Mehr ayının biri,
1391 - ci təhsil ilinin
başlaması münasibətilə
Azərbaycan Fəderal
- Demokrat Hərəkatının bildirişi
Irqçı və diynçi dövlətin Azərbaycanda
baş verən depərmə etinasızlığı, bir
daha onun antı-azərbaycan mahiyyətini açıqcasına
ortaya qoydu. Kıfayətsiz dövlət deprem qurbanlarına
yardım edib və yıxılan evləri və kənədləri
düzəltmək yerinə, xalqın göndrdiyi köməklərin
qabağını alıb və imdadçıların bir
parasını həbsə salmışdır.
Bu ilki təhsil ili belə bir şəraitdə
başlanır.
«Amuzeş pərvəreş» qurumu
iranın ən böyük ictimai qurumu sayılır. Bu il bir milyon üç
yüzmin nəfərdən-bir milyon dörd
yüzmin nəfrə yaxın birinci kılas şagirdləri dərs
kılaslarında hazır olacaqlar. Geçn illərın
statistikasına (amarına) görə, şagirdlərin
sayısı bu il 14 -
15 milyonun arasında olacaqdır.
Edilən təxminlərə
görə, şagirdlərin yüzdə altmış
beşinin( 65%i) ana
dilisi fars dili deyildir.
Bir milyon yüzmin nəfr
ışçi və müəllim İran « Amuzeş pərvəreş»
qurumunda işləyirlər. Dərs kitablarının çap işlərı ilə və
yazı vəsaiti ilə məşğul olan və geçimləri
«Amuzeş pərvəreş» qurumuna bağlı olan müəssisələrdə
və sənayelərdə işləyənləri də saya
salsaq, «Amuzeş pərvəreş» idarəsinin rolu və önəmi
ortaya çıxar. Belə ki, İran iqtisadiyyatının heç bir
şöbəsinin bu qədər ağırlığı və
ictimai gücü yoxdur, və hakim rəejimin
ırqçılığı və mürtceliyi də heç bir ictimai hovzədə
belə sərt və gözə çarpan deyildir.
Irqçı düşüncələr
və əməllər «Amuzeş pərvəreş» qurumuna
hakimdir. Bu qurum qeyri-fars millətləri o cümlədən və
özəlliklə iranda yaşayan Türkləri asimilə etməkdə
və kimliklərini məhv etməkdə də əsas rol oynayır.
İslam cümhurisinin ırqçı və irticai «Amuzeş pərvəreş»
qurumuna fişar gətirmək və onu ifşa etmək, Azərbaycan
milli demokratik hərəkəti fəallarının vaz geçilməz
vəziyfələrindəndir.
Hakim ırqçı və
apartayd rejimi ilə mübarizə etmək üçün ardıcıl, davamlı
- dözümlü və təşəbbüslü olmaq gərkir. Mehr ayının
biri ana dilində təlim -tərbiə istəyini irəli
sürmək üçün ən uyğun gündür. İnsan haqlarının
başlıcalarından biri ana dilində təlim -tərbiə
almaq haqqıdır. Bu da iranın qeyri- fars millətləri
üçün vətəndaşlıq haqqı hökmündədir.
Bu haqqı əldə
etmyə görə, sivil itaətsizlik mübarizəsi metodundan
geniş və yaradıcı şəkildə istifadə etməliyik.
Ana dilində təlim- tərbiə almaq və milli kimliyini qorumaq
məsələsi İran xalqının milli zülm
boyunduruğu altında yaşayan çoxunluğunun vaz geçilməz istəyidir.
Bu ortaq istəyin
qabardılması və ön cərgəyə gətirilməsi uğrunda
edilən təşəbbüslər, geniş xalq kütləsinin
mübarizədə iştirak etməsini təmin edə bilən
biçimdə olmalıdır.
