İran Türklərinin tarixində sabiqəsizdir!

 

İndi milli məsələni məzlum millətlər arasında mətrəh edenlər daha beş üç ziyali deyildir! Məzlum millətlər artıq,kütləvi ölçüde öz milli istəklərini və bərabər həqli vətəndaş kimi yaşamaq istədiklərini uca səslə dilə gətirməkdən çəkinməyib, bəlkə bu həqləri əldə etməyə və istəklərini həyata keçitməyə görə konkret işlərə el atırlar. Onlar öz müstəqil milli təşkilatlarını yaradırlar!

 

Pişevəri söyləyirdi: İctimai məsələlərin həl olunmasının ən yaxşi yolu, şübhəsiz ki səbəbləri tapıb onlari təhlil etməkdən ibarətdir. Məsələ, həm də səbəbləri tapıb təhlil etməklə qurtarmır. Cəmiyət daima dəyişir və əvəz olur. Zəman və məkan ictimai məsələlərdə insani gicəldən böyük bir bəladır. İctimai məsələləri tədqiq edən bir adam tarixin təkamül və sıçrayışını, zəman və məkanın mövcud şərayitini və onların təsirlərini nəzərə almalıdır.

 

Azərbaycan Demokrat Firqəsinin müəssisləri də, şərayiti nəzərə alaraq Firqəni qurdular və eləcə də Milli Hüküməti yaratdılar. 

 

İndi isə Azərbaycan və İran Türklərinin siyasi fəallari və təşkilatları gərək Firqənin və Milli Hükümətin parlaq ənənələrin göz önündə tutaraq, onun başarıların həm də çatışmazlıqların və nüqsanların dərindən öyrənərək, bugünkü vəziyəti və mövcud şərayiti nəzərdə almaqla Azərbaycan xalqinin və İran Türklərinin qurtuluş savaşını sərəncama çatdırsınlar! 

 

Firqənin parlaq ənənələri nə deməkdir:

 

1) 21- Azər Hərəkatı və Milli Hükümət diktatorluğa, zülmə, ədalətsizliyə və şahlıq quruluşuna qarşi idi.

 

2) 21- Azər Hərəkatı və Milli Hükümət Azərbaycan üçün Demokratik Federalism və İran üçün Demokrasi istəyirdi.

 

3) 21- Azər Hərəkatı və Milli Hükümət söz azadlığını, vicdan azadlığını, mətbuat azadlığını, toplantı və təşkilatlanma azadlığını, fərdi azadlıqların təmin edilməsini insanliq ve yurtdaşlıq hüququnun toxunulmaz əsaslarından sayır və onun yolunda mubarizə edirdi.

 

4)  21- Azər Hərəkatı və Milli Hükümət ciddi surətdə qadınların hüququndan müdafiə edib və İran tarixində birinci dəfə olaraq, Milli Hükümət dövrində, qadınlar seçib və seçilmə həqqinə malik oldular. Hətta Azərbaycan nümayindələrinin İran dövləti ilə müzakirələrində intixabat qanunu layihəsi ilə əlaqədar qadınların seçib və seçilmə həqqini mərkəzi dövlətə təhmil etdilər.

 

5) 21- Azər Hərəkatı və Milli Hükümət Türk dilini Azərbaycanda rəsmi dövlət dili elan edib və onun inkişafına hər tərəfli imkan yaratdi.

 

6) 21- Azər Hərəkatı və Milli Hükümət İranda yaşayan xalqlarla dostluq və əməkdaşlıqa yol açdi. O cümlədən Türk milləti və Kürd milləti arasında dostluq və səmimi həmkarlıq qərardadı bağlandı.

 

7) 21- Azər Hərəkatı və Milli Hükümət geri qalmış feudal və ərbab rəiyyət münasibətlərinə Azərbaycanda son qoydi və zəhmət adamlarının yaşayışlarını yaxşılaşdırmaq üçün böyük adımlar atdı.

 

İndi də bu umumi prənsiplər öz quvvətində durur. 21- Azər Hərəkatı və Milli Hükümətin inqilabi və insani ənənələrinə vəfali olan hər bir Azərbaycanlı, Türk millətinin və Azərbaycan xalqının baş ucalığını istəyənlər indi də gərək:

 

Cumhuri İslaminin aradan qaldırılmasından və İranda Layik və Demokratik Federalism sisteminin qurulmağından müdafiə etməlidir!

 

Fəminizmdən və qadınlarla kişilərin tam hüquq bərabərliyindən sözsüz müdafiə etməlidir!

İşçilərin və zəhmət adamlarının istəklərindən və onların azadcasına və müstəqil olaraq sendika qurmalarından dayanmadan müdafiə etməlidir!

Türk dilinin Türklər yaşayan bölgələrdə rəsmi və qanuni dil olmasından müdafiə etməlidir!

İranda yaşayan başqa millətlərlə dostluq və əməkdaşlıqdan müdafiə etməlidir!

 

Azərbaycan Federal-Demokrat Hərəkatının İcraiyə Heyəti

1389 üncü ilin Azər ayı