Başqa tərəfdən
də bu təşəbbüslər təsiredici biçimdə
olmalı, İslam cümhurisinə gərəkən fişarı
gətirə bilməklə beynəlxalq orqanlarının və
əfkari- ümuminin diqqətini özünə çəkə bilməlidir.
Azərbaycan milli demokratik hərəkətinin təşkilatları və fəalları bu qonuda çox
çeşidli və dəyərli ibtikarlar
göstərmişlərMehr
ayının
birinci günündə dərs kılaslarına getməmək ... və
«Öz dilində mədrsə, Olmalıdır hərkəsə !»
bənzər şüarların verilib - yayılması
bunların örnəkləridir.
Yeri gəlmişkən İran xalqının
dil baxımından çeşidliliyinə və milli baxımdan
çox millətliliyinə inanan bütün Fars dilli ziyalılardan tələb
edirik mədrsələrin açılışı münasibəti
ilə, ana dilləri farsca olmayan millətlərin dillərinin
rəsmi tanınması istəyini və ana dilində təhsil
almaq haqqını, əməldə - vaqei surətdə müdafiə
etsinlər!
İndiki zamanda ana dilində təhsil
almaq, bütün insan haqları müqavilələrinin
vurğuladığı təbii bir məsələ dir və
dünya ölkələrinin çoxunda ana dilində təhsil almanın rəsmi
olaraq tanınması diqqətə layiqdir. Ancaq 21 - ci yüzilin
başlanqıcında, İran rejimi, uşaqların ana dilində
təhsil almasını rəsmi tanımamaqda, qara bir örnək
kimi gözə çarpmaqdadır. Halbuki, Fars dili iranlı
uşaqların çoxunluğunun, yəni yüzdə altmış
beşinin( %ə65 ) ana dili deyildir.
İslam cümhurisi qeyri-fars millətlərin
ana dillərində təlim- tərbiyə alma istəklərinə
boyun qoyub və Fars ırqçı və şovunist siyasətlərindən
vaz geçməlidir. İran İslam Cümhurisinin əritmə (asimilasion
) və qeyri- fars dillərini yox etmə çabalarının gələcəyi
olmayıb, Fars milləti ilə qeyri- fars millətlərinin
arasında milli nifrət yaratmaqdan başqa sonucu
olmayacaqdır.
Medialarda verilən raportlara görə, zələzləyə
uğramış bölgələrdə yaşayan
yurtdaşlarımız, Fars dilini bilmədiklərinə görə
Türk dilini bilməyən yardımçılarla əlaqə qura
bilməyirlər. Aydındir ki, Fars dili Azərbaycanda rəsmi
dil olabilməz. Azərbaycanda rəsmi dil və dövlət dili Azərbaycan
Türkcəsi olmalıdır.
Azərbaycan Federal Demokrat Hərəkatı
bütün ziyalı dərnklərini, milli çalışqanları, öyrənciləri
və siyasi qrupları İranda Azərbaycan Türkcəsinin rəsmiləşməsi
və təlim- tərbiyənin ana dilində olması üçün iş
birliyinə çağırır. Azərbaycan Federal Demokrat Hərəkatı
öz növbəsində yuxarıda sayılan amaclara yönəlik azərbaycanın
başqa dərnklər, qruplar, cəmiyyətlər və
şəxsiyyətləri ilə əməkdaşlığa
hazırdır.
Azərbaycan Federal- Demokrat Hərəkatı,
İranda mövcud olan milli məsələni təmamən siyasi
bir məsələ kimi tanıyır! Bu məsələnin
kökündən həll edilməsi, İranda dövlət
iqtidarının milli- etnik və federal dövlət biçimində
oluşması, milli məclislərin və o cümlədən Azərbaycanın
milli məclisinin qurulmasından asıjıdır.
19
Septambr 2012 - Şəhrivər 1391
Azərbaycan Fəderal - Demokrat Hərəkatının
İcraiyyə Heyəti